Məhkəmə qərarları › İş №1(064)-47/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №1(064)-47/2024

12.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-47/2024 12.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılan şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 04 avqust 2002-ci ildə Saatlı rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Füzuli rayonunda qeydiyyatda olmaqla Füzuli rayonu, 3 saylı Zobcuq qəsəbəsi, ev-360-da yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə tərtib edilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlədərək Təqsirləndirilən şəxs təhqir etdiyi üçün Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs işlədiyi Füzuli rayonu, 4 saylı Zobucuq qəsəbəsindəki avtomobil təmiri sexinə gedən zaman tərəflər arasında ailə münasibətlər zəmnində mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən yumruqla Zərərçəkmiş şəxs burun nahiyəsinə 1 zərbə və ağız nahiyəsinə bir zərbə vuraraq üst dodağın selikli qişasında qansızıma fonunda yara ilə nəticələnmə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirmişdir. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayət vermiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Füzuli rayonu, 4 saylı Zobucuq qəsəbəsi ərazisində icarəyə götürüb istifadə etdiyi avtomobil təmiri sexində olan zaman oğlu Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onun başqa bir xanımla qeyri-rəsmi münasibətdə olduğunu bildirdikdə aralarında mübahisə yaranmış, mübahisə zamanı oğlu Təqsirləndirilən şəxs yumruq vasitəsi ilə onun ağız nahiyəsinə və burun nahiysəinə qəsdən bir dəfə zərbə vuraraq ona bədən xəsarəti yetirmişdir. Barəsində böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılan şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona dəymiş ziyanın tamamilə ödənildiyini bidirmişdir. Məhkəmə istintaqı zamanı barəsində böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılan şəxs Təqsirləndirilən şəxs izahatında bildirmişdir ki, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilir, həmçinin məhkəməyədək icraat zamanı verdiyi izahatının məzmununu təsdiq edərək göstərmişdir ki, Füzuli rayonu, 4 saylı Zobucuq qəsəbəsindəki avtomobil təmiri sexinə gedən zaman atası ilə arasında ailə münasibətlər zəmnində mübahisə yaranmışdır. Mübahisə zamanı qəsdən yumruqla Zərərçəkmiş şəxs burun nahiyəsinə bir zərbə və ağız nahiyəsinə bir zərbə vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirmişdir. Həmin əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışlar. Buna görə də hazırki material üzrə icraata barəsində bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Hazırki icraat materialları əsasında məhkəmə istintaqı zamanı müəyyən edilmişdir: - Zərərçəkmiş şəxs Füzuli Rayon Polis Şöbəsinə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Füzuli rayonu, 4 saylı Zobucuq qəsəbəsi ərazisində icarəyə götürüb istifadə etdiyi avtomobil təmiri sexində olan zaman oğlu Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onun başqa bir xanımla qeyri-rəsmi münasibətdə olduğunu bildirdikdə aralarında mübahisə yaranmış, mübahisə zamanı oğlu Təqsirləndirilən şəxs yumruq vasitəsi ilə onun ağız nahiyəsinə və burun nahiysəinə qəsdən bir dəfə zərbə vuraraq ona bədən xəsarəti yetirmişdir. Buna görə də Azərbaycan Respublikası CPM-in 294.1.2-ci maddəsinə uyğun olaraq, xx.xx.2024-cü il tarixdə Füzuli RPŞ-də həmin şikayətə dərkənar qoyulmaqla Təqsirləndirilən şəxs barəsində cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. - Məhkəmə-tibb ekspertinin xx.xx.2024-cü il tarixli, 193 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət üst dodağının selikli qişasında qansızıma fonunda yara olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. - İlkin yoxlama zamanı hadisə yerinə baxış keçirilmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu vurduğu yeri təqdim etmiş, bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək toplanmış materiala əlavə edilmişdir. - İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində hazırki icraatın nəticələrinə dair tərtib edilmiş yekun protokolda ona qarşı göstərilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-in 128-ci maddəsində sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. - Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, barəsində böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılan şəxs Təqsirləndirilən şəxs ona dəymiş maddi və mənəvi zərəri tamamilə ödəmişdir, hazırda barışmışlar və heç bir şikayəti yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-in: - 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. - 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-in: - 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsində nəzərdə tutulmuş hal müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. - 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuş hal olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə iclasında verdikləri ifadələri, eləcə də Zərərçəkmiş şəxs məhkəməyə yazılı qaydada təqdim etdiyi yazılı ərizəsini, Təqsirləndirilən şəxs hazırki icraat materialları üzrə Zərərçəkmiş şəxs vurduğu ziyanı tamamilə ödəməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tərtib edilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CPM-in 351.3cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, hazırki materiallarda olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün məhkəməyədək icraat zamanı verdiyi etirafedici izahatı və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdikləri izahatı və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, icraat materiallarında olan “Baxış keçirilməsi haqqında” 09 iyul 2024-cü il tarixli baxış protokol, məhkəmə-tibb ekspertizasının 09 iyul 2024-cü il tarixli, 193 nömrəli rəyi və digər sənədlərlə tam sübut edilir. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə yazılı qaydada təqdim etdiyi ərizəsindən aydın olur ki, tərəflər barışıq əldə etmişlər. Təqsirləndirilən şəxs qarşı tərəfə vurduğu maddi və mənəvi zərəri tamamilə ödəmişdir. Odur ki, Zərərçəkmiş şəxs heç bir şikayəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CM-in 73.2-ci, Azərbaycan Respublikası CPM-in 43.1.2, 321.2.1, 356 və 384-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tərtib edilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar