Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-5/2023 14.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1983-cü ildə Füzuli rayonu, Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, 5 saylı Körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləyən, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla məcburi köçkün kimi Füzuli rayonu, Qayıdış-10 qəsəbəsi, ev 83-də yaşayan, barəsində yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2008-2012-ci illər ərzində Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında faktiki olaraq təhsil almadığı, Azərbaycan Respublikası X17 (əvvəlki adı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən keçirilən imtahanlarda iştirak etmədiyi, habelə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında dərslərdə və yekun dövlət imtahanlarında iştirak etmədiyi halda, guya həmin təhsil müəssisəsinin “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə 04 iyul 2012-ci il tarixdə bitirməsinə dair istintaqa məlum olmayan gündə vəşəraitdə, istintaqa məlum olmayan şəxs tərəfindən saxtalaşdırılmaqla qanunsuz olaraq hazırlanmış, məzmununa görə hüquq verən rəsmi sənəd hesab edilən Dövlət Attestasiyakomissiyasının sədri və Rektorun adından saxta imzalar ilə imzalanmış və “Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu” məzmunlu saxta möhürlə təsdiq olunmuş, həmin İnstitut tərəfindən verilməsi görüntüsü yaradan B 001783 seriyalı, 6/7880 qeydiyyat nömrəli, 06 iyul 2012-ci il tarixli saxta diplomu həmin ildəqanunsuz yolla əldə etdikdən sonra, həmin diplomu Füzuli rayonu, 10 saylı Qayıdış qəsəbəsində yerləşən 5 saylı Körpələr Evi-Uşaq bağçasına müdir vəzifəsinə təyin olunması məqsədi iləFüzuli rayon İcra Hakimiyyəti başçısının adına yazdığı 13 oktyabr 2015-ci il tarixli ərizə ilə birlikdə cinayətdən xəbərsiz olan Füzuli rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində işləmişX4 Füzuli rayon İcra Hakimiyyətinin Füzuli rayonu, Horadiz şəhəri, Gənclər prospektində yerləşən inzibati binasında təqdim etməklə istifadəetmiş, nəticədəcinayətdən xəbərsiz olan Füzuli rayon İcra Hakimiyyətinin başçısının 14 oktyabr 2015-ci il tarixli, 18 N-li əmri ilə Füzuli rayonu, 10 saylı Qayıdış qəsəbəsində yerləşən 5 saylı Körpələr Evi-Uşaq bağçasına müdir vəzifəsinə təyin edilib hal-hazıradək həmin vəzifədə işləməklə bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə etməyi davam etdirmişdir. Bundan başqa, o, “Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu” məzmunlu saxta möhürlə təsdiq olunmuş, həmin İnstitut tərəfindən verilməsi görüntüsü yaradan B 001783 seriyalı, 6/7880 qeydiyyat nömrəli, 06 iyul 2012-ci il tarixli saxta diplomun qanuni olması görüntüsü yaratmaq məqsədi ilə istintaqa məlum olmayan gündə vəşəraitdə, istintaqa məlum olmayan şəxs tərəfindən saxtalaşdırılmaqla qanunsuz olaraq hazırlanmış,məzmununa görə hüquq verən, rəsmi sənəd hesab edilən Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun adından saxta imza ilə imzalanmış və Azərbaycan Respublikası “Gəncə Ağır Cinayətlər Məhkəməsi” məzmunlu saxta möhürlə təsdiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilməsi görüntüsü yaradan 25 iyun 2014-cü il tarixli, iş-3-1(131) 10744/2014 nömrəli qərardadı 19 oktyabr 2022-ci il tarixdə şəxsi işinə əlavə edilməsi üçün cinayətdən xəbərsiz olan Füzuli rayon Təhsil sektorunun müdiri vəzifəsində işləyən Şahid2 Füzuli rayon Təhsil sektorunun Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospektində yerləşən inzibati binasında təqdim edib şəxsi işinəəlavəolunmasını təmin etməkləbilə-bilə hüquq verən saxta rəsmi sənəddən təkrar istifadə etmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə 1993-cü ildə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndindən Saatlı şəhərinə məcburi köçkün kimi getmiş və 1999-cu ildə Saatlı şəhərində yerləşən tam orta məktəbin 11-ci sinifini bitirdikdən sonra həmin il Saatlı şəhərində yerləşən peşə məktəbinin məktəbəqədər tərbiyəçi kursuna daxil olub bir illik həmin kursu bitirərək diplom almışdır. 2001-ci ilin fevral ayında həmin diplomla Saatlı şəhərində yerləşən məcburi köçkünlər üçün nəzərdə tutulmuş 2 saylı uşaq bağçasında tərbiyəçi ştatına işə qəbul olunmuş, 29 mart 2008-ci il tarixdə Füzuli rayonu, Aşağı Seyidəhmədli kənd sakini X5 ilə evlənmiş, həmin nikahdan 2 azyaşlı uşaqları vardır. 2008-ci ildə Azərbaycan Respublikasının X17ndə keçirilən test imahanında iştirak etmiş və 300 bal toplamış, imtahanın nəticəsi əsasında ödənişli əsaslarla Azərbaycan Müəllmlər İnstitutunun Qazax filialının Maarif, İbtidai təhsilin pedaqogika və metodikası ixtisasını seçmişdir. O, 2 semestr Azərbaycan Müəllimlər İnsitututunun Qazax fililalında əyani təhsil almış, müraciəti əsasında Azərbaycan Müəllimlər İnsitututunun Qazax fililalında qiyabi təhsilini davam etdirmiş və 4 il qiyabi əsaslarla həmin institutda təhsil almışdır. Təhsil haqqını hazırda ağır yataq xəstəsi olan qayınatası X7 ödədiyi üçün təhsil haqqının məbləğini bilmir. Təhsil haqqının ödənilməsi barədə onda heç bir qəbz yoxdur. O, 04 iyul 2012-ci il tarixdə həmin institutu bitirmiş, 2012-ci ilin təxminən oktyabr ayında diplomu götürmək üçün qayınatası Ş.Şıxəliyevə öz adından etibarnamə vermiş və sonuncu Azərbaycan Müəllimlər İnstitutunun Qazax fililalına gedərək 1.000 (min) manat məbləğində pulu ödəniş etməklə B 001783 nömrəli ali təhsil haqqında diplomu alıb ona təqdim etmişdir. 2012-ci ilin dekabr ayında tərbiyəçi işlədiyi həmin uşaq bağçası Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsinə köçürülmüş və o, həmin uşaq bağçasında tərbiyəçi ştatında işini davam etdirmişdir. 13 oktyabr 2015-ci il tarixdə Füzuli rayonu, Qayıdış-10 qəsəbəsində yerləşən 5 saylı Körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin olunmaq məqsədi ilə Füzuli rayon İcra Hakimiyyəti başçısının adına yazdığı ərizəsi ilə birlikdə həmin diplomun notariusda təsdiq olunmuş surətini Füzuli rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə işşöbəsinin müdiri X4 təqdim etmişdir. 15 oktyabr 2022-ci il tarixdə Füzuli rayon icra Hakimiyyəti başçısının müvafiq əmri ilə 5 saylı Körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin olunmuş, həmin vaxtdan bu günədək bağça müdiri vəzifəsində işləyir. 2014-cü ilin əvvəllərində Saatlı rayonundan olan bir nəfər tanımadığı şəxs onun diplomunun saxta olması ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə şikayət etmiş, o, həmin vaxt Gəncə Ağır Cinayətlər məhkəməsinin hakimi Faiq Mahmudovun sədrliyi ilə Azərbaycan Müəllimlər İnstitutunun sabiq direktoru İsa Veysovun cinayət işi üzrə məhkəmənin aparıldığını öyrənmişdir. Həmin məhkəmə prosesində iştirak etmək məqsədi ilə qayınatası Ş.Şıxəliyevə etibarnamə vermiş, həmin etibarnamə əsasında Ş.Şıxəyliyev Gəncə şəhərinə gedərək məhkəmə prosesində iştirak etmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun sədrliyi ilə verilmiş iş 3-1(131) 10744/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərardadla Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı tərəfindən ona verilmiş B № 001783 nömrəli diplomun qanuni olması öz təsdiqini tapdığından həmin qərardadı qayınatası Şıxəli Şıxəliyev ona təqdim edərək qərardadı Gəncə Ağır Cinayətlər Məhkəməsində işləyən bir nəfər şəxsin ona verdiyini demişdir. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2014-cü il tarixli, iş-3-1(131) 10744/2014 nömrəli qərardadını 19 oktyabr 2022-ci il tarixdə şəxsi işinə əlavə edilməsi üçün Füzuli rayon Təhsil sektorunun müdiri vəzifəsində işləyən Şahid2 təqdim edib şəxsi işinə əlavə olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, ona verilmiş B № 001783 nömrəli diplomun və Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərardadının saxta olmasını bilməmişdir. Şahid1 bildirdi ki, 2022-ci ilin sentyabr ayının ortalarında nəvəsi X6 ona telefonla məlumat verərək Bakı şəhərində olduğunu, yaşadığı evin çəpərinin və ağaclarının yandığını bildirmişdir. O, dərhal sonuncunun evinə getmiş və 5 saylı uşaq bağçasının yaxınlığında yerləşən ünvan 1 ünvanında yerləşən yaşayış evinin çəpərinin və həyətdəki 16 ədəd ağacların yanmasını görmüşdür. O, yanğının 5 saylı uşaq bağçasında işləyən şəxslər tərəfindən qəsdən törədilməsindən şübhələnmişdir. Belə ki, həmin bağçada işləyən işçilər iş vaxt xeyli miqdarda tullantıları nəvəsi Üzeyirin yaşadığı evin çəpərinin altına yığaraq od vurmuşlar. Bundan sonra od ətrafa yayılmışdır. Hadisə baş verdikdən sonra o, 5 saylı uşaq bağçası barəsində müəyyən məlumatlar toplamağa başlamış, 2022ci ilin sentyabr ayının sonlarında nəvəsinin evinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları gəlmiş, həmin əməkdaşlar yanmış ağaclara baxış keçirmişlər. Həmin vaxt 5 saylı uşaq bağçasının müdiri Təqsirləndirilən şəxs ona qazi olan nəvəsi Üzeyirin sənədlərinin saxta olduğunu demişdir. O, qəsəbə sakinlərindən bağçanın müdiri İlahənin diplomunun saxta olmasını eşitdiyinə görə ona əsəbiləşərək onun diplomun saxta olduğunu demişdir. Bundan başqa, o qəsəbə sakinlərindən eşitmişdir ki, 5 saylı uşaq bağçasına göndərilən ərzaq məhsulları həmin bağçanın müdiri Təqsirləndirilən şəxs tərəfindən mənimsənilir. O, bağçada baş verən özbaşınalıqlardan şikayət etmək üçün 2022-ci ilin sentyabr ayının ortalarında nəvəsi-qazi Üzeyir Qənbərovun çəpərinin və ağaclarının qəsdən yandırılması, 5 nömrəli uşaq bağçasının müdiri Təqsirləndirilən şəxs qanunsuzluqları və diplomunun saxta olması ilə bağlı 16 sentyabr 2022-ci il tarixdə aidiyyəti üzrə Füzuli rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Araşdırma aparıldıqdan sonra İlahənin diplomunun həqiqətən də saxta olması müəyyən edilmişdir. İfadəsi elan edilmiş şahid X7 ifadəsində göstərmişdir ki, oğlu Elsevər Şıxəliyev 29 mart 2008-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, onların həmin nikahdan Aynurə adlı qız, Səbuhi adlı oğlan övladları vardır. Gəlini Təqsirləndirilən şəxs 2008-ci ildə X10 keçirdiyi imtahanda iştirak edərək 300 bal toplamış və ödənişli əsaslara Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının “İbtidai təhsilin pedaqogika və metodikası” fakultəsinə əyani qəbul olmuş və sonradan ailə vəziyyəti ilə əlaqədar qiyabi fakultəyə çevirtdirmişdir. Təqsirləndirilən şəxs illik təhsil haqqını ödəsə də, həmin ödənişlərin məbləğini unutmuş, qəbzlər onda qalmadığından təqdim edə bilmir. 2012-ci ildə həmin institutu bitirdikdən sonra 2014-cü ilin əvvəllərində xəstə olduğuna görə Təqsirləndirilən şəxs öz adından ona etibarnamə vermiş, o, Qazax rayonuna gedərək Azərbaycan Müəllimlər İnstitutunun binasının qarşısında sonradan vəfat etdiyinə görə adını demək istəmədiyi tanışından gəlini Təqsirləndirilən şəxs adına verilmiş B 001783 nömrəli diplomu ondan alıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Sonradan gəlini Təqsirləndirilən şəxs diplomunun saxta olması barədə Saatlı rayonunda tanımadığı bir nəfər Azərbaycan Respublikası Təhsil Nazirliyinə şikayət etmiş, o, diplomu aldığı həmin tanışının sözü ilə 2014-cü ilin iyun ayında Gəncə şəhərinə getmiş və Təqsirləndirilən şəxs adına verilmiş B 001783 nömrəli diplomun qanuniliyi ilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2014-cü il tarixli, iş-3-1(131) 10744/2014 nömrəli qərardadını həmin tanışından alıb gəlini Təqsirləndirilən şəxs təqdim etmişdir. O, həmin məhkəmə prosesində iştirak etməmişdir. 13 oktyabr 2015-ci il tarixdə Təqsirləndirilən şəxs həmin diplomun surətini ərizəsi ilə birlikdə Füzuli rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdirinə təqdim etmiş və Füzuli rayon İcra Hakmiyyəti başçısının əmri ilə Füzuli rayonu, 10 saylı Qayıdış qəsəbəsində yerləşən 5 saylı Körpələr Evi-Uşaq bağçasına müdir təyin edilmiş və hazıradək həmin vəzifədə işləyir. O, gəlini Təqsirləndirilən şəxs adına verilmiş B 001783 nömrəli diplomun və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2014-cü il tarixli, iş 3-1(131) 10744/2014 nömrəli qərardadının saxta olmasını bilməmişdir. İfadəsi elan olunmuş şahid X8 ifadəsində göstərmişdir ki, o, Füzuli rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 13 oktyabr 2015-ci il tarixdə Füzuli rayonu, Qayıdış-10 qəsəbəsində yerləşən 5 saylı Körpələr evi-uşaq bağçasına müdir vəzifəsinə təyin olunmasıüçün Füzuli rayon İcra Hakimiyyətinəərizə ilə müraciət etmiş və həmin ərizəyə Dövlət Attestasiya Komissiyasının 04 iyul 2012-ci il tarixli B № 001783 seriyalı diplomun notariat orqanında təsdiq olunmuş surətini, ailə tərkibi və yaşayış yeri haqqında arayışları, sağlamlıq haqqında arayışı, məhkumluğun olmaması barədə arayışı, kadr-anketini, əmək kitabçasının əslini əlavə etmişdir. Bundan sonra həmin ərizə və ona əlavə edilmiş sənədlərə Füzuli rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin sabiq müdiri Ramiz Behbudov tərəfindən baxış keçirilmiş vəİlahəƏliyevanın Füzuli rayonu, Qayıdış-10 qəsəbəsində yerləşən Körpələr evi-uşaq bağçasına müdir vəzifəsinə təyin olunmasıüçün müvafiq əmr lahyihəsi hazırlayaraq imza olunmasıüçün Füzuli rayon İcra Hakimiyyətinin başçısına təqdim edilmişdir. Füzuli rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2015-ci il tarixli, 18 nömrəli əmri iləTəqsirləndirilən şəxs Füzuli rayonu, Qayıdış-10 qəsəbəsində yerləşən 5 saylı Körpələr evi-uşaq bağçasına müdir vəzifəsinə təyin olunmuşdur. Bağça müdirlərinin, eləcə də dövlət qulluqçusu olmayan digər şəxslərin şəxsi işlərinin, o cümlədən diplomlarının yoxlanılması ilə bağlı rəhbərlik tərəfindən hər hansı yazılı və ya şifahi göstəriş verilmədiyindən, həmçinin müvafiq qanunvericilikdə bununla bağlı tələb olmadığıüçün o, İlahəƏliyevanın sənədlərinin yoxlanılması məqsədilə həmin sənədləri hər hansı orqana təqdim etməmişdir. İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin Adminstrasiya ilə birlikdə yalnız dövlət qulluqçusu hesab olunan şəxslərin şəxsi işlərinin yoxlanılması həyata keçirilir. Bağça müdirləri dövlət qulluqçusu hesab olunmadığına görəİlahəƏliyevanın şəxsi işinin yoxlanılması aparılmamışdır. Ona görə də Təqsirləndirilən şəxs adına verilmiş Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının «İbtidai təhsilin pedaqogika və metodikası» ixtisası üzrə Dövlət Attestasiya Komissiyasının 04 iyul 2012-ci il tarixli B № 001783 seriyalı diplomun saxta olmasını bilməmişdir. Bağçalar 01 yanvar 2022-ci il tarixdən Füzuli rayon İcra Hakimiyyətinin tabeliyindən alınaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. İfadəsi elan edilmiş Şahid2 ifadəsində göstiərmişdir ki, o, 15 yanvar 2016-cı il tarixdən hazıradək Füzuli rayon Təhsil sektorunun müdiri vəzifəsində işləyir. Əvvəllər Füzuli rayon İcra Hakimiyyətinin tabeçiliyində olan Füzuli rayonu ərazisində yerləşən Körpələr Evi-Uşaq bağçaları 1 yanvar 2022-ci il tarixdən Füzuli rayon Təhsil sektoruna həvalə edilmişdir. 19 oktyabr 2022-ci il tarixdə Füzuli rayon Təhsil sektoruna Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil idarəsindən Füzuli rayonu, Fin qəsəbəsində yaşayan Şahid1 Füzuli rayonu, Qayıdış-10 qəsəbəsində yerləşən 5 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri Təqsirləndirilən şəxs diplomunun saxta olması barədə ərizəsi daxil olmuşdur. Həmin ərizə əsasında Təqsirləndirilən şəxs Füzuli rayon Təhsil sektoruna çağırmış, Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdə, saat 11 radələrində Füzuli rayon Təhsil sektoruna gəldikdə Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, iş 3-1(131) 10744/2014 nömrəli qərardadı Füzuli rayonu, Horadiz şəhəri, Gənclər prospektində yerləşən xidməti otağında ona təqdim edərək diplomunun saxta olmadığını, Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən yoxlanılaraq qanuniliyinin təsdiq olunmasını ona bildirmiş və həmin qərardadın surətini ona təqdim edərək həmin qərardadın surətini şəxsi işinə əlavə etməsini xahiş etmişdir. O, Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, iş 3-1 (131) 10744/2014 nömrəli qərardadın saxta olmasını bilməmişdir. Cinayət işinə əlavə edilmiş: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Sənədlərin məhkəmə texniki ekspertizası şöbəsindən daxil olmuş 24 noyabr 2022-ci il tarixli, 5/1300 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının Təqsirləndirilən şəxs adına B 001783 nömrəli diplomda olan möhür əksində «Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu» məzmunlu mətn vardır. Tədqiqata təqdim edilmiş Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının Təqsirləndirilən şəxs adına B 001783 nömrəli diplomda olan «H.İ.Quliyev » əlyazısı və imza, «A.H.Naxçıvanlı» əlyazısı və imza birbaşa qələmlə deyil, axınlı çap qurğuda çap edilmişdir. Tədqiqata təqdim edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 3- 1(131) 10744/2014 nömrəli iş üzrə 25 iyun 2014-cü il tarixli qərardadda olan möhür əksi elektrofotoqrafiya çap qurğuda çap edilmişdir. Həmin möhür əksində «Azərbaycan Respublikası Gəncə Ağır Cinayətlər Məhkəməsi» məzmunlu mətn vardır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri cəmi 70 manat təşkil edir. Azərbaycan Respublikası X10 departamentindən daxil olmuş xx.xx.2022-ci il tarixli, PHŞ/3-2-3022-3104 nömrəli məktubundan görünür ki, 4 oktyabr 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 1992-2016-cı illərdə Tələbə Qəbulu üzrə Dövlət komissiyası tərəfindən, 2017-2022-ci illərdə X17 tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı keçirilmiş test imtahanlarında iştirak etmək üçün ərizə vermiş abituriyentlərin sırasında aşkar edilməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi məxfi və dövlət nümunələri sənədlərlə iş sektorunun müdiri səlahiyyətlərini icra edən Aysel Ağayevanın xx.xx.2022-ci il tarixli, xxxx-1769/10 nömrəli məktubunudan görünür ki, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı tərəfindən 2012-ci ildə Təqsirləndirilən şəxs adına yazılmış B ******* nömrəli diplom blankının hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin Qazax filialının direktorunun 25 oktyabr 2022-ci il tarixli, 01-01/107 nömrəli məktubundan görünür ki, Bakı Dövlət Universitetinin Qazax Filialının (keçmiş AMİ-nin Qazax filialı) arxiv sənədlərində Təqsirləndirilən şəxs keçmiş AMİ-nin Qazax filialında ibtidai təhsilin pedaqogika və metodikası üzrə təhsil alması və ona B seriyalı ******* nömrəli diplomun verilməsi barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi İstintaq İdarəsindən daxil olmuş 12 oktyabr 2022-ci il tarixli, ********* nömrəli məktubdan görünür ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Qazax filialının vəzifəli şəxsləri barəsində saxta diplomların verilməsi halları ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus B № 001783 nömrəli diplomun saxta olub-olmaması ilə bağlı hər hansı bir araşdırma aparılmır. Azərbaycan Respublikası Gəncə Ağır Cinayətlər məhkəməsinin hakimi Faiq Mahmudovun 13 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, İsa Veysovun Azərbaycan Respublikası CM-in 308.2, 311.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsi ilə bağlı aparılan cinayət işində nə sədrlik edən, nə də məhkəmə tərkibində olmamışdır. Eləcə də qərardadda göstərilən məhkəmə tərkibində olan hakim X14 qərardadda göstərilən tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim vəzifəsində işləməmiş, həmçinin X19 adlı dövlət ittihamçısı ümumiyyətlə Gəncə Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı kimi işləməmişdir. Bundan başqa, qərardadda göstərilən imza ona məxsus deyildir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Füzuli RPŞ İB-nin rəisi B.Hüseynovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, AR CM-in 320.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2015-ci il tarixli, 12386680 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci ildə doğulmuş Aynurə Əliyeva adlı qız övladı vardır. xx.xx.2017-ci il tarixli, 11540263 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu ildə doğulmuş Səbuhi Əliyev adlı oğlan övladı vardır. Füzuli RPŞ İstintaq bölməsinin baş müstəntiqi polis polkovnik-leytenantı B.Hüseynovun 14 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 320.1, 186.2.2, 187.1, 179 və CM-in 308.1-ci maddələrinin tərkibi olmadığından onun barəsində həmin maddələrlə, X2 əməlində Azərbaycan Respublikası CM-in 320.1 və 307.1-ci maddələrinin tərkibi olmadığından onun barəsində həmin maddələrlə, X1 əməlində Azərbaycan Respublikası CM-in 186.2.2 və 187.1-ci maddələrinin tərkibi olmadığından barəsində həmin maddələrlə, X3 əməlində Azərbaycan Respublikası CM-in 307.1 və 314-cü maddələrinin tərkibi olmadığından onun barəsində həmin maddələrlə və Şahid2 əməlində Azərbaycan Respublikası CM-in 307.1 və 314-cü maddələrinin tərkibi olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməyərək ona verilmiş B № 001783 nömrəli diplomun və Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərardadının saxta olmasını bilmədiyini bildirsə də məhkəmə onun ifadəsini qeyri-səmimi və özünü müdafiə xarakteri kimi qiymətləndirir və bildirir ki, onun qeyd olunan cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən şahidlərin ifadələri, ekspert rəyi və eləcə də aidiyyəti orqanlardan daxil olmuş sorğuya cavab məktubları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşağının olmasını və CM-in 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət əməli törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin təkrar törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 320.1. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 320.2. Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,….belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, ədalətli cəza təyin edilməsi üçün zəruri və həm də mühüm amillərdən biri təqsirkarın şəxsiyyətinin hərtərəfli təhqiq olunmasıdır. Məhz bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarındakı mövqeyinə isnad etməyi məqsədəmüvafiq hesab edir - cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən, eyni zamanda təqsirkarın həyat yolu, ailədə və məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2019-cu il tarixli Qərarında göstərmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs davranışı, ilk dəfə cinayət əməli törətməsi və eləcə də cinayətlərin təkrar törədilməsi nəzərə alınmaqla ona maddənin sanksiyasında nəzərdə tutulmuş nisbətən ağır cəza növü olan islah işləri cəzasının təyin edilməsi onun şəxsiyyətinə daha çox uyğundur. Belə ki, islah işləri cəzası məhkumun müəyyən müddətə məcburi əməyə cəlb edilməklə əmək haqqının müəyyən faizinin dövlət gəlirlərinə tutulmasından ibarətdir. Bu cəza növü təqsirkar şəxs Təqsirləndirilən şəxs pozitiv sosial əlaqələrinin tam qırılmasına gətirib çıxarmır, ona görə də onun islah edilməsinə və bununla da azadlığı məhdudlaşdırılmadan cəzanın məqsədlərinin təmin edilməsinə kömək edəcəkdir. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasına məhkum edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağının olmasını da nəzərə alaraq bu cəzanı nisbətən aşağı həddə təyin etməyi ədalətli sayır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılmalıdır. İş üzrə 70 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) keçirilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs adına olan B № 001783 nömrəli diplom və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2014-cü il tarixli, iş 3-1(131)- 10744/2014 nömrəli qərardadı cinayət işinin materiallarında saxlanılmalıdır. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 118, 119, 132, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. İş üzrə 70 (yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) keçirilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs adına olan B № 001783 nömrəli diplom və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2014-cü il tarixli, iş 3-1(131)- 10744/2014 nömrəli qərardadı cinayət işinin materiallarında saxlanılsın. Cəzanın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrik edən: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №1(064)-5/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-5/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver