Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-43/2023 26.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq beş ədəd bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,65 qram, 0,71 qram, 0,98 qram, 1,01 qram və 1,72 qram olmaqla, ümumi təmiz çəkisi 5,07 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı (bundan sonra - qurudulmuş marixuana) əldə etmiş, üzərində saxlamış, daşımış, 28 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən “dörd yol” adlanan yerdə Şahid1 50 manat məbləğində pula satmışdır. Həmin kütlə 28 yanvar 2023-cü il tarixdə saat 17:30 radələrində Zərdab Rayon Polis Şöbəsində (bundan sonra – Zərdab RPŞ) Şahid1 üzərinə şəxsi axtarış keçirilərkən əynində olmuş gödəkçənin sağ yan cibindən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş, ibtidai istintaq zamanı 03 və 04 iyul 2023-cü il tarixlərdə müvafiq olaraq Şahid2 və Şahid1 ilə üzləşdirilərkən, 04 iyul 2023-cü il tarixdə sərbəst dindirilərkən verdiyi ifadələrinin (İİ cild, səh. 77-82, 109-111) məzmununu təsdiq edərək göstərmişdir ki, əvvəllər qurudulmuş marixuanadan istifadə etmişdir. 2023-cü ilin yanvar ayının sonlarında yaşadığı Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində bir ədəd siqaret qutusunda tapdığı beş ədəd bükümlərdə olmuş qurudulmuş marixuananı şəxsən istifadə etmək məqsədilə üzərində saxlamışdır. 28 yanvar 2023-cü il tarixdə günorta saatlarında yaşadığı kənddə olarkən əvvəllər bir yerdə narkotik vasitə qəbul etdiyi tanışı Şahid2 (bundan sonra - Əmrah) onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edib ondan “əlin çatan yer var?” deyə soruşmuşdur. Əmrahın ondan qurudulmuş marixuana istəməsini başa düşmüş, tapdığı beş ədəd bükümlərdəki qurudulmuş marixuananı Əmraha verməyi qərara alıb sonuncuya cavabında razılıq əlaməti olaraq, “yaxşı, xəbər edərəm” demişdir. Həmin gün Əmrahın onun mobil nömrəsinə zəng etməsindən sonra Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən “dörd yol” adlanan ərazidə Əmrahla görüşmüşdür. Həmin vaxt sonuncunun yanında əvvəllər tanımadığı, sonradan adının Şahid1 olmasını bildiyi şəxs də olmuşdur. Üzərində beş ədəd bükümlərdə olmuş qurudulmuş marixuananı sonuncuya deyil, Əmraha vermiş, bunun müqabilində sonuncu ona bir ədəd 50 manatlıq əskinasda 50 manat məbləğində pul vermişdir. Həmin pulu 02 may 2023-cü il tarixdə könüllü razılığı ilə, müdafiəçisinin iştirakı ilə müstəntiqə təhvil vermişdir. İş üzrə 31 yanvar 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində Şahid1 üzərindən aşkar edilmiş qurudulmuş marixuananı 28 yanvar 2023cü il tarixdə saat 15 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən “dörd yol” adlanan yerdə sonuncuya 60 manat məbləğində pula satdığını könüllü olaraq göstərmişdir. Bu barədə ifadə verməsinin səbəbini özünü cinayət məsuliyyətinə cəlb edilməkdən yayındırmaq olması ilə izah edir. Lakin göstərilən məzmunda ifadə verməsinin onu cinayət məsuliyyətinə cəlb edilməkdən necə yayındıra biləcəyini izah edə bilmir. Həmin narkotik vasitəni Şahid1 satdığı barədə ifadə verməsi ilə bağlı ona polis əməkdaşları tərəfindən hər hansı formada qanunsuz təsir edilməmişdir. İş üzrə törətdiyi əməldən səmimi peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə cəzasını yüngülləşdirən hallar nəzərə alınaraq, barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı 31 yanvar 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, 28 yanvar 2023-cü il tarixdə günorta saatlarında Şahid2 ilə telefon danışığı zamanı sonuncu ona “narkotiki gətirən adam dörd yoldadı, özünüz həll edin” demişdir. Buna görə də o, saat 15 radələrində əvvəllər tanımadığı Şahid1 ilə telefon danışığından sonra Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində yerləşən “dörd yol” adlanan yerdə görüşmüşdür. Bu zaman o, Şahid1 altı ədəd kiçik bükümlərdə qurudulmuş marixuana vermiş, bunun müqabilində sonuncu ona 60 manat məbləğində pul vermişdir (İ cild, səh. 205-207). Cinayət işi materiallarına əlavə edilmiş Tərtər Hərbi Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1-1(098)163/2023 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şahid1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, 28 yanvar 2023-cü il tarixdə günorta saatlarında Şahid2 ilə telefon danışığı zamanı sonuncu ona “narkotiki gətirən adam dörd yoldadı, özünüz həll edin” demişdir. Buna görə də o, saat 15 radələrində əvvəllər tanımadığı Şahid1 ilə telefon danışığından sonra Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində yerləşən “dörd yol” adlanan yerdə görüşmüşdür. Bu zaman o, Şahid1 beş ədəd kiçik bükümlərdə qurudulmuş marixuana vermiş, bunun müqabilində sonuncu ona 50 manat məbləğində pul vermiş, həmin pulu Füzuli RPŞ-yə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində ibtidai istintaq zamanı şahid qismində 23 may 2023-cü il tarixdə sərbəst dindirilərkən (İİ cild, səh. 55-58) və 03 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən (İİ cild, səh. 77-79) verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, 28 yanvar 2023-cü il tarixdə saat 15 radələrində əvvəllər tanıdığı Şahid1 (bundan sonra – Səid) onun mobil nömrəsinə “50 manatlıq götürmək olar” məzmununda mesaj göndərmiş, Səidin ondan narkotik vasitə istədiyini başa düşüb Səidə zəng edərək cavabında bu işlərlə məşğul olmadığını, “bir adam var, əli çatan yeri varsa alıb versin” demişdir. Bundan sonra tanışı Təqsirləndirilən şəxs (bundan sonra - Fazil) zəng edib sonuncudan “nəsə düzələr” deyə soruşmuş, Fazil ona cavabında “problem deyil, düzüb qoşaram” demişdir. Təxminən 30 dəqiqə sonra Fazilə təkrar zəng edib “oğlan məni bezdirdi, hə-yox de” demiş, Fazil ona cavabında “mən deyən yerə gəlsin” dediyinə görə Fazilə “nömrəni verirəm, özünüz həll edin, mən qarışmıram” demiş və Səidə zəng edib Fazilin nömrəsini vermiş, bundan sonra Fazilin Səidə narkotik vasitə satmasında iştirak etməmişdir. Fazil ona narkotik vasitə satmamış, o, Fazilə narkotik vasitəyə görə hər hansı məbləğdə pul verməmişdir. Fazilin ona narkotik vasitə satması və bunun müqabilində onun Fazilə 50 manat məbləğində pul verməsi barədə verdiyi ifadə yalandır. 29 yanvar 2023-cü il tarixdə polis əməkdaşları onu Səidə narkotik vasitə satmaqda şübhəli kimi saxlayıb Zərdab RPŞ-yə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zərdab RPŞ-nin əməliyyat müvəkkili Şahid6 və Zərdab RPŞ-nin polis serjantı Şahid3 ifadələrində Şahid1 üzərində narkotik vasitə şübhəsi ilə saxlanılıb Zərdab RPŞ-yə gətirilməsi, üzərinə şəxsi axtarış keçirilməsinin nəticələri ilə bağlı sonuncu ilə eyni məzmunda göstərmiş, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmişlər. Şahid qismində dindirilmək üçün məhkəmə iclaslarına bir neçə dəfə lazımi qaydada dəvət edilmiş Şahid1 gəlməsə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 337.2 və 329.1-ci maddələrinə əsasən cinayət prosesi tərəflərinin, xüsusilə də müdafiə tərəfinin razılığı ilə Şahid1 iş üzrə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadələrini məhkəmə istintaqı zamanı elan edərək tədqiq etmişdir. Cinayət işi materiallarından görünür ki, Şahid1 ibtidai istintaq zamanı şahid qismində 10 iyun 2023-cü il tarixdə sərbəst dindirilərkən (İİ cild, səh. 65-68) və 04 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən (İİ cild, səh. 80-82) verdiyi ifadələrində göstərmişdir ki, 28 yanvar 2023-cü il tarixdə Füzuli rayonunda yerləşən, xidmət etdiyi hərbi hissədən məzuniyyətə buraxıldıqdan sonra taksi sürücüsü kimi tanıdığı Əmrah adlı şəxsin (bundan sonra - Əmrah) mobil nömrəsinə zəng edib sonuncudan qurudulmuş marixuana verməsini istəmişdir. Əmrah ona cavabında “məndə yoxdur, belə şeylərlə məşğul olmuram, amma taparam” demişdir. Bir qədər sonra Əmrah ona zəng edib “bir adam var, 5-10 dəqiqəyə gətirəcək” deyib əvvəllər tanımadığı, sonradan adının “Fazil” olmasını bildiyi şəxsin (bundan sonra - Fazil) mobil nömrəsini vermişdir. Həmin nömrəyə zəng edib “nömrəni Əmrah verib” demiş, Fazil ona cavabında bundan məlumatı olduğunu demiş, onu Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən “4 yol” adlanan yerin yaxınlığına dəvət etmişdir. Saat 15 radələrində həmin yerə gedib Fazillə görüşmüş, sonuncu ona beş ədəd kiçik bükümlərdə qurudulmuş marixuana vermiş, o, bunun müqabilində Fazilə 1 ədəd 50 manatlıq əskinasda 50 manat məbləğində pul vermişdir. Həmin vaxt Əmrah onların yanında olmamışdır. Oradan Zərdab rayonuna gəlmiş, orada polis əməkdaşları onu üzərində narkotik vasitə olması şübhəsilə saxlayıb Zərdab RPŞ-yə gətirmişlər. Orada müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin cibindən beş ədəd bükümlərdə olmuş qurudulmuş marixuana aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş Tərtər Hərbi Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1-1(098)163/2023 nömrəli hökmünün surətindən görünür ki, Şahid1 özünün Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində işin hallarını ibtidai istintaq zamanı 10 iyun 2023 və 04 iyul 2023-cü il tarixli ifadələri ilə eyni məzmunda göstərmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni Şahid1 üzərinə şəxsi axtarış keçirilməsi barədə 28 yanvar 2023-cü il tarixli protokol və ona əlavə edilmiş diksin yaddaşına yazılmış videogörüntüdən sonuncunun üzərinə şəxsi axtarış keçirilməsinin nəticəsinin Şahid1 ibtidai istintaq, Şahid6 və Şahid3 məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrində göstərdikləri qaydada baş verdiyi müəyyən edilir (İ cild, səh. 30-32). - Məhkəmə-bioloji ekspertizasının 29 yanvar 2023-cü il tarixli, 17/110 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “... Şahid1 üzərindən ...” sözləri yazılmış zərfdəki ayrı-ayrılıqda təmiz çəkiləri 0,65 qram, 0,71 qram, 0,98 qram, 1,01 qram və 1,72 qram olmaqla, ümumi təmiz çəkisi 5,07 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqatdan sonra qurudulmuş marixuananın təmiz çəkisi 4,97 qram təşkil edir. Ekspertiza xərci 34,55 manatdır (səh. 55-57). - “Baxış keçirilməsi haqqında” 02 may 2023-cü il tarixli protokol, ona əlavə edilmiş pul əskinası və diskin yaddaşına yazılmış videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs iş üzrə narkotik vasitənin satışından əldə etdiyi 50 manatlıq əskinasda olan pul vəsaitini ibtidai istintaq orqanına müdafiəçisinin iştirakı ilə könüllü olaraq təqdim etmişdir (İİ cild, səh. 32, 33). - Füzuli Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərarı əsasında "xxxx" MMC-nin 26 may 2023-cü il tarixli, 12120 nömrəli məktubu ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə dair təqdim edilmiş məlumatlar və ona baxış keçirilməsi haqqında 30 may 2023-cü il tarixli protokoldan görünür ki, 28 yanvar 2023-cü il tarixdə saat 14:41 və 14:47-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında telefon danışıqları olmuş, bu zaman həmin mobil nömrələrin istifadəçilərinin anten məlumatları Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində qeydə alınmışdır (İİ cild, səh. 50, 59-61). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmunu üzrə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşıma və ya satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qurudulmuş marixuana narkotik vasitə hesab edilir. Onun şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 5,0 qram, külli miqdarının aşağı həddi isə 500,0 qramdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 03 və 04 iyul 2023-cü il tarixli ifadələri, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Şahid1 üzərindən aşkar edilmiş qurudulmuş marixuananı sonuncuya deyil, Şahid2 50 manat məbləğində pula satmasını göstərməsi özünün hazırki ifadəsində qeyd etdiyi kimi, ibtidai istintaq zamanı sərbəst qaydada verdiyi 31 yanvar 2023-cü il tarixli ifadəsi və Tərtər Hərbi Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1-1(098)163/2023 nömrəli hökmündə göstərilmiş ifadəsində həmin narkotik vasitəni Şahid1 satdığını göstərməsi ilə yanaşı, bu məzmunda olan Şahid2 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələri, Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadələri, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə dair məlumatlardan 28 yanvar 2023-cü il tarixdə saat 14:41 və 14:47-də həmin mobil nömrə ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında telefon danışıqlarının olması, bu zaman həmin mobil nömrələrin istifadəçilərinin anten məlumatlarının Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində qeydə alınması ilə tam təkzib edilir. Məhkəmə bu barədə nəticəyə gələrkən iş üzrə qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 04 iyul 2023-cü il tarixli qərarla (İİ cild, səh. 83-97) ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən Şahid2 barəsində Azərbaycan Respublikası CM-in 32.5,234-cü maddəsi ilə cinayət işi başlanmasının rədd edilməsini də nəzərə alır. Məhkəmə göstərilən fikirlərin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 03 və 04 iyul 2023-cü il tarixli ifadələri, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin Şahid1 üzərindən aşkar edilmiş qurudulmuş marixuananı sonuncuya deyil, Şahid2 satması ilə bağlı hissələrini sübut kimi nəzərə almır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi 31 yanvar 2023-cü il tarixli ifadəsi, məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi 03 və 04 iyul 2023-cü il tarixli ifadələrinin sübut kimi qiymətləndirilməyən hissələri istisna olmaqla, qalan hissələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai araşdırma zamanı Şahid2, Şahid6 və Şahid3 şahid qismində verdikləri ifadələr, Şahid1 ibtidai araşdırma zamanı şahid qismində verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadələri, iş materiallarında olan sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə 28 yanvar 2023-cü il tarixli protokol, ona əlavə edilmiş diksin yaddaşına yazılmış videogörüntü, məhkəmə-bioloji ekspertizasının 29 yanvar 2023-cü il tarixli, 17/110 nömrəli rəyi, 28 yanvar 2023-cü il tarixdə saat 14:41 və 14:47-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** mobil nömrə ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında qeydə alınmış telefon danışıqları haqqında məlumatlar, “Baxış keçirilməsi haqqında” 02 may 2023cü il tarixli protokol, ona əlavə edilmiş pul əskinası və diskin yaddaşına yazılmış videogörüntü, digər istintaq hərəkəti protokolları və sənədlər, Şahid1 üzərindən aşkar edilmiş, iş üzrə maddi sübut qismində tanınmış qurudulmuş marixuananın qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirini tam sübuta yetirmiş və əməlini düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 236). - Füzuli RİHB-nın Böyük Bəhmənli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli arayış və xasiyyətnamə, AZ-İİ seriyalı, 479440 nömrəli “Nikah haqqında şəhadətnamə”, AZ-İV seriyalı, 742222 nömrəli “Doğum haqqında şəhadətnamə”, İ-3547, İ- 6704, İ-19714 və 2272 nömrəli vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində bir nəfər azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə edilmiş, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli, 2364 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı”, Azərbaycan Respublikası Müdafiə nazirinin 30 dekabr 202-ci il tarixli, 0246t nömrəli əmri ilə “Şücaətə görə” medalları ilə təltif edilmişdir (İİ cild, səh. 284- 290). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-ci maddəsinə, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, iş üzrə törətdiyi əməldən səmimi peşiman olması və İİ Qarabağ Müharibəsində fəal iştirak etməsi ilə əlaqədar yuxarıda göstərilən medallarla təltif edilməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, şəxsiyyətini xarakterizə edən halları, himayəsində bir nəfər azyaşlı uşağının olması, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, iş üzrə törətdiyi əməldən səmimi peşiman olması, İİ Qarabağ Müharibəsində fəal iştirak etməsi ilə əlaqədar yuxarıda göstərilən medallarla təltif edilməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs təqsirli bilinməli olduğu Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddə, yəni 3 (üç) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2023-cü il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmuş (müvafiq protokol əsasında – İ cild, səh. 115), Zərdab Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 4(035)02/2023 nömrəli qərarı ilə (İ cild, səh. 213, ) onun barəsində əvvəli 29 yanvar 2023-cü il tarixdən hesablanmaqla üç ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Buna görə də Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs 29 yanvar 2023-cü il tarixdən 29 aprel 2023-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu cəmi 3 (üç) ay müddət ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılmalı, onun üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasını real çəkməli olduğuna görə 02 may 2023-cü il tarixli qərarla (İİ cild, səh. 24-26) barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilməli, o, məhkəmə iclasında dərhal həbsə alınmalı və barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 06 iyun 2023-cü il tarixli, 3500 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs (bundan sonra - o) psixostimulyatordan epizodik istifadə etmə halları olub. Lakin müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hazırda o, narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (İİ cild, səh. 74, 75). Buna görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi materiallarına əlavə edilmiş Tərtər Hərbi Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1-1(098)163/2023 nömrəli hökmü ilə Şahid1 üzərindən aşkar edilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 4,97 qram təşkil edən, iş üzrə maddi sübut qismində tanınmış qurudulmuş marixuananın məhv edilməsi və 29 yanvar 2023-cü il tarixli, 17/110 nömrəli məhkəmə-bioloji ekspertizası rəyi üzrə ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə 34,55 manat məbləğində pulun sonuncudan tutulmasının qərara alınması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri, həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Buna görə də iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitənin Şahid1 satmasından əldə etdiyi, maddi sübut qismində tanınmış 1 ədəd 50 manatlıq əskinasdan ibarət olan 50 manat məbləğində pul xüsusi müsadirə edilməklə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 yanvar 2023-cü il tarixdən 29 aprel 2023-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu cəmi 3 (üç) ay müddət ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılsın. Onun üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclasında dərhal həbsə alınsın. Hökmün bu hissədə icrası Füzuli Rayon Polis Şöbəsi, Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yeri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 99-1.1.2-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitənin satışından əldə etdiyi, maddi sübut qismində tanınmış 1 ədəd 50 manatlıq əskinasdan ibarət olan 50 manat məbləğində pul xüsusi müsadirə edilməklə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-43/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-43/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver