Məhkəmə qərarları › İş №1(064)-54/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-54/2025

14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-54/2025 14.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Füzuli rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci il tarixdə ünvan 1 ünvanında anadan olmuş, orta təhsilli, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib ona lizinqlə traktor almaqda köməklik göstərəcəyi ilə aldadaraq vahid niyyətlə 03 iyun 2024-cü il tarixdə özünə məxsus "xxxx" ASC-də olan 4098 5844 9417 8013 hesab nömrəsinə Füzuli rayonu, 8 saylı Qayıdış qəsəbəsi ərazisində yerləşən “Mandarin” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə 200 (iki yüz), 03 iyul 2024-cü il tarixdə saat 16:19-da 200 (iki yüz) manat, 04 iyul 2024-cü il tarixdə, saat 15:05-də isə 1100 (min yüz) manat pulun köçürülməsini təşkil edərək qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə həmin pulu ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs2 cəmi 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib ona təqaüd düzəltdirəcəyi adı ilə aldadaraq vahid niyyətlə 2024-cü ilin iyun ayının sonlarında 400 (dörd yüz) manat pulu Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsi ərazisində almış, daha sonra niyyətinin davamı olaraq 01 iyun 2024-cü il tarixdə özünə məxsus "xxxx" ASC-də olan 4098 5844 9417 8013 hesab nömrəsinə Füzuli rayonu, 8 saylı Qayıdış qəsəbəsi ərazisində yerləşən “Mandarin” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə 200 (iki yüz) manat pulun köçürülməsini təşkil edərək qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə həmin pulu ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs1 cəmi 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmədə iclasında Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə Kəlbəcər və Laçın rayonları ərazisində birlikdə işlədiyi üçün onları tanımış, onlarla aralarında hər hansı ədavəti və düşmənçiliyi olmamış, iş yoldaşı kimi normal münasibətləri olmuşdur. 2024-cü ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs1 özünü xəstəliklə bağlı təqaüdə çıxarmaq istədiyini bildirmiş, ona köməklik edə biləcəyini və qarşılığında 400 manat pul lazım olmasını Zərərçəkmiş şəxs1 bildirmiş, sonuncu bununla razılaşmış və 2024-cü ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs1 yaşadığı Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsində yerləşən evinə getmişdir. Orada Zərərçəkmiş şəxs1 400 manat pul vermiş, lakin həmin pulu öz şəxsi ehtiyaclarına sərf etmiş və Zərərçəkmiş şəxs1 təqaüd düzəltdirməmişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs1 işin nə yerdə olmasını soruşduqda sonuncuya əlavə olaraq 200 manat pul lazım olmasını bildirmiş və ona pul köçürmək üçün özünə məxsus olan 4098 5844 9417 8013 nömrəli LeoBank-dan olan bank kartının şəklini göndərmişdir. Zərərçəkmiş şəxs1 ona məxsus bank kartına 200 manat pul göndərmiş və həmin pulu yenidən öz şəxsi ehtiyaclarına sərf etmiş və Zərərçəkmiş şəxs1 təqaüd düzəltdirməmişdir. Həmçinin 2024-cü ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs1 müraciət edərək buzov almaq istədiyini bildirdikdə ona buzov olmasını və qiymətinin 300 manat olduğunu demiş, Zərərçəkmiş şəxs1 onunla razılaşmış və özünə məxsus qeyd etdiyi bank kartına buzov almaqda sonuncuya köməklik etməsi üçün 300 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs1 həmin pula buzov almaqda köməklik etməmiş və həmin pulu da öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 (min beş yüz) manat məbləğində pulunu ələ keçirmiş, belə ki, 2024-cü ilin may ayının sonlarında Zərərçəkmiş şəxs2 müraciət edərək lizinq yolu ilə traktor almaq istədiyini bildirmişdir. Ona traktor almaqda köməklik edəcəyini və bir neçə gün sonra konkret olaraq məlumat verəcəyini demişdir. Bundan sonra 2024-cü ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs2la danışaraq traktor almaqda köməklik edə biləcəyini, qarşılığında 1500 manat pul lazım olmasını demiş, lakin əvvəlcə ondan 200 manat göndərməsini, qalan 1300 manat pulu isə dediyi vaxt göndərməli olduğunu demişdir. 03 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 ona göndərdiyi özünə məxsus olan 4098 5844 9417 8013 nömrəli LeoBank-dan olan bank kartına 200 manat məbləğində pul göndərmişdir. Həmin pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan sonra 2024-cü ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs2la danışmış və tarixini konkret olaraq xatırlamadığı vaxtda yəni, 2024-cü ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs2 ilk öncə 200 manat, daha sonra isə 1100 (min yüz) manat pulu sonuncuya göndərdiyi özünə məxsus olan 4098 5844 9417 8013 nömrəli LeoBank-dan olan bank kartına yükləmiş və həmin pulu yenə də öz şəxsi ehtiyaclarına sərf etmiş və Zərərçəkmiş şəxs2 traktor almaqda köməklik etməmişdir. Hazırda törətdiyi əməli etiraf edir və qısa müddətdə həmin pulları ödəyəcəyinə söz verir. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə birlikdə Kəlbəcər və Laçın rayonlarında işlədiyi üçün onu tanımış, onunla normal münasibəti olmuş, aralarında hər hansı ədavət və düşmənçiliyi olmamışdır. 2024-cü ilin iyun ayının sonlarında yaşadığı Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsi ərazisində yerləşən evdə Təqsirləndirilən şəxslə söhbət edən zaman xəstəliklə bağlı təqaüdə çıxartmaqda köməklik edə biləcəyini və qarşılığında 400 (dörd yüz) manat pul lazım olmasını demiş, Təqsirləndirilən şəxslə razılaşmış və həmin vaxt ona yaşadığı evdə təqaüd düzəltdirməsi üçün 400 (dörd yüz) manat pul vermişdir. Bundan bir neçə gün sonra, yəni 01 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs zəng edərək əlavə olaraq 200 (iki yüz) manat pul lazım olmasını bildirmiş, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə Füzuli rayonu, 8 saylı Qayıdış qəsəbəsi ərazisində yerləşən “Mandarin” marketdə yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs göndərdiyi "xxxx"-dan olan 4098 5844 9417 8013 nömrəli bank kartına 200 (iki yüz) manat pul göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu təqaüdə çıxartmamışdır. Həmin ayın, yəni 2024-cü ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxslə danışan zaman buzov lazım olmasını bildirmiş və sonuncuya buzov almaqda köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs buzov tapmasını və 300 manat qarşılığında həmin buzovu almaqda köməklik edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxslə razılaşmış və sonuncuya məxsus bank kartına həmin gün Bakı şəhəri ərazisində yerləşən ödəmə terminallarından birindən 300 (üç yüz) manat pul göndərmiş, həmin vaxtdan sonra Təqsirləndirilən şəxs onu təqaüdə çıxartmamış və buzov almaqda köməklik etməmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 900 manat pulunu ələ keçirmişdir. Hazırda pulu Təqsirləndirilən şəxs tələb edir. O, maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə birlikdə Kəlbəcər və Laçın rayonlarında işlədiyi üçün tanımış, aralarında normal münasibət olmuş, hər hansı bir ədavət və düşmənçiliyi olmamışdır. 2024-cü ilin may ayında lizinqə traktor götürmək istəmiş, həmin vaxtlarda Təqsirləndirilən şəxslə söhbət edən zaman Təqsirləndirilən şəxs traktor almaqda köməklik edə biləcəyini bildirmişdir. Yəni onun tanışının olmasını, tanışı vasitəsilə traktor almaqda kömək edə biləcəyini bildirmiş, lakin həmin vaxt konkret olaraq hansı məbləğdə pul lazım olmasını deməmiş, maraqlanıb deyəcəyini bildirmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxslə danışan zaman 1500 (min beş yüz) manat pulun qarşılığında traktor almaqda köməklik göstərəcəyini bildirmiş, onunla razılaşmış və Təqsirləndirilən şəxs ilkin olaraq 200 (iki yüz) manat pul göndərməsini, qalan pulu isə hissə-hissə göndərməli olduğunu bildirmiş və Təqsirləndirilən şəxslə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs göndərdiyi "xxxx"-dan olan 4098 5844 9417 8013 nömrəli bank kartına 200 manat pulu özünə məxsus mobil telefonunda olan Birbank mobil tətbiqi vasitəsilə göndərmiş, lakin konkret olaraq hansı saatda göndərdiyini xatırlamır. Bir neçə gün sonra Təqsirləndirilən şəxs yenidən zəng edərək qalan pulun 200 (iki yüz) manatını da göndərməli olduğunu demiş və ona məxsus yuxarıda qeyd etdiyi bank kartına Füzuli rayonu, 8 saylı Qayıdış qəsəbəsi ərazisində yerləşən “Mandarin” marketdə yerləşən ödəmə terminalından 200 (iki yüz) manat pul göndərmiş, 200 manat pulu göndərdikdən sonra sabahısı gün yenidən Təqsirləndirilən şəxs zəng edərək qalan 1100 manat pulu da göndərməli olduğunu demiş və ona məxsus qeyd etdiyi bank kartına Füzuli rayonu, 8 saylı Qayıdış qəsəbəsi ərazisində yerləşən “Mandarin” marketdə yerləşən ödəmə terminalından 1100 manat pulu göndərmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 1500 (min beş yüz) manat pulu traktor almaqda köməklik etməsi üçün göndərmiş, lakin Təqsirləndirilən şəxs hazırki vaxta qədər həmin pulu geri qaytarmamış və traktor almaqda köməklik etməmişdir. Hazırda ona cəmi 300 manat ziyan ödənmişdir. İbtidai istintaqda ona dəymiş 1500 manat maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödəndiyini göstərsə də, bunu Təqsirləndirilən şəxs xahişi ilə etmiş, əslində ona dəymiş ziyan ödənməmişdir. Hazırda Təqsirləndirilən şəxs həmin pulu qaytarmalıdır. O, maddi ziyanın ödənilməsini tələb edir. İş materiallarına əlavə edilmiş: -xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib ona lizinqlə traktor almaqda köməklik göstərəcəyi ilə aldadaraq vahid niyyətlə 03 iyun 2024-cü il tarixdə özünə məxsus "xxxx" ASC-də olan 4098 5844 9417 8013 hesab nömrəsinə Füzuli rayonu, 8 saylı Qayıdış qəsəbəsi ərazisində yerləşən “Mandarin” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə 200 (iki yüz), 03 iyul 2024-cü il tarixdə saat 16:19-da 200 (iki yüz) manat, 04 iyul 2024-cü il tarixdə, saat 15:05-də isə 1100 (min yüz) manat pulun köçürülməsini təşkil edərək qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə həmin pulu ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs2 cəmi 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi faktı əsasında Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış material, əsas isə materialda Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillər olmuşdur. -təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. -cinayət işi üzrə icraatın dayandırılması və təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi barədə qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə iş üzrə icraat CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. -cinayət işi üzrə icraatın təzələnməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2025-ci il tarixdə Füzuli rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri ərazisində saxlanılmış və həmin tarixdə istintaqa təqdim edilmiş və iş üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir.el -ittiham elan edilməli olan şəxsin tutulması haqqında 16 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki olaraq azadlığı 16 aprel 2025-ci il tarixdə, saat 13:15-də məhdudlaşdırılmış, həmin tarixdə saat 22:30-da tutulmuşdur. -başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. -təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerindən həmin tarixdə, saat 12:50-də azad edilmişdir. -01 may 2025-ci il tarixli cinayət işinin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə əməl 01 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif olunaraq istintaq həmin maddə ilə davam etdirilmişdir. -Zərərçəkmiş şəxs1 təqdim etdiyi iki ədəd qəbzlərdən görünür ki, 01 iyul 2024-cü il tarixdə, saat 17:44-də Füzuli rayonu, Aranqala qəsəbəsi ərazisində yerləşən Mandarin marketdə yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs adına qeydiyyatda olan son rəqəmləri 94178013 olan bank kartına 200 (iki yüz) manat məbləğində pul köçürülmüşdür. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 15:49-da Bakı şəhəri, Binəqədi rayonu,6-cı mkr, Azadlıq pr,187 ünvanıda yerləşən Araz marketdə yerləşən yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs adına qeydiyyatda olan son rəqəmləri 94178013 olan bank kartına 300 (üç yüz) manat məbləğində pul köçürülmüşdür. -Zərərçəkmiş şəxs2 təqdim etdiyi iki ədəd qəbzlərdən görünür ki, 03 iyul 2024-cü il tarixdə, saat 16:19-da Füzuli rayonu, 8 saylı Qayıdış qəsəbəsi ərazisində yerləşən Mandarin marketdə yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs adına qeydiyyatda olan son rəqəmləri 94178013 olan bank kartına 200 (iki yüz) manat məbləğində pul köçürülmüşdür. Bundan başqa, 04 iyul 2024-cü il tarixdə, saat 15:15-də Füzuli rayonu, 8 saylı Qayıdış qəsəbəsi ərazisində yerləşən Mandarin marketdə yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs adına qeydiyyatda olan son rəqəmləri 94178013 olan bank kartına 1100 (min yüz) manat məbləğində pul köçürülmüşdür. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında hər hansı məlumat qeydə alınmamışdır. -Təqsirləndirilən şəxs barəsində yaşayış yerindən təqdim olunmuş arayış və xasiyyətnamə ilə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs öz etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə təkrarən dələduzluq etməsi kifayət qədər sübuta yetmişdir. Sübutların qiymətləndirilməsi barədə 07 may 2025-ci il tarixli qərara əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 buzov almaq adı ilə aldığı 300 (üç yüz) manat məbləğində pul cinayət tərkibini yaratmır. Ona görə də Təqsirləndirilən şəxs elan olunmuş ittihamda 300 manat pulu ələ keçirməsi qeyd olunmalı, həmin faktla bağlı cinayət işinin materiallarından müstəqil material ayrılmalı və Təqsirləndirilən şəxs həmin hissədə əməlinə müstəqil qiymət verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətində Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaınədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xaraterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, vurulmuş maddi ziyanı qismən ödəməsini həmin Məcəllənin 59.1.14-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyəti, ailə vəziyyəti, nəzərə alınmaqla ona Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddələsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudulaşdırılması növündə cəza təyin edilməsi qanuna və məqsədəmüvafiqdir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı Cəlilabad rayonu ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Cəlilabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulması qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 16 aprel 2025-ci il tarixdə saat 22:30-da ittiham elan olunmalı şəxs qismində tutulmuş, lakin faktiki azadlığı 16 aprel 2025-ci il tarixdə, 13:15-də Bakı şəhərində saxlanılarkən məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar 18 aprel 2025-ci il tarixdə, saat 10:40-da ona elan edilmiş və barəsində həmin tarixdə “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilərək qeyd edilən tarixdə saat 12:50də Füzuli rayon Polis şöbəsinin Müvəqqəti Saxlama yerindən azad edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur, xüsusi müsadirə təyin edilməsi üçün əsas müəyyən edilməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki qaydada iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 aprel 2025-ci il tarixdən 18 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı Cəlilabad rayonu ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Cəlilabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar