Məhkəmə qərarları › İş №1(064)-45/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-45/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-45/2025 20.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Füzuli rayonu, Mahmudlu-1 kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İİİ qrup əlil, işləməyən, məhkum olunmuş və hazırda cəza çəkən, Füzuli rayonu, Mahmudlu-1 kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə tərtib edilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2025-cü il tarixdə Füzuli rayonu, Mahmudlu-1 kəndində yerləşən evinə spirtli içki qəbulu nəticəsində sərxoş halda gəlmiş, həyat yoldaşı Zərərçəkmiş şəxs çay istəmiş, Təqsirləndirilən şəxs sərxoş olmasından əsəbləşən Zərərçəkmiş şəxs acıqlı şəkildə ona cavab verən zaman tərəflər arasında ailə münasibətləri zəmnində mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən yumruqla Zərərçəkmiş şəxs dodaq nahiyəsinə bir zərbə və sol yanaq nahiyəsinə bir zərbə vuraraq sol gözün ağlı qişasına qansızma ilə müşayət olunan sol gözaltı nahiyənin hematoması və yarası, üst dodağın hematoması ilə müşayət olunan üst dodaq nahiyəsinin yarası- dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə spirtli içki qəbul etmiş, sonra sərxoş halda yaşadığı Füzuli rayonu, Mahmudlu-1 kəndində yerləşən evinə gedib həyat yoldaşı Zərərçəkmiş şəxs çay istəmiş, Zərərçəkmiş şəxs acıqlı cavabından əsəbləşdiyindən aralarında mübahisə yaranmış, mübahisə zamanı o, yumruqla Zərərçəkmiş şəxs dodaq nahiyəsinə bir zərbə və sol üz nahiyəsinə bir zərbə vuraraq ona bədən xəsarətləri yetirmişdir. İş üzrə törətdiyi cinayət əməlindən səmimi peşman olması, Təranə ilə barışıq əldə etməsi, himayəsində dörd uşağının olması və İİİ qrup gözdən əlil olmasını nəzərə alıb, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Füzuli rayonu, Mahmudlu-1 kəndində yerləşən evində olan vaxt həyat yoldaşı Təqsirləndirilən şəxs spirtli içkinin təsirindən sərxoş halda evə gələrək çay istəmiş, o da Təqsirləndirilən şəxsnın spirtli içkinin təsirindən sərxoş olmasından əsəbləşdiyi üçün Təqsirləndirilən şəxs acıqlı cavab vermiş, mübahisə zamanı həyat yoldaşı Əfqan yumruqla onun ağız nahiyəsinə və sol üz nahiyəsinə qəsdən zərbə vuraraq ona bədən xəsarəti yetirmişdir. Əfqanla barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur, Əfqan barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Zərərçəkmiş şəxs İbrahim qızının 08 aprel 2025-ci il tarixdə Füzuli Rayon Polis Şöbəsinə təqdim etdiyi yazılı ərizəsindən görünür ki, 07 aprel 2025-ci il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs ilə ailə münasibətləri zəmnində mübahisə edən zaman Təqsirləndirilən şəxs ona yumruq ilə vuraraq dodaq və sol yanaq nahiyəsinə zərbə yetirmiş, buna görə də Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (səh.3). - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 320 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-sol gözün ağlı qişasına qansızma ilə müşayət olunan sol gözaltı nahiyənin hematoması və yarası, üst dodağın hematoması ilə müşayət olunan üst dodaq nahiyəsinin yarası olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (səh.10-11) İlkin yoxlama zamanı hadisə yerinə baxış keçirilmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu vurduğu yeri təqdim etmiş, bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək toplanmış materiala əlavə edilmişdir. 16 aprel 2025-ci il tarixdə Füzuli rayon Mərkəzi xəstəxanasından daxil olmuş 18-1-36/2- 465/2025 nömrəli məktubda Təqsirləndirilən şəxs ruhi əsəb dispanserində xəstə kimi qeydiyyatda olmadığı göstərilmişdir. AZ-İ seriyalı, 551266 nömrəli nikah haqqında şəhadətnamə, AZE seriyalı, 12649537 və 12649538 nömrəli, AA seriyalı, ******* və ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, Füzuli rayonu, Mahmudlu-1 kəndində arvadı, 2011, 2018 və 2023-cü il təvəllüdlü üç azyaşlı, 2010-cu il təvəllüdlü bir yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə yaşayır. Əlillik haqqında elektron arayış və 036529 nömrəli əlillik haqqında vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müddətsiz İİİ qrup gözdən əlildir. Təqsirləndirilən şəxs öz təqsirini səmimi olaraq etiraf etmiş və öz müdafiəsi üçün dəlil gətirməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CMnin 128-ci maddəsinin tərkibi vardır, ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində olan 3 (üç) azyaşlı uşağının olmasını (xx.xx.2023-cü il təvəllüdül X2, xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X4) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxs olan arvadı Zərərçəkmiş şəxs ilə barışmasını CM-nin 59.1.12-ci maddəsinə əsasən, müddətsiz İİİ qrup gözdən əlil olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistiq İnformasiya İdarəsindən alınmış tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Füzuli Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 1(064)23/2022 nömrəli qərarı ilə, Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Bundan başqa, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində müvafiq cinayət tərkibinin olmadığı müəyyən edildiyinə görə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə ona bəraət verilmiş, həmin hökmlə o, Azərbaycan Respublikası CMin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Füzuli rayon İcra və Probasiya Şöbəsinin 20 may 2025-ci il tarixli 87 saylı məktubuna əsasən müəyyən edilir ki, 20 may 2025-ci il tarixə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 9 ay 15 gün təşkil edir. Məhkəmə qanunvericilik normalarına, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş məhkumluq haqqında tələbnaməyə və Füzuli Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 1(064)23/2022 nömrəli qərarının surətinə əsaslanaraq hesab edir ki, həmin qərarla Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verildiyinə və o, cinayət məsuliyyətindən azad edildiyinə görə onun yenidən eyni əsasla cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Bundan başqa, CM-nin 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yerindən müsbət xarakterizə edilməsini, hərəkətlərindən peşmançılıq çəkməsi ilə yanaşı yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs hazırki cəzasının əvvəli hökm elan olunduğu gündən, yəni bu gündən hesablanmalıdır. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Cinayət işi üzrə maddi sübut, verilmiş mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş 9 ay 15 gün hissəsi hazırkı hökmlə təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyətlər qoyulsun. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar