Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-57/2025 27.01.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Füzuli rayonu, Əhmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi-Füzuli rayon üzrə nümayəndəsi vəzifəsində işləyən, məhkum olunmamış, Füzuli rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: O, vəzifəli şəxs kimi işinə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək ağır nəticəyə, yəni ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmaqla səhlənkarlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdən hazıradək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi-Füzuli rayon üzrə nümayəndəsi vəzifəsində işləyərkən 19 dekabr 2024-cü il tarixdə, səhər saatlarında Zərərçəkmiş şəxs Füzuli şəhərinin işğaldan azad olunmuş ərazisində yerləşən Kurmanqazi adına X7 rəsmi işləmədiyi halda Mərkəzin inzibati binasının həyətində olan elektrik xətlərini və elektrik qurğularını yoxlamaq, eləcə də binaya su verilişini təmin etmək üçün Mərkəzin inzibati binasına çağırmış, sonuncu həmin gün, saat 17 radələrində Mərkəzin inzibati binasına gəlmiş, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi vəzifə təlimatında Füzuli rayonu ərazisində yerləşən müəssisə və təşkilatların fəaliyyətinə nəzarəti həyata keçirməsi və əlaqələndirməsi nəzərdə tutulduğu halda buna əməl etməyib işinə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək elektrik qurğularında və ya onların yaxınlığında işlər yalnız qurğuya elektrik enerjisinin verilişi dayandırıldıqdan sonra aparılmalı olduğu halda hər hansı təhlükəsizlik tədbirləri görmədən “Elektrik təhlükəsizliyi. Ümumi tələblər. 12.1.019-79 DST”-nin 3.4.1-ci bəndinin tələblərini pozmuş, həmçinin Zərərçəkmiş şəxs ondan transformatorun izolyasiya məntəqəsinin içərisində elektrik enerjisinin verilişini dayandırılmasını tələb etməsinə baxmayaraq Mərkəzin inzibati binasının həyətində olan transformatorun izolyasiya məntəqəsinin içərisində elektrik enerjisinin verilişini dayandırmadan həmin işlərin görülməsinə cəlb etmiş, Zərərçəkmiş şəxs elektrik transformatorun qapısını açdıqda elektrik çubuqlarından birinin yandığını və həmin elektrik çubuğundan səs gəldiyini bildirməsinə, həmçinin yenidən ondan elektrik enerjisinin verilişini dayandırılmasını tələb etdikdə o yenidən öz işinə vicdansız və laqeyd münasibətini davam etdirərək öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək sözügedən tələbə məhəl qoymayıb transformatorun izolyasiya məntəqəsinin içərisində elektrik enerjisinin verilişini dayandırmamış, Zərərçəkmiş şəxs tələb olunan işi görməkdən imtina edib elektrik transformatorunun qapısını bağlayıb getmək istəyərkən sonuncunun elektrik cərəyanının vurması nəticəsində sağ yuxarı ətrafın, saidin 1/3-dən postoperasion amputasiya ilə nəticələnən baldırın orta-aşağı 1/3-nin, ayaq pəncəsinin və ayaq barmaqlarının İİİ-İV dərəcəli termiki yanıq yaraları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə elan olunmuş ittihamın mahiyyəti ona aydındır və həmin ittihamla özünü təqsirli bilmir. 2024-cü ilin aprel ayından hazıradək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 idarəsinin baş məsləhətçisi, Füzuli rayon üzrə nümayəndəsi vəzifəsində işləyir. Əmək funksiyasına uyğun olaraq Füzuli rayonu üzrə mədəniyyət sahəsində faəliyyət göstərən idarə və müəssisələrin əmək intizamına riayət edilməsinə nəzarət edir.xx.xx.2024-cü il tarixdə Füzuli EŞ-nin rəisi S.İ.Heydərovun imzası ilə X8 İdarəsinə daxil olmuş xəbərdarlıq məktubuna əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məxsus Füzuli şəhərində yerləşən Kurmanqazi adına X20 tərəfindən “X4 Agentliyində” İstismara buraxılış aktı alınararaq 3 (üç) gün müddətində “Azərişıq ASC”-yə təqdim olunmalıdır. Məktubda əks halda elektrik enerjisinin verilişinin dayandırılacağı qeyd edilmişdir. Lakin qeyri-iş günləri olduğundan elektrik enerjisinin verilişi dayandırılmamışdır. xx.xx.2024-cü il tarixdə Füzuli EŞ-nin rəisi S.İ.Heydərovun imzası ilə elektrik qurğularının istismara buraxılış aktı alınması barədə növbəti xəbərdarlıq göndərilmişdir. Bu xəbərdarlığın da surəti tərəfindən X8 İdarəsinə göndərilərək məlumat verilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Füzuli EŞ-nin adını dəqiq bilmədiyi 2 (iki) nəfər əməkdaşı Füzuli şəhərində yerləşən Kurmanqazi adına X16 gələrək mərkəzin həyətyani sahəsində yerləşən trasformatordan elektrik enerjisinin verilişini dayandırmışlar. Bu barədə də tərəflərindən X8 İdarəsinə məlumat verilmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında “Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin mətbuat katibi Leyla xanım Sərabi zəng vuraraq Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə keçiriləcək tədbirin konsert hissəsində Kurmanqazi adına X9 iştirak etməli olduğunu bildirmişdir. Bununla bağlı proqram ssenarisini istəmişdir. O, xx.xx.2024-cü il tarixdən Kurmanqazi adına X7 elektrik enerjisinin olmadığını və elə bu səbəbdən də məşqlərinin dayandırıldığını bildirmişdir. Leyla xanım bundan narahat olduğunu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə bu barədə məlumat verəcəyini bildirmişdir. Təxminən 15 dəqiqə sonra Mədəniyyət Nazirliyinin əməkdaşı Nərmin xanım zəng vuraraq qısa zamanda elektrik enerjisinin verilişinin bərpa olacağını bildirmişdir. Təxminən yarım saat sonra Füzuli EŞ-nin 1 (bir) nəfər əməkdaşı gələrək mərkəzin həyətyani sahəsində yerləşən trasformatordan elektrik enerjisinin verilişini bərpa etmişdir. Lakin nasosxana işləməmişdir. O, xahiş etmişdir ki, “siz bu işin mütəxəsissisiniz düzəldin gedin”. Həmin əməkdaş bacarmadığını bildirmişdir. Həmin əməkdaş telefonla Farizə zəng vurub nasosxananın işə düşmədiyini bildirərək bura gələrək nasosxanada yaranmış problemi aradan qaldırmağı xahiş etmişdir. Fariz də uzaqda olduğunu və gün ərzində gələrək bununla məşğul olacağını bildirmişdir. Belə ki, Fariz Yaradıcılıq mərkəzinin elektrik işlərini görmüş şəxslərdən biridir. O, hazırda bildiyinə görə, Socar-da işləyir. Həmin gün günorta saatlarında Regional idarədən ona “Elektrik” ixtisası üzrə təhsili və təcrübəsi olan müraciət edən şəxs varsa dəvət olunaraq qanunvericiliyin tələblərinə uyğun olaraq işə qəbul olunması barədə tapşırıq verilmişdir. O, bunun üçün həm binanın tikilməsi zamanı elektrik işini görmüş bir şəxs olaraq, həm də bu işin bir mütəxəssisi olaraq təcrübəli və təhsilli Fariz bəyi işlə təmin olunmağı təklif etmək üçün iki dəfə zəng vurmuş, ancaq telefona cavab verməmişdir. Bir neçə dəqiqədən sonra Horadiz şəhər klubunun müdiri Şahid2 Farizə zəng vurmuş, Fariz telefonu açmış və sonra Elcandan telefonu götürərək Farizə iş təklifi ilə bağlı istəyini bildirmişdir. Lakin o, “Socar” şirkətində də işlədiyini və daha yüksək əmək haqqı aldığını bildirmişdir. Fariz ona bir azdan Yaradıcılıq Mərkəzinin yanından keçəcəyini və ora gələrək yaranmış problemi həll edəcəyini bildirmişdir. Təxminən saat 16:30 radələrində Yaradıcılıq Mərkəzinə gələrək mövcud problemi aradan qaldırmağa cəhd göstərmişdir. Belə ki, o, əvvəlcə binanın həyətində olan generatorda hansısa əməliyyatları icra etmiş və generator işə düşmüşdür. Bundan sonra Fariz nasosxanaya daxil olaraq orada bir sıra əməliyyatlar icra etmişdir. O, özü onunla nasosxanaya daxil olmamışdır. Bundan sonra Fariz nasosxanadan çıxmış və qazanxanaya daxil olmuşdur. Orada da bir sıra əməliyyatlar icra etdikdən sonra qazanxanadan çıxmışdır. Daha sonra Fariz trasformatorla generator arasındakı hissədən trasformatorun qapısını açmışdır. Bundan sonra böyük bir partlayış olmuş və Fariz yerə yıxılmışdır. O, Farizdən 2 metr məsafədə olmuşdur. Həmin zaman orada Elcan və Alişan adlı işçilər də olmuşdur. Farizin yerdə sağ əlinin yandığını görmüşdür. Alişan adlı əməkdaş dərhal yaxınlaşaraq Farizin ağzını açaraq dilini çölə çıxarmağa çalışmış və bunu bacarmışdır. Fariz yerdə hərəkətsiz uzanmış və xırıldamışdır. Dərhal o, 103 Təcili Yardım xidmətinə zəng vurub məlumat vermişdir. Lakin ona məsafənin uzaq olduğu səbəbindən gələ bilmədiklərini bildirərək yaxınlıqdakı tibb məntəqəsinə müraciət etməyi bildirilmişdir. Vaxt itirmək istəmədiyindən Farizi Alişanla maşına qoymuşlar və Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırmışlar. Ona Xəstəxanada ilk tibbi yardım göstərilmişdir. Xəstəxanada olduğu müddətdə Füzuli EŞ-nin əməkdaşı Şahid4 ona zəng vuraraq baş vermiş hadisə barədə soruşmuş və onların əməkdaşlarının elektrik enerjisinin bərpası zamanı yaranmış problemi aradan qaldıra bilmədiyi üçün zəng vuraraq çağırdığı Fariz adlı şəxsin elektrik cərəyanın vurduğunu bildirmiş və xəstəxanaya gəlmələrini istəmiş, Zakir müəllim öz rəhbərliyinə məlumat verəcəyini bildirmiş və sağollaşmışdır. Bir neçə dəqiqə sonra Füzuli EŞ-nin rəisi Səttar Heydərov ona zəng vurmuş və hadisə barədə olduğu kimi ona da məlumat vermişdir. Lakin Səttar müəllim: “onu mən göndərməmişəm, işçi getsin cavab versin, mənim nəyimə lazım” deyərək etiraz etmiş və telefona adboy vermişdir. Saat 20:00 radələrində Fariz Füzuli rayon Mərkəzi Xəstəxanası tərəfindən Təcili Tibbi yardım maşını ilə Farizi Bakı şəhərində yerləşən 5 nömrəli Xəstəxananın “Yanıq” şöbəsinə təxliyə olunmuşdur. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında o, Farizi yaxından tanıyan, Mahmudlu-1 musiqi məktəbində işləyən Kamran müəllimlə Bakı şəhərinə getmişlər və Farizin səhhəti ilə maraqlanmışlar. Sonradan öyrənmişdir ki, Farizin sağ əli və sağ ayağı amputasiya edilmişdir. Hadisə baş verdikdən sonra o, Azərbaycan Respublikasının Əmək Müfəttişliyinə məlumat verməmişdir. Çünki bu barədə qanunvericiliyin tələbi olmasını bilməmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs hansı əməliyyatları icra edəcəyini bilməmişdir. Yəni ki, yaranmış problemin hansı qaydada həll olunması barədə məlumatı olmamışdır. Ona görə də heç kim Zərərçəkmiş şəxs həmin işləri görməsinə, eləcə də təhlükəsizlik qaydalarına riayət etdib-etməməsinə münasibətdə müdaxilə etməmişdir. Həmin gün Farizin əllərində ümumiyyətlə əlcək olmamışdır. Kurmanqazi adına X9 inzibati binasının həyətində olan transformator, generator və nasosxana hansı idarənin balansında olması barədə heç bir məlumatı yoxdur. Hadisə baş verən gün o, 2 dəfə Zərərçəkmiş şəxs zəng etsə də, o zənglərə cavab verməmişdir. Ona zəng etməkdə məqsədi diplomu olduğu təqdirdə Mərkəzdə elektrik kimi işə götürülməsini ona təklif etmək olmuşdur. Həmin tapşırıq ona X24 müəllim tərəfindən verilmişdir. Bir neçə dəqiqədən sonra Horadiz şəhər klubunun müdiri Şahid2 Farizə zəng vurmuş, Fariz telefonu açmış və sonra Elcandan telefonu götürərək Farizə iş təklifi ilə bağlı istəyini bildirmiş, lakin o, “Sokar” şirkətində da işlədiyini və daha yüksək əmək haqqı aldığını bildirmişdir. Farizlə danışıq zamanı Fariz həmçinin ona birazdan Yaradıcılıq Mərkəzinin yanından keçəcəyini və ora gələrək yaranmış problemi həll edəcəyini bildirmişdir. Təxminən saat 16:30 radələrində X10 gəlmişdir. O, hadisə günü ondan heç zaman Mərkəzin inzibati binasına gəlib yaranmış problemi həll etməyi xahiş etməmişdir. O, Farizlə telefon danışığını bitirdikdən sonra Məşğulluq xidmətinə zəng edərək Mərkəzə elektrik kimi işə götürülməli şəxs olduğu halda ona yönəltməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra Məşğulluq xidmətinin əməkdaşı Hüsən adlı şəxs “Whatsapp” ani yazışma proqramı vasitəsi ilə Nəsib Məmmədov adlı şəxsin şəxsiyyət vəsiqəsini ona göndərmişdir. O, həmin şəxsin şəxsiyyət vəsiqəsini Regional idarənin müavini Ədil müəllimə göndərmişdir. Ədil müəllim həmin şəxsi maraqlandıqdan sonra yaşına görə onun elektrik kimi işə götürülməsinin mümkün olmadığı demişdir. Hadisə günü Zərərçəkmiş şəxs o, qarşılamamış, həmçinin həmin gün Mərkəzdə hər hansı bir tədbir keçirilməmişdir. Həmçinin Zərərçəkmiş şəxs hadisə günün ona elektrik transformatorunun içərisində olan elektrik çubuqlarını göstərməmişdir. O, Mərkəzin inzibati binasından həyətə çıxıb Farizin yanına gəldikdə Farizin artıq transformatorunun izolyasiya məntəqəsinin içərisində olmuşdur. Fariz ona elektrik çubuqlarının birinin qızardığını da deməmişdir. Zərərçəkmiş şəxs orada iş görərkən elektrik transformatorunun qapısının qarşısında onu elektrik cərəyanı vurmuşdur. Həmin zaman o, hadisəni yaxın məsafədən görmüşdür. Onun vəzifə təlimatında elektrik transformatorunda nasazlıq yaranacağı halda həmin nasazlığı aradan qaldırmaq barədə vəzifə öhdəliyi nəzərdə tutulmamış, eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 idarəsi tərəfindən bu barədə ona heç zaman şifahi tapşırıq verilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək qeyd etmişdir ki, özünü təqsirli bilmir. O, işlədiyi müəssisədə nə direktor, nə də sərəncam verəcək məsul şəxs deyil. Özünü baş vermiş hadisədə günahkar hesab etmir. Hadisə olan günü, bir müddət sonra keçiriləcək tədbir barədə məlumat vermiş, ona səhər-səhər nümayəndəlikdən Leyla Sarabi zəng vurub bildirmişdir ki, yeni ildə “Kurmanqazi adına yaradıcılıq mərkəzində tədbir olacaq, o da demişdir ki, o, professional aktyorlarla yox, uşaqlarla işləyir. Həm hava şəraitinin soyuq olması, həm də elektrik enerjisinin olmaması barədə məlumat vermişdir. Ona bildirilmişdir ki, bu barədə nazirliyə məlumat veriləcək. Daha sonra Mədəniyyət Nazirliyindən Nərmin xanım zəng edərək qısa zamanda elektrik enerjisinin veriləcəyini, işıq yananda onlara xəbər verilməsini bildirmişdir. Bundan sonra, İşıq İdarəsindən İsmayıl adlı bir nəfər əməkdaş gəlmiş, işığın verilməsini bərpa etmiş, amma nasosxanada işıq yanmamışdır. O, bunu həll etmək üçün mütəxəssis çağrılmalı olduğunu demişdir. Orda yaranan problemi zərərçəkmiş şəxs Farizdən başqa heç kim həll edə bilmir. Fariz əvvəllər bir neçə dəfə elektrik enerjisində problem yaranan zaman gəlmiş və problemi aradan qaldırmış, lakin heç vaxt bunun müqabilində pul almamışdır. Bu səbəbdən o, Farizi çağırmaq istəmədiyini, bu məsələni onların özlərinin həll etməsini, lazım gələrsə, özlərinin Farizə zəng edib onu çağırmaqlarını və onun zəhmət haqqısının verilməsini xahiş etmişdir. Həmin İsmayıl adlı əməkdaş Farizi qonşusu olduğundan tanıdığını bildirmiş və ona zəng edərək gün ərzində yaranmış elektrik enerjisi problemini həll etməsini razılaşdırmışdır. Həmin gün günorta vaxtlarında Qarabağ regional direktoru zəng edərək elektrik işi ilə bağlı diplomu olan şəxs olduğu halda işə götürüləcəyini bildirmişdir. O, bu səbəbdən Farizə həmin gün, yəni hadisə olan gün bir neçə dəfə zəng etmiş, lakin Fariz ona cavab verməmişdir. Daha sonra Elcan Farizə zəng etmiş, onun zənginə Fariz cavab vermiş, o, telefonu Elcandan alaraq Farizlə danışmış, əgər sənədləri qaydasında olarsa, onu işə götürə biləcəyi barədə məlumat vermiş, Fariz isə “Socar”da işlədiyini, iş başqasının adına rəsmiləşdirilərsə, o lazəm olan vaxt gəlib nasazlıqları düzəldə biləcəyini bildirmişdir. Lakin o, bunun mümkünsüz olduğunu ona bildirmişdir. Həmçinin Fariz bildirmişdir ki, gün ərzində gəlib elektrik enerjisində yaranan nasazlığa baxacaq. Bir qədər vaxt keçəndən sonra həmin gün pəncərədən baxan zaman görmüşdür ki, Fariz gəlib və işıq transformatorunda işləyir. O, bu vaxt Farizin yanına getmiş və telefonla Farizin gördüyü işləri çəkmişdir ki, gələn dəfə hər hansı problem yaranan zaman özü yoluna qoysun. Həmin vaxt Farizin əlində dəmir açar da var idi, lakin Farizəlcək taxmamışdır. Fariz generatoru işə salmış, bu bir qədər uzun proses olduğundan və telefonunun yaddaşında kifayət qədər yer olmadığı üçün video görüntünü qeydə almağı dayandırmışdır. Sonra Fariz, ardıca isə Alışan nasosxanaya, daha sonra isə qazanxanaya getdilər. Fariz transformatorun qapısını açanda partlayış olmuş, yaxın məsafədə olduğundan Farizin yıxıldığını görmüş, Alışanla dərhal ora yaxınlaşmış, Alışan Farizin ağzını açaraq dilini çölə çıxarmağa çalışmış və bunu bacarmışdır. Onlar dərhal 103 xidmətinə məlumat vermişlər. Məsafənin uzaq olması səbəbindən təcili tibbi yardımın ora vaxtında çata bilməyəcəyini biləndən sonra Alışanın maşını ilə Farizi xəstəxanaya aparmış, orada ona ilkin tibbi yardım göstərilmişdir. Daha sonra Farizi Bakıya xəstəxanaya apardılar və o da 2 gün həmin xəstəxanada olmuşdur. O bu barədə nazirliyi məlumat verdiyini bildirmişdir. Onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024cü il tarixdən hazıradək Azərbaycan Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsində operator vəzifəsində işləyir. Fəaliyyəti qazın təzyiqini, sərfiyyatının hesablanması, nəzarətdə saxlanılması, sakinləri təhlükəsiz şəraitdə qaz təminatının aparılmasından ibarətdir. Hazırda səhhəti ilə əlaqədar bülletendədir. Bundan başqa xx.xx.2023-cü il tarixdən 2024cü ilin mart ayının sonlarınadək "xxxx" MMC-də texniki işlər üzrə nəzarətçi işləmişdir. Həmin şirkətin işçisi kimi Füzuli şəhəri ərazisində yerləşən Kurmanqazi adına X9 bütün elektrik və santexnik işlərinin aparılmasında nəzarətçi kimi işləmişdir. Həmin Mərkəzin elektrik sisteminə bələd olduğu üçün həmin Mərkəzin müdiri Elşad müəllim dəfələrlə ona zəng vuraraq elektrik transformatorunda problem olduğunu bildirib ondan həmin problemi gəlib aradan qaldırmağı xahiş etmişdir. O da həmin xahiş üzrə dəfələrlə Mərkəzin inzibati binasına gələrək yaranmış problemi aradan qaldırmışdır. Mərkəzin elektrik mühəndisləri olmadığından elektrik transformatorunda nasazlıq yarananda hər dəfə Elşad müəllim onu çağırmışdır. O, hər dəfə hər hansı maddi maraq güdmədən gəlib nasazlığı aradan qaldırmışdır. Elşad müəllim də heç zaman gördüyü işlərin müqabilində ona pul verməmişdir. Sonuncu dəfə hadisə baş verdiyi gün, yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında X11 tanımadığı əməkdaşı Elşad müəllimin adından ona zəng edərək, Kurmanqazi adına X9 inzibati binasının həyətində olan elektrik transformatorunda nasazlıq yarandığını bildirmiş və ondan gəlib elektrik transformatoruna baxmağı xahiş etmişdir. O, gəlməyəcəyini bildirmişdir. Bundan sonra Elşad müəllim ona dəfələrlə zəng etmişdir. O, getmək istəmədiyindən zənglərə cavab verməmişdir. Həmin gün günortadan sonra başqa nömrədən ona zəng gəlmişdir. O, zəngə cavab verdikdə bir nəfər Elşad müəllimin onunla danışmaq istədiyini demiş və telefonu Elşad müəllimə vermişdir. Belə ki, onun zənglərinə cavab vermədiyindən o, başqa nömrədən zəng elətdirmişdir. Həmin zəng zamanı Elşad müəllimlə aralarında təxminən 10 dəqiqə danışıq olmuşdur. Həmin danışıq zamanı Elşad müəllim israrla Mərkəzdə tədbir keçiriləciyini, elektrik transformatorundan ondan başqa heç kimin anlamadığını bildirmiş və ondan gəlib elektrik transformatoruna baxmağını xahiş etmişdir. O, məcbur qaldığından razılaşmışdır. Həmçinin Elşad müəllim bir daha onu çağırmayacağına söz vermişdir. O, həmin gün saat 16 radələrində Mərkəzin inzibati binasına gəlmişdir. Həmin gün qeyri-iş günü olduğundan istirahət günü olmuşdur. O, Mərkəzin inzibati həyətinə gəldikdə onu Elşad müəllimin özü qarşılamışdır. Onun yanında bir nəfər tanımadığı şəxs və Mərkəzin Alişan adlı işçisi də olmuşdur. Elşad müəllim Mərkəzin binasına su gəlmədiyini bildirmişdir. O, nasosxanaya baxanda orada olan qurğulara müdaxilə edildiyini demişdir. O, Elşad müəllimə qurğulara yalnış müdaxilə edildiyinə görə yüklənmə olduğunu demişdir. Bundan sonra o, Mərkəzə verilən elektrikin dayandırlmasını təklif etmişdir. O, israrla hazırda binada tədbir keçirildiyini, elektrik verilişi dayandırılmadan işini görməyini tələb etmişdir. Bundan sonra Alişan elektrik transformatorunun izolyasiya məntəqəsinin açarını ona vermişdir. O, elektrik transformatorunun qapısını açmışdır. Görmüş ki, üç elektrik çubuğundan biri yükləndiyindən qızarmışdır. Həmçinin ondan cızıltı səsi gəlmişdir. Belə ki, elektrik çubuqları ildə bir dəfə yuyulmalı, ona texniki qulluq edilməlidir. Həmin elektrik çubuğunun qızarmasını Elşad müəllimə də göstərmişdir. O, yenə də israrla elektrik enerjisinin verilişinin dayandırılmadan işini görməyini demişdir. Su nasoslarının işləməsi AVR sistemlə idarə olunur. Yəni ki, elektrik transformatorunda nasazlıq yaranan kimi avtomatik olaraq binaya su təminatı dayanır. Elşad müəllim eklektrik enerjisinin verilişini dayandırmadığından ona bu formada iş görə bilməyəciyini və gedəcəyini bildirmişdir. Bundan sonra o, elektrik transformatorunun qapısını bağlayarkən əlində yad cisim, yəni tokölçən olduğuna görə elektrik cərəyanı onu vurmuşdur. Bundan sonra o, yerə yıxılmışdır. Ayıldıqda şok vəziyyətində olmuşdur. Ayıldıqda Elşad müəllim, Alişan və adını bilmədiyi bir nəfər yanında dayanmışlar. Sağ əli və sağ ayağı yanmışdır. O, Alişanın maşını ilə dərhal Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Orada ona tibbi müdaxilə edildikdən sonra Bakı şəhərinə, 1 nömrəli Birləşmiş şəhər xəstəxanasına aparmışlar. xx.xx.2024-cü il tarixdə orada cərrahiyə əməliyyatı keçirmişdir. Nəticədə sağ əli dirsəkdən aşağı, sağ ayağın isə topuq hissədən yuxarı amputasiya edilmişdir. Hadisə nəticəsində ona fiziki və maddi ziyan dəymişdir. Bunun günahkarı Təqsirləndirilən şəxsdur. O, Təqsirləndirilən şəxs təkidi ilə hadisə günü Mərkəzin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs heç bir təhlükəsizlik tədbirləri görmədən onu işlərin görülməsinə cəlb etmiş və qeyd edilən hadisə baş vermişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 2021-ci ildən etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 idarəsinin Füzuli Rayon Mədəniyyət evində fəhlə işləyir. Lakin Füzuli Rayon Mədəniyyət evinin inzibati binası olmadığı üçün faktiki olaraq Füzuli şəhərində yerləşən Kurmanqazı adına X7 fəaliyyət göstərir. Fəaliyyəti Mərkəzin həyətində bağa qulluq etmək, suvarma və digər təsərrüfat işlərini görməkdən ibarətdir. Füzuli şəhər sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Sadəcə olaraq onu təxminən 3-4 dəfə Mərkəzə gələndə görmüşdür. O, Mərkəzdəki kondisionerləri təmir etmək məqsədilə Mərkəzə gəlmişdir. Bildiyi qədəri ilə o, Füzuli şəhərində yaşamışdır. Onun harada işlədiyini bilmir. Hadisə baş verməzdən, yəni 19 dekabr 2024-cü il tarixdən əvvəl təxminən 15 gün ərzində Kurmanqazi X9 inzibati binasında elektrik enerjisi tamamilə kəsilmişdir. Belə ki, Azərişıq ASC-nin X21 tərəfindən elektrik enerjisi kəsilmişdir. Bunun səbəbini isə dəqiq bilmir. 19 dekabr 2024-cü il tarixdə, saat təxminən 10-11 radələrində X11 bir nəfər tanımadığı və adını bilmədiyi əməkdaşı Kurmanqazı X9 inzibati binasına gələrək elektrik enerjisi təminatını bərpa etmişdir. Həmin vaxt bizim inzibati binaya və həyətindəki qazanxanaya su verilməsini təmin edən su nasoslarına elektrik enerjisinin verilməsində nazasızlıqlar yarandığı üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 idarəsinin Füzuli rayonu üzrə baş məsləhətçisi Təqsirləndirilən şəxs həmin əməkdaşa bildirmişdir ki, “bu nasazlığı necə aradan qaldıra bilərik?” Həmin əməkdaş da demiş ki, "onu biz edə bilmərik, bunu yalnız həmin sistemi quran şirkətin işçiləri təmir edə bilərlər". Zərərçəkmiş şəxs də eşitdiyinə görə Kurmanqazı X9 tikinti və təmir işlərini aparan şirkətin işçisi olmuşdur. Elşad müəllim də X11 həmin əməkdaşına bildirmişdir ki, "bu mənə aid olan məsələ deyil, bu problem Sizin elektrik enerjisini kəsməyinizdən sonra yaranıb. Buna görə də necə lazımdırsa bu məsələni aradan qaldırın". Elektrik enerjisi kəsildikdən sonra avtomatik olaraq generator işə düşmüşdür. Bu zaman həmin su nasosları və qazanxanadakı elektrik qurğusu proqlamlaşdırıldığı üçün elektrik enerjisi bərpa olduqdan sonra da işə düşməmişdir. Həmin əməkdaş Zərərçəkmiş şəxs zəng vuraraq ona bu məsələni bildirmiş və Kurmanqazı X9 inzibati binasına gəlib qeyd olunan nasazlığı aradan qaldırmasını xahiş etmişdir. Onunla telefon danışığını bitirdikdən sonra həmin əməkdaş bildirmişdir ki, hazırda vaxtı yoxdur. Gün ərzində gəlib baxacaqdır. Həmin gün saat 16 radələrində Zərərçəkmiş şəxs Mərkəzin həyətinə gəlmişdir. Həmin vaxt o, həyətdə olmuşdur. Mərkəzin içərisində olan uşaqların həyətə çıxmamasına nəzarət etmişdir. Zərərçəkmiş şəxs gəlib ona yaxınlaşmış, salam verib onunla görüşmüşdür. Bundan sonra onunla birlikdə Mərkəzin həyətinin arxa tərəfində olan transformatorun yanına getmişlər. O, transformatorun qarşısında olan generatora baxmışdır. Genoratrun üzərində olan bir neçə düymələri basmışdır. Onun başı çıxmadığı üçün Farizin nə etdiyini tam olaraq bilmir. Daha sonra qazanxanaya getmiş və orada olan elektrik qurğusunun şitinə baxmışdır. Bundan sonra yenidən transformatorun yanına gəlmişlər. Transformatorun ön hissədən sağ tərəfində açar hissəsinə böyük ölçüdə olan ayırıcı açarı taxaraq dartmış və bununla da binanın elektrik enerjisi sönmüşdür. Sonra yenidən işığı birləşdirmişdir və bu zaman generator işə düşmüşdür. Bundan sonra isə onu qazanxananın yan tərəfində yerin altında yerləşən su nasoslarının yanına göndərmiş ki, su nasoslarının işləyib-işləməməsinə baxsın. O da oradan bir qədər aralıda yerləşən su nasoslarının yanına gedib görmüşdür ki, su nasosları işlək vəziyyətdə deyil. Geri qayıdıb transformatorun yanına gəlmiş və ona demişdir ki, “su nasosları işləmir”. O, yenidən generatoru söndürmüşdür və sonra isə işə salmışdır. Onu bir daha göndərmişdir ki, gedib sus nasoslarına baxsın. O da eyni qaydada gedib baxmış və görmüş ki, yenə də su nasosları işləmir. Elə oradan geri qayıdıb transformatora tərəf gəlmiş və ona su nasoslarının işləmədiyini bildirmək istəyəndə görmüşdür ki, transformatorun giriş xəttinin qapısının qarşısındadır və qapını açıb transformatorun içərisindəki fazalara baxır. Elə həmin vaxt anidən möhkəm partlayış olmuş və o, başa düşmüşdür ki, Farizi yüksək gərginlikli elektrik cərəyanı vurmuşdur. Fariz yerə yıxılmışdır. Partlayış olan kimi elə həmin an generator da sönmüş və elektrik enerjisi tamamilə dayanmışdır. O, Farizə yaxınlaşıb başını qaldırmış, görmüş ki, xırıldayır və dili qatlanıb. Əli ilə ağızını açaraq dilini çıxartmışdır. Sonra ona ürək masajı etmişdir. Fariz gözlərini açmış və onu dərhal avtomobili ilə Elcan müəllimlə birlikdə Füzuli rayon Mərkəzi Xəstəxanasına gətirmişlər. Ona ilkin tibbi yardım göstərildikdən sonra elə həmin gün axşam saatlarında Bakı şəhərinə göndərilmişdir. Həmin transformator yüksək gərginlikdədir. Yalnız X21 tərəfindən həmin elektrik enerjisi dayandırılıqdan sonra orada iş görülə bilər. Farizi transformatorun giriş xəttində elektrik cərəyanı vurmuşdur. Fariz Mərkəzin həyətində sözügedən işləri görərkən Elşad müəllim binanın həyətində olmamışdır. Lakin hadisədən sonra Elşad müəllim dərhal hadisə yerinə gəlmişdir. Zərərçəkmiş şəxs elektrik Kurmanqazı adına X9 inzibati binasının həyətində yerləşən transformatorunun və qazanxananın quraşdırılmasında işçi kimi işləmişdir. Lakin sonradan onun transformatorunun və ya qazanxananın təmirində işləməsini dəqiq bilmir. Kurmanqazı adına X7 hadisə baş verənə qədər mühəndis və ya elektrik ştatı üzrə işçi olmamışdır. Ona görə də transformatorun işləməsinə nəzarət edən Mərkəzin məsul işçisi olmamışdır. Lakin hazırda bildiyinə görə, Mərkəzə elektrik kimi işçi götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən etibarən hazırki vəzifədə, yəni, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 idarəsinin Füzuli rayon Horadiz şəhər Klubunun müdiri vəzifəsində işləyir. Lakin yaşayış yeri Füzuli şəhəri olduğu üçün, eləcə də Füzuli rayonu, Horadiz şəhər Klubunun inzibati binası olmadığı üçün faktiki olaraq Füzuli şəhərində yerləşən Kurmanqazı adına X7 fəaliyyət göstərir. Fəaliyyəti uşaqlar üçün xor dərnəklərinin, eləcə də bayram tədbirlərinin təşkilinə köməklik göstərilməsindən ibarətdir. Füzuli şəhər sakini Zərərçəkmiş şəxs təxminən 5-6 ay olar ki, tanıyır. Onunla tanışlığı işğaldan azad edilmiş Füzuli şəhərinə köçdükdən sonra yaranmışdır. Belə ki, o da Füzuli şəhərində məcburi köçkünlər üçün tikilmiş yeni tikili binalardan birində yaşayır. O, hazırda deyəsən işləmir. Hadisə baş verməzdən, yəni 19 dekabr 2024-cü il tarixdən əvvəl təxminən 15 gün ərzində Kurmanqazı X9 inzibati binasında elektrik enerjisi tamamilə kəsilmişdir. Belə ki, Azərişıq ASC-nin X21 tərəfindən elektrik enerjisi kəsilmişdir. Bunun səbəbini isə dəqiq bilmir. 19 dekabr 2024-cü il tarixdə saat təxminən 10-11 radələrində X11 bir nəfər tanımadığı və adını bilmədiyi əməkdaşı Kurmanqazı X9 inzibati binasına gələrək elektrik enerjisi təminatını bərpa etmişdir. Həmin vaxt bizim inzibati binaya və həyətindəki qazanxanaya su verilməsini təmin edən su nasoslarına elektrik enerjisinin verilməsində nazasızlıqlar yarandığı üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 idarəsinin Füzuli rayonu üzrə baş məsləhətçisi Təqsirləndirilən şəxs həmin əməkdaşa bildirmişdir ki, “bu nasazlığı necə aradan qaldıra bilərik?”. Həmin əməkdaş da demişdir ki, "onu biz edə bilmərik, bunu yalnız həmin sistemi quran şirkətin işçiləri təmir edə bilərlər". Zərərçəkmiş şəxs də eşitdiyinə görə, Kurmanqazı X9 tikinti və təmir işlərini aparan şirkətin işçisi olmuşdur. Elşad müəllim də X11 həmin əməkdaşına bildirmişdir ki, "bu mənə aid olan məsələ deyil, bu problem Sizin elektrik enerjisini kəsməyinizdən sonra yaranıb. Buna görə də necə lazımdırsa bu məsələni aradan qaldırın". Elektrik enerjisi kəsildikdən sonra avtomatik olaraq generator işə düşür. Bu zaman həmin su nasosları və qazanxanadakı elektrik qurğusu proqlamlaşdırıldığı üçün elektrik enerjisi bərpa olduqdan sonra da işə düşməmişdir. Zərərçəkmiş şəxs Mərkəzin inzibati binasının həyətinə gələn zaman o, binanın yuxarı mərtəbəsində uşaqlarla xor dərnəyinin təşkil edilməsi ilə məşğul olmuşdur. Ona görə də onu kimin çağırmasını dəqiq bilmir. O, Mərkəzə gələn vaxt təxminən saat 16 radələri olmuşdur. O, gəldikdən sonra anidən işıqlar sönmüş və bir neçə dəqiqə keçdikdən sonra da yenidən yanmışdır. O da başa düşmüş ki, yəqin elə Zərərçəkmiş şəxs gəlmişdir, yaranmış nasazlığı aradan qaldırmağa çalışır. Təxminən 5-10 dəqiqə keçdikdən sonra həyətdən möhkəm partlayış səsi gəlmiş və elə həmin an da işıq kəsilmişdir. O da dərhal həmin səsə həyətə çıxmışdır. Görmüş ki, Zərərçəkmiş şəxs Mərkəzin həyətinin arxa tərəfində yerləşən elektrik transformatorunun yanında yerdə uzanmış vəziyyətdədir. Onun əlində təhlükəsizlik əlcəkləri olmamışdır. Onun dili qatlandığı üçün Mərkəzdə fəhlə işləyən Alişan Sadıqov onun ağızını açaraq dilini çıxarmışdır. O, yaxınlaşdıqda nə baş verdiyini soruşmuş, Alişan Sadıqov da bildirmiş ki, transformatorun qapısını açıb içərisinə yaxınlaşan zaman onu yüksək gərginlikli elektrik cərəyanı vurmuşdur. Həmin zaman Elşad müəllim də transformatorun yaxınlığında olmuşdur. O da öz növbəsində köməklik etməyini xahiş etmişdir. Hadisə nəticəsində Farizin sağ əli və sağ ayağının daban hissəsi yanmışdır. Səs-küyə Mərkəzdə olan uşaqların valideynlərinin də bir neçəsi toplaşmışlar. Onlardan kimsə təcili tibbi yardım xidmətinə məlumat vermişdir. Sonra isə gec olmasın deyə Şahid1 avtomobili ilə onu Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırmışlar. Ona ilkin tibbi yardım göstərildikdən sonra elə həmin gün axşam saatlarında Bakı şəhərinə göndərilmişdir. Həmin transformator yüksək gərginlikdədir. Yalnız həmin elektrik enerjisi dayandırılıqdan sonra orada iş görülə bilər. Onu transformatorun giriş xəttində elektrik cərəyanı vurmuşdur. Zərərçəkmiş şəxs elektrik Kurmanqazı adına X9 inzibati binasının həyətində yerləşən transformatorunun və qazanxananın quraşdırılmasında işçi kimi işləmişdir. Lakin sonradan onun transformatorunun və ya qazanxananın təmirində işləməsini dəqiq bilmir. Kurmanqazı adına X7 hadisə baş verənə qədər mühəndis və ya elektrik ştatı üzrə işçi olmamışdır. Ona görə də transformatorun işləməsinə nəzarət edən Mərkəzin məsul işçisi olmamışdır. Lakin hazırda bildiyinə görə, Mərkəzə elektrik götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 19 dekabr 2023-cü il tarixdən 25 fevral 2025-ci il tarixə qədər "xxxx" ASC-nin X14 xətt montyoru vəzifəsində işləmişdir. Əmək funksiyasına uyğun olaraq Füzuli rayonu ərazisində balansımızda olan elektrik avadanlıqların bərpası üzrə fəaliyyət göstərmişdir. "xxxx" ilə X8 İdarəsi ilə Kurmanqazi adına X20 arasında müqavilə bağlanmışdır. Müqaviləyə görə, X9 inzibati binasının həyətində həmin qurum balansında olan transformatora X11 balansında olan yarımstansiyasından elektrik enerjisi verilməlidi imiş. Müqaviləyə görə həmçinin Kurmanqazi adına X20 tərəfindən “X4 Agentliyində” İstismara buraxılış aktı alınararaq 3 (üç) gün müddətində “Azərişıq ASC”-yə təqdim olunmalı imiş. Həmin buraxılış aktı X17 təqdim olunmadığından Kurmanqazi adına X9 elektrik təminatı dayandırılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə tərəfindən X8 İdarəsinə xəbərdarlıq məktubu göndərilmişdir. xx.xx.2024-cü il tarixdə yenidən X8 İdarəsinə xəbərdarlıq məktubu göndərilmişdir. Qeyd etdiyi məsələləri o, sonradan məlum hadisə baş verdikdən sonra öyrənmişdir. xx.xx.2024cü il tarixdə baş montyor Seyidəli İsmayılov ona Kurmanqazi adına X16 müvəqqəti olaraq elektrik enerjisi verməyini bildirmişdir. X5 inzibati binasının həyətində olan transformator 3504 çıxışlıdır. Belə ki, həmin transformatorda həmişə 35000-lik giriş xətti açıq olmuş, yəni ki transformatorda elektrik olmuşdur. O, sadəcə tapşırığa uyğun olaraq transformatorun 04 çıxışının xəttini bağlayaraq inzibati binaya elektrik verilməsini təmin etmişdir. Həmin vaxt, yəni saat 12 radələrində işini tamamlayıb inzibati binadan çıxarkən Mədəniyyət Nazirliyinin işçisi Elşad müəllim ona qazanxanaya elektrik getmədiyini bildirmişdir. O, 04 çıxışı bağlayarlən Elşad müəllimdən başqa onun yanında Yaradıcılıq Mərkəzinin işçiləri Elcan və adını bilmədiyi qazanxana işçisi də olmuşdur. O, Elşad müəllimə qazanxanadan anlayışı olmadığını demişdir. Elşad müəllim ona həmin işi yalnız əvvəllər burada işləmiş Farizin bildiyini, sonuncunun isə zənglərə cavab vermədiyini demişdir. Həmçinin Farizin əvvəllər dəfələrlə qazanxananın işlədilməsini təmin etdiyini demişdir. O, Farizə zəng etməyini xahiş etmişdir. Çünki o, bilir ki, Fariz onunla qonşu olduğundan zəngə cavab verəcəkdir. O, Farizə zəng etmiş və transformatorun 04 çıxışından elektrik enerjinin çıxdığını, inzibati binanın elektrik enerjisi ilə təmin olunduğunu, lakin qazanxananın işləmədiyini demişdir. Fariz cavabında həmin problemin bir neçə dəfə yarandığını ona bildirmiş və həmin Yaradıcılıq Mərkəzinə ştatla mühəndis verilməli olduğunu demişdir. Fariz həmçinin Elşad müəllimdən xeyli gileylənmişdir. O, Elşad müəllimin onu bezdirdiyini, ona görə də zənglərə cavab vermədiyini demişdir. Həmçinin o, Farizdən qazanxananın işə salınmasının sadə olduğu təqdirdə ona etməli olduğu əməliyyatları deməsini bildirmişdir. Fariz isə orada olan avadanlıqların həddindən artıq bahalı olduğunu bildirmiş və qəti surətdə müdaxilə etməməyini tapşırmışdır. Bundan sonra o, imkanı olarsa, gəlib qazanxanaya baxmağını ondan xahiş etmişdir. Belə ki, onun Farizin gəlib transformatora baxmağında hər hansı marağı olmamışdır. O, sadəcə Elşad müəllim ondan xahiş etdiyindən, Farizə Elşad müəllimin xahişini çatdırmışdır. Belə ki, telefon danışığı zamanı Elşad müəllim də yanında olmuşdur. O, Farizə Elşad müəllimin dediklərini çatdırmışdır. Həmçinin Farizlə telefon danışığı zamanı Elşad müəllim kənardan avtomobili ilə gəlib Farizi götürə biləcəyini demişdir. Fariz isə razılaşmamışdır. Bundan sonra o, zəngi sonlandırmış və inzibati binanın həyətini tərk etmişdir. Həmin gün saat 16 radələrində onlar işlədiyi İdarədə olduqda rəqəmsal minotorda görmüşlər ki, Kurmanqazi adına X3 açarı atmışdır. Həmçinin siqnalizasiya işə düşmüşdür. Onlar dərhal bayıra çıxmışlar ki, qəzanın harada və hansı səbəblə baş verməsini aydınlaşdırsınlar. Onlar aydınlaşdırmışlar ki, Fariz Kurmanqazi adına X9 inzibati binasının həyətində olan transformatora daxil olmuş və nəticədə onu elektrik cərəyanı vurmuşdur. Bundan sonra onu avtomobilə qoyaraq xəstəxanaya aparmışlar. Hadisə barədə başqa hər hansı məlumatı yoxdur. O, Təqsirləndirilən şəxs istəyi üzrə Farizi telefon danışığı zamanı çağıranda sonuncu gəlməyəcəyini demişdir. Yəqin ki, sonradan Təqsirləndirilən şəxs özü Farizlə əlaqə saxlayıb Yaradıcılıq Mərkəzinə gəlməsi barədə onu razılaşdırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2020-ci ildən etibarən "xxxx" ASC-nin X14 baş mühəndis vəzifəsində işləyir. Əmək funksiyasına uyğun olaraq Füzuli rayonu ərazisində balansda olan bütün elektrik avadanlıqlarının saz vəziyyətdə işləməsinə nəzarət edir. "xxxx" ilə X8 İdarəsi ilə Kurmanqazi adına X20 arasında müqavilə bağlanmışdır. Müqaviləyə görə X9 inzibati binasının həyətində həmin qurumun balansında olan transformatora X11 balansında olan yarımstansiyadan elektrik enerjisi verilməli imiş. Müqaviləyə görə həmçinin Kurmanqazi adına X20 tərəfindən “X4 Agentliyində” İstismara buraxılış aktı alınararaq 3(üç) gün müddətində “Azərişıq ASC”-yə təqdim olunmalı imiş. Həmin buraxılış aktı X17 təqdim olunmadığından tərəflərindən Kurmanqazi adına X9 elektrik təminatı dayandırılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə tərəfimizdən X8 İdarəsinə xəbərdarlıq məktubu göndərilmişdir. xx.xx.2024-cü il tarixdə tərəflərindən yenidən X8 İdarəsinə xəbərdarlıq məktubu göndərilmişdir. xx.xx.2024-cü il tarixdə “Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Bərpa, Tikinti və İdarəetmə Xidməti”ndən bizə zəng olunaraq Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə keçiriləcək tədbirin konsert hissəsində Kurmanqazi adına X9 iştirak etməli olduğunu bildirmiş və onlardan müvəqqəti olaraq Yaradıcılıq Mərkəzinə elektrik enerjisi verməyi xahiş etmişdir. Onlar Kurmanqazi adına X16 müvəqqəti olaraq elektrik enerjisi vermişlər. Həmin gün saat 16 radələrində onlar eşitmişlər ki, Fariz adlı şəxs Kurmanqazi adına X9 inzibati binasının həyətində olan transformatora daxil olmuş və nəticədə onu elektrik cərəyanı vurmuşdur. Həmçinin sonradan öyrənmişlər ki, Fariz adlı həmin şəxs Kurmanqazi adına X9 elektrik xətlərinin çəkilməsində iştirak etmiş və ona görə də binanın istilik sistemində yaranan problemi həll etmək üçün Kurmanqazi adına X9 işçiləri tərəfindən oraya dəvət olunmuşdur. Həmin gün Fariz adlı şəxs Kurmanqazi adına X9 işçilərinin zənglərinə cavab vermədiyindən onlar X11 işçisi olan İsmayılın mobil telefonu ilə ona zəng edib çağırmışlar. İsmayıl Fariz adlı şəxsin qonşusu olduğundan onlar hesab etmişlər ki, Fariz İsmayılın zənginə cavab verər. Kurmanqazi adına X9 inzibati binasının həyətində olan transformator həmin müəssisənin balansındadır, X21 həmin transformatora hər hansı formada müdaxilə edə bilməz. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Elşad Füzuli rayonu üzrə nümayəndə təyin olunanda onu tanımışdır. Məhkəmə və Prokurorluqda tərtib olunmuş sənədlərdə “Kurmanqazi” adı çəkilsə də, həmin adda bir müəssisənin olmadığını bildirmişdir. Həmin müəssisənin əməkdaşı, ştat cədvəli, rəhbəri yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi-Füzuli rayon üzrə nümayəndəsi vəzifəsində işləyib. Həmin bina onun tərəfindən təhvil alınmayıb, həmin binanı Qazaxıstandan əməkdaşlar gəlmiş və təhviltəslim götürmüşlər. Sözügedən binanın tikintisi zamanı Fariz həmin şirkətin rəsmi işçisi idi. Hadisə olan gün onun Farizin həmin binaya elektrik enerjisini düzəltməsi üçün gəlməsindən məlumatı olmayıb. O binada elektrik enerjisinin bərpa edilməsi üçün Təqsirləndirilən şəxs heç bir səlahiyyəti yoxdur. Orada tədbir keçirilməsi üçün heç kim ondan və Təqsirləndirilən şəxs icazə almayıb. Həmin binada elektrik montyoru ştatı olduğunu bilmir. Farizə də bu işə görə heç bir ödəniş edilməyib. O, Fariz xəstəxanada olan zaman ona baş çəkməsə də, onun səhhəti ilə tez-tez maraqlandığını bildirmişdir. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X22 bildirmişdir ki, hadisənin baş vermə şəraitini istintaq müəyyən edir. Tərəfindən aparılan tədqiqat zamanı müəyyən olunub ki, baş vermiş hadisənin texniki səbəbi həmin işin görülməsi zamanı transformatordan elektrik cərəyanın dayandırılmaması olmuşdur. Bununla bağlı hansı qaydanın tələbi pozulmuşdursa, onu ekspert rəyində qeyd eləmişdir. Elektrik qurğularında və onların yaxınlığında işləyən zaman həmin qurğular söndürülməlidir. Çünki elektrik cərəyanın təsirinə məruz qalmaq hadisəsi həm toxunmaqla, həm də induksiya təsiri altına düşə bilər. Kim tərəfindən pozulması halı hüquqi tərəfidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 25 dekabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Füzuli şəhərinin işğaldan azad edilmiş ərazisndə yerləşən Kurmanqazi adına X9 inzibati binasının həyətində yerləşir. Belə ki, Kurmanqazi adına X9 həyətində hasara alınmış transformator vardır. Həmin dəmir hasarın uzunluğu 7,60 metr, eni isə 4,60 metr təşkil edir. Elektrik transformatorun uzunluğu 3,20 metr, eni 1,92 metr, hündürlüyü isə 2,90 metr təşkil edir. Transformatorun qarşısında giriş qapısının önündə yerdə yanıq izinə bənzər qaralmış daşlar vardır. Həmin izlərdən sağ tərəfdə hasara qədər və sol tərəfdə hasara qədər məsafə 2,30 metr, həmin izdən dəmir hasarın içərisində yerləşən generatora qədər məsafə 1,10 metr təşkil edir. Baxış iştirakçısı Şahid2 bildirdi ki, 19 dekabr 2024-cü il tarixdə Kurmanqazi adına X7 təxminən 10-15 gün əvvəldən işıqlar kəsilmişdi. İşıq idarəsindən işçilər gəlib elektrik enerjisini bərpa etsələr də, nasosxanada olan olan nasoslar işə düşmədi və binaya su getmədi. Çünki transformator proqramla idarə olunur. Biz İşıq idarəsinin əməkdaşına binaya su getmədiyini dedikdə o cavabında bunun İdarənin səlahiyyətində olmadığını dedi. Mərkəzin tikintisində iştirak edən bir nəfər şəxsin həmin proqramdan anladığını bilirdik. Əvvəllər də bir neçə dəfə gəlib belə problemi aradan qaldırmışdı. Baxış iştirakçısı Alişan Sadıqov bildirdi ki, 19 dekabr 2024-cü il tarixdə həmin Fariz adlı şəxs binanın həyətinə gəldi. O, ilk binanın həyətində olan qazanxanaya daxil olub şitə baxdı. Həmin gün şitin içərisində olan funksiyalar hamısı sönülü vəziyyətdə idi. Daha sonra transformatorun açarını götürüb transformatorun əhatə olunduğu hasarın qapısından içəri keçdi. Daha sonra Fariz içəri daxil olduqda transformatorun solunda yerləşən qapıları açaraq avtomatlara baxdı. Bundan sonra generatora yaxınlaşb hansısa əməliyyatları icra etdik və generator işə düşdü. Daha sonra transformatorun generatorla üzbəüz yerləşən qapısını açdı və transformatorun içinə baxdı. Daha sonra Fariz bizə transformatorun içində qaralma olduğunu və fazanın birinin olmadığını dedi. Fariz transformatorun içinə daxil olmamışdı. Daha sonra Fariz məni qazanxanaya göndərdi ki, su nasoslarının işləyib-işləmədiyini yoxlasın. Su nasoslarını yoxlayıb geri qayıtdıqda transformatorun qarşısında partlayış olduğunu görmüş, Fariz partlayışdan generatorla transformatorun arasında yerə yıxılaraq xırıldamağa başlamışdır. Farizin ağzına əlini salıb dilini çölə çıxartmışdır. Sonra onu avtomobilə qoyaraq xəstəxanaya aparmışlar. Transformatorda və ya ona bağlı işləyən digər qurğularda nə zamansa texniki nasazlığın olması barədə məlumatı olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 mart 2025-ci il tarixli və 10/1426 nömrəli rəydən görünür ki, Füzuli şəhərinin işğaldan azad olunmuş ərazisində yerləşən Kurmanqazi adına X9 inzibati binasının həyətində olan transformatorun izolyasiya məntəqəsinin içərisində elektrik enerjisinin verilişi dayandırılmadan işlərin aparılması hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Elektrik təhlükəsizliyi. Ümumi tələblər. 12.1.019-79DST” – ün 3.4.1 bəndinin tələbləri pozulmuşdur. “Elektrik təhlükəsizliyi. Ümumi tələblər. 12.1.019- 79DST”–ün 3.4.1 bəndinin tələbləri həmin işin aparılması zamanı təhlükəsiz iş şəraitinin yaradılmasını və təhlükəsizik texnikası qaydalarına riayət olunmasını təmin etməli olan şəxs(lər) tərəfindən pozulmuşdur. Müəyyən edilmiş pozuntularla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmaması istintaq tərəfindən müəyyən edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibb ekspertiza və X18 X28 14 fevral 2025-ci il tarixli və 86/MEŞ nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində qeyd olunan xəsarətlər – sağ yuxarı ətrafın saidin orta 1/3dən postoperasion amputasiya ilə nəticələnən dirsək noyağı nahiyəsinin, saidin, əlin və əl barmaqlarının əhatə edən İİİ-İV dərəcəli termiki yanıq yaraları, sağ aşağı ətrafın baldırın orta 1/3-dən postoperasion amputasiya ilə nəticələnən baldırın orta-aşağı 1/3-nin, ayaq pəncəsinin və ayaq barmaqlarının İİİ-İV dərəcəli termiki yanıq yaraları yüksək gərginlikli elektrik cərəyanına qoşulmuş elektrik naqilinin kontakt təsiri nəticəsində (elektrikvurma) əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə törənə bilmələri inkar edilmir; dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəsi olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 idarəsinin 06.xx.xx.2025-ci il tarixli və 3-24-9/2-10/2025 nömrəli məktubdan görünür ki, Qazaxıstan Respublikası tərəfindən Füzuli şəhəri ərazisindən əvəzsiz olaraq Kurmanqazi adına X20 inşa edilmiş və 12 mart 2024-cü il tarixdə Azərbaycan və Qazaxıstan Respublikasının Prezidentlərinin iştirakı ilə açılış mərasimi həyata keçirilmişdir. “Qeyriyaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismara verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanı çərçivəsində Kurmanqazi adına X16 məxsus qeyri-yaşayış sahəsinin istismara qəbul üçün sadələşdirilmiş qaydada icazənin alınması məqsədilə FHN-in X26 ərizə ilə müraciət edilmişdir. Hal-hazırda sözügedən Mərkəzin istismara qəbul edilməsi ilə proses yekunlaşmadığı üçün sorğunuzda göstərilən məlumatların tam şəkildə cavablandırılması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 idarəsinin 06.xx.xx.2025-ci il tarixli və 3-24-9/2-10/2025 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 idarəsinin baş məsləhətçisi, Füzuli rayon üzrə nümayəndəsinin vəzifə təlimatından görünür ki, o, rayonda yerləşən müəssisə və təşkilatların fəaliyyətinə nəzarəti həyata keçirir və əlaqələndirir. İş materiallarında olan cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 31373/2-7696/2025 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə AR MN-nin X8 İdarəsinin baş məsləhətçisi, Füzuli rayon üzrə nümayəndəsi vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən Kurmanqazi adına X16 çağrılmışdır. İş materiallarında olan Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 28 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan cinayət işinin materiallarına əlavə edilmiş Füzuli RMX X28 18 aprel 2025-ci il tarixli, 18-1-36/2-473/2025 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Füzuli rayon X15-Əsəb və Narkoloji Dispanserində qeydiyyatda olmamışdır. İş materiallarında olan cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi-Füzuli rayon üzrə nümayəndəsi vəzifəsinə işə götürülmüşdür. Məhkəmə iclasında video diskin yaddaşına yazılmış video görüntülərə baxılmış və müəyyən olunmuşdur ki, hadisə baş verən gün Zərərçəkmiş şəxs elektrik enerjisində yaranmış nasazlığı aradan qaldırmaq üçün hadisə olan yerə gəlmiş və həmin vaxt Təqsirləndirilən şəxs da onun yanında olmuşdur. Məhkəmə, tədqiq olunmuş cinayət işinin materiallarını, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin və ekspertin ifadələrini, eləcə də iş üzrə keçirilmiş ekspertiza rəylərini və işin digər hallarını nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli düzgün olaraq tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərəkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşaqlarının olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini məqsədəuyğun sayır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi, öz səlahiyyətlərini yerinə yetirərkən cinayət əməli törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, ona əlavə cəza kimi dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etməklə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 308-ci maddəsinin qeyd hissəsinin 3-cü bəndinə görə, bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə, həm də dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri başa düşülür. İş materiallarına əsasən müəyyən edilr ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, oğlu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi-Füzuli rayon üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququnun saxlanılmasını qeyrimümkün hesab etdiyindən, hesab edir ki, ona dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əsas cəza kimi azadlığın məhdudlaşdırılması, əlavə cəza kimi isə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasını təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə, yaşayış yerini – Füzuli rayonu yaşadığı evini saat 22:00-dan - 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; yaşadığı Füzuli rayonu ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası məhkum edilmiş şəxsin yaşayış yeri üzrə Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, barəsində seçilmiş əsas başqa yerə getməmə barəsində iltizam növündə qətimkan tədbiri, əlavə qətimkan tədbiri qismində isə vəzifədən kənarlaşdırma növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı və Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının əvvəli hökm qanuni qüvvəyə mindiyi andan hesablanmadır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cinayət işi üzrə Təqsirləndirilən şəxs maddi və mənəvi zərərin əvəzi olaraq 180000 manat (50000 manat maddi, 100000 manat mənəvi) məbləğində pul vəsaitinin tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən “Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən “Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.” Məhkəmə, prosess iştirakçılarını dinləyib, mülki iddianı və iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarının 72-ci bəndinə əsasən mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəmə qeyd edir ki, mülki iddia üzrə tələb cinayət işi üzrə ittihamda göstərilən maddi ziyanla bilavəsitə bağlı deyil. Belə ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham əmlakla vurulmuş ziyanla bağlı yox, şəxsin sağlamlığın zərər vurmadan ibarətdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiada Təqsirləndirilən şəxs maddi və mənəvi zərərin əvəzi olaraq 180000 (yüz səksən min) manat (50000 manat maddi, 100000 manat mənəvi) məbləğində pul vəsaitinin tutulması tələb etsə, maddi və mənəvi zərərin yaranmasının əsasları, ona həmin məbləğlərdə maddi və mənəvi zərərin dəyməsinə dair hər hansı bir sübut mülki iddiada göstərməməklə, müvafiq sənədlər də ərizəyə əlavə edilməmişdir. Bundan başqa məhkəmə nəzərə alır ki, mülki iddia üzrə tələb cinayət işi üzrə ittihamda göstərilən maddi ziyanla bilavəsitə bağlı olmadığından və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün iş üzrə əlavə araşdırmaların aparılmasının zərurətini yaradır. Bu hal isə cinayət işi üzrə məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi tələbinə dair mülki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin məhkəmə, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs müvafiq iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olduğunu izah edir. Həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirəsi təklif edilən əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198-ci, 344-349-cu, 351-353-cü, 356-cı, 358-ci, 381-ci, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 2 il müddətində dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 5 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının əvvəli hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iddia ərizəsi baxılmamış saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №1(064)-57/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-57/2025
27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver