Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-53/2025 02.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Füzuli rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs5 və onun müdafiəçisi Füzuli rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Füzuli rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Beyləqan rayonu Vəkil bürosunun vəkili Müdafiəçi5 və Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Beyləqan rayonu Vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə, xx xxxxxxx 1992-ci il tarixdə Füzuli rayonu, Araz Yağlıvənd kəndində anadan olmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Araz Yağlıvənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində 07 may 2025-ci il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə, xx xxxx 1991-ci il tarixdə Füzuli rayonu, Kərimbəyli kəndində anadan olmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində 07 may 2025-ci il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 1996-cı il tarixdə Füzuli rayonu, Kərimbəyli kəndində anadan olmuş, evli, orta ixtisas təhsilli, məhkumluğu olmayan, Azərbaycan Respublikası vətəndaşı, “M.Xəzani adına musiqi təmayüllü internet tipli gimnaziyada müsiqi müəllimi vəzifəsində işləyən, Füzuli rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində 07 may 2025-ci il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə, xx xxxx 1996-cı il tarixdə Füzuli rayonu, Kərimbəyli kəndində anadan olmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində 07 may 2025-ci il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 1999-cu il tarixdə Füzuli rayonu, Kərimbəyli kəndində anadan olmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, Azərbaycan Respublikası vətəndaşı, “ANAMA təşkilatında minaaxtaran vəzifəsində işləyən, Füzuli rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində 07 may 2025-ci il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 2600 metr uzunluğunda olan 3 top mis materialından hazırlanmaqla üzəri izolyasiya olunan naqili saxlanc yeri hesab edilən sonuncuya məxsus Füzuli rayonu, Gecəgözlü qış yatağı ərazsində yerləşən anbar kimi istifadə olunan tikiliyə qapısını açmaq yolu ilə daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 13000 (on üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əmlakını qəsdən tamah niyyəti ilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə özünün təklifi əsasında tanışları, Füzuli rayonu, Kərimbəyli kənd sakinləri, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək 2024-cü ilin dekabr ayının əvvəlləri, saat 23 radələrində Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində həmin şəxslərlə görüşüb, Təqsirləndirilən şəxs4 idarə etdiyi “Daevo Nexia” markalı, ** RX *** dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonu, Gecəgözlü qış yatağında yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən anbar kimi istifadə olunan tikilinin yanına gələrək ətrafda başqa şəxslərin olmadığına və anbarın sahibsiz olduğuna əmin olduqdan sonra, əvvəlcədən aralarında olan ümumi cinayətkar niyyətə əsasən rolların bölgüsünə görə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 kənar şəxslərin gələcəyi halda onlara xəbər vermək məqsədilə anbardan bir qədər kənarda, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə onun anbardan çıxaracağı mis kabelləri avtomobilə aparmaları üçün anbarın giriş qapısının yanında dayanıb gozləmiş, o, mişar daşı ilə hörülmüş, saxlanc yeri hesab edilən anbar kimi istifadə olunan tikilinin qapısını aralayaraq açmaq yolu ilə anbara qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus 13000(on üç min) manat dəyərində ümumilikdə 2600 metr uzunluqda, 3 top, VPP16 markalı, mis materialından hazırlanmaqla üzəri izolyasiya olunan naqili anbardan çölə çıxarıb, adları qeyd olunan şəxslərlə köməkləşərək naqili həmin avtomobilə yükləyib oradan uzaqlaşmaqla qəsdən gizli talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni ümumilikdə 13000(on üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs5, qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyəti ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 2600 metr uzunluğunda olan 3 top mis materialından hazırlanmaqla üzəri izolyasiya olunan naqili saxlanc yeri hesab edilən sonuncuya məxsus Füzuli rayonu, Gecəgözlü qış yatağı ərazisində yerləşən anbar kimi istifadə olunan tikiliyə qapısını açmaq yolu ilə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 13000 (on üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs əmlakını qəsdən tamah niyyəti ilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 təklifi əsasında tanışları, Füzuli rayonu, Kərimbəyli kənd sakinləri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Füzuli rayonu, Araz Yağlıvən kənd sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək 2024-cü ilin dekabr ayının əvvəlləri, saat 23 radələrində Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində həmin şəxslərlə görüşüb, Təqsirləndirilən şəxs4 idarə etdiyi “Daevo Nexia” markalı, ** RX *** dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonu, Gecəgözlü qış yatağında yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən anbar kimi istifadə olunan tikilinin yanına gələrək ətrafda başqa şəxslərin olmadığına və anbarın sahibsiz olduğuna əmin olduqdan sonra, əvvəlcədən aralarında olan ümumi cinayətkar niyyətə əsasən rolların bölgüsünə görə o, Təqsirləndirilən şəxs4lə birlikdə kənar şəxslərin gələcəyi halda onlara xəbər vermək məqsədilə anbardan bir qədər kənarda dayanıb gözləmiş, Təqsirləndirilən şəxs1 mişar daşı ilə hörülmüş, saxlanc yeri hesab edilən anbar kimi istifadə olunan tikilinin qapısını aralayaraq anbara qanunsuz daxil olmuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 anbarın qarşısında dayanaraq Təqsirləndirilən şəxs1 anbarın daxilindən mis kabelləri çıxardıqdan sonra avtomobilə aparmaları üçün anbarın giriş qapısının yanında gözləmiş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus 13000(on üç min) manat dəyərində ümumilikdə 2600 metr uzunluqda, 3 top, VPP16 markalı, mis materialından hazırlanmaqla üzəri izolyasiya olunan naqili anbardan çölə çıxarıb onlara vermiş, onlar birlikdə köməkləşib naqili həmin avtomobilə yükləyərək oradan uzaqlaşaraq qəsdən gizli talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni ümumilikdə 13000(on üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyəti ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 2600 metr uzunluğunda olan 3 top mis materialından hazırlanmaqla üzəri izolyasiya olunan naqili saxlanc yeri hesab edilən sonuncuya məxsus Füzuli rayonu, Gecəgözlü qış yatağı ərazsində yerləşən anbar kimi istifadə olunan tikiliyə qapısını açmaq yolu ilə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 13000 (on üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs əmlakını qəsdən tamah niyyəti ilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 təklifi əsasında tanışları, Füzuli rayonu, Kərimbəyli kənd sakinləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Füzuli rayonu, Araz Yağlıvən kənd sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək 2024-cü ilin dekabr ayının əvvəlləri, saat 23 radələrində Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində həmin şəxslərlə görüşüb, Təqsirləndirilən şəxs4 idarə etdiyi “Daevo Nexia” markalı, ** RX *** dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonu, Gecəgözlü qış yatağında yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən anbar kimi istifadə olunan tikilinin yanına gələrək ətrafda başqa şəxslərin olmadığına və anbarın sahibsiz olduğuna əmin olduqdan sonra, əvvəlcədən aralarında olan ümumi cinayətkar niyyətə əsasən rolların bölgüsünə görə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 kənar şəxslərin gələcəyi halda onlara xəbər vermək məqsədilə anbardan bir qədər kənarda dayanıb gözləmiş, Təqsirləndirilən şəxs1 mişar daşı ilə hörülmüş, saxlanc yeri hesab edilən anbar kimi istifadə olunan tikilinin qapısını aralayaraq anbara qanunsuz daxil olmuş, o, Təqsirləndirilən şəxs3 ilə birlikdə anbarın qarşısında dayanaraq Təqsirləndirilən şəxs1 anbarın daxilindən mis kabelləri çıxardıqdan sonra avtomobilə aparmaları üçün anbarın giriş qapısının yanında gözləmiş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus 13000(on üç min) manat dəyərində ümumilikdə 2600 metr uzunluqda, 3 top, VPP16 markalı, mis materialından hazırlanmaqla üzəri izolyasiya olunan naqili anbardan çölə çıxarıb onlara vermiş, o, Təqsirləndirilən şəxs3la birlikdə köməkləşib naqili həmin avtomobilə yükləyərək oradan uzaqlaşaraq qəsdən gizli talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni ümumilikdə 13000(on üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3, qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyəti ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 2600 metr uzunluğunda olan 3 top mis materialından hazırlanmaqla üzəri izolyasiya olunan naqili saxlanc yeri hesab edilən sonuncuya məxsus Füzuli rayonu, Gecəgözlü qış yatağı ərazsində yerləşən anbar kimi istifadə olunan tikiliyə qapısını açmaq yolu ilə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 13000 (on üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs əmlakını qəsdən tamah niyyəti ilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 təklifi əsasında tanışları, Füzuli rayonu, Kərimbəyli kənd sakinləri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Füzuli rayonu, Araz Yağlıvən kənd sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək 2024-cü ilin dekabr ayının əvvəlləri, saat 23 radələrində Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində həmin şəxslərlə görüşüb, Təqsirləndirilən şəxs4 idarə etdiyi “Daevo Nexia” markalı, ** RX *** dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonu, Gecəgözlü qış yatağında yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən anbar kimi istifadə olunan tikilinin yanına gələrək ətrafda başqa şəxslərin olmadığına və anbarın sahibsiz olduğuna əmin olduqdan sonra, əvvəlcədən aralarında olan ümumi cinayətkar niyyətə əsasən rolların bölgüsünə görə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 kənar şəxslərin gələcəyi halda onlara xəbər vermək məqsədilə anbardan bir qədər kənarda dayanıb gözləmiş, Təqsirləndirilən şəxs1 mişar daşı ilə hörülmüş, saxlanc yeri hesab edilən anbar kimi istifadə olunan tikilinin qapısını aralayaraq anbara qanunsuz daxil olmuş, o, Təqsirləndirilən şəxs3 ilə birlikdə anbarın qarşısında dayanaraq Təqsirləndirilən şəxs1 anbarın daxilindən mis kabelləri çıxardıqdan sonra avtomobilə aparmaları üçün anbarın giriş qapısının yanında gözləmiş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus 13000(on üç min) manat dəyərində ümumilikdə 2600 metr uzunluqda, 3 top, VPP16 markalı, mis materialından hazırlanmaqla üzəri izolyasiya olunan naqili anbardan çölə çıxarıb onlara vermiş, o, Təqsirləndirilən şəxs2lə birlikdə köməkləşib naqili həmin avtomobilə yükləyərək oradan uzaqlaşaraq qəsdən gizli talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni ümumilikdə 13000(on üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4, qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyəti ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 2600 metr uzunluğunda olan 3 top mis materialından hazırlanmaqla üzəri izolyasiya olunan naqili saxlanc yeri hesab edilən sonuncuya məxsus Füzuli rayonu, Gecəgözlü qış yatağı ərazsində yerləşən anbar kimi istifadə olunan tikiliyə qapısını açmaq yolu ilə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 13000 (on üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs əmlakını qəsdən tamah niyyəti ilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs3 təklifi əsasında tanışları, Füzuli rayonu, Kərimbəyli kənd sakinləri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Füzuli rayonu, Araz Yağlıvən kənd sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək 2024-cü ilin dekabr ayının əvvəlləri, saat 23 radələrində Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində həmin şəxslərlə görüşüb, onun idarə etdiyi “Daevo Nexia” markalı, ** RX *** dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonu, Gecəgözlü qış yatağında yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən anbar kimi istifadə olunan tikilinin yanına gələrək ətrafda başqa şəxslərin olmadığına və anbarın sahibsiz olduğuna əmin olduqdan sonra, əvvəlcədən aralarında olan ümumi cinayətkar niyyətə əsasən rolların bölgüsünə görə o, Təqsirləndirilən şəxs5lə birlikdə kənar şəxslərin gələcəyi halda onlara xəbər vermək məqsədilə anbardan bir qədər kənarda dayanıb gözləmiş, Təqsirləndirilən şəxs1 mişar daşı ilə hörülmüş, saxlanc yeri hesab edilən anbar kimi istifadə olunan tikilinin qapısını aralayaraq anbara qanunsuz daxil olmuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 anbarın qarşısında dayanaraq Təqsirləndirilən şəxs1 anbarın daxilindən mis kabelləri çıxardıqdan sonra avtomobilə aparmaları üçün anbarın giriş qapısının yanında gözləmiş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus 13000(on üç min) manat dəyərində ümumilikdə 2600 metr uzunluqda, 3 top, VPP16 markalı, mis materialından hazırlanmaqla üzəri izolyasiya olunan naqili anbardan çölə çıxarıb onlara vermiş, onlar birlikdə köməkləşib naqili həmin avtomobilə yükləyərək oradan uzaqlaşaraq qəsdən gizli talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni ümumilikdə 13000(on üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. 1) Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, Füzuli rayonu, Əhmədbəyli kənd sakini olan Şahid2 taksi sürücüsü olduğuna görə tanıyır. Şahid2 özünə məxsus “Ravon” markalı avtomobili var, Şahid2 həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Tarixini konkret olaraq xatırlamadığı vaxtda, təxminən 2024cü ilin noyabr ayının sonlarında Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən “Dörd yol” adlanan yerdə Şahid2 məxsus avtomobildə oturub söhbət etmişlər, həmin vaxt Fərid tanımadığı şəxslə mobil telefonla danışarkən həmin şəxsə Füzuli rayonu, Gecəgözlü kəndi ərazisində tanımadığı şəxsə məxsus fermanın ərazisində olan anbarda mis kabel olmasını və həmin kabeli oğurlamaqda ona kömək etmək istəməsini bildirmiş, lakin Fəridin danışdığı şəxs onun təklifini qəbul etməyərək zəngi sonlandırmışdır. Fərid həmin şəxslə danışarkən anbarın yerləşdiyi yeri konkret olaraq həmin şəxsə demiş və o, həmin anbarın yerini yaddaşında saxlamışdır. Bundan sonra o, Şahid2 yanından aralanaraq öz yaşadığı Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində yerləşən evə gəlmişdir. Bundan bir neçə gün sonra, yəni təxminən 2024-cü ilin dekabr ayının əvvəlləri pula ehtiyacı olduğuna görə Şahid2 dediyi Gecəgözlü kəndində yerləşən anbardan kabel oğurlamaq qərarına gəlmişdir. Lakin həmin kabeli tək oğurlaya bilməyəcəyini düşündüyü üçün özünə oğurluq etməkdə köməklik edə biləcək adam axtarmağa başlamışdır. Ona görə də ilk öncə Füzuli rayonu, Kərimbəyli kənd sakini olan tanışı Orxan Xəqani oğluna məxsus mobil telefona zəng edərək ona Gecəgözlü kəndi ərazisində yerləşən anbarda kabel olmasını və həmin kabeli oğurlamaqda ona köməklik etməsini bildirmiş, lakin Orxan ona hazırda vaxtı olmadığını demişdir. Orxanın “Mitsubishi” markalı “Pikap” kimi tanıdığı maşını olduğuna görə ilk öncə kabel oğurlamağı ona təklif etmişdir ki, kabeli oğurlayanda ona məxsus maşınla gətirsinlər. Orxan onun təklifini qəbul etmədiyinə görə Orxanla danışdıqdan 2-3 gün sonra Füzuli rayonu, Kərimbəyli kənd sakini olan Təqsirləndirilən şəxs3 ilə telefonda danışarkən Namiq ona maddi imkanının olmadığını bildirmiş, həmin vaxt o, Namiqə Gecəgözlü kəndi ərazisində yerləşən anbarda mis kabel olmasını, lakin həmin kabeli oğurlamağa risk etmədiyini demiş, həmin vaxt Namiqlə görüşüb ətraflı olaraq danışmaq qərarına gəlmişlər. Onlar həmin gün axşam saatlarında Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində Təqsirləndirilən şəxs3 ilə görüşmüşlər və söhbət edərkən orada həmin yerdən mis kabeli oğurlamaq fikrini dəqiqləşdirmişlər. Həmin vaxt Namiq Orxana zəng edərək onu yanlarına çağırmış və bundan bir neçə dəqiqə sonra Orxan yanlarına gəlmişdir. Onlar birlikdə tanımadığı şəxsə məxsus çayxanada domino oyunu oynayarkən o, Orxana demiş ki, “sənə o gün dediyim işi, kabel oğurlamağı həyata keçirtmək istəyirik”, Orxan isə onunla razılaşmış və daha sonra Namiq həmkəndlisi Təqsirləndirilən şəxs5 zəng edərək onu da do mino oynadığı yerə çağırmışdır. Bir neçə dəqiqə sonra Fərid həmin yerə gəlmişdir. Fərid oraya gəldikdən sonra Namiq Fəridə kabel oğurlamaq istədiklərini, onun da köməklik etməsini demiş və Fərid də onun təklifini qəbul etmişdir. Bundan sonra onlar birlikdə söhbət etmişlər və Orxana məxsus olan “Mitsubishi” markalı “Pikap” kimi tanıdığı maşınla sabahısı gün həmin anbara baxmaq qərarına gəlmişlər. Bundan sonra sabahısı gün günorta saatlarında yaşadığı Aşağı Yağlıvənd kəndi ərazisində görüşmüşlər və Orxana məxsus maşınla Gecəgözlü kəndi ərazisinə kabel olan anbarın yerini dəqiq müəyyən etmək üçün və oradan kabeli oğurlamaq üçün özlərinə əlverişli mövqe tutmaq üçün oraya getmişlər. Onlar həmin yerə gedib baxmışlar və daha sonra geriyə qayıtmışlar, sonradan qərara gəlmişlər ki, sabahısı gün axşam Orxana məxsus maşınla həmin yerə gedib kabelləri oğurlasınlar. Bundan sonra hamısı 2024-cü ilin dekabr ayının əvvəllərində saat 23 radələrində Kərimbəyli kəndinin ərazisində görüşmüşlər və həmin vaxt Orxan maşının xarab olmasına görə oraya Orxanın maşını ilə gedə bilməmişlər. Bu vaxt Namiq qardaşı Vəliyə zəng edərək maşını ilə Kərimbəyli kəndinin üst hissəsinə gəlməsini bildirmişdir. Bir neçə dəqiqə sonra Vəli özünə məxsus “Daewo Nexia” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gəlmişdir. Vəli oraya gəldikdən sonra Namiq ona Gecəgözlü kəndi ərazisində anbarda kabel olmasını və həmin kabeli oğurlamaq üçün gedəcəklərini demiş və bundan sonra Vəli təklifi qəbul etmişdir. Onlar hamısı Vəliyə məxsus maşına minib Gecəgözlü kəndinə yollanmışlar. Əvvəldən razılaşdıqları kimi Vəli maşını anbarın təxminən 150-200 metrliyində saxlamış, özü isə maşında oturub onları gözləmişdir. Aralarında əvvəldən razılaşmışlar ki, Orxan, Namiq və o anbara girib kabeli götürəcək, Fərid isə anbarın qarşısında olan təpədə duraraq kənar şəxslərin gəlib-gəlməməsini müəyyən etməli olmuşdur. Onlar razılaşdıqları kimi Fərid onları çöldə gözləmiş, Orxan, Namiq və o, anbarın içinə giriş qapısından girmişlər. Həmin anbarın giriş qapısı örtülü olsa da kilidli olmamışdır. İlkin olaraq qapını o, itələyib açmış və sonra anbarın içinə girmişdir. Onlar anbarın içinə baxdıqda orada dörd top mis kabel olmasını görmüşlər. Kabel rulonu ağır olduğuna görə köməkli olaraq hər üçü birlikdə 3 top kabel rulonlarını anbarın qarşısına yığmışlar, daha sonra isə həmin kabel rulonlarını daşıyaraq Vəlinin maşınına yığmışlar. Belə ki, iki rulon kabeli maşının arxa yük yerinə, bir rulon kabeli isə arxa oturacağın üzərinə qoymuşlar. Kabelləri maşına yığdıqdan sonra hamısı maşına oturub onun yaşadığı Aşağı Yağlıvənd kəndinə gəlib kabelləri yaşadığı evin həyətində yerləşən yarımtikilinin içində gizlətmişlər. Daha sonra isə orada olan şəxslər öz evinə getmişdir. Növbəti gün səhər saatlarında Namiq onun yaşadığı evə gəlmiş və onlar birlikdə mis əldə etmək üçün kabelləri yandırmağa başlamışlar. Kabelləri yandırmaqda məqsədi isə onun üst örtüyünü əridib, qalan mis hissəsini isə metal kimi satmaq olmuşdur. Bundan sonra o, həmin misi metal kimi satmaq üçün bir neçə nəfərə zəng etsə də, alan olmamışdır. Sonradan adını unutduğu metal qəbul edən şəxslə əlaqə yaradaraq onda mis olmasını bildirmiş və həmin şəxs misi alacağını bildirmiş, bundan sonra həmin şəxs “Changan” markalı “Pikap” tipli, yaş asfalt rəngli maşınla onun yaşadığı evə gəlmişdir. Həmin şəxs misi tərəzidə çəkmiş və misin çəkisi 260 kiloqram olmuşdur. Həmin 260 kiloqram misin müqabilində 2600 (iki min altı yüz) manat pul almışdır. Bundan sonra həmin pulu Namiq, Orxan, Təqsirləndirilən şəxs5,Vəli və aralarında bölmüşlər, həmin puldan hərəsinə 520 (beş yüz iyirmi) manat məbləğində pul düşmüşdür. O, həmin pulu öz şəxsi ehtiyaclarıma sərf etmişdir. Füzuli rayon Polis Şöbəsinin əməkdaşları onu rayon Polis Şöbəsinə dəvət edib edib, sözügedən yerdən oğurluğu edib-etmədiyini soruşmuşlar, o da etdiyi əməldən peşman olaraq olanları tam deyərək, etdiyi əməli etiraf etmişdir. Şahid2, Şahid3 və Adəm adlı şəxsin, həmçinin başqa şəxslərin həmin yerdən kabel oğurlaması ilə bağlı hər hansı məlumatı olmamışdır. O, Adəm və Səfa adlı şəxsi ümumiyyətlə tanımır. Şahid2 isə onun yanında başqa kiminləsə telefonla danışarkən həmin yerdə kabel olmasını bilmiş, lakin Fəridin oradan kabel oğurlayıb-oğurlamamasını bilmir, bu barədə Fərid onlara hər hansı məlumat verməmişdir. Oğurladıqları kabel qara rəngli olmuş, diametrini, həmçinin digər xüsusiyyətlərini bilmir. Adını bilmədiyi şəxs satdığı 260 kiloqram misi haradan əldə etmələri ilə bağlı onlara hər hansı sual verməmiş, həmçinin onlar da bu barədə ona heçnə deməmişlər. Həmin şəxs onlardan şəxsiyyətini təsdiq edən sənəd tələb etməmiş, həmin vaxt da qeydiyyat aparmamışdır. O, Zərərçəkmiş şəxs tanımır, həmin şəxslə ədavət və ya düşmənçiliyi, həmçinin qohumluq əlaqəsi yoxdur. Oğurluq nəticəsində ona dəymiş maddi ziyanı tam şəkildə ödəmişdirlər. O, sadəcə olaraq bir dəfə, Orxan, Namiq, Təqsirləndirilən şəxs5 və Vəli İlə 3 (üç) top mis kabel oğurlamışlar. Şahid2 öz tanışları ilə etdiyi oğurluqları sonradan Füzuli rayon Polis Şöbəsində öyrənmişdir. O, ilk dəfədir ki, oğurluq edir. Buna səbəb isə maddi vəziyyətinin aşağı səviyyədə olması olmuşdur. İfadə verməzdən əvvəl ona hər hansı psixi və ya fiziki zor tətbiq olunmamışdır. O, oğurluq etməyi ilə bağlı kənar hər hansı şəxsə məlumat verməmiş, həmçinin oğurluq edən zaman oğurluq etmələri anını heç kim görməmişdir.Törətdiyi əməli etiraf etmişdir. Əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəkdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. 2) Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs5 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 Füzuli rayonu, Kərimbəyli kənd sakini kimi tanıyır, onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamışdır, normal münasibəti olmuşdur. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 isə həmkəndliləridir, onlarla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamışdır, normal münasibəti olmuşdur. Tarixini konkret olaraq xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs3 onun istifadəsində olan mobil telefona zəng edərək onu kəndin ərazisində olan çayxanaya dəvət etmiş və oraya getdikdə Namiqin Orxan və Əvəzlə oturub damino oynamasını görmüş, onlara yaxınlaşıb onların əyləşdiyi stolda oturmuş və söhbət etməyə başlamışlar. Söhbət zamanı Namiq ona Füzuli rayonu, Gecəgözlü kəndinin ərazisində olan anbarın içində mis kabel olmasını və həmin mis kabeli oğurlamaqda köməklik etməyini bildirmiş, ilk öncə onun təklifini qəbul etməmiş, lakin sonradan onların təklifini qəbul edərək həmin mis kabeli oğurlamaqda onlara köməklik etməyi qəbul etmişdir. Bundan sonra hamısı birlikdə qərara gəlmişlər ki, məlumat xarakterli olaraq ilk öncə gedib həmin anbara baxsınlar, həmin anbarın yerləşmə yerini, giriş-çıxışını və oğurluq etmək üçün əlverişli olub-olmamasını müəyyən etsinlər. Həmin vaxt razılaşmışlar ki, sabahısı gün görüşüb həmin anbara gedəcək, bundan sonra oradan qalxaraq hamısı öz yaşadığı evə gedəcəklər. Sabahısı gün təxminən günorta saatlarında Orxana məxsus olan “Mitsubishi L 200” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobillə hamısı, yəni, Namiq, Orxan, o və Əvəz mis kabel oğurlayacaqları yeri müəyyən etmək üçün Gecəgözlü kəndinə getmişlər. Həmin kənddə anbarın yerin müəyyən edib baxdıqdan sonra geriyə qayıtmışlar və aralarında razılığa gəlmişlər ki, Orxana məxsus “Mitsubishi L 200” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobillə gedib həmin yerdən kabel oğurlasınlar. Sabahısı gün axşam saatlarında, təxminən saat 23 radələrində Kərimbəyli kəndi ərazisində olarkən Namiq zəng edərək kabeli oğurlamağa getmələrini bildirərək kəndin yanından keçən asfalt yola çağırmışdır. O, oraya getdikdə Namiqin qardaşı Vəliyə məxsus Daevo Nexia markalı ** RX *** dövlət qeydiyyat nişanlı avtomobilin orada olmasını, həmçinin Orxan, Namiq, Əvəz və Vəlinin də orada olmasını görmüşdür. Həmin vaxt maşını Vəli sürmüşdür. Artıq yolda gedərkən bilmişdir ki, Vəli də oğurluq etmək üçün onlarla gedir. Əvvəldən razılaşdıqları kimi Vəli maşını anbarın təxminən 150-200 metrliyində saxlamış, özü isə maşında oturub onları gözləmişdir. Aralarında əvvəldən razılaşmışlar ki, Əvəz, Namiq və Orxan anbara girib kabeli götürəcək, o isə anbarın qarşısında olan təpədə duraraq kənar şəxslərin gəlib-gəlməməsini müəyyən edəcək. Razılaşdıqları kimi onları çöldə gözləmiş, Əvəz anbarın içinə giriş qapısından girmişdir. Həmin anbarın giriş qapısı örtülü olsa da, kilidli olmamış, yəni qapı müəyyən qədər açılmışdır. Namiqlə Orxan qapının ağzında gözləmiş, Əvəz isə içəridən 3 (üç) top kabeli götürüb onlara vermiş, bundan sonra köməkləşərək həmin mis kabel toplarını daşıyaraq Vəlinin maşınına yığmışlar. Belə ki, iki top kabeli maşının arxa yük yerinə, bir top kabeli isə arxa oturacağın üzərinə qoymuşlar. Kabelləri maşına yığdıqdan sonra hamısı maşına oturub Əvəzin yaşadığı Aşağı Yağlıvənd kəndinə gəlib kabelləri Əvəzin yaşadığı evin həyətində yerləşən yarımtikilinin içində gizlətmişlər. Daha sonra isə hərəsi öz evinə getmişlər. Bundan sonra Əvəzgilin misi kimə və hansı qiymətə satdıqlarını bilməmişdir. Sabahısı gün Əvəz ondan kart nömrəsi istəmiş və demiş ki, “misin pulunu sənin kartına ataq sonra sən kartdan pulu çıxardıb mənə verərsən”. Ona özünə məxsus olan Kapitalbankdan olan kart hesabını demiş və onun kartına 2600 (iki min altı yüz) manat pul göndərmişlər. Həmin pulun 570 (beş yüz yetmiş) manatın özü götürmüş, 430 manatını Orxana vermiş, qalan pulu isə Namiqə vermiş və onlar öz aralarında pulu bölmüşlər. O, həmin pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Füzuli rayon Polis Şöbəsinin əməkdaşları onu rayon Polis Şöbəsinə dəvət edib, sözügedən yerdən oğurluğu edib-etmədiyini soruşmuşlar, o da etdiyi əməldən peşiman olaraq olanları tam deyərək, etdiyi əməli etiraf etmişdir. Şahid2, Şahid3 və Adəm adlı şəxsin, həmçinin başqa şəxslərin həmin yerdən kabel oğurlaması ilə bağlı hər hansı məlumatı olmamışdır. O, Şahid2, Adəm və Səfa adlı şəxsi ümumiyyətlə tanımır. Oğurladıqları kabel qara rəngli olmuş, diametrini, həmçinin digər xüsusiyyətlərini bilmir. Əvəzgilin misi kimə satdıqlarını bilməmişdir. Çünki həmin prosesdə yəni misin satışında və əridilməsində iştirak etməmişdir. O, Zərərçəkmiş şəxs tanımır, həmin şəxslə ədavət və ya düşmənçiliyi, həmçinin qohumluq əlaqəsi yoxdur. Oğurluq nəticəsində ona dəymiş maddi ziyanı tam şəkildə ödəmişdirlər. O, sadəcə olaraq bir dəfə, Namiq, Əvəz, Təqsirləndirilən şəxs5 və Vəli ilə 3 (üç) top mis kabel oğurlamışdır. Sonradan Şahid2 öz tanışları ilə etdiyi oğurluqları Füzuli rayon Polis Şöbəsində öyrənmişdir. İfadə verməzdən əvvəl ona hər hansı psixi və ya fiziki zor tətbiq olunmamışdır. O, oğurluq etməyi ilə bağlı kənar hər hansı şəxsə məlumat verməmiş, həmçinin oğurluq edən zaman onların oğurluq etmələri anının heç kim görməmişdir. O, ilk dəfədir ki, oğurluq edirmiş. Buna səbəb isə maddi vəziyyətinin aşağı səviyyədə olması olmuşdur. Törətdiyi əməli etiraf etmişdir. Əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəkdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. 3) Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, atasının Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində metal qəbulu məntəqəsi vardır, o da boş vaxtlarında atasına köməklik edir. Atasına məxsus “Mitsubishi L 200” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil vardır, lakin o da həmin avtomobili idarə edir. Füzuli rayonu, Aşağı Yağlıvənd kənd sakini Təqsirləndirilən şəxs1 ilə 44 günlük vətən müharibəsi zamanı tanış olmuşdur və həmin vaxtdan sonra onunla arasında münasibəti yaranmışdır. 2024-cü ilin dekabr ayının əvvəllərində Əvəz onun istifadəsində olan 050 *** ** ** saylı mobil telefonuna zəng edərək mis olduğunu demişdir, o, həmin vaxt düşünmüşdür ki, Əvəz mis metalı yığıb və həmin misi atasının metal qəbulu məntəqəsinə satmaq üçün ona zəng edib, ona görə də Əvəzə həmin misi gətirib metal qəbulu məntəqəsinə verməsini bildirmişdir. Lakin Əvəz həmin vaxt mis kabeli oğurlayıb gətirməyi ona təklif etmiş, o, ilk dəfə onun təklifini qəbul etməyərək Əvəzə vaxtı olmadığını demişdir. Lakin həmin danışıq zamanı Əvəz mis metalını haradan oğurlayacağı barədə hər hansı məlumat verməmişdir. Bundan sonra onunla danışığı sonlandırmışdır. Əvəzlə arasında olan həmin danışıqdan təxminən 1- 2 gün sonra yenidən Əvəz onun istifadəsində olan mobil telefona zəng edərək onu Kərimbəyli kəndinin ərazisində olan çayxanaya çağırmış, həmin vaxt Əvəz ona Namiqi də çağırmasını bildirmişdir. Əvəzlə danışdıqdan sonra Namiqə zəng edərək Əvəzin çağırmasını bildirmiş, bir neçə dəqiqə sonra o, Namiqlə görüşüb çayxanaya getmişlər. Onlar çayxanaya çatanda Əvəz orada olmuş və Əvəzlə görüşüb həmin çayxanada oturub söhbət etməyə başlamışlar. Söhbət zamanı Əvəz Füzuli rayonu, Gecəgözlü kəndi ərazisində yerləşən anbarda mis kabel olmasını və həmin mis kabeli oğurlamağı təklif etmişdir. O, həmin yeri tanımadığını və görmədiyini deyərək anbarda olan misi görmədiyi üçün oğurlamaq istəmədiyini bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs5 də zəng vurub onu oğurluqda kömək etmək üçün yanlarına çağırmışlar, lakin Təqsirləndirilən şəxs5 Namiq və ya Əvəzdən hansının zəng etməsini xatırlamır. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs5 yanlarına gəlmişdir. Fərid gəldikdən sonra Namiq ona Gecəgözlü kəndindən anbardan mis oğurlamağı təklif etmiş, daha sonra isə Əvəz Fəridə mis kabeli anbardan necə oğurlayacaqlarını izah etmişdir. Bundan sonra hamısı birlikdə qərara gəlmişlər ki, məlumat xarakterli olaraq ilk öncə gedib həmin anbara baxsınlar, həmin anbarın yerləşmə yerini, giriş-çıxışını və oğurluq etmək üçün əlverişli olub-olmamasını müəyyən etsinlər. Həmin vaxt razılaşmışlar ki, sabahısı gün görüşüb həmin anbara gedəcəklər, bundan sonra oradan qalxaraq hamısı öz yaşadığı evə getmişlər. Sabahısı gün təxminən günorta saatlarında atasına məxsus olan “Mitsubishi L 200” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobili özü idarə etmiş, Əvəz, Namiq və Fərid də maşına minmişlər və hamısı birlikdə mis oğurlayacaqları yeri müəyyən etmək üçün Gecəgözlü kəndinə getmişlər. Həmin kənddə anbarın yerin müəyyən edib baxdıqdan sonra geriyə qayıtmışlar və aralarında razılığa gəlmişlər ki, idarə etdiyi “Mitsubishi L 200” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobillə gedib həmin yerdən mis oğurlasınlar. Sabahısı gün axşam saatlarında, təxminən saat 23 radələrində Kərimbəyli kəndi ərazisində olarkən Əvəz ona zəng edərək mis oğurlamağa getmək üçün görüşmələrini demişdir. O, qorxduğu üçün onun maşını ilə getmək istəmədiyini bildirmiş, həmin vaxt Əvəz ona demiş ki, “gözlə sənə zəng vuracam”, zəngi sonlandırmışlar. Bir neçə dəqiqə sonra Əvəz təkrar olaraq ona zəng edərək yola çıxmağı bildirmiş, daha sonra Kərimbəyli kəndinin ərazisində onlarla görüşmüşdür. Onlar Namiqin qardaşı Vəliyə məxsus “Daevo Nexia” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə gəlmiş və maşını Vəli idarə etmişdir. Onlarla görüşmüş və maşına əyləşmiş, daha sonra Vəli maşını Gecəgözlü kəndinə sürmüş, artıq yolda gedərkən bilmişdir ki, Vəli də oğurluq etmək üçün onlarla gedir. Əvvəldən razılaşdıqları kimi Vəli maşını anbarın təxminən 150-200 metrliyində saxlamış, özü isə maşında oturub onları gözləmişdir. Aralarında əvvəldən razılaşmışlar ki, Əvəz, Namiq və o anbara girib kabeli götürəcək, Fərid isə anbarın qarşısında olan təpədə duraraq kənar şəxslərin gəlibgəlməməsini müəyyən edəcək. Razılaşdıqları kimi Fərid onları çöldə gözləmiş, Əvəz anbarın içinə giriş qapısından girmişdir. Həmin anbarın giriş qapısı örtülü olsa da, kilidli olmamış, yəni qapı müəyyən qədər açılmışdır. Namiqlə o qapının ağzında gözləmişlər, Əvəz isə içəridən 3 (üç) top kabeli götürüb ona vermiş, onlar isə həmin mis kabel toplarını anbardan Vəlinin maşını istiqamətdə bir neçə metr kənarda saxlamışlar. Daha sonra Əvəz anbardan çölə çıxdıqdan sonra həmin kabelləri köməkli daşıyaraq Vəlinin maşınına yığmışlar. Belə ki, iki top kabeli maşının arxa yük yerinə, bir top kabeli isə arxa oturacağın üzərinə qoymuşlar. Kabelləri maşına yığdıqdan sonra hamısı maşına oturub Əvəzin yaşadığı Aşağı Yağlıvənd kəndinə gəlib kabelləri Əvəzin yaşadığı evin həyətində yerləşən yarımtikilinin içində gizlətmişlər. Daha sonra isə hərəsi öz evinə getmişdir. Bundan sonra Əvəzgilin misi kimə və hansı qiymətə satdıqlarını bilməmişdir. Bir gün sonra Fərid yaşadığım evin qarşısında ona 430 (dörd yüz otuz) manat pul vermiş və demiş ki, onlara bu qədər pul düşüb. O, həmin pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Füzuli rayon Polis Şöbəsinin əməkdaşları onu rayon Polis Şöbəsinə dəvət edib, sözügedən yerdən oğurluğu edib-etmədiyini soruşmuşlar, o da etdiyi əməldən peşiman olaraq olanları tam deyərək, etdiyi əməli etiraf etmişdir. Şahid2, Şahid3 və Adəm adlı şəxsin, həmçinin başqa şəxslərin həmin yerdən kabel oğurlaması ilə bağlı hər hansı məlumatı olmamışdır. O, Şahid2, Adəm və Səfa adlı şəxsi ümumiyyətlə tanımır. Oğurladıqları kabel qara rəngli olmuş, diametrini, həmçinin digər xüsusiyyətlərini bilmir. Əvəzgilin misi kimə satdıqlarını bilməmişdir. Çünki həmin prosesdə iştirak etməmişdir. O, Zərərçəkmiş şəxs tanımır, həmin şəxslə ədavət və ya düşmənçiliyi, həmçinin qohumluq əlaqəsi yoxdur. Oğurluq nəticəsində ona dəymiş maddi ziyanı tam şəkildə ödəmişdirlər. O, sadəcə olaraq bir dəfə, Namiq, Əvəz, Təqsirləndirilən şəxs5 və Vəli ilə 3 (üç) top mis kabel oğurlamışdır. Sonradan Şahid2 öz tanışları ilə etdiyi oğurluqları Füzuli rayon Polis Şöbəsində öyrənmişdir. İfadə verməzdən əvvəl ona hər hansı psixi və ya fiziki zor tətbiq olunmamışdır. O, oğurluq etməyi ilə bağlı kənar hər hansı şəxsə məlumat verməmiş, həmçinin oğurluq edən zaman oğurluq etmələri anını heç kim görməmişdir. Törətdiyi əməli etiraf etmişdir. Əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəkdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. 4) Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, əvvəllər hərbidə işləmiş və 2023-cü ilin dekabr ayında hərbidən təxris olunmuşdur. Hərbidə işləyən zaman Füzuli rayonu, Aşağı Yağlıvənd kənd sakini Təqsirləndirilən şəxs1 ilə bir bölükdə xidmət etmişlər, həmin vaxtdan onu tanımış, münasibətləri yaxşı olmuşdur. O, hazırda heç bir yerdə işləmədiyi üçün maddi cəhətdən sıxıntıları vardır, pula ehtiyacı olmuşdur. 2024-cü ilin dekabr ayının əvvəllərində Əvəz onun istifadəsində olan mobil telefona zəng edərək Füzuli rayonu, Gecəgözlü kəndi ərazisində yerləşən anbarda mis kabel olduğunu demiş və həmin mis kabelləri onu oğurlamağı təklif etmiş, onun da pula ehtiyacı olduğuna görə Əvəzin təklifini qəbul etmişdir. Həmin telefon danışığından 1-2 gün sonra Əvəzlə Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində görüşüb söhbət etmişlər, həmin vaxt Əvəz həmkəndlisi və qonşusu olan Təqsirləndirilən şəxs2 da oraya dəvət etdiyi üçün Orxan da oraya gəlmişdir. Əvəz mis kabelləri oğurlamağı ondan əvvəl Orxana dediyi üçün Orxanın mis oğurlayacaqlarından məlumatı olmuşdur. Orxanın “Mitsubishi” markalı “Pikap” kimi tanıdığı maşını var imiş, onlar mis kabelləri Orxanın maşını ilə oğurlamağı planlaşdırmışlar. Hər üçü orada söhbət edərkən əlavə köməyə ehtiyacları olduğunu fikirləşmişlər və ona görə də bu işdə onlara kömək etmək üçün həmkəndlisi və qonşusu olan Təqsirləndirilən şəxs5 zəng etmiş və ona işi olduğunu deyərək onu oturduqları çayxanaya çağırmışdır. Bir neçə dəqiqə sonra Fərid də oraya gəlmişdir. Fərid onların yanına gəldikdən sonra Gecəgözlü kəndində anbarda mis kabel olmasını və mis kabeli oğurlamaqda kömək etməyini ona da demiş, Fərid onun təklifini qəbul etmişdir. Onlar həmin vaxt planlaşdırmışlar ki, misi götürməzdən əvvəl Gecəgözlü kəndinə gedib həmin anbarın yerini öyrənsinlər sonra isə gedib mis kabelləri oğurlayalar. Bundan sonra sabahısı gün Orxana məxsus “Mitsubishi” markalı “Pikap” kimi tanıdığı avtomobillə Aşağı Yağlıvənd kəndi ərazisindən Əvəzi də götürüb Gecəgözlü kəndi ərazisinə kabel olan anbarın yerini dəqiq müəyyən etmək üçün və oradan kabeli oğurlamaq üçün əlverişli mövqe tutmaq üçün oraya yollanmışlar. Onlar həmin yerə gedib baxmışlar və daha sonra geriyə qayıtmışlar, sonradan qərara gəlmişlər ki, həmin gün axşam Orxana məxsus maşınla həmin yerə gedib kabelləri oğurlayalar. Bundan sonra hamısı həmin gün, yəni 2024-cü ilin dekabr ayının əvvəllərində, saat 23 radələrində Kərimbəyli kəndinin ərazisində görüşüb və həmin vaxt Orxanın deməsinə görə onun maşının xarab olmasına görə oraya Orxanın maşını ilə gedə bilməmişlər. O, qardaşı Vəliyə zəng edərək maşını ilə Kərimbəyli kəndinin üst hissəsinə gəlməsini demiş, bir neçə dəqiqə sonra Vəli özünə məxsus “Daewo Nexia” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gəlmişdir. Vəli oraya gəldikdən sonra o Vəliyə Gecəgözlü kəndi ərazisində anbarda kabel olmasını və həmin kabeli oğurlamaq üçün gedəcəklərini demiş və bundan sonra Vəli onun təklifini qəbul etmişdir. Hamısı Vəliyə məxsus maşına minib Gecəgözlü kəndinə yollanmışlar. Əvvəldən razılaşdıqları kimi Vəli maşını anbarın təxminən 150-200 metrliyində saxlamış, özü isə maşında oturub onları gözləmişdir. Aralarında əvvəldən razılaşmışlar ki, Əvəz, Orxan və o anbara girib kabeli götürəcəkmiş, Fərid isə anbarın qarşısında olan təpədə duraraq kənar şəxslərin gəlibgəlməməsini müəyyən etməli imiş. Razılaşdıqları kimi Fərid onları çöldə gözləmiş, Əvəz anbarın içinə giriş qapısından girmiş, həmin anbarın giriş qapısı örtülü olsa da kilidli deyilmiş, yəni qapı müəyyən qədər açılırmış. Orxanla o qapının ağzında gözləmiş, Əvəz isə içəridən 3 (üç) top kabeli götürüb onlara vermiş, onlar isə həmin mis kabel toplarını anbardan Vəlinin maşını istiqamətdə bir neçə metr kənarda saxlamış, daha sonra Əvəz anbardan çölə çıxdıqdan sonra həmin kabelləri köməkli daşıyaraq Vəlinin maşınına yığmışlar. Belə ki, iki top kabeli maşının arxa yük yerinə, bir top kabeli isə arxa oturacağın üzərinə qoymuşlar. Kabelləri maşına yığdıqdan sonra hamısı maşına oturub Əvəzin yaşadığı Aşağı Yağlıvənd kəndinə gedib kabelləri Əvəzin yaşadığı evin həyətində yerləşən yarımtikilinin içində gizlətmişlər. Daha sonra isə hərəsi öz evlərinə getmişlər. Sabahısı gün səhər saatlarında o, Əvəzin yaşadığı evə getmiş və birlikdə kabelləri yandırmağa başlamışlar. Kabelləri yandırmaqda məqsədləri isə onun üst örtüyünü əridib, qalan mis hissəsini isə metal kimi satmaq olmuşdur. Bundan sonra misi satmaq üçün Əvəz bir nəfər metal alan şəxs tapmış və o, Əvəz və tanımadığı metal alan şəxslə Əvəzin yaşadığı evə getmişlər. Həmin metal alan şəxsi tanımırmış, həmin şəxs “Pikap” tipli, yaş asfalt rəngli maşınla gəlmişdir. Həmin şəxs misi tərəzidə çəkmiş və misin metal kimi çəkisi 265 kiloqram olmuşdur. Həmin 265 kiloqram misin müqabilində 2650 (iki min altı yüz əlli) manat pul almışlar. Bundan sonra həmin pulu o, Orxan, Təqsirləndirilən şəxs5, Vəli və Əvəzlə aralarında bölmüş, həmin puldan qardaşı Vəli ilə ona ümumilikdə 1090 (min doxsan) manat məbləğində pul düşdmüşdür. O, həmin pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Füzuli rayon Polis Şöbəsinin əməkdaşları onu rayon Polis Şöbəsinə dəvət edib, sözü gedən yerdən oğurluğu edib-etmədiyini soruşmuşlar, o da etdiyi əməldən peşman olaraq olanları tam deyərək, etdiyim əməli etiraf etmişdir. Şahid2, Şahid3 və Adəm adlı şəxsin, həmçinin başqa şəxslərin həmin yerdən kabel oğurlamalarından hər hansı məlumatı olmamışdır. Həmin şəxsləri ümumiyyətlə tanımır. Oğurladıqları kabel qara rəngli imiş, diametrini, həmçinin digər xüsusiyyətlərini bilmir. Adını bilmədiyi şəxs satdıqları 265 kiloqram misi haradan əldə etməkləri ilə bağlı onlara hər hansı sual verməmiş, həmçinin, o da bu barədə həmin şəxsə heçnə deməmişdir. Həmin şəxs onlardan şəxsiyyətlərini təsdiq edən sənəd tələb etməmiş, həmin vaxt da qeydiyyat aparmamışdır. O, Zərərçəkmiş şəxs tanımır, həmin şəxslə ədavət və ya düşmənçiliyi, həmçinin qohumluq əlaqəsi yoxdur. Oğurluq nəticəsində ona dəymiş maddi ziyanı tam şəkildə ödəmişdirlər. Sadəcə olaraq bir dəfə, Orxan, Əvəz, Təqsirləndirilən şəxs5 və qardaşı Vəli ilə 3 (üç) top mis kabel oğurlamış, sonradan Şahid2 öz tanışları ilə etdiyi oğurluqları Füzuli rayon Polis Şöbəsində öyrənmişdir. İfadə verməzdən əvvəl ona heç bir zor tədbiq olunmamışdır. O, oğurluq etməyi ilə bağlı kənar hər hansı şəxsə məlumat verməmiş, həmçinin oğurluq edən zaman onların oğurluq etməməsi anının heç kim görməmişdir. Törətdiyi əməli etiraf etmişdir. Əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəkdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. 5) Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, 2024-cü ilin dekabr ayının əvvəlləri, saat təxminən 23 radələrində yaşadığı evdə olan zaman qardaşı Namiq ona zəng edərək, avtomobil lazım olduğunu, Füzuli rayonu, Gecəgözlü yatağına getmək lazım olduğunu demiş və o da razılıq verdikdən sonra idarə etdiyi “Daevo Nexia” markalı, ** RX *** dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonu, Kərimbəyli kəndinin girişinə, yəni qardaşının dediyi yerə getmiş, həmin vaxt orada qardaşım Namiq, Orxan Xəqani oğlu, Fərid Salman və Təqsirləndirilən şəxs1 olmuşdur. Həmin şəxslər idarə etdiyi avtomobilə əyləşmişlər və Gecəgözlü kənd yatağına sürməyini söyləmişlər. Onların göstərikləri yerə avtomobili sürmüş və həmin yerdə olan su kanalının kənarında avtomobili saxlamışdır. Bundan sonra həmin şəxslər onları gözləməyini ona demişlər və o da onların dediyi kimi edərək həmin yerdə onları gözləmişdir. Təxminən 15-20 dəqiqə sonra adlarını qeyd etdiyi şəxslər əllərində növbəli şəkildə 3 top mis kabel gətirib avtomobilin yanına qoymuşlar. Həmin vaxt o, kabellərin oğurluq olmasından şübhələnmiş və onlardan kabelləri haradan aldıqlarını soruşduqda kabelləri həmin yerdə olan anbardan oğurladıqlarını, satdıqdan sonra ona da pul verəcəklərini söyləmişlər, onun da həmin vaxt maddi vəziyyəti aşağı səviyyədə olduğu üçün onlarla razılaşmış və onlar xatırladığı qədəri ilə 2 top kabeli idarə etdiyi avtomobilin yük yerinə, 1 topunu isə avtomobilin arxa oturacağının üzərinə qoymuşlar. Bundan sonra özləridə avtomobilə əyləşmişlər və həmin vaxt razılığa gəlmişlər ki, kabelləri Təqsirləndirilən şəxs1 məxsus evə aparıb, orada yandıraraq mis şəkilində satıb, əldə edilən pulu aralarında bölüşdürsünlər. Onlar qərara gəldikləri kimi edərək kabelləri Təqsirləndirilən şəxs1 yaşadığı evə aparmışlar və onların yanından çıxaraq yaşadığı evə getmişdir. Növbəti günü, qardaşı oğurladıqları kabelləri yandırdıqdan sonra yerdə qalan misi satdıqlarını demiş və əldə etdikləri puldan 300 manat ona çatdığını söylərək həmin 300 manat pulu ona vermişdir. 2025-ci ilin yanvar ayında məlum olmuş ki, oğurladığıqları kabelin sahibi Füzuli rayon Polis Şöbəsinə məlumat verib. Füzuli rayon Polis Şöbəsinin əməkdaşları onu rayon Polis Şöbəsinə dəvət edib, sözü gedən yerdən oğurluğu edib-etmədiyini soruşduqda, o da etdiyi əməldən peşiman olaraq olanları tam deyərək, etdiyi əməli etiraf etmişdir. O, sadəcə olaraq bir dəfə adlarını qeyd etdiyi şəxslərlə birlikdə sözü gedən yerdən kabeli oğurlamışlar. Bundan başqa oğurluq etməmişdir. Fəridin Səfa adlı şəxslə birlikdə ondan əvvəl həmin yerdən oğurluq etməsini, həmçinin başqa şəxslərin həmin yerdən oğurluq etməsindən heç bir məlumatı olmayıb, sonradan rayon Polis Şöbəsində olan zaman ona məlum olmuş ki, Fərid adlı şəxs öz tanışları ilə həmin yerdən birlikdə oğurluq ediblər. Oğurladıqları kabel qara rəngli və 3 topa olmuş, diametrini, həmçinin digər xusiyyətlərini, həmçinin həmin kabellərin yandırılaraq kimə satılmasını bilmir. O, Zərərçəkmiş şəxs tanımır, həmin şəxslə ədavət və ya düşmənçiliyi, həmçinin qohumluq əlaqəsi yoxdur. O, sadəcə olaraq bir dəfə, adlarını qeyd etdiyi şəxslərlə birlikdə 3 top mis kabel oğurlamışdır. İfadə verməzdən əvvəl ona hər hansı psixi və ya fiziki zor tətbiq olunmamışdır. O, oğurluq etməyi ilə bağlı hər hansı şəxsə məlumat verməmiş, həmçinin oğurluq edən zaman oğurluq etmələri anını heç kim görməmişdir. Törətdiyi əməli etiraf etmişdir. Əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəkdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Füzuli rayonu, Gecəgözlü kənd yatağında yerləşən anbardan ona məxsus mis kabellərin oğurlanması barədə şikayəti özü etmişdir. Füzuli rayonu, Gecəgözlü yatağı adlanan ərazidə yerləşən ona məxsus tikilini 1994-cü ildən şəxsi istifadəsi üçün təmir etdirmiş və həmin tikilinin anbar kimi istifadə edərək orada buğda, arpa və özünə məxsus digər əşyaları saxlayır. Füzuli rayonu, Gecəgözlü yatağı adlanan ərazidə yerləşən özünə məxsun fərdi yaşayış evinin həyətində və fermer təsərrüfatında olan su matorlarının, həmçinin həmin ərazidə yerləşən özünə məxsus əkin sahələrində su motorları var. Suyu motorlar vasitəsi ilə verilməsini təmin etmək üçün 2024-cü ilin mart ayında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Vasmoy bazarı” adlanan ticarət mərkəzinə gedərək əvvəlcədən tanımadığı, kabel satışı ilə məşğul olan mağaza sahibindən ümumilikdə 15000 manat dəyərində 3000 metr uzunluğunda VPP16 markalı kabeli və 3000 manat dəyərində 500 metr uzunluğunda VPP 25 markalı mis kabel alaraq idarə etdiyi avtomobillə Füzuli rayonu, Gecəgözlü yatağı adlanan ərazidəki anbar kimi istifadə etdiyi tikiliyə gətirmişdir. xx.xx.2024-cü il tarixdə həmin anbara gedən zaman anbarda olan mis kabel toplularının yerində olmadığını görüb oğurlanmasını aşkar etmişdir. İlk öncə bu barədə polisə məlumat verməyərək oğurluq edən naməlum şəxsləri özü maraqlanmağa başlamışdır. Lakin həmin şəxsləri müəyyən edə bilmədiyi üçün bu barədə xx.xx.2025-ci il tarixdə Füzuli rayon polis şöbəsinə məlumat vermişdir. Oğurlanmış mis kabellər ona məxsusdur, oğurluq nəticəsində maddi ziyan onun özünə dəymişdir. Belə ki, o, 2024-cü ilin mart ayında Bakı şəhərindən 900, 900, 800 və 400 metr uzunluğunda olmaqla ümumilikdə 3000 metr uzunluğunda VPP16 markalı kabelin 01 metrini 5 manat olmaqla ümumilikdə 15000 manata və 500 metr uzunluğunda 1 top VPP 25 markalı kabeli isə 01 metrinin qiyməti 6 manat olmaqla ümumilikdə 3000 manata almışdır. Oğurluq nəticəsində ona ümumilikdə 18000 (on səkkiz min) manat maddi ziyan dəymişdir. O, həmin kabelləri anbarda xatırladığı qədəri ilə 2024-cü ilin noyabr ayının əvvəllərində görmüş, oğurlanmasını isə xx.xx.2024-cü ildə aşkar etmişdir. Lakin həmin kabellərdən istifadə etməmişdir. O, rayon Polis şöbəsinə məlumat verdikdən sonra məlum olmuş ki, ona məxsus mis kabelləri Füzuli rayon sakinləri Şahid2, Şahid3, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Şahid1 oğurlamışdır. Sözügedən anbar Füzuli rayonu, Gecəgözlü kənd yatağında, su kanalının yanında yerləşir, anbarın hər iki hissədən giriş qapısı var, həmin qapıları kilitlə kilitləmişdir. Sadəcə olaraq arxa hissədə olan taxta giriş kapısı böyük ölçüdə olduğu üçün alt hissəsi tam bağlanmır, yəni kiçik ölçülü boşluq olur. O, anbarda heç bir sındırma izi görməmişdir. Naqillərin alınması zamanı tək olmuşdur, kabelləri mağazada işləyən işçilər avtomobilə yükləmişdir, anbara boşaldılmasında isə tanışı ona köməklik etmişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. O, təqsirləndirilən şəxslərlə barışmışdır. Təqsirləndirilən şəxslərdən tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Füzuli rayonu, Gecəgözlü kənd yatağında baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumatı vardır. Belə ki, onun 3 azyaşlı övladı var və o, Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən “4 yol” adlanan ərazidə taksi fəaliyyəti ilə məşğul olur, 2024-cü ilin noyabr ayının ortalarında onunla birlikdə eyni yerdə taksi fəaliyyəti ilə məşğul olan Səfa adlı tanışı ilə onun idarə etdiyi “Vaz 2106” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli şəhərindən Füzuli rayonu, Mahmudlu-2 kəndinə gələrkən Səfa ilə maddi vəziyyətlərinin aşağı olması ilə bağlı söhbət edən zaman Səfa ona Füzuli rayonu, Gecəgözlü yatağı adlanan ərazidə anbarda mis kabellərin olması, həmin anbara heç kimin nəzarət etməməsi barədə məlumat vermiş və bir gün ona xəbər edərək onu oraya aparacağını, birgə həmin kabelləri oradan oğurlayacaqları barədə təklif irəli sürmüş, o da maddi vəziyyəti aşağı olduğu üçün Səfanın fikri ilə razılaşmışdır. Növbəti günü, yəni təxminən 2024-cü ilin noyabr ayının ortaları, saat 21 radələrində yaşadığı ünvanda olan zaman Səfa ona zəng edərək onunla birlikdə həmin anbarın olduğu əraziyə getmək istədiyini demiş, o da Səfa ilə razılaşaraq Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən poçtun qarşısına çıxmış, orada Səfa ilə görüşərək Səfanın idarə etdiyi “Vaz 2106” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Füzuli rayonu, Gecəgözlü yatağı adlanan ərazidə, kəndin daxilinindəki asfalt yolun qurtaracağında sol hissədə, su kanalının yanında olan anbarın yaxınlığında getmişlər. Səfa anbarı ona göstərərək onun anbara daxil olaraq mis kabeli götürməyini demiş, o da narazılıq edərək ikisinin də anbara daxil olaraq birlikdə kabeli oğurlamalarını demişdir. Hər ikisi həmin anbarın arxa hissəsində olan qapısına yaxınlaşmışlar, anbarın qapısı kilidli vəziyyətdə olmuşdur, lakin özü arıq bədən quruluşlu olduğu üçün kilidi sındırmadan qapını aralayaraq içəri daxil ola bilcəyini, lakin Səfa kök bədən quruluşlu olduğu üçün oradan daxil ola bilməyəcəyini düşündüyü üçün qərara gəlmişlər ki, kilidi sındırmadan anbarın içərisinə daxil olsun, Səfa isə avtomobildə gözləyərək onunla mobil telefonla əlaqədə olsun və ətrafda başqa şəxslər gördüyü təqdirdə ona məlumat versin. Bundan sonra onlar qərara gəldikləri kimi də edərək o, anbarın kilidli vəziyyətdə olan giriş qapısını kilidini açmadan aralayaraq içəriyə daxil olmuşdur. Həmin vaxt Səfanın dediyi kimi anbarda təxminən 5-6 top mis kabel olduğunu görmüşlər, sahibinin şübhələnməməsi, həmçinin ağır olduğu üçün həmin kabel toplularından birini götürərək, anbardan qapısına qədər gətirmiş, bu zaman Səfaya mobil telefon vasitəsi ilə anbarın yanına gələrək kabel toplusunun anbardan çıxarılmasında ona köməklik göstərməli olduğunu demiş, Səfa da anbarın qapısına gələrək mis kabel toplusunu anbarın qapısının aralı hissəsindən çölə çıxartmış, daha sonra o da çölə çıxaraq oğurladıqları mis kapel topunu birlikdə Səfanın idarə etdiyi avtomobilin arxa yük yerinə yerləşdirib, birlikdə Səfanın yaşadığı Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən evinə gedərək avtomobildəki mis kabel toplusunu həyətə düşürmüşlər, həmin günü həyətdə oğurladıqları mis kabeli yandıraraq əldə olunmuş misi Səfanın avtomobilinə yükləyərək Füzuli rayonu, Mahmudlu- 2 kəndində yerləşən dəmir qəbulu ilə məşğul olan Gündüz adlı şəxsin metal qəbulu məntəqəsinə aparmışlar. Daha sonra Gündüz adlı şəxsdə ora gəlmiş, orada misi tərəzidə çəkən zaman misin təmiz çəkisinin 67 kiloqram olması məlum olmuş və həmin misi Gündüzə 670 manat pul qarşılığında satmışlar. Əldə olunan 670 manat pulu isə 335 manat olmaqla öz aralarında iki yerə bölmüşlər. Bundan sonra öz yaşadıqları evə getmişlər və bu barədə Səfa ilə bir daha sohbət etməmişlər. Daha sonra təxminən 2024-cü ilin noyabr ayının sonları taksi fəaliyyəti ilə məşğul olan digər bir dostu, həmçinin həmkəndlisi Adəm ilə Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində söhbət edən zaman Adəm təcili pula ehtiyacının olmasını ona bildirmiş, o da Adəmə Füzuli rayonu, Gecəgözlü yatağı adlanan ərazidə anbarın olduğunu, həmin anbardan əvvəllərdə bir dəfə Şahid3lə mis kabel topluları oğurlayaraq satdıqlarını, bir daha oğurluq etməyəcəyinə söz verdiyini, lakin hazırda onun maddi vəziyyəti pis olduğu üçün orada oğurluq edə biləcəklərini bildirmişdir. Adəm də onunla oğurluq etmək ilə bağlı razılığa gəlmişdir. Həmin gün, saat təxminən 22 radələrində Adəm idarə etdiyi “Opet Astra” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu yaşadığı ünvandan götürmüş və Adəm ilə birlikdə həmin anbarın olduğu əraziyə gəlmişlər. Onlar hər ikisi həmin anbarın arxa hissəsində olan qapısına yaxınlaşmışlar, anbarın qapısı əvvəlki şəkildə kilidli vəziyyətdə olmuşdur, o, Səfa ilə oğurluq edən zaman etdiyi qayda ilə, yəni özü arıq bədən quruluşlu olduğu üçün kilidi sındırmadan qapını aralayaraq içəri daxil ola biləcəyini, lakin Adəm kök bədən quruluşlu olduğu üçün oradan daxil ola bilməyəcəyini düşündüyü üçün qərara gəlmişlər ki, kilidi sındırmadan anbarın içərisinə daxil olub, Adəm isə avtomobildə gözləyərək onunla mobil telefonla əlaqədə olsun və ətrafda başqa şəxslər gördüyü təqdirdə ona məlumat versin. Bundan sonra qərara gəldikləri kimi də edərək anbarın kilidli vəziyyətdə olan giriş qapısını kilidini açmadan aralayaraq içəriyə daxil olmuşdur. Orada olan kabel toplularından birini götürərək, anabara daxil olduğum qapısına qədər gətirmiş, bu zaman Adəmə mobil telefon vasitəsi ilə anbarın yanına gələrək kabel toplusunun anbardan çıxarılmasında ona köməklik göstərməli olduğunu demiş, Adəm də anbarın qapısına gələrək mis kabel toplusunu anbarın qapısının aralı hissəsindən çölə çıxartmış, daha sonra o da çölə çıxaraq oğurladıqları mis kapel topunu birlikdə Adəmin idarə etdiyi avtomobilinin salonunun arxa hissəsinə yerləşdirib, onun yaşadığı evin həyətinə aparmışlar, evinin həyatyani sahəsində həmin gün, gecə saatlarında mis kabel toplusunu yandıraraq Adəmin maşınına yenidən yükləyib metal qəbulu ilə məşğul olan Gündüz adlı şəxslə mobil telefonda əlaqə saxlayaraq onun Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən metal qəbulu məntəqəsinə getmişlər. Gündüz misi tərəzidə çəkən zaman misin təmiz çəkisinin 109 kiloqram olması məlum olmuş və qarşılığında onlara 1090 manat pul vermişdir. Onlar həmin 1090 manat pulu Adəm ilə də aralarında 545 manat olmaqla iki yerə bölərək götürmüşlər və oradan yaşadıqları ünvanlara getmişlər. 2025-ci ili yanvar ayında ona məlum olmuş ki, oğurladıqları kabelin sahibi Füzuli rayon Polis Şöbəsinə məlumat verib. Füzuli rayon Polis Şöbəsinin əməkdaşları onu rayon Polis Şöbəsinə dəvət edib, sözügedən yerdən oğurluq edib-etmədiyini soruşmuşlar, o da etdiyi əməldən peşiman olaraq olanları tam deyərək, etdiyi əməli etiraf etmişdir. O, sadəcə olaraq iki dəfə ayrı-ayrı vaxtlarda və ayrı-ayrı şəxslə, yəni ilk dəfə Səfa ilə, daha sonra isə Adəmlə kabeli oğurlayaraq yandırıb, misini satmışdır. Bundan başqa oğurluq etməmişdir. Əvəz adlı şəxsin, həmçinin başqa şəxslərin həmin yerdən oğurluq etməsindən heç bir məlumatı olmayıb, sonradan rayon Polis Şöbəsində olan zaman ona məlum olmuş ki, Əvəz adlı şəxs öz tanışları ilə həmin yerdən birlikdə oğurluq ediblər. Səfa adlı şəxslə maddi vəziyyətlərinin aşağı səviyyədə olmağı ilə bağlı danışıqlar edən zaman ona demişdir. O, əvvəllər Səfa adlı şəxslə, həmçinin tək oğurluq etməmişdir. Oğurladıqları kabel qara rəngli olmuş, diametrini, həmçinin digər xusiyyətlərini bilmir, Səfa ilə oğurladıqları mis kabel topunun üzərindəki etiketdə “400 metr” yazısı yazılmışdır. Adəmlə oğurladıqları mis kabel topunun üzərindəki etiketdə isə “500 metr” yazısı yazılmışdır. Həmçinin, onun fikrincə Səfa ilə oğurladıqları üzərindəki etiketdə “400 metr” yazısı olan mis kabel topunun üzərindən az ölçüdə istifadə olunmuşdur. Gündüz adlı şəxs ilk öncə satdıqları 67 kiloqram misi, həmçinin sonradan satdıqları 109 kiloqram misi haradan əldə etməyi ilə bağlı onlara hər hansı sual verməmiş, həmçinin, onlar da bu barədə Gündüzə heçnə deməmişlər. Gündüz adlı şəxs onlardan şəxsiyyətlərini təsdiq edən sənəd tələb etməmiş, həmin vaxt da qeydiyyat aparmamışdır. O, Zərərçəkmiş şəxs tanımır, həmin şəxslə ədavət və ya düşmənçiliyi, həmçinin qohumluq əlaqəsi yoxdur. O, sadəcə olaraq iki dəfə, Səfa və Adəm adlı şəxslə ayrı-ayırılıqda ümumilikdə 2 top mis kabel oğurlamış, sonradan Əvəz adlı şəxsin öz tanışları ilə etdiyi oğurluqları Füzuli rayon Polis Şöbəsində öyrənmişdir. Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 ilə görüşüb danışıqlar edən zamanı Əvəzə sözün gedən anbarın mövcudlu barədə məlumat verərək həmin yerdə kabel oğurladığını, hələ də oğurluq olmasını bilmədiklərini demiş, lakin tam olaraq həmin anbarın dəqiq ünvanını deməmişdir. Sonradan Əvəzin öz tanışları ilə oradan oğurluq etməsi barədə heç bir məlumatı olmayıb. Onun Şahid3, Şahid1, Gündüz adlı şəxs, Təqsirləndirilən şəxs1 və onun tanışları ilə heç bir düşmənçilik və ya ədavəti olmamışdır. İfadə verməzdən əvvəl ona hər hansı psixi və ya fiziki zor tətbiq olunmamışdır. O, oğurluq etməyi ilə bağlı hər hansı şəxsə məlumat verməmiş, həmçinin oğurluq edən zaman oğurluq etmələri anını heç kim görməmişdir. İş üzrə Şahid4 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, təxminən 4 ildir ki, Füzuli rayonu, Mahmudlu-2 kəndi əraisində metal qəbulu ilə məşğul olur. Metal qəbulu ilə məşğul olduğu tikili Əhmədbəyli-Şuşa avtomobil yolunun kənarında yerləşir və həmin tikilini 2020-ci ildə tikmiş, lakin həmin tikili ilə bağlı heç bir sənəd movcud deyildir. Xatırladığı qədəri ilə 2024-cü ilin noyabr ayının ortaları, gecə saatlarında Səfa ona zəng edərək 60-70 kiloqram mis olduğunu, satmaq istədiyini demiş, həmin vaxt o, misi işlədiyi metal qəbulu məntəqəsinə gətirməyini söyləmiş və özünün də ora getdiyini demişdir. Bir neçə dəqiqə sonra Fərid adlı həmkəndlisi ilə Səfa Şahid3 idarə etdiyi avtomobillə metal qəbulu məntəqəsinə gəlmişlər, onların gətirdikləri misi tərəzidə çəkdikdə xatırladığı qədəri ilə 67 kiloqram olmuş və o, satmış olduqları misin qarşılığında onlara 670 manat pul vermişdir. Bu vaxt Şahid3 həmin misi işğaldan azad olunmuş ərazilərdən gətirdiyini demişdir. Bundan təxminən 5-6 gün Şahid2lə həmkəndlisi Adəm Şahid1 avtomobili ilə gecə saatlarında metal qəbulu məntəqəsinə gəlmişlər və avtomobildə mis olduğunu söyləmişlər. O, onların gətirdikləri misi tərəzidə çəkdikdə xatırladığı qədəri ilə 109 kiloqram olmuş və misin qarşılığında onlara 1090 manat pul vermişdir. Sonradan eşitmişdir ki, adlarını qeyd etdiyi şəxsləri, həmçinin tanımadığı şəxsləri Füzuli rayonu, Gecəgözlü kənd sakini Zərərçəkmiş şəxs məxsus mis kabelləri oğurladıqları üçün rayon Polis Şöbəsinə aparıblar və bu vaxt ona məlum olmuş ki, Səfa, Fərid və Adəm adlı şəxslər ona satmış olduqları misi həmin oğurladıqları kabeli yandıraraq əldə ediblər. Onun Zərərçəkmiş şəxsla münasibəti yaxşıdır, Zərərçəkmiş şəxs 2024-cü ilin dekabr ayının ortaları ona məxsus mis kabellərin oğurlandığını, ona hər hansı şəxsin mis kabeli və ya mis satıb-satmadığını ondan soruşmuş, lakin o, həmin vaxt Səfa, Fərid və Adəm adlı şəxsləri tanıdığı üçün və onların oğurluq etmələrini zənn etmədiyi üçün Zərərçəkmiş şəxs bu barədə məlumat verməmişdir. Həmçinin, şübhəli məqam olduqda ona məlumat verəcəyini bildirmişdir. Şahid3, Şahid2 və Şahid1 tanıyır, onlarla heç bir düşmənçilik və ya ədavəti yoxdur, həmin şəxslər ona mis satan zaman onlardan şəxsiyyətlərini təsdiq edən hər hansı sənəd tələb etməmiş və bununla bağlı heç bir qeydiyyat aparmamışdır. Şahid3, Şahid2 və Şahid1 ona satmış olduğu misin cinayət nəticəsində əldə olunmasından heç bir məlumatı yoxdur, həmin şəxsləri polis şöbəsinə apardıqdan sonra ona məlum olub. Səfa adlı şəxs Fəridlə birlikdə ona satmış olduqları misi işğaldan azad olunmuş ərazilərdən gətirdiyini deyib, həmçinin X11 birlikdə ona mis satan zaman misi haradan əldə etdikləri ilə bağlı danışıqlar etməmişdir və o, həmin şəxsləri oğurluq edən bir şəxs kimi tanımadığı üçün onlardan şübhələnməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Şahid2 ifadəsində qeyd edilən xüsusatları özlərinə aid hissədə təsdiq etdilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanılmasına səbəb və əsas: Füzuli rayonu, Gecəgözlü kənd yatağında yerləşən anbardan ona məxsus 18000 (on səkkiz min) manat dəyərində mis kabelin oğurlanması barədə Zərərçəkmiş şəxs 10 yanvar 2025-ci il tarixdə Füzuli RPŞ-yə ünvanladığı müraciəti və həmin müraciət əsasında toplanmış materiallar olmuşdur. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 10 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 10 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 10 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs5 məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 10 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 10 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Əzimov X10 Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 09 ay şərti sınaq müddəti təyin edilmişdir. -Füzuli Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki Əzimov X10 Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 09 ay şərti sınaq müddəti təyin edilmişdir. Füzuli rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, müəyyən edilir ki, Əzimov X10 Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 09 ay şərti sınaq müddəti təyin edilmiş, məhkəmə hökmü 12 may 2023-cü il tarixdə Füzuli Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş,o, cəzsının sonu ilə əlaqədar 25 yanvar 2024-cü il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. -Təqsirləndirilən şəxs3 orta təhsillidir, evlidir, əvvəllər məhkum olunmamışdır, fərdi əməklə məşğul olur, himayəsində iki azyşalı övladı (xx.xx.2021-ci il təvvəlüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X7) vardır, Füzuli rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, yaşayış yerindən təqdim olunmuş xasiyyətnamə ilə müsbət xarakterizə edilir. -Təqsirləndirilən şəxs5 orta təhsillidir, evlidir, əvvəllər məhkum olunmamışdır, fərdi əməklə məşğul olur, himayəsində iki azyşalı övladı (xx.xx.2016-cı il təvvəlüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X9) vardır, Füzuli rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, yaşayış yerindən təqdim olunmuş xasiyyətnamə ilə müsbət xarakterizə edilir. -Təqsirləndirilən şəxs2 orta təhsillidir, evlidir, əvvəllər məhkum olunmamışdır, “M. Xəzani adına musiqi təmayüllü internet tipli gimnaziyada müsiqi müəllimi vəzifəsində işləyir, himayəsində bir azyşalı övladı (xx.xx.2023-cü il təvvəlüdlü X8) vardır, Füzuli rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, yaşayış yerindən təqdim olunmuş xasiyyətnamə ilə müsbət xarakterizə edilir. -Təqsirləndirilən şəxs1 orta təhsillidir, subaydır, məhkumluğu yoxdur, fərdi əməklə məşğul olur, Füzuli rayonu, Yağlıvənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, yaşayış yerindən təqdim olunmuş xasiyyətnamə ilə müsbət xarakterizə edilir. -Təqsirləndirilən şəxs4 orta təhsillidir, subaydır, əvvəllər məhkum olunmamışdır, “ANAMA təşkilatında minaaxtaran vəzifəsində işləyir, Füzuli rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, yaşayış yerindən təqdim olunmuş xasiyyətnamə ilə müsbət xarakterizə edilir. -Zərərçəkmiş şəxs xx.xx.1961-ci ildə Füzuli rayonu, Gecəgözlü kəndində anadan olmuşdur, evlidir, X6 İdarəsində subartezyan quyularının istismar idarəsinin rəisi vəzifəsində işləyir, məhkumluğu yoxdur, ali təhsillidir, Füzuli rayonu, Gecəgözlü kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə Gecəgözlü kəndinin qışlaq yatağında yaşayır, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 İİ Qarabağ müharibəsi veteranları olmaqla, medallarla təltif edilmişlər. Beləliklə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkibi vardır, ona görə də onlar, həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı adlanan Azərbaycan Respublikası Medalları ilə təltif edilmişdir. İş materiallarında olan 13843578 nömrəli, xx.xx.2024-cü il tarixli ambulator kitabçasından (xəstəlik tarixindən çıxarışdan) görünür ki, Təqsirləndirilən şəxs1 üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə xəstədir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Şuşanın azad olunmasına görə”, Azərbaycan Respublikasının “Şücaətə görə” Azərbaycan Respublikası Medalları ilə təltif edilmişdir. Təqsirləndirilən şəxs3 atası X3 İ Qarabağ Veteranıdır. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanı tam şəkildə ödəməklə barışıq əldə etmələri CM-nin 59.1.2 və 59.1.13-cü maddələrinə əsasən cəzalarını yüngülləşdirən hallardır. Bundan başqa, Təqsirləndirilən şəxs2 himayəsində bir azyşalı övladının olması (xx.xx.2023-cü il təvvəlüdlü X8), Təqsirləndirilən şəxs3 himayəsində iki azyşalı övladının olması (xx.xx.2021-ci il təvvəlüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X7), Təqsirləndirilən şəxs5 himayəsində iki azyşalı övladının olması (xx.xx.2016- cı il təvvəlüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X9) CM-nin 59.1.4-cü maddəsinə əsasən, cəzanı yüngülləşdirən hallardır. Bundan başqa, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 İİ Qarabağ müharibəsi veteranları olmaqla, medallarla təltif edilməsi CM-nin 59.2-ci maddəsinə əsasən, cəzalarını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hal yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Qərarın 2-ci bəndində göstərilir ki, “məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi müzakirə etməlidirlər.” Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyətini, ailə vəziyyətini, əməlidən səmimi peşimançılıq çəkməsini, nəzərə almaqla ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət əməlini törətməsinə görə, həmin maddələrnin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması cəzası təyin edilməsini qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat saat 20:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs5 barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyətini, ailə vəziyyətini, əməlidən səmimi peşimançılıq çəkməsini, nəzərə almaqla ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət əməlini törətməsinə görə, həmin maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması cəzası təyin edilməsini qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat saat 20:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyətini, ailə vəziyyətini, əməlidən səmimi peşmançılıq çəkməsini, nəzərə almaqla ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət əməlini törətməsinə görə, həmin maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması cəzası təyin edilməsini qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat saat 20:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyətini, ailə vəziyyətini, əməlindən səmimi peşmançılıq çəkməsini, nəzərə almaqla ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət əməlini törətməsinə görə, həmin maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması cəzası təyin edilməsini qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat saat 20:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyətini, ailə vəziyyətini, əməlidən səmimi peşimançılıq çəkməsini, nəzərə almaqla ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət əməlini törətməsinə görə, həmin maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması cəzası təyin edilməsini qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat saat 20:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 yaşadığı Füzuli rayonu ünvanını axşam saat 20:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs5 yaşadığı Füzuli rayonu ünvanını axşam saat 20:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs5 davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 yaşadığı Füzuli rayonu ünvanını axşam saat 20:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 yaşadığı Füzuli rayonu ünvanını axşam saat 20:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 yaşadığı Füzuli rayonu ünvanını axşam saat 20:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №1(064)-53/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-53/2025
02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver