Məhkəmə qərarları › İş №1(064)-50/2024

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-50/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-50/2024 18.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Füzuli rayonu, Horadiz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, Füzuli rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 08 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Füzuli rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli Amnistiya elan edilməsi haqqında qərarın 4-cü bəndinə əsasən cəzası 06 ay müddətinə azaldılmış və xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla ödənilməmiş və götürülməmiş, yəni qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məhkumluğu qanunla ödənilməmiş və götürülməmiş cinayətlərin residivi formasında istintaqa məlum olmayan mənbədən, eləcə də istintaqa məlum olmayan vaxtda qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd kibrit qutusunda xeyli miqdarda, yəni təmiz çəkisi 7,0 qram narkotik vasitə olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində qanunsuz olaraq saxlayaraq 30 may 2024-cü il tarixdə, saat 11 radələrində Füzuli rayonu, Horadiz şəhəri ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsi istiqamətində qanunsuz olaraq daşımışdır. O, 30 may 2024-cü il tarixdə, saat 11:45 dəqiqədə Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Füzuli rayonu, Horadiz şəhəri ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən binasına gətirilmiş, onun üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarın sağ cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşıdığı 01 ədəd kibrit qutusunda xeyli miqdarda, yəni təmiz çəkisi 7,0 qram çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində törətdiyi cinayət əməllərini etiraf edərək göstərmişdir ki, o, cəzaçəkmə müəssəsindən qayıtdıqdan sonra heç yerdə işləmir. Təxminən 10 ildir ki, Füzuli və ətraf rayonlardan tanımadığı şəxslərdən narkotik vasitə olan marixuana əldə edərək siqaretə doldurub çəkir. 30 may 2024-cü il tarixdə, saat 11 radələrində Füzuli rayonu, Horadiz şəhəri ərazisində yerləşən kafelərin birində səhər yeməyi yemək üçün yaşadığı məscid binasından çıxaraq piyada “Azpetrol” yanacaqdoldurma məntəqəsi istiqamətində gedərkən yolun kənarında yerdə 1 ədəd kibrit qutusu görərək götürmüş və həmin kibrit qutusunu götürüb içərisinə baxarkən kibrit qutusunu içərisində xırda doğranmış vəziyyətdə yaşıl kütlə görüb iylədikdə həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuananın olduğunu bilib kənar şəxslərin görməməsi üçün kibrit qutusunu dərhal cibinə qoymuşdur. O, kibrit qutusunda olan qurudulmuş marixuananı siqaretə doldurub çəkmək üçün həmin yerdən 50-60 metr uzaqlaşdıqdan sonra markasını bilmədiyi bir nəqliyyat vasitəsi onun yanında saxlamış, avtomobildən yerə düşən üç nəfər mülki geyimli şəxslər özlərini polis əməkdaşları kimi təqdim edərək onu Füzuli Rayon Polis Şöbəsinə gətirmişlər. Füzuli Rayon Polis Şöbəsində polis əməkdaşlarının və müdafiəçisi Müdafiəçi iştirakı ilə videoçəkilişlə şəxsi axtarışı aparılarkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusu, iki ədəd alışqan, sağ arxa cibindən cib dəsmalı, əynində olan gödəkçəsinin sol cibindən bir ədəd «Samsunq» markalı mobil telefon aparatı, hərbi bileti, «Bakukart» şəxsiyyət vəsiqəsi, "xxxx" Bank ASC-yə məxsus plastik kartı, içərisində 10 ədəd siqaret olan «Argo» markalı siqaret qutusu aşkar edilərək götürülmüşdür. Hazırda əməlindən peşimandır, yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 30 may 2024-cü il tarixdə, saat 11:45-də Füzuli rayonu, Horadiz şəhər sakini əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə edərək üzərində daşıması barədə qərəzsiz və etibarlı mənbədən əməliyyat məlumatı daxil olduqdan sonra əməliyyat qrupu yaradılmışdır. O, qrup üzvləri ilə birlikdə həmin gün saat 11:45-də Təqsirləndirilən şəxs Füzuli rayonu, Horadiz şəhəri «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olan zaman saxlayaraq Füzuli Rayon Polis Şöbəsinə gətirmişlər, Füzuli Rayon Polis Şöbəsində Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Müşfiq Məmişov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra saat 12:30-da onun, cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 və müdafiəçisi Müdafiəçi iştirakı ilə videoçəkilişlə şəxsi axtarışı aparılmış, şəxsi axtarış zamanı onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində spesfik iyi olan doğranmış vəziyyətdə yaşıl kütlə, iki ədəd alışqan, sağ arxa cibindən göy rəngli cib dəsmalı, əynində olan gödəkçəsinin sol cibindən bir ədəd «Samsunq» markalı mobil telefon aparatı, hərbi bileti, «Bakukart» şəxsiyyət vəsiqəsi, "xxxx" Bank ASC-yə məxsus plastik kartı, içərisində 10 ədəd siqaret olan «Argo» markalı siqaret qutusu aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs kibrit qutusunda olan kütlənin qurudulmuş marixuana olduğunu, həmin kibrit qutusunu yerdən tapdığını və öz istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Həmin kibrit qutusu elektron tərəzidə çəkilərkən ümumi çəkisi 10.2 qram olduğu müəyyən edilmiş, təhqiqatçı Müşfiq Məmişov tərəfindən bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuana qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir.Həmin protokol iştirakçılara oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı iclaslarına şahid qismində dindirilmək üçün bir neçə dəfə lazımi qaydada çağırılsa da, üzrlü səbəbdən gəlmədiyinə görə Azərbaycan Respublikası CPM-in 337.2 və 329.1-ci maddələrinə əsasən cinayət prosesi tərəflərinin, xüsusilə də təqsirləndirilən şəxs və onun müdafiəçisinin razılığı ilə iş üzrə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadələri məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Füzuli RPŞ-nin əməliyyat müvəkkilli Şahid1 və Füzuli Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 həmin ifadələrində işin halları barədə Təqsirləndirilən şəxs və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları ilə eyni məzmunda göstərmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: Füzuli Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı X5 tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması haqqında 30 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün saat 12:30-da ünvan 4 ünvanında yerləşən inzibati binasında müdafiəçisi Azərbaycan Respublikası vəkillər kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarışı aparılarkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd içərisində yaşıl kütlə olan kibrit qutusu, iki ədəd alışqan, şalvarının sağ arxa cibindən cib dəsmalı, əynində olan gödəkçəsinin sol cibindən bir ədəd «Samsunq» markalı mobil telefon aparatı, hərbi bilet, «Bakukart» şəxsiyyət vəsiqəsi, "xxxx" Bank ASC-yə məxsus plastik kart, içərisində 10 ədəd siqaret olan «Argo» markan siqaret qutusu aşkar edilərək götürülmüşdür. İçərisində qurudulmuş marixuana olan kibrit qutusu elektron tərəzidə çəkilərkən 10.2 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışı videoçəkilişlə aparılaraq 01 ədəd diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmiş və 15 avqust 2024-cü il tarixdə sübutların qiymətləndirilməsi haqqında qərarda 6,98 qram narkotik vasitə olan qurudulmuş marixuananın maddi sübut kimi tanınaraq saxlanılması üçün Füzuli Rayon Polis Şöbəsində təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı onun üzərindən aşkar edilmiş iki ədəd alışqan, bir ədəd cib dəsmalı, bir ədəd «Samsunq» markalı mobil telefon aparatı, hərbi bileti, «Bakukart» şəxsiyyət vəsiqəsi, "xxxx" Bank ASC-yə məxsus plastik kartı, içərisində 10 ədəd siqaret olan «Argo» markalı siqaret qutusu aşkar edilərək götürülmüş və həmin əşyalar 31 may 2024-cü il tarixdə istintaq bölməsinin rəisi polis mayoru Adil Səmədov tərəfindən qəbzlə Təqsirləndirilən şəxs qaytarılmışdır. Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» Publik hüquqi şəxs «Füzuli rayon Mərkəzi xəstəxanası» publik hüquqi şəxsdən verilmiş 7 iyun 2024-cü il tarixli, 18- 1-36/2-632/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon Mərkəzi xəstəxananın Narkoloji və ruhi-əsəb disponserində xəstə kimi qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsindən verilmiş 30 may 2024-cü il tarixli, 3-16-16/2-18/541 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı» na daxildir (İ siyahı). Ekspert rəyinə əsasən 7,00 qramdan 0,02 qram tədqiqata sərf olunmuş 6,98 qram narkotik vasitə olan qurudulmuş marixuana istintaq bölməsinin rəisi polis mayoru Adil Səmədovun 04 iyun 2024-cü il tarixli qərarı ilə maddi sübut kimi tanınaraq saxlanması üçün Füzuli Rayon Polis Şöbəsinə təhvil verilmiş və 15 avqust 2024-cü il tarixdə sübutların qiymətləndirilməsi haqqında qərarda 6,98 qram narkotik vasitə olan qurudulmuş marixuananın maddi sübut kimi tanınaraq saxlanılması üçün Füzuli Rayon Polis Şöbəsində təhvil verilməsi nəzərə alınmışdır. "xxxx" MMC-dən 16 iyul 2024-cü il tarixdə Füzuli Rayon Polis Şöbəsinə daxil olmuş məktubdan görünür ki, ********* saylı nömrənin xx.xx.2024-cü il saat 09:00-dan xx.xx.2023cü il saat 12:00-dək müddətində SMS mətni aşkar edilməmişdir. 517354594, ********* və ********* saylı nömrələrin xx.xx.2024-cü il saat 09:00-dan xx.xx.2023-cü il saat 12:00-dək müddətində Azercell şəbəkəsində istifadəsi aşkar edilməmişdir. Birinci fayldan görünür ki, 517354594,514423165, ********* və ********* saylı nömrələr Füzuli rayonu, Horadiz şəhəri, 20 yanvar küçəsi,ev 1-də pasport qeydiyyatında olan xx xxxx 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adınadır. ********* saylı nömrə deaktivdir. İkinci fayldan görünür ki, xx.xx.2024-cü il saat 09:00-dan xx.xx.2024-cü il saat 12:00- dək müddətində ********* saylı nömrəyə daxil olan və çıxan SMS-lər göstərilmişdir. SMS-lər 2500-dan, 9155, 9600 və Kapital Bankdan daxil olmuşdur. SMS-lər boş SMS-lər olduğundan mətn yoxdur. Üçüncü fayldan görünür ki, 509858708,516259208 deaktivdir, ********* deaktivdir, 519238908, ********* deaktivdir, ********* deaktivdir, ********* deaktivdir, Füzuli rayonu, Qazaxlar kənd sakini 16 noyabr 1998-ci il təvəllüdlü X4 adınadır. 515523818, ********* deaktivdir, ********* deaktivdir, ********* deaktivdir, ********* deaktivdir, ********* və ********* deaktivdir saylı nömrə Füzuli rayonu, Horadiz şəhəri, H.Aslanov küçəsi, ev-7-də pasport qeydiyyatında olan 24 yanvar 1967-ci il təvəllüdlü X3 adınadır. Dördüncü fayldan görünür ki, ********* saylı nömrə 21,05.2024-cü il tarixdə, saat 16:25-də 514423165 saylı nömrəyə zəng etmiş və aralarında 36 saniyə müddət danışıq olmuşdur. Həmin vaxt sonuncunun anteni Füzuli rayonu, Horadiz şəhərində olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 0:34-də 2500dan ********* saylı nömrəyə boş SMS göndərilmişdir. Arananın CELLİD-si Füzuli rayonu, Horadiz şəhərində olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat 0:40-da 9600dan ********* saylı nömrəyə boş SMS göndərilmişdir. Həmin vaxt Arananın CELLİD-si Füzuli rayonu, Horadiz şəhərində olmuşdur. "xxxx" MMC-dən daxil olan 01 ədəd diskdə olan məlumatlar tərəfimdən printerdə çap edilərək 09 vərəqdə cinayət işinin materiallarına əlavə edilmiş və 01 ədəd CD disk 15 avqust 2024-cü il tarixdə sübutların qiymətləndirilməsi haqqında qərarda sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Füzuli Rayon Polis X2 qrupunun əməliyyat müvəkkili, polis kapitanı Şahid1 xx.xx.2024-cü il tarixli, 313-73/1-11692/2024 nömrəli raportundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni hansı tarixdə, haradan qanunsuz əldə edərək üzərində qanunsuz daşımasını müəyyən etmək mümkün deyildir. AA2788196 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1995-ci ildə doğulmuşdur. Füzuli rayon İcra Hakimiyyəti Başçısının Horadiz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 14 iyun 2024-ci il tarixli, 5-43-12/2-743/2024 nömrəli arayışdan və 5-43-12/2-744/2024 nömrəli xasiyyətnamədən görünür ki, Kərimov X6 şəhəri, 20 yanvar küçəsi, ev 15-də qeydiyyatdadır və yaşayır. Həbsdən buraxıldıqdan sonra heç yerdə işləmir, qonşuları və şəhər sakinləri ilə normal münasibət qurmağa çalışır və kafi qiymətləndirilir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsidən verilmiş 21 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1995-ci ildə doğulmuş Təqsirləndirilən şəxs Füzuli rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 08 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Füzuli rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 24 fevral 2022-ci il tarixli Amnistiya elan edilməsi haqqında qərarın 4-cü bəndinə əsasən cəzası 06 ay müddətinə azaldılmış və xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Qeyd olunan məhkəmə hökmləri və qərarı götürülərək cinayət işinin materillarına əlavə edilmişdir. Füzuli Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 08 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Füzuli rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 24 fevral 2022-ci il tarixli Amnistiya elan edilməsi haqqında qərarın 4-cü bəndinə əsasən cəzası 06 ay müddətinə azaldılmış və xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar araşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və iş üzrə törətdiyi əməlləri etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən yuxarıda qeyd olunan cinayət əməlini cinayətlərin residivi formasında törətməsi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan 02 il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq onun törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və iş üzrə törətdiyi əməli etiraf edib ondan səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini cinayətlərin residivi formasında törətməsindən ibarət cəzasını ağırlaşdıran halın olduğunu, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəalarına və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 1 (bir) il 6 (altı) ay müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 may 2024-cü il saat 12:00-dan 31 may 2024-cü il saat 18:00-dək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət 2 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Füzuli RPŞ-də saxlanılan, ekspert tədqiqatlarından sonra ümumi qalıq çəkisi 6,98 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 1 (bir) il 6 (ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdə saat 12:00-dan 31 may 2024-cü il tarixdə saat 18:00-dək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət 2 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 18 oktyabr 2024-cü il tarixdən, saat 13:22-dən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclasında dərhal həbsə alınsın. Hökmün bu hissədə icrası Füzuli Rayon Polis Şöbəsi, Ağcəbədi Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yeri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 6,98 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar