Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-56/2023 18.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisiMüdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Ağdam rayonu, Seyidli kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, hazırda Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla Xocavənd rayonu, 146 ailəlik qəsəbədə, 117 nömrəli evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs cinayətdən məlumatsız olan tanışı Şahid2 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə sonuncunun xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədi ilə 24 aprel 2023-cü il tarixdə, saat 19 radələrində Füzuli rayonu, Alıxanlı kəndi ərazisində Zərərçəkmiş şəxsla görüşüb əldə etdiyi 453,02 qram kütləli, düzbucaqlı formalı, sarı rəngli mis tərkibli ərintidən hazırlanmış metal külçənin qızıl olmadığını bildiyi halda həmin külçəni qızıl külçə adı ilə Zərərçəkmiş şəxs 15.000 manata sataraq, гясдян etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 15.000 manat pulunu ələ кечириб şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirdi ki, 2023-cü ilin aprel ayında “Haramı” düzünün Beyləqan rayonu ərazisinə düşən hissəsində yerləşən “Ağburun” adlanan ərazidə dəmir yığarkən orada bir ədəd şəffaf sellofan bükümdə qızılı rəngə bənzər əşya tapmışdır. Həmin əşyanın qızıl külçə olmasını düşünərək götürmüş, lakin sonradan həmin əşyanı açıb baxanda qızıl olmadığını və mis olduğunu bilmişdir. Həmin qızıl rəngli külçəni tapdıqdan 3-4 gün sonra onunla qonşu qəsəbədə yaşayan Şahid2la Xocavənd rayonu ərazisində söhbət edərkən sonuncuya qızıl külçə olmasını deyərək, Ağburunda tapdığı əşyanın şəklini Hüseynə göstərərək satmaq istədiyini demişdir. Həmin vaxt Hüseynə külçənin guya qızıl olduğunu demişdir. Hüseyn ona maraqlanacağını, almaq istəyən olsa ona xəbər edəcəyini demiş, lakin həmin vaxt Hüseynlə danışarkən onunla konkret qiymət barədə razılaşmamışdır. 24 aprel 2023-cü il tarixdə günorta saat 14 radələrində Füzuli rayonu, Alıxanlı kəndində dəmir yığarkən Hüseyn onun mobil nömrəsinə zəng edərək qızılı rəngə bənzər külçəyə oxşar əşyanı almaq istəyən şəxsin olmasını deyərək onunla görüşmək istədiyini bildirmişdir. Həmin gün saat 17 radələrində Hüseynlə, onun yanında gələn İlqar və İlham adlı şəxslərlə Alıxanlı kəndində görüşmüşdür. Həmin vaxt pula ehtiyacı olduğu üçün mis külçəni qızıl adı ilə satıb pul əldə etmək istəmiş, ona görə də görüşən zaman həmin əşyanın qızıl külçə olmasını və 18.000 manata satdığını demişdir. İlham ona 15.000 manat verəcəyini demiş, o, da İlhamın təklifi ilə razılaşmışdır. İlhama “Ağburun” adlanan yerdən tapdığı qızılı rəngə bənzər külçəyə oxşar əşyanı vermiş və qarşılığında ondan 15.000 manat pul almışdır. Həmin əşyanı İlham adlı şəxsə satarkən sonuncuya həmin əşyanın qızıl olmasını və hər hansı problem olmamasını demiş, bundan sonra oradan uzaqlaşaraq getmişdir. İlhamdan aldığı 15.000 manat pulu 1-2 gün ərzində öz şəxsi ehtiyaclarına xərcləmişdir. Səhərisi gün İlham onun mobil nömrəsinə zəng edərək ondan pulu geri qaytarmasını istəmişdir. O, da İlhamdan pulu geri qaytarmaq üçün 10-15 gün vaxt istəmişdir. Bundan sonra, İlham bir neçə dəfə ondan pulu istəsə də, müxtəlif bəhanələr gətirərək pulu ona geri qaytaracağını demiş, lakin buna əməl etməmişdir. Belə ki, aldığı pulu xərclədiyindən qaytara bilməmişdir. Sonradan İlham onun barəsində hüquq mühafizə orqanlarına şikayət etdiyindən barəsində cinayət işi bağlanmış və o, həbs edilmişdir. Bundan sonra, qohum-əqrəbaları ona köməklik edərək 15.000 manat pulu zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ödəmişlər. Hazırda zərəçəkmiş şəxs ondan şikayətçi deyil. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ona vurulmuş 15.000 manat ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış və ondan şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı iclaslarında iştirak edə bilməyəcəyindən bu iclasların onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İfadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 24 aprel 2023-cü il tarixdə saat 15 radələrində yeznəsi Şahid1 onunla görüş zamanı Füzuli rayonundan olan tanışı Hüseyn adlı şəxs ilə telefon danışığı zamanı Hüseyn ona dəmir yığılması ilə məşğul olan Mütalib adlı şəxsin Qarabağ ərazisində dəmir axtararkən qızıl tapmasını demiş, İlqar ona mobil telefonunun “whatsapp” hesabında olan qızılın fotoşəkillərini göstərmiş, həmin əşya qızıl külçə formasında və üzərində sertifikat olmuşdur. İlqar ona həmin qızılın çəkisinin 500 qram olmasını və Hüseynin dediyinə görə Mütalib adlı şəxs həmin qızıl külçəni 18.000 manata satmasını demişdir. Hüseyn həmin qızıl külçənin satılması ilə əlaqədar müştəri tapılmasında İlqardan köməklik istəmiş və hətta Mütalib adlı şəxs ilə görüşüb qızıl külçənin qiymətində endirim də edilməsinin mümkün olmasını bildirmişdir. Həmin qızıl külçə ucuz qiymətə olduğu üçün həmin qızılı alaraq daha baha qiymətə satmaq qərarına gəlmişdir. Hüseyn İlqara həmin qızıl külçəni baha qiymətə satdıqda ona 5.000 manat pul verilməli olduğunu demişdir. İlqar ilə qızıl külçəni almaq üçün yola düşərək Beyləqan rayonu, “Daşburun” adlanan ərazisinə gəlmiş və orada Hüseyn ilə görüşmüşdür. Hüseyn də avtomobilə əyləşdikdən sonra birlikdə Füzuli rayonunun yol qırağında yerləşən kəndlərindən birinə gəlmiş, həmin yerdə onları Mütalib adlı şəxs gözləmiş, belə ki, yol boyu Hüseyn Mütalib ilə danışaraq gəldiklərini demişdir. Mütalib adlı şəxs ilə görüşdükdən sonra ondan qızıl külçəni göstərməsini istəmiş, həmin şəxs qızıl külçəni yaxınlıqda torpağa basdırdığını deyərək və külçəni oradan çıxararaq gətirib ona vermişdir. Qızıl külçə şəffaf sellofanda olmuş, arxa tərəfində sertifikat olmuş, qızıl külçənin baş hissəsi yapışqan lentlə bağlanmış formada olmuş, Mütalibdən yapışqanı açmasını, qızılı çıxarıb tam göstərməsini istədiyi üçün Mütalib qızıl külçənin sertifikatının belə üzərində olmasını, yoxlanmağa ehtiyac olmadığını dedikdə Mütalibə qızıla baxmadan ala bilməyəcəyini demiş, bu zaman Mütalib qızılın baş hissəsində yapışqan lentlə bağlanmış hissəni açaraq qızıl külçəni çıxarmış, İlqar ilə birlikdə qızıla baxarkən sonuncu əlində olan açar ilə qızılın üst hissəsini sürtərək qızıl olub-olmadığını yoxlamaq istəyəndə, Mütalib həyəcanlı şəkildə bunu etməməyini, original qızıl olmasını deyərək qızıl külçəni istənilən yerdə yoxlatmasını, problem olarsa gətirib qaytara biləcəyini demişdir. Hüseyn həmin zaman Mütalibə onların uzaq yol gəldiyini bildirərək sonuncudan endirim etməsini istəmiş, Mütalib birinci dəfə alış-veriş etdiyini, Hüseynin də onları əlaqələndirməsi xətrinə endirim edərək qızıl külçəni 15.000 manata verəcəyini, növbəti dəfə belə endirimli qiymətə qızıl külçə satmayacağını demiş, həmin vaxt özündə olan 15.000 manat pulu sayaraq Mütalibə vermiş, Mütalib həmin pulu sayaraq cibinə qoymuş və qızıl külçəni ona vermişdir. Həmin vaxt saat təxminən 20 radələri olmuşdur. Qızıl külçəni alarkən o, Gəncə şəhərinə apararaq yoxladacağını, əgər problem olarsa növbəti gün səhər saat 10:00-a qədər məlumat verəcəyi və həmin qızılı qaytararaq pulunu geri alacağı barədə Mütaliblə şərtləşmiş, sonuncu isə onun təklifi ilə razılaşmış, istənilən yerdə qızılı yoxlatmasını və problem olarsa gətirib qaytarmasını demişdir. Buna görə də ondan qızıl barəsində cavab olmayana qədər qızıla görə Mütalibə verdiyi 15.000 manat pulu xərcləməməsini istəmiş, görüş zamanı Mütalibə məxsus ***-***-**-** saylı mobil nömrəni götürmüş, bundan sonra İlqar ilə birlikdə Gəncə şəhərinə gedərək orada ortaq tanışlar vasitəsi ilə tanıdığı, adını unutduğu zərgərə qızıl külçəni yoxlatdıqda o, həmin əşyanın qızıl olmadığını, çəkisinin də 500 qram olmadığını demişdir. Həmin vaxt Mütalibə zəng etsə də, onun mobil nömrəsinə zəng çatmamışdır. Bundan sonra Hüseynin ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Mütalibin satdığı külçənin qızıl olmadığını, qaytarmaq üçün Beyləqan rayonuna gəldiyini demiş, bu zaman Hüseyn Mütalibin dəmir yığmaq üçün Qarabağa getdiyinə görə onun mobil nömrəsinə zəng çatmadığını və gəlmələrini demişdir. İlqar ilə birlikdə Beyləqan rayonuna çatdıqda Hüseynə dəfələrlə zəng etsələr də, sonuncunun mobil nömrəsinə zəng getməmiş, həmin gün nə Mütalib, nə də Hüseynin mobil nömrələrinə zəng çatmamış, buna görə də məcburən Beyləqan rayonunda qalmışlar. Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə Hüseyn ilə əlaqə saxlayaraq görüşmüş, X2masını, onu gün ərzində tapacağını demiş, daha sonra X7 adlı şəxs ilə birlikdə olmasını bildirərək ona zəng etmiş, Hüseyn Ceyhun adlı şəxsə zəng etdikdə o, bir müddət əvvəl Mütalib ilə birlikdə olduğunu, bir müddət sonra Mütaliblə yenidən görüşəcəyini demiş, danışıq zamanı X3 məsələsi ilə əlaqədar axtarmalarını demişdir. Bundan sonra Hüseyn Ceyhuna məxsus ***-***-**-** saylı mobil nömrəni ona vermiş, Hüseyn isə özünün işləri olmasını demişdir. Bir müddət sonra Ceyhun adlı şəxsin mobil nömrəsinə zəng etmiş, Ceyhuna olanları danışdıqda o, Mütalibin yaxşı insan olmasını, onun pulunu geri qaytararaq malını da geri qaytaracağını demişdir. Bundan sonra Ceyhun da zənglərinə cavab verməmişdir. Həmin gün məcburən Beyləqan rayonunda qalmış, növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə Mütalib ilə Beyləqan rayonunda kafelərdən birində görüşmüş, ona qızıl adı ilə verdiyi metalın qızıl olmadığını demiş və malını geri götürərək 15.000 manat pulunu qaytarmasını istəmiş, bu zaman Mütalib bu işi tək görmədiyini, başqa şəxslərə də pulları verdiyini, həmin şəxslərin Qarabağda olduğunu, geri qayıtdıqda pulları toplayaraq onun 15.000 manat pulunu geri qaytaracağını demiş, bundan sonra Mütalib yarım saatlıq işinin olmasını, geri qayıdacağını bildirmiş, Mütalibə onunla birlikdə getməyi təklif etsə də, sonuncu razılaşmayaraq qısa zamanda geri qayıdacağını demiş, lakin bundan sonra uzun müddət keçsə də, Mütalib geri qayıtmamış və zənglərə cavab verməmişdir. Bundan sonra Hüseyn ilə görüşmüş, Hüseyn ona Bakı şəhərinə qayıtmasını və 2-3 gün ərzində pulunu geri qaytaracağını demiş, bundan sonrakı müddətdə də Beyləqan rayonunda Mütalib ilə görüşmüş, hətta görüşlərdən birində Mütalib yalandan ona 5000 manat verməsini demiş, lakin bir qədər söhbətdən sonra ondan 15.000 manat aldığını etiraf edərək 4-5 nəfər şəxs ilə birlikdə işlədiyini pulları alıb ona geri qaytaracağını demiş, lakin bundan sonrakı müddətlərdə pul geri qaytarılmadığı üçün hadisə ilə əlaqədar şikayət etmək qərarına gəlmişdir. İfadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin yay aylarında Şuşa şəhərində tikinti işlərində işləmiş, həmin vaxt Şahid2la tanış olmuş, 2022-ci ilin sonlarında təmir-tikinti işləri başa çatdıqda Bakı şəhərinə geri qayıtmışdır. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Hüseyn ona ***-***-**-** saylı mobil nömrənin “whatsapp” hesabından mesaj yazaraq Hüseyn olmasını demiş və daha sonra Hüseyn ona qızıl külçə şəkili yollayaraq bu barədə heç kəsə məlumat verməməsini istəmiş, həmin külçəni haradan əldə etməsini soruşduqda, Hüseyn ona tanışının həmin qızıl külçəni Hadrutdan tapmasını demişdir. Hüseyn ona qızıl külçəyə aid iki ədəd fotoşəkil yollamış, fotoşəkillərdən birində qızıl üzərində sertifikat olmuşdur. Həmin vaxt Hüseyndən qızıl külçənin qiymətini soruşduqda sonuncu həmin külçənin qiymətinin 20.000 manat olmasını demiş, Hüseynə həmin məbləğdə pulunun olmadığını, ilkin ödəniş kimi 5000 manat verməklə qızılı almağı, aldıqdan sonra sataraq qalan pulu verməyi təklif etmiş, Hüseyn onun bu təklifi ilə razılaşmış və bu barədə qızılı tapan şəxsə məlumat verəcəyini demişdir. Axşam saatlarında Hüseyn yenidən ona mesaj yazaraq həmin qızılın ilkin ödəniş kimi 5000 manata satılmasına qızıl sahibinin razılıq vermədiyini və həmin qızıl külçəni son olaraq 18.000 manata ona satılmasını təşkil edə biləcəyini demişdir. Hüseyn həmin qızılın real qiymətinin baha olduğunu, ona ucuz satdığı üçün 5000 manat ona pul verilməsini istəmiş, Hüseynə qızılı satanda sonuncuya 5000 manat pul verəcəyi barədə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə bu barədə qaynı Zərərçəkmiş şəxs məlumat verərək qızılın fotoşəkillərini sonuncuya göndərmişdir. İlham bu təklif ilə razılaşmış və qızılı alıb sataraq xeyir əldə edə biləcəyini demişdir. Həmin gün İlham ilə birlikdə Beyləqan rayonu, “Daşburun” adlanan ərazidə Hüseynlə görüşmüş, sonuncu onun avtomobilinə əyləşmiş və birlikdə qızılın sahibinin yanına, Füzuli rayonu, Alıxanlı kəndinə getmişlər. Hüseyn həmin şəxsin adının Fərid olmasını dediyi üçün həmin şəxsi Fərid adı ilə tanımışlar. Həmin yerdə Fərid adı ilə tanıdığı, əsl adı Mütalib olan şəxs qızıl külçəni torpaqlıq sahədən çıxararaq gətirmişdir. Mütalib adlı şəxsdən həmin qızıl külçəni haradan tapması soruşulduqda o, Hadrutda taxıllıq sahədən tapmasını demiş, Mütalib adlı şəxs qızılın qiymətinin 18.000 manat olmasını bildirdikdə ondan endirim etməsini istəmiş, həmin vaxt Mütalib adlı şəxs Hüseynin onları əlaqələndirməsi səbəbindən endirim edərək 15.000 manata qızıl külçəni satacağını demiş və əlavə olaraq da bundan sonrakı külçələri həmin qiymətə satmayacağını bildirmişdir. Qızıl külçəni götürüb baxarkən üzərində olan açarla qızılın üzərini yoxlamaq məqsədi ilə cızmaq istəyərkən Mütalib adlı şəxs həyəcanlı şəkildə bunu etməyinə etiraz edib külçənin üzərini cızmamağı deyərək həmin külçəni istədiyi yerdə yoxlaya biləcəyini, problem olduğu halda geri qaytara biləcəyini demişdir. İlham 15.000 manat pulu sayaraq Mütalib adlı şəxsə vermiş, Mütalib də pulu sayaraq qəbul etmiş, İlham Mütalibə verdiyi 15.000 manat pulun xərclənməməsini, növbəti gün saat 10-a qədər qızılı yoxlatdırıb cavab deyəcəyini bildirmişdir. Özünü Fərid adı ilə təqdim edən Mütalib növbəti gün saat 16-ya qədər pulu xərcləməyəcəyini, cavab gözləyəcəyini, problem olduğu halda qaytara biləcəyini bildirmişdir. Həmin gün İlham ilə Gəncə şəhərində adını xatırlamadığı zərgərə qızıl külçəni yoxlatmış, bu zaman zərgər həmin qızıl külçənin tərkibinin qızıl olmadığını demişdir. Bu zaman Mütalib adlı şəxsə zəng etdikdə zənglərə cavab vermədiyi üçün Hüseynə zəng etmiş, Hüseyn zəngə cavab verdikdə qızılın saxta çıxmasını, Beyləqana qızılı qaytararaq pulu geri götürmək üçün gəldiklərini bildirmişdir. Həmin gün Beyləqan rayonuna çatdıqda nə Hüseyn, nə də Mütalib adlı şəxs zənglərə cavab verməmiş, buna görə də Beyləqanda gecələmişlər. xx.xx.2023-cü il tarixdə Hüseyn ilə Beyləqanda görüşmüş, görüş zamanı Hüseyn narahat olmamalarını, Mütalibin pulu geri qaytaracağını demiş, hətta Hüseyn Ceyhun adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsini verərək Mütalib ilə birlikdə olduğunu demiş, Ceyhun adlı şəxs ilə telefon əlaqəsi zamanı o, Mütalibin pulu qaytaracağını, bundan narahat olmamalarını istəmiş, həmin gün də Beyləqanda gecələmişlər. xx.xx.2023-cü il tarixdə Beyləqanda Mütalib adlı şəxs ilə görüşmüş, həmin külçənin qızıl olmamasını demişdir. Mütalib bu işi tək görmədiyini, başqa şəxslərlə birlikdə gördüyünü, bu barədə maraqlanaraq cavab deyəcəyini bildirmişdir. Mütalib qızılın sahibi ilə görüşmək adı ilə oradan çıxıb getmiş və bir daha geri qayıtmamış, bundan sonra da zənglərə cavab verməmişdir. Həmin gün yenidən Hüseynlə görüşmüş, Hüseyn narahat olmamasını, bu işi həll edəcəyini desə də, hazırki vaxta qədər İlhamın pulu geri qaytarılmamışdır. İfadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində X10 2-ci heyətinin heyət rəisinin müavini-tuşlayıcı operator vəzifəsində işləyir, çavuş hərbi rütbəsindədir. X1 rayonu 146 ailəlik pqəsəbədə yaşadığı üçün onu tanıyır, Mütaliblə arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, tanış kimi normal münasibəti olmuşdur. İşlədiyi hərbi hissə Şuşa şəhərində yerləşdiyi üçün orada qalır və həmin vaxt, yəni təxminən 1 ildir ki, orada İlqar adlı şəxslə tanış olmuş, İlqarla arasında normal münasibət yaranmışdır. İlqar Şuşa şəhərində bina tikintisində beton tökən maşınları işlədir. Həmin vaxt bir dəfə İlqarın qohumu İlhamla da görüşdüyü üçün sonuncunu tanımışdır. 2023-cü ilin fevral ayında Mütalib işə düzəlmək istədiyi üçün sonuncunu İlqarla əlaqələndirmiş və həmin vaxtdan sonra İlqarla Mütalib bir-biri ilə danışmışlar. Müddətini xatırlamadığı vaxtda Mütalib ona qızıl külçə olmasını demişdir. Bu barədə tarixini konkret olaraq xatırlamadığı vaxtda İlqarla Şuşa şəhərində söhbət edən zaman sonuncuya tanışı Mütalibdə qızıl olmasını demiş, həmin vaxt İlqara Mütalibin ona göndərdiyi qızıl külçənin fotoşəklini telefonda göstərmiş və İlqar ona həmin külçənin kimdə olmasını soruşduqda, külçənin Mütalibdə olmasını demişdir. Mütaliblə İlqar əvvəldən birbirini tanıdıqları üçün İlqar həmin vaxt Mütaliblə telefonda danışmış və daha sonra onun yanına gələrək bu barədə Mütaliblə heç nə danışmamasını demişdir. Həmin vaxtdan sonra, 24 aprel 2023-cü il tarixdə saatını konkret olaraq xatırlamadığı vaxtda İlqar və İlhamla Beyləqan rayonu, Daşburun qəsəbəsi ərazisində görüşüb həmin şəxslərlə birlikdə Füzuli rayonu, Alıxanlı kəndinə gələrək həmin kənd ərazisində Mütaliblə görüşmüşdür. Həmin vaxt onlardan bir neçə metr kənarda dayanmış, onlar söhbət etməyə başlamışlar. Həmin vaxt Mütalib qızıl külçəni İlhama vermiş və qarşılığında İlham ona məbləğini bilmədiyi pulu sayaraq vermiş, həmin pul 100 manatlıq əskinaslardan ibarət olmuş, Mütalib oradan aralaşaraq getmişdir. İlhamın Mütalibə verdiyi pul çox olmuş, lakin o, pulun məbləğini konkret görməmişdir. Bundan sonra İlham ona şirinlik olaraq 100 manat vermək istəmiş, lakin İlhamdan 100 manatı götürməmiş və daha sonra oradan uzaqlaşaraq getmişdir. Həmin gün gecə saatlarında İlqar ona zəng edərək işinin alınmadığına görə Mütalibin pulu qaytarmalı olduğunu demiş, bundan sonra isə Mütaliblə danışan zaman sonuncu ona İlhamdan 5000 manat alıb qızıl külçəni satmasını demiş, İlham isə ona 15.000 manat müqabilində Mütalibdən qızıl külçə aldığını, lakin həmin külçənin qızıl çıxmadığını demişdir. Cinayət işinə əlavə edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2023-cü il tarixli, 6/3224-9/4243 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 453,02 qram kütləli, düzbucaqlı formalı, sarı rəngli metal külçə mis əsaslı ərintidən hazırlanmışdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə görə ekspertiza tədqiqatına təqdim edilən 453,02 qram kütləli metal külçə qızıl olmadığından qiymətləndirilmə aparılmadı. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 140 manat təşkil edir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi Təqsirləndirilən şəxs barəsində 1 ay 22 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 09 sentyabr 2023-cü il saat 13:55-dən hesablanmışdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixədək seçilmiş həbs qətimkan tədbiri həmin müddətədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. AZE 11508239 və AZE № 19072185 şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var: xx.xx.2015-ci il təvəllüdlü Mənaflı Rəbiyyə və xx.xx.2017-ci il təvəllüdlü Mənaflı Sübhanə. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməklə ona vurulmuş ziyanı tam şəkildə ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.2. Eyni əməllər: 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 39-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Bununla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,….belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq azadlığın məhdudlaşdırılması və ya daha yüngül cərimə cəzaları da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxs etdiyi əməlindən sonrakı davranışı, o cümlədən vurulmuş maddi ziyanı tam şəkildə ödəməsi, eləcə də himayəsində iki azyaşlı uşağının olması məhkəməyə bunu deməyə əsas verir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin vurduğu ziyanın məbləğini də nəzərə alır. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinin tələbi nəzərə alınmaqla yuxarı həddə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən (və ya ləğv edilmədən) saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 140 manat pul Təqsirləndirilən şəxs tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE********************) hesabına keçirilməlidir. İş üzrə maddi sübut Füzuli RPŞ-də saxlanılan 453,02 qram kütləli, düzbucaqlı formalı, sarı rəngli mis tərkibli ərintidən hazırlanmış metal külçə məhv edilməlidir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında aparılmış üzləşdirməni əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344- 349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 09 sentyabr 2023-cü il tarixdən 06 oktyabr 2023-cü il tarixədək həbsdə və həmin tarixdən 23 oktyabr 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı cəmi 44 gün (1 ay 14 gün) müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq 88 gün (2 ay 28 gün) hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 09 (doqquz) ay 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs daimi yaşayış yerini (Xocavənd rayonu, 146 ailəlik qəsəbə, 117 nömrəli ev) axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Xocavənd rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək və yaşadığı Xocavənd rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Xocavənd rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv edilmədən) saxlanılsın. İş üzrə ekspertiza xərci olan 140 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE********************) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Füzuli RPŞ-də saxlanılan 453,02 qram kütləli, düzbucaqlı formalı, sarı rəngli mis tərkibli ərintidən hazırlanmış metal külçə məhv edilsin, üzləşdirməni əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrik edən: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №1(064)-56/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-56/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver