Məhkəmə qərarları › İş №1(064)-47/2023

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-47/2023

11.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-47/2023 11.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, 06 avqust 1984-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran rayonu, Şürük kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət- buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə ölkə ərazisinə gələ bilmədiyindən, hava yolu ilə ölkə ərazisinə gəlməyə maddi imkanı olmadığından Azərbaycan Respublikasına gəlmək məqsədi ilə 20 iyun 2023-cü il tarixdə saat 14 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Füzuli rayonunda yerləşən 18-ci sərhəd zastavasının 29-cu sahəsinin xidməti ərazisindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə ona elan ediliş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, o, əvvəllər Ukraynada meyvə-tərəvəz ticarəti ilə məşğul olmuşdur. 2021-ci ilin sentyabr ayında Kiyev-İstanbul-Tehran aviareysi ilə rəsmi qaydada Ukraynadan İrana getmişdir. O, vaxtdan İran İslam Respublikasında yaşamağa başlamış və orada əsasən kartof alveri ilə məşğul olmuşdur. Təxminən iki il müddətində İran İslam Respublikasında qalmışdır. Son vaxtlar işləri yaxşı getməmiş, qazancı az olmuşdur. İranda rəsmi qaydada qeydiyyata düşmədən yaşadığından buna görə yüksək miqdarda cərimə ediləcəyini bilmişdir. Həm bu səbəbdən, həm də Azərbaycan Respublikasında pandemiya səbəbdən dövlət sərhədinin bağlı olduğunu bildiyindən qanunsuz yolla Azərbaycana qayıtmaq qərarına gəlmişdir. Çünki aviabilet almağa maddi imkanı olmamışdır. 20 iyun 2023-cü il tarixdə İran İslam Respublikasında olduğu evdən çıxıb hərəkət etməklə İranla Azərbaycan sərhədi istiqamətində irəliləmişdir. Həmin gün saat 14 radələrində dövlət sərhədindən qanunsuz yolla keçməklə çayı adlamış və İrandan Azərbaycana gəlmişdir. Sərhədi qanunsuz yolla keçib bir qədər irəlilədikdən sonra 21 iyun 2023-cü il tarixdə gecə saat 01 radələrində sərhədçilər tərəfindən saxlanılmışdır. Onunla aparılan sorğu-sual zamanı dövlət sərhədindən xx.xx.2023-cü il tarixdə günorta saat 14 radələrində çaydan keçməklə İrandan Azərbaycana qanunsuz yolla gəldiyini etiraf etmişdir. Şahid N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının rəisi baş leytenant Şahid1 Hüseyin oğlu bildirdi ki, xx.xx.2023-cü il tarixdə xidmət etdiyi sərhəd zastavasında olduğu zaman dövlət sərhədinin pozulmasına dair daxil olmuş məlumat əsasında rəhbərlik etdiyi sərhəd zastavasının şəxsi heyətini “Silaha” komandasına qaldırılmış və xidməti ərazi qapadılmışdır. Həyata keçirilən axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə gecə saat 01:15-də sərhəd zastavasının 29-cu sahəsində dövlət sərhəd xəttindən 350 metr aralıda bir nəfər şəxs tərəflərindən saxlanılmışdır. Sonradan müəyyən etmişlər ki, həmin şəxs Azərbaycan Respublikası vətəndaşı xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxsla aparılan sorğu-sual zamanı o, dövlət sərhədindən xx.xx.2023-cü il tarixdə günorta saat 14 radələrində çaydan keçməklə İrandan Azərbaycana qanunsuz yolla gəldiyini etiraf etmişdir. Cinayət işinə əlavə edilmiş: AR Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin komandiri, polkovnik Samir Salamovun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının 29-cu sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçdikdən sonra xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs saxlanılmışdır. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçdiyi ərazini əli ilə göstərmiş, həmin yer 18-ci sərhəd zastavasının 29-cu sahəsi olmuşdur. AR DSX-nin ƏABİ-dən daxil olmuş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş ümumvətəndaş pasportları ilə 2010-2019-cu illər ərzində dövlət sərhədindən ümumilikdə 84 hərəkəti olmaqla sonuncu hərəkəti “giriş” istiqamətində qeydə alınmış, adına rəsmiləşdirilmiş ********* nömrəli Rusiya Federasiyası pasportu ilə isə 2017- 2019-cu illər ərzində dövlət sərhədindən ümumilikdə 11 hərəkəti olmaqla sonuncu hərəkəti “çıxış” istiqamətində qeydə alınmışdır. 21 iyun 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 05:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası DSX İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi R.Bayramovun xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran şəhər İHB-nin Şürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 iyul 2023-cü il tarixli, 445 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki uşağı var: xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahid ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, ilk dəfə cinayət əməli törətməklə əməlindən peşmançılıq çəkməsini və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddələrinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə, ….belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, ədalətli cəza təyin edilməsi üçün zəruri və həm də mühüm amillərdən biri təqsirkarın şəxsiyyətinin hərtərəfli təhqiq olunmasıdır. Məhz bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarındakı mövqeyinə isnad etməyi məqsədəmüvafiq hesab edir - ……Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir….Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən, eyni zamanda təqsirkarın həyat yolu, ailədə və məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ olaraq cərimə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından yüngül cərimə cəzasının deyil, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməklə etdiyi əməlindən səmimi peşmançılıq hisslərini biruzə verməsi və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması məhkəməyə bunu deməyə əsas verir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə cəzası təyin edilərkən AR CM-in 69.4-cü maddəsinin tələbi də nəzərə alınmalıdır. Belə ki, həmin normaya əsasən, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv edilmədən) saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344- 349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3.000 (üç min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və Təqsirləndirilən şəxs 2.800 manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv edilmədən) saxlanılsın. Hökmün icrası Lənkəran şəhər İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən həmin müddət ərzində apelyasiya şikayəti və ya protesti verilməzsə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar