Məhkəmə qərarları › İş №1(064)-43/2024

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-43/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-43/2024 17.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Füzuli rayonu, Əhmədbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən qəsdən satış məqsədi olmadan xeyli miqdarda əldə etdiyi psixotrop maddə hesab edilən metamfetamini qanunsuz olaraq üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün 01 ədəd bükümdə təmiz çəkisi 0,161 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda qəsdən qanunsuz olaraq əldə edib sağ ayağında corabın içində saxlamaqla Füzuli rayonu, Fin qəsəbəsi ərazisinə qədər qanunsuz olaraq daşımışdır. Füzuli rayon polis şöbəsinin əməkdaşları tərəfindən 15 aprel 2024-cü il tarixdə saat 18:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə etdiyi psixotrop maddə hesab edilən metamfetamini sağ ayağında corabın içində Füzuli rayonu Fin qəsəbəsinin yaxınlığında qanunsuz olaraq daşıyan zaman saxlanılaraq Füzuli Rayon Polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilən zaman sağ ayağındakı corabın içindən avtomobilindən 01 ədəd bükümdə təmiz çəkisi 0,161 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədiyi və iş üzrə üzərindən aşkar edilmiş qurudulmuş marixuananın təmiz çəkisinin 0,161 qram deyil, cinayət məsuliyyətinin tərkibini yaratmayan, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətlərini yaradan miqdarda olduğunu bildirsə də, 17 sentyabr 2024-cü il tarixli məhkəmə baxışı iclasında verdiyi ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, iş üzrə üzərindən Füzuli Rayon Polis şöbəsində şəxsi axtarış keçirilən zaman aşkar edilmiş təmiz çəkisi 0,161 qram təşkil edən qurudulmuş marixuananın ona məxsusdur, həmin kütləni şəxsi istifadəsi üçün əldə edib, saxlayıb və üzərində gəzdirmişdir. O, əvvəllər də qurudulmuş marixuanadan istifadə edib. 15 aprel 2024-cü il tarixdə polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmiş, üzərindən şəxsi axtarış keçirilən zaman həmin kütləni aşkar edib qablaşdırıb götürmüşlər. İş üzrə heç bir polis əməkdaşı ona qarşı hər hansı formada qanunsuz hərəkət etməmişdir. Ona qarşı irəli sürülmüş ittiham üzrə hər hansı halı mübahisələndirmir, törətdiyi cinayət əməlindən səmimi peşmandır, Vətən müharibəsi iştirakçısı olaraq medallarla təltif edilmişdir. Həm özü son sözündə, həm də müdafiəçisi Müdafiəçi məhkəmə çıxışında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsinin nəzərə alınaraq, barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişlər. Hazırki cinayət işi üzrə şahid, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CМ-in 234.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs Şahid8 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-yə məxsus 051 *** ** ** və 051 *** ** ** saylı mobil nömrələri istifadə edir, həmin mobil nömrələrdən 051 *** ** ** saylı mobil nömrə əmisi oğlu X5 adına olsa da, 2009-cu ildən özü istifadə edir, digər mobil nömrə yəni 051 *** ** ** saylı mobil nömrə isə öz adınadır və təxminən 5 aydır ki istifadə edir. X4 markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobili baş etibarnamə ilə idarə edir. Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində “4 yol” adlanan ərazidə avtomobil üzlüklərinin tikişi ilə məşğuldur, 5 ildir ki, narkotik vasitə qəbul edir, ilkin olaraq ilk 3 ildə narkotik vasitə olan marixuana, son iki ildə isə psixotrop maddə olan şüşə və daş adı ilə tanıdığı metamfetamin istifadə edir. Narkotik vasitə və psixotrop maddələri müxtəlif ünvanlardan tanımadığı şəxslərdən əldə etmiş, həmin narkotik vasitələri çəkmək üsulu ilə istifadə etmişdir. Əvvəllər musiqiçi işləmiş, yəni sintizator ifa etmiş, həmin vaxtlar onunla birgə musiqiçi işləyən gitara ifaçısı Füzuli rayonu, Əhmədbəyli kənd sakini olan Təqsirləndirilən şəxs tanımış, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. 14 aprel 2024-cü il tarixdə axşam saat 21 radələrində yuxarıda qeyd etdiyi avtomobil sexində iş görərkən Təqsirləndirilən şəxs həmin yerə gəlmiş, söhbət edərkən sonuncuya sexə mal almaq üçün Bakı şəhərinə gedəcəyini demiş, həmin söhbət əsnasında Təqsirləndirilən şəxs Bakı şəhərində polis idarəsində sənəd olmasını və ona imza etmək üçün Bakı şəhərinə getməli olduğunu, lakin pulu olmadığını bildirmiş, onu da Bakı şəhərinə aparmağı qəbul etmişdir. Bundan sonra həmin gün yəni, 14 aprel 2024-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə özünə məxsus Mercedes Benz markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə getmiş və avtomobili özü idarə etmişdir. Yolda olarkən Təqsirləndirilən şəxs istifadə üçün şüşə adı ilə tanıdığı psixotrop maddə olan metamfetamin alacağını demiş, həmin vaxt ona da təklif edərək, “istəyirsənsə, sənə də alım” ifadəsini işlətmiş, bu zaman Təqsirləndirilən şəxs təklifini qəbul etmiş və sonuncunun deməsinə görə ona 30 (otuz) manat pul vermiş, həmin vaxt Təqsirləndirilən şəxs özü də 30 manat qoyacağını demiş, Təqsirləndirilən şəxs 30 manat pulu verən zaman yarım qram psixotrop maddə olan metamfetamin almasını demişdir. 15 aprel 2024cü il tarixdə saat 02 radələrində Bakı şəhərinə çatmış və Təqsirləndirilən şəxs 20 Yanvar dairəsinin yanında psixotrop maddə metamfetamin alması üçün düşürtmüş, lakin Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini kimdən, haradan, necə və hansı qiymətə almasını bilməmişdir. Təqsirləndirilən şəxs düşürtdükdən sonra Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evinə getmişdir. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evində olarkən təxminən saat 04 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə gəlmiş, həmin vaxt sonuncu bir ədəd nisbətən böyük şəffaf rəngli sellofan bükümündə psixotrop maddə metamfetamin gətirmişdir. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evində olarkən həmin psixotrop maddə olan metamafetamini iki yerə bölmüş, bir hissəsini Təqsirləndirilən şəxs, qalan hissəsini isə özü götürmüş, həmin psixotrop maddə olan metamfetamini kağıza bükmüşlər. Bundan sonra həmin gecə birlikdə həmin psixotrop maddə olan metamfetamindən iki dəfəyə bir hissəsini Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evində istifadə etmişlər. Qalan hissəsini isə növbəti dəfə istifadə etməsi üçün iki bükümə ayıraraq bükümün birin özünə məxsus olan açıq göy rəngli cins şalvarın, sağ balaca cibinə, digər bükümü isə hərbi papağın içinə qoymuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs özünə məxsus olan bir ədəd içində psixotrop maddə metamfetamin olan bükümü isə ona məxsus papağın içində olan narıncı rəngli kiçik ölçülü plastik qabın içinə qoyaraq orada saxlamışdır. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini papağının içində olan narıncı rəngli qutunun içinə qoyarkən “sabah tezdən polis idarəsinə gedəcəm, ona görə də burada qalsın sonra götürərəm” ifadəsini demişdir. Bundan sonra 16 aprel 2024-cü il tarixdə saat 09 radələrində Mercedes Benz markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs ilə birlikdə evdən çıxmış və sonuncunu 20 Yanvar metrostansiyasının yaxınlığında düşürtmüşdür. Evdən çıxarkən psixotrop maddə olan metamfetamini qoyduğu şalvarını idman çantasına qoyaraq avtomobilinin arxa sağ ayaqaltı hissəsinə qoymuş, içində psixotrop maddə metamfetamin olan papağı isə idman çantasının yanına qoymuşdur. Həmin gün saat 13 radələrinə kimi Bakı şəhəri 8-ci km maşın bazarında olmuş və orada lazım olan əşyaları aldıqdan sonra Təqsirləndirilən şəxs zəng edərək Füzuli rayonuna qayıdacağını bildirmiş, Təqsirləndirilən şəxs onuda götürməsini demiş, bundan sonra həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs 20 Yanvar metrostansiyasının yaxınlığından götürərək Füzuli rayonuna geri qayıtmışdır. Təxminən saat 17 radələrində Füzuli rayonuna çatmış və Füzuli rayonu, Fin qəsəbəsi ərazisində olarkən polis əməkdaşları idarə etdiyi Mercedes Benz markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobili saxladaraq Füzuli rayon polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Füzuli rayon polis şöbəsinə gəlmiş, polis şöbəsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştiraçı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılan zaman üzərindən hər hansı dövriyyəsi qadağan olunmuş əşya aşkar olunmamış, Mercedes Benz markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış zamanı isə avtomobilində saxladığı özünə və Təqsirləndirilən şəxs məxsus olan psixotrop maddə metamfetamin aşkar olunmuş, bundan əlavə avtomobildən özünə məxsus olan iş yerində istifadə etdiyi bir ədəd açılıb qatlanan bıçaq və əsgərlik vaxtlarından saxladığı bir ədəd balta aşkar olunaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Saxlanılan zaman polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi zor tədbiq olunmamışdır. Cinayət işi üzrə aralarında 17 aprel 2024-cü il tarixdə videoçəkilişlə keçirilmiş üzləşdirmə zamanı Şahid8 Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini yəni, 15 aprel 2024-cü il tarixdə qarşısında oturan İsa ilə birlikdə Bakı şəhərinə getməsini, Bakı şəhərində İsaya 30 manat pul verərək ona psixotrop maddə olan metamfetamin almasını xahiş etmiş və həmin vaxt İsa ona metamfetamin almasını, həmin metamfetamindən ona məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evində bir hissəsini istifadə etdiyini, qalan hissəsini isə bükümlərə bölərək, həmin bükümlərdən 2 ədədini özü üçün cins şalvarının və papağının içində saxlamasını, papağının içində olan narıncı rəngli qutuda olan metamfetaminin isə İsaya məxsus olmasını Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Füzuli Rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Füzuli rayon sakinləri Şahid8 və Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi kimi tanımışdır. Şahid8 və Təqsirləndirilən şəxs Füzuli rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə 15 aprel 2024-cü il tarixdə Füzuli rayon Polis şöbəsinin Cinayət Axtarışı bölməsinin rəisi Şahid1 əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra həmin tarixdə Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və qərarı rayon polis şöbəsinin rəisi təsdiq etmişdir. Bundan sonra Füzuli rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin rəisi Şahid1, baş əməliyyat müvəkkil Şahid2, əməliyyat müvəkkili polis leytenantı Şahid5, əməliyyat müvəkkilləri Şahid7, Şahid4, Şahid6 və onun iştirakı ilə əməliyyat tədbirinin keçirilməsinə başlanılmışdır. 15 aprel 2024-cü il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs və Şahid8 əməliyyat müşahidəsinə götürülmüş və sonuncular Şahid8 istifadəsində olan “Mercedes Benz” markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu Fin qəsəbəsinin ərazisində hərəkətdə olarkən həmin avtomobil onlar tərəfindən saxlanılaraq Füzuli rayon polis şöbəsinə gətirilmişdir. Bundan sonra ilk öncə Şahid8 polis şöbəsində şübhəli şəxs qismində tutulmuş və onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman üzərində hər hansı qanunsuz əşya aşkar olunmamış, sonradan Şahid8 idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin arxa oturacağında bir ədəd narıncı rəngli qutudan bir bükümdə, bir ədəd siqaret qutusunda 1 ədəd bükümdə və avtomobilin arxa oturacağında olan açıq mavi rəngli cins şalvarın cibindən isə bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Həmçinin Şahid8 avtomobilindən bir ədəd bıçaq və bir ədəd balta da aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib olundu və o, da də protokola imza etmişdir. Bundan sonra xidməti işlə bağlı başqa yerə getmiş, lakin sonradan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun corabından bir bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülməsini öyrənmişdir. Təqsirləndirilən şəxs və Şahid8 polis şöbəsində hər hansı fiziki və ya psixi zor tətbiq olunmamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Füzuli Rayon Polis şöbəsinin Cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Füzuli rayon sakinləri Şahid8 və Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi kimi tanımışdır. Şahid8 və Təqsirləndirilən şəxs Füzuli rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə 15 aprel 2024-cü il tarixdə Füzuli rayon Polis şöbəsinin Cinayət Axtarışı bölməsinin rəisi Şahid1 əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra həmin tarixdə Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və qərarı rayon polis şöbəsinin rəisi təsdiq etmişdir. Bundan sonra Füzuli rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin rəisi Şahid1, baş əməliyyat müvəkkilləri polis kapitanı Şahid3, əməliyyat müvəkkili polis leytenantı Şahid5, əməliyyat müvəkkilləri Şahid7, Şahid4, Şahid6 və onun iştirakı ilə əməliyyat tədbirinin keçirilməsinə başlanılmışdır. 15 aprel 2024-cü il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs və Şahid8 əməliyyat müşahidəsinə götürülmüşdür və sonuncular Şahid8 istifadəsində olan “Mercedes Benz” markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu Fin qəsəbəsinin ərazisində hərəkətdə olarkən həmin avtomobil onlar tərəfindən saxlanılaraq Füzuli rayon polis şöbəsinə gətirilmişdir. Bundan sonra ilk öncə Şahid8 polis şöbəsində şübhəli şəxs qismində tutulmuş və onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, lakin xidməti işi olduğu üçün həmin şəxsi axtarışda iştirak etməmiş, sonradan Şahid8 məxsus avtomobildən ümumilikdə üç ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə, bir ədəd bıçaq və bir ədəd balta aşkar olunaraq götürülməsini öyrənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, həmin şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ ayağının corabından bir bükümdə metamfetaminə bənzər kütlə aşkar olunub götürülmüşdür. Bu barədə protokol tərtib olundu və o, da həmin protokola imza etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid5 və Şahid6 işin əsas mahiyyəti üzrə yəni, Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişlər. Cinayət iş üzrə şahid qismində dindirilmiş Şahid7 və Şahid4 işin əsas mahiyyəti üzrə yəni, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: İş materiallarına əsasən müəyyən edilir ki, hazırki cinayət işi 06 iyul 2024-cü il tarixdə ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə ilə ayrıca icraata ayrılaraq icraata qəbul edilmiş, ********* cinayət işi 16 aprel 2024-cü il tarixdə Şahid8 və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılaraq istintaq bölməsinə göndərilmiş və həmin tarixdən icraata qəbul edilərək istintaq aparılmışdır. İbtidai istintaq zamanı Füzuli rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Müşfiq Məmişov tərəfindən tərtib edilmiş 15 aprel 2024-cü il tarixli «Şəxsi axtarış keçirilməsi haqqında» protokolda görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Samsung” markalı mobil telefon, üç ədəd plastik kart, sol yan cibindən bir ədəd sep aşkar olundu, həmçinin sağ ayağındakı corabı mıxardaraq həmin corabın içindən bir ədəd büküm təqdim edib, həmin bükümdəki maddənin psixotrop maddə olan metamfetamin olmasını və Bakı şəhərindən öz istifadəsi üçün almasını bildirmişdir. Həmin vaxt elektron tərəzi işləmədiyi üçün Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkilməsi mümkün olmamışdır. İş üzrə təyin edilərək keçirilmiş “Məhkəmə-kimyəvi ekspertizası” ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparılan ekspertizanın 16 aprel 2024-cü il tarixli 3-16-16/2-18/405 nömrəli rəyində göstərilmişdir ki, 1) Tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,161 qram olan maddə kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmmuş psixotrop maddə metamfetamin ilə Şahid8 avtomobilindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Metamfetamin-28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” daxildir (İ siyahı). Beləliklə, Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsi, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid8 ifadəsi, Şahid8lə onun və üzləşdirilmə protokolu, eyni zamanda şahid ifadələri, istintaq hərəkəti protokolları və həmin protokollara əlavələr ilə, “məhkəmə-kimyəvi ekspertizası”nın 16 aprel 2024-cü il tarixli 3-16-16/2- 18/404 nömrəli və 16 aprel 2024-cü il tarixli 3-16-16/2-18/405, “Ambulator məhkəmənarkoloji ekspertizası”nın 28 iyun 2024-cü il tarixli 4458 nömrəli, məhkəmə ballistik ekspertizasının 14 may 2024-cü il tarixli, 3-16-16/2-3/765 nömrəli rəyləri və digər istintaq materialları ilə, Təqsirləndirilən şəxs xeyli miqdarda, yəni 0,161 qram çəkidə psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətməsi ilə kifayət qədər subuta yetirilmişdir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 08 iyul 2024-cü il tarixli qərar əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar olunaraq götürülmüş sonuncuya məxsus üzərində 051 *** ** ** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefonun 20 aprel 2024-cü il tarixli qəbzlə Təqsirləndirilən şəxs özünə qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərində saxlayaraq daşıdığı psixotrop maddə olan metamfetamin satmasında və ya satış məqsədi ilə saxlamasında, həmçinin Şahid8 psixotrop maddə olan metamfetamin satması təqsirliliyi sübuta yetirilmədiyindən barəsində CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmаsı rədd edilmiş, 17 aprel 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilərkən həmin narkotik vasitələrin özünə məxsus olmaması barədə bildirdiyi özünü müdafiə kimi qiymətləndirilmiş və ifadənin həmin hissələri mötəbər sübut hesab edilməmiş, üzərində aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamış, psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbə ilə bağlı iş ayrılmamışdır. Təqsirləndirilən şəxs orta təhsillidir, fərdi əmək fəaliyyəti ilə məşğul olur, subaydır, əvvəllər məhkum olunmamışdır, yaşayış yerindən təqdim olunmuş xasiyyətnamə ilə müsbət xarakterizə edilir. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs, Vətən Müharibəsində iştirak etməklə, “Füzulinin azad edilməsi” (xx.xx.2020, №2362) və “Vətən Müharibəsi iştirakçısı” (xx.xx.2022, №63527) medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar onun Vətən Müharibəsində iştirak etməklə, “Füzulinin azad edilməsi” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsidir, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, İİ Qarabağ müharibəsində baş vermiş döyüşlərdə iştirak etməsi, medallarla təltif edilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və iş üzrə törətdiyi əməlləri etiraf edib onlardan səmimi peşman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq, eləcə də dövlət ittihamçısının cəza təyini ilə bağlı təklifini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının, konkret olaraq 2 (iki) il 6 (altı) ay müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdə, saat 21:05də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulmuş, 17 aprel 2024-cü il tarixdə saat 19.30 radələrində cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin şərtlərini pozduğu üçün Füzuli Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli qərarı ilə, əvvəli 11 iyun 2024-cü il tarixdən hesablanmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, həmin müddətlər, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut –15 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,161 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin 10 may 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınması, 10 may 2024-cü il tarixli 3-13-73/1-7102/2024 nömrəli raportla Füzuli rayon Polis Şöbəsinin saxlancına təhvil verilməsi 08 iyul 2024-cü il tarixli qərarla nəzərə alınmışdır. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 10967 nömrəli məktubla göndərilmiştəsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələri ilə aparılan danışıqlara dair məlumatlar, SMS-lər siyahısı, SMS mətnləri, əhatə dairəsi və abunəçilərə dair məlumatlar əks olunan bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması 08 iyul 2024-cü il tarixli qərarla nəzərə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən daxil olmuş 25 aprel 2024-cü il tarixli tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 28 iyun 2024-cü il tarixli 4458 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixosimulyatorların qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Füzuli rayon mərkəzi xəstəxanası Publik hüquqi şəxsindən daxil olmuş 05 iyul 2024-cü il tarixli 18-1-36/2-728/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyata alınmışdır, bu hal narkomaniyadan məcburi müalicə təyin edilərkən nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdən 17 aprel 2024-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu və 11 iyun 2024-cü il tarixdən 17 sentyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 3 ay (üç) 8 (səkkiz) gün müddət ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəflərinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 0,161 qram təşkil edən metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar