Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-56/2025 03.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Füzuli rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Füzuli rayonu, Əhmədalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, “ANAMA”-nın Füzuli rayon bölməsində minaaxtaran işləmiş, Füzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatında olmaqla həmin kənddə yaşamış, hazırda Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-113/2025 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video çəkiliş vasitəsi ilə baxaraq, məhkəmənin baxışı iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs 30 yanvar 2025-ci il tarixdə, saat 19 radələrində Füzuli rayonu, Əhmədalılar kəndində yerləşən yaşadığı evin həyətinə gəlmiş həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında olan borc məsələsinə görə, yəni Zərərçəkmiş şəxs ondan borcunu istəməsini bəhanə gətirərək öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib, qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla iki dəfə, yerdən götürdüyü şüşə materialdan olan boşqabla alın nahiyəsinə bir dəfə, daha sonra isə təsərrüfatda istifadə olan bellə sağ ayağının topuq nahiyəsinə bir dəfə zərbə vuraraq sonuncuya sağ iç və tış topuğun qapalı, yerinidəyişən sınığı, təpə və hər iki paraorbital nahiyələrinin əzilmiş yaraları ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran xəsarət yetirmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilərək bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, heç bir əlavəsi yoxdur. Onun barəsində Füzuli rayon Polis Şöbəsinə şikayət etmiş Zərərçəkmiş şəxs tanıyır, həmin şəxslə eyni kənddə yaşayıb, onunla heç bir düşmənçilik və ya ədavəti, həmçinin qohumluq münasibəti olmamışdır. xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində o, işdən çıxıb yaşadığı evə gəldikdən sonra həyat yoldaşı Elnurə tanımadığı bir nəfər şəxsin onlara gələrək onu soruşduğunu, narşərab istədiyini demişdir. O, əvvəllər nar şərab satmış, lakin son illər satmadığı üçün həmin şəxsin kimliyi ilə maraqlanmamışdır. Həmçinin, səhhətində problemlər olduğu üçün yataq otağına keçib, həyat yoldaşına yatacağını deyərək onu soruşan olsa evdə olmadığını deməyini bildirmişdir. Bundan təxminən 10-15 dəqiqə sonra kiminsə onu soruşduğunu, həyat yoldaşının isə onun evdə olmadığını söyləməsini eşitmiş, bu vaxt həmin şəxsin həmkəndlisi Səxavət olması ona məlum olmuşdur. Səxavət evin ikinci mərtəbəsinin girişdə olan kiçik ölçülü otağına girərək həyat yoldaşından mobil telefon nömrəsini istəməsini eşidib, tez evin yataq otağından çıxmış, o, qonaq otağına çıxan zaman Səxavət adlı həmkəndlisinin sərxoş vəziyyətdə artıq evinin qonaq otağında olduğunu görüb, əsəbləşərək yaşadığı evə gəlməyinin səbəbini soruşmuşdur. Həmin şəxs ilk öncə narşərab almaq üçün gəldiyini demiş, ona artıq narşərab satmadığını dedikdə, Səxavət onlarda başqa işinin olduğunu deyən zaman o, əsəbləşərək ilk öncə onun üzərinə gedib yumruqla Səxavətin sifət nahiyəsinə 2-3 dəfə zərbə vurmuş, onu evin dəhliz hissəsinə çıxarmış, həmin vaxt Səxavət onun sinəsindən tutduğu üçün əli ilə onu kənara itələyib oradakı şüşə materialdan olan boşqabı götürərək Səxavətin alın nahiyəsinə zərbə vurmuşdur. Səxavətin baş nahiyəsindən qan axmağa başlamış, həmin vaxt Səxavət evin ikinci mərtəbəsinin girişində, yəni pilləkənlərin üzərində olmuş, bu vaxt o, əsəbləşdiyi üçün Səxavəti yenidən döymək isdəyən zaman əli ilə Səxavətin sinəsindən itələmiş və Səxavət evin ikinci mərtəbəsinə çıxmaq üçün istifadə etdikləri pilləkənlərdən yerə yıxılmışdır. O, Səxavətə nə isə olub-olmamasına baxmaq üçün onun yanına gedən zaman Səxavət onun ünvanına nalayiq ifadə işlətdiyi üçün evin həyətində olan beli götürüb onun üzərinə gedən zaman həyat yoldaşı beli onun əlindən almışdır və Səxavət yıxıldığı yerdən duraraq axsaya-axsaya həyətdən çıxan zaman onun sinə nahiyəsindən yenidən yumruqla bir zərbə vurmuşdur. Səxavət həyətdən çölə çıxıb, yerdə oturub, ayağının sındığını dedikdən sonra Füzuli rayonu, Əhmədalılar kəndinin polis sahə rəisinə zəng edərək bu barədə məlumat vermişdir. Həmçinin, o öz X8ynar xəttinə zəng edərək Səxavətin xəsarət alması barədə məlumat vermişdir. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində onu da qeyd etmişdir ki, Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, sadəcə olaraq yaşadığı evə sərxoş vəziyyətdə gəlib həyat yoldaşından mobil telefon nömrəsini istədiyi üçün onu döyərək cəzalandırmaq istəmişdir. Daha sonra isə ayağının sındığını, baş və sifət nahiyəsinin qanadığını görüb özü X8ynar xəttinə zəng edərək həkimlərin gələrək ona köməklik göstərməsini demişdir. Mübahisə təxminən 10-15 dəqiqə davam etmiş, mübahisə ilk öncə yaşadığı evin daxilində, daha sonra isə evin həyətində davam etmişdir, mübahisə zamanı ilk öncə orada həyat yoldaşı və o olmuş, sonradan yaranmış səs-küyə həmkəndlim Rahib və bizimlə qonşuluqda yaşayan Rasim adlı şəxslər gəlmişdir. Həmçinin, anası Gülərdə sonradan gəlmişdir.Lakin sonradan oraya toplaşmış şəxslərin kimliyini xatırlamır.Zərərçəkmiş şəxs ona xəsarət yetirməmişdir, xəsarəti olmadığı üçün məhkəmə-tibbi ekspertizası müayinəsindən keçməkdən imtina etmişdir. Mübahisə zamanı hər ikisi nalayiq ifadələr işlətmişdir. O, yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə, boşqabla baş nahiyəsinə zərbə vurmuş, lakin onun ayaq nahiyəsinə bellə zərbə vurmamış, sadəcə olaraq onun qapıdan çıxması üçün itələmiş və Səxavət piləkənlərdən yerə yıxılaraq sağ ayağının topuq nahiyəsindən xəsarət almışdır. Məhkəmədən xahiş edir ki, onu CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilsin, çünki onun hadisə vaxtı heç bir xuliqanlıq niyyəti olmamış, Zərərçəkmiş şəxs nalayiq hərəkətləri onu Səxavəti vurmağa məcbur etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs özünü CM-nin 127.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq edilərək cinayət işi üzrə cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs onu döyərək ona xəsarət yetirməsi ilə bağlı Füzuli rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onunla heç bir düşmənçilik və ya ədavəti yoxdur. Həmin şəxsin ona 26 manat borcu olmuş, ondan hər dəfə borcunu istədikdə Zahir qısa müddətdə qaytaracağını söyləyirmiş, sonuncu dəfə, yəni baş vermiş hadisədən təxminən 10 gün əvvəl Zahirdən ona olan borcunu istəyən zaman Zahir əvəzində ona nar şərab verəcəyini demişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə saat, 18 radələrində o, kənd ərazisində olan zaman Zahirin yaşadığı evin həyətinə gedib, onu çağırmış, həmin vaxt Zahirin həyat yoldaşı çölə çıxaraq Zahirin evdə olmadığını, onu nəyə görə axtardığını soruşmuş, o da cavab olaraq, Zahirin ona borcu olduğunu, əvəzində ona nar şərab verəcəyini demiş və oradan çıxaraq öz yaşadığı ev istiqamətində getmişdir. Bundan təxminən 1 saat sonra o, kənd ərazisində Zahirin anası Güləri görmüş və oğlunun ona borcu olduğunu, hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu qaytarmadığını demişdir. Gülər də oğlunun evə indi gəldiyini, ona olan borcunu gedib oğlunun özündən almağını bildirmişdir. O, bundan sonra yenidən Zahirin yaşadığı evə gedib, onu çağırmış, həyat yoldaşı da Zahirlə birlikdə çölə çıxmış, O, Zahirə ona olan borcunun əvəzində narşərab verəcəyini dediyini, həmin narşərabı verməyini demiş, bu vaxt Zahir ona olan borcunu qaytarmamaq üçün anidən səs-küy salaraq onun həyat yoldaşı üçün onlara gəldiyini demişdir. O, Zahirin həmin sözündən sonra əsəbləşərək ona öz iradını bildirmiş, bu vaxt Zahir yumruqla onun sifət nahiyəsinə 2 dəfə zərbə endirmiş, həmçinin şüşə qabla başına zərbə vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmış, Zahir bundan sonra orada olan beli götürərək sağ ayğına zərbə vurmuş və bel onun sağ ayağının topuq nahiyəsinə dəyərək ona xəsarət yetirmişdir. Həmin vaxt Zahirin anası Gülər onların yanına gəlib, Zahiri sakitləşdirmiş, o, Zahirin ona yenidən xəsarət yetirməməsi üçün sürünərək həyətdən çölə çıxmışdır. Onlarla qonşuluqda yaşayan Rahib adlı şəxs onun baş nahiyəsinin qanadığını görüb, yaxınlaşaraq ona köməklik göstərmişlər. Zahir anası Gülər də onun yanına gələrək ona yalvarmışdır ki, onun oğlundan şikayət etməsin. O, vəziyyətinin pisləşdiyini gördüyü üçün X8ynar xəttinə zəng edərək məlumat vermiş və həkimlər həmin yerə gələrək onu müayinə olunmağı üçün Füzuli rayon Mərkəzi Xəstəxanasına aparmışdırar. Xəstəxanada həkimlər ondan xəsarət almağının səbəbini soruşan zaman, Zahirin anası oğlundan şikayət etməməyini ondan xahiş etdiyi üçün, həmçinin eyni kənddə yaşadıqlarından həkimlərə yıxılaraq xəsarət aldığını demişdir. Bundan sonra ona məlum olmuşdur ki, onun sağ ayağının topuq nahiyəsi sınıb və o, əməliyyat olunmağı üçün Bakı şəhərinə getmişdir. Lakin polis əməkdaşları ondan hadisə barədə soruşan zaman, həmçinin həmin vaxta qədər Təqsirləndirilən şəxs ona üzrxahlıq etmədiyi üçün onun barəsində Füzuli rayon Polis Şöbəsinə şikayət etmişdir.Həmçinin, Zərərçəkmiş şəxs ifadəsində onu da göstərmişdir ki, mübahisə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında, yəni evin həyatyani sahəsində baş vermişdir. Mübahisə zamanı Zahir yumruqla onun sifət nahiyəsinə iki dəfə zərbə endirərək sifət nahiyəsinə, şüşə qabla baş nahiyəsinə zərbə vuraraq xəsarət yetirmişdir, həmçinin həyətdə olan bellə onun sağ ayağının topuq nahiyəsinə xəsarət yetirmişdir. Mübahisə zamanı Zahirin ondan borc istəmək üçün deyil də, onun həyat yoldaşına qarşı əxlaqsız hərəkətlər etməyi üçün gəldiyini dediyi üçün ona öz iradını bildirərək “şərəfsiz” olduğunu demiş, bundan başqa orada hər hansı şəxsə qarşı nalayiq ifadələr işlətməmiş, həmçinin hər hansı şəxsə qarşı əxlaqsız hərəklətlər etməmiş və heç kimi döyməmişdir. Zahirin yaşadığı evə gedərək onu çağırmaqda məqsədi həmin şəxsdən ona olan borcunu və ya borcun əvəzində narşərab almaq olmuşdur. Mübahisə baş verən zaman orada Zahir və həyat yoldaşı olmuşdur, lakin sonradan yaranmış səs-küyə onların qonşuları Rahib adlı şəxs gəlmişdir. Təqsirləndirilən şəxs və həyat yoldaşı Şahid1 Füzuli rayon Polis Şöbəsinə verdiyi yalan izahat verərək onların yaşadığı evə daxil olaraq Şahid1 mobil telefon nömrəsini istədiyini və bu səbəbdən də Zahirin evin daxilində ilk öncə ona yumruqla, daha sonra boşqabla zərbə vurduğunu, həmçinin onu əli ilə itələyərək piləkənlərdən yerə yıxdığını demişlər, belə ki, o, onların yaşadığı evə daxil olmamış, həmin şəxsi evin həyətyani hissəsindən çağırmış və Zahir adlı şəxs onu yaşadığı evin qarşısında döymüşdür. Həmçinin, o, Zahirin həyat yoldaşından mobil telefon nömrəsi istəməmiş, ümumiyyətlə mübahisə zamanı Zahirin həyat yoldaşı ilə ünsiyyətdə olmamışdır.Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslə barışıq əldə etmişdir, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Buna görə də, ərizə təqdim edərək Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Füzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. xx.xx.2025-ci il tarixdə, saat təxminən 18 radələrində sonradan kimliyi ona məlum olan Səxavət adlı şəxs yaşadığı evə gəlib qapını döydükdən sonra o həyətə çıxmış, həmin şəxs həyat yoldaşı Zahirin harada olduğunu, özünün kafe işlətdiyini, ona narşərab lazım olduğunu demiş, o da cavab olaraq həyat yoldaşının evdə olmadığını bildirmişdir. Bundan sonra həmin şəxs həyətdən çıxaraq getmişdir. Təxminən 20-25 dəqiqə sonra həyat yoldaşı yaşadıqları evə gələn zaman o, tanımadığı bir nəfər şəxsin evə gəldiyini, onu axtardığını, kafesi üçün nar şərab lazım olduğunu deməsini söyləmişdir. Həmin vaxt yoldaşının səhhətində problem olduğu üçün digər otağa keçərək yatacağını, onu hər hansı şəxs çağırsa evdə olmadığını deməyini bildirmişdir. Təxminən 30-35 dəqiqə sonra yenidən evin ikinci mərtəbəsinin çöl hissədə olan giriş qapısı döyülmüş və evin giriş qapısını açan zaman həmin şəxs ondan Zahirin gəlib-gəlmədiyini soruşduqda, Zahir ona onu kimsə soruşsa evdə olmadığını söyləməsini dediyi üçün, Səxavət adlı həmin şəxsə Zahirin hələ də gəlmədiyini bildirmiş, bu vaxt həmin şəxs içəri girib həyat yoldaşının mobil telefon nömrəsini istəmiş, ona həyat yoldaşı Zahirin mobil telefon işlətmədiyini dedikdən sonra Səxavət azyaşlı övladının əlində mobil telefon olduğunu görüb həmin telefonun kimin olduğunu soruşduqda o, cavab olaraq həmin telefonun onun olduğunu demişdir. Səxavət bundan sonra onun mobil telefon nömrəsini istəmiş və o da, onun üzərinə qışqıraraq onun telefon nömrəsini hansı səbəbdən istədiyini soruşmuş, bu vaxt digər otaqda olan həyat yoldaşı Zahir onların yanına gələrək Səxavətin sinəsindən tutub hansı səbəbdən gəldiyini və onun mobil nömrəsini hansı səbəbdən istədiyini soruşduqda Səxavət də sərxoş vəziyyətdə “yaxşı” etdiyini deyən zaman əri Zahir ilk öncə yumruqla Səxavətin sifət nahiyəsindən, daha sonra orada olan boşqabı götürərək Səxavətin baş nahiyəsinə vurmuş və həmin vaxt xatırladığı qədəri ilə Səxavətin sifət və ya baş nahiyəsi qanamağa başlamışdır. Bundan sonra evin giriş qapısını yanında Zahir əsəbləşərək qapıdan çölə çıxması üçün əli ilə Səxavətin sinə nahiyəsindən itələmiş və Səxavət evin ikinci mərtəbəsinə çıxmaq üçün istifadə etdikləri pilləkənlərdən yerə yıxılmışdır. Səxavət yerdə yıxılı vəziyyətdə Zahirin ünvanına nalayiq ifadə işlətdiyi üçün Zahir evin həyətində olan beli götürərək Səxavətin üzərinə gedərkən o, Zahirin əlindən beli alaraq bellə Səxavəti vurmağa qoymamışdır. Bundan sonra Səxavət ağsaya-ağsaya həyətdən çölə çıxmış, həmin vaxt yaranmış səs-küyə, qayınanası Gülər və onlarla qonşulaqda yaşayan Rasim və Rahib adlı şəxslər gəlmişdir. Onlarda Səxavət adlı şəxsin səhhəti ilə maraqlanmaq üçün çölə çıxmışlar, həmin vaxt Səxavət yerdə oturaraq ayağının sındığını demiş, bundan sonra Səxavəti qanlar içində gördükləri üçün, xatırladığı qədəri ilə X4ynar xəttinə zəng edərək məlumat vermişdir. O isə Zahir Səxavəti boşqabla vuran zaman şüşə qırıntıları yerə töküldüyü üçün, həmçinin azyaşlı uşaqlarının ayağına xəsarət yetirməməsi üçün təmizləyərək evin birinci mərtəbəsində təmir və istifadə olunmayan tullantıları atdığı otağa tökmüşdür. Daha sonra həkimlər həmin yerə gələrək Səxavəti müayinə olunması üçün Füzuli rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Hadisə yerinə gəlmiş polis əməkdaşları onu və həyat yoldaşını polis şöbəsinə dəvət edən zaman o, olanları etiraf etmişdir. Sözü gedən mübahisə baş verməmişdən əvvəl Səxavət sərxoş vəziyyətdə olmuş, onu bəyəndiyini deyərək onun mobil telefon nömrəsini istəmiş, lakin həmin vaxt ona hər hansı zor tədbiq etməmiş və xəsarət yetirməmişdir, sadəcə olaraq həyat yoldaşının ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Füzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etməsindən məlumatı vardır. O, həmin şəxsləri tanıyır, onlarla heç bir düşmənçilik və ya ədavəti, həmçinin qohumluq münasibəti yoxdur. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 20 radələrində o, yaşadığı evdən çıxıb, qohumugilə idarə etdiyi avtomobillə gedən zaman Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında X15 avtomobil dayandığını, həmçinin bir neçə şəxsin oraya toplandığını görüb, avtomobili kənarda saxlayıb onlara yaxınlaşmış, həmin vaxt görmüşdür ki, həkimlər Zərərçəkmiş şəxs baş nahiyəsinin qanını silir və Səxvət ayağının sındığını söyləyirmiş. Bundan sonra onlar, həkimlərlə birlikdə Səxavəti tibbi xərəyə qoymuşlar və həkimlər onu Füzuli rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Növbəti günü o, eşitmişdir ki, Zahir Məhərrimli ilə Zərərçəkmiş şəxs arasında mübahisə baş verib və Təqsirləndirilən şəxs Səxavəti döyərək ona bədən xəsarətləri yetirmişdir. Mübahisənin baş verməsi anını görməmiş, sadəcə olaraq sonradan Zahirlə danışıqlar zamanı Zahir Səxavətin onlardan narşərab alması üçün gəldiyini, həmin vaxt aralarında mübahisə yarandığını demişdir. Bundan başqa onun həmin mübahisə ilə bağlı heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Füzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. xx.xx.2025-ci il tarixdə, saat təxminən 19 radələrində o, işdən çıxıb yaşadığı evə gedərkən Füzuli rayonu, Əhmədalılar kəndi ərazisində onlarla eyni kənddə yaşayan Zərərçəkmiş şəxs ilə rastlaşmış, həmin şəxs ondan oğlu Zahirin mobil telefon nömrəsini soruşmuş, narşərab alacağını demiş, o da cavab olaraq Zahirin telefon nömrəsini bilmədiyini, Zahirin hazırda evdə olduğunu, özünün Zahirin yaşadığı evə gedərək Zahirin özündən soruşmasını demişdir. Bundan sonra Səxavət Zahirin yaşadığı ev istiqamətdə getmiş, o da öz yaşadıqları evə getmişdir. O, yaşadığı evə çatdıqdan təxminən 10-15 dəqiqə sonra sonra küçədə səs-küy yarandığını eşidib, tez çölə çıxmış və oğlu Zahirin yaşadığı evin qarşısında bir neçə nəfərin olduğunu görüb ora yaxınlaşmış, həmin vaxt o görmüşdür ki, Səxavətin baş nahiyəsindən qan axır, həmçinin Səxavət ayağının sındığını deyirmiş. O, Səxavətin baş nahiyəsinin qanını silmiş, orada olan şəxslərdən kimsə X8ynar xəttinə məlumat vermiş, həmçinin polis əməkdaşlarıda gəlmişdirlər. O, həmin vaxt bilmişdir ki, Səxavətlə oğlu Zahir dalaşıb, Səxavət oğlu Zahirdən şikayətçi olacağını demiş, lakin sonradan o, Səxavətin baş nahiyəsindən axan qanı öz yaylığı ilə sildiyi üçün Səxavət ona görə oğlu Zahirdən şikayətçi olmayacağını demişdir. Daha sonra həkimlər ora gələrək Səxavəti müayinə olunması üçün Füzuli rayon Mərkəzi Xəstəxanasına aparmışdırlar. X14 Mahmudovun mübahisə etməsi anını görməmiş, o, ora çatdıqda artıq Səxavət xəsarət almış vəziyyətdə yolun kənarında oturmuşdur. Sonradan gəlini Elnurədən eşitmişdir ki, Səxavət narşərab almaq üçün onlara gedib və gəlinindən mobil telefon nömrəsi istədəyi üçün oğlu Zahir əsəbləşərək Səxavəti əli ilə itələyib və Səxavət evin çöl hissəsində olan və evin ikinci mərtəbəsinə çıxmaq üçün istifadə olunan pilləkənlərdən yerə yıxılaraq ayağı sınıb.Bundan başqa onun həmin mübahisə ilə bağlı heç bir məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixdə Füzuli rayonu, Əhmədalılar kənd sakini Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurulması faktına görə 28 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə başlanılaraq icraata götürülmüşdür. -Cinayət işinin başlanmasına əsas və səbəb: Füzuli rayonu, Əhmədalılar kənd sakini Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət alması barədə Füzuli rayon Polis Şöbəsinə vermiş olduğu məlumat və həmin məlumat əsasında Zərərçəkmiş şəxs “sağ iç və tış topuğun qapalı, yerinidəyişən sınığı, təpə və hər iki paraorbital nahiyələrinin əzilmiş yaraları” ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vuran xəsarətlər yetirməsi ilə bağlı toplanmış materiallar olmuşdur. -30 yanvar 2025-ci il tarixdə saat 20:20-dən saat 20:55-ədək hadisə yerinə, yəni Təqsirləndirilən şəxs Füzuli rayonu, Əhmədalılar kəndi ərazisində yerləşən evinin həyətinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid1 evin birinci mərtəbəsində təmir və istifadə olunmayan tullantıları atdıqları otaqda boşqabın sınmış hissələrini təqdim Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə həmin boşqabla vurduğunu, həmçinin Təqsirləndirilən şəxs həyətdə olan bellə Zərərçəkmiş şəxs vurmaq istədiyini, lakin buna mane olaraq həyat yoldaşının əlindən beli aldığını bildirmişdir. Baxış zamanı Zahir Məhərrimlinin hadisə zamanı istifadə etdiyi əşyalar, yəni şuşə materialdan olan boşqabın sınmış vəziyyətdə olan hissələri və 01 ədəd təsərrüfatda istifadə olunan bel götürülmüş və Təqsirləndirilən şəxs və Şahid1 təqdim etdiyi yerlərin fotoşəkilləri çəkilərək, bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Beyləqan rayon şöbəsindən Zərərçəkmiş şəxs barəsində daxil olmuş xx.xx.2025-ci il tarixli, 52/25 saylı canlı şəxsin məhkəmə-tibbi ekspertizası rəyində göstərilmişdir ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertiza müayinəyə, adına tərtib olunmuş tibbi sənəddəki qeydiyyatlara əsasən, ilk məlumatı nəzərə alıb, aşağıdakı nəticəyə gəlirəm:1. Vət. Zərərçəkmiş şəxs sağ iç və tış topuğun qapalı, yerinidəyişən sınığı, təpə və hər iki paraorbital nahiyələrinin əzilmiş yaraları olmuşdur. 2. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30-dan azadlığı məhdudlaşdırılmış və o, həmin gün saat 19:25-də Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. -təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 127.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - 14 may 2025-ci il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilmiş haqqında qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən həmin gün aad edilmişdir. -Füzuli rayon İcra Hakimiyyəti Başçısının Əhmədalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon, Əhmədalılar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. -Cinayət işinə əlavə edilmiş “Füzuli rayon mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs rayon mərkəzi xəstəxanasının ruhi-əsəb və narkoloji kabinetlərində xəstə kimi qeydiyyatda yoxdur. -nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə X6 ilə nikah bağlamışdır. -AA 09866787 və AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı-xx.xx.2016-ci il təvvəlüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 vardır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-113/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3- 1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək saxlanıldığı 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməsi, onun məhkəmə iclas zalından dərhal həbsə alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(105)-636/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 1(060)-113/2025 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(102)-2799/2025 saylı qərarı ilə məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2025-ci il tarixli, 1(105)-636/2025 nömrəli qərarının verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilməsi, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş 1 il 6 ay 17 gün hissəsinin 6 ay azaldılması və həmin tarixə onun çəkilməmiş cəzasının 1 (bir) il 17 (on yeddi) gün müəyyən edilməsi qərara alınmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma cinayətinin törədilməsini görə məsuliyyət nəzərdə tutur. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CMin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Odur ki, Cinayət Məcəlləsinin cinayət məsiliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazmınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Belə ki, xuliqanlıq cinayətinin və xuliqanlıq niyyəti ilə törədilən cinayətlərin subyektiv cəhətinə aid olub belə cinayətlər üçün zəruri əlamət kimi çıxış edən “xuliqanlıq niyyəti” movcud olmadığı və təqsirləndirilən şəxsin şüuru ilə ictimai qaydaya qəsd edilməsi, cəmiyyətə qarşı açıqca hörmətsizliyin göstərilməsi əhatə olunmadığı, təqsirkarın hərəkətlərini konkret zərərçəkmiş şəxslə onun arasında olan şəxsi münasibətlər şərtləndirdiyi halda, əməl xuliqanlıq və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə olan cinayətlər kimi tövsif edilməlidir. Belə hallarda, xüsusilə də mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladıqda, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olduqda, şəxs belə zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Hazırki cinayət işi üzrə toplanmış sübutlara qiymət verərək məhkəmə hesab edir ki, cinayət işi üzrə müəyyən edilən müstəsna hal da ondan ibarətdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında baş vermiş cinayət hadisəsinə səbəb kimi zərərçəkmiş Zərərçəkmiş şəxs hüquqa zidd hərəkətləri çıxış etmiş, o, borc münasibətləri zəminində təqsirləndirilən şəxsin həyətinə gəlib onu münaqişəyə cəlb etmiş, onun arvadı Şahid1 möbil telefon nömrəsini istəmiş və məhz bundan sonra Təqsirləndirilən şəxs əsəbiləşib münaqişəyə qoşulmaqla müvafiq cinayət əməlini törətmişdir. Beləliklə, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən hadisə baş verməzdən dərhal əvvəl ümumqəbuledilmiş davranış qaydaları, əxlaq normalarını pozulmuş, həmin qayda və normalara etinasızlıq göstərilməklə, hadisənin baş verməsinə təşəbbüs məhz zərərçəkmiş tərəfindən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə onun xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməsinə dair mötəbər sübutlar əldə edilmədən və qiymətləndirilmədən, təqsirləndirilən şəxsin əməli CM-in 127.2.3-cü maddəsinə tövsif edilə bilməz. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan – ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmasını təsdiq edən mötəbər sübutlar olmadığından hesab etmişdir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə - Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma- cinayət əməlinə tövsif edilməsi qanuni və əsaslı olar. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə,məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyşalı övladının (xx.xx.2016-ci il təvvəlüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3) olması, CM-nin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, CM-nin 59.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş maddi ziyanın ödəməsi cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs Məhərrəmli X2 şəxs Təqsirləndirilən şəxs əməli səmimi olaraq etiraf etdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini nəzərə alaraq “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən barəsində CM-nin 221.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi və bu barədə ərizə təqdim etdi. Məhkəmə baxışı iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razı olduğunu bildirdi. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına (bundan sonra mətndə Qərar) əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri üzrə Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eləcə də Qərarın 1.16-cı (öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan şəxslər) bəndində göstərilən şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (Qərarın 5.1-ci bəndi). Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır (Qərarın 24-cü hissəsi). Cinayət-prosessual qanunvericiliyin müddəalarına əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edə bilər (CPM-nin 300.1.7). Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır (CPM-nin 43.3). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan iki övladının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1 və 1.16-cı bəndləri tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiqinə 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər müəyyən olunmamışdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilərək o, cinayət məsuliyyətindən azad edildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025ci il tarixli qərarının 5.1 və 1.16-cı bəndləri tətbiq edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə və cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində bu cinayət işi üzrə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №1(064)-56/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №1(064)-56/2025
03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver