Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-45/2023 07.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X2 və müdafiəçisi X3 iştirakları ilə, xx xxxxx 1983-cü il tarixdə Füzuli rayonu, Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin bir neçə ədəd toxumunu qanunsuz olaraq əldə etmiş, 2023-cü ilin mart ayının ortalarında Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində 3 (üç) hissədə torpağı qazıb qanunsuz olaraq tərkibində narkotik maddələr olan həmin çətənə bitkisinin toxumlarından 3 (üç) ədədini əkmiş, qanunsuz olaraq onların boy atıb inkişaf etmələri üçün aqrotexniki qulluq göstərib sulayaraq yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, 02 may 2023-cü il tarixdə, saat 19:20-də Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən evin həyətyanı sahəsinə özünün razılığı ilə baxış keçirilən zaman həyətyanı sahədə xeyli miqdar təşkil edən 3 ədəd (2 ədəd nəm vəziyyətdə təmiz çəkiləri cəmi 0,62 qram və 1 ədəd nəm vəziyyətdə təmiz çəkisi 0,016 qram), ümumi təmiz çəkiləri 0,636 qram оlmaqla qanunsuz olaraq kultivasiya edilmiş, əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə ona elan ediliş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, 2023-cü ilin mart ayının əvvəllərində yaşadığı kəndin içindən keçən dəmir yolunun kənarında 1 ədəd kibrit qutusunda nəşə adı ilə tanıdığı narkotik vasitə tapmış və onu özü istifadə etmək üçün götürmüş və üzərində saxlayıb təxminən bir həftə müddətində siqaretə dolduraraq çəkib qurtarmış, kibrit qutusunda narkotik maddənin sayını bilmədiyi bir neçə toxumu qalmışdır. Həmin toxumları 5 büküm salfet kağızına büküb evin içəri divarındakı elektirik sayğacının yanında gizlətmişdir. 2023-cü ilin mart ayının ortalarında bayramdan qabaq yaşadığı evin həyətyanı sahəsində qarğıdan çəkilmiş hasarın qırağındakı torpağı qazıb həmin çətənə toxumlarından 3 ədədini götürüb ayrı-ayrı əkmişdir. Onun fikri onlara qulluq göstərib, suvarıb yetişdirmək və narkotikdən özü istifadə etmək olmuşdur. O, hərdən əkdiyi çətənə toxumlarını sulayıb, böyümələri üçün qulluq etmiş və həmin əkdiyi 3 ədəd çətənə toxumu artıq cücərib böyümüşdür. 02 may 2023-cü il tarixdə axşam tərəfi yaşadığı evin həyətində olarkən əvvəldən tanımadığı polis əməkdaşları onun yaşadığı evə gələrək evinin həyətində baxış və axtarış keçirilməsi zərurəti yaranmasını bildirmişlər. O, da buna razılıq verərək evinin həyətində baxış və axtarış keçirilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Bundan sonra, videoçəkiliş vasitəsilə baxış və axtarış keçirilən zaman evinin həyətində əkdiyi toxumlardan bitən və qulluq etdiyi 3 ədəd narkotik vasitə kolu aşkarlanmış və həmin narkotik vasitə kolları müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra polislər onun yaşadığı evdə axtarış və baxış keçirmiş və evinin giriş otağında televizorun üzərində divarda olan yerdə gizlətdiyi 5 ədəd bükümdə narkotik vasitə toxumları aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Həmçinin, axtarış zamanı evinin giriş otağında divarda olan yerdə aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və limon duzu ona məxsus deyil. Təqsirləndirilən şəxs Ə.Adığözəlov həmçinin bildirdi ki, o, sonradan əməlindən peşman olmuş və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Odur ki, sadaladığı halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Şahid4 bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir. Onlar birlikdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşayırlar. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsindən onun məlumatı olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs yaşadıqları evin həyətində narkotik vasitə əkməsindən xəbərsiz olmuş, bundan yalnız polis əməkdaşları onların qapısına gəldikdən sonra xəbər tutmuşdur. Belə ki, 02 may 2023-cü il tarixdə axşam saat 19 radələrində həyətlərinə Füzuli rayon Polis Şöbəsinin əməkdaşları gəldikdən sonra ona məlum olmuşdur ki, Əlisəfa həyətlərində üç ədəd narkotik bitki əkmişdir. Hətta əkdiyi narkotikin toxumları onun evində olmuşdur. Polis əməkdaşları həmin bitkiləri və evində olan narkotik toxumlarını, eləcə də sellofan bükülüdə olan duza oxşar maddəni yaşadıqları evdən götürmüşlər. Şahid Füzuli rayon Polis şöbəsinin X4 baş əməliyyat müvəkkili Şahid2 bildirdi ki, 02 may 2023-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi əkib-becərməsi, özünün narkotik vasitə qəbul etməsi, onların satışı işlə məşğul olması və yaşadığı evdə narkotik vasitə saxladığı barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə o, şöbə rəisinə raportla məruzə etdikdən sonra onun və digər polis əməkdaşlarının, o cümlədən Şahid3 Kamal oğlunun, Şahid1, eləcə də X23 X10 sektorunun müdiri X5 iştirakları ilə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində axtarış aparılmışdır. Axtarış zamanı giriş darvazasının sol tərəfində qarğıdan hörülmüş çəpərin kənarında qarğı ilə kənarları örtülmüş halda birbirindən aralı 3 ədəd yaşıl rəngli, inkişafda olan narkotik tərkibli bitki kolları aşkar olunmuşdur. Axtarışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkisidir, onları özü toxumlarını torpaqda əkib, onları sulayaraq qulluq göstərmişdir. Baxışda iştirak edən X23 X6 sektorunun müdiri X13 bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu və onlara aqrotexniki qulluq göstərildiyini bildirmişdir. Həmin kollar kökündən qoparılaraq qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onun yaşadığı evdə axtarış aparılarkən qonaq otağında televizorun yuxarısındakı divarda olan yerdə 5 ədəd bükülüdə içərisində limon duzuna oxşar kütlələr aşkar olunmuş, daha sonra həmin bükülüdən biri açıldıqda içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlələr aşkar olundu. Şahid Füzuli rayon Polis şöbəsinin əməkdaşı Şahid1 Şahid2la oxşar məzmunlu ifadə verdi. Cinayət işinə əlavə edilmiş: Füzuli rayon X17 bölməsinin müstəntiqi, polis kapitanı Bəhruz Səfiyarlı tərəfindən tərtib edilmiş axtarış və götürmə haqqında 02 may 2023-cü il tarixli qərar və eyni tarixdə videoçəkiliş vasitəsi ilə keçirilmiş axtarış və götürmə istintaq hərəkətinin protokolundan və protokola əlavə edilmiş diskdə olan video görüntülərdən görünür ki, həmin tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində bir-birindən aralı əkilərək-becərilmiş, yaş halda qanunsuz olaraq onların boy atıb inkişaf etmələri üçün aqrotexniki qulluq göstərib sulayaraq yetişdirməklə xeyli miqdarda kultivasiya edilmiş, xeyli miqdar təşkil edən 3 ədəd, ümumi təmiz çəkiləri 0,636 qram olmaqla qanunsuz olaraq kultivasiya edilmiş, əkilib–becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan, yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. X23 X6 sektorunun müdiri Novruz Səfərov tərəfindən verilmiş 02 may 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 19:20-də Füzuli rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirərkən 3 ədəd xüsusi qulluq olunmuş halda narkotik tərkibli bitkiyə oxşar, yaşıl rəngli, kəskin qoxulu kollar aşkar edilmişdir. Mütəxəssis olaraq bildiririk ki, aşkar olunmuş narkotik tərkibli bitkilərə aqrotexniki qaydada qulluq olunmuş, narkotik tərkibli çətənə bitkisinin kollarıdır. Həmçinin, axtarışın keçirilməsini özündə əks etdirən bir ədəd SD disk protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 bölməsindən verilmiş 03 may 2023-cü il tarixli, 18/462-18/463 nömrəli ekspert rəyindən görünür ki, 1. Təqsirləndirilən şəxs yaşadığı Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən evin həyətindən aşkar olunaraq götürülmüş 2 ədəd nəm vəziyyətdə ümumi çəkisi 0,62 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, 1 ədəd nəm vəziyyətdə təmiz çəkisi 0,016 qram olan bitki şitili əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilidir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. 2. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,18 qram, 0,11 qram, 0,09 qram, 0,05 qram, 0,06 qram, ümumi çəkisi 0,49 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə və psixotrop maddələrə aid deyildir. 3. Bir ədəd salfet kəsiyinə bükülmüş polietlen kəsiyi bükümündə təmiz çəkisi 1,167 qram olan maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyildir. 4. Tədqiata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs məxsus...” sözləri yazılmış və imza olan kağızı paketdəki 1 ədəd polietilen torbada təmiz çəkisi 59,384 qram olan maddə narkotik və psixotrop maddələrə aid deyildir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 99,48 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 25 may 2023-cü il tarixli, 3211 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktiki qeydiyyata alınması məsləhət görülür. Füzuli RPŞ İB-nin müstəntiqi S.Ağalarovun xx.xx.2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. AA 1744396, AA 1744398, AA ******* və AA ******* şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı olmaqla dörd yetkinlik yaşına çatmayan uşağı var: 13 may 2009-cu il təvəllüdlü X11, xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X12. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Ə.Adığözəlovun törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Ə.Adığözəlova cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə AR CM-in 59-cu maddəsinə əsasən, törətdiyi əməli səmimi şəkildə etiraf etməklə əməlindən peşmançılıq çəkməsini və himayəsində biri azyaşlı olmaqla dörd yetkinlik yaşına çatmayan uşağının olmasını Ə.Adığözəlovun cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində deyilir ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 19-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda qeyd edildiyi kimi Ə.Adığözəlovun təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ olaraq azadlığın məhdudlaşdırılması və cərimə cəzaları da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından yüngül cəzalar deyil, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Ə.Adığözəlovun ilk dəfə cinayət əməli törətməklə etdiyi əməlindən səmimi peşmançılıq hisslərini biruzə verməsi və himayəsində biri azyaşlı olmaqla dörd dörd yetkinlik yaşına çatmayan uşağının olması məhkəməyə bunu deməyə əsas verir. Bununla yanaşı, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Ə.Adığözəlova nisbətən ağır cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, Ə.Adığözəlova təqsirli bilindiyi AR CM-in 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza növü yuxarı həddə təyin edilməlidir. Ə.Adığözəlovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ə.Adığözəlov ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 99,48 manat təqsirləndirlən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Füzuli rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut 3 ədəd narkotik tərkibli çətənə kolu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKMETDİ: X9 Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. X2 daimi yaşayış yerini axşam saat 22:00-dan ertəsi gün səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyətlər qoyulsun. X2 üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan ertəsi gün səhər saat 07:00dək və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. X9 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X9 ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 99,48 manat X1 tularaq Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE********************) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Füzuli rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut 3 ədəd narkotik tərkibli çətənə kolu məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №1(064)-45/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-45/2023
07.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver