Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-48/2024 04.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə X8 Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü il tarixdə Füzuli rayonu, Kürdmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, hazırda "xxxx" MMC-də tikinti üzrə ixtisassız fəhlə vəzifəsində işləyən, əvvələr məhkum olunmamış, Füzuli rayonu, Alxanlı kəndində pasport qeydiyyatında olmaqla orada yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 222.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi və bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin görülməsinin təhlükəsizliyi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərərin vurulmasına səbəb olan hərəkətlər etmişdir. Belə ki, o, 29 dekabr 2003-cü il tarixdə ünvan 1 ünvanında təsis edilmiş, Füzuli şəhəri ərazisində 25 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Mənzil X18 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış tikinti işlərinə dair satınalma (podrat) müqaviləsi əsasında tikinti fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-də briqadir vəzifəsində işləyərkən həmin MMC tərəfindən təsdiq edilmiş “briqadirin vəzifə təlimatı”nın və «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.1-ci bəndinin, yəni “briqadir iş meydançası, iş sahəsi və iş yerinin təşkili işin bütün mərhələlərində işçilərin təhlükəsizliyi təmin etməlidir”, həmçinin həmin qaydaların 2.37-ci bəndinin, yəni “tikilməkdə olan binadan tikinti tullantıları bağlı novlar vasitəsi ilə endirilməlidir. Novun aşağı sonluğu yerdən 1 metr hündürlükdən çox olmamalıdır və bunkerə daxil olmalıdır. Nov və ya digər ləvazimatlar olmadıqda tikinti tullantılarını 3 metrdən çox hündürlükdən atmağa icazə verilmir. Tikinti tullantıları atılan yerlər hər tərəfdən məhəccərlənməlidir və ya təhlükənin qarşısını almaq üçün nəzarət aparılmalıdır” tələblərini qəsdən pozaraq, xx.xx.2023-cü il tarixdə saat 08 radələrində həmin nov olmadan, eləcə də lazımi qaydada əməyin təhlükəsizliyi ilə bağlı şərait yaratmadan və nəzarət həyata keçirmədən MMC-nin yardımçı fəhləsi Zərərçəkmiş şəxs Füzuli şəhəri, MİDA şəhərciyi, kvartal 5 ünvanında MMC tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində təmizlik işlərinin yerinə yetirilməsi barədə göstəriş verib sonuncunu işə buraxmaqla qəsdən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi və bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin görülməsinin təhlükəsizliyi qaydalarının pozulması nəticəsində öz hərəkətsizliyinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda cinayətkarcasına etinasızlıq edərək qeyd olunan pozuntuları görməmiş, buna görə də Zərərçəkmiş şəxs həmin gün saat 16 radələrində, yəni iş vaxtı təmizlik işi gördüyü binanın ikinci mərtəbəsində yerləşən pəncərəsi məhəccərlənməmiş, qarşısına təhklükəsizlik məqsədi ilə hər hansı bir maneə qoyulmamış, eyvan və s. quraşdırılmamış binanın ikinci mərtəbəsində yerdən 5.85 metr hündürlükdə yerləşən otağı özünün təmin etdiyi qara rəngli kauçuk materialdan olan vannanın içərisinə tikinti tullantılarını doldurmaqla həmin vannanın yuxarıdan aşağı boşaltmaq yolu ilə təmizləyərkən sözügedən vannanın ağırlığı və gözünün qaralması səbəbindən yıxılması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya səbəb olan L3 adlanan üçüncü bel fəqərəsinin və sol yan çıxıntısının fraqmentləri yerinidəyişən qapalı sınığı, sağ qamış sümüyünün distal ucunun, sağ oturaq və qasıq sümüklərinin, sağ mil sümüyünün qapalı və qəlpəli fraqmentlərini yerinidəyişməyən sınığı xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Himayəsində iki azyaşlı uşaq vardır. Onlar 2015-ci il təvəllüdlü X22 və 2018-ci il təvəllüdlü X15r. Ona Azərbaycan Respublikasının CM-nin 222.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. 20 fevral 2023-cü il tarixdən 04 iyun 2024-cü il tarixədək "xxxx" MMC-də əmək müqaviləsi əsasında briqadir vəzifəsində işləmişdir. 04 iyun 2024-cü il tarixdən hazıradək "xxxx" MMC-də ixtisassız fəhlə işləyir. Zərərçəkmiş şəxs ilə heç bir qohumluğu, dostluğu və düşmənçiliyi yoxdur. "xxxx" MMC Füzuli şəhərində təmir-tikinti işləri üzrə fəaliyyət göstərir. O, briqadir kimi "xxxx" MMC-nin 13 nəfər fəhləsinin əmək fəaliyyətinə nəzarət etmişdir. Həmin fəhlələr həftənin 6 günü hər gün saat 09:00-dan saat 17:00-dək işləmişlər. İxtisassız fəhlə kimi hazırki işi "xxxx" MMC-nin ustalarına kömək etməkdən ibarətdir. 20 dekabr 2023-cü il tarixdə nahar fasiləsindən sonra, yəni təxminən saat 14 radələrində o, Zərərçəkmiş şəxs yuxarıda qeyd olunan binanın ikinci mərtəbəsində yerləşən 4 ədəd otağın təmizlənməsi işinə ayırmışdır. Belə ki, Zərərçəkmiş şəxs həmin otaqları təmizlədikdən sonra yaranmış zibil kütlələrini kisələrə, vedrələrə doldurub pilləkanlardan istifadə etməklə zibili aşağı endirməli imiş. Lakin Zərərçəkmiş şəxs öz işini asanlaşdırmaq üçün həmin zibil kütlələrini qara rəngli kauçuk materialdan olan vannanın içərisinə dolduraraq həmin vannanı ikinci mərtəbədən, həmin mərtəbədə yerləşən pəncərə vasitəsi ilə yerə boşaltmışdır. Buna görə də yerə yıxılaraq xəsarət almışdır. Hadisə zamanı o, Talehin yıxıldığı yerin 10 metr yaxınlığında olmuş, belə ki, qəfildən möhkəm səs eşitmiş, arxaya çöndükdə Talehin yerə yıxılı halda olduğunu görmüş, dərhal Talehin yanına yaxınlaşmış, hadisə barədə Talehin yıxıldığı yerin 15-20 metr məsafəsində gəzinən layihə rəhbəri Şahid1 məlumat vermişdir. Bundan sonra Taleh üçün təcili tibbi yardım maşını çağrılmış və Taleh xəstəxanaya aparılmışdır. O, Zərərçəkmiş şəxs binanın ikinci mərtəbəsində işləyən zaman zibilləri vannaya doldurub yerə boşaltmasının şahidi olmamışdır. Lakin hadisə zamanı həmin binanın ətrafında işçilərə nəzarət məqsədi ilə gəzinmişdir. Şirkətin bütün işçiləri, o cümlədən Zərərçəkmiş şəxs hər gün işə çıxmamışdan qabaq təhlükəsizlik qaydaları ilə bağlı işqabağı təlimatlandırılmışlar. Eləcə də hadisə baş verən gün, yəni 20 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırılmış və bu barədə müvafiq sənədə qol çəkmişdir. Zərərçəkmiş şəxs hadisə baş verən vaxt dəbilqə, əlcək, fərqlənmə jileti və botinka ilə təmin olunmuş, təhlükəsizlik kəməri ilə təmin edilməmişdir. Bunun səbəbi Zərərçəkmiş şəxs işlədiyi mənzilin təhlükəsizlik kəmərinin istifadə olunması ilə bağlı xüsusi ehtiyacın olmaması ilə bağlı olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs işlədiyi yerin dörd tərəfli bağlı olduğu üçün ona təhlükəsizlik kəməri verilməmişdir. Hadisə baş verdikdən dərhal sonra o, layihə rəhbəri Şahid1 məlumat vermiş, rəhbərlik tərəfindən isə hadisə barədə Azərbaycan Respublikasının Əmək Müfəttişliyinə məlumat verilmişdir. "xxxx" MMC tərəfindən Füzuli şəhərində tikilən, yəni hadisənin baş verdiyi binada heç vaxt, o cümlədən 20 dekabr 2023cü il tarixdə nov olmamışdır. Belə ki, "xxxx" MMC tərəfindən həmin binanın tikilməsi üçün nov ayrılmamışdır. Ona görə onun tərəfindən işçilərə belə bir göstəriş verilmişdir ki, zibil və digər tullantılar əllə aşağı endirilsin. Həmin binada bir ədəd qaldırıcı kran olmuşdur ki, həmin kran da ancaq mal-materialların aşağıdan yuxarıya qaldırılması üçün istifadə olunmuşdur. Həmin kranla heç vaxt zibil daşınmamışdır. O, novun olmaması səbəbindən zibillərin fəhlələr tərəfindən əllə daşınması barədə "xxxx" MMC-nin rəhbər heyətinə rəsmi məlumat verməmişdir. Lakin zibillərin əllə daşınması barədə MMC-nin layihə rəhbəri Şahid1, sahə rəisi Mansur İsmayılovun, SƏTƏM üzrə mühəndis Şahid3 məlumatları olmuşdur. O, sahə rəisinin səlahiyyətlərini ezamiyyətdə olduğu dövr əzində müvəqqəti olaraq əvəz etməyinə dair MMC qarşısında öhdəlik götürmüşdür. O, Zərərçəkmiş şəxs zibili yerə atmağı tapşırmadığı kimi, ona “zibili yerə at, heç kim yoxdur” sözlərini də deməmişdir. Talehin bu barədə dedikləri yalandır. Zərərçəkmiş şəxs və Şahid4 Məfiyyədin oğlunun 17-19 dekabr 2023-cü il tarixlərində də tikilməkdə olan həmin binanın ayrı-ayrı otaqlarında təmizlik işlərinin görülməsinə cəlb edilməsi doğrudur. Həmin günlərdə də Talehə topaladığı zibilləri pilləkanla boşaltması tapşırılmışdır. O, heç vaxt Zərərçəkmiş şəxs və Şahid4 yuxarıdan aşağıya doğru zibil atmalarının şahidi olmamış, bu barədə ona heç kim məlumat verməmişdir. Əgər bundan xəbəri olsa idi Taleh və Mirəliyə zibili yerə atmalarına icazə verməzmiş. O, hadisə günü Zərərçəkmiş şəxs konkret olaraq saat neçədə binanın ikinci mərtəbəsindəki 4 ədəd otağın təmizlənməsi işinə yönəltdiyini xatırlamır. Hadisə günü Taleh fəhlə kimi yalnız təmizlik işlərini deyil, eləcə də digər işləri də görmüşdür. O, hadisə günü, yəni 20 dekabr 2023-cü il tarixdə "xxxx" MMC-nin sahə rəisi X6 görməmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş maddi ziyanı ödəmişdir. Himayəsində 2 azyaşlı uşağı vardır. Yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə onunla "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında "xxxx" MMC tərəfindən ona işğaldan azad olunmuş ərazilərə giriş-çıxış etməyi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin portalında xüsusi icazə açılmış və o, fəhlə kimi xx.xx.2023-cü il tarixdən etibarən Füzuli şəhərində işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Belə ki, "xxxx" MMC Füzuli şəhərində həm bir sıra çoxmərtəbəli binaların tikintisi, həm də yeni parkların salınması ilə bağlı fəaliyyət göstərir. O, əvvəlcə "xxxx" MMC tərəfindən Füzuli şəhərində inşa olunan park layihəsində fəhlə kimi işləmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə, yəni hadisə baş verən vaxta kimi "xxxx" MMC tərəfindən Füzuli şəhərində inşa olunan bina layihəsində fəhlə kimi işləmişdir. Həmin vaxt onun əmək funkisyası "xxxx" MMC-nin ustalarına kömək etməkdən, MMC-nin ayrı-ayrı vəzifəli şəxslərinin göstərişlərini icra etməkdən, fəhlə kimi bu və digər işləri görməkdən ibarət olmuşdur. 20 dekabr 2023-cü il tarixdə saat 08 radələrində "xxxx" MMC-nin SƏTƏM üzrə mütəxəssisi Şahid3 MMC-nin bütün işçilərinə, o cümlədən də ona əməyin mühafizəsi və texniki-təhlükəsizlik qayları ilə bağlı təlimat keçmişdir. Təlimatdan sonra o da daxil olmaqla ayrı-ayrı işçilər həmin təlimata qol çəkmiş və "xxxx" MMC tərəfindən Füzuli şəhərində inşa olunan bina üzrə işlərin yerinə yetirilməsinə buraxılmışlar. Bu zaman "xxxx" MMC-də briqadir işləməklə onun əmək fəaliyyətinə nəzarət edən Təqsirləndirilən şəxs ona MMC tərəfindən tikilməkdə olan binanın ikinci mərtəbəsində dörd ədəd otağın içərisinin təmizlənməsi işini tapşırmışdır. Tapşırığa görə o, həmin dörd ədəd otaqda mövcud olan zibil kütlələrini əvvəlcə bir yerə topalayıb, sonra isə özünün təmin etdiyi bir qabla həmin kütlələri pilləkan vasitəsi ilə yerə düşürməli və ya yuxarıdan atmalı imiş. O, günün birinci yarısı həmin dörd ədəd otaqdakı zibilləri bir yerə topalamaqla məşğul olmuş, nahar fasiləsindən sonra yenidən işinə davam etmişdir. Saat 15:00-da təxminən 15 dəqiqəlik çay fasiləsi elan olunmuş, saat 15:20-də yenidən işinə qaldığı yerdən davam etmişdir. Həm işinin tez yekunlaşması, həm binadakı pilləkanların kənarlarının açıq olması, tutacaq yerlərinin olmaması, yəni təhlükəsiz bir şəkildə qapadılmaması səbəbi ilə üzü aşağıya doğru zibil kütləsini daşıyarkən yıxıla biləcəyindən ehtiyat etməyi, bundan başqa otaqlardakı bütün zibil kütlələrinin tərəfindən təklikdə pilləkanla aşağı endirilməsinin həddindən artıq vaxt və güc tələb etməsi səbəbi ilə bunun fiziki cəhətdən mümkün olmamasını nəzərə alaraq həmin zibil kütlələrini binanın ikinci mərtəbəsindən yerə atmaq qərarına gəlmişdir. Bu məqsədlə ilk zibil topasını otaqların birində tapdığı qara rəngli kauçuk materialdan olan vannaya doldurmuş, vannanı ikinci mərtəbədən aşağı atmaq üçün onu sürüyərək otağın pəncərəsinə doğru gətirmişdir. Həmin pəncərə, ümumilikdə isə binadakı bütün pəncərələr məhəccərlənməmiş, pəncərələrin qarşısına təhklükəsizlik məqsədi ilə hər hansı bir maneə qoyulmamış, eyvan və s. quraşdırılmamışdır. Pəncərələr alt hissələri açıq olmaqla birbaşa torpağa tamaşa etmişlər. Həmin vaxt aşağı baxdıqda hazırda kim olduğunu xatırlamadığı "xxxx" MMC-nin rəhbər şəxslərindən olan bir nəfər şəxsin binanın aşağısında olduğunu görmüşdür. Bu zaman həmin şəxsə “zibilləri yerə atıram, bax gör aşağıda kimsə varmı?” demişdir. Həmin şəxs ona “at, heç kim yoxdur” demişdir. Bu sözdən sonra o, zibilləri ikinci mərtəbədən atmaq barədə öz qərarını qətiləşdirmiş və birinci dəfə vannada zibil kütlələrini yuxarıdan aşağıya doğru yerə tökmüşdür. Bundan sonra yenidən otaqdakı digər zibil kütlələrini vannaya topalamış, bir neçə dəfə vannadakı zibilləri yuxarıdan aşağıya doğru tökmüşdür. Sonuncu dəfə içərisi əvvəlkinə münasibətdə daha çox zibillə dolmuş və əvvəlkilərə münasibətdə ağır olan həmin vannanı pəncərənin qarşısına gətirdikdə yenə həmin şəxsin binanın altında gəzindiyini görmüşdür. O bir daha zibilləri vanna ilə yerə atmağı həmin şəxslə razılaşdırmışdır. Zibili yerə atmaq istədikdə həm vannanın ağır olması, həm də aşağı baxmağı səbəbi ilə gözünün qaralması nəticəsində içərisi zibil kütlələri ilə dolu olan həmin vanna ilə birlikdə yerə yıxılmışdır. Yıxılmazdan əvvəl 2 dəfədən çox olmaqla təxminən 8 dəfə eyni qaydada zibil boşaltmışdır. Bundan başqa otaqdakı böyük tullantıları, məsələn bişmiş kərpici, taxta qırıntılarını əli ilə aşağıya tullamışdır. Onun yıxılaraq xəsarət aldığı "xxxx" MMC tərəfindən Füzuli şəhərində inşa olunan həmin binada nov və ya onu əvəz edən digər ləvazimatlar olmamışdır. Ona tikinti tullantılarının nov vasitəsi ilə atılmalı olması barədə heç bir məlumat verilməmişdir. Ona verilmiş göstəriş əsasən zibilləri pilləkanla aşağı endirməkdən və ya heç kimin olmadığını güman etdikdən sonra onları aşağı atmaqdan ibarət olmuşdur. Briqadir Təqsirləndirilən şəxs mütəmadi olaraq, eləcə də hadisə baş verən gün binanın ətrafında gəzinmişdir. Ona görə də ehtimal edir ki, Razinin zibilləri yuxarıdan atmağından xəbəri olmuşdur. Çünki hadisə günü o, 2 dəfədən çox vanna ilə zibilləri boşaltmış, azı 5-6 dəfə kərpic və şpakilovka qırıntılarını əliylə yerə atmışdır. Binanın ətrafında gəzinən birisinin həmin səsləri eşitməməsi mümkünsüzdür. O, "xxxx" MMC-nin Füzuli şəhərində inşa olunan bina layihəsində işlədiyi müddət ərzində sahə rəisi Mansur İsmayılov adında şəxsi görməmiş, lakin sonuncunun adını digər işçilərdən eşitmişdir. Mühəndis Şahid3 və layihə rəhbəri gün ərzində binanın ətrafında olsalar da onun yerə zibil atmağının şahidi olmamışlar. O, yıxıldığı binada MMC-nin digər işçisi Mirəli ilə birlikdə işləmişdir. Belə ki, Mirəli zibil kütlələrini vannaya yığıb, o isə onları aşağı atmışdır. Lakin o, yıxılan zaman Mirəli başqa otaqda olmuşdur. Hadisə baş verən vaxta kimi o və Mirəli cəmi 2 otaq təmizləmişlər və otaqların zibilləri də kifayət qədər çox olmuşdur. Çünki onlar həmin otaqları tam təmiz halda təhvil verməli imişlər. O, işə başlamazdan əvvəl gödəkcə, jilet, çəkmə, əlcək və dəbilqə ilə təmin olunmuş, lakin ona qoruyucu kəmər və bu kimi hündürlükdə yıxılmanın qarşısını alan vasitə verilməmişdir. Ona verilmiş dəbilqənin başına tam oturmaması səbəbi ilə onu çıxartmış və işinə başlamışdır. Yəni yıxılan zaman başında dəbilqə olmamışdır. O, 17-19 dekabr 2023-cü il tarixlərində də fəhlə kimi "xxxx" MMC tərəfindən Füzuli şəhərində inşa olunan binanın ikinci və üçüncü mərtəbələrində tikinti tullantılarını təmizləmişdir. Həmin vaxt da tikinti tullantılarını yuxarıdan aşağı atmışdır. Belə ki, ona həmin vaxtlarda şirkətin rəhbərliyi tərəfindən tikinti tullantılarının yuxarıdan aşağıya atmağına dair icazə verilmiş və hər kəs həmin tullantıları yuxarıdan aşağı atmağının şahidi olmuşdur. Təqsirləndirilən şəxslə barışdığını və heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 03 may 2023-cü il tarixdən 24 fevral 2024-cü il tarixədək "xxxx" MMC-də sahə rəisi işləmişdir. 12 dekabr 2023-cü il tarixdən 20 dekabr 2023-cü il tarixədək Astara rayonu, Şümrüd kəndində yerləşən 18 ədəd evin bərpa işlərinin görülməsi üçün həmin kənddə ezamiyyətdə olmuşdur. Hadisə barədə məlumatı 25 dekabr 2023-cü il tarixdə, yəni Füzuli şəhərində inşa olunan həmin çoxmərtəbəli binaya gəldikdə almışdır. Astara rayonunda ezamiyyətdə olduğum müddət ərzində Füzuli şəhərində tikinti işlərinin hansı qaydada aparılması barədə heç bir məlumatı olmamışdır. Ezamiyyətdə olduğu üçün Zərərçəkmiş şəxs heç vaxt görməmiş, ona hər hansı tapşırıq verməmişdir. "xxxx" MMC tərəfindən inşa olunan həmin binada bağlı olmasa da onu əvəz edən dörd tərəfi 18-lik armaturla qaynaq olunaraq mühafizə olunmuş 3 ədəd səbət olmuşdur. Binanın damındakı zibilləri endirmək üçün isə 1 ədəd badya olmuşdur. Belə ki, səbətlər daha çox kərpic, kafel, metlak və s, badya isə qum, sement və s. tikinti materiallarının qaldırılması üçün istifadə olunur. O, nəzarət edən zaman zibil kütlələri də həmin səbətlər və badya vasitəsi ilə aşağı endirilmişdir. Ezamiyyətdə olduğu dövr ərzində onu əvəz edən şəxslərin zibillərin hansı qaydada endirilməsi ilə bağlı fəhlələrə göstəriş vermələri barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 06 dekabr 2023-cü il tarixdən 2024-cü ilin fevral ayının əvvələrinədək "Ricon” MMC-də SƏTƏM üzrə mühəndis işləmişdir. Hazırda isə işdən çıxmışdır. Şirkət binaların təmirtikintisi ilə bağlı fəaliyyət göstərir. Onun əmək funkisyası "xxxx" MMC tərəfindən Füzuli şəhərində inşa olunan binada işləyən işçilərin texniki-təhlükəsizlik tələblərinə riayət etməsinə nəzarət etməkdən ibarət olmuşdur. Belə ki, "xxxx" MMC-də işləyən şəxslər həftənin bazarertəsi günündən şənbə gününə kimi saat 09:00-dan saat 17:00-dək işdə olurlar. Onlar işə başlamazdan əvvəl saat 09:00-dan saat 09:10-dək o, həmin şəxslərə əməyin mühafizəsi və texniki təhlükəsizlik ilə bağlı təlimat keçmişdir. Təlimat bitdikdən sonra işçilər onlara təlimat keçilməsi ilə bağlı müvafiq sənədə imza atmış və yuxarıda qeyd olunan binada işə buraxılmışlar. 20 dekabr 2023-cü il tarixdə hər gün olduğu kimi onun tərəfindən işçilərə, o cümlədən Zərərçəkmiş şəxs əməyin mühafizəsi və texnikitəhklükəsizlik tədbirləri ilə bağlı təlimat keçirilmişdir. Təlimat zamanı işçilərə, o cümlədən Zərərçəkmiş şəxs baş verəcək biləcək yanğın təhlükəsi ilə bağlı ümumi məlumat verilmiş, necə mühafizə olunmaq qaydaları izah olunmuşdur. Belə ki, tərəfindən işçilərə hər gün fərqli mövzularda təlimat keçirilmişdir. Təlimatdan sonra briqadirlər öz tabeliyində olan işçilərə konkret olaraq hansı işi görəcəkləri barədə göstəriş vermiş və işçilər o istiqamətdə işlər icra etmişlər. Hadisə baş verən gün briqadir Təqsirləndirilən şəxs öz nəzarətində olan fəhlələri müxtəlif işlər üzrə bölüşdürərkən Zərərçəkmiş şəxs tikintisi davam etdirilən binanın ikinci mərtəbəsində tikinti işləri nəticəsində yaranmış tullantıları təmizləməyi tapşırmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təmizlik işləri tapşırdıqdan sonra özü birbaşa Talehə nəzarət etməli, o isə ərazini gəzdikcə görülən işin təhlükəsiz şəkildə aparılıb-aparılmamasına nəzarət etməli imiş. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tapşırmışdı ki, o, zibilləri hər hansı bir qaba (vanna, vedrə, torba və s.) doldurduqdan sonra həmin qabdakı zibilləri pilləkanlardan istifadə edərək aşağı yığsın. Lakin Zərərçəkmiş şəxs öz işi daha asan olaraq tez qurtarsın deyə həmin qayda üzrə işini görməmiş, özünün təhkim olunduğu binanın ikinci mərtəbəsi üzrə təmizlik işləri zamanı zibilləri qara rəngli kauçuk materialdan olan vannanın içərisinə doldurmuş, sonra isə həmin zibilləri ikinci mərtəbədən yerə tullamışdır. Buna görə də öz səhlənkarlığı səbəbi ilə ikinci mərtəbədən yıxılaraq xəsarət almışdır. Zərərçəkmiş şəxs yıxıldığı yerin hündürlüyü 5.85 metr olmuşdur. Şirkətlə Zərərçəkmiş şəxs arasında 04 noyabr 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və o, həmin gün işə başlamışdır. Şirkətin bütün işçiləri, o cümlədən Zərərçəkmiş şəxs hər gün işə çıxmamışdan qabaq tərəfindən təhlükəsizlik qaydaları ilə bağlı işqabağı təlimatlandırılmışlar. Eləcə də hadisə baş verən gün, yəni 20 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırılmış və bu barədə müvafiq sənədə qol çəkmişdir. Bundan başqa bütün işçilər işə götürüldükləri gün briqadirlər tərəfindən giriş təlimatı və yanğın təhlükəsizliyi barədə təlimatlandırılırlar. O, iş öncəsi təlimat vərəqələrini əvvəlcədən bir neçə nüsxə kompyuter vasitəsi ilə çıxartmışdır. Zərərçəkmiş şəxs və adları qələm ilə qeyd edilən digər işçilər 15 dekabr 2023-cü il tarixdə MMC tərəfindən salınan parkla bağlı layihədən gəldikləri üçün onların adını kompyuterlə yazmamış, lakin hər biri texniki-təhlükəsizlik qaydaları ilə tanış olmuş və bunu öz imzaları ilə təsdiq etmişlər. Zərərçəkmiş şəxs hadisə baş verən vaxt kaska, əlcək, fərqlənmə jileti və botinka ilə təmin olunmuş, təhlükəsizlik kəməri ilə təmin edilməmişdir. Bunun səbəbi Zərərçəkmiş şəxs işlədiyi mənzilin təhlükəsizlik kəmərinin istifadə olunması ilə bağlı xüsusi ehtiyacın olmaması ilə bağlı olmuşdur. O, hadisə baş verdikdən dərhal sonra "xxxx" MMC-nin SƏTƏM üzrə menecerinə məlumat vermişdir. Rəhbərlik tərəfindən hadisə barədə Azərbaycan Respublikasının Əmək Müfəttişliyinə məlumat verilmişdir. "xxxx" MMC tərəfindən Füzuli şəhərində inşa olunan hadisənin baş verdiyi həmin bina nov ilə təmin olunmamışdır. Belə ki, "xxxx" MMC-nin Sağlamlıq, Əməyin təhlükəsizliyi və X20 üzrə Planın müxtəlif bəndlərində qeyd edilir ki, 25 kiloqrama qədər olan yüklərin əllə daşınması mümkündür. Buna dəlalət edərək 25 kiloqramadək olan yüklərin pilləkanlarla aşağıya endirilməsinə dair işçilərə təlimat keçərkən bu barədə təlimatlar vermişdir. O, "xxxx" MMC-nin direktoruna və ya digər yüksək vəzifəli şəxslərinə novun olmaması barədə məlumat verməmişdir. Çünkü buna ehtiyac görməmişdir. O, hadisə günü, 20 dekabr 2023-cü il tarixdə "xxxx" MMC-nin sahə rəisi X6 görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 30 avqust 2023-cü il tarixdən 2024-cü ilin əvvəllərinə kimi "xxxx" MMC-də əmək müqaviləsi əsasında layihə rəhbəri vəzifəsində işləmişdir. Şirkət Füzuli şəhəri ərazisində bina tikintisi üzrə fəaliyyət göstərir. Onun əmək funkisyası "xxxx" MMC tərəfindən Füzuli şəhərində inşa olunan bina və park layihəsinin tikintisi və abadlaşdırılmasına ümumi rəhbərlik etməkdən, işin gedişi ilə bağlı sifarişçi ilə danışmaqdan, işin gedişini koordinasiya etməkdən ibarət olmuşdur. Belə ki, ondan öncə işin gedişinə sahə rəisləri, briqadilər nəzarət edir. Hadisə baş verən gün sahə rəisi Şahid2 ezamiyyətdə olmuşdur. Belə ki, işin qaydasına görə o, tapşırıqları sahə rəisinə, sonuncu briqadirlərə verir. Həmin vaxt sahə rəisi ezamiyyətdə olduğu üçün onun vəzifələrini də briqadir Təqsirləndirilən şəxs icra etmişdir. 20 dekabr 2023-cü il tarixdə saat 16 radələrində hadisə baş verdiyi binanın yaxınlığında olmuşdur. Briqadir Təqsirləndirilən şəxs ona yaxınlaşaraq fəhlə Zərərçəkmiş şəxs iş vaxtı binanın ikinci mərtəbəsində təmizlik işləri apararkən yerə yıxılması barədə məlumat vermişdir. O, dərhal hadisə barədə MMCnin rəhbərliyinə məlumat verdmiş və Zərərçəkmiş şəxs Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Orada USM müayinəsindən keçdikdən sonra onlara məlum olmuşdur ki, Zərərçəkmiş şəxs hadisə nəticəsində ayağının baldır hissəsində sınığı, topuq hissəsində şişməsi və çanağının disk hissəsində sınığı xəsarətləri almışdır. "xxxx" MMC tərəfindən Füzuli şəhərində inşa olunan hadisənin baş verdiyi həmin bina nov ilə təmin olunmamışdır. Belə ki, "xxxx" MMC-nin Sağlamlıq, Əməyin təhlükəsizliyi və X20 üzrə Planın müxtəlif bəndlərində qeyd edilir ki, 25 kiloqrama qədər olan yüklərin əllə daşınması mümkündür. O, "xxxx" MMC-nin direktoruna və ya digər yüksək vəzifəli şəxslərinə novun olmaması barədə məlumat verməmişdir. Hesab edirəm ki, nov olmadan da pilləkanlardan istifadə etməklə təhlükəsiz qaydada tikinti tullantılarının binanın bütün yuxarı mərtəbələrindəki otaqlarından təmizləmək mümkündür. O, "xxxx" MMC-də layihə rəhbəri işləyən zaman həm MMC tərəfindən Füzuli şəhərində inşa olunan bina layihəsinin və həm də park layihəsinin tikintisi və abadlaşdırılmasına ümumi rəhbərlik etmişdir. Onun eyni zamanda həmin layihələrdə işləyən bütün işçilərin fəaliyyətinə nəzarət etməyi qeyri-mümkündür. Ona görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti tərəfindən baş vermiş hadisə ilə bağlı tərtib olunmuş təhqiqat aktının barəsində olan hissəsi ilə razılaşmır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Məfiyyədin oğlu xx.xx.2024cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək xidməti işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinin l cildinin 6-10-cu vərəqələrində olan 20 dekabr 2023-cü il tarixli hadisə yerinin baxışının aparılması haqqında protokoldan görünür ki, hadisə yeri "xxxx" MMC tərəfindən tikiniti işləri aparılan Füzuli şəhəri, MİDA şəhərciyi, kvartal 5, 27 saylı binanın ikinci mərtəbəsidir.Zərərçəkmiş şəxs yıxıldığı otağın eni 4.30 metr, uzunluğu 5.20 metr təşkil edir. Otaqda bir ədəd pəncərə vardır. Həmin pəncərənin eni 1.80 metr, hündürlüyü isə 2.68 metr təşkil edir. Pəncərənin giriş hissəsinin yəni, Zərərçəkmiş şəxs zibilləri boşaldarkən yıxıldığı hissəsinin eni 70 sm, hündürlüyü isə 1.88 sm təşkil edir. Zərərçəkmiş şəxs yıxıldığı yerdən torpaq səthinə qədər olan məsafə 5.85 metr təşkil edir. Həmin yerdə bir ədəd qara rəngli rezin materialdan olan vanna vardır. Hadisə yerinin baxışı gecə vaxtı, süni işıqlandırma şəraitində aparılmış, baxış zamanı “Samsung Galaxy A71” markalı mobil telefonla foto və video çəkiliş aparılaraq çəkilmiş fotoşəkillər və videogörüntülər protokola əlavə olunmuş, baxış zamanı material üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı əşya aşkar edilməmiş və götürülməmişdir. Cinayət işinin l cildinin 192-195-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsi Beyləqan rayon şöbəsi tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli, 36/24 nömrəli məhkəmə-tibbi ekspertizası rəyinin nəticə qeyd edilmişdir: 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs L3 (üçüncü bel fəqərəsi) fəqərəsinin və sol yan çıxıntısının fraqmentləri yerini dəyişən qapalı sınığı; sağ qamış sümüyünün distal ucunun, sağ oturaq və qasıq sümüklərinin, sağ mil sümüyünün qapalı və qəlpəli fraqmentləri yerinidəyişməyən sınığı aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunan göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hündürlükdən yıxılma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin l cildinin 196-200-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən verilmiş 12 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/622 nömrəli məhkəmə təhlükəsizlik-texnikası ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.1, 2.37 bəndlərinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin səbəbi olmuşdur. İşlərin layihə tələblərinə uyğun və təhlükəsiz qaydada aparılmasına nəzarət edilmədiyinə görə, «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.1, 2.37 bəndlərinin tələbləri "xxxx" MMC-nin sahə rəisi tərəfindən pozulmuşdur. Tikilməkdə olan binada tikinti tullantılarının bağlı novlar vasitəsilə endirilməsi (işlərinin texnoloji ardıcıllıqla aparılması) təmin olunmadığına görə, «Tikinti norma və qaydaları İİİ-4- 80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.1, 2.37 bəndlərinin tələbləri "xxxx" MMC-nin briqadiri tərəfindən pozulmuşdur. "xxxx" MMC-də əmək müqaviləsi əsasında fəhlə işləyən, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırılmış Zərərçəkmiş şəxs özbaşına olaraq heç bir tapşırıq və göstəriş olmadan binanın ikinci mərtəbəsindən tikinti tullantılarını atan zaman öz fərdi təhlükəsizliyini qorumadığına görə «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri onun özü tərəfindən pozulmuşdur. Cinayət işinin ll cildinin 93-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən verilmiş 24 may 2024-cü il tarixli, 3-16- 16/2-10/3132 nömrəli əlavə məhkəmə təhlükəsizlik-texnikası ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.1, 2.37 bəndlərinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin səbəbi olmuşdur. İşlərin layihə tələblərinə uyğun və təhlükəsiz qaydada aparılmasına nəzarət edilmədiyinə görə, «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.1, 2.37 bəndlərinin tələbləri "xxxx" MMC-nin sahə rəisi tərəfindən pozulmuşdur. Tikilməkdə olan binada tikinti tullantılarının bağlı novlar vasitəsilə endirilməsi (işlərinin texnoloji ardıcıllıqla aparılması) təmin olunmadığına görə, «Tikinti norma və qaydaları İİİ-4- 80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.1, 2.37 bəndlərinin tələbləri "xxxx" MMC-nin briqadiri tərəfindən pozulmuşdur. Binadakı tikinti tullantılarını daşımaq üçün istifadə edilməli olan bağlı nov, eləcə də məhəccərin kim və kimlər tərəfindən təmin edilməsi məsələsi əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının predmetinə aid deyildir. Yeni müəyyən edilən halları nəzərə aldıqda "xxxx" MMC-də əmək müqaviləsi əsasında fəhlə işləyən, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırılmış Zərərçəkmiş şəxs binanın ikinci mərtəbəsindən tikinti tullantılarını atan zaman öz fərdi təhlükəsizliyini qorumadığına görə, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri onun özü tərəfindən pozulmuşdur. Cinayət işinin ll cildinin 1-92-ci vərəqələrində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətindən rayon prokurorluğuna daxil olmuş təhqiqat aktının nəticə hissəsindən görünür ki, Komissiya bədbəxt hadisənin baş verməsində "xxxx" MMC-nin fəhləsi Zərərçəkmiş şəxs və briqadiri Təqsirləndirilən şəxs cavabdehliyini, həmin MMC-nin SƏTƏM üzrə mühəndisi Şahid3 və layihə rəhbəri Şahid1 nəzarətsizliyini müəyyən etmişdir. Cinayət işinin ll cildinin 38-40-cı vərəqələrində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən (2-ci redaksiyada) görünür ki, "xxxx" MMC ünvan 1 ünvanında təsis edilməklə xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 25 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Mənzil X18 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış tikinti işlərinə dair satınalma (podrat) müqaviləsindən görünür ki, MMC Füzuli şəhəri ərazisində plan üzrə müəyyən olunmuş ərazidə yaşayış binasının tikilməsi təklifini qəbul etməklə inşaat tullantılarının tikinti meydançasından kənar yerlərə daşınmasını təmin etmək, o cümlədən müntəzəm olaraq təmizləmək və tullamaq öhdəliyini də götürmüşdür. Cinayət işinin l cildinin 163-165-ci vərəqələrində olan "xxxx" MMC-nin direktoru tərəfindən təsdiq edilmiş briqadirin vəzifə təlimatından görünür ki, onun vəzifələrinə tikintiquraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə, texnoloji xəritələrə və digər normativ sənədlərə uyğun təşkil etmək, sahədə tikinti– quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin etmək, fəhlələrin əməyin mühafizəsi qaydalarına riayət etməsinə nəzarət etmək və s. daxildir. Cinayət işinin l cildinin 150-ci vərəqəsində olan "xxxx" MMC-nin direktoru tərəfindən təsdiq edilmiş fəhlənin vəzifə təlimatından görünür ki, onun vəzifələrinə tikintidə müxtəlif işlər, istehsalat sahələrində, tikinti meydançalarında, anbarlarda bütün təmizlik və yardımçı işlərin yerinə yetirilməsi, tikinti sahəsində səliqə-sahman, yolların, əsas yola çıxan yolların təmizlənməsi, sexlərin, tikinti meydançalarının və sanitariya-məişət qovşaqlarının yığışdırılması, rəhbərin verdiyi bənzər vəzifələri yerinə yetirmək və s. daxildir. Cinayət işinin l cildinin 175-181-ci vərəqələrində olan ezamiyyə haqqında əmrin, eləcə də ezamiyə vəsiqəsinin surətindən görünür ki, "xxxx" MMC-də sahə rəisi işləmiş Şahid2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Astara rayonu, Şümrüd kəndinin Rəzoəhaym adlanan ərazisində 18 ədəd yaşayış evlərinin tikintisi layihəsinə ezam olunmuşdur. Eləcə də iş materiallarında olan “müvəqqəti səlahiyyətlərin icrasının verilməsi haqqında” xx.xx.2023-cü il tarixli əmrin və həmin əmrdə qeyd olunanlarla bağlı Təqsirləndirilən şəxs tərəfindən verilmiş razılıq ərizəsinin surətindən görünür ki, "xxxx" MMC-nin sahə rəisi Şahid2 vəzifələri sonuncunun ezamiyyətdə olduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi öz razılığı ilə MMC-nin briqadiri Təqsirləndirilən şəxs ötürülmüşdür. Cinayət işinin l cildinin 209-cu vərəqəsində olan Astara rayon İcra Hakimiyyəti başçısının Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 17 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-də sahə rəisi işləmiş Şahid2 Astara rayonu, Şümrüd kəndinin Rəzoəhaym adlanan ərazisində 18 ədəd yaşayış evlərinin tikintisi layihəsində işlərə baxışın həyata keçirilməsi və bir sıra evlərdə çatışmazlıqların aradan qaldırılması məqsədi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Astara rayonun Pəlikəş kənd inzibati ərazi dairəsində olmuşdur. Cinayət işinin l cildinin 210-cu vərəqəsində olan Füzuli rayon İcra Hakimiyyəti başçısının Alıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 5-43-21/2-178-2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonu, Alıxanlı kəndində daimi passport qeydiyyatındadır, hal-hazırda həmin kənddə yaşayır. Ailə üzvləri-arvadı X2, övladları 2015-ci il təvəllüdlü X9 və 2018-ci il təvəllüdlü X10 ibarətdir. Cinayət işinin l cildinin 211-ci vərəqəsində olan Füzuli rayon İcra Hakimiyyəti başçısının Alıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin l cildinin 212-ci vərəqəsində olan Füzuli rayon İcra Hakimiyyəti başçısının Aşağı Seyidəhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 5-43-37/2-115-2024 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs Füzuli rayonu, Aşağı Seyidəhmədli kənd inzibati ərazi dairəsi üzrə Şükürbəyli kəndində daimi passport qeydiyyatındadır, hal-hazırda həmin kənddə yaşayır. Ailə üzvləri- atası X4, anası X5 və qardaşı X11 ibarətdir. Cinayət işinin l cildinin 213-cü vərəqəsində olan Füzuli rayon İcra Hakimiyyəti başçısının Aşağı Seyidəhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin l cildinin 250-ci vərəqəsində olan Füzuli rayon X14 hüquqi şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 18-1-36/2-514/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon X12-Əsəb və Narkoloji Dispanserində qeydiyyatda yoxdur və hər hansı xəstəliklə bağlı Füzuli rayon Mərkəzi Xəstəxanasına müraciət etməmişdir. Cinayət işinin l cildinin 248-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1998-ci il tarixdə Füzuli rayonu, Şükürbəyli kəndində anadan olmuş Zərərçəkmiş şəxs məhkumluğu yoxdur. Cinayət işinin l cildinin 249-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü il tarixdə Füzuli rayonu, Kürdmahmudlu kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin l cildinin 29-cu vərəqəsində olan AA 13213730 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Cinayət l cildinin işinin 132-137-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixdə X3 Sistemindən əldə edilmiş Zərərçəkmiş şəxs adına olan əmək müqaviləsi bildirişindən görünür ki, o, xx.xx.2023-cü il tarixdən hazıradək "xxxx" MMC-də yardımçı fəhlə vəzifəsində işləyir. Cinayət işinin l cildinin 138-144-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixdə X3 Sistemindən əldə edilmiş Təqsirləndirilən şəxs adına olan əmək müqaviləsi bildirişindən görünür ki, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də evlərin tikintisi üzrə briqadir vəzifəsində işləmiş, xx.xx.2024-cü il tarixdən hazıradək isə "xxxx" MMC-də tikinti üzrə ixtisassız fəhlə vəzifəsində işləyir. Zərər çəkmiş şəxsin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən müəyyən olunur ki, sonuncu təqsirləndirilən şəxslə barışıb, ondan heç bir şikayət və tələbi yoxdur, vurulmuş ziyan tamamilə ödənilmişdir və təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, iş materiallarında olan, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərlənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 222.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsinə əsasən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, törətdiyi əməldən səmimi peşiman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, himayəsində 2 azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi həddində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, şəxsiyyətini, əvvəllər məhkum olunmaması, törətdiyi əməldən səmimi peşiman olması, zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi, himayəsində 2 azyaşlı övladının olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə ekspertizası xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci ümumilikdə 204 (iki yüz dörd) manat Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 222.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 204 (iki yüz dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-48/2024
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-48/2024
04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver