Məhkəmə qərarları › İş №1(064)-44/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-44/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-44/2025 23.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi Heydərxan oğlunun, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Füzuli rayonu, Alıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Alıxanlı kəndində pasport qeydiyyatında olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir ondan ötrü ki, o, Alıxanlı kənd sakini Zərərçəkmiş şəxs məxsus Füzuli rayonu, Alıxanlı kəndi ərazisində yerləşən fermada çoban kimi işləyən zaman Zərərçəkmiş şəxs tərəfindən ona etibar edilmiş xırdabuynuzlu heyvanlardan 5 (beş) baş qoyunu qəsdən tamah məqsədi ilə talayaraq özgə əmlakını mənimsəmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 oktyabr 1994-cü il tarixdən yanında çoban kimi işlədiyi 09 avqust 1959-cu il tarixdə Beyləqan rayonu, Beyləqan qəsəbəsində anadan olmuş, Füzuli rayonu, Alıxanlı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus Füzuli rayonu, Alıxanlı kəndi ərazisində yerləşən fermada işləyən zaman Zərərçəkmiş şəxs tərəfindən ona etibar edilmiş xırdabuynuzlu heyvanlardan 2024-cü ilin noyabr ayının əvvəllərində vahid niyyətlə hərəkət edərək Əhmədbəyli-Füzuli-Şuşa yolunun Füzuli rayonu, Alıxanlı kəndi ərazisindən keçən 10-cu kilometrliyində, yolun sağ tərəfində, yoldan 15 metr kənarda yerləşən boş otlaq sahəsində 1 (bir) baş qoyunu 650 (altı yüz əlli) manat dəyərində olmaqla 5 (beş) baş damazlıq qoyunu cinayətdən məlumatsız olan, istintaqa məlum olmayan, “pikap” ban növündə avtomobil idarə edən şəxsə sataraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 3250 (üç min iki yüz əlli) manat dəyərində əmlakını, yəni ona etibar edilmiş özgə əmlakı qəsdən tamah məqsədi ilə vahid niyyətlə talayaraq mənimsəmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 179.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 20 ildən artıqdır ki, Zərərçəkmiş şəxs məxsus olan Füzuli rayonu Alıxanlı kəndində yerləşən xırdabuynuzlu heyvanları saxladığı şəxsi fermasında çoban işləyir. Zərərçəkmiş şəxs ona 700 manat məvacib və ildə bir dəfə yanında işlədiyinə görə evdəki toyuq-cücəni bəsləmək üçün 01 ton taxıl verirdi. İşlədiyi zaman ərzində öz evində qalaraq hər gün səhər saat 05-dən axşam 20-ə kimi Zərərçəkmiş şəxs yanında olmuşdur. Bu vaxta qədər Zərərçəkmiş şəxslə aralarında heç bir mübahisə, inciklik olmamışdır. Zərərçəkmiş şəxs ferma sahibi olsa da, qardaşı Şahid1 ona təsərrüfat işlərini görməyə kömək etdiyi üçün daha çox vaxtını sonuncunun yanında keçirmişdir. Zərərçəkmiş şəxs fermasında onlardan başqa yeznəsi Qadir, həmçinin Biləsuvardan olan Azər adında şəxs də fəhlə kimi işləyirdi. Maddi vəziyyəti ağır olduğuna görə Zərərçəkmiş şəxs 2024-cü il noyabr ayından 2025-ci il yanvar ayına kimi hissə-hissə 200, 700 və 700 manat olmaqla ümumilikdə 1600 manat borc pul götürmüş, aralarındakı razılaşmaya görə Zərərçəkmiş şəxs fermasında işləyərək həmin borcunu qaytaracaq. 2024-cü ilin noyabr ayında Füzuli-Şuşa yolunun Alıxanlı kəndi ərazisindən keçən hissəsində, boş örüş sahəsində Zərərçəkmiş şəxs məxsus 350 qoyunu otardığı zaman tanımadığı “pikap” ban növündə olan şirkətə məxsus olduğunu təxmin elədiyi avtomobili idarə edən şəxs Füzuli şəhəri istiqamətindən gələrək avtomobilini yolun kənarında saxlamışdır. Həmin avtomobilin sürücüsü ondan satılıq heyvanlarının olubolmadığını, eyni zamanda otardığı qoyunların ona məxsus olub-olmadığını soruşmuşdur. O isə cavabında otardığı qoyunların ona aid olduğunu və satılıq heyvanlarımın olduğunu demişdir. Bu zaman həmin şəxs ona əslinin Laçın şəhərindən olduğunu və qoyunları ondan alıb Sumqayıtdakı özünə məxsus qoyun saxlamaq üçün nəzərdə tutulmuş yerdə saxlayacağını, atasıgilin Laçın şəhərinə köçürəndən sonra isə aldığı heyvanları orada saxlayacağını demişdir. O avtomobilin sürücüsünə neçə baş qoyun almaq fikrində olduğunu soruşanda ona 05 baş qoyunu almaq istədiyini bildirmişdir. Lakin qiymət məsələsinə gəldikdə ona 01 baş qoyunu 500 manata satmaq istədiyini bildirdikdə, ona o qədər pulunun olmadığını 01 baş qoyunu 450 manata, ümumilikdə isə 05 baş xırdabuynuzlu heyvanı 2.250 manata ala biləcəyini bildirmişdir. Bu qiymətə o həmin şəxslə razılaşmışdır. Sürünün içindəki qoyunlardan 05 baş qoyunu seçib qoyunları həmin şəxsə sataraq ondan nağd şəkildə əlbəəl 2.250 manat pulu almışdır. Sonra o, qoyun sürüsünü saxladıqları ağıla aparmışdır. Həmin ağıl Şahid1 yaşadığı evin həyətində yerləşirdi. 3 gün sonra qoyunların sayının düz gəlməsi üçün Zərərçəkmiş şəxs bacısı oğlu Sahilə məxsus qoyun sürüsünə çobanlıq edən İnsafəliyə sürüsündə olan arıq qoyunları onun sürüsünə qatıb yoncalıqda otarmaq istədiyini, bundan Şahid1 xəbərinin olduğunu demişdir. Bununla da o İnsafəlinin çoban işlədiyi sürüsündəki 2 qoyunu bir gün, 3 qoyunu isə növbəti gün sürüsünə qataraq öz üzərində ola biləcək şübhəni atmışdır. Bir həftədən sonra Vaqifin qardaşı Şahid1 sürünü otaran zaman sürüyə başqa qoyunların qatıldığını görərək ona zəng edib qoyunların əksik olduğunu və yanına gəlməyini demişdir. Bir qədər sonra Xalidin yanına gəlmiş və bu zaman ona sürüdə olan qoyunlardan 5 qoyunun bacısı oğlu Sahilə məxsus sürünün çobanının apardığını, belə olan halda sürünün əksildiyini demişdir. Bu məsələdən xəbərdar olub-olmadığını ondan soruşanda əvvəl xəbərdar olmadığını, sonra isə hadisə necə olubsa səmimi etiraf etmişdir. Xalid belə olduğu təqdirdə traktorla yer şumlayan Qadirin və öz oğlu Arifin yanına gələrək onun elədiyi işlə bağlı onlara məlumat vermişdir. Oğlu Arif boş vaxtlarında Zərərçəkmiş şəxs şəxsi təsərrüfatında günəmuzd fəhlə kimi fəaliyyət göstərmişdir. Qadirlə Xalid ona həmin qoyunları geri gətirməyini, buna kimi baş verən hadisələri isə Zərərçəkmiş şəxs demək istəmədiklərini demişlər. Çünki Zərərçəkmiş şəxs ürəyindən əməliyyat olunmuşdur, bu məsələni də eşitsə idi halının pisləşəcəyini fikirləşmişlər. O Xalidə neçə heyvan əksikdirsə, onları alıb yerinə qoyacağını, qardaşı Vaqifə bu məsələni deməməsini bildirmişdir. Xalid özü də qardaşı Vaqifin ürək əməliyyatı olduğu üçün ona bu məsələni deməyəcəyini, lakin onun da həmin qoyunları tez bir zamanda alıb yerinə qoymağını demişdir. Bir həftədən sonra xalasının nəvəsi olan, Füzuli rayonu, Alıxanlı kənd sakini Elvindən nisyə 03 baş boz rəngdə qoyun alaraq sürüyə qatmış, 3 gündən sonra həmin kənddə yaşayan, Anar adlı şəxsdən isə nisyə olaraq bir dənəsi ağ-qara, biri qırımızı rəngə çalan, ümumilikdə 2 qoyun alaraq onları da sürüyə qatmışdır. 2025-ci il yanvar ayında Zərərçəkmiş şəxs qardaşı Xalid, yeznəsi Qadirlə birlikdə özünə məxsus sürüdə olan heyvanları dərmanlayarkən qoyunlarının bir hissəsinin özünə məxsus olmadığını gördükdə ona zəng etmişdir. Vaqif onunla telefonda danışarkən əsəbi şəkildə sürüsündə olan 05 baş qoyunun başqa sort qoyunlarla dəyişdiyini demişdir. Həmin qoyunları sürüdən ayırıb aparmağını, sonra isə bazara birlikdə gedib əlini qoyduğu sort qoyunları alacağını demişdir. O da maddi vəziyyətinin ağır olduğuna görə onları alıb yerinə qoya bilməyəcəyini bildirmişdir. Hazırda da Zərərçəkmiş şəxs vurduğu ziyanı ödəməyə maddi imkanı yoxdur, lakin işləyib ödəyəcəkdir. Odur ki, yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun fermasında çoban kimi işləyirdi. Təqsirləndirilən şəxs çoban kimi işlədiyi müddət ərzində əvvəlki illərin aylarında az məvacib versə də, son zamanlar 700 manat məvacib verirdi. Bundan əlavə hər il Təqsirləndirilən şəxs 01 ton taxıl verirdi ki, evindəki toyuq-cücəni yemləsin. Belə ki, Təqsirləndirilən şəxs dekabr ayında 500 manat bir dəfə, 200 manat bir dəfə, 200 manat da bir dəfə, yanvar ayının 06-da da 700 manat pul verməklə, ümumilikdə 1.600 manat pul borc vermişdir. Təqsirləndirilən şəxs də öz növbəsində bu borc pulu onun yanında işləyərək aylıq ona verdiyi maaşdan çıxaraq ödəyəcəyini bildirmişdir. 2025-ci il yanvar ayının əvvəlində Füzuli rayonu, Alıxanlı kəndində yerləşən fermasında qardaşı Şahid1 və yeznəsi Şahid2la birlikdə qoyunları dərmanlayarkən qoyunların arasında onun sürüsünə yad olan qoyunlarının olduğundan şübhələnmişdir. Onlara diqqətlə nəzər yetirdikdə qoyunların ona məxsus olmadığını görmüşdür. Belə olan halda yanında iş görən qardaşı Xalidi yanına çağıraraq “bu qoyunların burda nə gəzdiyini” demişdir. Qardaşı Xalid onun dediklərindən sonra bir müddət susqun qalmış, sonra artıq onun məsələdən şübhələndiyini, bu məsələnin araxasınca düşəcəyini görəndə bildiklərini danışmağa başlamışdır. Bu zaman bacısı oğlu Abdullayev Sahilə məxsus qoyun sürüsünə çobanlıq edən Şahid3 telefonla zəng edib, “səni mən polisə verəcəm, mənim qoyunlarım haradadır” deyəndə İnsafəli bu məsələlərdən qardaşı Xalidin və bacısı oğlu Sahilin xəbərinin olduğunu, sürüsündə olan qoyunlardan 5-i arıq olduğu üçün Xəqani tərəfindən onun sürüsünə qatıb kökəldəcəyini demişdir. Bir müddət onun sürüsündə bacısı oğlu Sahilə məxsus 5 qoyunu otarandan sonra artıq Xəqaninin elədiyi əməldən Xalidin xəbər tutduğu üçün sonuncu öz növbəsində İnsafəlini çağırıb bu məsələni dəqiqləşdirmişdir. Belə olanda sürüsündəki həmin 5 qoyun İnsafəlinin otardığı sürüyə geri qaytarılmışdır. Xəqani noyabrın sonundan xəstə olduğunu deyərək yanından ayrıldığına görə İnsafəli ilə telefon danışığını sonlandırandan sonra dərhal Xəqaniyə zəng eləmişdir. Bu haqq-hesabın nə olduğunu, baş vermiş hadisələrdən xəbirinin olub-olmadığını soruşmuşdur. Xəqani ilə danışanda heç nədən xəbərinin olmadığını, saymazcasına baş verənlər ilə onun heç bir əlaqəsinin olmadığını demişdir. Xəqani qoyunların sayının tam olması üçün onun sürüsünə Anar adında kənd sakinindən 3 qoyun, Elvin adlı kənd sakinindən isə 2 qoyun alaraq sürüsünə qatmışdır, bununla da o sayları tam olsun deyə öz fikrincə onu aldatmışdır. Bundan sonra Xəqanin qardaşına zəng edərək, Xəqaninin tutduğu əməllərindən xəbərinin olubolmadığını soruşmuşdur. Gördü ki, baş vemiş hadisələri onun dilindən eşidir, ondan sona artıq bu məsələnin axırına gedəcəyini, Xəqani barəsində hüquq mühafizə orqanına şikayət edəcəyini bildirmişdir. Qardaşı artıq özünün də əlindən gələcək çarənin olmadığını, istəyirsə hüquq mühafizə orqanına şikayət edə biləcəyini demişdir. Növbəti gün gecə saat 10-da Xəqani, onun həyat yoldaşı və Xəqaninin qardaşının həyat yoldaşı onun evinə gələrək özünü bağışlamasını, elədiyi səhvlərindən keçməyini və vurulmuş zərəri ödəyəciyini bildirmişdir. O Xəqaniyə təkidlə ondan şikayət edəcəyini və qoyunları satdığı adamın şəxsiyyətinin kim olduğunu ona deməsini bildirmişdir, lakin Xəqani qoyunları satdığı adamın kim olduğunu bilmədiyini, tanımadığı maşınla gəlib qoyunları alıb apardığını demişdir. Aralarında olan bu danışıqlardan sonra gecə saat 12-də çıxıb getmişlər. 02 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Füzuli rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda da Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmişdir. Həmin ziyanın ödənilməsini və Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş edir. İş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, o, Füzuli rayonu, Alıxanlı kəndində fərdi yaşadığı evin həyətində yerləşən ağılda qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə qoyun saxlamaqla dolanır. Belə ki, 2024-cü il dekabr ayının sonunda qardaşı Zərərçəkmiş şəxs və ona məxsus olan qoyunları Təqsirləndirilən şəxs ilə ağılda sayan zaman qoyunların sayı tam idi. Növbəti gün səhər vaxtı qoyunları örüşə apardığı zaman həmin qoyunları yenidən saymağa başlamış, lakin sayları yenə də düz gəlirmiş. Bu zaman qoyunlardan bir neçəsinin sürüyə aid olmadığını görmüşdür. Həmin qoyunlara daha dəqiq diqqət yetirdikdə qoyunların bacısı oğlu Abdullayev Sahilə məxsus sürüdəki qoyunlar olduğunu bilmişdir. Onlara məxsus qoyunların üz nayihəsinə tanımaq üçün dağ vurulmuşdur. Sahilin qoyunlarında isə dağ yox idi, onun yerinə boya ilə işarələnmişdir. Belə olduğu halda sürünü otardığı örüşdən bir qədər məsafədə Sahilin qoyunlarını otaran çobanı, yəni İnsafəlini yanına çağıraraq bu məsələni dəqiqləşdirmək üçün Sahilə məxsus olan qoyunun onların sürüsündə niyə otardığını soruşmuşdur. O isə cavabında onun otardığı sürüdəki 1 yox, 5 qoyunun Təqsirləndirilən şəxs tərəfindən 5 gün əvvəl 3 qoyunu 1 dəfə, 2 qoyunu isə ondan sonra müxtəlif bəhanələrlə öz sürüsünə qatdığını və bundan xəbərinin olubolmadığını ondan soruşmuşdur. Bəhanə olaraq onu qeyd etmişdir ki, guya ona məxsus olan 5 qoyunu yoncalıqda otarmaqla kökəldəcək. O da bu məsələdən xəbərinin olmadığını, bir gün əvvəl Xəqani ilə birlikdə qoyunları sayanda ona heç bir məlumat vermədiyini demişdir. Bundan sonra Sahilin qoyunlarını otaran çoban, yəni İnsafəli öz qoyunlarını ayıraraq onun sürüsündən öz sürüsünə qatmışdır. Belə olan halda o Xəqaniyə mobil telefon vasitəsilə zəng eləmiş və təcili olaraq yanına gəlməsini bildirmişdir. Xəqani 20 dəqiqə müddətdə yanına gələrək nə baş verdiyini, onu niyə təcili çağırdığını demişdir. O öz növbəsində sürüsündəki qoyunlardan beş qoyunun əksik olduğunu demiş, Xəqani isə cavabında 1 gün əvvəl sayılanda qoyunların sayının tam olduğunu demişdir. Bundan sonra sürüdə olan 5 qoyunun İnsafəliyə məxsus olduğunu və o da, öz qoyunlarını onun sürüsündən ayıraraq öz sürüsünə qatdığını demişdir. Bunları dediyi zaman İnsafəli də həmin əraziyə yaxınlaşmışdır. İnsafəli Xəqaniyə qoyunları hər axşam sayanda həmin 5 qoyunu niyə ayrı saymadığını və bu məsələni İnsafəlinin özünə demədiyini bildirmişdir. Xəqani bu zaman müxtəlif bəhanələr uydurmağa başlamışdır. Onlar burada bu məsələni müzakirə edən zaman qardaşı Zərərçəkmiş şəxs yeznəsi Qadir ilə Xəqaninin oğlu Arif gəlmişdir. O, Xəqaninin oğluna atasının 5 qoyunu ayırıb satdığını demiş, eyni zamanda yanında olan Qadirə qardaşı Vaqifə zəng edib bu məsələ ilə bağlı məlumat verməsini bildirmişdir. Qadir qardaşı Vaqifin ürəkdən xəstə olduğunu, bu məsələni eşitsə vəziyyətinin kəskinləşəcəyini, bu məlumatı bir müddət ondan gizlətməli olduqlarını demişdir. Qadir ilə o hər ikisi sabah səhərə kimi Xəqaniyə satdığı 5 qoyunu qaytarıb yerinə qoymasını demişlər. 3 saatdan sonra Xəqani yanına gələrək bu məsələni Vaqifə deməməyini, həmin 5 qoyunu qaytarıb yerinə qoyacağını bildirmişdir. O, gecə saat 9-a kimi gözlədi ki, Xəqani qoyunları gətirib yerinə qoysun, lakin yerinə qoymadığını görəndə evinə getmişdir. Bu zaman evdə Xəqani, həyat yoldaşı və oğlu var idi. Həyat yoldaşına əri Xəqaninin onlara məxsus 5 qoyunu satdığını və tez bir zamanda gətirib yerinə qoymasını bildirmişdir. Xəqani həmin satdığı 5 qoyunu 3 gün ərzində gətirib yerinə qoyacağını demişdir. 1 həftədən sonra Xəqani 3 qoyunu bir dəfə, 2 qoyunu növbəti dəfəyə gətirmiş, lakin həmin qoyunların heç birisi onlara məxsus satdığı 5 qoyun deyildi. 1 ay sonra Vaqif onunla birlikdə qoyunları dərmanlayarkən sürüdəki 5 qoyunun onların sürüsünün qoyunları olmadığını öyrənmiş və bununla da məsələnin üstü açılmışdır. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, o, Alıxanlı kəndində qayınatası Zərərçəkmiş şəxs ilə qardaşı Şahid1 məxsus şəxsi təsərrüfatlarında fəhlə kimi işləyir. Belə ki, 2024-cü il dekabr ayında o və Təqsirləndirilən şəxsn oğlu Arif qayınatası Zərərçəkmiş şəxs məxsus olan ərazini traktorla şumlayarkən Şahid1 yanına gələrək, sürüdəki 5 qoyunun olmadığını demişdir. Bu zaman o, Xəqaninin oğlu ilə birlikdə qoyunların otarıldığı yerə gəlmişlər. Bundan sonra Xəqaniyə sürüdə olan 5 qoyunun harada olduğunu demişdir. Xəqani bu zaman yanındakı oğlunun canına and içərək bu məsələdən xəbərinin olmadığını demişdir. Bir müddət inkar edəndən sonra o, Xəqaniyə bu məsələni qayınatası Zərərçəkmiş şəxs xəbərinin olduğu halda onun ürəyinin infarkt olacağını demiş, ona görə də heç kimin xəbəri olmadan satdığı 5 qoyunu gətirib yerinə qoymasını demişdir. Xəqani ona və Şahid1 qoyunları gətirmək üçün bir qədər vaxt verməyini və 5 gün ərzində qoyunları gətirib yerinə qoyacağını demişdir. Bir müddət sonra tanımadığı yerdən 3 qoyunu 1 dəfə, 2 qoyunu isə növbəti dəfəyə gətirib sürüyə qatmışdır. 1 aydan sonra Zərərçəkmiş şəxs və qardaşı Şahid1 onunla qoyunları dərmanlayarkən sürüdə olan qoyunların bir hissəsini özünə aid olmadığını bilmiş və bununla da məsələnin üstü açılmışdır. İş üzrə Şahid3 ifadəsində göstərmişdir ki, o, 07 noyabr 2013-cü il tarixdən X3 məxsus fərdi təsərrüfatda çoban kimi işləyir. 2024-cü il noyabr ayının axırında Füzuli rayonu, Alıxanlı kəndi ərazisində yerləşən boş örüş sahəsində Abdullayev Sahilə məxsus qoyun sürüsünü otladarkən Təqsirləndirilən şəxs yanına gəlmişdir. Xəqani ona sürüdə olan arıq qoyunları ayrıb öz sürüsünə qatmağı və bundan Zərərçəkmiş şəxs qardaşı Şahid1 xəbərinin olduğunu demişdir. O bunun səbəbini soruşduğu zaman Şahid1 tərəfindən Xəqaniyə otardığı sürüdəki həmin qoyunların arıq olduğu üçün onları öz sürüsünə qataraq yoncalıqda otarıb kökəltməyi tapşırdığını demişdir. Belə olduğu halda sürüsündən 2 arıq qoyunu ayırıb, Xəqaninin sürüsünə qatmışdır. Növbəti gün isə 3 qoyunu ayıraraq ümumilikdə onun sürüsündə olan 5 qoyunu ayırıb öz sürüsünə qatmışdır. 10 gündən sonra qoyunları otardığı zaman Şahid1 ona telefonla zəng edərək, onun sürüsündə olan 1 qoyunun onun sürüsünə qarışdığını demişdir. O isə Xalidə cavabında onun 1 yox, 5 qoyunun onların sürüsündə olduğunu demişdir. 20 dəqiqədən sonra Xalid onun qoyunları otardığı yerə sürüsü ilə gəlib çatmışdır. O, Xəqaninin bu məsələdən sənin xəbərinin olduğunu, hətta sənin tapşırdığını deyəndə ona bu məsələdən ümumiyyətlə xəbərinin olmadığını, Xəqanin heç bir məlumat vermədiyini demişdir. Bununla da Xəqanin ayırdığı həmin 5 qoyunu yenidən öz sürüsünə qatmışdır. Bundan sonra Xalid telefonla Xəqaniyə zəng edib təcili bura gəlməyini demiş və üzərindən 1 saat keçəndən sonra Xəqani qoyunları otardıqları yerə gəlib çıxmışdır. Xəqani həmin yerə gələn kimi o qoyunları ayırdığı günü onu niyə aldatdığını deyəndə ona “səhv elədiyini” demiş, bundan sonra Xəqani Xaliddən üzr istəməyə və elədiyi əməldən peşman olduğunu deməyə başlamışdır. İş üzrə Şahid4 ifadəsində göstərmişdir ki, o, 2024-cü il dekabr ayında şəxsi təsərrüfatında heyvanları ilə məşğul olarkən Təqsirləndirilən şəxs zəng edərək ona satmaq üçün qoyunlarının olub-olmadığını soruşmuşdur. O, maddi imkanı aşağı olduğu üçün saxladığı qoyunları vaxtı-vaxtında bazara satılığa çıxardır ki, maddi dolanışığını təmin etsin, buna görə də Xəqaniyə satmaq üçün 2 qoyunun olduğunu deyəndə ona həmin qoyunları hələ ki, gedib bazarda satmamağını, gəlib onda 2 gün sonra onların birini 340 manatdan, ümumilikdə 2 qoyunu 680 manata alacağını demişdir. Xəqani həmin qoyunları özünə nisyə verilməsini deyəndə o da yanvar ayında evdəki maddi vəziyyətinin aşağı olamsını əsas gətirərək qaytarmaq şərtilə razılaşmışdır. 2 gün keçəndən sonra Füzuli rayonu, Alıxanlı kənd sakinlərindən birinin maşını ilə gələrək hər 2 qoyunu aparmışdır. Xəqani 2025-ci il yanvar ayının əvvəlində ona 680 manat pulun bir hissəsini, yəni 300 manat pulu qaytarmışdır. 2025-ci il fevral ayında kəndin ərazisində Zərərçəkmiş şəxs görəndə ona “kirvənin nə iş tutduğunu bilirsənmi” demiş, o da baş vermiş məsələdən xəbərdar olmadığını, bununla bağlı Xəqaninin ona heç nə demədiyini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs Xəqaninin özünə məxsus olan 5 qoyunu mənimsədiyini demişdir. İş üzrə Şahid5 ifadəsində göstərmişdir ki, o, Füzuli rayonu, Alıxanlı kəndində şəxsi təsərrüfatı ilə məşğul olaraq ailəsini dolandırır. Şəxsi təsərrüfatı qoyun-quzunu saxlamaqdan ibarətdir. 2024-cü il noyabr ayında Təqsirləndirilən şəxs ona zəng edərək satılıq qoyunlarının olub-olmadığını soruşmuş, o da cavabında satılıq qoyunlarının olduğunu, qiymət məsələsini də gəlib yerində danışacağını demişdir. Xəqani həmin gün axşam vaxtı tanımadığı maşınla evinə gəlmişdir. Ağılda olan qoyunlardan satacağı 5 qoyunu Xəqaniyə göstərmiş və ona 3 qoyunu o halda satacağını demişdir ki, qalan 2 qoyunu da gəlib ondan alsın. Çünki o satılığa qoyduğu 5 qoyunu da satmaq fikrində idi. Xəqani də onunla razılaşaraq qalan 2 qoyunu da gələn həftə almaq şərtilə, bir qoyunu 350 manatdan olmaqla ümumilikdə 3 qoyunu 1.050 manata satmağa razılaşmışdı. Lakin ona bu pulu dekabrın 31-ə kimi qaytaracağını demişdir. Bundan sonra Xəqani həmin 3 qoyunu maşına yükləyib aparmışdır. 2025-ci il yanvar ayında Təqsirləndirilən şəxs həmin 3 qoyunu həyətinə gətirəndə o, Xəqaniyə bunları niyə geri qaytardığını soruşdu. Xəqani də ona aldığı 3 qoyunu əslində çoban kimi işlədiyi sürüdən itirdiyi qoyunların yerinə qoyduğunu demişdir. Bu sözləri deyəndə o da əvvəlcədən gerçəkləri niyə demədiyini, onun üçün gələcəkdə problem yaradacağını demiş, Xəqani də əvvəlcədən bu məsələnin böyüyəcəyini bilmədəyini demişdir. O Xəqaniyə gerçəyi vaxtında desəydi qoyunları satmayacağını, həmin qoyunları bazarda satıb halal pulunu götürəcəyini demişdir. 2025-ci il fevral ayında Təqsirləndirilən şəxs rayon Polis şöbəsinə çağırıldığını eşidəndə artıq onun qoyunları mənimsədiyinindən məlumatı olmuşdur. Məhkəmə iclasında sübutlar tədqiq edilmişdir: 06 mart 2025-ci il tarixli hadisə yerinin baxışının aparılması haqqında protokoldan görünür ki, hadisə yeri Əhmədbəyli-Füzuli-Şuşa yolunun Füzuli rayonu, Alıxanlı kəndi ərazisindən keçən 10-cu kilometrliyində, yolun sağ tərəfində, yoldan 15 metr kənarda olan otlaq sahədə yerləşir. Həmin otlaq sahə ilə yolun kəsişdiyi hissədən 20 metr aralıda sıralı şəkildə dəmir dirəklər basdırılsa da çəpərlə əhatə olunmamışdır. Əhmədbəyli-Füzuli-Şuşa yolu ümumi 4 zolaqdan ibarətdir, onların ikisi eyni istiqamətdədir, digər ikisi onların əksi istiqamətindədir. Həmin zolaqlar bir-birindən beton bardürlər vasitəsilə ayrılır. Otlaq sahənin qarşısında, yolun Şuşa şəhəri istiqamətində, 200 metr aralıda polis postu vardır. Baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirdi ki, 2024-cü il noyabr ayının sonunda Zərərçəkmiş şəxs məxsus qoyunları yuxarıda göstərilən otlaq ərazidə otararkən tanımadığı şəxsə aid “pikap” ban növündə olan avtomobil Əhmədbəyli-Füzuli-Şuşa yolunun Füzuli istiqamətindən gələrək yolun kənarında saxladı. Maşının nömrəsinin neçə olduğunu xatırlamasa da sarı rəngdə olduğunu, yan tərəfində qırmızı rəngdə xəttin olduğunu qeyd etmişdir. Maşının sürücüsü ona qoyunların özünə məxsus olub-olmadığını və satılıb-satılmadığını, satılırsa neçəyə satacağını demişdir. Sürücünün maşında tək olmadığını, zahiri cəhətdən dolu olduğunu və dediyinə görə Laçın şəhərindən olduğunu bildirmişdir. Ondan qoyunları neçəyə satacağını soruşanda, bir baş qoyunu 500 manata satacağını demişdir, lakin həmin şəxs bu qiymətlə razılaşmamışdır. Belə olduğu halda bir baş qoyunu 450 manata satmaqla bağlı razılığa gəlmişlər. Ümumilikdə 05 baş dişi qoyuna görə 2.250 manata razılaşmışlar. Bundan sonra sürünün içindən eyni sorta aid 05 baş dişi qoyunu seçərək heç kəsin köməkliyi olmadan təkbaşına onların ayağını otlaq sahədən tapdığı kəndirlə bağlamışdır. Həmin ərəfədə sürüdə olan qoyunlardan biri doğmuş və yeni doğulmuş quzunu çaqqal yeməsin deyə sürünü yaxına gətirmək üçün olduqları ərazidən bir qədər uzaqlaşmışdır. Sürünün hadisənin baş verdiyi yerdən uzaqlaşan hissəsini yaxın əraziyə qaytarandan sonra geri qayıtmışdır. Qoyunlardan üçünü həmin şəxs təkbaşına maşının baqaj bölməsinə qoymuş, qalan ikisini də özü qoymuşdur. Bu işi yekunlaşdırandan sonra maşının sürücüsü 2.250 manat pulu nağd şəkildə ona verdiyini bildirmişdir. Sonra həmin şəxs hadisə yerindən uzaqlaşmış, o isə sürünü Alıxanlı kəndi istiqamətində aparmışdır. 07 fevral 2025-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə Füzuli rayon polis şöbəsinə müraciət edərək Alıxanlı kənd sakini Təqsirləndirilən şəxs ona məxsus olan heyvanlarının içərisindən 05 baş xırdabuynuzlu heyvanı oğurlayaraq satdığını və onu aldadaraq 900 manat pulu bir dəfə, 700 manat pulu növbəti dəfə oğlu polis keçmək istəyən Quliyev Ömər vasitəsilə dələduzcasına mənimsəyərək onun şəxsi əmlakına ziyan vurması barədə məlumat vermiş, Təqsirləndirilən şəxs heyvanları kimin vasitəsilə aparmasının açıqlanmasını və dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Füzuli rayon Polis şöbəsindən rayon prokurorluğuna daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-1373/1-5291/2025 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Füzuli rayonu, Alıxanlı kənd sakini Təqsirləndirilən şəxs, həmçinin Zərərçəkmiş şəxs yaşadıqları Füzuli rayonu Alıxanlı kənd ərazisində kənd sakinləri arasında normal xarakteristika olunur, onların barəsində Füzuli rayon Polis şöbəsində heç bir təqsirləndirici material qeydə alınmayıb. Eyni zamanda əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi Zərərçəkmiş şəxs məxsus fermasından 05 baş xırdabuynuzlu qoyunu mənimsəyərək Füzuli rayonu Alıxanlı kənd ərazisində yerləşən otlaq sahədə tanımadığı “pikap” ban növündə olan avtomobili idarə edən şəxsə satmışdır. Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir. İş üzrə təyin olunmuş nəzəri məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 aprel 2025-ci il tarixli, 9/1627 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 05 baş təmiz ət çıxarı 38 kiloqram olan, sağlam vəziyyətdə qoyunun 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2500,00 (05baş x 500 manat) manat müəyyən edilir. Tələb və təklifdən asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilmiş və özünün müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Təqsirləndirilən şəxs xx.xx.1975-ci il tarixdə Füzuli rayonu, Alıxanlı kəndində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, evlidir, orta təhsillidir, işsizdir, əvvəllər məhkum olunmamışdır, Füzuli rayonu, Alıxanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, 01 aprel 2025-ci il tarixli qərar ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-21-3-45/2-1937/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli, Füzuli rayon İcra Hakimiyyəti Başçısının Alxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və hazırda yaşadığı Alxanlı kəndində fəhlə bir ailədə böyümüşdür, evlidir, orta təhsillidir, həqiqi hərbi xidmətdə olmamışdır. O həm qonşular, həm də kənd camaatı ilə səmimi münasibətdədir. Öz həmyaşıdları arasında xüsusi hörmətə malikdir. Yaşadığı Alxanlı kəndində keçirilən hər hansı bir ictimai tədbirdə fəal iştirak edir. Bu günə kimi Alxanlı kənd icra nümayəndəliyinə onun barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. xx.xx.2025-ci il tarixli, 5-43-21/2-102-2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonu Alxanlı kəndində daimi qeydiyyatdadır, hal-hazırda Alxanlı kəndində yaşayır. Ailə üzvləri, həyat yoldaşı-xx.xx.1974-cü il təvəllüdlü X5, oğluxx.xx.2003-cü il təvəllüdlü X7, oğlu-xx.xx.2004-cü il təvəllüdlü X8 və oğlu-xx.xx.2008-ci il təvəllüdlü X4 ibarətdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Füzuli Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 28 mart 2025-ci il tarixli, 18-1- 36/2-344/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon X2 və Ruhi-Əsəb kabinetində qeydiyyatda olmamış, eləcə də hər hansı xəstəliklə bağlı Füzuli rayon Mərkəzi Xəstəxanasına müraciət etməmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 179.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 179.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yerindən müsbət xarakterizə edilməsini, hərəkətlərindən peşmanlıq çəkməsi ilə yanaşı yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuna və məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Füzuli rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində 01 aprel 2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə nəzəri məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə ödənilməli olan 50 (əlli) manat məhkəmə xərci vardır. İş üzrə maddi sübut, mülki iddia, eləcə də xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs, ona dəymiş maddi ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358,384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Füzuli Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanunu qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia, eləcə də xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə ödənilməli olan 50 (əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar