Məhkəmə qərarları › İş №1(064)-51/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-51/2025

07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-51/2025 07.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə X5 Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxx 1995-ci il tarixdə Füzuli rayonu, Mahmudlu-2 kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi işlə məşğul olan, məhkum olunmamış, Füzuli rayonu, Mahmudlu-2 kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx xxxx 1991-ci il tarixdə Füzuli rayonu, Mahmudlu-2 kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi işlə məşğul olan, məhkum olunmamış, Füzuli rayonu, Mahmudlu-2 kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə xx xxxxxxxx 1981-ci il tarixdə Füzuli rayonu, Əhmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Fövqəladə Hallar Nazirliyinin Füzuli DYMH-nin manqa komandiri vəzifəsində işləmiş, məhkum olunmamış, Füzuli rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə Zərərçəkmiş şəxs məxsus 500 metr uzunluğunda mis materialından hazırlanmaqla üzəri izolyasiya olunan naqili saxlanc yeri hesab edilən sonuncuya məxsus Füzuli rayonu, Gecəgözlü qış yatağı ərazsində yerləşən anbar kimi istifadə olunan tikiliyə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əmlakını qəsdən tamah niyyəti ilə hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə sonuncunun təklifi əsasında qabaqcadan əlbir olub bir qrup təşkil edərək 2024-cü ilin noyabr ayının sonları, saat 22 radələrində Füzuli rayonu, Mahmudlu-2 kəndi ərazisində Təqsirləndirilən şəxs3lə görüşüb, özünün idarə etdiyi “Opel Astra” markalı, **-HL-*** dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonu, Gecəgözlü qış yatağında yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən anbar kimi istifadə olunan tikilinin yanına gələrək ətrafda kənar şəxslərin olmadığına və anbarın sahibsiz olduğuna əmin olduqdan sonra əvvəlcədən aralarında olan ümumi cinayətkar niyyətə əsasən rolların bölgüsünə görə kənar şəxslərin gələcəyi halda Təqsirləndirilən şəxs3 xəbər vermək məqsədilə anbardan kənarda, yəni avtomobilin yanında dayanıb gözləmiş, Təqsirləndirilən şəxs3 mişar daşı ilə hörülmüş, saxlanc yeri hesab edilən anbar kimi istifadə olunan tikilinin qapısını aralayaraq açmaq yolu ilə anbara qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus 500 metr uzunluqda, VPP25 markalı, mis materialından hazırlanmaqla üzəri izolyasiya olunan naqili anbardan çölə çıxarmış, hər ikisi köməkləşib naqili həmin avtomobilə yükləyərək oradan uzaqlaşıb qəsdən gizli talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə Zərərçəkmiş şəxs məxsus 400 metr və 500 metr uzunluğunda olmaqla, ümumilikdə 900 metr mis materialından hazırlanmaqla üzəri izolyasiya olunan naqili saxlanc yeri hesab edilən sonuncuya məxsus Füzuli rayonu, Gecəgözlü qış yatağı ərazisində yerləşən anbar kimi istifadə olunan tikiliyə qapısını açmaq yolu ilə oraya daxil olaraq təkrarən özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs əmlakını qəsdən tamah niyyəti ilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 təklifi əsasında onunla qabaqcadan əlbir olub bir qrup təşkil edərək 2024-cü ilin noyabr ayının ortaları, saat 21 radələrində Füzuli rayonu, Mahmudlu-2 kəndi ərazisində Təqsirləndirilən şəxs2lə görüşüb, sonuncunun idarə etdiyi “Vaz 2106” markalı, ** ST *** dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonu, Gecəgözlü qış yatağında yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən anbar kimi istifadə olunan tikilinin yanına gələrək ətrafda başqa şəxslərin olmadığına və anbarın sahibsiz olduğuna əmin olduqdan sonra, əvvəlcədən aralarında olan ümumi cinayətkar niyyətə əsasən rolların bölgüsünə görə Təqsirləndirilən şəxs2 kənar şəxslərin gələcəyi halda ona xəbər vermək məqsədilə anbarın kənarında, yəni avtomobilin yanında dayanıb gözləmiş, o, mişar daşı ilə hörülmüş, saxlanc yeri hesab edilən anbar kimi istifadə olunan tikilinin qapısını aralayaraq açmaq yolu ilə anbara qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus 400 metr uzunluqda, VPP16 markalı, mis materialından hazırlanmaqla üzəri izolyasiya olunan naqili anbardan çölə çıxarmış, Təqsirləndirilən şəxs2lə köməkləşib naqili həmin avtomobilə yükləyərək oradan uzaqlaşıb qəsdən gizli talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs əmlakını təkrarən qəsdən tamah niyyəti ilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə özünün təklifi əsasında qabaqcadan əlbir olub bir qrup təşkil edərək 2024-cü ilin noyabr ayının sonları, saat 22 radələrində Füzuli rayonu, Mahmudlu-2 kəndi ərazisində Təqsirləndirilən şəxs1 ilə görüşüb, sonuncunun idarə etdiyi “Opel Astra” markalı, **-HL-*** dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonu, Gecəgözlü qış yatağında yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən anbar kimi istifadə olunan tikilinin yanına gələrək ətrafda başqa şəxslərin olmadığına və anbarın sahibsiz olduğuna əmin olduqdan sonra, əvvəlcədən aralarında olan ümumi cinayətkar niyyətə əsasən rolların bölgüsünə görə Təqsirləndirilən şəxs1 kənar şəxslərin gələcəyi halda ona xəbər vermək məqsədilə anbarın kənarında, yəni avtomobilin yanında dayanıb gözləmiş, o, mişar daşı ilə hörülmüş, saxlanc yeri hesab edilən anbar kimi istifadə olunan tikilinin qapısını aralayaraq açmaq yolu ilə anbara qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus 500 metr uzunluqda, VPP25 markalı, mis materialından hazırlanmaqla üzəri izolyasiya olunan naqili anbardan çölə çıxarmış, Təqsirləndirilən şəxs1 ilə köməkləşib naqili həmin avtomobilə yükləyərək oradan uzaqlaşıb təkrarən qəsdən gizli talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyəti ilə Zərərçəkmiş şəxs məxsus 400 metr uzunluğunda mis materialından hazırlanmaqla üzəri izolyasiya olunan naqili saxlanc yeri hesab edilən sonuncuya məxsus Füzuli rayonu, Gecəgözlü qış yatağı ərazsində yerləşən anbar kimi istifadə olunan tikiliyə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs əmlakını qəsdən tamah niyyəti ilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə özünün təklifi əsasında qabaqcadan əlbir olub bir qrup təşkil edərək 2024-cü ilin noyabr ayının ortaları, saat 21 radələrində Füzuli rayonu, Mahmudlu-2 kəndi ərazisində Təqsirləndirilən şəxs3lə görüşüb, özünün idarə etdiyi “Vaz 2106” markalı, ** ST *** dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonu, Gecəgözlü qış yatağında yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən anbar kimi istifadə olunan tikilinin yanına gələrək ətrafda kənar şəxslərin olmadığına və anbarın sahibsiz olduğuna əmin olduqdan sonra, əvvəlcədən aralarında olan ümumi cinayətkar niyyətə əsasən rolların bölgüsünə görə kənar şəxslərin gələcəyi halda Təqsirləndirilən şəxs3 xəbər vermək məqsədilə anbardan kənarda, yəni avtomobilin yanında dayanıb gözləmiş, Təqsirləndirilən şəxs3 mişar daşı ilə hörülmüş, saxlanc yeri hesab edilən anbar kimi istifadə olunan tikilinin qapısını aralayaraq açmaq yolu ilə anbara qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus 400 metr uzunluqda, VPP16 markalı, mis materialından hazırlanmaqla üzəri izolyasiya olunan naqili anbardan çölə çıxarmış, hər ikisi köməkləşib naqili həmin avtomobilə yükləyərək oradan uzaqlaşıb qəsdən gizli talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf etmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun olan ifadə verərək bildirmişdir ki, o, 2021-ci ildən idarə etdiyi “Opel-Astra” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən “4 yol” adlanan ərazidə taksi fəaliyyəti ilə məşğul olur, Təqsirləndirilən şəxs3 ilə də taksi fəaliyyəti ilə məşğul olan zaman tanış olmuş, xatırladığı qədəri ilə 2024-cü ilin noyabr ayının sonları Təqsirləndirilən şəxs3 ilə Füzuli rayonu, Bala Bəhmənli kəndində söhbət edən zaman ona pul sıxıntısının olmasını demiş, Fərid də Füzuli rayonu, Gecəgözlü yatağı adlanan ərazidə yerləşən anbarda mis kabel toplularının olduğunu, həmin kabel toplularından oğurlayaraq pula olan ehtiyaclarını qarşılaya biləcəyini demiş, o da Fərid ilə razılaşaraq həmin ünvandan oğurluq etmək qərarına gəlmişdir. Həmin gün, saat 22 radələrində Fəridlə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Fəridin yaşadığı Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən ünvana getmiş, həmin ünvanın qarşısında Fərid idarə etdiyi “Opel-Astra” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək ona anbarın olduğu ərazini izah etmiş və o da Fərid ilə birlikdə Füzuli rayonu, Gecəgözlü yatağı adlanan ərazidə, kəndin daxilinindəki asfalt yolun qurtaracağında sol hissəsdə, su kanalının yanında olan anbarın yaxınlığına getmişlər. Onlar hər ikisi həmin anbarın arxa hissəsində olan qapısına yaxınlaşmışlar, anbarın qapısı kilidli vəziyyətdə olmuşdur. Fərid arıq bədən quruluşlu olduğu üçün kilidi sındırmadan qapını aralayaraq içəri daxil ola bilcəyini, lakin o, kök bədən quruluşlu olduğu üçün oradan daxil ola bilməyəcəyini dediyi üçün qərara gəlmişlər ki, Fərid kilidi sındırmadan anbarın içərisinə daxil olsun, o isə avtomobildə gözləyərək ətrafda başqa şəxslər gördüyü təqdirdə telefonla ona məlumat versin. Bundan sonra qərara gəldikləri kimi də edərək Fərid anbarın kilidli vəziyyətdə olan giriş qapısını kilidini açmadan aralayaraq içəriyə daxil olmuş, o isə avtomobilində gözləyərək ətrafa nəzər yetirmişdir. Bir neçə dəqiqə sonra Fərid mis kabel toplusunu anbarın qapısına gətirmiş, o isə oradan kabel toplusunu çölə çıxararaq Fərid ilə birlikdə avtomobilin arxa oturacağına yükləmiş, bundan sonra Fərid ilə Fəridin yaşadığı evin həyətinə gedərək orada oğurladıqları kabeli yandırmışlar, əldə olunan misi isə Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən metal qəbulu ilə məşğul olan Gündüz adlı şəxsə satmışlar. Həmin vaxt məlum olmuş ki, ümumilikdə misin çəkisi 109 kiloqramdır və qarşılığında Gündüzdən 1090 manat pul almışlar, daha sonra isə 1090 manat pulu 545 manat olmaqla öz aralarında iki yerə bölmüşlər. 2025-ci ili yanvar ayında ona məlum olmuş ki, oğurladıqları kabelin sahibi Füzuli rayon Polis Şöbəsinə məlumat verib. Füzuli rayon Polis Şöbəsinin əməkdaşları onu rayon Polis Şöbəsinə dəvət edib, sözügedən yerdən oğurluğu edib-etmədiyini soruşmuşlar. O da etdiyi əməldən peşiman olaraq olanları tam deyərək, etdiyi əməli etiraf etmişdir. O, sadəcə olaraq bir dəfə Fəridlə birlikdə sözü gedən yerdən kabeli oğurlayaraq yandırıb, misini satmışdır. Bundan başqa oğurluq etməmişdir. Fəridin Səfa adlı şəxslə birlikdə ondan əvvəl həmin yerdən oğurluq etməsini, bunda başqa Əvəz adlı şəxsin, həmçinin başqa şəxslərin həmin yerdən oğurluq etməsindən heç bir məlumatı olmayıb, sonradan rayon Polis Şöbəsində olan zaman ona məlum olmuş ki, Əvəz adlı şəxs öz tanışları ilə həmin yerdən birlikdə oğurluq ediblər. X11 əvvəl həmin yerdən birlikdə oğurluq ediblər. Oğurladıqları kabel qara rəngli olmuş, diametrini, həmçinin digər xusiyyətlərini bilmir, oğurladıqları mis kabel topunun üzərindəki etiketdə isə “500 metr” yazısı yazılmışdır. Gündüz adlı şəxs satdıqları 109 kiloqram misi haradan əldə etmələri ilə bağlı onlara hər hansı sual verməmiş, həmçinin, onlar da bu barədə Gündüzə heç nə deməmişlər. Gündüz adlı şəxs onlardan şəxsiyyətlərini təsdiq edən sənəd tələb etməmiş, həmin vaxt da qeydiyyat aparmamışdır, Zərərçəkmiş şəxs tanımır, həmin şəxslə ədavət və ya düşmənçiliyi, həmçinin qohumluq əlaqəsi yoxdur. O, sadəcə olaraq iki dəfə, Fəridlə birlikdə 1 top mis kabel oğurlamış, sonradan Əvəz adlı şəxsin öz tanışları ilə etdiyi oğurluqları, X32nın birlikdə oğurluq etməsini Füzuli rayon Polis Şöbəsində öyrənmişdir. Onun Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Gündüz adlı şəxs, Əvəz Əzimov və onun tanışları ilə heç bir düşmənçilik və ya ədavəti olmamışdır. İfadə verməzdən əvvəl ona hər hansı psixi və ya fiziki zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs3 onunla danışıqlar zamanı əvvəllər sözügedən anbardan Səfa Babyevlə birlikdə oğurluq etdiyi barədə ona heç nə deməmişdir. O, oğurluq etməyi ilə bağlı hər hansı şəxsə məlumat verməmiş, həmçinin oğurluq edən zaman oğurluq etmələri anını heç kim görməmişdir. Zərər çəkmiş şəxslə barışaraq vurulmuş zərəri ödədiyini bildirdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf etmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun olan ifadəsində bildirmişdir ki, o, Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən “4 yol” adlanan ərazidə taksi fəaliyyəti ilə məşğul olur, 2024-cü ilin noyabr ayının ortalarında onunla birlikdə eyni yerdə taksi fəaliyyəti ilə məşğul olan Səfa adlı tanışı ilə onun idarə etdiyi “Vaz 2106” markalı, **- ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli şəhərindən Füzuli rayonu, Mahmudlu-2 kəndinə gələrkən Səfa ilə maddi vəziyyətlərinin aşağı olması ilə bağlı söhbət edən zaman Səfa ona Füzuli rayonu, Gecəgözlü yatağı adlanan ərazidə anbarda mis kabellərin olması, həmin anbara heç kimin nəzarət etməməsi barədə məlumat vermiş və bir gün ona xəbər edərək onu oraya aparacağını, birgə həmin kabelləri oradan oğurlayacaqları barədə təklif irəli sürmüş, o da maddi vəziyyəti aşağı olduğu üçün Səfanın fikri ilə razılaşmışdır. Növbəti günü, yəni təxminən 2024-cü ilin noyabr ayının ortaları, saat 21 radələrində yaşadığı ünvanda olan zaman Səfa ona zəng edərək onunla birlikdə həmin anbarın olduğu əraziyə getmək istədiyini demiş, o da Səfa ilə razılaşaraq Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən poçtun qarşısına çıxmış, orada Səfa ilə görüşərək Səfanın idarə etdiyi “Vaz 2106” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Füzuli rayonu, Gecəgözlü yatağı adlanan ərazidə, kəndin daxilinindəki asfalt yolun qurtaracağında sol hissəsdə, su kanalının yanında olan anbarın yaxınlığında getmişlər. Səfa anbarı ona göstərərək onun anbara daxil olaraq mis kabeli götürməyini demiş, o da narazılıq edərək ikisinin də anbara daxil olaraq birlikdə kabeli oğurlamalarını demişdir. Hər ikisi həmin anbarın arxa hissəsində olan qapısına yaxınlaşmışlar, anbarın qapısı kilidli vəziyyətdə olmuşdur, lakin özü arıq bədən quruluşlu olduğu üçün kilidi sındırmadan qapını aralayaraq içəri daxil ola bilcəyini, lakin Səfa kök bədən quruluşlu olduğu üçün oradan daxil ola bilməyəcəyini düşündüyü üçün qərara gəlmişlər ki, kilidi sındırmadan anbarın içərisinə daxil olsun, Səfa isə avtomobildə gözləyərək onunla mobil telefonla əlaqədə olsun və ətrafda başqa şəxslər gördüyü təqdirdə ona məlumat versin. Bundan sonra qərara gəldikləri kimi də edərək o, anbarın kilidli vəziyyətdə olan giriş qapısını kilidini açmadan aralayaraq içəriyə daxil olmuşdur. Həmin vaxt Səfanın dediyi kimi anbarda təxminən 5-6 top mis kabel olduğunu görmüşlər, sahibinin şübhələnməməsi, həmçinin ağır olduğu üçün həmin kabel toplularından birini götürərək, anbardan qapısına qədər gətirmiş, bu zaman Səfaya mobil telefon vasitəsi ilə anbarın yanına gələrək kabel toplusunun anbardan çıxarılmasında ona köməklik göstərməli olduğunu demiş, Səfa da anbarın qapısına gələrək mis kabel toplusunu anbarın qapısının aralı hissəsindən çölə çıxartmış, daha sonra o da çölə çıxaraq oğurladıqları mis kapel topunu birlikdə Səfanın idarə etdiyi avtomobilin arxa yük yerinə yerləşdirib, birlikdə Səfanın yaşadığı Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən evinə gedərək avtomobildəki mis kabel toplusunu həyətə düşürmüşlər, həmin günü həyətdə oğurladıqları mis kabeli yandıraraq əldə olunmuş misi Səfanın avtomobilinə yükləyərək Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən dəmir qəbulu ilə məşğul olan Gündüz adlı şəxsin metal qəbulu məntəqəsinə aparmışlar. Daha sonra Gündüz adlı şəxsdə ora gəlmiş, orada misi tərəzidə çəkən zaman misin təmiz çəkisinin 67 kiloqram olması məlum olmuş və həmin misi Gündüzə 670 manat pul qarşılığında satmışlar. Əldə olunan 670 manat pulu isə 335 manat olmaqla öz aralarında iki yerə bölmüşlər. Bundan sonra öz yaşadıqları evə getmişlər və bu barədə Səfa ilə bir daha söhbət etməmişlər. Daha sonra təxminən 2024-cü ilin noyabr ayının sonları taksi fəaliyyəti ilə məşğul olan digər bir dostu, həmçinin həmkəndlisi Adəm ilə Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində söhbət edən zaman Adəm təcili pula ehtiyacının olmasını ona bildirmiş, o da Adəmə Füzuli rayonu, Gecəgözlü yatağı adlanan ərazidə anbarın olduğunu, həmin anbardan əvvəllər də bir dəfə Təqsirləndirilən şəxs2lə mis kabel topluları oğurlayaraq satdıqlarını, bir daha oğurluq etməyəcəyinə söz verdiyini, lakin hazırda onun maddi vəziyyəti pis olduğu üçün orada oğurluq edə biləcəklərini bildirmişdir. Adəm də onunla oğurluq etmək ilə bağlı razılığa gəlmişdir. Həmin gün, saat təxminən 22 radələrində Adəm idarə etdiyi “Opet Astra” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu yaşadığı ünvandan götürmüş və Adəm ilə birlikdə həmin anbarın olduğu əraziyə gəlmişlər. Onlar hər ikisi həmin anbarın arxa hissəsində olan qapısına yaxınlaşmışlar, anbarın qapısı əvvəlki şəkildə kilidli vəziyyətdə olmuşdur, o, Səfa ilə oğurluq edən zaman etdiyi qayda ilə, yəni özü arıq bədən quruluşlu olduğum üçün kilidi sındırmadan qapını aralayaraq içəri daxil ola bilcəyini, lakin Adəm kök bədən quruluşlu olduğu üçün oradan daxil ola bilməyəcəyini düşündüyü üçün qərara gəlmişlər ki, kilidi sındırmadan anbarın içərisinə daxil olub, Adəm isə avtomobildə gözləyərək onunla mobil telefonla əlaqədə olsun və ətrafda başqa şəxslər gördüyü təqdirdə ona məlumat versin. Bundan sonra qərara gəldikləri kimi də edərək anbarın kilidli vəziyyətdə olan giriş qapısım kilidini açmadan aralayaraq içəriyə daxil olmuşdur. Orada olan kabel toplularından birini götürərək, anabara daxil olduğum qapısına qədər gətirmiş, bu zaman Adəmə mobil telefon vasitəsi ilə anbarın yanına gələrək kabel toplusunun anbardan çıxarılmasında ona köməklik göstərməli olduğunu demiş, Adəm də anbarın qapısına gələrək mis kabel toplusunu anbarın qapısının aralı hissəsindən çölə çıxartmış, daha sonra o da çölə çıxaraq oğurladıqları mis kapel topunu birlikdə Adəmin idarə etdiyi avtomobilinin salonunun arxa hissəsinə yerləşdirib, onun yaşadığı evin həyətinə aparmışlar, evinin həyatyani sahəsində həmin gün, gecə saatlarında mis kabel toplusunu yandıraraq Adəmin maşınına yenidən yükləyib metal qəbulu ilə məşğul olan Gündüz adlı şəxslə mobil telefonda əlaqə saxlayaraq onun Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən metal qəbulu məntəqəsinə getmişlər. Gündüz misi tərəzidə çəkən zaman misin təmiz çəkisinin 109 kiloqram olması məlum olmuş və qarşılığında onlara 1090 manat pul vermişdir. Onlar həmin 1090 manat pulu Adəm ilə də aralarında 545 manat olmaqla iki yerə bölərək götürmüşlər və oradan yaşadıqları ünvanlara getmişlər. 2025-ci ili yanvar ayında ona məlum olmuş ki, oğurladıqları kabelin sahibi Füzuli Rayon Polis Şöbəsinə məlumat verib. Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları onu rayon Polis Şöbəsinə dəvət edib, sözügedən yerdən oğurluq edib-etmədiyini soruşmuşlar, o da etdiyi əməldən peşiman olaraq olanları tam deyərək, etdiyi əməli etiraf etmişdir. O, sadəcə olaraq iki dəfə ayrı-ayrı vaxtlarda və ayrıayrı şəxslə, yəni ilk dəfə Səfa ilə, daha sonra isə Adəmlə kabeli oğurlayaraq yandırıb, misini satmışdır. Bundan başqa oğurluq etməmişdir. Əvəz adlı şəxsin, həmçinin başqa şəxslərin həmin yerdən oğurluq etməsindən heç bir məlumatı olmayıb, sonradan rayon Polis Şöbəsində olan zaman ona məlum olmuş ki, Əvəz adlı şəxs öz tanışları ilə həmin yerdən birlikdə oğurluq ediblər. Səfa adlı şəxslə maddi vəziyyətlərinin aşağı səviyyədə olmağı ilə bağlı danışıqlar edən zaman ona demişdir. O, əvvəllər Səfa adlı şəxslə, həmçinin tək oğurluq etməmişdir. Oğurladıqları kabel qara rəngli olmuş, diametrini, həmçinin digər xusiyyətlərini bilmir, Səfa ilə oğurladıqları mis kabel topunun üzərindəki etiketdə “400 metr” yazısı yazılmışdır. Adəmlə oğurladıqları mis kabel topunun üzərindəki etiketdə isə “500 metr” yazısı yazılmışdır. Həmçinin, onun fikrincə Səfa ilə oğurladıqları üzərindəki etiketdə “400 metr” yazısı olan mis kabel topunun üzərindən az ölçüdə istifadə olunmuşdur. Gündüz adlı şəxs ilk öncə satdıqları 67 kiloqram misi, həmçinin sonradan satdıqları 109 kiloqram misi haradan əldə etməyi ilə bağlı onlara hər hansı sual verməmiş, həmçinin, onlar da bu barədə Gündüzə heçnə deməmişlər. Gündüz adlı şəxs onlardan şəxsiyyətlərini təsdiq edən sənəd tələb etməmiş, həmin vaxt da qeydiyyat aparmamışdır. O, Zərərçəkmiş şəxs tanımır, həmin şəxslə ədavət və ya düşmənçiliyi, həmçinin qohumluq əlaqəsi yoxdur. O, sadəcə olaraq iki dəfə, Səfa və Adəm adlı şəxslə ayrı-ayırılıqda ümumilikdə 2 top mis kabel oğurlamış, sonradan Əvəz adlı şəxsin öz tanışları ilə etdiyi oğurluqları Füzuli rayon Polis Şöbəsində öyrənmişdir. Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində əvvəlcədən tanıdığı Əvəz Əzimov ilə görüşüb danışıqlar edən zamanı Əvəzə sözün gedən anbarın mövcudlu barədə məlumat verərək həmin yerdə kabel oğurladığını, hələ də oğurluq olmasını bilmədiklərini demiş, lakin tam olaraq həmin anbarın dəqiq ünvanını deməmişdir. Sonradan Əvəzin öz tanışları ilə oradan oğurluq etməsi barədə heç bir məlumatı olmayıb. Onun Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Gündüz adlı şəxs, Əvəz Əzimov və onun tanışları ilə heç bir düşmənçilik və ya ədavəti olmamışdır. İfadə verməzdən əvvəl ona hər hansı psixi və ya fiziki zor tətbiq olunmamışdır. O, oğurluq etməyi ilə bağlı hər hansı şəxsə məlumat verməmiş, həmçinin oğurluq edən zaman oğurluq etmələri anını heç kim görməmişdir. Zərər çəkmiş şəxslə barışaraq vurulmuş zərəri ödədiyini bildirdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf etmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun olan ifadəsində bildirmişdir ki, o, Fövqəladə Hallar Nazirliyinin Füzuli DYMH-nin manqa komandiri vəzifəsində işləyir, həmçinin boş vaxtlarında idarə etdiyi “VAZ 2106” markalı, ** ST *** dövlət nömrə nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Xatırladığı qədəri ilə 2024-cü ilin noyabr ayının ortaları Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində olan zaman Füzuli rayonu, Mahmudlu-2 kənd sakini Ənvər ibişov ona yaxınlaşaraq Füzuli rayonu, Gecəgözlü kənd yatağında ibad adlı şəxsdən arpa aldığı və onu avtomobili ilə arpanı gətirməyini, qarşılığında 12 manat pul verəcəyini demişdir. Bundan sonra o, həmin şəxslə razılaşmış, Ənvər öz idarə etdiyi avtomobillə Gecəgözlü kənd yatağına getmiş, o da onun arxası ilə öz idarə etdiyi avtomobillə getmişdir. Ənvər Gecəgözlü kənd yatağına daxil olub, kəndin daxilinindəki asfalt yolun qurtaracağında sol hissəsində, su kanalının yanında olan anbar kimi istifadə olunan tikiliyə daxil olmuş, o, isə öz avtomobilində gözləmişdir. Bir neçə dəqiqə sonra arpanı kisələrə yığması üçün Ənvər kömək etmək üçün onun yanma getmiş, həmin vaxt tikilinin içərisində istifadə edilməmiş mis kabel toplarının olduğunu görmüşdür. Ənvər arpanı yığdıqdan sonra onun avtomobilinə yükləyib, Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən Ənvərin yaşadığı evə aparıb boşaltmışlar. Bundan 2-3 gün sonra maddi vəziyyəti aşağı səviyyədə olduğu üçün o, arpa yığdıqları yerdə olan kabellərdən oğurlayıb sataraq qazanc əldə etmək qərarına gəlmişdir. Lakin oradan oğurluq etməyi tək bacara bilməyəcəyi üçün, Füzuli rayonu, Mahmudlu-2 kənd sakini, tanışı, həmçinin onunla eyni yerdə taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs3 danışıqlar zamanı Füzuli rayonu, Gecəgözlü kənd yatağında tikilinin içərisində xeyli sayda istifadə edilməmiş mis kabel topları olduğunu, həmin tikiliyə heç kimin nəzarət etmədiyini, oğurluq etmək üçün əlverişli yer olduğunu demiş və Fərid onun da maddi vəziyyətinin aşağı səviyyədə olduğunu deyərək onunla birlikdə həmin yerdən oğurluq edəcəyinə razılıq vermişdir. Onlar qərara gəlmişlər ki, növbəti günü axşam həmin yerə gedərək kabel oğurlayaclar. Qərara gəldikləri kimi edərək növbəti günü, yəni 2024-cü ilin noyabr ayının ortaları, saat təxminən 21 radələrində idarə etdiyi “VAZ 2106” markalı, ** ST *** dövlət nömrə nişanlı avtomobili ilə Fəridlə birlikdə Gecəgözlü kənd yatağında yerləşən həmin tikiliyə getmişlər, o, həmin tikilini Fəridə göstərərək kabellərin tikilinin daxilində olduğunu demiş və Fərid tikilinin arxa hissəsində olan qapısına yaxınlşaraq qapının kilidini açmadan qapını aralayaraq içəriyə daxil olmuş, o isə qapının yanında gözləmişdir ki, hər hansı şəxs gəldiyi təqdirdə Fəridə məlumat versin. Bir neçə dəqiqə sonra Fərid bir top mis kabeli qapıdan çölə çıxarmış və kabel sahibinin şübhələnməməsi üçün digər kabelləri oğurlamadan, üzərində “400 metr” yazısı olan bir top mis kabeli oğurlayıb idarə etdiyi avtomobilin arxa oturacağının üzərinə qoyub oradan uzaqlaşaraq onun yaşadığı evə aparmılşlar. Bundan sonra oğurladıqları kabeləri yandıraraq yerdə qalan misini satmaq qərarına gəlmişlər və bu məqsədlə həmin tarixdə onun yaşadığı evin həyətində kabeli yandırmışlar. Həmin tarixdə, saat 23 radələrində Füzuli rayonu, Mahmudlu-2 kəndində metal alqı-satıqısı ilə məşğul olan, əvvəllər tanıdığı Gündüz adlı şəxsə zəng edərək 60-70 kiloqram mis olduğunu, satmaq istədiklərini demişlər. Gündüz adlı şəxs də hazırda evdə olduğunu, həmin misi gətirmələrini, özünün də metal qəbulu məntəqəsinə getdiyini demişdir. Bundan sonra oğurlayaraq yandırmış olduqları kabelin misini idarə etdiyi avtomobillə Fəridlə birlikdə Füzuli rayonu, Mahmudlu-2 kəndinə apararaq Gündüz adlı şəxsə vermişlər, həmin şəxs misi tərəzidə çəkdikdə məlum olmuş ki, ümumilikdə 67 kiloqramdır. Gündüz adlı şəxs ona satmış olduqları 67 kiloqram misin qarşılığında onlara 670 manat pul vermiş, onlar oradan çıxıb, həmin pulu Fəridlə 335 manat olmaqla iki hissəyə bölərək götürmüşlər və öz yaşadıqları evlərə getmişlər. Sonradan Fəridlə bu haqda danışıqlar etməmişlər. 2025-ci ili yanvar ayında ona məlum olmuş ki, oğurladıqları kabelin sahibi Füzuli rayon Polis Şöbəsinə məlumat verib. Füzuli rayon Polis Şöbəsinin əməkdaşları onu rayon Polis Şöbəsinə dəvət edib, sözügedən yerdən oğurluq edib-etmədiyini soruşmuşlar, o da etdiyi əməldən peşman olaraq olanları tam deyərək, etdiyi əməli etiraf etmişdir. O, sadəcə olaraq bir dəfə Fərid adlı şəxslə birlikdə 400 metr uzunluğundan kabeli oğurlayaraq yandırıb, misini 670 manata satmışdır. Bundan başqa oğurluq etməmişdir. Fərid adlı şəxsin, həmçinin başqa şəxslərin həmin yerdən oğurluq etməsindən heç bir məlumatı olmayıb, sonradan rayon Polis Şöbəsində olan zaman ona məlum olmuş ki, Fərid adlı şəxslə Mahmudlu-2 kənd sakini Adəm adlı şəxs həmin yerdən birlikdə oğurluq ediblər, həmçinin bundan başqa şəxslər də həmin yerdən oğurluq ediblər. Onun məhz olaraq Fərid adlı şəxsə sözü gedən oğurluğu təklif etməyinə hər hansı səbəb olmamışdır. Sadəcə olaraq Fərid adlı şəxslə maddi vəziyyətləri aşağı səviyyədə olmağı ilə bağlı danışıqlar edən zaman demişdir. O əvvəllər Fərdi adlı şəxslə, həmçinin tək oğurluq etməmişdir. Oğurladıqları kabel qara rəngli olmuş, diametrini, həmçinin digər xusiyyətlərini bilmir, sadəcə olaraq üzərindəki kağızda “400 metr” yazısı yazılmışdır. Gündüz adlı şəxs satdıqları 67 kiloqram misi haradan əldə etmələri ilə bağlı onlara hər hansı sual verməmiş, həmçinin, onlar sa bu barədə Gündüzə heç nə deməmişlər. Gündüz adlı şəxs onlardan şəxsiyyətlərini təsdiq edən sənəd tələb etməmiş, həmin vaxt da qeydiyyat aparmamışdır. O, Zərərçəkmiş şəxs Su idarəsinin işçisi kimi tanıyır, həmin şəxslə ədavət və ya düşmənçiliyi, həmçinin qohumluq əlaqəsi yoxdur. O, sadəcə olaraq bir dəfə, Fərid adlı şəxslə 1 top mis kabel oğurlamış, sonradan başqa oğurluqları Füzuli rayon Polis Şöbəsində öyrənmişdir. Onun Təqsirləndirilən şəxs3, Gündüz adlı şəxs, Əvəz Əzimov və onun tanışları ilə heç bir düşmənçilik və ya ədavəti olmamışdır, ifadə verməzdən əvvəl ona hər hansı psixi və ya fiziki zor tətbiq olunmamışdır. O, oğurluq etməyi ilə bağlı hər hansı şəxsə məlumat verməmiş, həmçinin oğurluq edən zaman oğurluq etmələri anını heç kim görməmişdir. Zərər çəkmiş şəxslə barışaraq vurulmuş zərəri ödədiyini bildirdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun olan ifadəsində bildirmişdir ki, Füzuli rayonu, Gecəgözlü kənd yatağında yerləşən anbardan ona məxsus mis kabellərin oğurlanması barədə şikayəti özü etmişdir. Füzuli rayonu, Gecəgözlü yatağı adlanan ərazidə yerləşən ona məxsus tikilini 1994-cü ildən şəxsi istifadəsi üçün təmir etdirmiş və həmin tikilinin anbar kimi istifadə edərək orada buğda, arpa və özümə məxsus digər əşyaları saxlayır. Füzuli rayonu, Gecəgözlü yatağı adlanan ərazidə yerləşən özünə məxsun fərdi yaşayış evinin həyətində və fermer təsərrüfatında olan su matorların, həmçinin həmin ərazidə yerləşən özünə məxsus əkin sahələrində su motorları var. Suyu motorlar vasitəsi ilə verilməsini təmin etmək üçün 2024-cü ilin mart ayında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Vasmoy bazarı” adlanan ticarət mərkəzinə gedərək əvvəlcədən tanımadığı, kabel satışı ilə məşğul olan mağaza sahibindən ümumilikdə 15000 manat dəyərində 3000 metr uzunluğunda VPP16 markalı kabeli və 3000 manat dəyərində 500 metr uzunluğunda VPP 25 markalı mis kabel alaraq idarə etdiyi avtomobillə Füzuli rayonu, Gecəgözlü yatağı adlanan ərazidəki anbar kimi istifadə etdiyi tikiliyə gətirmişdir. xx.xx.2024-cü il tarixdə həmin anbara gedən zaman anbarda olan mis kabel toplularımın yerində olmadığını görüb oğurlanmasını aşkar etmişdir, ilk öncə bu barədə polisə məlumat verməyərək oğurluq edən naməlum şəxsləri özü maraqlanmağa başlamışdır. Lakin həmin şəxsləri müəyyən edə bilmədiyi üçün bu barədə xx.xx.2025-ci il tarixdə Füzuli rayon polis şöbəsinə məlumat vermişdir. Oğurlanmış mis kabellər ona məxsusdur, oğurluq nəticəsində maddi ziyan onun özünə dəymişdir. Belə ki, o, 2024-cü ilin mart ayında Bakı şəhərindən 900, 900, 800 və 400 metr uzunluğunda olmaqla ümumilikdə 3000 metr uzunluğunda VPP16 markalı kabelin 01 metrini 5 manat olmaqla ümumilikdə 15000 manata və 500 metr uzunluğunda 1 top VPP 25 markalı kabeli isə 01 metrinin qiyməti 6 manat olmaqla ümumilikdə 3000 manata almışdır. Oğurluq nəticəsində ona ümumilikdə 18000 (on səkkiz min) manat maddi ziyan dəymişdir. O, həmin kabelləri anbarda xatırladığı qədəri ilə 2024cü ilin noyabr ayının əvvəlləri görmüş, oğurlanmasını isə xx.xx.2024-cü ildə aşkar etmişdir. Lakin həmin kabellərdən istifadə etməmişdir. O, rayon Polis Şöbəsinə məlumat verdikdən sonra məlum olmuş ki, ona məxsus mis kabelləri Füzuli rayon sakinləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, X6, X19, X31, X20, X12 və Təqsirləndirilən şəxs1 oğurlamışdır. Sözügedən anbar Füzuli rayonu, Gecəgözlü kənd yatağında, su kanalının yanında yerləşir, anbarın hər iki hissədən giriş qapısı var, həmin qapıları kilitlə kilitləmişdir. Sadəcə olaraq arxa hissədə olan taxta giriş kapısı böyük ölçüdə olduğu üçün alt hissəsi tam bağlanmır, yəni kiçik ölçülü boşluq olur. O, anbarda heç bir sındırma izi görməmişdir. Naqillərin alınması zamanı tək olmuşdur, kabelləri mağazada işləyən işçilər avtomobilə yükləmişdir, anbara boşaldılmasında isə tanışı Tofiq Mikayılov ona köməklik etmişdir. Təqsirləndirilən şəxslərlə barışdığını və onə dəymiş ziyanın ödənildiyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun olan ifadəsində bildirmişdir ki, o, təxminən 4 ildir ki, Füzuli rayonu, Mahmudlu-2 kəndi əraisində metal qəbulu ilə məşğul olur. Metal qəbuli ilə məşğul olduğu tikili Əhmədbəyli-Şuşa avtomobil yolunun kənarında yerləşir və həmin tikilini 2020-ci ildə tikmiş, lakin həmin tikili ilə bağlı heç bir sənəd mövcud deyildir. Xatırladığı qədəri ilə 2024cü ilin noyabr ayının ortaları, gecə saatlarında Səfa ona zəng edərək 60-70 kiloqram mis olduğunu, satmaq istədiyini demiş, həmin vaxt o, misi işlədiyi metal qəbulu məntəqəsinə gətirməyini söyləmiş və özünün də ora getdiyini demişdir. Bir neçə dəqiqə sonra Fərid adlı həmkəndlisi ilə Səfa Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə metal qəbulu məntəqəsinə gəlmişlər, onların gətirdikləri misi tərəzidə çəkdikdə xatırladığı qədəri ilə 67 kiloqram olmuş və o, satmış olduqları misin qarşılığında onlara 670 manat pul vermişdir. Bu vaxt Təqsirləndirilən şəxs2 həmin misi işğaldan azad olunmuş ərazilərdən gətirdiyini demişdir. Bundan təxminən 5-6 gün Təqsirləndirilən şəxs3lə həmkəndlisi Adəm Təqsirləndirilən şəxs1 avtomobili ilə gecə saatlarında metal qəbulu məntəqəsinə gəlmişlər və avtomobildə mis olduğunu söyləmişlər. O, onların gətirdikləri misi tərəzidə çəkdikdə xatırladığı qədəri ilə 109 kiloqram olmuş və misin qarşılığında onlara 1090 manat pul vermişdir. Sonradan eşitmişdir ki, adlarını qeyd etdiyi şəxsləri, həmçinin tanımadığı şəxsləri Füzuli rayonu, Gecəgözlü kənd sakini Zərərçəkmiş şəxs məxsus mis kabelləri oğurladıqları üçün rayon Polis Şöbəsinə aparıblar və bu vaxt ona məlum olmuş ki, Səfa, Fərid və Adəm adlı şəxslər ona satmış olduqları misi həmin oğurladıqları kabeli yandıraraq əldə ediblər. Onun Zərərçəkmiş şəxsla münasibəti yaxşıdır, Zərərçəkmiş şəxs 2024-cü ilin dekabr ayının ortaları ona məxsus mis kabellərin oğurlandığını, ona hər hansı şəxsin mis kabeli və ya mis satıb-satmadığmı ondan soruşmuş, lakin o, həmin vaxt Səfa, Fərid və Adəm adlı şəxsləri tanıdığı üçün və onların oğurluq etmələrini zənn etmədiyi üçün Zərərçəkmiş şəxs bu barədə məlumat verməmişdir. Həmçinin, şübhəli məqam olduqda ona məlumat verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tanıyır, onlarla heç bir düşmənçilik və ya ədavəti yoxdur, həmin şəxslər ona mis satan zaman onlardan şəxsiyyətlərini təsdiq edən hər hansı sənəd tələb etməmiş və bununla bağlı heç bir qeydiyyat aparmamışdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ona satmış olduğu misin cinayət nəticəsində əldə olunmasından heç bir məlumatı yoxdur, həmin şəxsləri polis şöbəsinə apardıqdan sonra ona məlum olub. Səfa adlı şəxs Fəridlə birlikdə ona satmış olduqları misi işğaldan azad olunmuş ərazilərdən gətirdiyini deyib, həmçinin X30 birlikdə ona mis satan zaman misi haradan əldə etdikləri ilə bağlı danışıqlar etməmişdir və o, həmin şəxsləri oğurluq edən bir şəxs kimi tanımadığı üçün onlardan şübhələnməmişdir. Cinayət işinin 44-45-ci vərəqələrində olan Füzuli RMX X36 27 fevral 2025-ci il tarixli, 18-1-36/2-188/2025 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 Füzuli Rayon Mərkəzi Xəstəxanasının Ruhi-Əsəb və Dispanserində qeydiyyatda olmamışdır. Cinayət işinin 48-49-cu vərəqələrində olan Füzuli RMX X36 27 fevral 2025-ci il tarixli, 18-1-36/2-192/2025 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 Füzuli Rayon Mərkəzi Xəstəxanasının Ruhi-Əsəb və Narkoloji Dispanserində qeydiyyatda olmamışdır. Cinayət işinin 46-47-ci vərəqələrində olan Füzuli RMX X36 27 fevral 2025-ci il tarixli, 18-1-36/2-187/2025 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 Füzuli Rayon Mərkəzi Xəstəxanasının Ruhi-Əsəb və Narkoloji Dispanserində qeydiyyatda olmamışdır. Cinayət işinin 32-ci vərəqəsində olan Füzuli Rayon Dövlət X3 verilmiş xx.xx.2025-ci il tarixli, 3-18-175/2-101/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 18 may 2009-cu il tarixdən 18 fevral 2025-ci il tarixədək Füzuli rayon X17 Hissəsində manqa komandiri vəzifəsində işləyib. Fövqəladə Hallar Nazirliyinin 18 fevral 2025-ci il tarixli, 0330/ş nömrəli əmrinə əsasən öz arzusu ilə xidmətdən xaric edilib. Beləliklə, Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş, Məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri məhkəmə istintaqı və ibtidai istintaq zamanı özlərinin verdikləri ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, iş üzrə toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən təqsirləndirilən şəxslərin hər üçünün cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidirlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik informasiya İdarəsindən daxil olmuş 10 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İİ cild, səh. 50). - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsindən daxil olmuş 10 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İİ cild, səh. 51). - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 10 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İİ cild, səh. 52). - Füzuli rayon icra Hakimiyyəti Başçısının Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 04 fevral 2025-ci il tarixli, 5-43-19/2-105/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda həqiqətən də Füzuli rayonu, Mahmudlu-2 kəndində yaşayır, onun ailə üzvləri həyat yoldaşı X7, qızı X23, atası X2, anası X13r, həmçinin Füzuli rayon icra Hakimiyyəti Başçısının Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 kənd icra nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunur (İ cild, səh. 187-191, İİ cild, səh. 33-34, 84). - Füzuli rayon İcra Hakimiyyəti Başçısının Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 04 fevral 2025-ci il tarixli, 5-43-19/2-100/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 hal-hazırda həqiqətən də Füzuli rayonu, Mahmudlu-2 kəndində yaşayır, onun ailə üzvləri həyat yoldaşı X4, qızı X24, qızı X21, qızı X8r, həmçinin Füzuli rayon icra Hakimiyyəti Başçısının Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 kənd icra nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunur (İ cild, səh. 210-215, İİ cild, səh. 36-43, 85). - Füzuli rayon icra Hakimiyyəti Başçısının Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 04 fevral 2025-ci il tarixli, 5-43-19/2-106/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda həqiqətən də Füzuli rayonu, Əhmədbəyli kəndində yaşayır, onun ailə üzvləri həyat yoldaşı X9, oğlu X28, oğlu X14 ibarətdir, həmçinin Füzuli rayon İcra Hakimiyyəti Başçısının Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 kənd icra nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunur (İ cild, səh. 233-137, İİ cild, səh. 30-31, 86). - Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə ərizəsi əsasında müəyyən olunur ki, o, Füzuli Rayon Polis şöbəsinə müraciət edərək cinayət işi üzrə ona dəymiş 18000 manat ziyanın Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, X6, X19, X31, X20, X12 və Təqsirləndirilən şəxs1 tərəfindən tam şəkildə ödənilməsini və həmin şəxslərlə barışmasını bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir (İİ cild, səh. 67). Beləliklə, Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etmələrini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü madddələrinə əsasən onların hər birinin məsuliyyətini yüngülləşdirən hallar kimi, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 himayələrində azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onların məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onların törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, yaşayış yeri üzrə normal xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, zərərçəkmiş şəxslə barışıq əldə etmələri, sonuncuya vurduqları maddi ziyanı tamamilə ödəmələri, törətdikləri cinayət əməlindən səmimi peşiman olmaları və əvvəllər məhkum olunmamalarından ibarət cəzalarını yüngülləşdirən halların olduğunu və cəzalarını ağırlaşdıran halın olmadığını, onlara təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, 177.2.2-ci maddəsinə əsasən təkrar törədildikdə və 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğunolmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədiilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Belə olan halda Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olması, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsindən ibarət olan cəzanı yüngülləşdirən ayrı-ayrı hallar əsasında Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri üzrə isə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 20:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə onun barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 20:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 barəsində olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə onun barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 20:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas və məhkəmə xərci yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 20:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 20:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 20:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar