Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-45/2024 09.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayilov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə, xx xxxx 1972-ci il tarixdə ünvan 1 ünvanında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Füzuli Rayon X3 hüquqi şəxsinin Horadiz Şəhər Ailə Sağlamlıq Mərkəzində təsərrüfat qardaşı vəzifəsində işləyən, əvvəllər məhkum olumamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, 16 iyul 2024-cü il tarixli qərarla barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında məhkəmən iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Füzuli rayon şöbəsindən rayon prokurorluğuna Füzuli rayon X3 hüquqi şəxsinə birləşdirilmiş X4 Mərkəzinin inventarında olan 27 adda tibbi avadanlığın satılması və ya başqa formada mənimsənilməsi barədə xx.xx.2023-cü il tarixdə daxil olmuş məlumat, Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini X2 Füzuli rayon X3 hüquqi şəxsinin balansında olan 4-5 ədəd nəqliyyat vasitəsinin nasaz olmasına baxmayaraq onların müvafiq sənədlərdə saz kimi göstərilməsi və qeyd olunan avtomobillərin istifadəsinə görə hər il dövlət büdcəsindən Füzuli RMX-na ayrılan müxtəlif məbləğlərdə pul vəsaitlərinin mənimsənilməsi, o cümlədən RMX-da digər maliyyə pozuntularının olması barədə xx.xx.2023-cü il tarixli ərizəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 5 saylı Regional maliyyə müfəttişliyi tərəfindən “Füzuli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin və onun tabeliyində olan Ailə Sağlamlıq Mərkəzləri və Həkim-Tibb məntəqələrinin, o cümlədən "Füzuli Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsə birləşdirilmiş X4 Mərkəzinin 01 yanvar 2020-ci il tarixdən 01 mart 2023-cü il tarixə kimi olan dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması nəticəsində tərtib edilmiş akta, əsasən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talamağa cəhd göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,178.2.4cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirdi ki, etdiyi əməldən peşimandı, zərər çəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənilməli olan məbləğ ödənilmişdir. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ilə barışmasını bidirərək barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirdi. Odur ki, cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Nümayəndə bildirmişdir ki, müdafiə etdiyi Təqsirləndirilən şəxs hazırda əməlindən peşman olmasını, zərərçəkən şəxslə barışmasını, zərərçəkən şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını nəzərə alaraq cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı bildirdiki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talamağa cəhd göstərmişdir. İş materiallarına əlavə edilmiş Füzuli rayon X3 hüquqi şəxsinin Horadiz şəhər Ailə Sağlamlıq Mərkəzinin təsərrüfat qardaşı, maddi məsul şəxs Təqsirləndirilən şəxs hesabı üzrə 05 iyul 2023-cü il tarixə əsas vəsaitlər, mal-material qiymətliləri, azqiymətli və tezköhnələn əşyalar və digər maddi qiymətlilərin mühasibat qalığı ilə faktiki qalığın üzləşdirmə cədvəlindən görünür ki, maliyyə yoxlamasının aparıldığı tarixə 01 ədəd 580 manat dəyərində televizor, 01 ədəd 675 manat dəyərində televizor və 01 ədəd 900 manat dəyərində seyf çatışmazlıq kimi müəyyən edilmişdir. 27 iyun 2024-cü il tarixdə Füzuli rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas Rəhman Cəfərov tərəfindən Füzuli rayon X3 hüquqi şəxsinin Horadiz şəhər Ailə Sağlamlıq Mərkəzinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, bir ədəd televizor və bir ədəd seyf Horadiz şəhər ASM-nin inventarında mövcud olsada faktiki olaraq mövcud deyildir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs bununla bağlı bildirdi ki, çatışmazlıq kimi göstərilən televizorlardan hər ikisi qara rəngli, “LG” markalı, 2013-cü il İndoneziya istehsallı olmuşdur. Bir televizorun ekranının dioqanalı 60 sm, digərinin isə 82 sm təşkil etmişdir. Hər iki televizor istifadə olunmuşdur. Seyf yaşıl rəngli və dəmir materialdan olmaqla istifadə olmuşdur. Seyfin enləri və uzunluğu çöl hissədən 58 sm, içəri hissədən isə 57 sm təşkil edir. Seyfin hündürlüyü 1.22 metr, dörd ədəd olan ayaq hissəsinin uzunluğu isə 13 sm təşkil edir. Həmin seyf iki qapılı olmaqla yuxarı hissəsi 57x45 sm, aşağı hissəsi isə 57x75 sm ölçüsündədir. Ekranı 60 sm dioqanalda olan televizor Füzuli rayon X3 hüquqi şəxsinin Horadiz şəhər Ailə Sağlamlıq Mərkəzinin həkim-terapevti Şahid2 xidməti otağında olmuş, maliyyə yoxlaması zamanı həmin televizor sonuncu tərəfindən təmirə göndərildiyi üçün Mərkəzin inzibati binasında mövcud olmamışdır. Ekranı 82 sm dioqanalda olan televizor Füzuli rayon X3 hüquqi şəxsinin Horadiz şəhər Ailə Sağlamlıq Mərkəzinin sabiq müdiri mərhum Soltan həkimin otağında olmuş sonuncu işdən çıxdıqdan sonra həmin televizoru özü ilə aparmışdır. Seyf əvvəlcə Füzuli rayonu, Horadiz şəhərində yerləşən Poliklinikada olmuş, köç zamanı Füzuli rayon Mərkəzi Xəstəxanasına aparılsa da adı qaimədə yer almamış və onun öhdəliyindən çıxarılmamışdır. Bununla da sənədlərdə Füzuli rayon X3 hüquqi şəxsinin Horadiz şəhər Ailə Sağlamlıq Mərkəzinin inventarı kimi göstərilmişdir. Lakin məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs hazırda zərər çəkmiş şəxsə dəymiş zərəri ödəmiş və zərərçəkmiş şəxsin ona qarışı şikayəti yoxdur. Habelə, Təqsirləndirilən şəxs dövlət büdcəsinə başa çatmayan cinayətlərə görə müəyyən edilmiş 25% miqdarında məbləği də ödəmişdir. Ona görədə cinayət işinə xitam verilməsinə etiraz etmir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin) ifadələrini, təhqiqat, məhkəmə hərəkətlərini, dindirmə protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatmadığı hallarda, şəxsin həmin maddələrdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi məsələsinə baxılarkən, dövlət büdcəsinə ödəniş başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın on faizi miqdarında müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir. 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Həmçinin cinayət işinin materilallarına əlavə edilmiş qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs dövlət büdcəsinə başa çatmayan cinayətlərə görə müəyyən edilmiş 10% miqdarında məbləği də ödəmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, dəymiş zərərin aradan qalxdığına dair zərərçəkmiş şəxsin məhkəməyə təqdim edilmiş teleqramını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini, həmçinin Təqsirləndirilən şəxs dövlət büdcəsinə başa çatmayan cinayətlərə görə müəyyən edilmiş 10% miqdarında məbləği də ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 179.2.3-cü madələr ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddia yoxdur. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2 və 75-ci və Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 40, 43, 321, 356, 384-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Füzuli Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elmir İsmayılov
Məhkəmə qərarları › İş №1(064)-45/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №1(064)-45/2024
09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver