Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-48/2023 27.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 313-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 2 il müddətinə dövlət və yerli özünü idarətetmə orqanlarında rəhbər və maddi məhsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökmdə göstərilən cəzasının çəkilməmiş 10 ay 14 gün hissəsi 5 ay 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, hazırda işləməyən, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla, Füzuli rayonu, Qayıdış-4 qəsəbəsi, ev 179-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-in) 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Təhsil Nazirliyi Füzuli rayon Təhsil şöbəsi üzrə 07 yanvar 2009-cu il tarixli 01 nömrəli əmrlə Füzuli rayonu, Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunmaqla xx.xx.2020-ci il tarixədək həmin vəzifədə işləyərkən dövlət büdcəsindən ayrılmış Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 saylı X16 Füzuli rayonu Təhsil şöbəsi, Füzuli rayonu Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbinə ayrılmaqla ona etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə yolu ilə talamaq məqsədi ilə 2018-ci ilin sentyabr ayından 2020ci ilin aprel ayına kimi olan müddətdə vahid niyyətlə məktəbdə müxtəlif vəzifələrdə işləyən şəxslərin faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməmələrinə, eyni gündə və eyni saatda üst-üstə düşən dərs saatının, dərnək məşğələ saatlarının, evdə təhsilə cəlb olunmasını təsdiq edən psixoloji-tibbi-pedoqoji komissiyanın qərarı və dərslərin tədrisinə dair jurnal olmadığı halda dərs saatının, fərdi təhsilə cəlb olunmasını təsdiq edən heç bir təsdiqedici sənəd və sinif jurnalı olmadığı halda dərs saatının, dərsdənkənar məşğələ saatlarının, jurnallarda dərslərin tədrisinə dair qeydlər aparılmadığına görə dərs saatlarının tədris olunmamasına baxmayaraq 2018-ci ilin sentyabr ayından 2020-ci ilin aprel ayına kimi olan müddətdə məktəbin yerləşdiyi Füzuli rayonu, Qayıdış qəsəbə 4 ünvanında yerləşən inzibati binasında şəxsən tamah və şəxsi sair niyyətlə həmin şəxslərin guya işə çıxmaqla əmək funksiyalarını yerinə yetirmələri və dərslərin tədris olunmadığı halda dərslərin tədris olunmaları ilə əlaqədar əmək haqqı almalarına dair bilə-bilə yalan məlumatları əmək haqqı hesablama cədvəllərinə daxil edib imzaladıqdan sonra Füzuli rayonu Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin möhürü ilə təsdiq etməklə həmin sənədlərin Füzuli rayon Təhsil şöbəsi və 10 saylı Ərazi X16nə göndərməsi ilə əlaqədar müəllimlər və texniki işçilərə müxtəlif məbləğlərdə pul vəsaitinin, o cümlədən, 2018/2019cu tədris ilində rəhbərlik etdiyi məktəbdə faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə baxmayaraq adı müəllimə kimi rəsimləşdirilmiş Şahid1 2018-ci ilin sentyabr ayından 2019-cu ilin aprel aylarına qədər olan dövr ərzində guya işə gəlməklə həftəlik 2 dərs saatını tədris etməsinə dair qeyd olunan aylar üzrə əmək haqqı hesablama cədvəllərinə məktəbin yerləşdiyi Füzuli rayonu, Qayıdış qəsəbə 4 ünvanında yerləşən inzibati binasında qeyd edilən müddətdə bilə-bilə yalan məlumatlar daxil edib imzaladıqdan sonra Füzuli rayonu Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin möhürü ilə təsdiq etməklə həmin sənədlərin Füzuli rayon Təhsil şöbəsi və 10 saylı Ərazi X16nə göndərməsi ilə əlaqədar Şahid1 qeyd olunan dövr üzrə əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 510307******9707 nömrəli kart hesabına köçürülmüş 839,44 manat məbləğində pul vəsaitinin sonuncu tərəfindən Füzuli rayon ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan nağdlaşdırılaraq şəxsi ehtiyaclarına sərf etməklə 839,44 (səkkiz yüz otuz doqquz manat qırx dörd qəpik) manat məbləğində, eyni niyyətlə, 2018/2019-cu tədris ilində rəhbərlik etdiyi məktəbdə faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə baxmayaraq adı xadimə kimi rəsimləşdirilmiş X4 2018-ci ilin noyabr ayından 2019-cu ilin sentyabr ayına kimi olan dövr ərzində guya işə gəlməklə əmək funksiyalarını yerinə yetirməsinə dair qeyd olunan dövr üzrə əmək haqqı hesablama cədvəllərinə məktəbin yerləşdiyi Füzuli rayonu, Qayıdış qəsəbə 4 ünvanında yerləşən inzibati binasında qeyd edilən müddətdə bilə-bilə yalan məlumatlar daxil edib imzaladıqdan sonra Füzuli rayonu Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin möhürü ilə təsdiq etməklə həmin sənədlərin Füzuli rayon Təhsil şöbəsi və 10 saylı Ərazi X16nə göndərməsi ilə əlaqədar Gülsumə Şirinovanın qeyd olunan dövr üzrə əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 510307******8514 nömrəli kart hesabına köçürülmüş 944,07 manat məbləğində pul vəsaitinin sonuncu tərəfindən Füzuli rayon ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan nağdlaşdırılaraq şəxsi ehtiyaclarına sərf etməklə 944,07 (doqquz yüz qırx dörd manat yeddi qəpik) manat məbləğində, eyni niyyətlə, 2018/2019-cu tədris ilində rəhbərlik etdiyi məktəbdə faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə baxmayaraq adı paltarsaxlayan kimi rəsimləşdirilmiş Şahid2 2018-ci ilin noyabr ayından 2019-cu ilin sentyabr ayına kimi olan dövr ərzində guya işə gəlməklə əmək funksiyalarını yerinə yetirməsinə dair qeyd olunan dövr üzrə əmək haqqı hesablama cədvəllərinə məktəbin yerləşdiyi Füzuli rayonu, Qayıdış qəsəbə 4 ünvanında yerləşən inzibati binasında qeyd edilən müddətdə bilə-bilə yalan məlumatlar daxil edib imzaladıqdan sonra Füzuli rayonu Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin möhürü ilə təsdiq etməklə həmin sənədlərin Füzuli rayon Təhsil şöbəsi və 10 saylı Ərazi X16nə göndərməsi ilə əlaqədar Şahid2 qeyd olunan dövr üzrə əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus nömrəsi istintaqla müəyyən edilməmiş kart hesabına köçürülmüş 1.030,58 manat məbləğində pul vəsaitinin, 2018-ci ilin noyabr ayından 2019-cu ilin iyun ayına qədər olan dövr ərzində 754,16 manat məbləğində pul vəsaitini özü tərəfindən, 2019-cu ilin iyul, avqust və sentyabr aylarında isə 276,42 manat məbləğində pul vəsaitinin isə sonuncu tərəfindən Füzuli rayon ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan nağdlaşdırılaraq şəxsi ehtiyaclarına sərf etməklə 1.030,58 (bir min otuz manat əlli səkkiz qəpik )manat məbləğində, eyni niyyətlə, 2018/2019-cu tədris ilində Xİ sinif şagirdi X20 evdə təhsilə cəlb olunmasını təsdiq edən psixoloji-tibbi-pedoqoji komissiyanın qərarı və dərslərin tədrisinə dair jurnal olmadığı halda məktəbin 4 nəfər müəlliminin 2019-cu ilin yanvar ayından 2019-cu ilin iyun ayına kimi olan dövr ərzində tədris edilmədiyi halda həftəlik 9 dərs saatına dair qeyd olunan dövr üzrə əmək haqqı hesablama cədvəllərinə məktəbin yerləşdiyi Füzuli rayonu, Qayıdış qəsəbə 4 ünvanındakı inzibati binasında qeyd edilən müddətdə bilə-bilə yalan məlumatlar daxil edib imzaladıqdan sonra Füzuli rayonu Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin möhürü ilə təsdiq etməklə həmin sənədlərin Füzuli rayon Təhsil şöbəsi və 10 saylı Ərazi X16nə göndərməsi ilə əlaqədar məktəbin fiziki tərbiyə müəllimi Şahid6 Variyət oğlunun əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 510307******5064 nömrəli kart hesabına tədris edilməmiş 2 dərs saatına görə köçürülmüş 271,33 manat, coğrafiya müəllimi Şahid7 əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 510307******6419 nömrəli kart hesabına tədris edilməmiş 2 dərs saatına görə köçürülmüş 290 manat, Azərbaycan dili ədəbiyyat müəlliməsi X10 əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 510307******9962 nömrəli kart hesabına tədris edilməmiş 3 dərs saatına görə köçürülmüş 414 manat, ibtidai sinif müəlliməsi Şahid3 əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 416974******5466 nömrəli kart hesabına tədris edilməmiş 2 dərs saatına görə 426 manat olmaqla ümumilikdə 1.401,33 manat məbləğində pul vəsaitlərinin sonuncular tərəfindən Füzuli rayon ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan nağdlaşdırılaraq şəxsi ehtiyaclarına sərf etməklə 1.401,33 (bir min dörd yüz bir manat otuz üç qəpik) manat məbləğində, eyni niyyətlə, 2019/2020-ci tədris ilində rəhbərlik etdiyi məktəbdə birinci sinif şagirdi X5 fərdi təhsilə cəlb olunmasına dair heç bir təsdiqedici sənəd və sinif jurnalı olmadığı halda guya sonuncunun fərdi təhsilə cəlb olunmasına və məktəbin ibtidai sinif müəlliməsi X7 tərəfindən həftəlik 8 dərs satını tədris etməsinə dair xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi olan dövr üzrə əmək haqqı hesablama cədvəllərinə məktəbin yerləşdiyi Füzuli rayonu, Qayıdış qəsəbə 4 ünvanında yerləşən inzibati binasında qeyd edilən müddətdə bilə-bilə yalan məlumatlar daxil edib imzaladıqdan sonra Füzuli rayonu Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin möhürü ilə təsdiq etməklə həmin sənədlərin Füzuli rayon Təhsil şöbəsi və 10 saylı Ərazi X16nə göndərməsi ilə əlaqədar Xəyalə Qəhrəmanovaya qeyd olunan dövr üzrə əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 4169********7800 nömrəli kart hesabına köçürülmüş 653,33 manat məbləğində pul vəsaitlərinin sonuncular tərəfindən Füzuli rayon ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan nağdlaşdırılaraq şəxsi ehtiyaclarına sərf etməklə 653,33 (altı yüz əlli üç manat otuz üç qəpik)manat məbləğində, eyni niyyətlə, 2018/2019-cu tədris ilində özü və məktəbin ibtidai sinif müəlliməsi Şahid4 dərsdənkənar məşğələ saatları tədris edilmədiyi halda 2019-cu ilin yanvar ayından 2019-cu ilin iyun ayına kimi olan dövr ərzində guya həftəlik hər biri üçün həftəlik 6 dərs saatı olmaqla ümumilikdə 12 dərsdənkənar məşğələ saatının keçirilməsinə dair qeyd olunan dövr üzrə əmək haqqı hesablama cədvəllərinə məktəbin yerləşdiyi Füzuli rayonu, Qayıdış qəsəbə 4 ünvanındakı inzibati binasında qeyd edilən müddətdə bilə-bilə yalan məlumatlar daxil edib imzaladıqdan sonra Füzuli rayonu Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin möhürü ilə təsdiq etməklə həmin sənədlərin Füzuli rayon Təhsil şöbəsi və 10 saylı Ərazi X16nə göndərməsi ilə əlaqədar özünün əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 510307******2992 nömrəli kart hesabına tədris edilməmiş 6 dərsdənkənar məşğələ saatına görə köçürülmüş 990 manat və məktəbin ibtidai sinif müəlliməsi Şahid4 əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 510307******2056 nömrəli kart hesabına tədris edilməmiş 6 dərsdənkənar məşğələ saatına görə köçürülmüş 738 manat olmaqla ümumilikdə 1.728 manat məbləğində pul vəsaitlərinin sonuncu və özü tərəfindən Füzuli rayon ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan nağdlaşdırılaraq şəxsi ehtiyaclarına sərf etməklə 1.728 (bir min yeddi yüz iyirmi səkkiz) manat məbləğində, eyni niyyətlə, 2018/2019 tədris ilində özünün məktəbdə İ-İV siniflər üzrə fiziki tərbiyə fənnin və məktəbdə ingilis dili müəllimi işləyən arvadı Şahid5 2019/2020-ci tədris ilində məktəbdə Xa, Xb və Xİ siniflər üzrə ingilis dili fənnindən dərslərin tədris olunmadığı və jurnallar yazılmadığı halda qeyd olunan tədris illəri ərzində guya özünün həmin siniflər üzrə fiziki tərbiyə üzrə 11 dərs saatının və arvadı Şahid5 ingilis dili üzrə 3 dərs saatı olmaqla ümumilikdə 14 dərs saatının keçirilməsinə dair qeyd olunan dövr üzrə əmək haqqı hesablama cədvəllərinə məktəbin yerləşdiyi Füzuli rayonu, Qayıdış qəsəbə 4 ünvanındakı inzibati binasında qeyd edilən müddətdə bilə-bilə yalan məlumatlar daxil edib imzaladıqdan sonra Füzuli rayonu Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin möhürü ilə təsdiq etməklə həmin sənədlərin Füzuli rayon Təhsil şöbəsi və 10 saylı Ərazi X16nə göndərməsi ilə əlaqədar özünün əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 510307******2992 nömrəli kart hesabına tədris edilməmiş 11 dərs saatına görə köçürülmüş 1.123,89 manat və arvadı Şahid5 əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 416974******3567 nömrəli kart hesabına tədris edilməmiş 3 dərs saatına görə köçürülmüş 1.190 manat olmaqla ümumilikdə 2.313,89 manat məbləğində pul vəsaitlərinin özü tərəfindən Füzuli rayon ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan nağdlaşdırılaraq şəxsi ehtiyaclarına sərf etməklə 2313,89 (iki min üç yüz on üç manat səksən doqquz qəpik) manat məbləğində, eyni niyyətlə, 2018/2019-2019/2020-ci tədris illərində tədris edilməyən və dərslərin tədrisinə dair jurnal yazılmadığı halda məktəbin 4 nəfər müəlliminin həmin dövr ərzində tədris edilmədiyi halda guya həftəlik 36 dərnək məşğələ saatının tədris olunmasına dair qeyd olunan dövr üzrə əmək haqqı hesablama cədvəllərinə məktəbin yerləşdiyi Füzuli rayonu, Qayıdış qəsəbə 4 ünvanındakı inzibati binasında qeyd edilən müddətdə bilə-bilə yalan məlumatlar daxil edib imzaladıqdan sonra Füzuli rayonu Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin möhürü ilə təsdiq etməklə həmin sənədlərin Füzuli rayon Təhsil şöbəsi və 10 saylı Ərazi X16nə göndərməsi ilə əlaqədar məktəbin müəllimləri Şahid8 əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 510307******6625 nömrəli kart hesabına tədris edilməmiş 15 dərnək məşğələ saatına görə köçürülmüş 2.595 manat, Şahid9 əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 416974******6107 nömrəli kart hesabına tədris edilməmiş 13 dərnək məşğələ saatına görə köçürülmüş 1.864,50 manat, X8 əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 510307******5259nömrəli kart hesabına tədris edilməmiş 4 dərnək məşğələ saatına görə köçürülmüş 1.034 manat, Şahid10 əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus nömrəsi istintaqla müəyyən edilməmiş kart hesabına tədris edilməmiş 4 dərnək məşğələ saatına görə 913 manat olmaqla ümumilikdə 6.406,50 manat məbləğində pul vəsaitlərinin sonuncular tərəfindən Füzuli rayon ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan nağdlaşdırılaraq şəxsi ehtiyaclarına sərf etməklə 6.406,50 (altı min dörd yüz altı manat əlli qəpik) manat məbləğində, eyni niyyətlə, 2019/2020-ci tədris ilində dərs cədvəlində eyni gündə və eyni saatda üst-üstə düşən dərs saatına görə 1 dərs saatı tədris edilmədiyi halda guya həftəlik 1 dərs saatının tədris olunmasına dair qeyd olunan dövr üzrə əmək haqqı hesablama cədvəllərinə məktəbin yerləşdiyi Füzuli rayonu, Qayıdış qəsəbə 4 ünvanındakı inzibati binasında qeyd edilən müddətdə bilə-bilə yalan məlumatlar daxil edib imzaladıqdan sonra Füzuli rayonu Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin möhürü ilə təsdiq etməklə həmin sənədlərin Füzuli rayon Təhsil şöbəsi və 10 saylı Ərazi X16nə göndərməsi ilə əlaqədar məktəbin informatika müəllimi Ayşən Seymur qızının əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 510307******9078 nömrəli kart hesabına tədris edilməmiş 1 dərs saatına görə köçürülmüş 255,56 manat məbləğində pul vəsaitlərinin sonuncu tərəfindən Füzuli rayon ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan nağdlaşdırılaraq şəxsi ehtiyaclarına sərf etməklə 255,56 (iki yüz əlli beş manat əlli altı qəpik) manat məbləğində, qeyd edilən qaydada özü ilə birlikdə 16 şəxsin adına olan əmək haqqı kartları üzrə cəmi 11.514,65 manat pul vəsaitini israf etmə, 4.058,05 manat məbləğində pul vəsaitini isə mənimsəmə yolu ilə olmaqla Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 saylı Ərazi X16nə məxsus olmaqla ona etibar edilmiş ümumilikdə 15.572,70 (on beş min beş yüz yetmiş iki manat yetmiş qəpik) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə talamış, vəzifəli şəxs qismində tamah və şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4 və 313cü maddələri elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, o, xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi Füzuli rayonu, Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin xx.xx.2023-cü il tarixli aktında 2019/2020-ci tədris ilində Ayşən Seymur qızının eyni gündə və eyni saatda Xa və Xİ(informatika), Vİ və Xa (informatika), İX və Xb (informatika) siniflərində üst-üstə düşən həftəlik 3 dərs saatına görə 920,00 manat və Şahid5 eyni gündə və eyni saatda Vİİİ və İX(ingilis dili) siniflərdə üst-üstə düşən həftəlik 1 dərs saatına görə 396,67 manat olmaqla cəmi üst-üstə düşən həftəlik 4 dərs saatına görə 1.316,67 manat əmək haqqının ödənilməsi ilə bağlı üst-üstə düşən dərs saatlarının izahını verə bilməmiş, hər iki müəllim əmək haqqını özləri almışdır. Füzuli rayon Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbində 2018/2019-2019/2020-ci tədris illərində yoxlamanın gəldiyi nəticədə göstərilən 36 dərnək məşğələ saatına görə 10 halda 4 nəfər müəllimə 6.408,00 manat əmək haqqı hesablanıb ödənilmiş, dərnək məşğələləri keçirilməsi isə tam olaraq təmin olunmamış, yoxlama gələndən gələnə dərnək məşğələlərinin keçirilməsi təmin olunmuş, dərnək məşğələləri keçirilməsə də əmək haqlarını müəllimlərin özləri almışdır. Füzuli rayon Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin müəllimi Şahid1 2019-cu ilin yanvar-mart aylarında dərsə davamiyyəti olmadığı halda 385,00 manat, 2019-cu ilin yanvar ayından həmin ilin dekabr ayına kimi olan dövrdə işə davamiyyəti olmadığı halda kiçik xidmətedici işçilər X6 682,29 manat, Şahid2 693,16 manat əmək haqqı hesablanıb ödənilmişdir. Şahid1 əsas iş yeri Füzuli rayonu Aşağı Yağlıbənd kənd tam orta məktəbi olmuş, direktoru olduğu məktəbdə ikinci iş yeri olmuş, yoxlamanın qeyd etdiyi tarixdə işə gəlməmiş, əmək haqqını özü almışdır. Maddi vəziyyəti yaxşı olmayan Şahid1 qısa müddət ikinci iş yeri kimi, eləcə də texniki işçilər olan X12 və Şahid2 işə götürmüş, sonuncular işə gəlmədiyi halda özləri əmək haqlarını almış, göz yummasının səbəbi müəllim və iki texniki işçisinin sosial vəziyyətlərinin yaxşılaşdırılması olmuş, üçünün də əmək haqqı kartları özlərində olmaqla əmək haqlarını özləri almış, bunun müqabilində qeyd olunan şəxslərdən pul tələb edib almamışdır. O, maliyyə yoxlaması zamanı aşkar edilmiş Füzuli rayon, Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbində 2 nəfər müəllimə 14,0 saata görə 2018/2019-2019/2020-ci tədris illərində 2.313,89 manat, o, cümlədən 11 saata görə ona 1123,89 manat, Şahid5 3 saata görə 1190,00 manat, həmçinin 2 nəfər müəllimə tədris olunmamış 12 dərsdən kənar məşğələ saatına görə 2018/2019-cu tədris ilində 1.728,00 manat, o, cümlədən ona 6 saata görə 990,00 manat, Şahid4 6 saata görə 738,00 manat əmək haqqı ödənilməsi ilə bağlı, eləcə də evdə təhsilə cəlb olunmuş şagirdə dərslərin tədris edilməməsinə görə 2019/2020-ci tədris ilində 8 dərs saatları üçün müəllim X1 762,22 manat məbləğində əmək haqqı ödənilməsi, evdə təhsilə cəlb olunmuş X22 2018/2019 tədris ilində dərslər tədris edilmədiyi halda 9 dərs saatına görə məktəbin müəllimləri X15, Şahid7, X17 və Şahid3 ümumilikdə 1.257,00 manat əməkhaqqı ödənilməsi ilə bağlı nöqsanlarla razı olmuş, dərslər tədris olunmadığı halda sonuncular əmək haqqı almış, qeyd olunan müəllimlərdən pul tələb edib almamışdır. Yoxlama aktından göstərilən tədris edilmədiyi halda 2018/2019 tədris ilində 1- 4-cü siniflər üzrə tədris edilmədiyi halda onun kart hesabına yüklənmiş 1.123,89 manat və həmin tədris ilində məktəbin Xa, XB və Xİ siniflər üzrə tədris edilməmiş ingilis dili fəninə arvadı Şahid5 1.190 manat artıq əmək haqqı hesablanmasının səbəbini izah edə bilməmişdir. Şahid1 atası mərhum Fehruzə xatırlamadığı məbləğdə pul borcu olduğunu, borcunu ödəməyə maddi imkanının olmadığı üçün Fehruzun Füzuli rayonu, Böyük Bəhmənli 2 nömrəli tam orta məktəbdində ibtidai sinif müəlliməsi işləyən qızı Nurlanəni ikinci iş yeri kimi işə götürüb borcunu qaytarmaq məqsədi ilə sonuncuya dərs saatı yazaraq kart hesabına əmək haqqı ödənilməsini təmin etdiyini bildirmişdir. Şahid2 işçi kimi rəsmiləşdirdiyi vaxtdan 2019-cu ilin iyun ayı daxil olmaqla əmək haqqı kartı onda olmaqla əmək haqqı kartına yüklənən pulları özü çıxardıb şəxsi ehtiyacları üçün xərcləmiş, 2019cu ilin iyun ayında yüklənən əmək haqqı kartındakı pulu çıxartdıqdan sonra kartı Nüşabənin ərinə vermiş, 2019-cu ilin iyul, avqust və sentyabr aylarında isə əmək haqqı kartına yüklənmiş pulu Nüşabənin özü işə gəlmədiyi halda çıxartmış, sonuncu həmin puldan ona pul verməmişdir. O, Xəyalə Qəhrəmanovadan dərs saatı yazmaq üçün pul tələb edib almamış, sonuncunun adına götürdüyü kreditə görə aylıq ödəniş edə bilmədiyi üçün əmək haqqı kartından pul tutulmaları olmasına görə, həmçinin Xəyalənin səhhətində olan problemlə əlaqədar olaraq müalicəyə pul lazım olduğundan sonuncuya köməklik göstərmək məqsədi ilə 2019-cu ilin sentyabr ayında 1-ci sinifdə bir şagirdi fərdi təhsilə ayırmaqla ona artıq dərs saatı yazmışdır. Faktiki olaraq fərdi təhsilə şagird cəlb edilməmiş, şagird adi qaydada 1-ci sinifdə digər şagirdlərlə birlikdə dərsdə iştirak etmiş, fərdi təhsilə görə Xəyaləyə bir neçə ay əmək haqqı ödənilmişdir. 2019/2020-ci tədris ilinə dair əmr kitabında hər-hansı şagirdə fərdi dərsin verilməsinə dair əmrin yazılmaması, xx.xx.2020-ci il tarixli 36 nömrəli əmrlə həmin tədris ilində məktəbin 1-ci sinfində təhsil alan X5 fərdi təhsili dayandırılıb birinci sinifdə təhsilini davam etdirməsi, eləcə də sonuncuya dərs tədris edən X2 verilən 8 saat fərdi dərs saatının dayandırılmasına dair əmr imzalamasına baxmayaraq İbrahim Aslanovun fərdi təhsilə cəlb olunmasına dair əmr kitabında əmrləşdirilməməsi, 2017/2018-ci tədris ilinə aid əmr kitabından xx.xx.2018-ci il tarixli 52 nömrəli əmrə X13 1 ştat vahidi texniki işçi xadimə kimi işə qəbul edilsə də əmr kitabında işdən çıxmasına dair heç bir əmr olmaması, eləcə də Şahid2 və Şahid1 işə qəbul əmri və işdən azad olma əmrləri əmr kitablarında aşkar edilməməsi onun səhlənkarlığı nəticəsində olmuşdur. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, zərərçəkmiş şəxslə barışmış və ona vurulmuş ziyanı tam şəkildə ödəmiş, eləcə də vurulmuş ziyanın 25 faizi miqdarında dövlətə ödəniş etmişdir. Odur ki, barəsində Azərbaycan Respublikası CMin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə başlanmış cinayət təqibinə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-in) 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə vurduğu ziyanı tam şəkildə ödədiyindən onunla barışmışlar və bu səbəbdən barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Şahid5 bildirdi ki, o, uzun müddət Füzuli rayonu, Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləmiş, məktəbin direktoru 2020-ci ilin aprel ayına kimi əri hazırkı iş üzrə Təqsirləndirilən şəxs olmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən keçirilmiş maliyyə yoxlamasının nəticəsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilən 2019/2020-ci tədris ilində onun adına eyni gündə və eyni saatda Vİİİ və İX (ingilis dili) siniflərdə üst-üstə düşən həftəlik 1 dərs saatına görə hesablanmış 396,67 manat artıq əməkhaqqı ödənilməsi və 2019/2020-ci tədris ilində Xa, Xb və Xİ siniflər üzrə jurnallarda dərs cədvəli üzrə ona hər sinif üçün həftədə 6 saat olmaqla ümumilikdə 18 saat ingilis dilinin tədris edilməsi göstərilsə də jurnallar üzrə onun tərəfindən faktiki olaraq hər sinif üçün 5 saat olmaqla ümumilikdə 15 dərs saatı tədris edilməsi, ümumilikdə 3 dərs saatı tədris edilməməsi ilə bağlı nöqsanlarla bağlı bildirmişdir ki, o, dərs cədvəlində nəzərdə tutulan bütün dərsləri tədris etmiş və tədris etdiyi dərs saatlarına görə də əmək haqqını özü almış, dərsləri üstü-üstə düşməmiş, artıq dərs saatlarının müəllimlər otağında olan stolüstü cədvəllə jurnalda olan cədvəl arasında fərq ola bilməsi ilə izah edib qeyd olunan tədris ilində XA, XB və 11-ci siniflər üzrə hər sinif üzrə həftəlik 5 dərs saatı tədris etmişdir. İfadəsi elan olunmuş şahid X17 ifadəsində bildirmişdir ki, o, 2017/2018-ci tədris ilindən 2019/2020-ci tədris ili daxil olmaqla Füzuli rayonu, Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbdə Azərbaycan dili ədəbiyyat müəlliməsi işləmiş, 2020/2021-ci tədris ilindən hazırkı vaxtadək Füzuli rayonu, Qayıdış qəsəbə 5 nömrəli tam orta məktəbində müəllimə işləyir. Füzuli rayonu, Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbdə müəllimə işlədiyi müddətdə 2020-ci ilin aprel ayına kimi məktəbin direktoru vəzifəsində Təqsirləndirilən şəxs olmuş, onun Təqsirləndirilən şəxsla arasında hər-hansı düşmənçilik və ədavət olmamış, məktəbdə Maliyyə Nazirliyi tərəfindən yoxlama aparılmasından məlumatı olmuş və yoxlama zamanı ondan 2018/2019-cu tədris ilində evdə təhsilə cəlb olunmuş X22 dərs tədris edib-etmədiyini soruşmuşlar, o, həmin dərsləri tədris etmədiyini bildirmiş, aldığı əmək haqqından hər-hansı şəxsə pul verməmişdir. O, ifadəsində həmçinin Şahid1, X12 və Şahid2 tanımadığını, sonuncuların məktəbdə işləmədiyini, əmək haqqı kartının özündə olduğunu, əmək haqqı kartından pul çıxardıb kiməsə vermədiyini bildirmişdir. İfadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2014-cü il tarixdən halhazırkı vaxtadək Füzuli rayonu, Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləmiş, Füzuli rayonu, Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin direktoru 2020-ci ilin aprel ayına kimi əmisi oğlu Təqsirləndirilən şəxs olmuş, hazırda məktəbin direktoru vəzifəsində Nail Babayev işləyir. Məktəbdə Maliyyə Nazirliyi tərəfindən yoxlama aparılmasından məlumatı olmuş, yoxlama zamanı ondan 2018/2019-cu tədris ilində evdə təhsilə cəlb olunmuş X22 dərs tədris edib-etməməsi soruşulmuş, onun adından jurnalların yazıldığı qeyd edilmiş, lakin o, yoxlama zamanı da izahat verərək 2018/2019-cu tədris ilində məktəbdə Xİ sinif üzrə Roza Əlizadəyə dərs keçmədiyini bildirmişdir. Həmin dərs saatını Vəfadar müəllim onun maddi vəziyyətinin aşağı olmasına görə yazmış, o, həmin dərsi tədris etmədiyi halda əmək haqqını özü almış və aldığı əmək haqqından heç kimə heç bir məbləğdə pul verməmişdir. Şahidlər Şahid6 Variyət oğlu və Şahid7 şahidlər Şahid3 və Minarə Həsənovanın ifadələri ilə oxşar məzmunlu ifadələr verdilər və 2018/2019-cu tədris ilində məktəbdə Xİ sinif üzrə Roza Əlizadəyə dərs keçmədiklərini, dərsi tədris etmədiyi halda əmək haqqını özləri aldıqlarını və aldıqları əmək haqqından heç kimə heç bir məbləğdə pul vermədiklərini bildirdilər. Şahid8 ifadəsində göstərmişdir ki, o, 2003-cü il tarixdən hal-hazırkı vaxtadək Füzuli rayonu, Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləmişdir. O, işlədiyi müddətdə 2020-ci ilin aprel ayına kimi məktəbin direktoru vəzifəsində Təqsirləndirilən şəxs, həmin vaxtdan hazırkı vaxtadək isə Nail Babayev işləmişdir. Onun adına 2018/2019-2019/2020-ci tədris illərində 15 dərnək məşğələ saatının yazılmasından məlumatı olmamış, dərnək məşğələlərini tədris etməmişdir. O, ifadəsində Füzuli rayon, Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin müəllimi Şahid1, X12 və Şahid2 tanımadığını, sonuncuların məktəbdə işləmədiyini, ondan hər-hansı şəxsin dərs saatlarının yazılmasına görə pul tələb edib almadığını, əmək haqqı kartının özündə olduğunu, əmək haqqı kartından pul çıxardıb kiməsə vermədiyini də bildirmişdir. Şahid10 Şahid8 ilə oxşar məzmunlu ifadə verdi və əlavə olaraq bildirdi ki, 2018/2019-2019/2020-ci tədris illərində məktəbdə dərnək məşğələ saatları tədris etməmişdir. Müəllimlərin sosial vəziyyətlərinin aşağı olmasına görə həmin saatlar direktor tərəfindən yazılmış, əmək haqqını da müəllimlər özləri almış və məktəb direktoruna heç bir məbləğdə pul verməmişlər. İfadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2015-ci il tarixdən halhazırkı vaxtadək Füzuli rayonu, Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləmiş, işlədiyi müddətdə 2020-ci ilin aprel ayına kimi məktəbin direktoru vəzifəsində Təqsirləndirilən şəxs, həmin vaxtdan hazırkı vaxtadək isə Nail Babayev olmuşdur. Məktəbdə Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamada iştirak etmiş, izahat da vermişdir. Təqsirləndirilən şəxs onun adına 2018/2019-cu tədris ilində dərsdənkənar məşğələ saatı yazsa da o, dərsdənkənar məşğələ saatını tədris etməmiş və bununla bağlı jurnal yazmamışdır. Əmək haqqı kartına köçmüş pulu çıxardaraq hər-hansı şəxsə verməmiş, öz şəxsi ehtiyaclarına xərcləmişdir. İfadəsi elan edilmiş Şahid2 ifadəsində bildirmişdir ki, əri Əbülfəz 2018-ci il tarixdə ona Füzuli rayonu, Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin sabiq direktoru Təqsirləndirilən şəxs vasitəsi ilə həmin məktəbdə onu işə düzəldəcəyini bildirmiş, o, razılaşmış və əri Əbülfəz şəxsiyyət vəsiqəsini aparıb Vəfadar müəllimə vermiş, uzun müddət keçməsinə baxmayaraq Vəfadar müəllim onun işə qəbul olunması ilə bağlı məlumat verməmişdir. Əri Əbülfəz təkid etdiyi üçün 2019-cu ilin sentyabr ayında Vəfadar müəllim ona məxsus əmək haqqı kartını ərinə vermişdir. O, işə çıxmaq istəsə də, Vəfadar müəllim ərinə çağırdığı halda işə çıxmasını bildirdiyi üçün gözləməyə başlamışlar. 2019-cu ilin bir neçə ayında kartına yüklənən pul onlar tərəfindən çıxarılsa da, kartın ona təqdim olunduğu vaxtadək həmin karta pul yüklənməsindən məlumatı olmamışdır. O, ifadəsində işə düzəlməsi müqabilində ondan və əri Əbülfəzdən heç kimin pul tələb edib almadığını bildirmişdir. İfadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2019-cu il tarixdən halhazırkı vaxtadək Füzuli rayonu, Böyük Bəhmənli 2 nömrəli tam orta məktəbdə tarix müəlliməsi işləyir. Füzuli rayonu, Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin sabiq direktoru Təqsirləndirilən şəxs onun mərhum atası Fehruz Qasımovdan təxminən 600 manat civarında aldığı borc pulu qaytarmamış, atası pulu israrla tələb etdikdə Təqsirləndirilən şəxs pulu bir dəfəyə qaytarmaq imkanının olmadığını, onu direktor olduğu Füzuli rayonu Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbində ikinci iş yeri kimi işə götürəcəyini bildirmiş, hətta o, sənədlərini də Vəfadara vermiş, lakin sonuncu onu işə düzəldə bilməmiş, pulu hər ay əmək haqqı ödənilən zaman hissə-hissə onun əmək haqqı kartına köçürdəcəyini demiş, lakin hansı qaydada köçürməsindən məlumatı olmamışdır. Bundan sonra onun əmək haqqı kartına əlavə olaraq 120-130 manat pul köçürülmüş, bir neçə aydan sonra həmin ödəniş dayandırılmışdır. 2022-ci il tarixdə Füzuli rayonu Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbində maliyyə yoxlaması zamanı Təqsirləndirilən şəxs onu ikinci iş yeri kimi işə götürməsi, kartına köçən artıq məbləğin həmin pul olduğunu bilmişdir. Həmin vaxtadək Təqsirləndirilən şəxs onu ikinci iş yeri kimi işə götürməsindən, eləcə də kartına pulun hansı qaydada yüklənməsini təmin etməsindən məlumatı olmamış, Füzuli rayonu Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbində dərs tədris etməmiş, heç bir jurnal yazmamış, əmək haqq kartı özündə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Füzuli rayonu, Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin jurnal və əmr kitablarına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, məktəbin 2018/2019-2019/2020-ci tədris illərinə dair olan jurnallar və əmr kitablarına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 2018/2019-cu tədris ilinə aid olan evdə təhsilə cəlb edilmiş X20 dərsdənkənar məşğələ jurnalında 2 saat fiziki tərbiyə, 2 saat coğrafiya, 3 saat Azərbaycan dili ədəbiyyat və 2 saat ibtidai sinif müəllimi tərəfindən dərslərin yazılması göstərilmişdir. Baxışda iştirak edən məktəb direktoru vəzifəsində işləyən Nail Babayev 2019/2020-ci tədris ilində fərdi təhsilə cəlb olunmağa dair jurnal və ya təsdiq edici heç bir sənədin olmadığını bildirmişdir. Bununla bağlı 2019/2020-ci tədris ilinə dair əmr kitabına baxış keçirilən zaman hər-hansı şagirdə fərdi dərsin keçirilməsinə dair əmr yazılmasa da sabiq direktor Təqsirləndirilən şəxs imzaladığı xx.xx.2020-ci il tarixli 36 nömrəli əmrdə məktəbin 1-ci sinfində fərdi təhsil alan X5 fərdi təhsili dayandırılaraq birinci sinifdə təhsilini davam etdirməsi, eləcə də sonuncuya dərs tədris edən X2 verilən 8 fərdi dərs saatının dayandırılması göstərilmişdir. 2019/2020-ci tədris ilinə aid olan 1-ci sinif jurnalına baxış keçirilən zaman X5 tədris ilinin əvvəlindən sonuna kimi jurnalda adı qeyd edilmişdir. Qeyd olunan əmr kitabı və 1-ci sinif jurnalına baxış keçirilməsi zamanı X5 fərdi təhsilə cəlb olunmadığı müəyyən edildi. Bundan sonra jurnallara baxış zamanı 2018/2019- 2019/2020-ci tədris illərində məktəbdə dərnək məşğələ jurnallarının olmadığı müəyyən edilmişdir. 2019/2020-ci tədris ilində həftənin eyni günü və eyni saatı üst-üstə düşən dərs saatları ilə bağlı maliyyə nazirliyi tərəfindən keçirilmiş yoxlama zamanı qeyd edilən 4, 8, 9, 10a,10B və 11-ci sinif jurnallarına baxış keçirilmiş, baxış zamanı 6 sinif jurnalında informatika fənnin 1-ci gün 5-ci saat, 10 b sinif jurnalında 1-ci gün 5-ci saat üst-üstə düşməsi müəyyən edilmişdir. Bundan başqa 2017/2018-ci tədris ilinə aid əmr kitabından görünür ki, sabiq məktəb direktoru Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixli 52 nömrəli əmri ilə X13 1 ştat vahidi texniki işçi xadimə kimi işə qəbul edilsə də əmr kitabında işdən çıxmasına dair heç bir əmr yoxdur. Şahid2 və Şahid1 işə qəbul əmri və işdən azad olma əmrləri əmr kitablarında yoxdur. Bundan başqa 2018/2019-cu tədris ilinin 1,2 və 4-cü sinif jurnallarına baxış keçirilən zaman məktəbin sabiq direktoru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs tərəfindən hər-hansı fənnin tədris edilmədiyi, fiziki tərbiyə fənnin məktəbin digər müəllimi Şahid6 tərəfindən tədris edildiyi müəyyən edilmişdir. Bundan başqa məktəbdə XA, XB və Xİ sinif jurnallarına baxış keçirilən zaman dərs cədvəlində 6 saat ingilis dilinin tədris edilməsi nəzərdə tutulsa da jurnalda 5 dərs saatının tədris edildiyi, tədris edilən 5 dərs saatının məktəbin İngilis dili müəllimi olan Şahid5 tərəfindən tədris edildiyi, ümumilikdə dərs cədvəlində olan 3 saatın tədris edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılmış maliyyə yoxlaması nəticəsində tərtib edilmiş yoxlama aktından görünür ki, Füzuli Rayonu Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbində maliyyə yoxlaması zamanı 2019/2020-ci tədris ilində Ayşən Seymurqızının eyni gündə və eyni saatda Vİ və Xa(informatika) siniflərində üst-üstə düşən həftəlik 1 dərs saatına görə 306,67 manat, 2018/2019-2019/2020-ci tədris illərində jurnallarda qeydlər aparılmadığı halda 36 dərnək məşğələ saatına görə 4 nəfər müəllimə 6.408 manat, müəllimə Şahid1 2019-cu ilin yanvar-mart aylarında dərsə davamiyyəti olmadığı halda 385,00 manat, 2019cu ilin yanvar ayından həmin ilin dekabr ayına kimi olan dövrdə işə davamiyyəti olmadığı halda kiçik xidmətedici işçilər X6 682,29 manat, Şahid2 693,16 manat, Təqsirləndirilən şəxs 11 saata görə 1.123,89 manat, Şahid5 3 saata görə 1.190,00 manat olmaqla ümumilikdə 2 nəfər müəllimə tədris olunmamış 14,0 saata görə 2018/2019-2019/2020-ci tədris illərində 2.313,89 manat, Təqsirləndirilən şəxs 6 saata görə 990,00 manat, Şahid4 6 saata görə 738,00 manat olmaqla 2 nəfər müəllimə tədris olunmamış 12 dərsdənkənar məşğələ saatına görə 2018/2019-cu tədris ilində 1.728,00 manat, evdə təhsilə cəlb olunmasını təsdiq edən psixoloji-tibbi-pedoqoji komissiyanın qərarı və dərslərin tədrisinə dair jurnal olmadığı halda (faktiki olaraq şagird olmadığı halda) 2019/2020-ci tədris ilində evdə təhsilə görə, tədris olunmamış 8 dərs saatları üçün müəllimə X1 762,22 manat, evdə təhsilə cəlb olunmuş şagirdə dərslərin tədrisinə görə jurnallarda qeydlər aparılmadığı halda 2018/2019-cu tədris ilində 9 saata görə 1.257,00 manat əsassız əməkhaqqı ödənilməsinə dair pozuntular aşkar edilmişdir. Baş İdarənin Mütəxəssis Təhlilləri Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, araşdırmaya təqdim olunmuş əmək haqqının ödəniş cədvəllərinə, "xxxx" ASC tərəfindən verilmiş əmək haqqı plastik kart hesablarından çıxarışlara və istintaq materiallarına əsasən aşağıdakı qanun pozuntuları aşkar olunmuşdur: Fizuli rayon, Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbində evdə təhsilə cəlb edilmiş fiziki cəhətdən sağlamlıq imkanları məhdud şagirdə, fərdi təhsilə cəlb edilmiş şagirdə, dərsdənkənar və dərnək məşğələrə görə tədris edilməyən dərs saatlarına görə 10.189,16 manat məbləğində əsassız əmək haqqı ödənilmişdir. Jurnallarda dərslərin tədrisinə dair qeydlər aparılmadığı halda pedaqojı işçilərə 2.313,89 manat məbləğində əsassız əmək haqqı hesablanıb ödənilmişdir. Faktiki olaraq işə gəlməyən, əmək funksiyalarını yerinə yetirməyən müəllim və yardımçı-kiçik xidmətedici işçilərə 2.814,09 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. 2019/2020-ci tədris ilində Ayşən Seymur qızına eyni gündə və eyni saatda Vİ və Xb (informatika) siniflərində üst-üstə düşən həftəlik 1 dərs saatına görə 255,56 manat əsassız əmək haqqı ödənilmişdir. Ümumilikdə 15.572,70 manat əsassız əmək haqqının ödənilməsi müəyyən edilmişdir. Füzuli rayon Təhsil sektorundan daxil olmuş əmək haqqı hesablama cədvəllərinə və Füzuli rayonu, Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin müəllim və texniki işçilərinin "xxxx" ASC-yə aid olan əmək haqqı kart hesablarından çıxarışlarına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 2018/2019-cü tədris ilində 2019cu ilin yanvar ayından həmin ilin iyun ayı daxil olmaqla Füzuli rayon Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbdə evdə təhsilə cəlb edilmiş fiziki cəhətdən sağlamlıq imkanları məhdud şagirdə tədris edilmədiyi halda məktəbin fiziki tərbiyə müəllimi Şahid6 Variyət oğluna tədris olunmamış 2 dərs saatına görə 271,33 manat, coğrafiya müəllimi Şahid7 tədris olunmamış 2 dərs saatına görə 290 manat, Azərbaycan dili ədəbiyyat müəllimi X14 tədris olunmamış 3 dərs saatına görə 414 manat, ibtidai sinif müəlliməsi Şahid3 tədris olunmamış 2 dərs saatına görə 426 manat hesablanmışdır. 2019/2020-ci tədris ilində faktiki olaraq fərdi təhsilə cəlb olunmamış şagirdə görə tədris olunmamış 8 dərs saatları üçün müəllim X2 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi olan dövr ərzində 653,33 manat məbləğində əməkhaqqı hesablanmışdır. Təqsirləndirilən şəxs İ-İV siniflər üzrə tədris edilməyən dərs saatlarına görə 2019-cu ilin yanvar ayından 2019-cu ilin iyun ayına kimi 1.123,89 manat, Şahid5 2019/2020-ci tədris ilində Xa, Xb və Xİ siniflər üzrə tədris olunmamış dərs saatlarına görə 1.190 manat əmək haqqı hesablanmışdır. 2018/2019-cu tədris ilində tədris edilməyən dərsdənkənar məşğələ saatına görə Təqsirləndirilən şəxs 2019-cu ilin yanvar ayından iyun ayına kimi 990 manat, Şahid4 738 manat əmək haqqı hesablanmışdır. Şahid1 2018-ci ilin sentyabr ayından 2019-cu ilin aprel ayına kimi olan dövr ərzində 839,44 manat, X9 2018-ci ilin noyabr ayından 2019-cu ilin sentyabr ayına kimi olan dövr ərzində 944,07 manat və Şahid2 2018-ci ilin noyabr ayından 2019-cu ilin sentyabr ayına kimi olan dövr ərzində 1.030,58 manat əmək haqqı hesablanmışdır. Dərnək məşğələ saatlarına görə Şahid8 2018/2019-cu tədris ilində 832 manat, 2019/2020-ci tədris ilində 1.763 manat olmaqla cəmi 2.595 manat, Şahid9 2018/2019-cu tədris ilində 764 manat, 2019/2020-ci tədris ilində 1.100,50 manat olmaqla cəmi 1.864,50 manat, X11 1.034 manat, Şahid10 913 manat olmaqla cəmi 6.406,50 manat əmək haqqı hesablanmışdır. Üst-üstə düşən dərs saatına görə 2019/2020-ci tədris ilində Ayşən Seymur qızına 255,56 manat əmək haqqı hesablanmışdır. Füzuli rayon təhsil sektorundan daxil olmuş qeyd olunan işçilərin əmək haqqı kart hesablarından çıxarışlarından görünür ki, müəllimlər kart hesabların köçürülmüş pul vəsaitlərini Füzuli rayonu ərazisində yerləşən Kapital Bank ASC-ə məxsus bankomatlarda məxaric etmişlər. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 313-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məhsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Füzuli rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökmdə göstərilən cəzasının çəkilməmiş 10 ay 14 gün hissəsi 5 ay 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Zərərçəkmiş şəxs Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ərizəsindən görunür ki, vurulmuş ziyan tamamilə ödənildiyi üçün Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış və ona vurulmuş ziyanı tam şəkildə ödəmiş, eləcə də vurulmuş ziyanın 25 faizi miqdarında dövlətə ödəniş etmişdir. Odur ki, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-in) 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə başlanmış cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 9308 №-li qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş 15.572,70 manat ziyanın 25% miqdarında, yəni 3.898 manat məbləğində pulu dövlət büdcəsinə ödənmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas X3 xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4 və 313-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi onun ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası CM-in qeyd olunan maddələri ilə tövsif etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə uyğun olaraq, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və vurulmuş ziyanı tamamilə ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2. Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 73-1.2. Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. 75.1. Cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə. 75.2. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. 179.1. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 179.2. Eyni əməllər: 179.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 179.2.2. təkrar törədildikdə; 179.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
313. Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini 2018/2019 və 2019/2020-ci tədris illərində törətmiş, onun həmin maddə ilə təqsirləndirilməsinə dair ittiham hökmünü isə xx.xx.2023cü il tarixdə imzalamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs AR CM-in 313-cü maddəsi ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətdiyi gündən iki il keçmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz və bu səbəbdən barəsində həmin maddə ilə başlanmış cinayət təqibinə xitam verilməlidir. Bununla yanaşı, iş materiallarına əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı tamamilə ödəmiş, eləcə də təqsirləndirilən şəxs vurulmuş ziyanın 25 faizi miqdarında dövlətə ödəniş etmişdir. Azərbaycan Respublikası CPM-in: 39.1. Aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 39.1.3. cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə). 43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 321-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanır. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Füzuli rayonu, Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin 2018/2019-2019/2020-ci tədris illərinə dair əmr kitabının və sinif jurnalların surəti, Gülsumə Şirinovaya məxsus "xxxx" ASC-yə aid 510307******8514 nömrəli əmək haqqı kartı və Füzuli rayonu Təhsil Sektorundan daxil olmuş bank çıxarışları cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Maddi sübutların saxlanılması otağında saxlanılan Füzuli rayon, Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin 2018/2019-2019/2020-ci tədris illərinə dair əmək haqqı hesablama cədvəlləri Füzuli rayon, Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbə qaytarılmalıdır. İş üzrə ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur, mülki iddia verilməmişdir. Beləliklə də, məhkəmə göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2 və 75-ci və Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 40, 43, 321, 356, 384-cü maddələrini rəhbər tutaraq, qərara aldı:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi tətbiq edilməklə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Füzuli rayonu, Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin 2018/2019-2019/2020-ci tədris illərinə dair əmr kitabının və sinif jurnalların surəti, Gülsumə Şirinovaya məxsus "xxxx" ASC-yə aid 510307******8514 nömrəli əmək haqqı kartı və Füzuli rayonu Təhsil Sektorundan daxil olmuş bank çıxarışları cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Maddi sübutların saxlanılması otağında saxlanılan Füzuli rayon, Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin 2018/2019-2019/2020-ci tədris illərinə dair əmək haqqı hesablama cədvəlləri Füzuli rayon, Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbə qaytarılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Yaşar Həşimov