Məhkəmə qərarları › İş №1(064)-49/2023

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-49/2023

25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-49/2023 25.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı X1, tərcüməçi X3 və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1980-cı il tarixdə İran İslam Respublikasının Parsabad rayonunda doğulmuş, İran İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, İran İslam Respublikasının Parsabad rayonu, Güvəşli kəndində pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, müəyyənetdi: İran İslam Respublikası vətəndaşı X2 ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan Respublikası ərazisinə qanunla müəyyən edilmiş qaydada gələ bilmədiyindən, həmçinin dövlət sərhədindən hərəkət etmək üçün ümumvətəndaş pasportu olmadığından Azərbaycan Respublikasına qanunsuz yolla gəlmək məqsədi ilə 11 iyul 2023-cü il tarixdə saat 02 radələrində qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Cəlilabad rayonu ərazisində yerləşən 6-cı sərhəd zastavasının 24-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı X2 ona CM-in 318.1-ci maddəsi ilə elan ediliş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, son dövrlər İran İslam Respublikasında işsizlikdən və dolanışıqdan əziyyət çəkdiyindən işləmək üçün Azərbaycan Respublikasına gələrək burada yaşamaq fikrinə düşmüşdür. Lakin pandemiya səbəbindən piyada keçid məntəqələrindən keçidin bağlı olduğunu bilmiş, həmçinin pasportu da olmamışdır. Buna görə də, qərara almışdır ki, qanunsuz yolla dövlət sərhədindən hərəkət etməklə İrandan Azərbaycan Respublikasına gəlsin. Bu səbəbdən də 11 iyul 2023-cü il tarixdə gecə saat 02 radələrində İrandan Azərbaycan Respublikası istiqamətində hərəkət etməklə qanunsuz yolla dövlət sərhəddən keçmişdir. Bir qədər irəlilədikdən sonra sərhədçilər tərəfindən “Dayan” çağırış komandasının verildiyini eşidib olduğu yerdə dayanmış və sərhədçilər tərəfindən saxlanılmışdır. 11 iyul 2023-cü il tarixdə qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlməkdə məqsədi burada qalıb işləmək və yaşamaq istəməsi olmuşdur. İfadəsi elan edilmiş şahid AR Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin 7ci sərhəd zastavasının texniki qrupunun sabiq atıcısı X5 ifadəsində göstərmişdir ki, 11 iyul 2023-cü il tarixdə, saat 02:00-dan 06:00-dək N nömrəli hərbi hissənin 7-ci sərhəd zastavasının hərbi qulluqçusu kiçik çavuş Şahid3la birlikdə həmin sərhəd zastavasının 1- 2-ci sahələrinə “Sərhəd Gözətçisi” sərhəd naryadına təyin edilmişlər. Xidmətdə olduqları zaman 11 iyul 2023-cü il tarixdə, saat 03 radələrində radiorabitə vasitəsilə 6-cı sərhəd zastavasının 24-cü sahəsi istiqamətində bir nəfər şəxsin dövlət sərhədindən qanunsuz yolla keçməklə gəlməsinə dair məlumat ötürülmüş, 6-cı sərhəd zastavasının 24-cü sahəsi onların xidməti sahələrinə yaxın olduğundan dərhal qeyd olunan sahə istiqamətində irəlilədiklərində həqiqətən də bir nəfər naməlum şəxsin dövlət sərhədini qanunsuz yolla keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkətini müşahidə etmişlər. Dərhal xidməti sahələrində maskalanaraq həmin şəxsin hərəkətini müşahidədə saxlamışlar. Qeyd olunan şəxsin olduqları yerə doğru bir qədər də yaxınlaşmasını gözləyib anidən “Dayan!” çağırış komandası verməklə həmin şəxsi 11 iyul 2023-cü il tarixdə, saat 04 radələrində saxlamışlar. Həmin şəxsi saxladıqdan sonra o, özünü İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs kimi təqdim edərək dövlət sərhədini İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla keçib gəldiyini bildirmişdir. İfadəsi elan olunmuş şahid AR Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin 6-cı sərhəd zastavasının 3-cü qrupunun sabiq qumbaraatanı Şahid1 ifadəsindən görünür ki, o, şahid X5 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş: Dövlət Sərhəd Xidmətinin sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin komandiri polkovnik Rauf Abdullayevin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023cü il tarixdə N nömrəli hərbi hissənin 6-cı sərhəd zastavasının 24-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçdikdən sonra İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs həmin tarixdə saat 04 radələrində N nömrəli hərbi hissənin 7-ci sərhəd zastavasının 1-2-ci sahələrində saxlanılmışdır. 11 iyul 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçdiyi ərazi 6-cı sərhəd zastavasının 24-cü sahəsi olmuşdur. Azərbaycan Respublikası DSX ƏABİ-nin daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədindən rəsmi qaydada keçidi qeydə alınmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İİR vətəndaşı Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən hesablanmışdır. Beləliklə də, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, törətdiyi əməli səmimi şəkildə etiraf etməklə əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət əməli törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal (və ya hallar) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,….belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir…. Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq cərimə cəzası da nəzərdə tutulmuşdur. Lakin məhkəmə hesab edir ki, törədilmiş cinayətin ictimai təhlükəliliyi, xarakteri və eləcə də idarəetmə qaydası əleyhinə olan cinayətlər kateqoriyasına aid olması nəzərə alınmaqla ona ağır cəza növü olan azadlıqdan məhrumetmənin təyin olunması daha əsaslıdır. Bütün bunlarla yanaşı, məhkəmə həm də əcnəbi Təqsirləndirilən şəxs əlavə cəza növü olan Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasını da təyin etməyi zəruri hesab edir. Belə ki, CM-in Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarmadan bəhs edən 52.1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 74.7-ci maddəsində qeyd edilir ki, məhkum edilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cəza çəkməkdən azad edildikdə, bu barədə cəzanı icra edən orqanın verdiyi məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı həmin şəxslərin Azərbaycan Respublikasında qalması və ya bu Məcəllənin 79.1.3-cü maddəsində göstərilən halda Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması məsələsini həll edir. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə aşağıdakı qənaətə gəlir: İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanımalıdır. Əcnəbi Təqsirləndirilən şəxs əlavə cəza təyin olunmalı və o, cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 11 iyul 2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri bu hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmün bu hissəsinin icrası Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə olunsun. Hökmdən elan olunduğu (surəti məhkuma verildiyi) gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən həmin müddət ərzində apelyasiya şikayəti və ya protesti verilməzsə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar