Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-55/2025 25.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əliyev Taleh Ramiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Füzuli rayonu, Arayatılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ANAMA-nın Horadiz bazasında minaaxtaran işləmiş, məhkumluğu olmayan, Füzuli rayonu, Arayatılı kəndində qeydiyyata olan və həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Məmmədov X2 Ələddin Həsən oğlunun Füzuli rayonu, Arayatılı kəndində yerləşən fərdi yaşayış evindən xeyli miqdarda pul və qızıl-zinət əşyalarını tamah niyyəti ilə, hüquqa zidd və əvəzsiz oğurlamaq məqsədilə 06 mart 2025-ci il tarixdə, saat 10 radələrində onun ailə üzvlərinin olmadığından istifadə edərək həyətyanı sahənin arxa hissəsində yerləşən dəmir qapının cəftəsini açıb həyətə daxil olduqdan sonra evin zirzəmisindən dəmir materialından olan nərdivanı götürüb divara söykəyib nərdivana çıxıb yaşayış evinin plastik pəncərəsi üzərində asılmış toru açdıqdan sonra pəncərəni əli ilə itələyib açaraq evin eyvanına qanunsuz daxil olub oradan yataq otağına keçib otaqdakı şkafdan 200 (iki yüz) manat nağd pulu oğurladıqdan sonra digər yataq otağına daxil olaraq otaqda olan şkafdakı mücrüdə saxlanılan xeyli miqdarda, ümumi dəyəri 14.000 (on dörd min) manat olan bir ədəd Rusiya istehsalı 5 qram çəkisi olan briliant qaşlı qızıl nişan üzüyünü, bir ədəd Rusiya istehsalı 5 qram çəkisi olan tək briliant qaşlı qızıl üzüyü, bir cüt Rusiya istehsalı 7 qram çəkisi olan briliant qaşlı qızıl sırğa dəsti, bir ədəd Rusiya istehsalı, 9 qram çəkisi olan qızıl boyunbağını, bir ədəd Rusiya istehsalı, üzərində fil şəkilli olan klon ilə birlikdə 7 qram çəkisi olan qızıl boyunbağını, bir ədəd Rusiya istehsalı üzərində ərəb hərfləri olan 6 qram çəkisi olan qızıl boyunbağını, bir ədəd Rusiya istehsalı, üzərində “Dilbər” sözü yazılmış 6 qram çəkisi olan qızıl boyunbağını, bir ədəd Rusiya istehsalı, üzərində “Hüseyn” sözü yazılmış 7 qram çəkisi olan qızıl boyunbağını, bir ədəd Rusiya istehsalı, üzəri dairə formalı, 5 qram çəkisi olan qızıl boyunbağını, bir ədəd Rusiya istehsalı, üzərində tərəzi şəkili olan 4,5 qram çəkisi olan qızıl boyunbağını, bir ədəd Rusiya istehsalı, üzərində sadə qaşları olan, 6 qram çəkisi olan qızıl sırğa dəstini, bir ədəd Rusiya istehsalı, üzəri şəbəkə formalı, 6 qram çəkisi olan qızıl sırğa dəstini, bir ədəd Rusiya istehsalı, üzəri qabarıq formalı, 4 qram çəkisi olan qızıl üzüyü, 3 ədəd Rusiya istehsalı, zəncir formalı, hər birinin çəkisi 3 qram ümumilikdə 9 qram çəkisi olan qızıl qolbaqları, bir ədəd Rusiya istehsalı, üzərində tək qaşlı 4 qram çəkisi olan qızıl sırğa dəstini, bir ədəd Rusiya istehsalı, ulduz formalı, üzərində xırda qaşları olan 3 qram çəkisi olan qızıl üzüyü, bir ədəd Rusiya istehsalı, üzərində “Hüseyn” sözü yazılmış 3 qram çəkisi olan qızıl qolbağını, bir ədəd Rusiya istehsalı, dairəvi formalı 2,5 qram çəkisi olan qızıl üzüyü, bir dəst Rusiya istehsalı, 4 qram çəkisi olan qızıl uşaq sırğasını oğurlayıb 07 mart 2025-ci il tarixdə qızıl-zinət əşyalarının satışı ilə məşğul olan, törədilmiş cinayət əməlindən məlumatsız Şahid3 Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Moskva” ticarət mərkəzində yerləşən mağazasına gedərək sonuncuya qeyd edilən 14000 (on dörd min) manat dəyərində qızıl-zinət əşyalarını 8400 (səkkiz min dörd yüz) manata sataraq həmin pulu şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 14.200 (on dörd min iki yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdaki sübutlarla təsdiq olunur. Belə ki, Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, evlidir, himayəsində iki azyaşlı uşağı var, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Arayatılı kəndində yaşayır. Maddi vəziyyətinin aşağı olması səbəbindən təxminən bir il əvvəl Füzuli rayonu, Horadiz şəhər sakini Şahid1 13000 (on üç min) manat pulu hissə-hissə olmaqla 20 %-lə, həmçinin bir neçə tanışlarından müxtəlif məbləğlərdə borc pul alaraq ehtiyaclarına sərf etmiş, aldığı borcları vəd verdiyi vaxtlarda qaytara bilməmişdir. Borc sahibləri ona verdikləri pulları tələb etmələrinə görə qonşusu Füzuli rayonu, Arayatılı kənd orta məktəbinin direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs evindən pul və qızıl oğurlayıb borclarını qaytarmaq qərarına gəlmişdir. O, 06 mart 2025-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs həyat yoldaşı Həyat Hüseynova ilə işlədikləri məktəbdə olduqlarını bilib, onların yaşadığı evin həyətyanı sahəsinin arxa tərəfindəki dəmir qapıya yaxınlaşaraq, əl barmaq izlərinin qalmaması üçün əlinə fəhlə əlcəkləri geyinərək, əlini uzadıb çəpərdən qapının çəftəsini açaraq həyətə daxil olmuşdur. O, evin zirzəmisində yerləşən dəmir nərdivanı götürüb evin giriş qapısına söykədikdən sonra nərdivana çıxıb evin ikinci mərtəbəsinin pəncərəsinin üzərində kapron toru çıxarıb pəncərəni itələyib açaraq pəncərədən evin eyvanına oradan isə yataq otağına daxil olmuşdur. Otaqda olan şkafdan 200 (iki yüz) manat pulu götürüb əynindəki şalvarının cibinə qoymuşdur. Həmin otaqdan pul və qızıl-zinət əşyası tapa bilmədiyindən ikinci otağa daxil olmuş, həmin otaqda şkafın içərisində axtarış aparsa da pul və qiymətli əşya tapa bilməmişdir. O, evin üçüncü yataq otağına daxil olub otaqdakı şkafın qapısını açdıqda gümüşü rəngli mücrünü görüb həmin mücrünün içərisində xeyli qızıl zinət əşyalarını götürüb əynində olan şalvarın arxa cibinə yığaraq cəld otaqdan çıxıb və evə daxil olduğu pəncərədən nərdivanla evin qarşısına düşmüş, nərdivanı evin zirzəmisinə qoyduqdan sonra həyətə daxil olduğu dəmir qapıdan çıxıb yaşadığı evinə getmişdir. O, qonşusu Ələddinin evindən 200 manat nağd pul və qızılzinət əşyaları oğurlaması barədə arvadı Yaquta bir söz deməmiş, oğurladığı qızıl üzük, boyunbağı, qolbağı və sırğa dəstələrini sellefon torbaya yğıb yataq otağındakı yastığın altında gizlətmişdir. O, oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərinə aparıb orada satıb pulunun bir hissəsi ilə borclarını qaytarmışdır. Qalan hissəsini isə öz ehtiyaclarına və xəstə uşağının müalicəsinə sərf etmək qərarına gəlmiş, bu məqsədlə 07 mart 2025-ci il tarixdə, saat 09 radələrində oğurladığı qızı-zinət əşyalarını özü ilə götürüb yol maşınları ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərində Memar Əcəmi metrostansiyasına getmiş, orada olan küçələrin birində, birmərtəbəli, dəmir qapının üzərində “qızıl alqı-satqısı” elanını görüb həmin otağa daxil olmuşdur. O, otaqda oturan ağsaçlı, 45-50 yaşlarında kişiyə özü ilə gətirdiyi qızılları satmaq istədiyini bildirmiş, həmin şəxs qızıllara baxdıqdan sonra ondan şəxsiyyət vəsiqəsini tələb etmiş, həmin şəxsə şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra telefonu ilə şəxsiyyət vəsiqəsinin foto şəkilini çəkmiş və qızıl-zinət əşyalarının bir qramını 84 manatdan ala biləcəyini bildirmişdir. O, tanımadığı alıcı ilə razılaşdıqdan sonra həmin şəxs özündə olan qızıl tərəzisi ilə onun təqdim etdiyi qızıl-zinət əşyalarını çəkərək ümumi çəkisini demiş, o, çəkini xatırlamır. Bundan sonra alıcı 8400 (səkkiz min dörd yüz) manatı sayıb ona vermişdir. O, piyada 20 yanvar dairəsinə qayıtmış və metrostaniyasının içərisinə daxil olub “Milli Ön” ödəmə terminalı vasitəsi ilə 3000 manat pulu Ədalətin kart hesabına köçürdükdən sonra ona zəng etmiş və 3000 manat pulu onun kart hesabına göndərdiyini qalan pulu isə görüşüb danışıb yoluna qoyacağı barədə vəd vermişdir. Bundan sonra həmin terminal vasitəsi ilə özündə olan “**********391656” nömrəli birbank hesabına 3000 manat pulu vəsaitini göndərmiş, daha sonra isə telefonunda olan “Bibank”mobil tətdiqi vasitəsi ilə borclu olduğu digər şəxs Bakı şəhər sakini Samir adlı şəxsin kart hesabına 400 manat pul göndərmişdir. O, həmin gün sürücüsünü tanımadığı taksi avtomobili ilə yaşadığı Füzuli rayonu, Arayatılı kəndində yerləşən evinə qayıtmış, sonrakı günlərdə borclu olduğu şəxslərə görüşərək həmin şəxslərə olan borcunu hissə-hissə ödəmişdir. Ertəsi gün arvadı X4 övladları Ömər və Mədinə ilə birlikdə İmişli rayonunda yerləşən bazara aparmış, bazardan özü və ailə üzvləri üçün geyimlər alıb İmişli rayonunda yaşayan yeznəsi Heydərin evinə qonaq getmiş, gecəni bacısı evində qonaq qalmışlar. 10 mart 2025-ci il tarixdə, saat 10 radələrində Bakı şəhərində yerləşən 20 yanvar dairəsinə gedib orada yerləşən telefon mağazalarının birindən 350 manat dəyərində Samsunq Not 10+9 markalı mobil telefon aparatı alıb saat 13 radələrində İmişli rayon ərazisinə gedən taksilərlə yeznəsi Heydərin evinə qayıtmışdır. O, qonşusu Zərərçəkmiş şəxs evindən qızıl-zinət əşyaları və 200 (iki yüz) maat nağd pul oğurladığına görə əməlindən peşmandır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 06 mart 2025-ci il tarixdə, saat 08:05-də arvadı Həyatla yaşadığı evə giriş qapısını açarla bağladıqdan sonra həyət darvazalarını bağlayıb idarə etdiyi «KİA Sorento» markalı avtomobillə arvadı ilə birlikdə iş yerinə getmişdir. Həmin gün saat 14 radələrində iş yerindən evinə qayıtmış, ertəsi gün saat 08 radələrində pula ehtiyacı olduğuna görə yataq otağındakı şkafda saxladığı 200 (iki yüz) manat pulu götürmək məqsədilə şkafı açdıqda həmin yerə qoyduğu iki ədəd 100-lük əskinazları görməmişdir. 08 mart 2025-ci il tarixdə, saat 10 radələrində arvadı Həyat yataq otağındakı şkafda gümüşü rəngli mücrünün içərisində saxladığı qızılların orada olmadığını demiş, o, bundan sonra kənar şəxsin (şəxslərin) daxil olub evdən qızılları və 200 (iki yüz) manat nağd pulu oğurlamasından şübhələnmişdir. O, əvvəlcə oğurluq barədə heç kimə bir söz deməmiş, 15 mart 2025-ci il tarixdə Füzuli rayon Polis şöbəsinə gələrək 14000 (on dörd) min manat dəyərində qızıl zinət əşyalarının və 200 (iki yüz) manat nağd pulun oğurlanması barədə ərizə vermişdir.Həmin ərizəsi əsasında təhqiqatçı polis kapitanı Mahir Abbasov tərəfindən hadisə yerinin baxışı aparılmış, 16 mart 2025-ci il tarixdə Füzuli rayon Polis şöbəsinin əməkdaşlarından evindən oğurluq edən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Evindəki yataq otağındakı şkafdan oğurlanmış qızıl-zinət əşyaları Rusiya istehsalı olmuş, bir ədəd brilant qaşlı qızıl nişan üzüyü 583 əyarlı olmaqla 5 qram, bir ədəd tək brilliant qaşlı qızıl üzük 583 əyarlı olmaqla 5 qram, bir cüt briliant qaşlı sırğa dəsti, 583 əyarlı olmaqla 7 qram, bir ədəd boyunbağı, 583 əyarlı olmaqla 9 qram, bir ədəd üzərində fil şəklli klon olan qızıl boyunbağı, 583 əyarlı olmaqla 7 qram, bir ədəd üzərində ərəb hərfləri olan qızıl boyunbağı, 583 əyarlı olmaqla 6 qram, bir ədəd üzrində “Dilbər” sözü yazılmış qızıl boyunbağı, 583 əyarlı olmaqla 6 qram, bir ədəd üzərində “Hüseyn” sözü yazılmış qızıl boyunbağı, 583 əyarlı olmaqla 7 qram, bir ədəd üzərində yumru diyircək olan qızıl boyunbağı,583 əyarlı olmaqla 5 qram, bir ədəd üzərində tərəzi şəkili olan boyunbağı, 583 əyarlı olmaqla 4,5 qram olar, bir ədəd üzərində sadə qaşları olan sırğa dəsti 583 əyarlı olmaqla 6 qram, bir ədəd üstü şəbəkə formalı, sırğa dəsti 583 əyarlı olmaqla 6 qram, bir ədəd qabarıq formalı, üzük 583 əyarlı olmaqla 4 qram, 3 ədəd zəncir formalı, qızıl qolbağı, 583 əyarlı olmaqla hər biri 3 qram, bir ədəd üzərində tək qaşı olan sırğa dəsti,583 əyarlı olmaqla 4 qram,bir ədəd ulduz formalı, üzərində xırda qaşları olan üzük 583 əyarlı olmaqla 3 qram, bir ədəd üzərində “Hüseyn” sözü yazılmış qolbağı, 583 əyarlı olmaqla 3 qram, bir ədəd yumru formalı üzük, 583 əyarlı olmaqla 2,5 qram, bir dəst qızıl uşaq sırğası, 583 əyarlı olmaqla 4 qram olmuşdur. Ümulikdə oğurluq nəticəsində 14000 (on dörd min) manat dəyərində qızıl zinət əşyaları oğurlanmışdır. Bununla da, ona 14000 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tutulmamasını və ona dəymiş ziyanın alınıb ona verilməsini xahiş etdi. Məhkəmədə Şahid2 bildirdi ki, o, Təqsirləndirilən şəxs təxminən 6-7 aydır ki tanıyır. Beləki, 2024-cü ilin noyabr ayında xatırlamadığı gündə yaşadığı Horadiz şəhərində yerləşən dəmiryol vağzalının yaxınlığındakı parkda olarkən Kamran ona yaxınlaşıb, uşağının ağır xəstə olduğunu onun müalicəsi məqsədi ilə pula ehtiyacının olduğunu bildirərək ondan 3-4 ay müddətinə qaytarmaq şərti ilə 1000 (min) manat pulu istəmişdir. O, ertəsi gün Horadiz şəhərində yaşadığı evdə ona 1000 (min) manat pul vermiş, bir-iki gün sonra Kamran tanımadığı bir nəfər şəxslə onun yaşadığı evə gələrək onun 2000 (iki min) manat pula ehtiyacı olduğunu bildirərək ondan həmin məbləğdə pulu borc olaraq istəmiş, o, Kamrana pulunun olmadığını demiş, sonuncu 2000 (iki min) manat pulu faizlə qaytaracağını bildirərək onu dilə tutmuş, sonda Kamrana 2000 (iki min) manat pulu borc olaraq vermişdir. Təxminən 2025-ci ilin dekabr ayının əvvəllərində xatırlamadığı gündə Kamran yenədə onun yaşadığı evə gələrək xəstə uşağının vəziyyətinin ağır olduğunu və təcili olaraq 4000 manat pula ehtiyacının olduğunu bildirərək ondan qabaqcadan aldığı 3000 manat puluda ümumilikdə 7000 manat pulu onu qaytaracağı barədə vəd vermişdir. O, evində olan 4000 manat pulu Kamrana borc olaraq vermişdir. Bu ilin fevral ayının ortalarında Bakı şəhərində olarkən Təqsirləndirilən şəxs onun istifadə etdiyi nömrəyə zəng edərək azyaşlı uşağının ağır xəstəliyi ilə əlaqədar təcili pula ehtiyacının olduğunu bildirərək fevral ayının axırına qaytarmaq şərti ilə ona borc olaraq 3500 istəmişdir. Onun pulu olmadığına görə oğlu Şahid2 istifadə etdiyi nömrəyə zəng edərək Təqsirləndirilən şəxs kart hesabına 3500 manat pul göndərməsini tapşırmışdır. Oğlu Xanoğlan həmin vaxt Bakı şəhərində olmuş, bir neçə dəqiqə sonra oğlu Xanoğlan onun nömrəsinə zəng edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində Təqsirləndirilən şəxs kart hesabına 3500 (üç min beş yüz) manat pul göndərdiyini bildirmişdir. O, 2025-ci ilin fevral ayının axırlarında Kamrana verdiyi ümumilikdə 10500 (on min beş yüz) manat pulu ondan tələb etmiş, Kamran yaxın günlərdə kedit götürüb 10500 (on min beş yüz) manat pulu onu qaytaracağı barədə vəd versədə sonradan vədinə əməl etməmişdir. 07 mart 2025-ci il tarixdə, Təqsirləndirilən şəxs onun kart hesabına 3000 (üç min) manat göndərmişdir. O, təxminən 2025-ci ilin mart aynın ortalarında Təqsirləndirilən şəxs 06 mart 2025-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs evindən qızıl-zinət əşyaları və pul oğurladığına görə Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. O, Təqsirləndirilən şəxs 10500 (on min beş yüz) manat pulu hissə-hissə olaraq borc vermişdir. Ona həmin məbləğdə pulu faizlə verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində Şahid2 ifadəsində göstərdiyi hallar barədə ona aid olan hissələr üzrə sonuncu ilə eyni məzmunda göstərmişdir. İbtidai istintaq zamanı ifadə vermiş Şahid3 ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş və müəyyən olunmuşdur ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küsəçi, ev 27,mənzil 238-də yaşayır. Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Moskva Ticarət Mərkəzində kirayə götürdüyü mağazada qızıl alqı satqısı ilə məşğul olur. 07 mart 2025-ci il tarixdə, saat 13 radələrində mağazasında olarkən bir nəfər tanımadığı cavan oğlan mağazaya daxil olaraq özünə məxsus qızılları satmaq istədiyini bildirərək özü ilə gətirdiyi sellefona bükülü vəziyyətdə olan qızılları ona təqdim etmişdir. O, həmin şəxsə 583 əyarlı qızılların bir qramını 87,5 manatdan,750 əyarlı qızılın hər qramını 112 manatdan ala biləcəyini demişdir. Bundan sonra həmin şəxsin təqdim etdiyi qızıllara baxış keçirmiş, qızıllar müxtəlif formalı üzük, sırğa dəsti, boyunbağı və qolbağlardan ibarət olmaqla 583 əyarlı Rusiya istehsalı olmuşdur. Üzüklərin və sırğaların üzərində müxtəlif ölçülü və rəngli qaşları olmuşdur. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb etmiş, həmin şəxs şəxsiyyət vəsiqəsini ona verdikdə o, şəxsin Təqsirləndirilən şəxs oxuyaraq şəxsiyyət vəsiqəsinin və qızılların foto şəkilini çəkmiş, sonra qızılları özündə olan qızıl tərəzəsi ilə çəkərək 8400 (səkkiz min dörd yüz) manat pulu sayıb Kamrana vermişdir. O, qızılların dəqiq saylarını xatırlamır. Bir neçə gün sonra aldığı həmin qızılları nisbətən baha qiymətə ərintiyə satmış, həmin qızıllardan yalnız üzərində iki ədəd qırmızı rəngli sadə qaşları olan 583 əyarlı qızıl üzük onda qalmışdır. Təxminən 15 mart 2025-ci il tarixdə Füzuli Rayon Polis şöbəsinin Cinayət-Axtarış bölməsinin əməkdaşları Kamranla birlikdə onun işlədiyi mağazaya gəlmiş, o, Kamranı görən kimi tanımış, onun satdığı qızılların və şəxsiyyət vəsiqəsinin foto şəkilini, həmçinin özündə qalan bir ədəd qızıl üzüyü polis əməkdaşlarına təqdim edərək izahat vermişdir. O, Təqsirləndirilən şəxs aldığı qızılların oğurluq olmasını bilməmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - videoçəkilişlə hadisə yerinə baxış keçirilməsi haqqında 15 mart 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evi Füzuli rayonu, Arayatılı kəndində yerləşir. Ev bir mərtəbəlidir və mişar daşından hörülmüşdür. Ev 4 otaqdan ibarətdir. Evin birinci yataq otağında bir ədəd yataq dəsti, 2 ədəd stul və bir ədəd qəhvəyi rəngli şifoner vardır. Şifonerin içərisindəki rəflərdə müxtəlif geyim əşyaları vardır. Zərərçəkmiş şəxs 200 (iki yüz) manat pulu həmin paltarların altında saxladığını bildirmişdir. Digər yataq otağında yerləşən şifonerdə yorğan və döşək yerləşdirilmiş, üçüncü yataq otağında bir ədəd yataq dəsti və qəhvəyi rəngli şifoner vardır. Şifonerin içərisində bir ədəd mücrü vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs ona məxsus qızılzinət əşyalarının həmin mücrüdə saxladığını bildirmişdir. - 15 mart 2025-ci il tarixli protokolundan görünür ki, Şahid3 təqdim etdiyi bir ədəd üzük sarı rəngli metaldan hazırlanmışdır. Qabarıq formalı olmaqla üzərində iki ədəd qırmızı rəngli sadə qaşları vardır, 585 əyarlıdır və çəkisi 4 qramdır. - Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» Publik hüquqi şəxsin «Füzuli Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxs tərəfindən verilmiş 3 aprel 2025-ci il tarixli, 18-1-36/2-420/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasının Ruhi-Əsəb və Narkoloji kabinetində qeydiyyatda yoxdur. - AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1990-cı ildə doğulmuşdur. - xx.xx.2019-cu il tarixli, AZ İV 352305 №-li “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2019-cu il təvəllüdlü Ömər Məmmədov adlı, soyadlı oğlan övladı vardır. - AA3996009 №-li “şəxsiyyət vəsiqəsinin” surətindən görünür ki, Təqsirləndirilən şəxs Mədinə Məmmədova adlı, soyadlı qız övladı vardır. -Azərbaycan Respublikası DİN-nun Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən daxil olmuş 02 aprel 2025-ci tarixli tələbnamədən görünür ki, xx.xx.1990-cı ildə Füzuli rayonu, Arayatılı kəndində doğulmuş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Füzuli rayon İcra Hakimiyyəti Başçısının Arayatılı kənd ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, təqsirləndirilən şəxsin qeyd edilən cinayət əməlini törətməsi onun özünün törətdiyi cinayəti məhkəmə iclasında etiraf etməsilə yanaşı, iş üzrə tədqiq edilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və eləcə də iş materialları ilə tam sübuta yetirildi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşmançılığı, dəymiş ziyanın qismən ödənilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət əməli törətməsini CM-nin 59.1.1, 59.1.4, 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. İş materiallarında olan 18 mart 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan 16 mart 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2025-ci il tarixdə, saat 15:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 18 mart 2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması qeyri-mümkündür. Məhz buna görə də məhkəmə yuxarıda qeyd olunanlar baxımından Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 1772.4-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyinetmənin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə 350 (üç yüz əlli) manat dəyərində 01 ədəd qızıl üzük 11 aprel 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq mülkiyyətçisi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Zərərçəkmiş şəxs ona dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş materiallarında olan Müdafiəçi hesabatından görünür ki, o, cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 20 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 11 manat olmaqla, cəmi 220 manat fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Kapital Bank ASC-nin Füzuli Rayon filialındakı AZ13 All B410400J**********187 saylı, VÖEN: ********** saylı hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işi üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349, 351- 353, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 350 (üç yüz əlli) manat dəyərində 01 ədəd qızıl üzük mülkiyyətçisi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması və mülki iddianın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs ona dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 20 iş saatı üçün hər saatı 11 manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Kapital Bank ASC-nin Füzuli Rayon filialındakı AZ13 All B410400J**********187 saylı, VÖEN: ********** saylı hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elmir Hüseynov
Məhkəmə qərarları › İş №1(064)-55/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-55/2025
25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver