Məhkəmə qərarları › İş №1(064)-58/2024

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-58/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-58/2024 03.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə X2 Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxx 1994-cü il tarixdə Füzuli rayonu, Dədəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Dədəli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 09 iyun 2024-cu il tarixdə saat 03:30 radələrində Füzuli rayonu, 1 saylı Qayıdış qəsəbəsində, mal-qara satışı bazarının kənarında yerləşən, Zərərçəkmiş şəxs xidmətçi işlədiyi “Şuşa yolu” restoranında tanışı Şahid2 ilə yeyib-içdikdən, həmin restoranı işlədən Şahid1 onlara göstərilmiş xidmət müqabilində hansı məbləğdə pul ödəməli olduğunu soruşduqdan, sonuncunun ona 28 manat məbləğində pul ödəməli olduğunu deməsindən, Şahid1 25 manat məbləğində pul verə biləcəyini dedikdən və sonuncunun onunla razılaşmasından sonra Zərərçəkmiş şəxs ona “30 manat ver, iki manat da mənə qalsın” deməsinə görə sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deyib səs-küy salması və sonuncuya sifət nahiyəsinə sillə ilə bir dəfə qəsdən zərbə vurub sağ gözaltı nahiyədə qançırla müşayiət olunan, sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarət yetirməsi nəticəsində özünü ətrafda olan şəxslərə qarşı qoymaqla, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər edib, ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına və əxlaq normalarına saymamazlıq nümayiş etdirib, orada olan şəxslərə açıqca hörmətsizlik etməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 09 iyun 2024-cü il tarixdə saat 03 radələrində Füzuli rayonu, 1 saylı Qayıdış qəsəbəsində, mal-qara satışı bazarının kənarında yerləşən, Şahid1 işlətdiyi, özünün isə xidmətçi kimi işlədiyi “Şuşa yolu” restoranında olarkən əvvəllər həmin restorana müştəri kimi gəldiklərinə görə tanıdığı Təqsirləndirilən şəxs (bundan sonra – Orxan) və Şahid2 yeyib-içdikdən sonra Orxan onun Tərlanla əyləşdiyi masaya tərəf gəlib onlarla üzbəüz əyləşmiş, ondan göstərilmiş xidmət müqabilində hansı məbləğdə pul ödəməli olduğunu soruşmuşdur. O, Orxana 28 manat məbləğində pul ödəməli olduğunu deyəndə sonuncu Tərlandan 25 manat verməsinin mümkün olub-olmamasını soruşmuş, Tərlan Orxanla razılaşmışdır. Bundan sonra o, Orxandan 28 manat əvəzinə, 25 manat məbləğində pul vermək istəməsinin səbəbini soruşmuş, ona 2 manat pul qalması üçün 30 manat məbləğində pul verməsini istəmişdir. Onun bu sözündən əsəbləşmiş, sərxoş vəziyyətdə olmuş Orxan Tərlana uca səslə “Mən səninlə söhbət edirəm. Başqa bir adam bizim söhbətimizə qarışa bilməz. Söhbətə qarışan qələt edir” sözlərini, onun ünvanına isə nalayiq sözlər demişdir. Buna görə də o, həmin nalayiq sözləri qarşılıqlı olaraq sonuncuya demişdir. Orxan oturmuş vəziyyətdə olarkən əlinin arxası ilə onun sağ gözaltı nahiyəsinə bir dəfə zərbə vurmuş, nəticədə onun burun və gözaltı nahiyələrində şişkinlik yaranmışdır. Tərlan və Sahil Orxanı restorandan çölə çıxarmışlar. Orxan çöldə olanda da uca səslə onun ünvanına nalayiq sözlər demişdir. Həmin vaxt restoranda olmuş şəxslər bundan narahat olub çölə çıxmışlar. O, bundan dərhal sonra Orxanın onu sillə ilə vurması və onun ünvanına nalayiq sözlər deməsi barədə istifadəsində olan ***-***-**-** mobil nömrədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 zəng mərkəzi”nə zəng etməklə və Füzuli Rayon Polis Şöbəsinə yazılı qaydada ərizə verməklə məlumat vermişdir. O, Orxanla barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Buna görə də Orxan barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək, işin hallarının özünə aid müvafiq hissələri barədə Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunda göstərmiş, əlavə olaraq qeyd etmişdir ki, sonuncu ilə barışıq əldə etmiş, iş üzrə törətdiyi əməldən səmimi peşimandır. Buna görə də barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclaslarına şahid qismində dindirilmək üçün bir neçə dəfə lazımi qaydada çağırılsa da, gəlmədiyinə görə Azərbaycan Respublikası CPM-in 337.2 və 329.1-ci maddələrinə əsasən cinayət prosesi tərəflərinin, xüsusilə də, iş üzrə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisinin razılığı ilə elan edilərək tədqiq edilmiş Şahid2 həmin ifadəsində işin faktiki hallarının özünə aid müvafiq hissələri barədə Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunda göstərmişdir (səh. 106, 107). Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Zərərçəkmiş şəxs Füzuli RPŞ-yə ünvanladığı 09 iyun 2024-cü il tarixli yazılı şikayətindən görünür ki, o, müraciətində həmin tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs ona zərbə vurmaqla xəsarət yetirdiyini və onun ünvanına nalayiq sözlər dediyini göstərib, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (səh. 11). - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 iyul 2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, baxışda iştirak etmiş Zərərçəkmiş şəxs iş üzrə hadisənin Füzuli rayonu, 1 saylı Qayıdış qəsəbəsində, mal-qara satışı bazarının kənarında yerləşən “Şuşa yolu” restoranında baş verdiyini göstərmişdir (səh. 47-50). - məhkəmə-tibbi ekspertizasının 10 iyun 2024-cü il tarixli, 160/24 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş sağ gözaltı nahiyədə qançırdan ibarət xəsarət 09 iyun 2024-cü il tarixdə müxtəlif şəraitdə, o cümlədən sillə ilə vurulma nəticəsində yarana bilərdi, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir (səh. 34, 35). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlığa görə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində iş üzrə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmişdir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün məhkəmə istintaqı zamanı verdiyi tam etirafedici ifadəsi, Zərərçəkmiş şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələri, Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsi, iş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 iyul 2024-cü il tarixli protokol və məhkəmə-tibbi ekspertizasının 10 iyun 2024-cü il tarixli, 160/24 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkəti törətməsi əməlində Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. İbtidai istintaq orqanı onun həmin cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (səh. 68). - Füzuli RİHB-nın 1 saylı Qayıdış qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, ünvan 1 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (səh. 117, 118). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də məhkəməyədək icraat zamanı 09 sentyabr 2024-cü il tarixli qərarla (səh. 140, 141) barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Onun barəsində 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar