Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-54/2023 28.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “Aran X5 və Satışı İdarəsi”nin X3 enerji satışı şöbəsində nəzarətçi-mühəndis vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli, 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən (həmin Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli, 860 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - TQDK) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (bundan sonra - DİM) dövlət qeydiyyatına alındığı andan ləğv edildiyinə görə Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli, 1397 nömrəli Fərmanına əsasən qüvvədən düşmüşdür) yalnız test üsulu ilə ali təhsil müəssisələrinə tələbə qəbulunu həyata keçirmək səlahiyyəti verilmiş, mərkəzi icra hakimiyyəti orqanı olmuş TQDK tərəfindən keçirilmiş test imtahanı ilə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına (bundan sonra – AMİ-nin Gəncə filialı) qəbul olmadığı, eləcə də faktiki olaraq 2008-2013-cü illər ərzində həmin təhsil müəssisəsində ali təhsil almadığı, dərslərdə, imtahanlarda və yekun dövlət imtahanlarında iştirak etmədiyi halda, guya 02 iyul 2013-cü il tarixdə göstərilən təhsil müəssisəsinin “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə ali təhsilin bakalavriat səviyyəsini bitirməsinə dair saxtalaşdırılmaqla müvafiq müəssisənin adından öz adına qanunsuz olaraq hazırlanmış, hüquq verən rəsmi sənəd hesab edilən, Dövlət Attestasiya Komissiyasının sədri və AMİ-nin rektorunun adından imzalanmış və içərisində “Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu” məzmununda sözlər yazılmış möhürün vurulduğu 02 iyul 2013-cü il tarixli, B seriyalı, 001796 nömrəli, qeydiyyat nömrəsi 2/1574 olan ali təhsil haqqında diplomu 2013-cü ildə əldə etdikdən sonra 16 fevral 2017-ci il tarixdə Füzuli Rayon İcra Hakimiyyətinin (bundan sonra – Füzuli RİH) Füzuli rayonu, Horadiz şəhəri, Gənclər prospektində yerləşən inzibati binasında cinayətdən xəbərsiz olan Füzuli RİH-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində işləmiş Şahid2 Füzuli RİH başçısının 4-cü Zobucuq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin (bundan sonra – Füzuli RİHB-in 4-cü Zobucuq qəsəbə İƏDÜN) müavini vəzifəsinə təyin olunmasına nail olmaq məqsədi ilə, Füzuli RİHB-ya yazdığı işə qəbul barədə ərizə ilə təqdim etməklə, hüquq verən həmin saxta rəsmi sənəd olan diplomdan bilə-bilə istifadə etmiş, belə istifadəni onun cinayətdən xəbərsiz olan Füzuli RİHB-in 16 fevral 2017-ci il tarixli, 09 nömrəli əmri ilə Füzuli RİHB-in 4-cü Zobucuq qəsəbə İƏDÜN-ün müavini vəzifəsinə təyin edilməsindən həmin diplomun hüquqi əsasının olmamasının 2020-ci ilin avqust ayında DİM tərəfindən “Dövlət Qulluqçularının Reyestri” informasiya sisteminə daxil edilmiş diplom məlumatlarının araşdırması zamanı müəyyən edilməsi səbəbindən Füzuli RİHB-in 16 sentyabr 2020-ci il tarixli, 35 nömrəli əmri ilə həmin vəzifədən azad edilməsinədək, beləliklə də kənardan müdaxilə nəticəsində dayandırılmasınadək uzanaraq fasiləsiz olaraq törətmiş, həmin əməli 16 sentyabr 2020-ci il tarixdə bitmiş (bundan sonra - birinci epizod üzrə cinayət əməli), göstərilən hüquq verən saxta rəsmi sənəd olan diplomu "xxxx" ASCnin “Aran” X5 Satışı İdarəsinin X3 (bundan sonra – Füzuli EŞ) nəzarətçi-mühəndis vəzifəsinə təyin olunmasına nail olmaq məqsədi ilə 12 yanvar 2022-ci il tarixdə “Aran” X5 Satışı İdarəsinin (bundan sonra - “Aran” RETSİ) İmişli şəhəri, A.Şadliniski 57 ünvanında yerləşən inzibati binasında kadrlar şöbəsinə təqdim etməklə, hüquq verən həmin saxta rəsmi sənəd olan diplomdan bilə-bilə istifadə etmiş, belə istifadəni cinayətdən xəbərsiz olan "xxxx" ASC-nin sədri Vüqar Əhmədovun 12 yanvar 2022-ci il tarixli, h/22-00096 nömrəli əmri ilə Füzuli EŞ-in enerji satışı şöbəsində nəzarətçi-mühəndis vəzifəsinə təyin edilməsindən həmin vəzifədə işləməklə iş üzrə ibtidai istintaq orqanı tərəfindən ona müvafiq məzmunlu ittihamın elan edildiyi 25 sentyabr 2023-cü il tarixədək uzanaraq fasiləsiz olaraq törətmişdir (bundan sonra - ikinci epizod üzrə cinayət əməli). Bundan başqa, o, göstərilən hüquq verən saxta rəsmi sənəd olan diplomun qanuni olması görüntüsünü yaratmaq məqsədilə, saxtalaşdırılmaqla Gəncə Ağır Cinayətlər Məhkəməsinin (bundan sonra – Gəncə ACM) adından öz adına qanunsuz olaraq hazırlanmış, hüquq verən, rəsmi sənəd hesab edilən, Gəncə ACM-in hakimi olmuş Qasımov Zabil Bəhmən oğlunun adından imzalanmış və içərisində “Azərbaycan Respublikası Gəncə Ağır Cinayətlər Məhkəməsi” məzmununda sözlər yazılmış möhürün vurulduğu 18 yanvar 2018-ci il tarixli, 2-1(112) 11766/2018 nömrəli qərardadı 2022-ci ilin avqust ayında Füzuli RİHB-in 4-cü Zobucuq qəsəbə İƏDÜN-ün müavini vəzifəsinə təkrar təyin olunmasına nail olmaq məqsədilə, cinayətdən xəbərsiz olan Füzuli RİH-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində işləmiş Şahid2 Füzuli RİHB-in inzibati binasında təqdim etməklə bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə etmişdir (bundan sonra - üçüncü epizod üzrə cinayət əməli). Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, ibtidai istintaq zamanı verdiyi 25 sentyabr 2023-cü il tarixli ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 2008-ci ildə Azərbaycan Dövlət İdman Akademiyasına qəbul olmaq məqsədilə TQDK tərəfindən keçirilmiş test imtahanında iştirak etsə də, tələb olunmuş keçid balını toplaya bilmədiyinə görə müvafiq məqsədinə nail ola bilməmişdir. 2008-ci ildə o, atasının məsələhəti ilə AMİ-nin Gəncə filialına qəbul olmaq məqsədilə həmin filialın rektoru olmuş, əvvəllər özünün tanımadığı, atasının tanıdığı X7 ilə, atası ilə birlikdə görüşmüş, Ramiz Məmmədovdan onu AMİ-nin Gəncə filialına qəbul edilməsinə köməklik etməsini xahiş etmişlər. Ramiz Məmmədov onu test imtahanı ilə deyil, şifahi qaydada verdiyi imtahan əsasında həmin filialın “Tarix və coğrafiya” fakultəsinin qiyabi şöbəsinə qəbul etmişdir. O, 5 il müddətində orada qiyabi qaydada ali təhsil almış, imtahanlarda iştirak etmiş və hər il təhsil haqqını ödəmişdir. 2013cü ildə AMİ-nin Gəncə filialının “Tarix və coğrafiya müəllimliyi” ixtisasını bitirmiş, buna görə də ona həmin təhsil müəssisəsi tərəfindən bu barədə B seriyalı, 001796 nömrəli ali təhsil haqqında diplom (bundan sonra – həmin diplom) verilmişdir. Göstərdiyi səbəblərdən həmin diplomun həqiqi olduğunu hesab etmişdir. Lakin AMİ-nin Gəncə filialında ona tədris edilmiş fənlərin, onları tədris etmiş müəllimlərin, tələbə yoldaşlarının, ümumiyyətlə təhsil almış tələbələrin hər hansı birinin adını xatırlamır. Bunun səbəbini AMİ-nin Gəncə filialında təhsil almış tələbələrlə şəxsi münasibətlərinin olmaması və orada təhsil almasından çox müddətin keçməsi ilə izah edir. O, 15 fevral 2017-ci il tarixdə Füzuli RİH-də işə qəbul edilməsi ilə bağlı yazdığı ərizəsini və ona əlavə etdiyi həmin diplomu Füzuli RİH-in inzibati binasında Füzuli RİH-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində işləmiş Şahid2 təqdim etmiş, Füzuli RİHB-in 16 fevral 2017-ci il tarixli əmri ilə Füzuli RİHB-in 4-cü Zobucuq qəsəbə İƏDÜN-ün müavini vəzifəsinə təyin edilmişdir. 2019-cu ilin fevral ayında o, Füzuli RİH-də inzibati vəzifədə dövlət qulluğu keçmiş bir neçə nəfər şəxsin adına Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş diplomların saxta olmasının müəyyən edilməsi səbəbindən işdən azad edildiyini eşitdiyinə görə Gəncə şəhərində Ramiz Məmmədovla görüşmüş, sonuncudan onun adına verilmiş həmin diplomun saxta olub-olmadığını soruşmuşdur. Ramiz Məmmədov ona cavabında həmin diplomun qanuni olduğunu, hətta bu barədə məhkəmə qərarının da qəbul edildiyini demişdir. O, Ramiz Məmmədova gələcəkdə həmin diplomla bağlı hər hansı problem yaranarsa, dediyi məhkəmə qərarını iş yerinə təqdim edəcəyini bildirib, sonuncudan həmin məhkəmə qərarını ona verməsini xahiş etmişdir. Buna görə də Ramiz Məmmədov ona Gəncə ACM-in 18 yanvar 2018-ci il tarixli, 2- 1(112)11766/2018 nömrəli qərardadı (bundan sonra – həmin qərardad) və onun adına göndərilməsi barədə olan məktubunu vermişdir. Həmin qərardadda, həmçinin onun iştirakı ilə keçirilmiş məhkəmə iclasının nəticəsi olaraq, məhkəmənin onun adına verilmiş həmin diplomun qanuni olmasını müəyyən etdiyi göstərilmişdir. Lakin o, göstərdiyi diplomun tanınması ilə əlaqədar məhkəməyə müraciət etməmiş və məhkəmə iclasında iştirak etməmişdir. 16 sentyabr 2020-ci il tarixdə Füzuli RİH-in ümumi şöbəsinin müdiri olmuş Şahid2 ona DİM-in Füzuli RİH-də inzibati vəzifədə dövlət qulluğu keçmiş bir neçə nəfər şəxsin adına verilmiş diplomları, o cümlədən onun adına verilmiş həmin diplomu təsdiq etmədiyini, bu səbəbdən Füzuli RİHB-in əmri ilə həmin şəxslərin, o cümlədən onun işdən azad edildiyini demişdir. Buna görə də o, 15 fevral 2017-ci il tarixdən 16 sentyabr 2020-ci il tarixədək Füzuli RİHB-in 4-cü Zobucuq qəsəbə İƏDÜN-ün müavini vəzifəsində işləmişdir. 10 dekabr 2021-ci il tarixdə "xxxx" ASC-yə Füzuli EŞ-in nəzarətçi-mühəndisi vəzifəsinə təyin olunması barədə yazılı qaydada müraciət etmiş, buna nail olmaq məqsədilə özünə aid sənədləri, o cümlədən adına verilmiş həmin diplomu 12 yanvar 2022ci il tarixdə həmin Cəmiyyətin İmişli şəhəri, A.Şadliniski 57 ünvanında yerləşən “Aran” RETSİ-nin inzibati binasında kadrlar şöbəsinin xatırlamadığı əməkdaşına təqdim etmiş, həmin tarixdə Füzuli EŞ-in nəzarətçi-mühəndisi vəzifəsinə təyin edilmişdir. Lakin həmin vəzifəyə təyin olunmaq üçün ali təhsil tələb edilmədiyinə görə göstərdiyi diplomu təqdim etməsinin onun üçün hər hansı əhəmiyyəti olmamışdır. Hazırda da həmin vəzifədə işləyir. 2022-ci ilin avqust ayında Füzuli RİHBin 4-cü Zobucuq qəsəbə İƏDÜN-ün müavini vəzifəsinə təkrar təyin olunmaq məqsədilə Gəncə ACM-in 18 yanvar 2018-ci il tarixli, 2-1(112)11766/2018 nömrəli qərardadının surətini Füzuli RİHin inzibati binasında əvvəlcə Füzuli RİHB Alı Alıyevə, sonra isə Füzuli RİH-in şöbə müdiri vəzifəsində işləmiş Şahid2 təqdim etmişdir. Bundan bir neçə gün sonra sonuncu onu Füzuli İH-yə dəvət edib ona həmin qərardadla əvvəlki vəzifəsinə təkrar təyin olunmasının mümkün olmadığını bildirmişdir. O, göstərdiyi diplom və qərardadı qeyd etdiyi ünvanlara təqdim edərkən onların saxta olmasını bilməmişdir. Çünki özü bunu müəyyən edə bilməzdi. Həmin diplomun saxta olubolmamasının araşdırılması üçün hər hansı dövlət orqanına rəsmi qaydada müraciət etməmiş, həmin diplomun və onun qiymət kitabçasının əsillərini itirmişdir. Göstərdiklərinə əsasən yenə də həmin diplomun qanuni olmasını hesab edir. Həmin qərardadı 2019-cu ilin fevral ayında əldə etdiyi, göstərilən diplom və qərardadın saxta olmadığını hesab etdiyi, buna görə də həmin diplomun hüquqi əsasının olmasını sübut etmək və əvvəlki vəzifəsinə təkrar təyin olunmaq üçün Füzuli RİH-yə 16 sentyabr 2020-ci il tarixdə 4-cü Zobucuq qəsəbə İƏDÜN-ün müavini vəzifəsindən azad edildikdən dərhal sonra təqdim etməli olduğu halda, əldə etdikdən 3 il sonra və ya Füzuli RİH-dən işdən azad edildikdən iki il sonra, yəni 2022-ci ilin avqust ayında təqdim etməsini əslini itirməsi ilə izah edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs son sözündə isə onun adına AMİ-nin Gəncə filialının adından verilmiş B seriyalı, 001796 nömrəli diplomun saxta olmasını qəbul etdiyini bildirmiş, barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 2014-cü ilin noyabr ayından 2022-ci ilin noyabr ayına kimi Füzuli RİH-də Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2017-ci ilin fevral ayında Təqsirləndirilən şəxs (bundan sonra – Rəsul) Füzuli RİHB-ya işə qəbul edilməsi barədə müraciət etdikdən sonra müvafiq məzmunlu yazılı ərizəsini, adına AMİ-nin Gəncə filialının adından verilmiş diplomu və digər zəruri sənədləri Füzuli RİH-in inzibati binasında ona təqdim etmişdir. Füzuli RİHB-in 16 fevral 2017-ci il tarixli əmri ilə Rəsul Füzuli RİHB-in 4-cü Zobucuq qəsəbə İƏDÜN-ün müavini vəzifəsinə təyin edilmişdir. DİM-in 2022-ci ilin avqust ayında Füzuli RİH-yə daxil olmuş məktubunda “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminə daxil edilmiş təhsil məlumatlarının araşdırılması zamanı Rəsulun adına AMİ-nin Gəncə filialının adından verilmiş diplomun hüquqi əsasının olmamasının müəyyən edildiyi göstərilmişdir. Buna görə də o, Füzuli RİHB-in tapşırığı ilə Rəsulu Füzuli RİH-yə dəvət edib sonuncuya bu barədə məlumat vermiş və DİM-in məktubunu təqdim etmişdir. Füzuli RİHB-in 16 sentyabr 2020-ci il tarixli əmri ilə DİM-in məktubu əsasında Rəsul tutduğu vəzifədən azad edilmişdir. 2022-ci ilin avqust ayında Rəsul həmin vəzifəsinə təkrar təyin olunmasına nail olmaq məqsədilə Gəncə ACM-in adından hazırlanmış, mətnində Rəsulun adına AMİ-nin Gəncə filialı tərəfindən verilmiş diplomun qanuni olmasının göstərildiyi 18 yanvar 2018-ci il tarixli qərardadın əslini Füzuli RİH-in inzibati binasında əvvəlcə Füzuli RİHB-ya, sonra isə ona təqdim etmişdir. O, həmin qərardadla tanış olduqdan sonra Rəsula məzmununun şübhəli olduğunu, həqiqiliyinin yoxlanılmalı olduğunu demişdir. Buna görə də həmin qərardadın həqiqi olub-olmamasının yoxlanılması üçün Füzuli RİHB tərəfindən DİM və Gəncə ACM-ə sorğular göndərmişdir. Gəncə ACM-in Füzuli RİH-yə daxil olmuş məktubunda həmin qərardadın saxta olduğu göstərilmişdir. Şahid1 məhkəmə iclaslarına şahid qismində dindirilmək üçün bir neçə dəfə lazımi qaydada çağırılsa da, gəlmədiyinə görə məhkəmə Azərbaycan Respublikası CPM-in 337.2 və 329.1-ci maddələrinə əsasən cinayət prosesi tərəflərinin, xüsusilə də təqsirləndirilən şəxs və onun müdafiəçisinin razılığı ilə Şahid1 iş üzrə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsini məhkəmə istintaqı zamanı elan edərək tədqiq etmişdir. Cinayət işi materiallarından görünür ki, "xxxx" ASC-nin “Aran” RETSİ-nin aparıcı mütəxəssisi vəzifəsində işləmiş Şahid1 ibtidai istintaq zamanı 18 yanvar 2023-cü il tarixdə şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Umudov X9 EŞ-də işə qəbul olunmaq üçün "xxxx" ASC tərəfindən onlayn qaydada keçirilmiş müsabiqədən uğur qazanıb ASC-nin kadr ehtiyatına daxil edildikdən sonra "xxxx" ASC-nin 12 yanvar 2022-ci il tarixli əmri ilə Füzuli EŞ-in nəzarətçi mühəndisi vəzifəsinə təyin olunmuşdur. Şəxsin həmin vəzifəyə təyin olunmaq üçün ali təhsilli olması tələb edilmir. Həmin vəzifədə orta təhsilli şəxs də işləyə bilər (İ cild, səh. 87-90). Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş, sonuncunun adına AMİ-nin Gəncə filialının adından hazırlanmış 02 iyul 2013-cü il tarixli, B seriyalı, 001796 nömrəli, qeydiyyat nömrəsi 2/1574 olan ali təhsil haqqında diplomun surətindən görünür ki, həmin sənədə Dövlət Attestasiya Komissiyasının sədri və AMİ-nin rektorunun adından imzalar edilmiş, içərisində “Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu” məzmununda sözlər yazılmış möhür vurulmuş, həmin sənəddə Təqsirləndirilən şəxs 02 iyul 2013-cü il tarixdə AMİ-nin Gəncə filialının “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə ali təhsilin bakalavriat səviyyəsini bitirməsi göstərilmişdir (İ cild, səh. 11). - Təqsirləndirilən şəxs Füzuli RİHB-ya ünvanladığı 15 fevral 2017-ci il tarixli ərizəsinin və Füzuli RİHB-in 16 fevral 2017-ci il tarixli, 09 nömrəli əmrinin təsdiq edilmiş surətlərindən görünür ki, 15 fevral 2017-ci il tarixdə Umudov X9 RİHB-ya işə qəbul edilməsi barədə müraciət etmiş, Füzuli RİHB-in 16 fevral 2017-ci il tarixli, 09 nömrəli əmri ilə Füzuli RİHB-in 4-cü Zobucuq qəsəbə İƏDÜN-ün müavini vəzifəsinə təyin edilmişdir (İ cild, səh. 26). - DİM-in 09 sentyabr 2022-ci il tarixli, PHŞ/3-2-2022-2484 nömrəli məktubunda göstərilmişdir ki, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminə daxil edilmiş təhsil məlumatlarının araşdırılması zamanı Füzuli RİH-də inzibati vəzifədə dövlət qulluğu keçən Təqsirləndirilən şəxs adına yazılmış B seriyalı, 001796 nömrəli diplomun hüquqi əsasının olmadığı müəyyən edilmiş, DİM tərəfindən bu barədə Elm və Təhsil Nazirliyinə, Füzuli RİH-yə rəsmi qaydada məlumat verilmişdir (İ cild, səh. 4, 5). - Füzuli RİHB-in 21 oktyabr 2022-ci il tarixli, 01/444 nömrəli məktubu və 16 sentyabr 2020-ci il tarixli, 35 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, DİM tərəfindən Füzuli RİH-yə rəsmi qaydada vermiş məlumatda 2020-ci ilin avqust ayında “Dövlət Qulluqçularının Reyestri” informasiya sisteminə daxil edilmiş diplom məlumatlarının araşdırılması zamanı Təqsirləndirilən şəxs adına AMİ-nin Gəncə filialının adından hazırlanmış B seriyalı, 001796 nömrəli diplomun hüquqi əsasının olmadığının müəyyən edilməsi göstərildiyinə görə Füzuli RİHB-in 16 sentyabr 2020-ci il tarixli, 35 nömrəli əmri ilə Umudov X9 RİHB-in 4-cü Zobucuq qəsəbə İƏDÜN-ün müavini vəzifəsindən azad edilmişdir (İ cild, səh. 24, 25). - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 11 noyabr 2022-ci il tarixli, xx-xx- 2273/16 nömrəli məktubunda göstərilmişdir ki, AMİ-nin Gəncə filialı adından 2013-cü ildə Təqsirləndirilən şəxs adına yazılmış B seriyalı, 001796 nömrəli diplom dövlət nümunəli deyildir (İ cild, səh. 41). - Azərbaycan Dövlət Pedoqoji Universitetinin 27 oktyabr 2022-ci il tarixli, 05-04/590 nömrəli məktubunda göstərilmişdir ki, həmin Universitetin keçmiş Gəncə filialı üzrə arxiv sənədlərində 2013-cü ildə Universitetin “Tarix və Coğrafiya” ixtisasını bitirən tələbələrin siyahısında Təqsirləndirilən şəxs adı və onunla bağlı hər hansı sənəd aşkar olunmamışdır (İ cild, səh. 38). - Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş, sonuncunun adına Gəncə ACM-in adından hazırlanmış 18 yanvar 2018-ci il tarixli, 2-1(112)11766/2018 nömrəli məktub və qərardadın surətlərindən görünür ki, həmin sənədlər Gəncə ACM-in hakimi olmuş Qasımov Zabil Bəhmən oğlunun adından imzalanmış, həmin qərardada içərisində “Azərbaycan Respublikası Gəncə Ağır Cinayətlər Məhkəməsi” məzmununda sözlər yazılmış möhür vurulmuş, həmin qərardadda onun Gəncə ACM-in hakimləri Qasımov Zabil Bəhmən oğlu (sədrlik edən), X6 və X8 tərəfindən, həmçinin Təqsirləndirilən şəxs iştirakı ilə, AMİ-nin Gəncə filialının rektoru olmuş X4 Azərbaycan Respublikası CM-in 178.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılarkən Təqsirləndirilən şəxs adına AMİ-nin Gəncə filialı tərəfindən verilmiş B seriyalı, 001796 nömrəli diplomun qanuni olması və həmin cinayət işinə sonuncunun təhsil almasının aidiyyətinin olmaması barədə Azərbaycan Respublikası adından qəbul edildiyi göstərilmişdir (İ cild, səh. 14, 15). - "xxxx" ASC-nin işə qəbul komissiyası tərəfindən on-line qaydada təşkil edilmiş işə qəbul müsahibəsinin 04 iyun 2021-ci il tarixli, 02 nömrəli protokolunun surətindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-yə Füzuli EŞ-in nəzarətçi mühəndis vəzifəsinə işə qəbul edilməsi barədə on-line qaydada etdiyi müraciətinə (şəxsi anketinə) AMİ-nin Gəncə filialının “Tarix və coğrafiya müəllimliyi” ixtisasını bitirməsi barədə məlumatı da əlavə etmiş, 04 iyun 2021ci il tarixdə on-line qaydada keçirilmiş işə qəbul müsahibəsində müvəffəqiyyət qazanması nəticəsində adı "xxxx" ASC-nin kadr ehtiyat bankına daxil edilmişdir (İ cild, səh. 91-97). - Təqsirləndirilən şəxs "xxxx" ASC-yə ünvanladığı 10 dekabr 2021-ci il tarixli ərizəsi və "xxxx" ASC-nin 12 yanvar 2022-ci il tarixli, H/22-00096 nömrəli əmrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2021-ci il tarixdə "xxxx" ASC-yə Füzuli EŞ-in nəzarətçi mühəndis vəzifəsinə təyin edilməsi barədə müraciət etmiş, müvafiq vəzifəli şəxslərin razılığı alındıqdan sonra 12 yanvar 2022-ci il tarixdə Füzuli EŞ-in nəzarətçi mühəndis vəzifəsinə təyin edilmişdir (İ cild, səh. 67, 68). - Füzuli RİHB-in 21 oktyabr 2022-ci il tarixli, 01/444 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 17 avqust 2022-ci il tarixdə Füzuli RİH-yə müraciət edərək, Gəncə ACM-in 18 yanvar 2018-ci il tarixli, 2-1(112)11766/2018 nömrəli qərardadını təqdim etmiş, həmin qərardadla AMİ-nin Gəncə filialı tərəfindən adına verilmiş B seriyalı, 001796 nömrəli diplomun qanuni olmasının müəyyən edildiyini bildirmiş, buna görə də əvvəlki işinə təkrar təyin olunmasını xahiş etmişdir (İ cild, səh. 24). - DİM-in Gəncə ACM-ə ünvanlanladığı 09 sentyabr 2022-ci il tarixli, PHŞ/3-2-2022-2484 nömrəli məktubundan görünür ki, Füzuli RİH tərəfindən DİM-ə göndərilmiş 16 avqust 2022-ci il tarixli, 01/365 nömrəli məktubda Təqsirləndirilən şəxs AMİ-nin Gəncə filialı tərəfindən adına verilmiş B seriyalı, 001796 nömrəli diplomun həqiqiliyinin tanınması barədə Gəncə ACM-in 18 yanvar 2018-ci il tarixli, 2-1(112)11766/2018 nömrəli qərardadını təqdim etdiyi göstərilərək, DİM tərəfindən bu məsələyə münasibət bildirilməsi xahiş edilmişdir. Buna görə də DİM tərəfindən həmin qərardadın surəti Gəncə ACM-ə göndərilərək, məhkəmə tərəfindən həmin qərardadın qəbul edilib-edilməməsi barədə məlumat verilməsi xahiş edilmişdir (İ cild, səh. 4, 5). - Gəncə ACM-in DİM-ə göndərdiyi 19 sentyabr 2022-ci il tarixli, 1(088)07/2018 nömrəli cavab məktubunda göstərilmişdir ki, Gəncə ACM-də X4 Azərbaycan Respublikası CM-in 178.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(088)07/2018 nömrəli cinayət işinə hakimlər Qasımov Zabil Bəhmən oğlunun sədrliyi, X6 və X2 ibarət tərkibdə baxılmışdır. Həmin cinayət işi materiallarında DİM-in 09 sentyabr 2022-ci il tarixli məktubuna əlavə edilmiş, Gəncə ACM-in adından hazırlanmış 18 yanvar 2018-ci il tarixli, 2-1(112)11766/2018 nömrəli qərardad mövcud deyildir. Azərbaycan Respublikası CPM-də ağır cinayətlər məhkəməsi tərəfindən həmin qərardadın qəbul edilməsi nəzərdə tutulmamışdır (İ cild, səh. 3). - Gəncə ACM-in 16 yanvar 2018-ci il tarixli, 1(088)07/2018 nömrəli hökmünün surətindən görünür ki, həmin məhkəmədə X4 Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(088)07/2018 nömrəli cinayət işinə hakimlər Qasımov Zabil Bəhmən oğlunun sədrliyi, X6 və X2 ibarət tərkibdə baxılmış, X7 Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. - 1 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş **********6042020 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, X7 15 aprel 2020-ci il tarixdə ölmüşdür (İ cild, səh. 175). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə etməyə görə Azərbaycan Respublikası CMin 320.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə törətdiyi əməllərin düzgün tövsif edilməsi məqsədilə aşağıdakı qaydada təhlil aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 noyabr 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş “rəsmi sənəd” anlayışı sənədin səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməsi, müəyyən edilmiş formaya uyğun olması (möhürü, ştampı, imzanı və s.) əks etdirməsi, hüquqi əhəmiyyətinin olması, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar yaratmasından ibarət hüquqi nəticələrə səbəb olması kimi xüsusiyyətlərinin mövcud olmasını tələb edir. Məhkəmə iş üzrə “rəsmi sənəd”-in vacib rekvizitləri və hüquqi mahiyyəti ilə bağlı təkrarçılığa yol vermədən hesab edir ki, iş materiallarında olan B seriyalı, 001796 nömrəli diplomun və Gəncə ACM-in adından hazırlanmış 18 yanvar 2018-ci il tarixli, 2-1(112)11766/2018 nömrəli qərardadın surətlərinin mətni və məzmununda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “rəsmi sənəd”-in vacib rekvizitləri və hüquqi mahiyyəti (Təqsirləndirilən şəxs barəsində müvafiq hüquq münasibəti yaratması) barədə yuxarıda göstərilən hüquqi mövqeyində əks olunan bütün əlamətləri mövcud olduğuna görə həmin sənədlər rəsmi sənəddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs adına AMİ-nin Gəncə filialının adından hazırlanmış B seriyalı, 001796 nömrəli diplomun və Gəncə ACM-in adından hazırlanmış 18 yanvar 2018-ci il tarixli, 2-1(112)11766/2018 nömrəli qərardadın əsillərinin sonuncu tərəfindən ibtidai istintaq orqanı və məhkəməyə təqdim edilməməsi səbəbindən onlardakı imzalar və möhürlərlə bağlı ekspertiza tədqiqatının aparılması mümkün olmasa da, həmin sənədlərin məzmununun bütünlüklə saxtalaşdırılması DİM-in 09 sentyabr 2022-ci il tarixli, PHŞ/3-2-2022- 2484 nömrəli məktubu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 11 noyabr 2022-ci il tarixli, xx-xx-2273/16 nömrəli məktubu, Azərbaycan Dövlət Pedoqoji Universitetinin 27 oktyabr 2022-ci il tarixli, 05-04/590 nömrəli məktubu və Gəncə ACM-in 19 sentyabr 2022-ci il tarixli, 1(088)07/2018 nömrəli məktubu ilə tam sübut edilir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, adına AMİ-nin Gəncə filialı adından hazırlanmış B seriyalı, 001796 nömrəli diplomu Füzuli RİH-yə və “Aran” RETSİ-yə, Gəncə ACM-in adından hazırlanmış 18 yanvar 2018-ci il tarixli, 2-1(112)11766/2018 nömrəli qərardadı isə Füzuli RİH-yə təqdim edərkən həmin sənədlərin saxta olmasını bilmədiyi barədə özünü müdafiə etmək üçün dəlillər irəli sürmüşdür. Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli, 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən (həmin Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli, 860 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin dövlət qeydiyyatına alındığı andan ləğv edildiyinə görə Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli, 1397 nömrəli Fərmanına əsasən qüvvədən düşmüşdür) yalnız test üsulu ilə ali təhsil müəssisələrinə tələbə qəbulunu həyata keçirmək səlahiyyəti mərkəzi icra hakimiyyəti orqanı olmuş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına məxsus olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (bundan sonra - onun) adına AMİ-nin Gəncə filialı adından hazırlanmış B seriyalı, 001796 nömrəli diplomu (bundan sonra – həmin diplom) Füzuli RİH-yə və “Aran” RETSİ-yə, Gəncə ACM-in adından hazırlanmış 18 yanvar 2018-ci il tarixli, 2-1(112)11766/2018 nömrəli qərardadı (bundan sonra – həmin qərardad) Füzuli RİH-yə təqdim etməmişdən əvvəl həmin sənədlərin saxta olmasını bilməsi onun: - Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli, 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən 2008-2013-cü illərdə yalnız test üsulu ilə ali təhsil müəssisələrinə tələbə qəbulunu həyata keçirmək səlahiyyətinin TQDK-ya məxsus olmasını bilməsi, - bu səbəbdən məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi ifadələrində 2008-ci ildə Azərbaycan Dövlət İdman Akademiyasına qəbul olmaq məqsədilə TQDK tərəfindən keçirilmiş test imtahanında iştirak etsə də, tələb olunmuş keçid balını toplaya bilmədiyinə görə müvafiq məqsədinə nail ola bilmədiyini və göstərilən qərardadı 2019-cu ilin fevral ayında Füzuli RİHB-in 4-cü Zobucuq qəsəbə İƏDÜN-ün müavini vəzifəsində işləyərkən Füzuli RİH-də inzibati vəzifədə dövlət qulluğu keçmiş bir neçə nəfər şəxsin adına Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş diplomların saxta olmasının müəyyən edilməsi səbəbindən işdən azad edildiyini eşitdiyinə görə adına verilmiş həmin diplomun saxta olması ilə bağlı gələcəkdə problem yaranarsa, Füzuli RİH-yə təqdim edəcəyi məqsədilə əldə etdiyini, əlavə olaraq 2008-2013-cü illərdə AMİ-nin Gəncə filialında ona tədris edilmiş fənlərin, onları tədris etmiş müəllimlərin, tələbə yoldaşlarının, ümumiyyətlə təhsil almış tələbələrin hər hansı birinin adını xatırlamadığını göstərməsi, - adının həmin qərardadda X4 Azərbaycan Respublikası CM-in 178.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(088)07/2018 nömrəli cinayət işinə Gəncə ACM-də baxılarkən 18 yanvar 2018-ci il tarixli məhkəmə iclasında iştirak etmiş şəxslərin siyahısında aydın şəkildə, həqiqətə uyğun olmayan məzmunda göstərilməsi, - onun həmin cinayət işi üzrə tərəf olmadığı halda, göstərilən qərardadın surətinin ona məhkəmənin məktubu ilə göndərilməsi, - həmin qərardadı 2019-cu ilin fevral ayında əldə etdiyi, göstərilən diplom və qərardadın saxta olmadığını hesab etdiyi, buna görə də həmin diplomun hüquqi əsasının olmasını sübut etmək və əvvəlki vəzifəsinə təkrar təyin olunmaq üçün Füzuli RİH-yə 16 sentyabr 2020-ci il tarixdə 4-cü Zobucuq qəsəbə İƏDÜN-ün müavini vəzifəsindən azad edildikdən dərhal sonra təqdim etməli olduğu halda, bundan iki il sonra, yəni 2022-ci ilin avqust ayında təqdim etməsi, - məhkəmə iclasında son sözündə həmin diplomun saxta olmasını qəbul etdiyini bildirsə də, iş üzrə məhkəməyədək icraat zamanı göndərilmiş sorğulara cavab olaraq DİM, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedoqoji Universiteti tərəfindən verilmiş cavablarda həmin diplomun dövlət nümunəli olmadığı və ya hüquqi əsasının olmadığı göstərildiyi halda, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində həmin diplomun qanuni olmasını hesab etdiyini bildirməsi və işin digər faktiki halları ilə tam sübut edilir. Bu səbəbdən Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər işin göstərilən faktiki halları ilə tam təkzib edilir. Məhkəmə göstərilən fikirlərin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan hissələrini sübut kimi nəzərə almır, qalan hissələrini isə sübut kimi qiymətləndirir. Məhkəmə həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən hüquqi mövqeyinə, həm də cinayət hüquq nəzəriyyəsində formalaşmış mövqeyə əsaslanaraq hesab edir ki, bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə etmə onun saxta olmasını qabaqcadan bilən şəxs tərəfindən hər hansı hüquq (üstünlük, güzəşt, imtiyaz) əldə etmək və ya müəyyən vəzifənin icrasından tam və ya qismən azad olmaq məqsədilə səlahiyyətli şəxsə təqdim edilməsindən ibarətdir. Bu mənada Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət formal tərkibli olduğuna görə onu törədən şəxsin hüquqlar əldə etməsinə və ya vəzifələrindən azad olunmasına nail olmasından asılı olmayaraq, sənədin təqdim edildiyi anda başa çatmış sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası CM-in 75-ci maddəsinin şərh olunmasına dair” 27 dekabr 2006-cı il, “Azərbaycan Respublikası İXM-in 37-ci maddəsinin Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il və “Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli Qərarlarında isə ümumilikdə belə hüquqi mövqe ifadə edilmişdir ki, “uzanan hüquqpozuntuları” konkret olaraq qanunla cəza və ya inzibati tənbeh təhdidi altında müəyyən edilmiş öhdəliklərin əksər hallarda hərəkətsizlik, həmçinin hərəkət formasında yerinə yetirilməməsi və ya pozulması məqamında başlayır, əməlin törədilməsi ilə bitmir, uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir, törədildiyi anda deyil, ya subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında, ya da kənardan müdaxilə nəticəsində dayandırıldığı anda bitir. Azərbaycan Respublikası CM-in 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Azərbaycan Respublikası CM-in 75.1.1 və 75.2-ci maddələrinə əsasən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətdiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək iki il keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-in: - 41.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin) razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. - 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda (yəni, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə) məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. - 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə yuxarıda göstərilən işin faktiki hallarına, onlara tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə əsaslanaraq belə nəticələrə gəlir ki,: - Təqsirləndirilən şəxs adına AMİ-nin Gəncə filialı adından saxta hazırlanmış B seriyalı, 001796 nömrəli diplomu işə qəbul edilməsi məqsədilə 16 fevral 2017-ci il tarixdə Füzuli RİH-yə və 12 yanvar 2022-ci il tarixdə “Aran” RETSİ-yə təqdim etdiyi andan həmin epizodlara münasibətdə onun törətdiyi, Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlləri özü-özlüyündə həmin tarixlərdə başa çatsa da, onun həmin əməlləri bununla bitməmiş, o, göstərilən birinci epizod üzrə cinayət əməlini Füzuli RİHB-nın 16 fevral 2017-ci il tarixli, 09 nömrəli əmri ilə Füzuli RİHB-in 4-cü Zobucuq qəsəbə İƏDÜN-ün müavini vəzifəsinə təyin edilməsindən Füzuli RİHB-in 16 sentyabr 2020-ci il tarixli, 35 nömrəli əmri ilə DİM tərəfindən aparılmış araşdırılma zamanı həmin diplomun hüquqi əsasının olmadığının müəyyən edilməsi səbəbindən həmin vəzifədən azad edilməsinədək, beləliklə də kənardan müdaxilə nəticəsində dayandırılmasınadək uzanaraq fasiləsiz olaraq törətmiş, buna görə də həmin əməli 16 sentyabr 2020-ci il tarixdə bitmiş, ikinci epizod üzrə cinayət əməlini isə "xxxx" ASC-nin sədri Vüqar Əhmədovun 12 yanvar 2022-ci il tarixli, h/22-00096 nömrəli əmri ilə Füzuli EŞ-in enerji satışı şöbəsində nəzarətçi-mühəndis vəzifəsinə təyin edilməsindən həmin vəzifədə işləməklə iş üzrə ibtidai istintaq orqanı tərəfindən ona müvafiq məzmunlu ittihamın elan edildiyi 25 sentyabr 2023cü il tarixədək uzanaraq fasiləsiz olaraq törətmişdir. Qeyd edilən səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən 320.2-ci maddəsində nəzərdə tutulmuş, böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxil olan birinci epizod üzrə uzanan cinayət əməlinə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti onun axımının başladığı, əməlin bitdiyi 16 sentyabr 2020-ci il tarixdən iki il ötməklə keçmişdir. Lakin Təqsirləndirilən şəxs birinci epizod üzrə cinayət əməlinə münasibətdə bəraət verilməsini xahiş etdiyinə görə o, həmin əməli törətməkdə təqsirli bilinsə də, ona müvafiq əmələ münasibətdə cəza təyin edilməməlidir. Həmçinin, Təqsirləndirilən şəxs birinci epizod üzrə əvvəlki əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda göstərilən ikinci epizod üzrə cinayət əməli təkrarlıq yarada bilməz. Bu səbəbdən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan ikinci epizod üzrə cinayət əməlini təkrar törətməsi ilə bağlı bənd çıxarılmalıdır. - "xxxx" ASC-nin “Aran” RETSİ-nin aparıcı mütəxəssisi vəzifəsində işləmiş Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsi əsasında şəxsin Füzuli EŞ-in nəzarətçi mühəndisi vəzifəsinə təyin olunması üçün ali təhsilli olmasının tələb edilmədiyi, eləcə də hamıya məlum olan hallar əsasında Təqsirləndirilən şəxs adına AMİ-nin Gəncə filialı adından hazırlanmış B seriyalı, 001796 nömrəli diplomda göstərilmiş “Tarix və coğrafiya müəllimliyi” ixtisası ilə onun təyin edildiyi Füzuli EŞ-in nəzarətçi mühəndisi vəzifəsi arasında birbaşa əlaqənin olmaması müəyyən edilsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinə əsasən rəsmi sənədin saxta olmasını qabaqcadan bilən şəxs tərəfindən hər hansı hüquq (üstünlük, güzəşt, imtiyaz) əldə etmək məqsədilə səlahiyyətli şəxsə təqdim edilməsi də bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə etmə hesab edildiyinə, bu fikrin məntiqi davamı olaraq, iş materiallarında olan, "xxxx" ASC-nin işə qəbul komissiyası tərəfindən on-line qaydada təşkil edilmiş işə qəbul müsahibəsinin 04 iyun 2021-ci il tarixli, 02 nömrəli protokolunun surəti əsasında Təqsirləndirilən şəxs guya AMİnin Gəncə filialının “Tarix və coğrafiya müəllimliyi” ixtisasını bitirməsi, beləliklə də ali təhsilli olması barədə şəxsiyyətini müsbət xarakterizə edən əsas məlumatı həmin komissiyaya işə qəbulla bağlı müraciət etmiş digər namizədlərə münasibətdə üstünlük əldə edib müsabiqədə müvəffəqiyyət qazanmaq məqsədilə "xxxx" ASC-yə Füzuli EŞ-in nəzarətçi mühəndis vəzifəsinə işə qəbul edilməsi barədə on-line qaydada etdiyi müraciətinə (şəxsi anketinə) əlavə etməsi və həm də bunun müsbət təsiri nəticəsində 04 iyun 2021-ci il tarixdə on-line qaydada keçirilmiş işə qəbul müsahibəsində müvəffəqiyyət qazanıb, adının "xxxx" ASC-nin kadr ehtiyat bankına daxil edilməsi müəyyən edildiyinə, Təqsirləndirilən şəxs adına AMİ-nin Gəncə filialı adından hazırlanmış B seriyalı, 001796 nömrəli diplomu isə göstərilən hadisədən və Füzuli EŞ-in nəzarətçi mühəndis vəzifəsinə işə qəbul edilməsi barədə "xxxx" ASC-yə ünvanladığı 10 dekabr 2021-ci il tarixli ərizəsinə müvafiq vəzifəli şəxslərin razılıq verməsindən sonra 12 yanvar 2022-ci il tarixdə “Aran” RETSİ-yə təqdim etdiyinə görə Təqsirləndirilən şəxs göstərilən epizod üzrə əməli də bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə etmə kimi qiymətləndirilməlidir. - Təqsirləndirilən şəxs adına Gəncə ACM-in adından hazırlanmış 18 yanvar 2018-ci il tarixli, 2-1(112)11766/2018 nömrəli saxta qərardadı 2022-ci ilin avqust ayında Füzuli RİHB-in 4-cü Zobucuq qəsəbə İƏDÜN-ün müavini vəzifəsinə təkrar təyin olunmasına nail olmaq məqsədilə Füzuli RİH-yə təqdim etməsindən ibarət əməli həmin sənədlə bağlı aparılmış araşdırma zamanı onun saxta olmasının müəyyən olunması səbəbindən məqsədinə nail olmasa da, məqsədinə nail olub-olmamasından asılı olmayaraq, həmin sənədin təqdim edildiyi anda başa çatmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi ifadələrinin məhkəmə tərəfindən sübut kimi qiymətləndirilmiş hissələri, şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsi, Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsi, Təqsirləndirilən şəxs adına AMİ-nin Gəncə filialının adından hazırlanmış 02 iyul 2013-cü il tarixli, B seriyalı, 001796 nömrəli, qeydiyyat nömrəsi 2/1574 olan ali təhsil haqqında diplomun, Gəncə ACM-in adından hazırlanmış 18 yanvar 2018-ci il tarixli, 2- 1(112)11766/2018 nömrəli məktub və qərardadın surətləri, DİM-in 09 sentyabr 2022-ci il tarixli, PHŞ/3-2-2022-2484 nömrəli məktubu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 11 noyabr 2022-ci il tarixli, xx-xx-2273/16 nömrəli məktubu, Azərbaycan Dövlət Pedoqoji Universitetinin 27 oktyabr 2022-ci il tarixli, 05-04/590 nömrəli məktubu və Gəncə ACM-in 19 sentyabr 2022-ci il tarixli, 1(088)07/2018 nömrəli məktubu, Təqsirləndirilən şəxs Füzuli RİHB-ya ünvanladığı 15 fevral 2017-ci il tarixli ərizəsi və Füzuli RİHB-in 16 fevral 2017-ci il tarixli, 09 nömrəli əmrinin surətləri, Füzuli RİHB-in 21 oktyabr 2022-ci il tarixli, 01/444 nömrəli məktubu və 16 sentyabr 2020-ci il tarixli, 35 nömrəli əmrinin surəti, "xxxx" ASC-nin işə qəbul komissiyası tərəfindən on-line qaydada təşkil edilmiş işə qəbul müsahibəsinin 04 iyun 2021-ci il tarixli, 02 nömrəli protokolunun surəti, Təqsirləndirilən şəxs "xxxx" ASC-yə ünvanladığı 10 dekabr 2021-ci il tarixli ərizəsi və "xxxx" ASC-nin 12 yanvar 2022-ci il tarixli, H/22-00096 nömrəli əmrinin surətləri, iş materiallarında olan digər istintaq hərəkəti protokolları və sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməllərində Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmin əməlləri törətməkdə təqsirini tam sübuta yetirmiş və əməllərini düzgün tövsif etmişdir. Buna görə də o, Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 48). - Füzuli RİHB-nın 4-cü Zobucuq qəsəbə İƏDÜN tərəfindən verilmiş 19 dekabr 2022-ci il tarixli arayış və xasiyyətnamə, elektron məhkəmə portalından əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs evlidir, anası, arvadı və himayəsində olan üç nəfər azyaşlı uşaqları ilə birlikdə yaşayır, “Aran” RETSİ-nin Füzuli EŞ-in enerji satışı şöbəsində nəzarətçimühəndis vəzifəsində işləyir, hər ay 625 manat məbləğində əmək haqqı alır, yaşayış yeri üzrə ailəcanlı, humanist, mehriban, qohumlar-qonşular arasında hörmət qazanmış, özündən böyük və kiçik olan şəxslərin hörmətini saxlayan, yaşlılara daim diqqətlə yanaşan, barəsində nümayəndəliyə hər hansı şikayətin daxil olmadığı şəxs kimi, beləliklə də müsbət xarakterizə edilmişdir (İ cild, səh. 52, 53). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-ci maddəsinə, əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, məhkəmənin müəyyən etdiyi üçüncü epizod üzrə cinayət əməlini təkrar törətməsini həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun ikinci və üçüncü epizodlar üzrə törətməsini müəyyən etdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, himayəsində üç nəfər azyaşlı uşaqlarının olması, əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, məhkəmənin müəyyən etdiyi üçüncü epizod üzrə cinayət əməlini təkrar törətməsindən ibarət cəzasını ağırlaşdıran halın olduğunu, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in: - 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 320.2-ci maddəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş cinayət əməli min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ikinci və üçüncü epizodlar üzrə törətməsi müəyyən edilmiş cinayət əməllərinə görə Azərbaycan Respublikası CMin 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Onun məhkəmənin müəyyən etdiyi üçüncü epizod üzrə cinayət əməlini təkrar törətməsi isə barəsində daha az ciddi cəza növləri olan cərimə və ya ictimai işlər cəzasının təyin edilməsinin qarşısını alır. Buna görə də ona ikinci və üçüncü epizodlar üzrə törətməsi müəyyən edilmiş cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş işləri cəzasının aylıq qazancının 20%-i məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin Məcəllənin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini və həmin əməllərin ictimai təhlükəliliyini nəzərə alaraq, ona təqsirli bilindiyi, məhkəmənin müəyyən etdiyi ikinci və üçüncü epizodlar üzrə cinayət əməllərinə münasibətdə əlavə cəza kimi dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının 1 (bir) il müddətə təyin edilməsini zəruri hesab edir. Göstərilənlərə əsasən məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs adına Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı adından saxtalaşdırılmaqla hazırlanmış B seriyalı, 001796 nömrəli ali təhsil haqqında diplomun və Gəncə Ağır Cinayətlər Məhkəməsinin adından saxtalaşdırılmaqla hazırlanmış 18 yanvar 2018-ci il tarixli, 2-1(112)11766/2018 nömrəli qərardadın surətləri cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə təyin edilməsi üçün əsas yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla, 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına aid vəzifə tutmaq hüququndan məhrum edilib, aylıq qazancının 20%-i məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs adına Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı adından saxtalaşdırılmaqla hazırlanmış B seriyalı, 001796 nömrəli ali təhsil haqqında diplomun və Gəncə Ağır Cinayətlər Məhkəməsinin adından saxtalaşdırılmaqla hazırlanmış 18 yanvar 2018-ci il tarixli, 2-1(112)11766/2018 nömrəli qərardadın surətləri cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-54/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-54/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver