Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-5/2024 20.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müvafiq olaraq onların müdafiəçiləri olan – fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Füzuli rayonu, Bala Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Füzuli X4 İdarəsində nəzarətçi işləyən, məhkumluğu olmayan, Füzuli rayonu, Bala Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 221.3-cü maddəsi ilə, xx xxxxxx 1994-cü il tarixdə Füzuli rayonu, Bala Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Bala Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 (bundan sonra - o) 19 aprel 2023-cü il tarixdə saat 20 radələrində “Mercedes Benz C 250” minik markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobili Mincivan- Hacıqabul avtomobil yolunun Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisindən keçən hissəsində üzü Hacıqabul rayonu istiqamətində idarə edərkən ondan qarşıda, eyni istiqamətdə Zərərçəkmiş şəxs idarə etdiyi “MAN” markalı, “TGA 18.440 yük” modelli, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra – həmin avtomobil) ötmə əməliyyatını icra etmək istəyərkən sonuncunun buna şərait yaratmamasını bəhanə edərək, əl işarəsilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili saxlamasını tələb etmiş, sonuncunun bu tələbə əməl etmədiyini görüb idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qarşısında tormozlama aparmış, sonuncunun idarə etdiyi avtomobillə onun avtomobilini ötüb keçməsindən sonra idarə etdiyi avtomobillə yenidən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili ötmə əməliyyatını icra edərkən əl işarəsilə sonuncudan idarə etdiyi avtomobili saxlamasını tələb etmiş, Zərərçəkmiş şəxs onun tələbinə əməl etmədiyini görüb idarə etdiyi avtomobili həmin yolun Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən, kafe, çayxana, iaşə obyektləri və taksi dayanacağının olmasına görə ictimai yer hesab edilən “Dörd yol” ayrıcında, işıqforun yanındakı hərəkət hissəsində saxlamış, buna görə də Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili onun idarə etdiyi avtomobilin arxasında saxladıqdan sonra o, Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq sözlər demiş, sonuncunu üzərinə hücum edib avtomobilindən yerə düşməsini tələb etməklə zor tətbiqi ilə hədələmiş, Zərərçəkmiş şəxs özünə qarşı onlar tərəfindən zor tətbiq ediləcəyindən qorxması səbəbindən olduğu avtomobilin qapısını içəridən bağlamasından sonra Zərərçəkmiş şəxs mülkiyyətində olan həmin avtomobilin sol qapısına yumruqla, Təqsirləndirilən şəxs1 həm də sol tərəfdəki spoyleri (avtomobili hava axınının yan təsirindən qoruyan plastik element) və alın şüşəsinə yumruqla, sol tərəfdəki plastik qoruyucusuna təpiklə qəsdən zərbələr vurmuşlar. Nəticədə həmin avtomobilin spoyleri və plastik qoruyucusu sınmış, sol qapısında batıqlar yaranmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 həmin avtomobilin spoylerinin dartıb qırdığı hissəsindən silah qismində əşya kimi istifadə etməklə alın şüşəsinə qəsdən zərbə vurması nəticəsində alın şüşəsi sınmış (çatlamış), Təqsirləndirilən şəxs2 isə silah qismində əşya kimi istifadə etdiyi stulu qəsdən həmin avtomobilə tərəf atması və stulun avtomobilin sağ qapısına dəyməsi nəticəsində həmin qapıda batıq yaranmışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən hərəkətləri etmələri, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qarşısını kəsib həmin avtomobilin hərəkət etməsinə imkan verməməsi yolda tıxacın yaranmasına və ətrafdakı şəxslərin narahat olmalarına səbəb olmuşdur. Həmin avtomobilin göstərilən qaydada zədələnməsi bunun aradan qaldırılması üçün Zərərçəkmiş şəxs tərəfindən yeni alın şüşəsi (dəyəri 500 manat), spoyler (dəyəri 80 manat) və plastik qoruyucunun (dəyəri 40 manat) alınması, alın şüşəsinin dəyişdirilməsi (dəyəri 120 manat), plastik qoruyucunun dəyişdirilməsi (dəyəri 10 manat), sağ və sol qapılarındakı batıqların düzəldilməsi və boyanmasını (dəyəri 180 manat) zəruri etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının pozulmasında ifadə olunmuş, yuxarıda göstərilən hərəkətləri edib, özlərini ətrafda olmuş şəxslərə qarşı qoymaqla, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına və əxlaq normalarına saymamazlıq nümayiş etdirib, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə, Zərərçəkmiş şəxs zor tətbiq edilməsi hədəsi və sonuncunun mülkiyyətində olan həmin avtomobilin zədələnməsi, nəticədə Zərərçəkmiş şəxs 930,00 manat məbləğində maddi ziyanın vurulması ilə müşayiət olunan qərəzli hərəkətləri, yəni xuliqanlıq əməlini bir qrup şəxs halında, silah qismində tətbiq oluna bilən əşyalardan istifadə etməklə törətmişlər. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində və son sözündə ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilərək, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, 19 aprel 2023-cü il tarixdə saat 19-20 radələrində Füzuli rayonu, Kərimbəyli kəndində keçirilmiş futbol yarışında iştirak etdikdən sonra həmkəndliləri Təqsirləndirilən şəxs2 (bundan sonra - Saday) və Şahid4 birlikdə yaşadıqları kəndə qayıtmaq üçün onun idarə etdiyi “Mercedes Benz” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. O, həmin avtomobili Mincivan-Hacıqabul avtomobil yolunun Füzuli rayonu, Gecəgözlü yatağından keçən hissəsində idarə edərkən ondan öndə, eyni istiqamətdə hərəkətdə olmuş, sonradan tanıdığı Zərərçəkmiş şəxs (bundan sonra - İkram) idarə etdiyi “MAN” markalı, **- FB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini ötmə əməliyyatını icra etmək istəsə də, sonuncu avtomobilini sola, yəni yolun əks hərəkət zolağına çıxarmaqla buna imkan verməmiş, onlar üçün qəza vəziyyəti yaratmışdır. O, avtomobillərin toqquşmaması üçün məcburiyyət qarşısında qalıb idarə etdiyi avtomobili yolun ehtiyat hissəsinə çıxarmışdır. Bir qədər sonra o, həmin yük avtomobilini ötmə əməliyyatını icra etmək istəyərkən İkram yenə də əvvəlki təhlükəli hərəkəti etməklə ona mane olmaq istəsə də, o, birtəhər həmin əməliyyatı icra etmiş, bu ərəfədə əl işarəsilə İkramdan göstərdiyi təhlükəli hərəkətlər etməsinin səbəbini soruşmaq məqsədilə avtomobilini saxlamasını tələb etmiş, sonuncu onun tələbinə əməl etməmişdir. O, Füzuli RPŞ-nin DYPB-nin əməkdaşlarına yük avtomobilinin sürücüsünün yolda ona qarşı qəza vəziyyəti yaratdığı barədə mobil telefon vasitəsilə məlumat versə də, bununla kifayətlənməyib İkramın idarə etdiyi yük avtomobilini saxlamasına nail olmaq üçün özünün idarə etdiyi avtomobili həmin yolun Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən “Dörd yol” ayrıcında, işıqforun yanındakı hərəkət hissəsində saxlamışdır. İkram idarə etdiyi yük avtomobilini onun idarə etdiyi avtomobilin arxasında saxladıqdan sonra İkrama irad bildirmək üçün o və Saday avtomobildən yerə düşüb həmin yük avtomobilinə yaxınlaşmış, İkramdan göstərdiyi təhlükəli hərəkətlər etməsinin səbəbini soruşmaq məqsədilə avtomobilindən yerə düşməsini tələb etmişlər. Həmin ərəfədə Şahid4 yolun o biri tərəfinə keçmişdir. İkram olduğu avtomobilin qapısını içəridən bağlayıb əlindəki bıçağı nümayiş etdirməklə onu hədələmiş və ünvanına nalayiq sözlər demişdir. O, həm bundan, həm də İkramın yolda təhlükəli hərəkətlər etməsindən əsəbləşdiyinə görə sonuncunun yük avtomobilinin sol tərəfindəki spoylerinə yumruqla bir dəfə zərbə vurmuş, nəticədə spoyler sınmışdır. Bundan sonra o, həmin avtomobilin alın şüşəsinə də yumruqla bir dəfə zərbə vurmuş, həmin zərbədən alın şüşəsi sınmamış və ya çatlamamışdır. İkram avtomobilini sürüb getmək istəyəndə o, həmin avtomobilin qarşısına keçib sol tərəfindəki plastik qoruyucusuna yumruqla bir dəfə zərbə vurmuşdur. Bundan sonra İkram avtomobilini sürüb hadisə yerindən uzaqlaşmışdır. Cinayət işi materiallarına əlavə edilmiş, hadisə yerində qeydə alınmış videogörüntülərdə İkramın idarə etdiyi avtomobilin əvvəlcə yan, sonra isə qarşı tərəfində olması və həmin avtomobilin qarşısını kəsməklə hərəkət etməsinə mane olması görünən şəxs özüdür. Hadisə yerində göstərdiyi hərəkətləri edərkən Sadayı yanında görməmişdır. Göstərdiyi hərəkətləri etməsi nəticəsində yaxınlıqdakı ictimai iaşə obyektləri və taksi dayanacağında olmuş bir neçə şəxs hadisə yerinə gəlmiş, bir neçə dəqiqə ərzində yolda nəqliyyat vasitələrinin hərəkətinin dayanması səbəbindən tıxac yaranmışdır. O, hadisə zamanı İkramın ünvanına nalayiq söz deməmiş, sonuncunun yük avtomobilinə təpiklə zərbə vurmamış, həmin avtomobilin sındırdığı spoylerinin hansısa hissəsini dartıb qopartmamış, spoylerin hansısa hissəsi və ya hər hansı əşya ilə həmin avtomobilin ön şüşəsinə zərbə vurmamış, Sadayın İkramın ünvanına nalayiq söz deməsini eşitməmiş, sonuncunun idarə etdiyi avtomobilə zərbə vurmasını görməmişdir. İş materiallarında olan “Avtomobilə baxış keçirilməsi haqqında” 19 aprel 2023-cü il tarixli protokola əlavə edilmiş fotocədvəldən İkrama məxsus yük avtomobilinin sol tərəfindəki spoylerin sınması aşkar görünür. O, həmin spoyleri yumruq zərbəsi ilə sındırsa da, sınmış hissəsini qopartmamışdır. O, iş üzrə Sadayla bir qrup şəxs halında törətdiyi xuliqanlıq əməlinə görə səmimi peşimandır. İkram onunla barışmışdır. Göstərdiklərinə əsasən onun Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinməsini və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində və məhkəmə iclasında bildirdiyi son sözündə son nəticədə iş üzrə ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilmiş, işin faktiki halları barədə Təqsirləndirilən şəxs1 (bundan sonra - Qabil) ifadəsində göstərdiklərindən fərqli olaraq, özünün hadisə yerində Zərərçəkmiş şəxs (bundan sonra - İkram) oradan kənarlaşmaq üçün yük avtomobilini hərəkət etdirməyə başlamasınadək həmin avtomobilin sol tərəfində, yəni Qabilin yaxınlığında olduğunu, buna görə də sonuncunun həmin vaxtadək hadisə yerində etməsini gördüyü hərəkətləri məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdikləri ilə yanaşı, İkramla bir-birinə qarşı nalayiq sözlər deməsi və Qabilin İkramın idarə etdiyi avtomobilin sol tərəfindəki spoylerə yumruqla zərbə vurması nəticəsində spoylerin bir hissəsinin sınıb yerə düşməsindən ibarət olduğunu bildirmiş, həmçinin əlavə olaraq qeyd etmişdir ki, o, iş üzrə özünə qarşı irəli sürülmüş ittihamda İkramın hadisə yerindən kənarlaşmaq üçün yük avtomobilini hərəkət etdirməyə başlamasınadək onun tərəfindən törədildiyi göstərilmiş hərəkətləri (həmin avtomobilin spoylerinə təpiklə, alın şüşəsinə yumruqla zərbələr vurması istisna olmaqla) etmiş, İkramın hadisə yerindən kənarlaşmaq üçün yük avtomobilini hərəkət etdirməyə başladığı ərəfədə isə yolun digər tərəfinə keçib yolun kənarındakı zibillikdən götürdüyü stulu hərəkətdə olmuş həmin yük avtomobilinə tərəf atmışdır. Cinayət işi materiallarına əlavə edilmiş, hadisə yerində qeydə alınmış videogörüntülərə baxarkən onun hadisə zamanı atdığı stulun həmin avtomobilin sağ qapısına dəydiyini görmüşdür. Buna görə də iş üzrə həmin avtomobilə baxış keçirilərkən sağ qapısında aşkar edilmiş batığın onun göstərdiyi zərbəsinin təsirindən yaranmasını qəbul edir. İş üzrə törətdiyi, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlindən səmimi peşimandır. Hadisə zamanı Qabilin hər hansı əşya ilə İkramın idarə etdiyi avtomobilin ön şüşəsinə zərbə vurmasını, ön şüşənin sınmasını (çatlamasını) görməmişdir. İkram onunla barışmışdır. Göstərdiklərinə əsasən onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadəsində, həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 (videoçəkiliş aparılmaqla) və Təqsirləndirilən şəxs2 ilə üzləşdirilərkən, bunlara zidd olmayan hissələrdə isə sərbəst qaydada dindirilərkən verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadələrinin (İ cild, səh. 48-52, 142-150) məzmununu təsdiq edərək göstərmişdir ki, ibtidai istintaq zamanı bütün ifadələrini sərbəst qaydada vermiş, ona hər hansı məzmunda ifadə verməsi ilə bağlı müstəntiq tərəfindən təzyiq edilməmişdir. 19 aprel 2023-cü il tarixdə saat 19-20 radələrində mülkiyyətində olan “MAN” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili Mincivan-Hacıqabul avtomobil yolunun Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsindəki dairəvi yoldan keçdikdən sonra idarə edərkən ondan arxada, eyni istiqamətdə hərəkətdə olan “Mercedes Benz” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, sonradan tanıdığı Təqsirləndirilən şəxs1 (bundan sonra - Qabil) onun idarə etdiyi avtomobili ötmə əməliyyatını icra edərkən əl işarəsilə ondan idarə etdiyi avtomobili saxlamasını tələb etmiş, o, Qabilin idarə etdiyi avtomobildə olmuş şəxslərlə onun arasında mübahisənin yaranmaması üçün avtomobilini idarə etməkdə davam etmişdir. Qabil onu avtomobilini saxlamağa məcbur etmək üçün idarə etdiyi avtomobillə onun idarə etdiyi avtomobilin qarşısında tormozlama aparanda o, avtomobilini yolun sol hərəkət zolağına sürmüşdür. O, Qabilin idarə etdiyi avtomobili ötmə əməliyyatını icra edərkən sonuncu avtomobilini onun avtomobilinin üzərinə sürmüşdür. O, toqquşmanın qarşısını almaq üçün avtomobilini əks istiqamətli hərəkət zolağına sürüb sürəti artırmış, idarəetməni davam etmişdir. Təxminən 2-3 km. getdikdən sonra Qabil idarə etdiyi avtomobillə onun idarə etdiyi avtomobili ötüb keçmişdir. Qabil onun idarə etdiyi avtomobili saxlamasına nail olmaq üçün özünün idarə etdiyi avtomobili həmin yolun Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən “Dörd yol” ayrıcında, işıqforun yanındakı hərəkət hissəsində saxlamışdır. Buna görə də o, idarə etdiyi avtomobili Qabilin avtomobilinin arxasında saxlamışdır. Sonuncu və sonradan tanıdığı Təqsirləndirilən şəxs2 (bundan sonra - Saday) avtomobildən düşüb onun avtomobilinə yaxınlaşmış, ondan avtomobilindən yerə düşməsini tələb etmişlər. O, özünə qarşı Qabil və Saday tərəfindən zor tətbiq ediləcəyindən qorxduğuna görə olduğu avtomobilin qapısını içəridən bağlamışdır. Qabil və Saday onun idarə etdiyi avtomobilin hərəkət etməsinin qarşısını alıb, onun ünvanına nalayiq sözlər deməklə, yenə də ondan avtomobildən yerə düşməsini tələb etsələr də, o, qorxusundan avtomobilində qalmışdır. Həmin vaxt onun əlində bıçaq olmamış, o, bıçaqla Qabil və Sadayı hədələməmişdir. Qabil onun ünvanına nalayiq sözlər deməklə, onun avtomobilinin sol tərəfindəki plastik qoruyucusuna təpiklə zərbə vurduqdan sonra qapısını açmağa çalışsa da, buna nail ola bilməmiş, onun avtomobilinin sol tərəfindəki spoylerinə yumruqla zərbə vurmuş, dartıb qırdığı spoylerin hissəsi ilə onun avtomobilinin alın şüşəsinə zərbə vurmuş, nəticədə alın şüşəsi sınmışdır (çatlamışdır). O, Qabilin bununla da sakitləşmədiyini görüb istifadəsində olan mobil telefonla Qabilin bundan sonra etdiyi hərəkətlərinin videosunu çəkmişdir. O, həmin ərəfədə Qabilin onun ünvanına ucadan nalayiq sözlər deməsindən əsəbiləşdiyinə görə həmin sözləri sonuncunun ünvanına demişdir. Bundan sonra Qabil onun avtomobilinin alın şüşəsinə bir dəfə, ön hissəsinə isə bir neçə dəfə yumruqla zərbələr vurub, ondan avtomobilindən yerə düşməsini tələb etmiş, onun avtomobilinin qarşısında dayanmaqla ona avtomobilini hərəkət etdirməsinə imkan verməmişdir. Həmin ərəfədə kiminsə onun avtomobilin sol qapısına yumruqla zərbə vurması və onun ünvanına nalayiq söz deməsini eşitmişdir. Bu hərəkətlərin kim tərəfindən edildiyini dəqiq görməsə də, Saday tərəfindən edildiyini güman edir. Ümumiyyətlə, sonuncunun onun avtomobilinin hər hansı hissəsinə zərbə vurmasını görməmişdir. Göstərdiyi halların baş verməsi nəticəsində yaxınlıqdakı ictimai iaşə obyektləri və taksi dayanacağında olmuş bir neçə şəxs hadisə yerinə gəlmiş, təxminən 10 dəqiqə ərzində yolda nəqliyyat vasitələrinin hərəkətinin dayanması səbəbindən tıxac yaranmışdır. O, Qabilin təhlükəli hərəkətlərindən qurtulmaq üçün avtomobilini sonuncunun üzərinə sürmüş, yalnız bundan sonra Qabil onun idarə etdiyi avtomobilin qarşısından çəkilmişdir. O, avtomobilini idarə edərkən avtomobilinin sağ qapısına nəyinsə dəydiyini eşitmiş, lakin həyəcanlı olduğundan yan güzgüyə baxmamışdır. O, cinayət işi materiallarına əlavə edilmiş, hadisə yerində qeydə alınmış videogörüntülərə baxarkən göstərdiyi ərəfədə avtomobilinin sağ qapısına Saday tərəfindən atılmış stulun dəyməsini görmüşdür. O, hadisə yerindən təxminən 1 km. uzaqlaşdıqdan sonra istifadəsində olan mobil nömrədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102 zəng mərkəzi”nə zəng edib, Füzuli rayonu ərazisində 3 nəfər şəxsin, 19 aprel 2023-cü il tarixdə isə Füzuli RPŞ-yə verdiyi yazılı ərizəsində 2 nəfər şəxsin onun idarə etdiyi yük avtomobilinə zərbələr vurmaqla zədələr yetirdikləri barədə məlumat vermişdir. Həmin tarixdə avtomobilinə onun və iki nəgər hal şahidlərinin iştirakları ilə baxış keçirilərkən avtomobilinin alın şüşəsi, sol tərəfdəki plastik qoruyucu və spoylerinin sındığı, sağ və sol qapılarında batıqların olduğu müəyyən edilmiş, bu barədə protokolu o və digər iştirakçılar oxunduqdan sonra imzalamışlar. O, avtomobilinin göstərdiyi qaydada zədələnməsi ilə əlaqədar bunun aradan qaldırılması üçün yeni alın şüşəsi (dəyəri 500 manat), spoyler (dəyəri 80 manat) və plastik qoruyucunun (dəyəri 40 manat) alınması, alın şüşəsinin dəyişdirilməsi (dəyəri 120 manat), plastik qoruyucunun dəyişdirilməsi (dəyəri 10 manat), sağ və sol qapılarındakı batıqların düzəldilməsi və boyanmasına (dəyəri 180 manat) görə cəmi 930 manat məbləğində pul xərcləmişdir. Qabil və Saday ona vurduqları maddi ziyanı tamamilə ödəmişlər. Buna görə də o, Qabil və Sadayla barışmış, sonunculara qarşı şikayət və tələbi yoxdur. Bu səbəblərdən Qabil və Saday barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs: - məhkəmə iclasında verdiyi yazılı ərizəsində iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurduqları 930 manat məbləğində maddi ziyanı tamamilə ödədiklərini, buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, sonuncular barəsində şikayət və tələbinin olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdiyini, - ibtidai istintaq orqanına təqdim etdiyi 27 iyul 2023-cü il tarixli yazılı ərizəsində (İ cild, səh. 181) iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurduqları maddi ziyanı tamamilə ödədiklərini, sonuncular barəsində şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 19 aprel 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisindəki “Dörd yol” ayrıcı yaxınlığında olarkən işıqforun yaxınlığında çoxlu şəxslərin toplaşdığını, həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 (bundan sonra – Qabil, Saday) üzü Hacıqabul rayonu istiqamətində olmuş “MAN” markalı yük avtomobilinin (bundan sonra – həmin avtomobil) qarşısında durub sürücüsünə avtomobili hərəkət etdirməsinə imkan vermədiklərini, sonuncunun ünvanına ucadan nalayiq sözlər dediklərini, həmin avtomobilin ön tərəfi və sol qapısına əlləri ilə zərbələr vurub sürücüsündən yerə düşməsini tələb etdiklərini görmüşdür. Qabil və Sadayın göstərdiyi hərəkətləri nəticəsində yolda təxminən 10-15 dəqiqə ərzində tıxac yaranmışdır. Həmin avtomobilin sürücüsü avtomobili Qabil və Sadayın üzərinə sürdükdən, sonuncular yoldan kənara çəkildikdən sonra avtomobilin hərəkətini davam etdirmişdir. O, həmin avtomobilin alın şüşəsinə Qabilin, sağ qapısına isə Sadayın hər hansı üsulla, eləcə də əşya ilə zərbə vurmasını görməmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmış Şahid4 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək, işin faktiki hallarının 19 aprel 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisindəki “Dörd yol” ayrıcında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs avtomobilindən yer düşməsini tələb etmələri də daxil olmaqla, buna qədərki hissələri barədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri ilə eyni məzmunda göstərmiş, işin faktiki hallarının sonrakı hissələri ilə bağlı əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “MAN” markalı yük avtomobilinin ön hissəsi və sol qapısına yumruqla zərbələr vurub, yenə də sürücüsündən avtomobilindən yerə düşməsini tələb etsələr də, sonuncu bu tələbə əməl etməmiş, bu səbəbdən həmin sürücünü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 döyə bilməmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etdikləri hərəkətlər nəticəsində yaxınlıqdakı ictimai iaşə obyektləri və taksi dayanacağında olmuş bir neçə şəxs hadisə yerinə gəlmiş, bir neçə dəqiqə ərzində yolda nəqliyyat vasitələrinin hərəkəti dayanması səbəbindən tıxac yaranmışdır. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “MAN” markalı yük avtomobilinin sürücüsünün ünvanına nalayiq söz deməsini görməmiş və eşitməmiş, həmin avtomobilin alın şüşəsinə Qabilin, sağ qapısına isə Sadayın hər hansı üsulla, elcə də əşya ilə zərbə vurmasını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq edərək göstərmişlər ki, 19 aprel 2023-cü il tarixdə saat 20 radələrində yaşadıqları Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisindəki “Dörd yol” ayrıcı yaxınlığında olarkən işıqforun yanında çoxlu şəxslərin toplaşdığını, həmkəndliləri Təqsirləndirilən şəxs1 (bundan sonra - Qabil) üzü Hacıqabul rayonu istiqamətində olmuş “MAN” markalı yük avtomobilinin (bundan sonra – həmin avtomobil) qarşısında durub sürücüsünə avtomobili hərəkət etdirməsinə imkan vermədiyini, Təqsirləndirilən şəxs2 (bundan sonra - Saday) da həmin avtomobilin yanında olduğunu görmüşlər. Oradan söyüş səsləri eşitsələr də, çoxlu şəxslərin olması səbəbindən bu sözlərin kim, o cümlədən Qabil və ya Saday tərəfindən deyilməsini, eləcə də sonuncular tərəfindən həmin avtomobilə hər hansı üsulla zərbə vurulmasını görməmişlər. Qabilin göstərdikləri hərəkətləri nəticəsində yolda təxminən 5-6 dəqiqə ərzində tıxac yaranmışdır. Həmin avtomobilin sürücüsü avtomobili Qabilin üzərinə sürdükdən və sonuncu kənara çəkildikdən sonra avtomobilinin hərəkətini davam etdirmişdir. Sonradan eşitmişlər ki, həmin gün Qabil idarə etdiyi “Mercedes” markalı avtomobillə Füzuli rayonu, Kərimbəyli kəndindən yaşadığı evə gələrkən həmin yük avtomobilinin sürücüsünün ona yol verməməsi səbəbindən göstərdiyi hadisə yerində Sadayla birlikdə həmin avtomobilə zərbələr vurmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 19 aprel 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisindəki “Dörd yol” ayrıcı yaxınlığındakı kafedə olarkən səs-küy eşidib çölə çıxanda işıqforun yanında həmkəndlisi Təqsirləndirilən şəxs1 üzü Hacıqabul rayonu istiqamətində olmuş “MAN” markalı yük avtomobilinin qarşısında durub sürücüsünə avtomobili hərəkət etdirməsinə imkan vermədiyini, sonuncudan yerə düşməsini tələb etdiyini, həmin sürücünün bu tələbə əməl etmədiyini, nəticədə yolda tıxac yarandığını görmüş, həmkəndlisi Təqsirləndirilən şəxs2 isə orada görməmişdir. Həmin avtomobilin sürücüsü avtomobili Təqsirləndirilən şəxs1 üzərinə sürdükdən və sonuncu kənara çəkildikdən sonra avtomobilinin hərəkətini davam etdirmişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin avtomobilə hər hansı üsulla zərbə vurmasını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 19 aprel 2023-cü il tarixdə saat 20 radələrində avtomobilini yaşadığı Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisindəki “Dörd yol” ayrıcı yaxınlığında idarə edərkən oraya toplaşmış şəxslərin yavaş-yavaş oradan kənarlaşdığını gördüyünə görə avtomobilini saxlamamış, yaşadığı evə getmişdir. Buna görə də hadisə yerində həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı hərəkət etmələrini, eləcə də kiminsə ünvanına nalayiq söz deməsini, “MAN” markalı yük avtomobilinə zərbə vurmasını görməmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Zərərçəkmiş şəxs 19 aprel 2023-cü il tarixdə Füzuli Rayon Polis Şöbəsinə təqdim etdiyi yazılı ərizəsindən görünür ki, o, həmin tarixdə iki nəfər şəxsin onun idarə etdiyi yük avtomobilinin qarşısını kəsib avtomobilinə zərbələr vurmaqla zədələr yetirdikləri barədə məlumat vermiş, həmin şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (İ cild, səh. 6). - 25 fevral 2022-ci il tarixli, BB211946 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “MAN” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı yük avtomobil Zərərçəkmiş şəxs mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır (İ cild, səh. 53). - “Avtomobilə baxış keçirilməsi haqqında” 19 aprel 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs və iki nəfər hal şahidlərinin iştirakları ilə “MAN” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilərkən alın şüşəsində 30-35 sm. uzunluğunda sınmış (çatlamış) hissə, sol tərəfdəki plastik qoruyucu və spoylerin sınması, sol və sağ qapılarda batıqlar aşkar edilmişdir (İ cild, səh. 7-12). - "xxxx" MMC tərəfindən tərtib edilmiş 17 may 2023-cü il tarixli, 012.05 nömrəli qüsur aktında “MAN” markalı, “TGA 18.440 yük” modelli, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə mütəxəssis tərəfindən baxış keçirilərkən alın şüşəsində çatlamış hissə, sol tərəfdəki plastik qoruyucu və spoylerin sınması, sol və sağ qapılarda batıqların aşkar edildiyi, ön şüşənin alınmasına görə 500 manat, dəyişdirilməsinə görə 120 manat, spoylerin alınmasına görə 80 manat, plastik qoruyucunun alınmasına görə 40 manat, dəyişdirilməsinə görə 10 manat, sağ və sol qapılardakı batıqların düzəldilməsi və boyanmasına görə 180 manat olmaqla, cəmi 930 manat məbləğində pul xərclənməli olduğu göstərilmişdir (İ cild, səh. 54). - 20 aprel 2023-cü il tarixli “Götürmə aparılması haqqında” və “Baxış keçirilməsi haqqında” protokollar, Mincivan-Hacıqabul avtomobil yolunun Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisindən keçən hissəsində quraşdırılmış təhlükəsizlik kamerasının yaddaşından ibtidai istintaq orqanı tərəfindən götürülüb birinci protokola bir ədəd diskdə əlavə edilmiş, iş üzrə maddi sübut qismində tanınmış videogörüntülərdən 19 aprel 2023-cü il tarixdə saat 19:58-də “MAN” markalı yük avtomobilinin işıqforun qarşısında Hacıqabul istiqamətində dayandığı, həmin yerə kənardan bir neçə nəfər şəxsin yaxınlaşdığı, Təqsirləndirilən şəxs1 həmin avtomobilin qarşısında dayanıb hərəkət etməsinə imkan vermədiyi, yumruqla həmin avtomobilin ön tərəfinə zərbələr vurduğu, bu səbəbdən yolda nəqliyyat vasitələrinin hərəkətinin dayandığı və tıxac yarandığı, Təqsirləndirilən şəxs2 stulu həmin avtomobilə hərəkətdə olarkən atması nəticəsində stulun avtomobilin sağ qapısına dəydiyi müəyyən edilmişdir (İ cild, səh. 15-17). - “Baxış və götürmə aparılması haqqında” 10 iyun 2023-cü il tarixli protokol, Zərərçəkmiş şəxs tərəfindən mobil telefonu vasitəsilə çəkilmiş, ibtidai istintaq orqanı tərəfindən götürülüb həmin protokola bir ədəd diskdə əlavə edilmiş, iş üzrə maddi sübut qismində tanınmış videogörüntüdən Təqsirləndirilən şəxs1 “MAN” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qarşısında dayanıb avtomobilin salonunda olmuş sürücü Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq sözlər deyib sonuncudan avtomobildən yerə düşməsini tələb etdiyi, Zərərçəkmiş şəxs bu tələbə əməl etməyib qarşılıqlı şəkildə Təqsirləndirilən şəxs1 ünvanına nalayiq sözlər dediyi, sonuncunun həmin avtomobilin sol qapısını açmaq istəsə də, buna nail ola bilməyib alın şüşəsinə bir dəfə, ön hissəsinə isə bir neçə dəfə yumruqla zərbə vurduğu müəyyən edilir (İ cild, səh. 56-58). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq edilməsi hədəsi və onun əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin, yəni xuliqanlığın bir qrup şəxs halında, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsinə görə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli olaraq (sonuncu həmin ifadələrində iş üzrə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmişdir), məhkəmə iclasında bildirdiyi son sözündə iş üzrə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bildiyini deməsini son nəticədə özünü həmin ittiham üzrə müdafiə etmək üçün dəlil irəli sürməməsi kimi qəbul edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, iş üzrə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü müdafiə etmək üçün hadisə zamanı Zərərçəkmiş şəxs idarə etdiyi yük avtomobilinin ön şüşəsinə spoylerin qırılmış hissəsi və ya hər hansı əşya ilə zərbə vurmadığı, həmin şüşəni sındırmadığı və ya çatlatmadığı barədə dəlillər irəli sürmüşdür. İşin halları ilə bağlı hadisə yerində quraşdırılmış təhlükəsizlik kamerasında və Zərərçəkmiş şəxs tərəfindən mobil telefonunda qeydə alınmış, ibtidai istintaq orqanı tərəfindən götürülüb iş materiallarına əlavə edilmiş videgörüntülərdən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs idarə etdiyi yük avtomobilinin ön şüşəsinə hər hansı əşya ilə vurması və həmin şüşəni sındırması müəyyən edilməsə də, məhkəmə həmin videogörüntülərin hadisənin baş vermə mexanizmini tam deyil, müəyyən mərhələdən sonrakı gedişatını əhatə etdiyini, Zərərçəkmiş şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində Təqsirləndirilən şəxs1 onun idarə etdiyi yük avtomobilinin ön şüşəsinə yumruqla zərbə vurmamışdan əvvəl yumruq zərbəsi ilə sındırdığı sol tərəfdəki spoylerinin hissəsi ilə zərbə vurmasını və nəticədə alın şüşəsinin sınmasını (çatlaması) hər hansı təsirə məruz qalmadan, sərbəst qaydada və təkidlə bildirdiyini, həmin avtomobilə təhqiqatçı və sonradan mütəxəssis tərəfindən baxış keçirildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək üçün irəli sürdüyü həmin dəlillər Zərərçəkmiş şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin göstərilən hissələri, “Avtomobilə baxış keçirilməsi haqqında” 19 aprel 2023-cü il tarixli protokol və "xxxx" MMC tərəfindən tərtib edilmiş 17 may 2023-cü il tarixli, 012.05 nömrəli qüsur aktında göstərilməsi ilə yanaşı, həmin protokola əlavə edilmiş fotocədvəldə “MAN” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sol tərəfindəki spoylerin sınmasının aşkar görünməsi, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bu halı qəbul etməsi, həmin protokol və qüsur aktında, həmçinin həmin avtomobilə baxış keçirilərkən alın şüşəsində sınmış hissənin aşkar edilməsinin göstərilməsi ilə tam təkzib edilir. Məhkəmə bu barədə nəticəyə gələrkən, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisinin iş materiallarında olan “Avtomobilə baxış keçirilməsi haqqında” 19 aprel 2023-cü il tarixli protokolda “MAN” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilməsində hal şahidi qismində iştirak etdikləri göstərilmiş şəxslərin həmin protokolun baxış zamanı avtomobilin alın şüşəsində sınmış və ya çatlamış hissənin aşkar olunması ilə bağlı hissəsinin ətraflı tədqiq edilməsi məqsədilə şahid qismində dindirilmələri ilə bağlı məhkəmənin irəli sürdüyü təşəbbüsə etiraz etdiklərini, fikirlərini həmin şəxslərin məhkəmə iclasında şahid qismində dindirilərsə, polis əməkdaşlarının təzyiqi ilə istintaq hərəkəti protokolunun məzmununa uyğun şəkildə ifadə verəcəkləri ilə izah etdiklərini, beləliklə də həmin protokolun baxış keçirilmiş yük avtomobilinin alın şüşəsində sınmış və ya çatlamış hissənin aşkar olunması ilə bağlı hissəsini mübahisələndirsələr də, həmin protokolun baxış keçirilməsində hal şahidi qismində iştirak etdikləri göstərilmiş şəxslərin məhkəmə iclasında şahid qismində dindirilməklə ətraflı tədqiq edilməsindən yayındıqlarını da nəzərə alır. Məhkəmə göstərilən fikirlərin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığından sübut kimi nəzərə almır, qalan hissələrini isə sübut kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətmələri əməllərində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin sübut kimi qiymətləndirilən hissələri, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məhkəmə iclasında bildirdiyi son sözündə son nəticədə iş üzrə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilməsi ilə əlaqəli olan hissələri, məhkəmə istintaqı və ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs verdiyi ifadələri, şahidlər Şahid7, Şahid4, Şahid1, Şahid2, Şahid3, Şahid8 və Şahid5 verdikləri ifadələrinin hadisə yerində gördükləri və eşitdikləri hallarla bağlı olan hissələri, “Avtomobilə baxış keçirilməsi haqqında” 19 aprel 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllər, "xxxx" MMC tərəfindən tərtib edilmiş 17 may 2023-cü il tarixli, 012.05 nömrəli qüsur aktı, işin halları ilə bağlı hadisə yerində quraşdırılmış təhlükəsizlik kamerasında və Zərərçəkmiş şəxs tərəfindən mobil telefonunda qeydə alınmış, ibtidai istintaq orqanı tərəfindən götürülüb iş materiallarına əlavə edilmiş videgörüntülər, onlara baxış keçirilməsi haqqında protokollar, digər istintaq hərəkəti protokolları və sənədlərlə tam sübut edilmişdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlərini tam sübuta yetirmiş və əməllərini düzgün tövsif etmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsas yoxdur. Buna görə də onlar Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidirlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamələr və Füzuli Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 1(064)10/2018 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs1 isə göstərilən hökmlə 22 iyul 2017-ci il tarixdə Mincivan- Hacıqabul avtomobil yolunun Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisindən keçən hissəsindəki işıqforun yanında idarə etdiyi avtomobili saxladıqdan sonra ondan yol verməsini xahiş etmiş digər sürücü ilə aralarında yaranmış mübahisə zamanı törətdiyi xuliqanlıq cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinib islah işləri cəzasına məhkum edilmiş, həmin əmələ görə məhkumluğu ödənilmişdir (İ cild, səh. 61, 62, 79-87). Məhkəmə bu halı Təqsirləndirilən şəxs1 şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. - Füzuli RİHB-nın Bala Bəhmənli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 və 18 avqust 2023-cü il tarixli arayış və xasiyyətnamələrdə müvafiq olaraq göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 subaydır, valideynləri və qardaşı ilə, Təqsirləndirilən şəxs1 isə evlidir, arvadı və himayəsində olan iki nəfər azyaşlı uşaqları ilə birlikdə Füzuli rayonu, Bala Bəhmənli kəndində yaşayırlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmişə özlərini nizam-intizamlı, müsbət aparmış, kənd sakinlərinin hörmətini qazanmış, kənddə keçirilmiş xeyir və şər məclislərində yaxından iştirak etmiş, nümayəndəliyə barələrində yazılı və ya şifahi qaydada şikayət daxil olmamışdır (İ cild, səh. 203-208). Buna görə də məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edildiklərini hesab edir. - “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli xasiyyətnamədə göstərilmişdir ki, xəstəxananın Dəstək xidmətləri şöbəsinin təhlükəsizlik bölməsində mühafizəçi işləyən Təqsirləndirilən şəxs2 işgüzar, bacarıqlı, məsuliyyətlidir, işçilərlə səmimi münasibət qurmuş, kollektivin böyük hörmətini qazanmış, işlədiyi müddət ərzində intizam pozuntusu törətməmişdir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs2 iş yeri üzrə müsbət xarakterizə edildiyini hesab edir. - “Elektron Məhkəmə Portalı”ndan əldə edilmiş elektron məlumatlarda Təqsirləndirilən şəxs1 X2 İdarəsində nəzarətçi, Təqsirləndirilən şəxs2 isə “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində mühafizəçi işlədikləri göstərilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş üzrə törətdikləri cinayət əməli nəticəsində vurduqları maddi ziyanı zərərçəkmiş şəxsə tamamilə ödəmələrini (Zərərçəkmiş şəxs həm ibtidai istintaq orqanı, həm də məhkəməyə verdiyi yazılı ərizələrində və ifadələrində göstərdiklərinə, buna görə də ibtidai istintaq orqanının da müvafiq nəticəyə gəlməsinə əsasən) Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini həmin Məcəllənin 59.1.12-ci maddəsinə, Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını həmin Məcəllənin 59.1.4-cü maddəsinə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilmələrini, sonuncunun həm də iş yeri üzrə müsbət xarakterizə edilməsi, əvvəllər məhkum olunmaması və iş üzrə törətdiyi cinayət əməlini etiraf edib ondan səmimi peşiman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən müvafiq olaraq onların cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə, Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrinə əsasən: - Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, Füzuli Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş, hazırki iş üzrə cinayət əməlini törətdiyi yerdə, həmin əməlinə oxşar məzmunda törətdiyi cinayət əməlinə görə məhkumluğu ödənilsə də, məhkumluğu olmayan şəxs olmasından ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində iki nəfər azyaşlı uşaqlarının olması, iş üzrə Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında törətdikləri cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs vurduqları maddi ziyanın sonuncuya tamamilə ödənilməsini təmin etməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, - Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, şəxsiyyətini, iş üzrə Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında törətdikləri cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs vurduqları maddi ziyanın sonuncuya tamamilə ödənilməsini təmin etməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, iş üzrə törətdiyi cinayət əməlini tam etiraf edib ondan səmimi peşiman olması, əvvəllər məhkum olunmaması, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə edilməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə göstərilən cinayət qanunvericiliyi normalarının tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilinməli olduqları Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddə, yəni 2 (iki) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Onlara azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəzanın təyin olunması üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in: - 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. - 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə və işin aşağıda göstərilən müvafiq hallarına əsaslanaraq hesab edir ki, iş üzrə: - Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında, silah qismində tətbiq oluna bilən əşyadan istifadə etməklə törətdiyi xuliqanlıq cinayət əməlinin zərərçəkmiş şəxsə zor tətbiq edilməsi və ya onun əmlakının məhv edilməsi ilə deyil, ictimai-təhlükəliliyi onlardan daha az olan zərərçəkmiş şəxsə zor tətbiq edilməsi hədəsi və onun əmlakının zədələnməsi ilə müşayiət edilməsi, Təqsirləndirilən şəxs2 silah qismində istifadə etdiyi əşya olan stuldan zərərçəkmiş şəxsə məxsus avtomobili yalnız zədələmək məqsədilə istifadə etməsi, bu istifadənin stulun həmin avtomobilin sağ qapısına dəyməsi nəticəsində qapıda yalnız batığın yaranması ilə nəticələnməsi, beləliklə də Təqsirləndirilən şəxs2 xuliqanlıq cinayət əməlini törədərkən silah qismində tətbiq etdiyi əşya və ondan istifadə edilməsindən yaranmış nəticənin ictimaitəhlükəliliyinin nisbətən az olması, cəzasını yüngülləşdirən yuxarıda göstərilən bütün halların məcmusu, cəzasını ağırlaşdıran və şəxsiyyətinin mənfi xarakterizə edilməsi ilə nəticələnən halın, iş üzrə cinayət hadisəsinin baş verməsindən bir neçə dəqiqə əvvəl onun törədilməsinə aparan aktiv və qərəzli hərəkətlər etməsinin müəyyən edilməməsi, cinayət əməlinin törədilməsində hadisə yerində Təqsirləndirilən şəxs1 etdiyi aktiv hərəkətlərə qoşulmaqla iştirak etməsi, cinayət əməlinin törədilməsi zamanı zərərçəkmiş şəxsə və qanunla qorunan ictimai münasibətlərə qarşı Təqsirləndirilən şəxs1 nisbətdə daha az aktiv və qərəzli hərəkətlər etməsi məhkəməyə Təqsirləndirilən şəxs2 cəza çəkmədən islah olunması barədə nəticəyə gəlməyə tam əsas verir. Buna görə də Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən sonuncuya təyin edilməli olan 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, onun üzərinə sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. - Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında, silah qismində tətbiq oluna bilən əşyadan istifadə etməklə törətdiyi xuliqanlıq cinayət əməli zərərçəkmiş şəxsə zor tətbiq edilməsi və ya onun əmlakının məhv edilməsi ilə deyil, ictimai-təhlükəliliyi onlardan daha az olan zərərçəkmiş şəxsə zor tətbiq edilməsi hədəsi və onun əmlakının zədələnməsi ilə müşayiət edilsə də, Təqsirləndirilən şəxs1 silah qismində istifadə etdiyi əşya zərərçəkmiş şəxsə məxsus yük avtomobilinin spoylerindən sındırdığı hissə olsa da, Təqsirləndirilən şəxs1 həmin əşyadan zərərçəkmiş şəxsə məxsus avtomobilin yalnız alın şüşəsini zədələmək məqsədilə istifadə etsə də, bu istifadə həmin şüşənin çatlaması və ya sınması ilə nəticələnsə də, beləliklə də Təqsirləndirilən şəxs1 xuliqanlıq cinayət əməlini törədərkən silah qismində tətbiq etdiyi əşya və ondan istifadə edilməsindən yaranmış nəticənin ictimai-təhlükəliliyi nisbətən az olsa da, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hallar mövcud olsa da və cəzasını ağırlaşdıran hal mövcud olmasa da, Təqsirləndirilən şəxs1 Füzuli Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli hökmü ilə hazırki iş üzrə cinayət əməlini törətdiyi yerdə, həmin əməlinə oxşar məzmunda törətdiyi xuliqanlıq cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinməsindən ibarət şəxsiyyətini xarakterizə edən hal, iş üzrə cinayət hadisəsinin baş verməsindən bir neçə dəqiqə əvvəl onun törədilməsinə aparan aktiv və qərəzli hərəkətlər etməsi, cinayət hadisəsinin törədilməsi zamanı da zərərçəkmiş şəxsə və qanunla qorunan ictimai münasibətlərə qarşı daha aktiv və qərəzli hərəkətlər etməsi, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilsə də, iş materialları əsasında törətdiyi sübuta yetirilmiş, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə təqsirli bilməməsi, beləliklə də həmin əmələ münasibətdə səmimi peşiman olmaması məhkəməyə onun cəza çəkmədən islah olunmasının mümkün olmaması, bu səbəbdən ona şərti məhkum etmənin tətbiq edilməməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Cinayət işi materiallarına əsasən Təqsirləndirilən şəxs1 25 iyul 2023-cü il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulduğuna (müvafiq protokol əsasında – İ cild, səh. 110), 27 iyul 2023-cü il tarixdə qəbul edilmiş qərarlarla (İ cild, səh. 162-165) barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi səbəbindən müvəqqəti saxlama yerindən azad edildiyinə görə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən onun 25 iyul 2023-cü il tarixdən 27 iyul 2023-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmalı, onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, buna görə də məhkəməyədək icraat zamanı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilməli, o, məhkəmə iclasında dərhal həbsə alınmalı və barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarında göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CM-in 70.1ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Birinci hökm üzrə təyin olunmuş və məhkəmə tərəfindən şərti hesab olunmuş cəzanın hökmlə təyin olunmuş cəzaya tam birləşdirilməsi zamanı məhkəmə birinci iş üzrə qətimkan tədbiri və ya tutma qaydasında həbsdə (əgər belə tədbir tətbiq olunmuşsa) olma müddətini hökmlərin məcmusu üzrə cəzanın qəti müddətinə hesablamalıdır. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs2 təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi barədə nəticəyə gəldiyinə görə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinə əsaslanaraq, onun 25 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmasını, 27 iyul 2023-cü il tarixdə qəbul edilmiş qərarlarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi səbəbindən müvəqqəti saxlama yerindən azad edilməsini, beləliklə də 25 iyul 2023-cü il tarixdən 27 iyul 2023-cü il tarixədək 2 (iki) gün müddətə şübhəli şəxs qismində tutulmasını göstərməklə kifayətlənir. İş üzrə maddi sübut qismində tanınıb iş materiallarına əlavə edilmiş, Mİncivan-Hacıqabul avtomobil yolunun Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisindən keçən hissəsində quraşdırılmış təhlükəsizlik kamerasının qeydə aldığı və Zərərçəkmiş şəxs təqdim etdiyi, ibtidai istintaq orqanı tərəfindən götürülüb cəmi iki ədəd disklərin yaddaşına yazılmış videogörüntülər iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 25 iyul 2023-cü il tarixdən 27 iyul 2023-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclasında dərhal həbsə alınsın. Hökmün bu hissədə icrası Füzuli Rayon Polis Şöbəsi, Beyləqan Rayon Polis Şöbəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Onun üzərinə sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınıb iş materiallarına əlavə edilmiş, Mİncivan-Hacıqabul avtomobil yolunun Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisindən keçən hissəsində quraşdırılmış təhlükəsizlik kamerasının qeydə aldığı və Zərərçəkmiş şəxs təqdim etdiyi, ibtidai istintaq orqanı tərəfindən götürülüb cəmi iki ədəd disklərin yaddaşına yazılmış videogörüntülər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-5/2024
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-5/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver