Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-53/2024 10.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə X3 Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1971-ci il tarixdə Füzuli rayonu, Ələsgərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Ələsgərli kəndində qeydiyyatda olan, Füzuli rayonu, Qarabağ kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, yeznəsi Zərərçəkmiş şəxs1 hərbi biletinə xidməti uyğunsuzluqla bağlı qeyd olunmuş “156 e” bəndini ləğv etdirəcəyi ilə aldatmağa nail olduqdan sonra 2022-ci ilin sentyabr ayının ortalarında sonuncunun 1000,00 manat məbləğində pulunu, (bundan sonra birinci epizod üzrə cinayət əməli), qudası Zərərçəkmiş şəxs2 isə oğlu Zərərçəkmiş şəxs1 əvvəllər hərbi hissədə işlədiyi vəzifəyə bərpa etdirəcəyi ilə aldatmağa nail olduqdan sonra 21 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 3900,00 manat məbləğində pulunu (bundan sonra - ikinci epizod üzrə cinayət əməli) həmin ərəfədə sonuncu və Zərərçəkmiş şəxs1 ilə aralarında münasibətlərin olmaması səbəbindən sonuncunun müvafiq xahişi əsasında, cinayətdən məlumatsız olan tanışı Şahid vasitəsilə Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində almağa nail olub, şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq yolu ilə talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs: - 29 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 (bundan sonra – Elməddin) onun qızı Rəqsanənin əridir. Zərərçəkmiş şəxs2 (bundan sonra – Nəzakət) isə Elməddinin anasıdır. Elməddin onun qızı ilə evləndikdən sonra o, xeyli müddət Elməddinlə danışmamışdır. Hazırda isə sonuncu ilə onun arasında normal münasibət vardır. Zərərçəkmiş şəxs2 ilə onun arasında əvvəllər və hazırda da münasibət olmamışdır. Elməddin əvvəllər N saylı hərbi hissədə işləmiş, sonradan xidməti uyğunsuzluqla bağlı həmin işindən (bundan sonra - əvvəlki işi) azad edilmişdir. O, Elməddinə, Nəzakətə və ya hər hansı şəxsə Elməddini əvvəlki işinə bərpa etdirəcəyi barədə vəd verməmiş, bununla əlaqədar Elməddin və ya Nəzakətdən şəxsən, eləcə də, Şahid (bundan sonra – Təyyar) vasitəsilə pul almamışdır. 2023-cü ildə Elməddin onunla münasibətinin olmaması səbəbindən həmkəndliləri və onun qonşusu olan X11 vasitəsilə ondan əvvəllər eyni hərbi hissədə işlədiyi Təyyara əvvəlki işinə bərpa edilməsi müqabilində verdiyi cəmi 4900 manat məbləğində pulun qaytarılmayan 3900 manat hissəsinin sonuncu tərəfindən verilmiş vədin yerinə yetirilməməsinə görə qaytarılmasında köməklik etməsini xahiş etmişdir. Həmin vaxta qədər Təyyar 3900 manat məbləğində pulun 1000 manatını Nəzakətin adına olan bank kartının hesabına göndərmişdir. Buna görə də Təyyar həmin kartın hesab nömrəsini ona hər hansı vasitə ilə göndərməmişdir. O, göstərdiklərinə əsasən Təyyardan Elməddinə verdiyi vədi yerinə yetirməsinin mümkün olmadığını izah edib, məbləğində pulu qaytarmasını xahiş etmişdir. Bundan sonra Təyyar ona 3900 manat məbləğində pulu Elməddinə qaytarması üçün ayrı-ayrı vaxtlarda, müvafiq ardıcıllıqla 2000 və 1900 manat olmaqla, iki dəfəyə vermişdir. O, həmin pulun 2000 manatını Nəzakətlə aralarında münasibətin olmaması səbəbindən, həmçinin qabaqcadan sonuncunun müvafiq razılığını almadan, məlumatı olmadan və ya istəyi olmadan Elməddinə qaytarmış, qalan 1900 manatını isə şəxsi ehtiyaclarına xərcləməsi və maddi imkanının olmaması səbəbindən sonradan sonuncuya və ya Nəzakətə qaytarmamışdır. Gələcəkdə maddi imkanı yaxşı olarsa, 1900 manat məbləğində pulu sonuncuya qaytaracaqdır. İş üzrə ibtidai istintaq zamanı 29 iyun 2024 və 03 sentyabr 2024-cü il tarixlərdə hazırki müdafiəçisi Müdafiəçi iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən iş materiallarında olan, ona psixi və fiziki formada qanunsuz təsirin göstərilmədiyi şəraitdə, könüllü olaraq aşağıda qeyd edilən məzmunda ifadələr verməsinin səbəbini Nəzakətin Təyyarın hərbiçi və qazi olduğu, ailə üzvünün xəstə olduğu halda, cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmaq üçün barəsində Füzuli Hərbi prokurorluğuna müraciət etməsi, onun isə Təyyarın cinayət məsuliyyətinə cəlb edilməsini istəməməsinə görə bütün məsuliyyəti öz üzərinə götürmək istəməsi ilə izah edir. - 03 dekabr 2024-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsində isə işin müvafiq faktiki hallarının yuxarıda göstərilən ifadəsindən fərqli olaraq, onun gah Təyyardan Elməddinin əvvəlki işinə bərpa olunması müqabilində ona çatdırması üçün 2022-ci ilin dekabr ayında 1900 və 2000 manat olmaqla, iki dəfəyə verdiyi cəmi 3900 manat məbləğində pulu alması, gah da, Elməddinin qabaqcadan onun məlumatı olmadan verdiyi həmin pulu Təyyardan deyil, soyadı və ata adını bilmədiyinə görə məhkəməyə şahid qismində dindirilmək üçün təqdim edə bilməyəcəyi Vasif adlı şəxsdən alması, bunun səbəbini Təyyardan həmin pulu qaytarmasını tələb edərkən, sonuncunun ona həmin pulun Vasif adlı şəxsdə olmasını deməsi ilə izah etməsindən ibarət, bir-birinə kəskin şəkildə ziddiyyət təşkil edən məzmunda olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdiyi son sözündə isə iş üzrə məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələri əsasında özünü cinayət məsuliyyətinə cəlb edilməsi hesabına Şahid cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını almaqda haqlı hesab etdiyini göstərmiş, buna görə də barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı hazırki müdafiəçisi Müdafiəçi iştirakı ilə 29 iyun 2024 və 03 sentyabr 2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində dindirilərkən ona psixi və fiziki formada qanunsuz təsirin göstərilmədiyi şəraitdə, könüllü olaraq verdiyi ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs1 (bundan sonra – Elməddin) ondan aralarında münasibətin olmadığı dövrdə, unutduğu qonşuları vasitəsilə əvvəllər hərbi hissədə işlədiyi vəzifəyə bərpa edilməsinə köməklik etməsini xahiş etmiş, o, həmin qonşularına Elməddini əvvəlki işinə bərpa etdirmək üçün 5000 manat məbləğində pul lazım olduğunu demişdir. Bundan sonra Elməddinin Təyyar adlı tanışı ona unutduğu ayrı-ayrı tarixlərdə Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən “Dördyol” adlanan ərazidə cəmi 4900 manat məbləğində pul vermişdir. O, Elməddini əvvəlki işinə bərpa etdirə bilmədiyinə görə həmin pulun 1000 manatını sonuncunun anası Nəzakətin bank kartının hesabına göndərmişdir (səh. 72, 73, 162-164). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs (bundan sonra - Tiflis) onun qayınatasıdır. O, Tiflisin qızı ilə evləndikdən sonra Tiflis xeyli müddət onunla danışmamışdır. Hazırda isə Tiflislə onun arasında normal münasibət vardır. O, hərbi biletinə xidməti uyğunsuzluqla bağlı “156 e” bəndi qeyd olunmaqla N saylı hərbi hissədə işlədiyi vəzifədən (bundan sonra - əvvəlki işi) azad edildikdən sonra həmin işinə bərpa olunmaq istəsə də, buna nail ola bilməmişdir. 2022-ci ilin sentyabr ayının ortalarında bu barədə o, həmkəndlisi, həm də Tiflisin qonşusu olan X7, sonuncu isə Tiflisə onun iştirakı olmadan demişdir. X4 deməsi əsasında bilmişdir ki, X13 cavabında tanışı vasitəsilə onu hərbi biletinə qeyd olunmuş “156 e” bəndini ləğv etdirməklə əvvəlki işinə bərpa etdirə biləcəyini demişdir. O, Tiflisin sözünə inandığına görə əvvəllər eyni hərbi hissədə işlədiyi, tanışı Şahid (bundan sonra – Təyyar) Tiflisin istifadəsində olan mobil nömrəni verib Təyyardan Tiflislə danışıb sonuncuya onun əvvəlki işinə bərpa olunmasına köməklik etməsini deməyi xahiş etmişdir. Təyyar Tiflislə bu barədə danışdıqdan sonra ona hərbi biletinə qeyd olunmuş “156 e” bəndinin verəcəyi 1000 manat məbləğində pul müqabilində Tiflis tərəfindən ləğv etdiriləcəyini demişdir. O, Təyyardan Tiflislə danışmamasına görə hərbi biletini və 1000 manat məbləğində pulu onun adından Tiflisə verməsini xahiş etmiş, Təyyar bununla razılaşmışdır. Buna görə də o, hərbi biletini və 1000 manat məbləğində pulu Təyyara təhvil verməsi üçün anası Zərərçəkmiş şəxs2 (bundan sonra - anası) vermiş, sonuncuya Təyyarın onun hərbi biletinə qeyd olunmuş “156 e” bəndini ləğv etdirəcəyini demişdir. Təyyar isə həmin sənədi və pul məbləğini Tiflisə təhvil verməli idi. Buna görə də 2022-ci ilin sentyabr ayının ortalarında Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində anası Təyyara onun hərbi biletini və 1000 manat məbləğində pulu vermişdir. Sonradan Təyyar ona hərbi biletini və 1000 manat məbləğində pulu Tiflisə verdiyini demişdir. Təyyar ona Tiflisin onun hərbi biletinə qeyd olunmuş “156 e” bəndini ləğv etdirə bilmədiyini dedikdən sonra Tiflis ona Təyyar vasitəsilə hərbi biletini qaytarsa da, müxtəlif bəhanələr gətirərək 1000 manat məbləğində pulunu qaytarmamışdır. 2022-ci ilin dekabr ayının ortalarında Tiflis Təyyar vasitəsilə ona 4000 manat məbləğində pul verərsə, onu əvvəlki işinə bərpa etdirə biləcəyi barədə məlumat göndərmişdir. O, yenə də Tiflisin bu sözünə inanıb anasına verəcəkləri 4000 manat məbləğində pul müqabilində Təyyarın onu əvvəlki işinə bərpa etdirə biləcəyini demiş, anası bununla razılaşmışdır. O, anasının bankdan kreditlə aldığı 3000 manat məbləğində pulun üzərinə 900 manat məbləğində pul qoyub cəmi 3900 manat məbləğində pulu 21 dekabr 2022-ci il tarixdə axşam saatlarında Füzuli rayonu, Qarabağ kəndində yaşadığı evin həyətində Tiflisə çatdırması üçün Təyyara vermiş, sonuncu isə həmin pulu Tiflisə vermişdir. O, əvvəlki işinə bərpa olunmadığına və anasının müalicə edilməsi üçün lazım olduğuna görə Təyyardan Tiflisə verdiyi 4900 manat məbləğində pulu sonuncudan alıb ona qaytarmasını xahiş etmişdir. Bundan sonra 2023-cü ilin aprel ayında Tiflis anasının adına olan bank kartının hesabına 1000 manat məbləğində pul köçürmüş, bunun nəticəsində onunla Tiflis arasında normal münasibət yaranmışdır. Bu səbəbdən o, Tiflisdən verdikləri pulun qalan 3900 manat hissəsini də qaytarmasını xahiş etmişdir. O, bundan sonra 2023-cü ilin sentyabr ayında Tiflisdən aldığı 2000 manat məbləğində pulu şəxsi ehtiyaclarına sərf etmiş, sonradan bu barədə anasına məlumat vermişdir. Lakin anasının 3900 manat məbləğində pulun hər hansı hissəsinin Tiflis tərəfindən ona verilməsinə dair qabaqcadan və sonradan razılığı olmamışdır. O, Tiflisdən qalan 1900 manat məbləğində pulu qaytarmasını dəfələrlə tələb etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək, həmin pulu ona və ya anasına qaytarmamışdır. O və Tiflis onun Füzuli rayon elektrik şəbəkəsində işə qəbul edilməsi üçün hər hansı şəxsə hər hansı məbləğdə pul verməmiş, Təyyar onun xahişi əsasında anasından və ondan alıb Tiflisə verdiyi pul məbləğlərini ələ keçirməmiş, bununla bağlı Təyyarın hər hansı maddi marağı olmamışdır. O, anasının Tiflislə danışmaması səbəbindən anasına onu əvvəlki işinə Tiflisin bərpa etdirəcəyini, bununla əlaqədar Təyyara verdikləri cəmi 4900 manat məbləğində pulun Tiflisə çatacağını deyəcəyi halda, anasının onun işi üçün hər hansı məbləğdə pul verməyəcəyini bildiyinə görə anasına onu əvvəlki işinə Təyyarın bərpa etdirəcəyini demiş, sonuncuya verdikləri cəmi 4900 manat məbləğində pulun Tiflisə çatacağını deməmişdir. Buna görə də anası onu əvvəlki işinə bərpa etdirəcək şəxsin Təyyar olduğunu, bunun müqabilində onların verdikləri cəmi 4900 manat məbləğində pulun Təyyara çatdığını bilmişdir. Bu səbəbdən anasının verdiyi ifadələrinin onun ifadələri ilə ziddiyyət təşkil edən hissələri həqiqəti əks etdirmir. Göstərdiklərinə əsasən Tiflislə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs (bundan sonra - Tiflis) onun qudasıdır. Övladı Zərərçəkmiş şəxs1 (bundan sonra – Elməddin) Tiflisin qızı ilə evlənməsindən sonra o, Tiflislə danışmamış, Elməddin də xeyli müddət Tiflislə danışmamışdır. Hazırda isə sonuncu ilə Elməddin arasında normal münasibət vardır. Sonuncu hərbi biletində xidməti uyğunsuzluqla bağlı “156 e” bəndi qeyd olunmaqla N saylı hərbi hissədə işlədiyi vəzifədən (bundan sonra əvvəlki işi) azad edildikdən sonra həmin işinə bərpa olunmaq istəsə də, buna nail ola bilməmişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində Elməddin ona tanışı Şahid (bundan sonra – Təyyar) vasitəsilə əvvəlki işinə bərpa olunmasının mümkün olduğunu dediyinə görə o, 03 sentyabr 2022-ci il tarixdə Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində Təyyara Elməddinin hərbi biletində xidməti uyğunsuzluqla bağlı qeyd olunmuş “156 e” bəndini ləğv etdirməsi üçün 1000 manat məbləğində pul vermişdir. Sonralar da Təyyar Elməddinə verdiyi həmin vədə əməl edəcəyini demişdir. 2022-ci ilin dekabr ayının sonlarında Təyyar ona Elməddini əvvəlki işinə bərpa etdirməsi üçün ona əlavə olaraq 4000 manat məbləğində pul verilməli olduğunu demiş, o, Təyyarla razılaşmışdır. Buna görə də o, 20 dekabr 2023-cü il tarixdə "xxxx" ASC-nin Füzuli rayon filialından kreditlə aldığı 3200 manat məbləğində pulun üzərinə 700 manat məbləğində şəxsi pul vəsaitini qoyub, cəmi 3900 manat məbləğində pulu 21 dekabr 2022-ci il tarixdə Füzuli rayonu, Qarabağ kəndində yerləşən yaşadığı evdə Təyyara vermişdir. Sonuncu ona hərbi komissarlıqda işləyən Seymur adlı qardaşı vasitəsilə Elməddini əvvəlki işinə bərpa etdirəcəyinə söz versə də, vədinə əməl etməmişdir. Buna görə də X9 tərəfindən onlardan alınmış 4900 manat məbləğində pulun qaytarılmasına köməklik etməsini xahiş etmişdir. Bundan sonra Təyyarla Tiflis arasında nələrin baş verməsindən məlumatı olmamışdır. 2023-cü ilin aprel ayında Təyyar onun adına olan bank kartının hesabına 1000 manat məbləğində pul göndərmiş, qalan 3900 manat məbləğində pulunu isə ona qaytarmamışdır. Təyyar ona 3900 manat məbləğində pulunu Tiflisə verdiyini dediyinə görə o, Tiflisdən həmin pulunu qaytarmasını dəfələrlə tələb etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək həmin pulu ona qaytarmamış, həmin pulun 2000 manatını Elməddini Füzuli rayon elektrik şəbəkəsində işə düzəltmək üçün həmin idarənin işçisi olan Samir adlı şəxsə verdiyini demişdir. Elməddin və Tiflis məhkəmə iclasında verdikləri ifadələrində sonuncunun ona qaytarmalı olduğu 3900 manat məbləğində pulun 2000 manatını Elməddinə verdiyini desələr də, o, bu ifadələrin yalan olduğunu, Elməddinin Təyyarı tanışı olduğuna, Tiflisi qayınatası olduğuna və onlarla maraqları üst-üstə düşdüyünə görə müdafiə etdiyini hesab edir. O, 3900 manat məbləğində pulunun hər hansı hissəsinin Tiflis tərəfindən Elməddinə verilməsinə dair onlara qabaqcadan və ya sonradan razılıq verməmişdir. Tiflis iş üzrə ona vurduğu 3900 manat məbləğində maddi ziyanı ödəmədiyinə görə o, Tiflislə barışmamışdır. Lakin sonuncu barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, əvvəllər eyni hərbi hissədə işlədiyinə görə tanışı olan Zərərçəkmiş şəxs1 (bundan sonra – Elməddin) həmin hərbi hissədə işlədiyi vəzifədən (bundan sonra - əvvəlki iş) azad edildikdən sonra 2022-ci ilin avqust ayında ona qayınatası Təqsirləndirilən şəxs (bundan sonra - Tiflis) vasitəsilə əvvəlki işinə bərpa olunmaq istədiyini, bunun üçün Tiflisə verməli olduğu 1000 manat məbləğində pulu sonuncu ilə danışmadığına görə verə bilmədiyini demiş, bu səbəbdən ondan həmin pulu Tiflisə verməsini xahiş etmişdir. O, Elməddinin müvafiq xahişi ilə razılaşdığına görə 2022-ci ilin sentyabr ayının xatırlamadığı günündə sonuncu və anası Zərərçəkmiş şəxs2 (bundan sonra – Nəzakət) ilə Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində görüşərkən Elməddinin ona Tiflisə çatdırması üçün verdiyi hərbi biletini və 1000 manat məbləğində pulu həmin gün Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən “Dörd yol” adlanan yerdə Tiflisə təhvil vermişdir. Bundan başqa, o, Elməddinin müvafiq xahişi ilə razılaşdıqdan sonra 2022-ci ilin dekabr ayının sonlarında sonuncu və Nəzakət ilə onların Füzuli rayonu, Qarabağ kəndində yaşadıqları evin qarşısında görüşərkən Elməddinin ona Tiflisə çatdırması üçün verdiyi 3900 manat məbləğində pulu həmin gün Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən “Dörd yol” adlanan yerdə Tiflisə təhvil vermişdir. Elməddin ona həmin pulu Tiflisə onu əvvəlki işinə bərpa etdirməsi üçün göndərdiyini demişdir. Bundan sonra xatırlamadığı tarixdə Elməddin ondan anasının müalicə edilməsi üçün pula ehtiyaclarının olmasına görə Tiflisdən verdiyi pulun 1000 manatını qaytarmasını tələb etməyi xahiş edib, anasına məxsus olan bank kartının şəklini ona göndərmişdir. Buna görə də o, Tiflisin mobil nömrəsinə zəng edib sonuncuya Elməddinin dediklərini bildirmiş, Nəzakətə məxsus bank kartının şəklini göndərmiş, Tiflis həmin kartın hesabına 1000 manat məbləğində pul göndərmişdir. Göstərdiyi hər iki halda Elməddinin ona Tiflisə çatdırmaq üçün verdiyi pul məbləğləri ilə bağlı onun maddi marağı olmamışdır. O, Nəzakətə Elməddinin hərbi biletinə xidməti uyğunsuzluqla bağlı qeyd olunmuş “156 e” bəndini ləğv etdirəcəyi və ya sonuncunu əvvəllər hərbi hissədə işlədiyi vəzifəyə bərpa etdirəcəyi ilə bağlı vəd verməmişdir. Nəzakətin verdiyi ifadələrinin onun ifadələri ilə ziddiyyət təşkil edən hissələri həqiqəti əks etdirmir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Zərərçəkmiş şəxs2 Füzuli Hərbi prokurorluğuna ünvanladığı 23 dekabr 2023-cü il tarixli yazılı ərizəsindən görünür ki, o, hərbi qulluqçu Şahid ondan övladı Zərərçəkmiş şəxs1 əvvəllər hərbi hissədə işlədiyi vəzifəyə bərpa etdirməsi üçün cəmi 4900 manat məbləğində pul aldığını, lakin vədinə əməl etmədiyini göstərmiş, buna görə bu halın araşdırılıb müvafiq tədbirin görülməsini xahiş etmişdir (səh. 12). - Füzuli Hərbi prokurorunun köməkçisi, ədliyyə leytenantı X8 tərəfindən qəbul edilmiş “Cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 29 yanvar 2024-cü il tarixli qərarda göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 həmin müraciəti üzrə aparılmış araşdırma zamanı sonuncunun müraciətində göstərdiyi halla bağlı Şahid deyil, Təqsirləndirilən şəxs tərəfindən aldadıldığı müəyyən edildiyinə görə toplanmış materialların araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Füzuli Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır (səh. 7-9). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını təkrar ələ keçirməyə görə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş əməlləri törətmədiyi, Zərərçəkmiş şəxs1 əvvəllər hərbi hissədə işlədiyi vəzifəyə bərpa olunması üçün verdiyi cəmi 3900 manat məbləğində pulu sonuncunun xahişi ilə əvvəlcə Şahid, sonra isə Vasif adlı şəxsdən tələb edib aldığı barədə özünü müdafiə etmək üçün dəlillər irəli sürmüşdür. Məhkəmə həmin dəlillərə hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalıdır. Məhkəməyədək icraatda qaldırılmadığı halda, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən iddia özü-özlüyündə müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən, müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinə uyğun olaraq, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 29 iyun 2024 və 03 sentyabr 2024-cü il tarixli ifadələrini məhkəmə istintaqı zamanı dəyişdirməsinin səbəblərini araşdıraraq qeyd edir ki, o, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi kimi, ibtidai istintaq zamanı 29 iyun 2024 və 03 sentyabr 2024-cü il tarixli ifadələrini hazırki müdafiəçisi Müdafiəçi iştirakı ilə, ona qarşı psixi və fiziki formada qanunsuz təsirin göstərilmədiyi şəraitdə dindirilərkən könüllü olaraq vermişdir. Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə olaraq, ibtidai istintaq zamanı yanlış olaraq özünə qarşı ifadələr verməsinin Şahid hərbiçi və qazi olması, ailə üzvünün xəstə olmasına görə cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını almaq istəyi ilə bağlı olmasına dair irəli sürdüyü iddia özü-özlüyündə müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən, müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilibedilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 29 iyun 2024 və 03 sentyabr 2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrinin yuxarıda göstərilmiş hissələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirməsinə, həmin ifadələrin işin faktiki hallarına uyğun olmasına və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilməsinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər özünün ibtidai istintaq zamanı verdiyi ifadələrinin sübut kimi qiymətləndirilən hissələri və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünün cinayət məsuliyyətinə cəlb edilməməsinə nail olmaq məqsədilə işin müvafiq faktiki halının onun Zərərçəkmiş şəxs1 əvvəlki işinə bərpa olunması üçün verdiyi pulun 3900 manat hissəsini guya gah Şahid, gah da, Vasif adlı şəxsdən almasından ibarət, bir-birinə kəskin şəkildə ziddiyyət təşkil edən məzmunda olduğunu bildirməsi ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs, Şahid isə şahid qismində verdikləri ifadələri ilə tam təkzib edilir. Məhkəmə göstərilən fikirlərin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan hissələrini sübut kimi nəzərə almır, qalan hissələrini isə sübut kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 29 iyun 2024 və 03 sentyabr 2024-cü il tarixlərdə verdiyi ifadələrinin iş üzrə sübut kimi qiymətləndirilən hissələrində Zərərçəkmiş şəxs1 ondan aralarında münasibətin olmadığı dövrdə, unutduğu qonşuları vasitəsilə əvvəllər hərbi hissədə işlədiyi vəzifəyə bərpa edilməsinə köməklik etməsini xahiş etdiyini, həmin qonşularına Elməddini əvvəlki işinə bərpa etdirmək üçün 5000 manat məbləğində pul lazım olmasını dediyini könüllü olaraq göstərdiyinə, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə qonşuluğunda yaşayan X6 ondan Zərərçəkmiş şəxs1 görə xahiş etdiyini bildirdiyinə, sonuncu isə məhkəmə istintaqı və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi ifadələrində həmkəndlisi Nizami İbişova əvvəllər hərbi hissədə işlədiyi vəzifəyə bərpa olunmasına cəhd etsə də, buna nail ola bilmədiyini dedikdən sonra Nizami İbişovun bu barədə Təqsirləndirilən şəxs dediyini, sonuncunun Nizami İbişova onu tanışı vasitəsilə hərbi biletinə qeyd olunmuş “156 e” bəndini ləğv etdirməklə əvvəlki işinə bərpa etdirə biləcəyini dediyini bildirdiyinə, beləliklə də, müvafiq prosessual zərurət mövcud olmadığına görə məhkəmə Müdafiəçi həmin halların araşdırılması məqsədilə Nizami İbişovun iş üzrə şahid qismində dindirilməsi barədə verdiyi vəsatətini təmin etməmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs, Şahid qismində verdikləri ifadələri, iş materiallarında olan digər istintaq hərəkəti protokolları və sənədlərlə tam sübut edilir. Azərbaycan Respublikası CM-in 75.1.1 və 75.2-ci maddələrinə əsasən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətdiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək iki il keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-in: - 41.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin) razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. - 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda (yəni, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə) məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. - 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Məhkəmə yuxarıda göstərilən işin faktiki hallarına, onlara tətbiq edilməli olan maddi və prosessual qanunvericilik normalarına, eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulduğu üçün böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxil olan birinci epizod üzrə cinayət əməlini 2022-ci ilin sentyabr ayının ortalarında törətdiyinə, həmin əmələ münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti onun axımının başladığı 2022-ci ilin sentyabr ayının ortalarından hal-hazıradək iki il ötməklə keçdiyinə və ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədiyinə görə məhkəmə tərəfindən təqsirli bilinməli olsa da, barəsində cəza təyin edilməməlidir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi birinci epizod üzrə cinayət əməlinə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ikinci epizod üzrə cinayət əməli təkrarlıq yarada bilməz. Bu səbəbdən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan sonuncunun ikinci epizod üzrə cinayət əməlini təkrar törətməsi ilə bağlı bənd çıxarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi ümumilikdə əməllərində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. İbtidai istintaq orqanı onun həmin cinayət əməllərini törətməkdə təqsirini tam sübuta yetirmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Bu səbəblərdən onun iş üzrə törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsindən 178.1-ci maddəsində tövsif edilməli, o, ümumilikdə həmin Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (səh. 83). - Füzuli RİHB-nın Əhmədbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamə, Azərbaycan Respublikası Medalının İ-13014 və İ-40522 nömrəli Vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, yaşayış yeri üzrə normal xarakterizə edilmiş, İİ Qarabağ Müharibəsindəki döyüş əməliyyatlarında iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2715 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir (səh. 91, 96). Məhkəmə Təqsirləndirilən şəxs İİ Qarabağ Müharibəsindəki döyüş əməliyyatlarında iştirakına görə “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” adlanan Azərbaycan Respublikası Medalları ilə təltif edilməsini Azərbaycan Respublikası CM-in 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi birinci epizod üzrə cinayət əməlinə münasibətdə cəza təyin edilməməsi onun həmin əməl üzrə Zərərçəkmiş şəxs1 vurduğu 1000 manat məbləğində maddi ziyanı tamamilə ödəməsi halının törətdiyi ikinci epizod üzrə cinayət əməlinə münasibətdə cəza təyin edilərkən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasını istisna edir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsasən Təqsirləndirilən şəxs törətdiyi ikinci epizod üzrə cinayət əməlinə münasibətdə Zərərçəkmiş şəxs2 vurduğu 3900 manat məbləğində maddi ziyanın 2000 manat hissəsini sonuncunun oğlu Zərərçəkmiş şəxs1 ödəməsi Təqsirləndirilən şəxs həmin epizod üzrə Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanı qismən ödəməsi kimi qəbul edilə bilməz. Çünki Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələr əsasında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 ikinci epizod üzrə cinayət əməlinə münasibətdə ona vurulmuş maddi ziyanı təşkil edən 3900 manat məbləğində pulun hər hansı hissəsinin Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 verilməsinə qabaqcadan və ya sonradan razılıq verməmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində törətdiyi ikinci epizod üzrə cinayət əməlinə münasibətdə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi həmin cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, məhkumluğu olmayan şəxs olması və yaşayış yeri üzrə normal xarakterizə edilməsindən ibarət şəxsiyyətini səciyyələndirilən halları, İİ Qarabağ Müharibəsindəki döyüş əməliyyatlarında iştirakına görə “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” adlanan Azərbaycan Respublikası Medalları ilə təltif edilməsindən ibarət cəzasını yüngülləşdirən halın olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, Zərərçəkmiş şəxs2 vurduğu 3900 manat məbləğində maddi ziyana görə hər hansı məbləğdə pul ödəməməsi, sonuncu ilə barışıq əldə edə bilməməsi, onun barəsində dövlət ittihamçısının 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Zərərçəkmiş şəxs2 isə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi ilə bağlı təklif verdiklərini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının 10 (on) ay müddətə təyin edilməsi zəruridir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə hökmünün qanuni qüvvəyə minməsindən sonra Təqsirləndirilən şəxs qarşı sonuncudan törətdiyi ikinci epizod üzrə cinayət əməlinə münasibətdə vurulmuş maddi ziyanı təşkil edən müvafiq pul məbləğinin tutulub ona verilməsi barədə məhkəməyə iddia ərizəsi vermək hüququnun olması izah edilir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Onun barəsində 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-53/2024
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-53/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver