Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-43/2025 03.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Füzuli rayonunda fərdi fəailyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayəti işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir ondan ötrü ki o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2781/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsini, həmçinin cavabdeh kimi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşa çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3214/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(064)- 216/2024 saylı qərarı ilə 08 (səkkiz) gün müddətinə, xx.xx.2024-cü il tarixli, 3(064)- 824/2024 saylı qərarı ilə 25 (iyirmi beş) gün müddətinə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixədək Zərərçəkmiş şəxs1 6550,00 manat, Zərərçəkmiş şəxs2 9200,00 manat məbləğində olmaqla aliment borclarını zərərçəkmiş şəxslərə ödəməyərək sonunculara maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında: İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və onların bu nikahından xx.xx.2009-cu il tarixdə Osman adlı 1 (bir) uşaqları dünyaya gəlmiş, sonradan münasibətləri pozulduğundan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən onların nikahına xitam verilərək, birgə nikahdan anadan olmuş X8 Əhmədovanın yanında qalmaqla, ondan hər ay 80,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs1 verilməsi qət edilmiş, sonradan aliment məbləği az olduğu üçün Zərərçəkmiş şəxs1 iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə alimentin məbləği artırılaraq 130,00 manat məbləğində müəyyən edilmişdir. O, əvvəlki məhkəmə qətnamələri ilə müəyyən edilmiş borclarını tam ödəsə də, sonradan Zərərçəkmiş şəxs1 bir daha aliment məbləğinin artırılması məqsədi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2781/2021 saylı qətnaməsi ilə ondan qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü Osman Əhmədovun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. Bundan əlavə olaraq o, Zərərçəkmiş şəxs1 rəsmi olaraq ayrıldıqdan sonra xx.xx.2013cü il tarixdə Zərərçəkmiş şəxs2 ilə faktiki nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan xx.xx.2013-cü il tarixdə Aysu və xx.xx.2017-ci il tarixdə Ayxan adlı 2 (iki) uşaqları dünyaya gəlmişdir. Sonradan Zərərçəkmiş şəxs2 ilə də müünasibətləri pozulduğundan Ülviyyə aralarında olan nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 3214/2022 saylı qətnaməsinə əsasən onların nikahına xitam verilərək, birgə nikahdan anadan olmuş uşaqlarının Zərərçəkmiş şəxs2 yanında qalmaqla X6 və X3 yetkinlik yaşa çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla, ümumilikdə 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. O, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra etmədiyi üçün, məhkəmə qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, həmçinin məhkəmə qərarı ilə inzibati qaydada həbs edilmişdir. Bütün bu olanlara baxmayaraq, o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2025-ci il tarixədək Zərərçəkmiş şəxs1 yaranmış olan 6550,00 manat və Zərərçəkmiş şəxs2 yaranmış olan 9200,00 manat aliment borcunu ödəməmişdir. Hazırda da aliment borclarını ödəmək üçün maddi imkanı yoxdur, lakin yaxın gələcəkdə çalışıb ödəyəcək, ona yüngül cəza verilməsini xahiş etmişdir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və onların birgə nikahından xx.xx.2009-cu il tarixdə Osman adlı 1 (bir) uşaqları doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən onunla Təqsirləndirilən şəxs arasındakı nikahın pozulması, nikahlarından anadan olmuş Osman Əhmədovun onun yanında qalması, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir, sonradan aliment məbləği az olduğu üçün o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin məhkəmənin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 130,00 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini və həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini tam olaraq ona ödəmiş və Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli və xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə ona aliment borcu qalmamışdır. Sonradan o, bir daha aliment məbləğinin artırılması məqsədi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2781/2021 saylı qətnaməsi ilə Təqsirləndirilən şəxs qətnamənin qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü Osman Əhmədovun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Füzuli rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmədiyi üçün Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 8 (səkkiz) gün və xx.xx.2024-cü il tarixli qərarı ilə 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin bütün bu olanlara baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək yaranmış olan 6550,00 manat aliment borcunu ödəməmişdir. Qeyd edilən ödənilməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. İş üzrə digər Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2013-cü il tarixdə faktiki nikaha daxil olaraq ailə qurmuş, nikahları xx.xx.2013-cü il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2013-cü il tarixdə Aysu və xx.xx.2017-ci il tarixdə Ayxan adlı 2 (iki) uşaqları doğulmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3214/2022 saylı qətnaməsinə əsasən onunla Təqsirləndirilən şəxs arasındakı nikahın pozulması, nikahlarından anadan olmuş uşaqlarının onun yanında qalmaqla, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması üçün Füzuli rayon icra və probasiya şöbəsinə göndərilmiş və və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmədiyi üçün, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin bütün bu olanlara baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. xx.xx.2025-ci il tarixədək yaranmış olan 9200,00 manat aliment borcunu ödəməmişdir. Qeyd edilən ödənilməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. İş üzrə şahid Füzuli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2781/2021 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs qətnamənin qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. İcra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar tələbkara və məhkəməyə göndərilmiş, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Təqsirləndirilən şəxs rəsmən təqdim edilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3214/2022 saylı qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşa çatanadək saxlanılmaları üçün Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. İcra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar tələbkara və məhkəməyə göndərilmiş, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Təqsirləndirilən şəxs rəsmən təqdim edilmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Müvafiq icra sənədi üzrə olan tələb borclu Təqsirləndirilən şəxs tərəfindən icra edilmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(064)-216/2024 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə onun barəsində 8 (səkkiz) gün inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Daha sonra borclu Təqsirləndirilən şəxs yeri məlum olmadığından icra sənədinin icrasının təmin edilməsi məqsədilə barəsində xx.xx.2024-cü il tarixdə axtarış verilmiş və Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Füzuli rayon polis şöbəsinin əməkdaşları tərəfindən tapılaraq Füzuli rayon icra və probasiya şöbəsinə gətirilmişdir. Aliment borcunu ödəmədiyinə görə borclu Təqsirləndirilən şəxs barəsində təkrar inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(064)-824/2024 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Təqsirləndirilən şəxs barəsində 25 (iyirmi beş) gün inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Təqsirləndirilən şəxs icraat zamanı icra sənədi üzrə xx.xx.2022-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə cəmi 800,00 manat, digər tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə cəmi 700,00 manat aliment pulu ödəmiş, xx.xx.2025-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs1 6550,00 (altı min beş yüz əlli) manat, tələbkar Zərərçəkmiş şəxs2 isə 9200,00 (doqquz min iki yüz) manat aliment borcu yaranmışdır. Materiallardan göründüyü kimi borclu Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2781/2021 saylı və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 2(001)-3214/2022 saylı icra sənədləri üzrə olan tələblər icra edilməmiş, borclu Təqsirləndirilən şəxs inzibati tənbeh tətbiq olunmasına və cinayət məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs məhkəmə qərarlarını icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmiş və əməlində qərəzlilik müşahidə olunmuşdur. Bundan başqa tələbkarlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müvafiq olaraq Füzuli rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəməkdən boyun qaçırmasını bildirmiş, hər iki tələbkar borclunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Dövlət adından çıxarılmış məhkəmə qətnaməsi borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün İcra xidməti vasitəsilə Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat göndərilmişdir. İş üzrə şahid Füzuli rayon icra və probasiya şöbəsinin rəis vəzifəsini icra edən Şahid2 ifadəsində Şahid1 göstərdikləri xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnamələrini qərəzli icra etməməsini bir daha göstərmişdir. Məhkəmə iclasında iş materialları təqdiq edilmişdir: Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 2781/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığı üçün Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru təqdimat ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-496/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuşdur. İş materiallarına əlavə edilmiş X2 X5 filialının arayışından görünür ki, filialın əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs ilə əlaqə (***-***-**-**) saxlanılmış, danışıq zamanı Təqsirləndirilən şəxs Bakı şəhərində yaşayıb, işlədiyini və filialdan məşğulluq sahəsində göstərilən xidmətlərlə bağlı heç bir tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(064)-216/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3(064)-824/2024 saylı qərarlarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2781/2021 saylı və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(001)- 3214/2022 saylı qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. İbtidai istintaq və məhkəmə istintaqı zamabı cinayət işi üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək müdafiə xarakterli göstərdiyi xüsusatları hərhansı bir dəlillərlə əsaslandıra bilməmiş, eyni zamanda göstərilən xüsusatlar yuxarıda sadalanan toplanmış sübutların məcmusu ilə və cinayət işi üzrə zərərçəkmiş şəxslərin və istintaq araşdırması zamanı dindirilmiş şahid ifadələri ilə tam təkzib edilmişdir. Beləliklə, məhkəmə istintaqı və ibtidai istintaq zamanı müəyyən olunmuşdur ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əmək fəaliyyəti ilə məşğul olaraq, kifayət qədər qazanc əldə etdiyi halda icra tələbini tam şəkildə ödəməyə maddi imkanının olmasına, habelə ona məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin icrası üçün dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə, qətnaməni icra etmədiyi üçün ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasına baxmayaraq, qərəzli olaraq məhkəmə qətnamələrini icra etməmiş, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu 6550,00 manat və cinayət işi üzrə digər Zərərçəkmiş şəxs2 məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu 9200,00 manat məbləğində ziyandan ödəniş etməmişdir. Təqsirləndirilən şəxs – xx.xx.1985-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2a qeydiyyatda olmaqla, ünvan 3nda yaşayan və qeydiyyat yeri üzrə Füzuli RİHB-nın Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən müsbət xarakterizə olunmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 313-12/2-118340/2025 nömrəli tələbnamə və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran və CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxsin məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin icra sənədini yenidən qərəzli olaraq icra etmədiyi hallarda yaranır. Məhkəmə qətnaməsini icra etməmə dedikdə, onun icrasını həyata keçirmək üçün bu və ya digər hərəkət etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktını icra etməmə yalnız qərəzli olduqda Azərbaycan Respublikası CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Məhkəmə aktını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdaklara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi ilə bağlı dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə göstərilən hüquqi mövqelərə əsaslanaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli əməli törətməsi əməlində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 şahid qismində dindirilmiş Şahid1 və Şahid2 verdikləri ifadələr, cinayət işi materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2781/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3214/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi, həmin qətnamələrin əsasında verilmiş icra sənədlərinin icrası ilə bağlı toplanmış, yuxarıda sadalanan məhkəmə qərarları və digər sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmaması ilə yanaşı, hazırda da aliment borcunu ödəməməsini və zərərçəkmiş şəxslərin şikayətçi olmalarını nəzərə alaraq hesab edir ki, onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədinə nail olmaq baxımından daha yetərli olar. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əsasən müəyyən edilir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2781/2021 saylı qətnaməsinə əsasən 6550,00 manat və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(001)-3214/2022 saylı qətnaməsinə əsasən 9200,00 manat məbləğində ziyandan ödəniş edilməmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia, eləcə də xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358,384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, onun barəsində 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 03 iyun 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib, həbs qətimkan tədbir ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. İşdə maddi sübut və digər məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №1(064)-43/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-43/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver