Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-52/2025 24.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs oğlu, onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxx 1997-ci ildə Füzuli rayonu, Horadiz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər Füzuli Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 29,318.2-ci maddələri ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində 01 mart 2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə saxlanc yeri hesab edilən Füzuli rayonu, 3 saylı Zobucuq qəsəbəsi ərazisində yerləşən yanacaq doldurma məntəqəsinin istirahət otağına qanunsuz daxil olaraq orada olan taxta qutudan Zərərçəkmiş şəxs məxsus cəmi 660 (altı yüz altmış) manat pulu qanunsuz və əvəzsiz olaraq gizli talamaqla ələ keçirib oğurlamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus Füzuli rayonu, 3 saylı Zobucuq qəsəbəsi ərazisində yerləşən yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyən dayısı Şahid1 növbəsini müvəqqəti olaraq əvəz etmiş, həmin tarixdə, saat 11 radələrində yanacaq doldurma məntəqəsinin istirahət otağına qanunsuz olaraq daxil olub oradakı taxta qutunun içərisində olan Zərərçəkmiş şəxs məxsus 660 (altı yüz altmış) manat nağd pulu qəsdən gizli olaraq talayaraq oğurluq etmişdir. Məhkəmə iclasında: İş üzrə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində törətdiyi cinayət əməllərini etiraf edərək göstərmişdir ki, 03 sentyabr 2024-cü il tarixdə Füzuli rayonu, 3 saylı Zobucuq qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus yanacaq doldurma məntəqəsindən nağd pulu oğurlamışdır. Belə ki, dayısı Şahid1 uzun müddətdir ki, həmin yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyir. 02 sentyabr 2024-cü il tarixdə dayısının Füzuli rayonu, Zobucuq qəsəbəsində yerləşən ailə üzvləri ilə yaşadığı evə qonaq getmiş, həmin gün axşam saatlarında dayısı ilə danışıqlar zamanı dayısı İrasif növəbti günü, yəni 03 sentyabr 2024-cü il tarixdə işlədiyi yanacaq doldurma məntəqəsində növbədə olduğunu, lakin şəxsi işi ilə əlaqədar olaraq Füzuli rayonu, Horadiz şəhərinə getməli olduğunu, bu səbəbdən 2-3 saatlıq yanacaq doldurma məntəqəsində onu əvəz etməyini söyləmişdir. O da əvvəllər də dəfələrlə dayısının əvəzindən yanacaq doldurma məntəqəsində işlədiyi üçün, həmçinin işin təşkilindən məlumatı olduğu üçün razılıq vermiş və həmin gecəni dayısıgildə gecələmişdir. 03 sentyabr 2024-cü il tarixdə, saat 09 radələrində dayısı ilə Füzuli rayonu, 3 saylı Zobucuq qəsəbələrində yerləşən yanacaq doldurma məntəqəsində getmiş, Şahid1 orada işləyən digər operatordan növbəni təhvil almışdır. Bundan sonra dayısı xırda pul əskinaslarından ibarət olan ümumilikdə xatırladığı qədəri 150-200 manat nağd pulu ona vermiş, həmçinin yanacaq doldurma məntəqəsinin istirahət otağında olan kiçik ölçülü, pul saxlamaq üçün istifadə olunan qutunu ona göstərib içərisində xırda pul əskinaslarından ibarət xatırladığı qədəri ilə 700 manata yaxın pul olduğunu, qutunun açarının isə həmişəki yerdə, yəni televizorun arxa hissəsində olduğunu, həmin pullardan yanacaq doldurma məntəqəsinə yanacaq almaq üçün gələn müştərilərin qalıq pulunu qaytarmağını söyləmişdir. Bundan sonra dayısı oradan uzaqlaşaraq Füzuli rayonu, Horadiz şəhərinə getmişdir. O, təxminən 2 saat müddətində orada işləmiş, həmin vaxt 3-4 avtomobil ora gələrək yanacaq vurmuşdur. Həmin tarixdə, saat 11 radələrində orada olan pulları götürərək Bakı şəhərinə getmək qərarına gəlmiş və bu məqsədlə həmin vaxt dayısının ona verdiyi nağd pulu, yuxarıda qeyd etdiyi qutunun içərisində olan xatırladığı qədəri ilə 700 manat yaxın pulu və təxminən 50 manat dəyərində satdığı yanacağın pulunu heç kimə məlumat vermədən götürərək Bakı şəhərinə getmişdir. Bundan sonra o həmin pulları Bakı şəhərində öz əyləncəsinə xərcləmişdir. Növbəti gün ona məlum olmuşdur ki, dayısı və dayısının gəlini Şahid2 onun barəsində Füzuli rayon Polis Şöbəsinə şikayət ediblər. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində onu da qeyd etmişdir ki, o əvvəllər bir neçə dəfə dayısı Şahid1 işi olduğundan yanacaq doldurma mənətəqsində dayısını əvəz edərək onun əvəzindən növbədə olmuş, lakin həmin vaxtlar yanacaq doldurma məntəqəsindən pul oğurlamamışdır. Oğurladığı pul ümumilikdə 900 manata yaxın imiş, lakin o sözü gedən həmin qutudan pulu götürən zaman saymamışdır. Dayısı Şahid1la və yanacaq doldurma məntəqəsinin sahibi Zərərçəkmiş şəxs ilə heç bir düşmənçilik və ya ədavəti yoxdur. Hazırda əməlindən peşmandır, bir daha cinayət əməli törətməyəcək, çalışıb zərərçəkmişə vurduğu ziyanı ödəyəcəkdir. İş üzrə Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, 03 sentyabr 2024-cü il tarixdə nağd pul oğurlanmış Füzuli rayonu, 3 saylı Zobucuq qəsəbəsi ərazisində yerləşən yanacaq doldurma məntəqəsi ona məxsusdur. Belə ki, Füzuli rayonu, Zobucuq qəsəbəsində yaşayan Şahid1 təxminən 5 ilə yaxındır ki, həmin yanacaq doldurma məntəqəsində operator işləyir və ay sonu və ya həftədə bir dəfə alınan-satılan yanacağın hesabatın onunla aparırmış. 2024-cü ilin sentyabr ayının əvvəlləri İrasif onunla danışıqlar zamanı bacısı oğlu İxtiyarı işi olduğu üçün öz əvəzindən bir neçə saatlıq yanacaq doldurma məntəqəsinə qoyduğunu, bacısı oğlunun orada olan pulu oğurlayaraq qaçdığını bildirmişdir. Həmçinin, bu barədə Füzuli rayon Polis Şöbəsinə şikayət etdiyini demişdir. Bildiyi qədəri ilə Təqsirləndirilən şəxs oradan ümumilikdə 900 manat pul oğurlamışdır, həmin pul ona məxsus satılmış yanacağın puludur. Lakin, İrasif həmin pulu bacısı oğlu oğurladığı üçün ona 900 manat pulu tam şəkildə özünün qaytaracağını demişdir və hər ay pulun bir hissəsini qaytarır, ancaq hələ də Təqsirləndirilən şəxs oğurladığı pulu tam şəkildə ona qaytarmamışdır. Ona görə də o, ilk öncə bununla bağlı şikayət etməmiş və Füzuli rayon Polis Şöbəsinə ifadə verən zaman ona maddi ziyan dəymədiyini bildirmişdir. Ona məxsus pulu oğurlamış Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəməsə də, ondan şikayətçi deyildir, İxtiyar ona söz vermişdir ki, ziyanı hissə-hissə ödəyəcəkdir. İş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2024-cü il tarixdə onun operator işlədiyi Füzuli rayonu, 3 saylı Zobucuq qəsəbəsi ərazisində yerləşən X3 məxsus yanacaq doldurma məntəqəsindən nağd pulu Təqsirləndirilən şəxs oğurlamışdır. Təqsirləndirilən şəxs onun bacısı oğludur, onunla heç bir düşmənçilik və ya ədavəti yoxdur. Belə ki, 02 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onun ailə üzvləri ilə birlikdə yaşadığı evə qonaq gəlmiş və danışıqlar zamanı o, İxtiyara növbəti günü, yəni 03 sentyabr 2024-cü il tarixdə yanacaq doldurma məntəqəsində növbədə olduğunu, lakin “Asan Xidmətdə” olan işi ilə əlaqədar olaraq işə gedə bilməyəcəyini, onun əvəzindən 2-3 saatlıq yanacaq doldurma məntəqəsində növbədə olmağını demiş və Təqsirləndirilən şəxs da əvvəllərdə onun işi olan zaman onun əvəzindən növbədə qaldığı, həmçinin işin təşkilindən məlumatı olduğu üçün növbəti günü onun əvəzindən növbədə qalacağına razılıq vermişdir. O, 03 sentyabr 2024-cü il tarixdə İxtiyarla birlikdə yanacaq doldurma məntəqəsinə gedib digər operatordan növbəni təhvil almış və yanacaq doldurma məntəqəsinin istirahət otağında olan kassanı göstərərək kassada ümumilikdə 660 manat nağd pul olduğunu, müştərilərə pulun qalığını qaytarmaq üçün oradan pul götürməsini, kassanın açarının da həmişəki yerdə, yəni televizorun arxa hissəsində olduğunu demişdir. Bundan sonra o, işi ilə əlaqədar Horadiz şəhərinə getmişdir. Həmin tarixdə, saat 12 radələrində o, işini bitirib yanacaq doldurma məntəqəsinə getmiş, həmin vaxt İxtiyarın orada olmadığını görüb onun mobil telefonuna zəng etmiş, lakin o, zənglərə cavab verməmişdir. Bundan sonra o, istirahət otağında olan kassaya baxan zaman kassanın içərisində olan pulların yerində olmadığını görmüş və İxtiyarın pulları oğurlayaraq getdiyindən əmin olmuşdur. Çünki, Təqsirləndirilən şəxs əvvəllərdə dəfələrcə oğurluq etdiyi üçün məhkum olunmuşdur, lakin əvvəllər də onun əvəzindən növbədə qaldığı və belə bir hal baş vermədiyi üçün ona güvənib əvəzindən növbədə qalmasını xahiş etmişdir. O, daha sonra onunla birlikdə yaşayan gəlini Şahid2 zəng edərək İxtiyarın yanacaq doldurma məntəqəsində olan pulları oğurlayaraq qaçdığını demiş və gəlini də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, həmçinin o, Füzuli rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan İxtiyarla telefonda danışan zaman İxtiyar peşman olduğunu, hazırda pulu qaytarmağa imkanı olmadığını, işləyib oğurladığı pulu qaytarcağını söyləmişdir. Həmçinin Şahid1 ifadəsində onu da qeyd etmişdir ki, o ilk öncə Füzuli rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs yanacaq doldurma məntəqəsindən ümumilikdə 1015 manat pul oğurlaması barədə məlumat vermişdir, həmin vaxt İxtiyara əsəbi olduğu üçün satılmış yanacağın miqdarını tam hesablaya bilməmişdir, sonradan satılmış benzinin miqdarını tam dəqiqliyi ilə hesabladıqdan sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs kassada olan 660 manat pulu və 240 manat dəyərində satmış olduğu yanacağın pul olmaqla, ümumilikdə 900 (doqquz yüz) manat oğurlamışdır. Eyni qayda ilə əvvəllərdə Təqsirləndirilən şəxs onun əvəzindən 3-4 dəfə yanacaq doldurma məntəqəsində satışla məşğul olmuşdur, lakin oradan oğurluq etməmişdir. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2024-cü il tarixdə Füzuli rayonu, 3 saylı Zobucuq qəsəbəsi ərazisində yerləşən yanacaq doldurma məntəqəsindən nağd pulu Təqsirləndirilən şəxs oğurlamışdır. Təqsirləndirilən şəxs qayınatası Şahid1 bacısı oğludur, onunla heç bir düşmənçilik və ya ədavəti yoxdur. Belə ki, 02 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onun ailə üzvləri ilə birlikdə yaşadığı evə qonaq gəlmiş və danışıqlar zamanı qayınatası İrasifi İxtiyara növbəti günü, yəni 03 sentyabr 2024-cü il tarixdə yanacaq doldurma məntəqəsində növbədə olduğunu, lakin “Asan Xidmətdə” olan işi ilə əlaqədar olaraq işə gedə bilməyəcəyini, onun əvəzindən 2-3 saatlıq yanacaq doldurma məntəqəsində növbədə olmağını demiş və Təqsirləndirilən şəxs da növbədə qalacağına razılıq vermişdir. 03 sentyabr 2024-cü il tarixdə qayınatası İxtiyarla birlikdə yanacaq doldurma məntəqəsinə getmişlər, təxminən saat 11 radələrində qayınatası ona zəng edərək İxtiyarın evə gəlib-gəlmədiyini soruşmuş, o da cavab olaraq gəlmədiyini dedikdə, qayınatası İxtiyarın yanacaq doldurma məntəqəsindən pul oğurlayaraq qaçmasını demişdir. O, bu vaxt Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs yanacaq doldurma məntəqəsindən pul oğurlaması barədə məlumat vermişdir. O, ilk öncə İxtiyarın nə qədər pul oğurladığını bilməmiş, lakin sonradan qayınatası İrasif İxtiyarın ümumilikdə 900 manat pul götürərək ona maddi ziyan vurduğunu bildirmişdir. Məhkəmə iclasında iş materialları tədqiq edilmiş: Araşdırma zamanı Füzuli rayon X6 bölməsininn təhqiqatçısı, polis leytenatı X4 tərəfindən xx.xx.2025-ci il tarixdə hadisə yerinə, yəni Təqsirləndirilən şəxs oğurluq etdiyi Zərərçəkmiş şəxs məxsus Füzuli rayonu, 3 saylı Zobucuq qəsəbəsi ərazisində yerləşən yanacaq doldurma məntəqəsinə və yanacaq doldurma məntəqəsinin istirahət otağına baxış keçirilmiş, baxış zamanı həmin yanacaq doldurma məntəqəsində operator işləyən Şahid1 yanacaq doldurma məntəqəsinin istirahət otağının daxilindəki stolun üzərində olan dəmir materialdan hazırlanmış və kassa kimi istifadə olunan qutunu təqdim edərək Təqsirləndirilən şəxs 660 manat pulu oğurlamazdan əvvəl pulun həmin qutunun içərisində olduğunu, qutunun kilidinin açarının isə stolun üzərində olan televizorun arxasında olduğunu bildirmiş və baxış zamanı Şahid1 təqdim etdiyi yerlərin fotoşəkilləri çəkilərək, bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. Araşdırma zamanı Füzuli rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsindən daxil olmuş xx.xx.2024-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, Füzuli rayonu, 3 saylı qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus yanacaq doldurma məntəqəsindən nağd pulu 03 sentyabr 2025-ci il tarixdə, saat 11 radələrində Füzuli rayonu, Horadiz şəhər sakini Təqsirləndirilən şəxs oğurlayaraq Bakı şəhərinə getmişdir. Həmin şəxs cinayət hadisəsinin törədən zaman tək olmuş, cinayətin törədilməsində başqa şəxslər iştirak etməmişdir. Cinayət işinə əlavə edilmiş “Füzuli rayon mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 09 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs rayon mərkəzi xəstəxanasının ruhi-əsəb və narkoloji kabinetlərində xəstə kimi qeydiyyatda yoxdur. Füzuli rayon İcra Hakimiyyəti Başçısının Horadiz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır və yaşadığı yer üzrə mənfi xarakterizə olunur, qonşuları və şəhər sakinləri tərəfindən kafi qiymətləndirilir, barəsində nümayəndəliyə dəfələrcə şikayət daxil olmuşdur. Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilmiş və Azərbaycan Respublikası CPM-in 289.3.3-cü maddəsinə əsasən özünü müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. İş üzrə Təqsirləndirilən şəxs yanacaqdoldurma məntəqəsində operator işləyən Şahid1 ona əlbəəl verdiyi 200 (iki yüz) manat nağd pul, həmçinin etibar edilmiş əmlakın, yəni 40 (qırx) manat dəyərində benzini sataraq əldə etdiyi ümumilikdə 240 manat pulu mənimsəyərək talaması faktı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında material üzrə icraata Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən, İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən və Füzuli Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 1(064)-26/2022 №-li hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,318.2,69.3-cü maddələrinə əsasən 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 15 fevral 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu dövründə qəsdən cinayət törətmiş və onun əməlində cinayətin residivi yaranmışdır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi olması cəzasını ağırlaşdıran haldır. Onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hal yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətlərin onun tərəfindən təqsirli olaraq törədilmələri cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, ailə vəziyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində göstərilən qaydaları nəzərə alır. Məhkəmə yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən ona təyin olunmuş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:00-da ittiham elan edilməli şəxs qismində tutulmuş, 01 mart 2025-ci il tarixdə saat 15:00-da Füzuli rayon polis X2 Yerindən azad edilmiş və “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia, eləcə də xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, onun barəsində 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən 01 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün 1 günə 1 gün hesablanıb 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 24 iyun 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilib, həbs qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia, eləcə də xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №1(064)-52/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-52/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver