Məhkəmə qərarları › İş №1(064)-5/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-5/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-5/2025 15.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – İmişli rayon Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 iştirakı ilə, xx xxxxxx 1975-ci il tarixdə Biləsuvar rayonu, Ağalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, orta təhsilli, evli, işləməyən, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 xx xxxx 1964-cü il tarixdə İmişli rayonu, Sarıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, evli, işləməyən, İmişli rayonu, Sarıxanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin mart ayının əvvələrində Beyləqan rayon mərkəzi xəstəxanasının həyətində tanış olduğu İmişli rayonu, Sarıxanlı kənd sakini Təqsirləndirilən şəxs2 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək İmişli rayonun, Sarıxanlı kənd sakini Zərərçəkmiş şəxs5 2021-ci ilin noyabr ayının əvvələrində sonuncunun oğlu Taleh Süleymanovun 3000 manat pul müqabilində təqaüdə çıxması üçün köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq həmin ərəfədə Təqsirləndirilən şəxs2 İmişli rayonun Sarıxanlı kəndində yaşadığı evdə saat 17 radələrində 1000 manat və 24 dekabr 2021-ci il tarixdə saat 16 radələrində 2000 manat olmaqla, ümumilikdə 3000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alaraq, onun yaşadığı Biləsuvar rayonu, Ağalıkənd kəndinə gətirib evində ona verib həmin pulu aralarında bölməklə ələ keçirib vədinə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə etməklə və onu aldatmaqla pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədilə təkrarən 2021-ci ilin mart ayının əvvələrində Beyləqan rayon mərkəzi xəstəxanasının həyətində tanış olduğu İmişli rayonu, Sarıxanlı kənd sakini Təqsirləndirilən şəxs2 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2021-ci ilin oktyabr ayının əvvələrində saat 14 radələrində Beyləqan rayonun İmamverdilər kənd sakini Zərərçəkmiş şəxs3 Yusibəli oğluna dayandırılmış pensiyasını bərpa olunmasında köməklik göstərəcəkləri barədə yalan vəd verib aldadaraq razılaşdıqları 2000 manat pulun 1400 manatını Təqsirləndirilən şəxs2 Beyləqan rayonun İmamverdilər kəndində aldadıb alaraq əvvəlcədən razılaşdıqları istintaqa məlum olmayan ünvanda həmin pulu aralarında bölməklə ələ keçirib vədinə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə və onu aldatmaqla pulunu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədilə təkrarən 2021-ci ilin mart ayının əvvələrində Beyləqan rayon mərkəzi xəstəxanasının həyətində tanış olduğu İmişli rayonu Sarıxanlı kənd sakini Təqsirləndirilən şəxs2 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2022-ci ilin fevral ayının ortalarında saat 15 radələrində Beyləqan rayonun 2-ci Aşıqlı kənd sakini Zərərçəkmiş şəxs4 2010-cu ildən 2021-ci ilədək aldığı pensiyanın yenidən 4-6 ay müddətində bərpa olunmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq Təqsirləndirilən şəxs2 Beyləqan rayonu ərazisində yerləşən «Görüş» kafesində Zərərçəkmiş şəxs4la görüşüb ondan 2000 manat məbləğində pul aldadıb alaraq əvvəlcədən razılaşdıqları istintaqa məlum olmayan ünvanda həmin pulu aralarında bölməklə ələ keçirib vədinə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs4 etibarından sui istifadə etməklə və onu aldatmaqla pulunu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyəti və özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə təkrarən 2021-ci ilin mart ayının əvvələrində Beyləqan rayon mərkəzi xəstəxanasının həyətində tanış olduğu İmişli rayonu, Sarıxanlı kənd sakini Təqsirləndirilən şəxs2 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Füzuli rayonun 4 saylı Zobucuq qəsəbə sakini Zərərçəkmiş şəxs6 dayandırılmış pensiyasını bərpa olunmasında köməklik göstərəcəkləri barədə yalan vəd verib aldadaraq 19 iyul 2022-ci il tarixdə saat 10 radələrində vahid niyyətlə əhatə olunan qəsdlə razılaşdıqları 8000 manat pulun 3000 manatını, 05 avqust 2022-ci il tarixdə isə 4200 manat olmaqla ümumilikdə 7200 manat pulu cinayətdən məlumatsız olan tanışı Şahid vasitəsilə Füzuli rayonu, Qayıdış 1 qəsəbəsi ərazisində aldadıb alaraq əvvəlcədən razılaşdıqları Biləsuvar rayonu, Ağalıkənd kəndi ərazisində yerləşən yaşadığı evdə həmin pulu aralarında bölməklə ələ keçirib vədinə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs6 etibarından sui istifadə etməklə və onu aldatmaqla xeyli miqdarda pulunu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyəti və özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə təkrarən 2021-ci ilin mart ayının əvvələrində Beyləqan rayon mərkəzi xəstəxanasının həyətində tanış olduğu İmişli rayonu Sarıxanlı kənd sakini Təqsirləndirilən şəxs2 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2022-ci ilin avqust ayının ortalarında saat 18 radələrində Beyləqan rayonun, Qaralılar kənd sakini Zərərçəkmiş şəxs2 dayndırılmış pensiyanı 7200 manat pul müqabilində bərpa edilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq Təqsirləndirilən şəxs2 həmin pulun 3000 manatını yaşadığı İmişli rayonun, Sarıxanlı kəndində, bundan bir necə gün sonra isə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən 20 yanvar metrostansiyasının yaxınlığında saat 15 radələrində 4200 manat olmaqla, ümümilikdə 7200 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alaraq, əvvəlcədən razılaşdıqları istintaqa məlum olmayan ünvanda həmin pulu aralarında bölməklə ələ keçirib vədinə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs2 etibarından sui istifadə etməklə və onu aldatmaqla xeyli miqdarda pulunu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədilə təkrarən 2021-ci ilin mart ayının əvvələrində Beyləqan rayon mərkəzi xəstəxanasının həyətində tanış olduğu İmişli rayonu Sarıxanlı kənd sakini Təqsirləndirilən şəxs2 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2022-ci ilin avqust aynın əvvələrində İmişli rayonun Sarıxanlı kənd sakini Zərərçəkmiş şəxs1 arvadı X10 və bacısı X2 dayandırılmış pensiyalarını bərpa olunmasında köməklik göstərəcəkləri barədə yalan vəd verib aldadaraq razılaşdıqları 5000 min manat pulun 900 manatını 01 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs2 İmişli rayonun Sarıxanlı kəndində yaşadığı evdə və 02 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs2 İmişli rayonun Sarıxanlı kəndində yerləşən evində isə 1 baş 80 manat dəyərində hind quşunu vahid niyyətlə əhatə olunan qəsdlə aldadıb alaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 980 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyəti və özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirmək məqsədilə 2021-ci ilin mart ayının əvvələrində Beyləqan rayon mərkəzi xəstəxanasının həyətində tanış olduğu İmişli rayonu, Sarıxanlı kənd sakini Təqsirləndirilən şəxs2 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2022-ci ilin oktyabr ayının ortalarında saat təxminən 11 radələrində Füzuli rayonu, Gecəgözlü kənd sakini Zərərçəkmiş şəxs8 2021-ci ildə dayandırılmış təqaüdünü 2 aya 5500 manat müqabilində bərpa etdirəcəyi barədə yalan vəd verib aldadaraq Təqsirləndirilən şəxs2 yaşadığı İmişli rayonu Sarıxanlı kəndində yerləşən evində Zərərçəkmiş şəxs8la görüşüb ondan 5500 manat məbləğində pulu aldadıb alaraq əvvəlcədən razılaşdıqları istintaqa məlum olmayan ünvanda həmin pulu aralarında bölməklə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs8 etibarından sui istifadə etməklə və onu aldatmaqla xeyli miqdarda pulunu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədilə təkrarən 2021-ci ilin mart ayının əvvələrində Beyləqan rayon mərkəzi xəstəxanasının həyətində tanış olduğu İmişli rayonu Sarıxanlı kənd sakini Təqsirləndirilən şəxs2 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kənd sakini Zərərçəkmiş şəxs7 3800 manat pul müqabilində dayandırılmış təqaüdünü bərpa etdirəcəyi barədə yalan vəd verib vahid niyyətlə həmin pulun 2500 manatını 25 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı İmişli rayonu, Sarıxanlı kəndində, 15 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Akademik Mirqasımov adına Respublika Kliniki Mərkəzi Xəstəxanasının həyətində 1000 manat və 15 fevral 2023-cü il tarixdə saat 15 radələrində 300 manat pulu isə Füzuli rayonun Qayıdış yolu deyilən yerdə aldadıb almaqla ümümilikdə 3800 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alaraq əvvəlcədən razılaşdıqları istintaqa məlum olmayan ünvanda həmin pulu aralarında bölməklə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs7 etibarından sui istifadə etməklə və onu aldatmaqla pulunu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilir ondan ötrü ki, qəsdən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 qəsdən tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin mart ayının əvvələrində Beyləqan rayon mərkəzi xəstəxanasının həyətində tanış olduğu Biləsuvar rayonu, Ağalıkənd kənd sakini Təqsirləndirilən şəxs1 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək İmişli rayonun, Sarıxanlı kənd sakini Zərərçəkmiş şəxs5 2021-ci ilin noyabr ayının əvvələrində sonuncunun oğlu Taleh Süleymanovun 3000 manat pul müqabilində təqaüdə çıxması üçün köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq həmin ərəfədə İmişli rayonun, Sarıxanlı kəndində yaşadığı evdə saat 17 radələrində 1000 manat və 24 dekabr 2022-ci il tarixdə saat 16 radələrində 2000 manat olmaqla ümumilikdə 3000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alaraq, Təqsirləndirilən şəxs1 yaşadığı Biləsuvar rayonu, Ağalıkənd kəndinə gətirib evində verib həmin pulu aralarında bölməklə ələ keçirib vədinə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs5 etibarından sui istifadə etməklə və onu aldatmaqla pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 qəsdən tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədilə təkrarən 2021-ci ilin mart ayının əvvələrində Beyləqan rayon mərkəzi xəstəxanasının həyətində tanış olduğu Biləsuvar rayonu, Ağalıkənd kənd sakini Təqsirləndirilən şəxs1 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2021-ci ilin oktyabr ayının əvvələrində saat 14 radələrində Beyləqan rayonun İmamverdilər kənd sakini Zərərçəkmiş şəxs3 Yusibəli oğluna dayandırılmış pensiyasını bərpa olunmasında köməklik göstərəcəkləri barədə yalan vəd verib aldadaraq razılaşdıqları 2000 manat pulun 1400 manatını Beyləqan rayonun İmamverdilər kəndində aldadıb alaraq əvvəlcədən razılaşdıqları istintaqa məlum olmayan ünvanda həmin pulu Təqsirləndirilən şəxs1la aralarında bölməklə ələ keçirib vədinə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs3 etibarından sui istifadə etməklə və onu aldatmaqla pulunu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 qəsdən tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədilə təkrarən 2021-ci ilin mart ayının əvvələrində Beyləqan rayon mərkəzi xəstəxanasının həyətində tanış olduğu Biləsuvar rayonu, Ağalıkənd kənd sakini Təqsirləndirilən şəxs1 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2022-ci ilin fevral ayının ortalarında saat 15 radələrində Beyləqan rayonun 2- ci Aşıqlı kənd sakini Zərərçəkmiş şəxs4 2010-cu ildən 2021-ci ilədək aldığı pensiyanın yenidən 4-6 ay müddətində bərpa olunmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq Beyləqan rayonu ərazisində yerləşən «Görüş» kafesində Zərərçəkmiş şəxs4la görüşüb ondan 2000 manat məbləğində pul aldadıb alaraq əvvəlcədən razılaşdıqları Təqsirləndirilən şəxs1 yaşadığı Biləsuvar rayonu Ağalıkənd kəndində yerləşən evində həmin pulu Təqsirləndirilən şəxs1la aralarında bölməklə ələ keçirib vədinə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs4 etibarından sui istifadə etməklə və onu aldatmaqla pulunu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 qəsdən tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədilə təkrarən 2021-ci ilin mart ayının əvvələrində Beyləqan rayon mərkəzi xəstəxanasının həyətində tanış olduğu Biləsuvar rayonu, Ağalıkənd kənd sakini Təqsirləndirilən şəxs1 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Füzuli rayonun 4 saylı Zobucuq qəsəbə sakini Zərərçəkmiş şəxs6 dayandırılmış pensiyasını bərpa olunmasında köməklik göstərəcəkləri barədə yalan vəd verib aldadaraq 19 iyul 2022-ci il tarixdə saat 10 radələrində vahid niyyətlə əhatə olunan qəsdlə razılaşdıqları 8000 manat pulun 3000 manatını, 05 avqust 2022-ci il tarixdə isə 4200 manat olmaqla ümumilikdə 7200 manat pulu cinayətdən məlumatsız olan tanışı Şahid vasitəsilə Füzuli rayonu, Qayıdış 1 qəsəbəsi ərazisində aldadıb alaraq əvvəlcədən razılaşdıqları Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu, Ağalıkənd kəndi ərazisində yerləşən yaşadığı evdə həmin pulu aralarında bölməklə ələ keçirib vədinə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs6 etibarından sui istifadə etməklə və onu aldatmaqla xeyli miqdarda pulunu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 qəsdən tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədilə təkrarən 2021-ci ilin mart ayının əvvələrində Beyləqan rayon mərkəzi xəstəxanasının həyətində tanış olduğu Biləsuvar rayonu, Ağalıkənd kənd sakini Təqsirləndirilən şəxs1 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2022-ci ilin avqust ayının ortalarında saat 18 radələrində Beyləqan rayonun, Qaralılar kənd sakini Zərərçəkmiş şəxs2 dayndırılmış pensiyanı 7200 manat pul müqabilində bərpa edilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq həmin pulun 3000 manatını yaşadığı İmişli rayonun, Sarıxanlı kəndində, bundan bir necə gün sonra isə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən 20 yanvar metrostansiyasının yaxınlığında saat 15 radələrində 4200 manat olmaqla ümümilikdə 7200 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alaraq, əvvəlcədən razılaşdıqları istintaqa məlum olmayan ünvanda həmin pulu Təqsirləndirilən şəxs1la aralarında bölməklə ələ keçirib vədinə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs2 etibarından sui istifadə etməklə və onu aldatmaqla xeyli miqdarda pulunu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 qəsdən tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədilə təkrarən 2021-ci ilin mart ayının əvvələrində Beyləqan rayon mərkəzi xəstəxanasının həyətində tanış olduğu Biləsuvar rayonu, Ağalıkənd kənd sakini Təqsirləndirilən şəxs1 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2022-ci ilin avqust aynın əvvələrində İmişli rayonun Sarıxanlı kənd sakini Zərərçəkmiş şəxs1 arvadı X10 və bacısı X2 dayandırılmış pensiyalarını bərpa olunmasında köməklik göstərəcəkləri barədə yalan vəd verib aldadaraq razılaşdıqları 5000 min manat pulun 900 manatını 01 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində İmişli rayonun Sarıxanlı kəndində yaşadığı evdə və 02 yanvar 2023cü il tarixdə saat 18 radələrində İmişli rayonun Sarıxanlı kəndində yerləşən evində isə 1 baş 80 manat dəyərində hind quşunu vahid niyyətlə əhatə olunan qəsdlə aldadıb alaraq əvvəlcədən razılaşdıqları Təqsirləndirilən şəxs1 yaşadığı Biləsuvar rayonu, Ağalıkənd kəndində yerləşən evində həmin pulu Təqsirləndirilən şəxs1la aralarında bölməklə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs1 980 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 qəsdən tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədilə təkrarən 2021-ci ilin mart ayının əvvələrində Beyləqan rayon mərkəzi xəstəxanasının həyətində tanış olduğu Biləsuvar rayonu, Ağalıkənd kənd sakini Təqsirləndirilən şəxs1 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2022-ci ilin oktyabr ayının ortalarında saat təxminən 11 radələrində Füzuli rayonu, Gecəgözlü kənd sakini Zərərçəkmiş şəxs8 2021-ci ildə dayandırılmış təqaüdünü 2 aya 5500 manat müqabilində bərpa etdirəcəyi barədə yalan vəd verib aldadaraq yaşadığı İmişli rayonu Sarıxanlı kəndində yerləşən evində Zərərçəkmiş şəxs8la görüşüb ondan 5500 manat məbləğində pulu aldadıb alaraq əvvəlcədən razılaşdıqları istintaqa məlum olmayan ünvanda həmin pulu Təqsirləndirilən şəxs1la aralarında bölməklə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs8 etibarından sui istifadə etməklə və onu aldatmaqla xeyli miqdarda pulunu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 qəsdən tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədilə təkrarən 2021-ci ilin mart ayının əvvələrində Beyləqan rayon mərkəzi xəstəxanasının həyətində tanış olduğu Biləsuvar rayonu, Ağalıkənd kənd sakini Təqsirləndirilən şəxs1 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kənd sakini Zərərçəkmiş şəxs7 3800 manat pul müqabilində dayandırılmış təqaüdünü bərpa etdirəcəyi barədə yalan vəd verib vahid niyyətlə həmin pulun 2500 manatını 25 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı İmişli rayonu, Sarıxanlı kəndində, 15 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Akademik Mirqasımov adına Respublika Kliniki Mərkəzi Xəstəxanasının həyətində 1000 manat və 15 fevral 2023-cü il tarixdə saat 15 radələrində 300 manat pulu isə Füzuli rayonun Qayıdış 1 qəsəbəsinin ərazisində aldadıb almaqla ümümilikdə 3800 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alaraq əvvəlcədən razılaşdıqları istintaqa məlum olmayan ünvanda həmin pulu Təqsirləndirilən şəxs1la aralarında bölməklə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs7 etibarından sui istifadə etməklə və onu aldatmaqla pulunu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında: İş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin fevral aynın sonlarında Beyləqan rayon mərkəzi xəstəxanasının həyətində təsadüf nəticəsində söhbət etdiyi İlqar və Bayram adlı şəxslərin yanında təsadüf nəticəsində İmişli rayonu Sarıxanlı kənd sakini Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Həmin ərəfələrdə o, xəstə olan qızını Beyləqan rayonunda yerləşən pirə aparmışdır və həmin ərəfədə xəstəxanada söhbət etdiyi tanımadığı Bayram və İlqar adlı şəxslər çıxıb getmiş, orada Həsənlə söhbət etmiş və o da xəstəxanaya gəlmişdir və söhbət əsnasında ona məlum olmuşdur ki, Həsən xəstəliklə bağlı xəstəxanadan arayış alır və təqaüd düzəldir, həmin vaxtı o, özünün və ya başqasının təqaüdünü düzəltdiyini bilməmişdir. Söhbət zamanı Həsən ona tanış həkimin olub-olmadığını soruşmuş, o isə ona tanış həkim olduğunu demiş və o, dayandırılmış təqaüdləri bərpa edə bilər demişdir. Daha sonra Həsən onun mobil telefonunu götürmüş və biribiri ilə əlaqə saxlamışlar. Daha sonra Həsən və onun yanında sürücü işləyən Şahidlə birlikdə müxtəlif vaxtlarda gətirib ona müxtəlif yerlərdə 5 nəfərə məxsus tibb kartaları və xəstəlik tarixlərini vermişlər, bir nəfəri isə Elman gətirib vermişdir. Elman gətirib ona 7000 manat pul vermişdir, həmin pulu Elmanın özünə gətirdiyi sənədlə birgə qaytarıb vermişdir. Həmin pul Füzuli rayon sakininin pulu olmuşdur, adı isə yadında qalmamışdır, 4 nəfərin pulunu sənədlər ilə birlikdə Həsən gətirib vermişdir. O, həmin şəxslərin sənədlərini düzəldə bilməmiş və ümumilikdə həmin pul təxminən 16000-18000 manata yaxın pul edirmiş və Həsənə həmin pullardan qaytarıb vermiş və Həsənin ona verdiyi pullardan cəmi 7000 manatı onda qalmışdır. Bildirir ki, həmin pulları Həsənlə birlikdə almış belə ki, Həsən pul aldığı həmin şəxsləri onunla telefonda danışdırırmış və razılığa gəldikdən sonra pulu Həsən almış, Həsən alınan puldan özünə də götürmüşdür. Hazırda bununla bağlı hər hansı bir qeydiyyat aparmamış, lakin xatırladıqlarını doğrusu ilə bildirir. Belə ki, o, İmişli rayonun Sarıxanlı kənd sakini Zərərçəkmiş şəxs5 2021-ci ilin noyabr ayının əvvələrində sonuncunun oğlu Taleh Süleymanovun 3000 manat pul müqabilində təqaüdə çıxması üçün köməklik göstərəcəyi barədə onunla Həsənin telefonunda danışmış və ona yalan vəd verib aldadıb həmin ərəfələrdə Həsənin vasitəsi ilə həmin şəxsin 3000 manat pulunu almışlar. Belə ki, Həsən əvvəlcə həmin şəxsin 1000 manatını, sonra isə 2000 manatını alıb gətirib ona vermiş, həmin puldan Həsən özünə 1000 manat pul götürmüş və ona 2000 manat pul gətirib vermişdir. O, həmin puldan qaytarmamış, daha sonra 2021 -ci ilin oktyabr ayının əvvələrində Təqsirləndirilən şəxs2 ilə Beyləqan rayonunun İmamverdilər kənd sakini Zərərçəkmiş şəxs3 Yusibəli oğluna dayandırılmış pensiyasının bərpa olunmasında köməklik göstərəcəkləri barədə yalan vəd verib aldadaraq onun 1400 manatını Beyləqan rayonun İmamverdilər kəndində aldadıb ələ keçirmişlər. O, sonradan Həsənə həmin puldan 400 manat pul vermiş, həmin pulu da sonradan sahibinə qaytarmaq üçün Həsənə qaytarıb vermiş, Zərərçəkmiş şəxs3 heç bir borcu yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs1 ifadəsində onu da göstərmişdir ki, 2022-ci ilin avqust aynın əvvələrində tanışı Təqsirləndirilən şəxs2 ilə İmişli rayonun Sarıxanlı kənd sakini Zərərçəkmiş şəxs1 arvadı X4 və bacısı X2 dayandırılmış pensiyalarını bərpa olunmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq razılaşdığı 5000 min manat pulun 900 manatını 01 oktyabr 2022-ci ildə saat təxminən 22 radələrində Təqsirləndirilən şəxs2 İmişli rayonunun Sarıxanlı kəndində yaşadığı evdə və 02 yanvar 2023-cü il tarixdə saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs2 İmişli rayonun Sarıxanlı kəndində yerləşən evində isə 1 baş 80 manat dəyərində hind quşunu almışdır. Həmin almış olduğu 900 manat puldan Həsən ona 600 manat pul vermişdir və Oktay ona əlavə olaraq bir ədəd hind quşunu məcbur pay vermiş və həmin quşunun pulunu isə Oqtaya verməmişdir. Oqtaydan ona çatan 600 manat pulu Həsənə qaytarıb vermişdir ki, sahibinə qaytarsın. Hətta Həsən ona bildirmişdir ki, o, Oqtaydan 900 manat pul alıb, nəyə görə ona 600 manat qaytarırsan demiş, o isə Həsənə sənin aldığın pulu mən nəyə görə ödəməliyəm demişdir. Onun Oqtaya heç bir borcu yoxdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 ilə Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kənd sakini Zərərçəkmiş şəxs7 ilə telefonla danışmış və dayandırılmış pensiyasının bərpa olunmasını istəmiş və o, Natiqə 3500 manat pula onun dayandırılmış təqaüdünü bərpa etdirəcəyi barədə vəd vermiş, həmin pulun 2500 manatını əvvəlcədən Həsənə verəcəyini demiş və Həsən həmin pulu gətirib ona yaşadığı Biləsuvar rayonun Ağalıkənd kəndində vermiş və 15 yanvar 2023-cü il tarixdə saat təxminən 11 radələrində yenə də Həsənlə danışmış və Həsən həmin şəxslə Bakı şəhərinə gəldiyini demiş və birlikdə Akademik Mirqasımov adına Respublika Kliniki Mərkəzi Xəstəxanasının həyətində Həsənlə və həmin şəxslə görüşmüş və sonda həmin şəxsdən Həsən 1000 manat pul almış və həmin pulu Həsən özünə götürmüşdür. O, aldığı puldan Həsənə qaytarmamışdır. İş üzrə maddi ziyanı ödəməyə imkanı yoxdur, lakin ona yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə Təqsirləndirilən şəxs2 ifadəsində ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, İmişli rayonun Sarıxanlı kəndində qeydiyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yedə işləmir. Bildirir ki, o, 2021-ci ilin mart ayının əvvələrində Beyləqan rayon mərkəzi xəstəxanasının həyətində İmişli rayonunda yaşayan Füzuli rayon sakini Haqverdi adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Həmin şəxs ona özünü həkim kimi təqdim etmiş və bildirmişdir ki, o, əlillərin bərpa mərkəzində həkim işləyir, ona inanmışdır. O, həmin tanışlığından sonra həmin şəxsin Biləsuvar rayonu Ağalıkənd sakini Təqsirləndirilən şəxs1 olmasını artıq bilmiş, daha sonra söhbət əsnasında Niyaməddin ona təqaüdü kəsilmiş şəxslərin pensiyalarının bərpa olunmasında köməklik edə bilr deyə bildirmişdir. İmişli rayonunun Sarıxanlı kənd sakini Zərərçəkmiş şəxs5 2021-ci ilin noyabr ayının əvvələrində oğlu Taleh Süleymanovun təqaüdə çıxması üçün köməklik göstərməyini istəmiş, o da öz növbəsində Təqsirləndirilən şəxs1 ilə tanışlığı olduğu üçün onunla danışmış, Niyaməddin ona Taleh Hüseynovun pensiyaya çıxması üçün 3000 min manat pul müqabilində köməklik göstərə biləcəyini demişdir. Daha sonra Zərərçəkmiş şəxs5 ona həmin ərəfədə əvvəlcə 1000 manat pul vermiş, 2000 manatını isə pensiya düzəldikdən sonra verəcəyini demiş, o bu barədə Təqsirləndirilən şəxs1la danışıb ona demiş və Niyaməddin də onunla razılaşmışdır. Zərərçəkmiş şəxs5 ona verdiyi 1000 manat pulu İmişli rayonun Bəhrəmtəpə dairəsinin yaxınlığında zəngləşib Təqsirləndirilən şəxs1la görüşüb ona vermişdir, lakin Təqsirləndirilən şəxs1 ondan 2000 manat pulu da istədiyi üçün o, bu barədə Zərərçəkmiş şəxs5la danışıb ona bildirmiş və Zərərçəkmiş şəxs5 24 dekabr 2022-cü il tarixdə saat təxminən 13 radələrində onun yaşadığı evə gəlmiş və özü ilə gətirdiyi 2000 manat pul ona vermiş və o da Hüsəndən aldığı pulu həmi gün saat təxminən 22 radələrində aparıb Biləsuvar rayonunun Ağalıkənd kəndində Təqsirləndirilən şəxs1la görüşüb ona vermiş, Təqsirləndirilən şəxs1 isə ona verdiyi 3000 min manat pulun müqabilində 100 manat pul vermişdir. Bundan başqa Beyləqan rayonun İmamverdilər kənd sakini Zərərçəkmiş şəxs3 Yusibəli oğlu ona 2021-ci ilin oktyabr ayında müraciət edib dayandırılmış pensiyasını bərpa etmək istədiyini bildirmişdir. Onun evinə gələn Zərərçəkmiş şəxs3 yanında Təqsirləndirilən şəxs1la telefon vasitəsi ilə danışmış və Təqsirləndirilən şəxs1 dayandırılmış pensiyanı bərpa etmək üçün 2000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs3 isə bildirmişdir ki, 1400 manat pul verəcək və təyinatı gəldikdən sonra isə qalan 600 manatı verəcəkdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs1 ona Beyləqan rayonuna gedəcəyini demiş və Zərərçəkmiş şəxs3la görüşmək istədiyini bildirmişdir. Anara zəng vurub ona Təqsirləndirilən şəxs1 dediklərini çatdırmış və Zərərçəkmiş şəxs3 yaşadığı evə gəlmiş, onu evindən götürüb Beyləqan rayonun İmamverdilər kəndinə aparmış və yolda Təqsirləndirilən şəxs1la görüşmüşlər. Zərərçəkmiş şəxs3 onun yanında Təqsirləndirilən şəxs1 1400 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 isə həmin almış olduğu puldan ona pul verməmiş, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 vermiş olduğu 1400 manat pulu ondan istəmiş, Anar onun barəsində ərizə verdikdən sonra o, Zərərçəkmiş şəxs3 1400 manatını qaytarıb vermişdir. Halbuki, Anardan pulu o özü almamış, həmin pulu Niyaməddin almışdır. Sadəcə o, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1la tanış etmişdir. Bundan başqa İmişli rayonun Sarıxanlı kənd sakini X13 bacısı X2 və arvadı X4 dayandırılmış pensiyalarını bərpa etmək üçün 2022-ci ilin avqust ayında ona müraciət etmiş, o da öz növbəsində həmkəndlilərinə kömək etmək üçün bu barədə tanış olduğu Təqsirləndirilən şəxs1 bildirmiş və Təqsirləndirilən şəxs1 ona pensiyanı bərpa etmək üçün 5000 manat pul istəmiş və o, bu barədə Oqtay Quliyevə bildirmiş, Oqtay Quliyev də 01 oktyabr 2022-ci ildə saat təxminən 22 radələrində onun yaşadığı evə gəlib 900 manat pul vermişdir. Bundan bir necə gün sonra Təqsirləndirilən şəxs1 pulu vermək üçün 2 oktyabr 2023-cü il tarixdə Biləsuvar rayonuna, yaşadığı Ağalıkənd kəndinə getmiş, pulu orada ona vermiş və Niyaməddin onunla birlikdə sənədləri düzəltmək üçün Gəncə şəhərinə getmək lazım olduğunu bildirmiş və o, Təqsirləndirilən şəxs1 750 manat pul vermiş və həmin puldan 150 manatını özünə götürmüşdür. Daha sonra Oqtay Quliyev pensiyasının düzəldmədiyini görmış, 02 yanvar 2023-cü il tarixdə onun yaşadığı evə gəlmiş və onun özü Təqsirləndirilən şəxs1la görüşmüş və ona bir ədəd 80 manat dəyərində hind quşu da vermişdir. Oqtay Quliyev onun vasitəsi ilə Təqsirləndirilən şəxs1 vermiş olduğu 900 manat pulu ondan istəmiş və Oqtay Quliyev onun barəsində Biləsuvar rayon polis şöbəsinə etdiyi şikayətdən sonra 900 manat pulu Oqtay Quliyeva qaytarıb vermşdir. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində onu da göstərmişdir ki, Beyləqan rayonun 2-ci Aşıqlar kənd sakini Zərərçəkmiş şəxs4 ilə tanış olmuşdur. Belə ki, onunla Səfayət adlı qadının vasitəsi ilə tanış olmuş, Zərərçəkmiş şəxs4 ona 2010-cu ildən 2021-ci ilədək pensiya aldığını və pensiyasının dayandırıldığını bildirmişdir. O, isə Təqsirləndirilən şəxs1 ad-soyadlı tanışının olmasını və dayandırılmış pensiyanı onun vasitəsi ilə bərpa edə biləcəyini demişdir. Pensiyanın 4-6 ay müddətində bərpa olunacağını və almış olduğu təqaüdü yenidən alacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs1la danışmış və o, Zərərçəkmiş şəxs4 2000 manat pul almağı demiş və bu olan danışığı Zərərçəkmiş şəxs4 da eşitmişdir. Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs1 görməmiş, nə də onunla görüşməmişdir. O, 2022-cii ilin fevral ayının ortalarında Beyləqan rayonunda yerləşən Görüş kafesində saat təxminən 15 radələrində Zərərçəkmiş şəxs4la görüşmüş, ondan dayandırılmış pensiyasını bərpa etmək üçün 2000 manat pul almış və həmin pulu o, Təqsirləndirilən şəxs1la danışıb, aparıb onun yaşadığı Biləsuvar rayonun Ağalıkənd kəndində onun evində onun özünə vermişdir. Təqsirləndirilən şəxs1 da həmin puldan ona 50 manat pul vermişdir. Bundan başqa Beyləqan rayonun Qaralılar kənd sakini Zərərçəkmiş şəxs2 2022-ci ilin avqust ayının otalarında dəqiq günü xatırlamadığı vaxtda onun yaşadığı İmişli rayonun Sarıxanlı kəndinə yaşadığı evə gəlmiş, ona bildirmişdir ki, almış olduğu təqaüd pulu dayandırılmışdır, həmin dayandırılmış pensiyasını bərpa edə bilib-bilməyəcəyini ondan soruşmuşdur. O isə tanışı Təqsirləndirilən şəxs1 soyadlı şəxs olduğunu və dayandırılmış pensiyaların bərpa olunmasını o, bilir deyə bildirmiş, yaşadığı evdə Təqsirləndirilən şəxs1la danışmış və Təqsirləndirilən şəxs1 Ocaqqulu Abldullayevin dayandırılmış pensiyasını bərpa etmək üçün 7000 manat pul istəmişdir. Ocaqulu Abdullayev ona elə həmin vaxtı 3000 manat pul vermiş və o, Ocaqquludan almış olduğu həmin 3000 manat pulu aparıb Biləsuvar rayonun Ağalıkənd kəndində Təqsirləndirilən şəxs1 özünə vermiş və Təqsirləndirilən şəxs1 həmin puldan ona 150 manat pul vermişdir. Həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 mobil telefonunu Zərərçəkmiş şəxs2 vermiş və onlar özləri də biri-biri ilə danışmış və bundan bir necə gün sonra o, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs2lə danışmış və Təqsirləndirilən şəxs1 ona Ocaqqulu ilə birlikdə pulu götürüb Bakı şəhərinə gəlməyini istəmiş və birlikdə Zərərçəkmiş şəxs2lə Bakı şəhərinə getmiş və 4200 manat pulu 20 yanvar metrostansiyasının yaxınlığında saat təxminən 15 radələrində Ocaqqulu onun yanında Niyaməddinə vermişdir. Bundan başqa o, Füzuli rayonun Zobucuq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs8 adsoyadlı şəxsdən onun dayandırılmış pensiyasını bərpa etmək üçün 5500 manat pulu 2022-ci ilin oktyabr ayında yaşadığı İmişli rayonun Sarıxanlı kəndində yerləşən evində almışdır. Həmçinin onun xəstəliklə bağlı tibbi kartasını da ondan almış, lakin o, Elşəndən aldığı pulu Təqsirləndirilən şəxs1 vermiş, Niyaməddin də ona həmin puldan 80 manat pul vermişdir. Elşənin tibb kartası isə Niyaməddində qalmış. Niyaməddinin Elşənlə pulla bağlı aralarında söhbətləri olmamışdır. Bundan başqa o, Füzuli rayonun Zobucuq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs7 3800 manat pul almış, lakin, aldığı pulu o, Niyaməddinə vermişdir, Niyaməddin isə həmin puldan ona cəmi olaraq 100 manat pul vermişdir. Hətda onlar Bakı şəhərinə aparan taksi sürücüsü Telman adlı şəxsə Natiq yol kirəsi olaraq 100 manat pul vermişdir. Həmin pulun 50 manatını Zərərçəkmiş şəxs8 və 50 manatını da Zərərçəkmiş şəxs7 taksi sürücünə özləri vermişdir. Həmin pulun 2500 manatını 25 oktyabr 2023-cü il tarixdə saat təxminən 11 radələrində yaşadığı Sarıxanlı kəndində yerləşən evində, 15 yanvar 2023-cü il tarixdə saat təxminən 11 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən X24 Xəstəxanasının yaxınlığında 1000 manat pulu avtomobilin içərisində və sonuncu dəfə 300 manat pulu isə 15 fevral 2023-cü il tarixdə saat təxminən 12 radələrində Füzuli rayonu, Qayıdış yolu deyilən avtomobil yolunun kənarında Zərərçəkmiş şəxs7la görüşüb ondan almışdır. Bundan başqa, Əfsər adlı Füzuli rayonu Zobucuq qəsəbə sakinindən dayandırılmış pensiyasını bərpa etmək üçün ümumilikdə 7200 manat məbləğində pul alaraq Niyaməddinə vermiş, Əfsəri onunla Şahid tanış etmişdir. Əfsərlə danışdıqdan sonra Niyaməddinlə bu barədə danışmış və ona Əfsərin işini düzəltmək üçün 8000 manat pul lazım olmasını demiş, ona görə də o, da Əfsərlə bu haqda danışmış və Əfsərlə arasında olan razılığa əsasən 7200 manat pul verməli olmuş, iş düzələndən sonra ona qalan 800 manat pulu da verəcəkdi. Bundan sonra, Əfsər 19 iyul 2022-ci il tarixdə saat 10 radələrində X25 rayonu 1 saylı Qayıdış qəsəbəsinin ərazisində görüşərək razılaşdıqları 8000 manat pulun 3000 manatını, 05 avqust 2022-ci il tarixdə isə 4200 manat olmaqla ümumilikdə 7200 manat pulu alıb onun yaşadığı evə gətirmiş, sonradan isə həmin pulları Niyaməddinin yaşadığı Biləsuvar rayonu Ağalıkənd kəndi ərazisinə gedib həmin kənddə Niyaməddinin yaşadığı evdə sonuncuya vermişdir. Həmin pullardan Telmana hər hansı məbləğdə pul verməmiş, həmin 7200 manat məbləğində puldan Niyaməddin ona 200 manat pul vermişdir. Telman sadəcə olaraq Əfsəri onunla tanış etmiş, Telmanın işdə hər hansı marağı olmamışdır, Əfsəri tanış etməsi üçün Telmana hər hansı məbləğdə pul verməmişdir. Hazırda öz əməllərindən səmimi peşmandır, ümumilikdə dəymiş 31680 manat ziyanın məbləğindən 19180 manat özü ödəmişdir, yaxın gələcəkdə ödənilməmiş qalan 12500 manat ziyanı da ödəyəcəkdir. Səhhətini, yaşını, dəymiş ziyandan qismən təkbaşına ödəməsini nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. İş üzrə əvvəlki məhkəmə iclaslarında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 Yusibəli oğlu, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq edib, eyni məzmunlu ifadələr verdilər, həmçinin, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 Yusubəli oğlu, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 ərizə ilə məhkəməyə müraciət edib, onlara iş üzrə vurulmuş maddi ziyanın onlara ödənildiyini, şikayət və tələblərinin olmadığını bildirmişlər. Digər Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş 7200 manat maddi ziyandan 4000 manat ödənildiyini, 3200 manat pulun isə ödənilmədiyini və həmin məbləği tələb etdiyini bildirmişdir. İş üzrə əvvəlki məhkəmə iclaslarında Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, 2014-cü ildən 2019-cu ilin avqust ayınadək İİ qrup ümumi əlilliklə bağlı 243 manat təqaüd almışdır. Həmin təqaüdü dayandırıldığından Beyləqan rayon ərazisinə həkim müayinəsindən keçmək üçün getmişdir. Sonradan xəstəliklə bağlı həkim müayinəsindən keçmək elektronlaşdırıldığından o, həkim müayinəsindən keçərkən bu vaxta qədər həkim müayinələrindən keçmədiyi və aldığı təqaüd pulunun dayandırılacağı bildirilmişdir. O, Beyləqan rayon xəstəxanasında olarkən orada 2022-ci ilin oktyabr ayında X14 ilə təsadüfən tanış olmuşdur. Həsənlə tanış olandan sonra Həsən ona bildirmişdir ki, onun Niyaməddin Abbasov adlı tanışı var və Niyaməddin dayandırılmış pensiyasını bərpa edilməsində ona köməklik göstərə bilər. O, Həsənlə söhbət edərkən ona hansı qaydada təqaüdünün düzəlməsi barədə soruşmuş, Həsən ona təqaüdün bərpa olunması üçün 3800 manat pul istəmişdir. O, Həsənlə razılaşmış və razılaşdığı pulun 2500 manatını 25 oktyabr 2023-cü il tarixdə Füzuli rayonundan götürüb saat təxminən 11 radələrində İmişli rayon Sarıxanlı kəndində Təqsirləndirilən şəxs2 yaşadığı evdə gəlib vermişdir. O, pulu Həsənə verəndən sonra Həsən ona bildirmişdir ki, xəstəliklə bağlı sənədləri də götürüb qalan pulu da gətirməyi və münasib vaxtda Bakı şəhərinə gedəcəyini bildirmişdir. O, xəstəliyi ilə bağlı Füzuli rayon mərkəzi xəstəxanasında olan tibbi kartasını götürmüş və 2022-ci ilin yanvar ayının ikinci həftəsində yəni, 15 yanvar 2023-cü il tarixdə saat təxminən 6 radələrində Füzuli rayonundan yaşadığı evdən həmkəndlisi Zərərçəkmiş şəxs8 ilə çıxmış və Füzuli rayonun Qayıdış yolu deyilən yerə gəlib orada Həsənin göndərdiyi Telman adlı taksi sürücüsü ilə zəngləşdiyi üçün onları yoldan götürmüş, oradan çıxıb İmişli rayonuna Təqsirləndirilən şəxs2 yaşadığı evə gəlmişlər və birlikdə Bakı şəhərinə yollanmışlar. Avtomobili sürücü Telman adlı şəxs idarə edirmiş, avtomobildə o, Zərərçəkmiş şəxs8 və Təqsirləndirilən şəxs2 olmuşdur. Birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Akademik Mirqasımov adına Respublika X24 Xəstəxanasının həyətinə gəlmişlər. Saat təxminən 11 radələri idi. Orada o, ilk dəfə Təqsirləndirilən şəxs1 görüb tanış olmuşdur. Orada Həsən onlara Niyamədin Abasovun həkim olduğunu bildirib demişdir. O, tibb kartasını orada Təqsirləndirilən şəxs1 vermiş və Niyaməddin ona Zərifə Əliyeva adına göz xəstəxanasından keçməyi bildirmiş, Telmana bildirmişdir ki, onu xəstəxanaya aparsın və Natiq Zenalov gedib orada həkim müayinəsindən keçməlidir. O, Telman ilə birlikdə xəstəxanaya gedib orada həkim qəbulu ilə bağlı elektron qəbulu almışdır. Lakin, orada çoxlu sayda xəstələr olmuş və həkim qəbuluna düşə bilməmişdir. Orada həkim müayinəsindən keçə bilməyəcəyini bildiyindən Telman orada Niyaməddinlə danışmış və həkim qəbuluna düşmək mümkün olmadığının bildirmişdir. Bundan sonra Niyaməddin bildirmişdir ki, artıq həkim qəbuluna düşmək üçün çek almışsınızsa problem yoxdur, əsas həmin çekdir və qayıdıb gəlməyi istəmişdir. O, Telman adlı şəxslə birlikdə yenidən Respublika X24 Xəstəxanasının həyətinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs1 ondan tibb kartasını almış və məsələni özü həll edəcəyini bildirmişdir. Bundan sonra o, tibbi kartasını Niyaməddinə vermişdir. Daha sonra gəlib maşına əyləşmiş və maşının içərisində o, Həsənə 1000 manat pulu saat təxminən 11 radələrində Zərərçəkmiş şəxs8, Təqsirləndirilən şəxs1 və Telman adlı taksi sürücüsünün yanında vermişdir. Həmin pulu da Həsən Telmana vermiş və ona pulu aparıb Niyaməddinə verməsini istəmişdir. Onun yanında Təqsirləndirilən şəxs1 Telman adlı taksi sürücüsündən pul almasını isə görməmiş, nə də ki, Niyaməddinlə bağlı aralarında hər hansı bir məbləğdə pul söhbəti olmamış, nə də ki, o, Niyaməddinə pul verməmişdir. Daha sonra Həsən onunla yenidən zəngləşmiş və ondan qalan 300 manatı pulu istəmiş və o, Həsənə Füzuli rayonunda olduğunu bildirmiş, Həsən ona pulu hazır etməyi və gəlib götürəcəyini bildirmişdi. 15 fevral 2023-cü il tarixdə Həsən onunla zəngləşmiş və onunla Füzuli rayonun Qayıdış yolunda görüşmüş və ona həmin vaxt saat təxminən 12 radələrində 300 manat pulu Telman adlı taksi sürücüsünün yanında vermişdir. Həsən həmin pulu həkimə vermək lazım olmasını və sənədlərin artıq hazır olmasını bildirib almışdır, lakin almış olduğu pula görə onun təqaüdü bərpa etməmiş və onu Həsən aldatmışdı. Bundan sonra o, pulunu dəfələrlə geri qaytarmağı Həsəndən tələb etsə də, Həsən pulunu geri qaytarmamışdır. Hazırda da o, pulu Həsənə verdiyindən həmin pul məbləğini Həsəndən tələb edir. İş üzrə əvvəlki məhkəmə iclaslarında Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, 2016-cı ildə Qarabağ əlili kimi ona İİ qrup Qarabağ əlili kimi təqaüd kəsilmiş, həmin təqaüdü 2021-ci ilin may ayında dayandırılmıdı. Zobcuq qəsəbəsində yaşadığı üçün tanışı və onunla eyni qəsəbədə yaşayan Zərərçəkmiş şəxs6 soyadlı şəxs bildirmişdir ki, onun Təqsirləndirilən şəxs2 adında tanışı var və o, dayandırılmış təqaüdlərin bərpa olunması ilə məşğul olur və bu işdə Həsən köməklik edə bilər demişdir. Həmçinin Əfsər dayandırılmış pensiyasını Həsənin sürücüsü Telman adlı şəxsin bərpa etməkdə ona köməklik göstərdiyini demişdir. O, Əfsərə birlikdə Həsəni tapmağı və onunla söhbət etmək istədiyini demiş, Əfsər onunla razılaşmış və 2022-ci ilin oktyabr ayının əvvəllərində birlikdə özünə məxsus VAZ-21074 minik markalı **-UN-*** dövlət qeydiyat nişanlı avtomobili ilə İmişli rayonuna Təqsirləndirilən şəxs2 evinə gəlmiş və Həsənlə söhbət edib ona pensyiasının dayandırıldığını bildirmişdir. Həsən ona narahat olmamağı və dayandırılmış pensiyanı bərpa etməkdə köməklik göstərə biləcəyini, bunun müqabilində ondan 5500 manat pul və tibbi kartasını gətirməyi istəmişdir. O, da heç bir narazılıq olmadığını və həmin pulu 1 həftəyə verər deyib razılaşmışdır. Həmin ərəfədə təxminən Həsənlə görüşündən bir həftə sonra 5500 manat pul düzəltmiş və Füzuli rayon xəstəxanasından tibbi kartasını götürüb özünə məxsus avtomobillə 2022-ci ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs2 yaşadığı İmişli rayonun Sarıxanlı kəndinə onun yaşadığı evə gəlmiş və özündə olan tibbi kartasını və 5500 manat pulu Təqsirləndirilən şəxs2 saat təxminən 11 radələrində Həsənə vermişdir. Təqsirləndirilən şəxs2 ona təqaüdün 1 aya, uzağı 2 aya bərpa olunacağını bildirmişdi. Bundan sonra Həsənlə bir necə dəfə əlaqə saxlamış və Həsən ona yanvar ayının ortalarında bildirmişdi ki, Zobcuq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs7 da təqaüdünü düzəldir və onunla birlikdə gəlməyi və birlikdə Bakı şəhərinə gedəcəklərini və işi həll edəcəyini bildirmişdir. O, da Zərərçəkmiş şəxs7 tapıb ona məsələ barədə danışmış və orada ona məlum olmuşdur ki, Həsən Natiqin dayandırılmış pensiyasını 3800 manata bərpa edəcək və əvvəlcədən də ona Natiq 2500 manat pul verib. O, Natiqlə birlikdə Həsənlə zəngləşmiş və Bakı şəhərinə çıxmaq gərarına gəlmişlər və Həsən onların arxasınca Bakı şəhərinə getmək üçün Telman adlı taksi sürücüsünü göndərmiş, həmin sürücü onu və Natiqi Füzul rayonun Qaydış avtomobil yolundan götürmüş və Sarıxanlı kəndinə gətirmiş, oradan da saat təxminən 8 radələrində Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhərində Yasamal rayonu ərazisində Akademik Mirqasımov adına Respublika X24 xəstəxanasının həyətində avtomobildən yerə düşüb orada ilk dəfə Təqsirləndirilən şəxs1 görüb tanımışdır. Həmin vaxt o, Həsənin sözü ilə canlı baxışdan keçmək üçün Bakı şəhərinə-X11 gedirmiş. Orada olarkən Natiq onu yanında Təqsirləndirilən şəxs2 1000 manat avtomobilin içərisində pul vermiş və orada bir yerdə olarkən Niyaməddin Natiqə bildirmişdir ki, Zərifə Əliyeva adına göz xəstəlikləri xəstəxanasına getsin, oradan çıxıb Əlilərin Bərpa mərkəzinə canlı baxışdan keçmək üçün getsin. O, baxışdan keçdikdən sonra yenidən X24 Xəstəzanıasının yanına gəlmiş və oradan canlı baxışan keçdiyini Həsənə bildirmişdir. Ora gələndə artıq Niyaməddini orada görməmiş, Natiq isə həkimdən keçə bilmədiyini və Niyaməddin sənədləri ondan götürdüyünü və özü yazdıracağını demişdir. Daha sonra orada yeməkxanaların birində yemək yeyib hərə öz yaşadığı evə qayıtmaq üçün yola düşmüşlər. Bakı şəhərinə getmək üçün isə taksi sürücüsü Telmana o və Natiq hərəsi 50 manat yol pulu vermişlər. Bundan bir neçə ay keçmiş, təqaüdü bərpa olunmamış, imtina gəlmiş və o, bu barədə Həsənə bildirmiş və ona verdiyi 5500 manatı ondan geri istəmişdir. Həsən isə pulu Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. O, isə Həsənə Niyaməddini tanımadığını, pulu ona verdiyini və qaytarmağı ondan tələb etsə də, Həsən onu aldatmışdır. Hazırda da o, pulu Həsənə verdiyindən həmin pul məbləğini Həsəndən tələb edir. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Füzuli rayonu Dilağarda kəndində qeydiyyatda olmaqla yaşayır. Özü İ Qarabağ müharibəsində iştirak etmiş, hərbi travma almış və İİİ qrup əliliyi var. O, İmişli rayonu Sarıxanlı kənd sakini Təqsirləndirilən şəxs2 tanıyır. Onunla arasında hər hansı bir düşmənçiliyi və ya ədavətim yoxdur. Münasibəti onunla daima yaxşı olmuş, Təqsirləndirilən şəxs1la tanışlığı Təqsirləndirilən şəxs2 vasitəsi ilə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 İmişli rayonunda Qaçqınların və Məcburi köçkünlərin idarəsində işləyəndən bəri tanıyır. 1994-cü ildən etibarən Həsənlə münasibəti daima yaxşı olmuş və biri-birinin evinə ailəvi gediş-gəlişləri var. Füzuli rayonunun Seyidəhmədli kənd sakini Zərərçəkmiş şəxs6 Yüsül oğlu ona ümumilikdə 7200 manat pul vermişdir. Belə ki, 2022-ci ilin iyul aylarının ortalrında o, Bakı şəhəri X5muşdur. Həmin vaxtı o, Bakı şəhərinə Təqsirləndirilən şəxs2la getmiş, həmin vaxt Həsən pensiya alan az yaşlı uşağı canlı baxışdan keçirmişdir. O da taksi kimi ora getmiş, həmin vaxt mərkəzin qarşısındakı çayxananın qarşısında Zərərçəkmiş şəxs6la qarşılaşmış və onunla hal əhval tutmuş, Əfsər ondan nə məqsədlə gəlməyi soruşmuş, o, isə Əfsərə bildirmişdir ki, canlı baxışdan keçib əlilik alması üçün Həsən adlı şəxs adam gətirib keçirdir. Əfsər ondan kömək istəmiş və o da keçmək istədiyini demiş, o isə bu işlə Təqsirləndirilən şəxs2 məşqul olmasını bildirmişdir. Sonra kafedə əyləşmiş və Əfsər sənədlərini Həsənə göstərmiş və bildirmişdir ki, onun Niyaməddin adlı tanışı var və bu işləri o, görür. X17, yəni, Əfsərin təqaüdünün bərpa olunması məqsədi ilə öz aralarında danışmış və 7200 manata orada razılaşmışlar. Bundan sonra Əfsərdən onun sənədlərini Təqsirləndirilən şəxs2 götürmüş, bundan sonra Həsən Əfsər ilə telefonda danışmış və ona işinin düzəldiyini demiş və pulu onun vasitəsi ilə göndərməsini istəmişdir. Bu sözləri ona Həsən demiş, 19 iyul 2022-ci il tarixdə o, Əfsərlə telefonda danışmış və ondan 3000 manat pulu Füzuli rayonun Qayıdış qəsəbəsində telefonla danışıb götürmüş və həmin günü pulu Həsənin yaşadığı evə gətirmiş, sonra pulu Həsənlə birlikdə Biləsuvar rayonunun Ağalıkənd kəndinə, yəni Təqsirləndirilən şəxs1 evinə aparıb vermişdir. X22 Nəcəfov vermiş, daha sonra bir neçə gün üstündən keçəndən sonra 05 avqust 2022-ci il tarixdə Əfsər yenidən ona zəng etmiş, gəlib ondan pulu götürməyi istəmiş və o, 4200 manat pulu gedib Zərərçəkmiş şəxs6 saat təxminən 10 radələrində Füzuli rayonunun, Qayıdış yolu deyilən yerdə ondan götürüb İmişli rayonunun Sarıxanlı kəndinə gəlmiş və həmin pulu Təqsirləndirilən şəxs2 vermişdir. Daha sonra birlikdə həmin pulu aparıb Biləsuvar rayonunun Ağalıkənd kəndində Təqsirləndirilən şəxs1 vermiş, bu işlə bağlı taksi kimi avtomobili ilə getdiyi üçün Həsən yol pulu olaraq hər dəfə 50 manat olmaqla ona 100 manat pul vermişdir. Məhkəmə iclasında ibtidai istintaqda toplanılmış sübutlar tədqiq edilmişdir: İş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs1 ilə təqsirləndilən Təqsirləndirilən şəxs2 və iş üzrə Şahid arasında üzləşdirmədə dindirmə istintaq hərəktləri keçirilmiş, Təqsirləndirilən şəxs1 ifadələrində Zərərçəkmiş şəxs5 2000 manat,Zərərçəkmiş şəxs7 2500 manat, Zərərçəkmiş şəxs3 1000 manat, Oqtay Quliyevin 600 manat və bir ədəd 80 manat dəyərində hind quşunun sonuncu tərəfindən pay olaraq verildiyini, qeyd olunan məbləğdə pulları Təqsirləndirilən şəxs2 vasitəsi ilə almasını, lakin Əfsər Hüseynovun 4000 manat pulunu isə Şahid və Təqsirləndirilən şəxs2 vasitəsi ilə almasını bir daha göstərmişdir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7 ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə dindirmə istintaq hərəkətləri keçirilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs8 5500 manat pulu 2022-ci ilin oktyabr ayının ortalarında saat 11 radələrində İmişli rayonu Sarıxanlı kəndində Təqsirləndirilən şəxs2 evində sonuncuya verdiyini göstərmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs7 isə 3800 manat puldan 2500 manatını 25 oktyabr 2022-ci il tarixdə saat təxminən 11 radələrində İmişli rayon Sarıxanlı kəndində, 1000 manat pulu 15 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Akademik Mirqasımov adına Respublika Kliniki Mərkəzi Xəstəxanasının həyətində və 300 manat pulu isə 15 fevral 2023-cü il tarixdə saat 15 radələrində Füzuli rayonun Qayıdış yolu deyilən yerdə Təqsirləndirilən şəxs2 verməsini göstərmişdir. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü müdafiə üçün dəlillər gətirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərdən aldığı pulların bir hissəsini ona verməməsini, həmin şəxslərin pullarını ələ keçirmədiyi üçün cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilməsini göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özünü müdafiə üçün gətirdiyi dəlillər, digər Təqsirləndirilən şəxs2 ifadələri, onun qismən etirafedici ifadəsi, zərərçəkmiş və şahid ifadələri, üzləşdirmə protokolları, eləcə də işdə olan digər istintaq materialları ilə tam təkzib edilərək, yəni Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri tam sübuta yetirilmişdir. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü müdafiə üçün dəlillər gətirərək göstərmişdir ki, zərərçəkmiş şəxslərdən aldığı pulları Təqsirləndirilən şəxs1 verməsini, həmin pullardan ona ümumilikdə 2000 (iki min) manat məbləğində pul çatmasını, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərin pullarını ələ keçirməsini bildirərək cinayət əməllərini törətməkdə özünü təqsirli bilməməsini, həmçinin 04 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə ərizə ilə müraciət edərək bir neçə şəxsdən ümumilikdə 48 000 manat məbləğində pul alaraq Təqsirləndirilən şəxs1 verməsini və sonuncunun həmin məbləğdə pulları ələ keçirərək ona qarşı dələduzluq etməsini bildirməklə həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini və dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 09 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokuorluğunun elektron ünvanına, 04 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasının Vitse Prezidentinə və 31 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edərək bir neçə şəxsdən ümumilikdə 50125 manat məbləğində pul alaraq Təqsirləndirilən şəxs1 verməsini və sonuncunun həmin məbləğdə pulları ələ keçirməsini bildirməklə həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini və dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özünü müdafiə üçün gətirdiyi dəlillər, onun qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, zərərçəkmiş şəxslərlə üzləşdirilməsi, Şahid digər Təqsirləndirilən şəxs1 ilə üzləşdirilməsi, onun cinayət işi üzrə digər Təqsirləndirilən şəxs1 ilə üzləşdirilməsi, həmçinin digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayətlərin onların tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlilərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Araşdırma zamanı Azərbaycan Respublikası DİN-nin Baş X3 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və iş materiallarından görünür ki, Abasov X6 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29, 178.2.1, 29,178.2.2, 32.4, 308.1, 32.4, 312.2, 32.4, 313, 320.1, 320.2-ci maddələri ilə təqsirli bilinib, CMnin 66.3, 66.4,-cü maddələrinə əsasən, 1 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzasına məhkum edilməklə, 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 il 6 ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər məhkəməsinin 20 oktyabr 2023cü il tarixli hökmü ilə CM-nin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 20 oktyabr 2023-cü il tarixdən hesablanmış, həmin hökmdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün müstəqil icra edilməsi göstərilmişdir. Bundan sonra, Abasov X8 RM-nin xx.xx.2024-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 05 il müddətə azadlıqdan məhrumetə cəzası, CM-nin 66.5-ci maddəsinə əsasən, hazırkı cəzası ilə qismən toplanmaq yolu ilə və CM-nin 68.1.1-1 maddəsində nəzərdə tutulmuş qaydada hesablanmaqla, o, qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən, həmin 06 il müddətə azadlıqdan məhrum etmə cəzasından 16 iyun 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixə kimi, yəni, 04 ay, 04 gün müddətdə həbsdə və ev dustağlığında olması 1 günə 1 gün hesablanıb çıxılmaqla üzərində 05 il, 07 ay, 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli Bakı Ağır Cinayətlər məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş xx.xx.2023-cü il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməsi müəyyən edilmiş, yenə də, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün müstəqil icra edilməsi göstərilmişdir. İş materiallarına əsasən o da müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə cinayət əməllərini 8 epizod üzrə 8 zərərçəkmiş şəxsə qarşı, ümumilikdə 31680 manat məbləğində maddi ziyan vurmaqla, 2021-ci ilin oktyabr ayının əvvəllərində, xx.xx.2021-ci ildə, 2022-ci ilin fevral ayının ortalarında, xx.xx.2022-ci ildə, 2022-ci il oktyabr ayının ortalarında, 2022-ci ilin avqust ayında, xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə törətmişlər. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə görə, cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli qərarının 5-ci bəndinin “C” hissəsinə görə, şərti məhkum edilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 Yusibəli oğlu, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3 Yusibəli oğlu, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 dəymiş maddi ziyanın təkbaşına onun tərəfindən tam ödənilməsini və həmin zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanı təkbaşına qismən ödəməsini, şəkərli diabet xəstəsi olmasını, İİ qrup əlil olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 onlara dəymiş maddi ziyanla əlaqədar məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024 –cü ilı tarixdə saxlanılıb, istintaqa təhvil verilmiş və həmin gün barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur, xüsusi müsadirə təyin edilməsi üçün əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin. Ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 barəsində CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29, 178.2.1, 29,178.2.2, 32.4, 308.1, 32.4, 312.2, 32.4, 313, 320.1, 320.2-ci və CM-nin 66.3, 66.4-cü maddələri ilə təyin edilmiş 1 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, CM-nin 70-ci maddəsinə əsasən 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına 01 il 06 ay sınaq müddəti ilə tətbiq edilmiş şərti məhkum etmə, CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilsin, Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilib, üzərində 1 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublası CM-nin 66.5-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş, 06 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanıb, ona qəti olaraq 1 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublası CM-nin 69.3-cü maddəsinə əsasən 16 iyun 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixə kimi, yəni 04 ay, 04 gün müddətdə həbsdə və ev dustağlığında olması 1 günə 1 gün hesablanıb çıxılmaqla, üzərində qəti olaraq 07 (yeddi) il, 07 (yeddi) ay, 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş xx.xx.2023-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 31 yanvar 2024-cü il tarixdə saxlanıldığı 1 gün müddət iki gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 yaşadığı İmişli rayonu, Sarıxanlı kəndi ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi İmişli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar