Məhkəmə qərarları › İş №1(064)-44/2024

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-44/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-44/2024 08.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, 02 avqust 1989-cu il tarixdə Füzuli rayonu, Mahmudlu-1 kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Mahmudlu-1 kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün 03 ədəd bükümdə xeyli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,109 qram, 0,247 qram, 0,520 qram, ümumi çəkisi 0,876 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib idarə etdiyi “Mercedes Benz” markalı ** TE *** dövlət qediyyat nişanlı avtomobilin arxa oturacağında olan narıncı rəngli plastik qutuda, siqaret qutusunda və şalvarın cibində qanunsuz olaraq saxlamaqla Füzuli rayonu, Fin qəsəbəsi ərazisinə qədər qanunsuz olaraq daşımışdır. Füzuli Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 15 aprel 2024-cü il tarixdə saat 18:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə etdiyi psixotrop maddə hesab edilən metamfetamini “Mercedes Benz” markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobilində Füzuli rayonu Fin qəsəbəsinin yaxınlığında qanunsuz olaraq daşıyan zaman saxlanılaraq Füzuli Rayon Polis şöbəsinə gətirilmiş, avtomobilinə baxış keçirilən zaman avtomobilindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,109 qram, 0,247 qram, 0,520 qram, ümumi çəkisi 0,876 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, o, "xxxx" MMC-yə məxsus 051 *** ** ** və 051 *** ** ** saylı mobil nömrələri istifadə edir, həmin mobil nömrələrdən 051 *** ** ** saylı mobil nömrə əmisi oğlu X4 adına olsa da, 2009-cu ildən özü istifadə edir, digər mobil nömrə yəni 051 *** ** ** saylı mobil nömrə isə öz adınadır və təxminən 5 aydır ki, istifadə edir. X3 markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobili baş etibarnamə ilə idarə edir. Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində “4 yol” adlanan ərazidə avtomobil üzlüklərinin tikişi ilə məşğuldur, 5 ildir ki, narkotik vasitə qəbul edir, ilkin olaraq ilk 3 ildə narkotik vasitə olan marixuana, son iki ildə isə psixotrop maddə olan şüşə və daş adı ilə tanıdığı metamfetamin istifadə edir. Narkotik vasitə və psixotrop maddələri müxtəlif ünvanlardan tanımadığı şəxslərdən əldə etmiş, həmin narkotik vasitələri çəkmək üsulu ilə istifadə etmişdir. Əvvəllər musiqiçi işləmiş, yəni sintizator ifa etmiş, həmin vaxtlar onunla birgə musiqiçi işləyən gitara ifaçısı Füzuli rayonu, Əhmədbəyli kənd sakini olan Şahid8 tanımış, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. 14 aprel 2024-cü il tarixdə axşam saat 21 radələrində yuxarıda qeyd etdiyi avtomobil sexində iş görərkən Şahid8 həmin yerə gəlmiş, söhbət edərkən sonuncuya sexə mal almaq üçün Bakı şəhərinə gedəcəyini demiş, həmin söhbət əsnasında Şahid8 Bakı şəhərində polis idarəsində sənəd olmasını və ona imza etmək üçün Bakı şəhərinə getməli olduğunu, lakin pulu olmadığını bildirdikdə, onu da Bakı şəhərinə aparmağı qəbul etmişdir. Bundan sonra həmin gün yəni, 14 aprel 2024-cü il tarixdə saat 22 radələrində Şahid8 ilə birlikdə özünə məxsus Mercedes Benz markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə getmiş və avtomobili özü idarə etmişdir. Yolda olarkən Şahid8 istifadə üçün şüşə adı ilə tanıdığı psixotrop maddə olan metamfetamin alacağını demiş, həmin vaxt ona da təklif edərək, “istəyirsənsə sənə də alım” ifadəsini işlətmiş, bu zaman Şahid8 təklifini qəbul etmiş və sonuncunun deməsinə görə ona 30 (otuz) manat pul vermiş, həmin vaxt Şahid8 özü də 30 manat qoyacağını demiş, Şahid8 30 manat pulu verən zaman yarım qram psixotrop maddə olan metamfetamin almasını demişdir. 15 aprel 2024-cü il tarixdə saat 02 radələrində Bakı şəhərinə çatmış və Şahid8 20 Yanvar dairəsinin yanında psixotrop maddə metamfetamin alması üçün düşürtmüş, lakin Şahid8 həmin psixotrop maddə metamfetamini kimdən, haradan, necə və hansı qiymətə almasını bilməmişdir. Şahid8 düşürtdükdən sonra Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evinə getmişdir. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evində olarkən təxminən saat 04 radələrində Şahid8 yaşadığı evə gəlmiş, həmin vaxt sonuncu bir ədəd nisbətən böyük şəffaf rəngli sellofan bükümündə psixotrop maddə metamfetamin gətirmişdir. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evində olarkən həmin psixotrop maddə olan metmafetamini iki yerə bölmüş, bir hissəsini Şahid8, qalan hissəsini isə özü götürmüş, həmin psixotrop maddə olan metamfetamini kağıza bükmüşlər. Bundan sonra həmin gecə birlikdə həmin psixotrop maddə olan metamfetamindən iki dəfəyə bir hissəsini Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evində istifadə etmişlər. Qalan hissəsini isə növbəti dəfə istifadə etməsi üçün iki bükümə ayıraraq bükümün birini özünə məxsus olan açıq göy rəngli cins şalvarın, sağ balaca cibinə, digər bükümü isə hərbi papağın içinə qoymuşdur. Həmin vaxt Şahid8 özünə məxsus olan bir ədəd içində psixotrop maddə metamfetamin olan bükümü isə ona məxsus papağın içində olan narıncı rəngli kiçik ölçülü plastik qabın içinə qoyaraq orada saxlamışdır. Şahid8 psixotrop maddə olan metamfetamini papağının içində olan narıncı rəngli qutunun içinə qoyarkən “sabah tezdən polis idarəsinə gedəcəm, ona görə də burada qalsın sonra götürərəm” ifadəsini demişdir. Bundan sonra 16 aprel 2024-cü il tarixdə saat 09 radələrində Mercedes Benz markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobillə Şahid8 ilə birlikdə evdən çıxmış və sonuncunu 20 Yanvar metrostansiyasının yaxınlığında düşürtmüşdür. Evdən çıxarkən psixotrop maddə olan metamfetamini qoyduğu şalvarını idman çantasına qoyaraq avtomobilinin arxa sağ ayaqaltı hissəsinə qoymuş, içində psixotrop maddə metamfetamin olan papağı isə idman çantasının yanına qoymuşdur. Həmin gün saat 13 radələrinə kimi Bakı şəhəri 8ci km maşın bazarında olmuş və orada lazım olan əşyaları aldıqdan sonra Şahid8 zəng edərək Füzuli rayonuna qayıdacağını bildirmiş, Şahid8 onu da götürməsini demiş, bundan sonra həmin gün saat 14 radələrində Şahid8 20 Yanvar metrostansiyasının yaxınlığından götürərək Füzuli rayonuna geri qayıtmışdır. Təxminən saat 17 radələrində Füzuli rayonuna çatmış və Füzuli rayonu, Fin qəsəbəsi ərazisində olarkən polis əməkdaşları idarə etdiyi Mercedes Benz markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq Füzuli Rayon Polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Füzuli Rayon Polis şöbəsinə gəlmiş, polis şöbəsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştiraçı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılan zaman üzərindən hər hansı dövriyyəsi qadağan olunmuş əşya aşkar olunmamış, Mercedes Benz markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış zamanı isə avtomobilində saxladığı özünə və Şahid8 məxsus olan psixotrop maddə metamfetamin aşkar olunmuş, bundan əlavə avtomobildən özünə məxsus olan iş yerində istifadə etdiyi bir ədəd açılıb qatlanan bıçaq və əsgərlik vaxtlarından saxladığı bir ədəd balta aşkar olunaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Saxlanılan zaman polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi zor tədbiq olunmamışdır. O, hazırda törətdiyi əməldən peşmandır. Buna görə də barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ona ittiham olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyi və iş üzrə toplanmış digər mötəbər, təkzibolunmaz sübutlarla aşağıdakı qaydada müəyyən olunmuşdur. Məhkəmə iclasına şahid qismində dindirilmək üçün lazımi qaydada dəvət edilmiş Şahid3 gəlməsə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 337.2 və 329.1-ci maddələrinə əsasən cinayət prosesi tərəflərinin, xüsusilə də müdafiə tərəfinin razılığı ilə Şahid3 iş üzrə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsini məhkəmə istintaqı zamanı elan edərək tədqiq etmişdir. Cinayət işi materiallarından görünür ki, Şahid3 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən Daxili İşlər orqanlarında, 2022-ci ilin yanvar ayından Füzuli Rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Füzuli rayon sakinləri Təqsirləndirilən şəxs və Şahid8 narkotik vasitə istifadəçisi kimi tanımışdır. Təqsirləndirilən şəxs və Şahid8 Füzuli rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə 15 aprel 2024-cü il tarixdə Füzuli rayon Polis şöbəsinin Cinayət Axtarışı bölməsinin rəisi Şahid1 əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra həmin tarixdə Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və qərarı rayon polis şöbəsinin rəisi təsdiq etmişdir. Bundan sonra Füzuli Rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin rəisi Şahid1, baş əməliyyat müvəkkil Şahid2, əməliyyat müvəkkili polis leytenantı Şahid5, əməliyyat müvəkkilləri Şahid7, Şahid4, Şahid6 və onun iştirakı ilə əməliyyat tədbirinin keçirilməsinə başlanılmışdır. 15 aprel 2024-cü il tarixdə saat 18:30 radələrində Şahid8 və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürülmüş və sonuncular Təqsirləndirilən şəxs istifadəsində olan “Mercedes Benz” markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu Fin qəsəbəsinin ərazisində hərəkətdə olarkən həmin avtomobil onlar tərəfindən saxlanılaraq Füzuli Rayon Polis şöbəsinə gətirilmişdir. Bundan sonra ilk öncə Təqsirləndirilən şəxs polis şöbəsində şübhəli şəxs qismində tutulmuş və onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman üzərində hər hansı qanunsuz əşya aşkar olunmamış, sonradan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin arxa oturacağında bir ədəd narıncı rəngli qutudan bir bükümdə, bir ədəd siqaret qutusunda 1 ədəd bükümdə və avtomobilin arxa oturacağında olan açıq mavi rəngli cins şalvarın cibindən isə bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs avtomobilindən bir ədəd bıçaq və bir ədəd balta da aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib olundu və o da protokola imza etmişdir. Bundan sonra xidməti işlə bağlı başqa yerə getmiş, lakin sonradan Şahid8 üzərində şəxsi axtarış keçirilən zaman onun corabından bir bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülməsini öyrənmişdir. Şahid8 və Təqsirləndirilən şəxs polis şöbəsində hər hansı fiziki və ya psixi zor tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid5 və Şahid6 işin əsas mahiyyəti üzrə yəni, Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişlər. Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən və cinayət prosesi iştirakçıları onun məhkəmədə iştirakını tələb etmədiklərindən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir. İfadədən görünür ki, o, 2012-ci ildən DİO-da, 2022-ci ildən isə Füzuli Rayon Polis şöbəsinin Cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis kapitanı xüsusi rütbəsindədir. Füzuli rayon sakinləri Təqsirləndirilən şəxs və Şahid8 narkotik vasitə istifadəçisi kimi tanımışdır. Təqsirləndirilən şəxs və Şahid8 Füzuli rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə 15 aprel 2024-cü il tarixdə Füzuli Rayon Polis şöbəsinin Cinayət Axtarışı bölməsinin rəisi Şahid1 əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Füzuli Rayon Polis şöbəsinin rəhbərliyi tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra həmin tarixdə Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və qərarı rayon polis şöbəsinin rəisi təsdiq etmişdir. Bundan sonra Füzuli Rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin rəisi Şahid1, baş əməliyyat müvəkkilləri polis kapitanı Şahid3, əməliyyat müvəkkili polis leytenantı Şahid5, əməliyyat müvəkkilləri Şahid7, Şahid4, Şahid6 və onun iştirakı ilə əməliyyat tədbirinin keçirilməsinə başlanılmışdır. 15 aprel 2024-cü il tarixdə saat 18:30 radələrində Şahid8 və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürülmüşdür və sonuncular Təqsirləndirilən şəxs istifadəsində olan “Mercedes Benz” markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu Fin qəsəbəsinin ərazisində hərəkətdə olarkən həmin avtomobil onlar tərəfindən saxlanılaraq Füzuli Rayon Polis şöbəsinə gətirilmişdir. Bundan sonra ilk öncə Təqsirləndirilən şəxs polis şöbəsində şübhəli şəxs qismində tutulmuş və onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, lakin xidməti işi olduğu üçün həmin şəxsi axtarışda iştirak etməmiş, sonradan Təqsirləndirilən şəxs məxsus avtomobildən ümumilikdə üç ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə, bir ədəd bıçaq və bir ədəd balta aşkar olunaraq götürülməsini öyrənmişdir. Bundan sonra Şahid8 üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, həmin şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarış zamanı Şahid8 sağ ayağının corabından bir bükümdə metamfetaminə bənzər kütlə aşkar olunub götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və o, da həmin protokola imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 və Şahid4 işin əsas mahiyyəti üzrə yəni, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 bildirdi ki, o, "xxxx" MMC-yə məxsus 051 *** ** ** saylı öz adına rəsmiləşdirilmiş mobil nömrəni 2018-ci ildən istifadə edir. X5 başa çatdıqdan sonra narkotik vasitə olan qurudulmuş marixuana istifadə etməyə başlamış, həmçinin 1 il yarımdır ki, psixotrop maddə olan metamfetamin istifadə edir. İstifadə etdiyi narkotik vasitə və psixotrop maddələri müxtəlif ünvanlardan alaraq istifadə etmişdir. Sonuncu dəfə təxminən 15-20 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən narkotik vasitə və psixotrop maddə alaraq istifadə etmişdir. Əvvəllər musiqiçi işləmiş və həmin vaxt Təqsirləndirilən şəxsda musiqiçi işlədiyindən tanımış, aralarında hər hansı bir ədavət və düşmənçilik olmamış, normal münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində avtomobil təmiri sexində işləmiş və Təqsirləndirilən şəxs özünə məxsus Mercedes markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsini əvvəldən bilməmiş, 14 aprel 2024-cü il tarixdə saat 21 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində olan “Dörd yol” adlanan yerdə Təqsirləndirilən şəxslə rastlaşmış və sonuncu ilə söhbət əsnasında Bakı şəhərinə getmək istədiyini bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs də Bakı şəhərinə gedəcəyini demişdir. Həmin gün Təqsirləndirilən şəxslə sonuncuya məxsus avtomobillə Bakı şəhərinə getmiş və avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. 15 aprel 2024-cü il tarixdə saat 02 radələrində Bakı şəhərinə çatmış, həmin vaxt qeyd olunan telefonu üzərində olmuş, telefonunun ekranı nasaz olsa da telefonunda danışıq aparmaq üçün şəbəkə olmuşdur. Bakı şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxslə birlikdə onun yaşadığı Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evinə getmiş, həmin evdə təxminən 1 saat qaldıqdan sonra oradan çıxaraq tanışı İlhamın yaşadığı Abşeron rayonu Xırdalan şəhərində yerləşən AAAF park yaşayış kompleksinə getmiş və həmin gecə sonuncunun yaşadığı evdə qalmışdır. Sabahısı gün yəni, 15 aprel 2024-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxslə görüşərək onunla birlikdə Bakı şəhəri, Xətai rayonu Babək prospektində yerləşən maşın bazarına getmişdir. Maşın Bazarında Təqsirləndirilən şəxs özünə lazım olan əşyaları aldıqdan sonra həmin gün günorta saatlarında Füzuli rayonuna qayıtmış və saat 17 radələrində Füzuli rayonuna çatmışlar. Füzuli rayonu Fin qəsəbəsi ərazisində olarkən polis əməkdaşları Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes markalı avtomobili saxlatmış və onları Füzuli Rayon Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sağ ayağında olan qara rəngli corabdan bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuş və maddə müvafiq qaydada qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş 16 aprel 2024-cü il tarixli 3-16-16/2- 18/404 nömrəli ekspert rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 3 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,109qram, 0,247qram, 0,520 qram, ümumi çəkisi-0,876 qram olan maddələr kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamindir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş 16 aprel 2024-cü il tarixli 3-16-16/2- 18/405 nömrəli ekspert rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində “... Şahid8 üzərindən ...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,161 qram olan maddə kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamindir. Şahid8 üzərindən aşkar olunmmuş psixotrop maddə metamfetamin ilə Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Metamfetamin-28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli, 4300 nömrəli rəy məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixosimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-ballistik ekspertizasının 14 may 2024-cü il tarixli 3-16-16/2-3/765 nömrəli ekspert rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir,üzərində sonradan əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş təsərrüfat-məişət təyinatlı alətdir-baltadır, soyuq silah hesab edilmir, üzərində sonradan əlavə və dəyişiklik edilməmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ əməliyyat soğru kartotekasında heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan: -xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 19:40da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində Füzuli RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Müşfiq Məmişov tərəfindən tutulmuşdur. -Füzuli RPŞ-nin Cinayət Axtarışı bölməsinin rəisi Şahid1 Füzuli RPŞ-nin rəisi, polis polkovniki Zaur Abbasova ünvanlanmış raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 18:30-da Fin qəsəbəsi ərazisində keçirilmiş ƏAT nəticəsində Təqsirləndirilən şəxs “Mercedes Benz” markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Füzuli Rayon Polis şöbəsinə gətirilmişdir. -Təqsirləndirilən şəxs “şəxsi axtarışının aparılması və avtomobilinə baxış keçirilməsi haqqında” 15 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs avtomobilindən 03 ədəd kağız bükümündə xeyli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,109 qram, 0,247 qram, 0,520 qram, ümumi təmiz çəkisi 0,876 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı Füzuli rayon X6 bölməsinin təhqiqatçısı, polis baş leytenantı Müşfiq Məmişov tərəfindən tərtib edilmiş 15 aprel 2024-cü il tarixli “Şəxsi axtarış və avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya vasitə aşkar olunmamış, Təqsirləndirilən şəxs üzərindən mobil telefon, idarə etdiyi “Mercedes Benz” markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacaq hissəsində narıncı rəngli qutudan bir ədəd bükümdə, siqaret qutusundan bir ədəd və açıq mavi rəngli cins şalvarın cibindən isə bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr, həmçinin avtomobildən bir ədəd bıçaq və bir ədəd balta aşkar olunaraq götürülmüş, şəxsi axtarış keçirilməsi zaman videokamera ilə qeydə alımış videogörüntülər bir ədəd diskə köçürülmüş və həmin disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir. Həmin vaxt elektron tərəzi işləmədiyi üçün Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunaraq götürülmüş 03 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkilməsi mümkün olmamışdır. -«Şəxsi axtarış və avtomobilə baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokol və ona əlavə edilmiş bir ədəd diskin yaddaşına yazılmış videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya vasitə aşkar olunmamış, idarə etdiyi “Mercedes Benz” markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən arxa oturacaq hissəsində narıncı rəngli qutudan bir ədəd, siqaret qutusundan bir ədəd və açıq mavi rəngli cins şalvarın cibindən bir ədəd olmaqla, cəmi üç ədəd bükümlərdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs ilə Şahid8 arasında 17 aprel 2024-cü il tarixdə üzləşdirmə keçirilməsi haqqında protokoldan və bir ədəd diskin yaddaşına yazılmış videogörüntüdən görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 15 aprel 2024-cü il tarixdə qarşısında oturan İsa ilə birlikdə Bakı şəhərinə getməsini, Bakı şəhərində İsaya 30 manat pul verərək ona psixotrop maddə olan metamfetamin almasını xahiş etmiş və həmin vaxt İsa ona metamfetamin almasını, həmin metamfetamindən ona məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evində bir hissəsini istifadə etməsini, qalan hissəsini isə bükümlərə bölərək, həmin bükümlərdən 2 ədədini özü üçün cins şalvarının və papağının içində saxlamasını, papağının içində olan narıncı rəngli qutuda olan metamfetaminin isə İsaya məxsus olmasını Şahid8 üzünə qarşı bildirmişdir. -Təqsirləndirilən şəxs yaşayış yerindən təqdim olunmuş xasiyyətnamə ilə müsbət xarakterizə edilir. -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Füzuli RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Bəhruz Səfiyarlı tərəfindən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçilmişdir. -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Əliyev X7 RPŞ-nin Müvəqqəti saxlanma yerindən xx.xx.2024-cü il tarixdə saat 18:00-da azad edilmişdir. Məhkəmə yuxarıda göstərilən, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb olunub cəzalandırılmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, eləcə də, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alıb əməlindən səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in: - 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. - 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.4-cü maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra - nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır. - 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Məhkəmə göstərilən qanunvericilik normalarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, iş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilmiş, onun məhkəmə tərəfindən təqsirli bilindiyi əməl Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində deyil, 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli olsa da, idarə etdiyi avtomobildən aşkar edilmiş metamfetaminlərin üç ədəd bükümlərdə, ümumi təmiz çəkisinin 0,876 qram olması, ayrı-ayrılıqda təmiz çəkilərinin isə 0,109 qram, 0,247 qram və 0,520 qram, yəni birdəfəlik istifadə üçün bir-birindən aşkar surətdə fərqlənən çəkilərdə olması və onun həmin kütlələrdən eyni gündə istifadə etməsinin qeyri-mümkün olması, bu halların özü-özlüyündə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmadığı halda, həmin kütlələrlə bağlı qanunsuz dövriyyəni artıracağı barədə əsaslı ehtimal yaratmaqla əməlinin ictimai-təhlükəliliyini artırması Azərbaycan Respublikası CM-in 41.2ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün onun barəsində həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri edir. Bu səbəbdən cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay müddətə təyin edilməli və o, həmin cəzanı real çəkməlidir. Sonuncuya qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Füzuli Rayon Polis Şöbəsində maddi sübut kimi saxlanılan qalıq cəmi 0,786 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Onun barəsində 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdən 17 aprel 2024-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 2 (iki) gün müddət ona təyin edilmiş 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclasında dərhal həbsə alınsın. Hökmün bu hissədə icrası Füzuli Rayon Polis Şöbəsi, Ağcabədi Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yeri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Füzuli Rayon Polis Şöbəsində maddi sübut kimi saxlanılan qalıq cəmi 0,786 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar