Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-58/2025 04.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə xx.xx.1988-ci ildə Sabirabad rayonu, Qalağayın kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, hazırda işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində qeydiyyatında olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri və xx.xx.1992-ci ildə Füzuli rayonu, Horadiz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, hazırda işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatında olmaqla, ünvan 2 ünvanında yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 qəsdən öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını qəsdən tamah niyyəti ilə talayaraq mənimsəmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs2 MMC-də gözətçi vəzifəsində işləyərkən həmin MMC-də gözətçi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə 2025ci ilin mart ayı ərzində vahid niyyətlə hərəkət edərək ümumilikdə 5-6 dəfə olmaqla ona etibar edilmiş MMC-nin Füzuli rayonu, Qayıdış-6 qəsəbəsi ərazisində yerləşən 3 saylı anbarından kisəsi 272 manat dəyərində olan 23 kisə AS201 SERB, kisəsi 258 manat dəyərində olan 16 kisə AS201 (80000 Toxum), kisəsi 258 manat dəyərində olan 10 kisə AS72 (80000 Toxum), kisəsi 255 manat dəyərində olan 10 kisə PİONER 1570, kisəsi 255 manat dəyərində olan 26 kisə PİONER 2105, kisəsi 283,90 manat dəyərində olan 4 kisə SY BAMBUS, kisəsi 335 manat dəyərində olan 9 kisə SY GLADİUS çeşidli, ümumi dəyəri 26294,60 (iyirmi altı min iki yüz doxsan dörd manat altmış qəpik) manat məbləğində olan cəmi 98 kisə qarğıdalı toxumlarını götürüb cinayətdən məlumatsız olan Beyləqan şəhər sakini Şahid3 sataraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 MMC-nin ümumilikdə 26294,6 (iyirmi altı min iki yüz doxsan dörd manat altmış qəpik) manat dəyərində əmlakını, yəni ona etibar edilmiş özgə əmlakını qəsdən tamah məqsədi ilə vahid niyyətlə talayaraq mənimsəmişdir. Təqsirləndirilən şəxs2 qəsdən öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını qəsdən tamah niyyəti ilə talayaraq mənimsəmişdir Belə ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 MMC-də gözətçi vəzifəsində işləyərkən həmin MMC-də gözətçi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə 2025ci ilin mart ayı ərzində vahid niyyətlə hərəkət edərək ümumilikdə 5-6 dəfə olmaqla ona etibar edilmiş MMC-nin Füzuli rayonu, Qayıdış-6 qəsəbəsi ərazisində yerləşən 3 saylı anbarından kisəsi 272 manat dəyərində olan 23 kisə AS201 SERB, kisəsi 258 manat dəyərində olan 16 kisə AS201 (80000 Toxum), kisəsi 258 manat dəyərində olan 10 kisə AS72 (80000 Toxum), kisəsi 255 manat dəyərində olan 10 kisə PİONER 1570, kisəsi 255 manat dəyərində olan 26 kisə PİONER 2105, kisəsi 283,90 manat dəyərində olan 4 kisə SY BAMBUS, kisəsi 335 manat dəyərində olan 9 kisə SY GLADİUS çeşidli, ümumi dəyəri 26294,60 (iyirmi altı min iki yüz doxsan dörd manat altmış qəpik) manat məbləğində olan cəmi 98 kisə qarğıdalı toxumlarını götürüb cinayətdən məlumatsız olan Beyləqan şəhər sakini Şahid3 sataraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 MMC-nin ümumilikdə 26294,60 (iyirmi altı min iki yüz doxsan dörd manat altmış qəpik) manat dəyərində əmlakını, yəni ona etibar edilmiş özgə əmlakını qəsdən tamah məqsədi ilə vahid niyyətlə talayaraq mənimsəmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 Tahir oğlu ona CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib etirafedici ifadəsində bildirmişdir ki, əvvəllər psixi xəstəlik keçirməmiş, məhkumluq həyatı yaşamamışdır. 2 ildir ki, Füzuli rayonu, Qayıdış-6 qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-də gözətçi işləmiş, hazırda işdən çıxarılmışdır. Təsərrüfat ərazisində 5 mühafizəçi olur. Bunlardan biri, yəni əsas post təsərrüfatın ərazisinə girişdə yerləşən nəzarət buraxılış məntəqəsidir. Onunla birlikdə təsərrüfatda 18 nəfər gözətçi işləyir. Əmək funksiyasına uyğun olaraq təsərrüfat ərazisində olan əkin sahələrinin, eləcə də anbarların təhlükəsizliyini mühafizə edir. İş qrafikinə uyğun olaraq 2 gündən bir işə çıxır, iş saatı 24 saat təşkil edir. Hazırda əmək məzuniyyətindədir. Təxminən 2025-ci ilin mart ayının əvvəllərində maddi vəziyyəti aşağı olduğundan 3 saylı anbarı təhlükəsizlik kameraları işlək vəziyyətdə olmamasından istifadə edərək qərara gəlmişdir ki, təsərrüfat ərazisində yerləşən 3 saylı anbardan qarğıdalı toxumlarını götürüb sata bilər. Belə ki, təsərrüfat ərazisində olan anbarların 4 giriş qapısı vardır. Bütün qapıların kilidində hər gün ayrı nömrə verilən kodlar olur. Həmin kodlar hər gün başqa nömrəylə əvəz olunur. O, anbarlardan qarğıdaları toxunları götürmək barədə şirkətin digər gözətçisi Təqsirləndirilən şəxs2 dedikdə sonuncu da öz növbəsində onunla razılaşmışdır. Səhv xatırlamırsa, 2025-ci ilin mart ayının 20-də növbədə olmamışdır. Belə ki, o, növbədən çıxmış və yaşadığı evdə istirahət etmişdir. Əbilhəsən saat 20 radələrində ona zəng edərək hazırda digər gözətçi Pərviz Mehrəliyevlə birlikdə növbədə olduğunu bildirmiş və bugün anbardan oğurluq edə biləcəklərini demişdir. Bundan sonra o, həmin təkliflə razılaşmış və bir neçə dəqiqə sonra öz avtomobili ilə təsərrüfatın ərazisinə gəlmişdir. Həmin vaxt Əbilhəsən ərazidə xidmət etmişdir. Digər gözətçi Pərviz isə nəzarət buraxılış postunda xidmət etmişdir. Əbilhəsən ona anbarların açarlarının tərəzi otağında olduğunu və ilk öncə 3 saylı anbarın açarını oradan götürməli olduğunu demişdir. O, bununla razılaşmışdır. Həmin zaman Pərviz də onların yanında olmamışdır. Pərviz nə haqqında danışdıqlarını eşitməmişdir. Bundan sonra Əbilhəsən tərəzi otağının pəncərəsini nazik dəmir xətkeşlə açaraq otağa girib anbarın açarını götürmüşdür. O, Əbilhəsənlə birlikdə anbarın arxa qapısının üstündə olan kodu qırıb, kilidi açarla açaraq anbara daxil olmuşlar. Razılaşmaya görə anbardan çıxardıqları pul Əbilhəsənlə onun arasında bölünməli imiş. Həmçinin Əbilhəsən ona demişdir ki, qırdıqları blompun əvəzinə işlərini bitirdikdən sonra başqa blomp qoyacaqdır. Onlar anbarı açdıqdan sonra “Mercedes Benz E220CD” markalı, **-KV-*** dövlət nömrə nişanlı avtomobilini anbarın arxa qapısının önünə sürmüşdür. Pərviz onu tanıdığından öz avtomobili ilə nəzarət buraxılış məntəqəsindən keçməyinə problem yaratmamışdır. Çünki o, onun Əbilhəsənlə birlikdə təsərrüfatın ərazisindəki anbarlardan mal götürmələrini düşünməmişdir. Əbilhəsənlə birlikdə təxminən 10 kisə qarğıdalı toxumunu anbardan çıxarıb avtomobilin yük yerinə yığmışlar. Anbarın qapısını bağladıqdan sonra o avtomobili yaşadığı evə sürmüşdür. Pərvizin baş verənlərdən xəbəri olmamışdır. Çünki nəzarət buraxılış məntəqəsində xidmət etmiş və yerini boş qoyub oradan ayrıla bilməzmiş. Səhərisi gün o, malları həmin avtomobillə Beyləqan şəhərinə aparıb Mətin adlı şəxsə satmışdır. Mətini əvvəlcədən tanımamışdır. Həmin şəxsi Beyləqan şəhərində soraqlaya-soraqlaya tapmışdır. O, həmin malları Mətin adlı şəxsə hansı qiymətə satdığını dəqiq xatırlamır. Mətin adlı həmin şəxs malların oğurluq obyekti olduğunu bilməmişdir. Təxminən 2 gün sonra növbədə olduğu vaxt Əbilhəsəni təsərrüfatın ərazisinə çağırmış və ona yenidən 3 saylı anbardan qarğıdalı toxumları götürüb satmağı təklif etmişdir. Həmin zaman nəzarət buraxılış postunda Kamil adlı gözətçi xidmət etmişdir. Həmin gün təxminən saat 21-22 radələrində Əbilhəsən təsərrüfatın ərazisinə gəmişdir. Əbilhəsən təsərrüfatın ərazisinə digər gözətçi Oqtayın “Mercedes Benz” markalı avtomobili ilə gəlmişdir. Belə ki, Oqtayın həmin cinayətdən xəbəri olmamışdır. O, Əbilhəsənlə qohum olduğundan sonuncu bəzi hallarda onun avtomobilini idarə etmişdir. Eyni qaydada Əbilhəsən 3 saylı anbarın açarını tərəzi otağından götürmüşdür. Onlar aralarındakı razılığa görə götürdükləri malların satışından əldə etdikləri pulu öz aralarında yarı bölməli imişlər. Eyni qaydada Əbilhəsən arxa qapının blompunu qırmış və açarla içəri daxil olmuşlar və Əbilhəsən bu dəfə də tərəzi otağından yeni blomp gətirmişdir. Anbarın içərisindən 15 kisə qarğıdalı toxumunu avtomobilin yük yerinə yığmışlar. Onlar hansı çeşid qarğıdalı toxumu götürmələrinə fikir verməmişlər. İşlərini bitirdikdən sonra Əbilhəsən həmişəki qaydada açarla anbarın qapısım bağlayıb yeni blompu qapıya keçirmişdir. Daha sonra onlar növbədə olduğu halda Əbilhəsənin idarə etdiyi həmin avtomobillə Beyləqan şəhərinə getmişlər. Kamil onları tanıdığından avtomobilin yük yerini yoxlamamış və onlara hər hansı problem yaratmamışdır. O, Kamilə vacib işinin olduğunu, bir müddət sonra əraziyə qayıdacağını demişdir. Onlar Mətin adlı həmin şəxsə zəng etmişlər və o, gətirdikləri malları yaşadığı evdə qəbul edəcəyini demişdir. X23 şəhərində yaşadığı evə getmişlər və götürdükləri malları ona satmışlar. Mətin yenə də həmin malların cinayət yolu ilə əldə olunduğunu bilməmişdir. Həmin malların qarşılığında Mətin onlara təxminən 1500 manat pul vermişdir. 2025-ci ilin mart ayının sonlarında Əbilhəsən ona zəng edərək Oqtay adlı digər gözətçi ilə növbədə olduğunu bildirmiş və ona eyni qaydada anbardan mal çıxarıb satmağı təklif etmişdir. O, bununla razılaşaraq həmin avtomobili ilə təxminən 21 radələrində təsərrüfatın ərazisinə gəlmişdir. Oqtay həmin gün nəzarət buraxılış məntəqəsində postda olmuşdur. Beləliklə, Əbilhəsən tərəzi otağından 3 saylı anbarın açarını və yeni blompu götürmüş və onlar eyni qaydada 3 saylı anbara daxil olmuşlar. Onlar həmin gün Əbilhəsənlə birlikdə anbardan 10 kisə qarğıdalı toxumu götürüb avtomobilinin yük yerinə yığmışlar. Oqtay onları tanıdığından avtomobilinin təsərrüfatın əraizisinə giriş-çıxışna maneə yaratmamış, eləcə də çıxışda avtomobilimin yük yerini yoxlamamışdır. Çünki o, cinayətdən xəbərsiz olduğu üçün onlardan şübhələnməmişdir. Onlar malları çıxardıqları vaxt Oqtay nəzarət buraxılış məntəqəsini tərk etmədiyindən nə etdiklərini görməmişdir. Onlar malları anbardan çıxardıqdan sonra eyni qaydada anbarın qapısını bağlamışlar. O, həmin gün Mətin adlı şəxsin Beyləqan şəhərində yerləşən mağazasına getmiş və həmin malları təxminən 1000 manata ona satmışdır. O, yenə də malları haradan əldə etdiyini soruşmamışdır. Növbəti dəfə 2025-ci ilin mart ayının sonlarında o, Əbilhəsənlə eyni vaxtda növbədə olmuşdur. Onlar qərara gəlmişlər ki, 3 saylı anbardan yenidən mal çıxarıb aparıb satsınlar. Təxminən saat 21 radələrində Əbilhəsən tərəzi otağına keçib 3 saylı anbarın açarını və yeni blomp götürmüşdür. Onlar eyni qaydada 3 saylı anbara daxil olmuşlar və həmin gün 13-15 kisə qarğıdalı toxumu götürüb avtomobilinin yük yerinə yığmışlar. Eyni qaydada qapını bağlamışlar və o, həmin gün malları Beyləqan şəhərinə aparıb Mətin adlı həmin şəxsin evində ona satmışdır. Mətin adlı şəxs ona 2000 manatdan artıq pul vermişdir. O, yenə də malı hardan əldə etdiyini soruşmamışdır. Onlar hər dəfə əllərində qalan pulu Əbilhəsənlə yarıya bölmüşlər. 2025-ci ilin mart ayının sonlarında Əbilhəsənlə o, eyni qaydada təxminən 5-6 dəfə 3 saylı anbardan 10-15 kisə mal çıxarmış və eyni qaydada Mətin adlı həmin şəxsə satıb hər dəfə əldə etdikləri pulu öz aralarında yarı bölmüşlər. Mətin adlı şəxs ona satılan malların cinayət yolu ilə əldə olunduğunu heç vaxt bilməmişdir. Həmçinin o və Əbilhəsəndən başqa şirkətin hər hansı bir gözətçisinin şirkətin anbarından mal çıxarıb satdıqlarını bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib etirafedici ifadəsində bildirmişdir ki, əvvəllər psixi xəstəlik keçirməmiş, məhkumluq həyatı yaşamamışdır. O, 2 ildir ki, Füzuli rayonu, Qayıdış-5 və Qayıdış-6 qəsəbələri arasında yerləşən "xxxx" MMC-də gözətçi işləmişdir. Hazırda işdən çıxarılmışdır. Təsərrüfat ərazisində 5 mühafizəçi olur. Bunlardan biri əsas post, yəni təsərrafatın ərazisinə girişdə yerləşən nəzarət buraxılış məntəqəsidir. Onunla birlikdə təsərrüfatda 18 nəfər gözətçi işləyir. Əmək funksiyasına uyğun olaraq təsərrüfat ərazisində olan əkin sahələrinin, eləcə də anbarların təhlükəsizliyini mühafizə edir. İş qrafikinə uyğun olaraq 2 gündən bir işə çıxır, iş saatı 24 saat təşkil edir. Hazırda əmək məzuniyyətindədir. Təxminən 2025-ci ilin mart ayının əvvəllərində şirkətin digər mühafizəçisi Vüsal şirkətin 3 saylı anbarından qarğıdalı toxumları götürüb satmağı ona təklif etmişdir. Təxminən 2025-ci ilin mart ayının əvvəllərində maddi vəziyyəti aşağı olduğundan 3 saylı anbarı təhlükəsizlik kameraları işlək vəziyyətdə olmamasından istifadə edərək qərara gəlmişdir ki, təsərrüfat ərazisində yerləşən 3 saylı anbardan qarğıdalı toxumlarını götürüb sata bilər. Belə ki, təsərrüfat ərazisində olan anbarların 4 giriş qapısı vardır. Bütün qapıların kilidində hər gün ayrı nömrə verilən kodlar olur. Həmin kodlar hər gün başqa nömrəylə əvəz olunur. 2025-ci ilin mart ayının 20-də növbədə olarkən saat 20 radələrində Vüsala zəng edərək hazırda digər gözətçi Pərviz Mehrəliyevlə birlikdə növbədə olduğunu bildirmiş və bugün anbardan oğurluq edə biləcəklrini demişdir. Bundan sonra Vüsal həmin təkliflə razılaşmış və bir neçə dəqiqə sonra öz avtomobili ilə təsərrüfatın ərazisinə gəlmişdir. Həmin vaxt ərazidə xidmət etmişdir. Digər gözətçi Pərviz isə nəzarət buraxılış postunda xidmət etmişdir. O, anbarların açarlarının tərəzi otağında olduğunu və ilk öncə 3 saylı anbarın açarını oradan götürməli olduqlarını demişdir. Vüsal bununla razılaşmışdır. Həmin zaman Pərviz yanlarında olmamışdır. Pərviz onların nə haqqında danışdıqlarını eşitməmişdir. Bundan sonra tərəzi otağının pəncərəsini nazik dəmir xətkeşlə aralayaraq otağa girib 3 saylı anbarın açarını götürmüşdür. Belə ki, həmin pəncərədə nasazlıq vardır və pəncərə xətkeşlə ayırdıqda açılır, sonra isə çöldən itələyəndə bağlanır. Bundan sonra Vüsalla birlikdə 3 saylı anbarın arxa qapısının üstündə olan blompu qırıb, kilidi açarla açaraq anbara daxil olmuşlar. Razılaşmaya görə anbardan çıxardıqları pul Vüsalla arasında bölünməli imiş. Həmçinin o, qırdıqları blompun əvəzinə işlərini bitirdikdən sonra başqa blomp qoyacaqmış. Onlar anbarı açdıqdan sonra Vüsal təsərrfat ərazisinə gəldiyi “Mercedes Benz E220CD” markalı, **-KV-*** dövlət nömrə nişanlı avtomobilini 3 saylı anbarın arxa qapısının önünə sürmüşdür. Pərviz onları tanıdığından Vüsalın öz avtomobili ilə nəzarət buraxılış məntəqəsindən keçməyinə problem yaratmamışdır. Çünki o, Vüsalla birlikdə təsərrüfatın ərazisindəki anbarlardan mal götürmələrini düşünməmişdir. Pərviz onlardan şübhələnmədiyindən asanlıqla işimizi görəcəklərini düşünmüşlər. Vüsalla birlikdə təxminən 10 kisə qarğıdalı toxumunu anbardan çıxarıb avtomobilin yük yerinə yığmışlar. Anbarın qapısını bağladıqdan sonra avtomobili yaşadığı evə sürmüşdür. Pərvizin baş verənlərdən xəbəri olmamışdır. Çünki nəzarət buraxılış məntəqəsində xidmət etmiş və yerini boş qoyub oradan ayrıla bilməz. Səhərisi gün Vüsal malları həmin avtomobillə Beyləqan şəhərinə aparıb Mətin adlı şəxsə satmışdır. O, bunu sonradan öyrənmişdir. Mətini əvvəlcədən tanımamışlar. Həmin şəxsi Beyləqan şəhərində soraqlaya-soraqlaya tapmışdır. Vüsalın həmin malları Mətin adlı şəxsə hansı qiymətə satdığını dəqiq xatırlamır. Mətin adlı həmin şəxs malların oğurluq olduğunu bilməmişdir. Təxminən 2 gün sonra Vüsal növbədə olduğu vaxt Əbilhəsəni təsərrüfatın ərazisinə çağırmış və ona yenidən 3 saylı anbardan qarğıdalı toxumları götürüb satmağı təklif etmişdir. Həmin zaman nəzarət buraxılış postunda Kamil adlı gözətçi xidmət etmişdir. Həmin gün, təxminən saat 21-22 radələrində təsərrüfatın ərazisinə gəlmişdir. O, təsərrüfatın ərazisinə digər gözətçi Oqtayın “Mercedes Benz” markalı avtomobili ilə gəlmişdir. Belə ki, Oqtayın həmin cinayətdən xəbəri olmamışdır. Orxan onunla qohum olduğundan bəzi hallarda onun avtomobilini idarə edir. Eyni qaydada o, 3 saylı anbarın açarını tərəzi otağından götürmüşdür. Onlar aralarındakı razılığa görə, götürdükləri malların satışından əldə etdikləri pulu öz aralarında yarı bölməliymişlər. Eyni qaydada Vüsal arxa qapının blompunu qırdı və açarla içəri daxil oldu. Mən isə qapının qarşında gözləyib oraya gəlib-gedənin olub-olmamasına nəzarət etmişdir. Eyni qaydada o, bu dəfə də tərəzi otağından yeni blomp gətirmişdir. Anbarın içərisindən 15 kisə qarğıdalı toxumunu avtomobilin yük yerinə yığmışlar. Onlar hansı çeşid qarğıdalı toxumu götürmələrinə fikir verməmişlər, işlərini bitirdikdən sonra eyni qaydada açarla anbarın qapısım bağlayıb yeni blompu qapıya keçirmişdir. Daha sonra Vüsal növbədə olduğu halda idarə etdiyi həmin avtomobillə Beyləqan şəhərinə getmişlər. Kamil onları tanıdığından avtomobilin yük yerini yoxlamamış və onlara hər hansı problem yaratmamışdır. Vüsal Kamilə vacib işinin olduğunu, bir müddət sonra əraziyə qayıdacağını demişdir. Onlar Mətin adlı həmin şəxsə zəng etmişlər və Mətin adlı şəxs gətirdikləri malları yaşadığı evdə qəbul edəcəyini demişdir. X23 şəhərində yaşadığı evə getmişlər və götürdükləri malları ona satmışlar. Mətin yenə də həmin malların cinayət yolu ilə əldə olunduğunu bilməmişdir. Həmin malların qarşılığında Mətin onlara təxminən 1500 manat pul vermişdir. 2025-ci ilin mart ayının sonlarında Vüsala zəng edərək Oqtay adlı digər gözətçi ilə növbədə olduğunu bildirmiş və ona eyni qaydada anbardan mal çıxarıb satmağı təklif etmişdir. Vüsal bununla razılaşaraq həmin avtomobili ilə təxminən 21 radələrində təsərrüfatın ərazisinə gəlmişdir. Oqtay həmin gün nəzarət buraxılış məntəqəsində postda olmuşdur. Beləliklə, tərəzi otağından 3 saylı anbarın açarını və yeni blomp götürmüşdür, onlar eyni qaydada 3 saylı anbara daxil olmuşlar. Onlar həmin gün Vüsalla birlikdə anbardan 10 kisə qarğıdalı toxumu götürüb avtomobilinin yük yerinə yığmışlar. Oqtay onları tanıdığından avtomobilimin təsərrüfatın əraizisinə giriş-çıxışna maneə yaratmamış, eləcə də çıxışda avtomobilinin yük yerini yoxlamamışdır. Çünki o, cinayətdən xəbərsiz olduğu üçün onlardan şübhələnməmişdir. Onları malları çıxardıqları vaxt Oqtay nəzarət buraxılış məntəqəsini tərk etmədiyindəni nə iş gördüklərini görməmişdir. Onlar malları anbardan çıxarqdıqdan sonra eyni qaydada anbarın qapısını bağlamışlar. Vüsal həmin gün Mətin adlı şəxsin Beyləqan şəhərində yerləşən mağazasına getmiş və həmin malları təxminən 1000 manata ona satmışdır. Bildiyinə görə Mətin yenə də malları haradan əldə etdiyini soruşmamışdır. Növbəti dəfə 2025-ci ilin mart ayının sonlarında Vüsalla eyni vaxtda növbədə olmuşlar. Onlar qərara gəlmişlər ki, 3 saylı anbardan yenidən mal çıxarıb aparıb satsınlar. Təxminən saat 21 radələrində tərəzi otağına keçib 3 saylı anbarın açarını və yeni blomp götürmüşdür. Vüsal eyni qaydada 3 saylı anbara daxil olmuş və həmin gün 13-15 kisə qarğıdalı toxumu götürüb Vüsalın avtomobilinə yük yerinə yığmışlar. O, yenə də daha çox qapının ağzında gözləmişdir ki, gəlib-gedən olanda Vüsala xəbər etsin. Eyni qaydada qapını bağlamışlar və Vüsal həmin gün malları Beyləqan şəhərinə aparıb Mətin adlı həmin şəxsin evində ona satmışdır. Mətin Vüsala 2000 manatdan artıq pul vermişdir. Onlar hər dəfə əllərində qalan pulu Vüsalla yarıya bölürmüşlər. 2025-ci ilin mart ayının sonlarında Vüsalla eyni qayda səhv etmirsə 5-6 dəfə 3 saylı anbardan 10-15 kisə mal çıxarmış və eyni qaydada Mətin adlı həmin şəxsə satıb hər dəfə əldə etdikləri pulu öz aralarında yarı bölmüşlər. Heç zaman Mətin adlı şəxs bizə satdıqları malların cinayət yolu ilə əldə olunduğunu bilməmişdir. Həmçinin o və Vüsaldan başqa şirkətin hər hansı bir gözətçisinin şirkətin anbarından mal çıxarıb satdıqlarını bilməmişdir. Onlar həmişə sözügedən cinayətləri Oqtay, Pərvizin və Kamilin növbəsində etmişlər. Onların heç biri cinayətdən xəbərdar olmamışlar. Çünki onlar hər dəfə nəzarət buraxılış məntəqəsində xidmət etmişlər və həmin postu tərk etmədiklərindən onların anbardan malları çıxarmalarını görməmişlər. Eyni zamanda onlar şirkətin gözətçiləri olduqlarından onlardan şöbhələnməmiş, avtomobillərini yoxlamamışlar və onlar da də hər dəfə təsərrüfatın ərazisinə rahat girib-çıxmışlar. Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi X16 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli etibarnamə ilə bütün digər dövlət və qeyri-dövlət orqanları və bütün instansiya məhkəmələrində MMC-ni təmsil etmək hüququ vardır. Zərərçəkmiş şəxs2 MMC xx.xx.2023-cü il tarixdən fəaliyyətə başlamış, həmin tarixdə də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** saylı Şəhadətnamə (VÖEN) ilə qeydiyyata alınmışdır. Zərərçəkmiş şəxs2 Məhdud Məsuliyyəti Cəmiyyətinin Füzuli rayonu, Qayıdış-6 qəsəbəsində yerləşən 3 saylı anbarından 2025-ci ilin mart ayı ərzində ümumi dəyəri 26294,60 AZN (iyirmi altı min iki yüz doxsan dörd manat, altmış qəpik) olan cəmi 98 kisə qarğıdalı toxumu oğurlanmışdır. ********* nömrəli cinayət işinin istintaqı zamanı müəyyən olunmuşdur ki, 2025-ci ilin mart ayı ərzində müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs2 MMC-yə məxsus 272 manat dəyərində 23 kisə AS201 SERB, kisəsi 258 manat dəyərində olan 16 kisə AS201 (80000 toxum), kisəsi 258 manat dəyərində olan 10 kisə AS72 (80000 toxum), kisəsi 255 manat dəyərində olan 10 kisə Pioner 1570, kisəsi 255 manat dəyərində olan 26 kisə Pioner 2105, kisəsi 283.90 manat dəyərində olan 4 kisə SY Bambus, kisəsi 335 manat dəyərində olan 9 kisə SY Gladius çeşidli ümumi dəyəri 26 294.60 (iyirmi altı min iki yüz doxsan dörd manat altmış qəpik) olan cəmi 98 kisə qarğıdalı toxumu Zərərçəkmiş şəxs2 MMC-nin sabiq işçiləri - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən mənimsənilmişdir. Beləliklə, Zərərçəkmiş şəxs2 MMC-yə ********* nömrəli cinayət işi üzrə 26294,60 AZN (iyirmi altı min iki yüz doxsan dörd manat, altmış qəpik) maddi ziyan dəymiş və təqsirləndirilən şəxslər tərəfindən ümumilikdə 13 153.80 AZN (on üç min yüz əlli üç manat səksən qəpik) məbləğində vəsait natura formasında Cəmiyyətə ödənilmiş, eyni zamanda Təqsirləndirilən şəxs2 366 manat, Təqsirləndirilən şəxs1 411.12 manat Cəmiyyətin nəfinə qismən tutulmuşdur. Belə olan halda ödənilməmiş zərərin məbləği 12363,68 (on iki min üç yüz altmış manat altmış səkkiz qəpik) manat olaraq müəyyənləşdirilmişdir. Cavabdehlər tərəfindən yerdə qalan vurulmuş zərərin ödənilməsi ilə bağlı hər hansı addım atılmamışdır. Zərərçəkmişin nümayəndəsi cinayət işi üzrə verilmiş mülki iddianın təmin edilməsini və cinayət işi üzrə mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 12363,68 (on iki min üç yüz altmış manat altmış səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş 127,09 manat dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Beyləqan şəhərində yerləşən kənd təsərrüfatı məhsullarının satışı ilə məşğuldur. Onun Beyləqan şəhərində yerləşən həmin işləri gördüyü obyekti vardır. 2025- ci ilin mart ayının əvvəllərində 2 nəfər şəxs obyektə yaxınlaşaraq xeyli sayda kisə qarğıdalı toxumu olduğunu bildirmişlər və ondan həmin qarğıdalı toxumunu almaq istəyib-istəmədiyini soruşmuşlar. O, qiymətdə razılaşacağı təqdirdə ala biləcəyini demişdir. Həmin mallar səhv 3 növ çeşiddə olmuşdur. O, hesablayıb 6200 manat qarşılığında həmin malları ala biləcəyini demişdir. Rayon prokurorluğuna verdiyi izahatında onların 2 ya 3 dəfəyə 52 kisə malı ona verdiklərini demişdir. Lakin indi xatırlayır ki, onların verdikləri kisə sayı 52-dən artıqdır, lakin tam sayını dəqiq bilmir. Həmçinin həmin şəxslərin malları ona yaşadığı evdə və ya mağazasında satdıqlarını da dəqiq xatırlamır. Həmçinin hər dəfəsində neçə kisə gətirdiklərini və onun hər dəfə hansı məbləğdə pul verdiyini xatırlamır. Lakin onlar həmin malları 2025-ci ilin mart ayının əvvəlində gətirib ona vermişlər. Malları verən şəxsləri mən tanımır, onları əvvəldən də tanımamışdır. O, ümumi olaraq həmin şəxslərə 6200 manat pul vermişdir. Həmin şəxslər malları ona verərkən malları haradan və necə əldə etdiklərini deməmişlər. O da bu barədə onlardan nəsə soruşmamışdır. Həmin 2 nəfər şəxsi o, sonradan görməmiş, onlarla arasında hər hansı danışıq olmamışdır. O, həmin malları alarkən həmin malların cinayət yolu ilə əldə olunduğunu bilməmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, təxminən 2 ildir ki Füzuli rayonu, Qayıdış-6 qəsəbəsi ərazisində yerləşən “Eden Aqro MMC”-də gözətçi işləyir. Təsərrüfat ərazisində 5 mühafizəçi olur. Bunlardan biri, yəni əsas post təsərrafatın ərazisinə girişdə yerləşən nəzarət buraxılış məntəqəsidir. Onunla birlikdə təsərrüfatda 18 nəfər gözətçi işləyir. Əmək funksiyasına uyğun olaraq təsərrüfat ərazisində olan əkin sahələrinin, eləcə də anbarların, anbarlarda olan malların təhlükəsizliyini mühafizə edir. İş qrafikinə uyğun olaraq 2 gündən bir işə çıxır, iş saatı 24 saat təşkil edir. Hər hansı anbardan hər hansı malın oğurlanmasından xəbəri olmamışdır. O, xidmətd olduğum müddətdə hər hansı şirkətin başqa işçisinin və ya gözətçinin anbarlardan mal çıxarıb aparmasının şahidi olmamışdır. Həmçinin o, xidmətdə olduğu müddətdə şirkətin işçilərindən başqa hər hansı kənar şəxsin təsərrüfatın ərazisinə daxil olmasına icazə verməmişdir, şirkətdə gözətçi işləyən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xidmətdə olduqda və ya xidmətdə olmadıqları halda hər hansı avtomobillə təsərrrüfatın ərazisinə girmələri və ya çıxmalarımnın təfərrüatlarını dəqiq xatırlamır. Onlar şirkətin gözətçiləri olduqlarından biz digər gözətçilər olaraq onların təsərrfat ərazisinə daxil olduqları avtomobilləri heç zaman yoxlamamışlar. Ümumiyyətlə o, heç zaman onlardan cinayət törətmələri barədə şübhələnməmişdir. O, sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təsərrüfatın 3 saylı anbarından qarğıdalı toxumlarım çıxarıb aparmışlar. İş üzrə şahid qismində dindirilmiş X6 və Şahid6 X3 ifadəsinə oxşar ifadə verdilər. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə bildirmişdir ki, Füzuli rayonu, Qayıdış-5 qəsəbəsi ərazisində yerləşən Aqroparkda anbardar işləyir. Həmin aqroparkı Zərərçəkmiş şəxs1 MMC-nin törəmə müəssisəsi olan "xxxx" MMC idarə edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Onlar həmin aqroparkda gözətçi vəzifələrində işləyirlər. Onlarla dostluğu, qohumluğu və düşmənçiliyi yoxdur. Təsərrüfat rəhbəri kimi əmək funksiyası görülən işlərə ümumi nəzarət, işlərin miqyaslı planlaması, sifarişlərin hazırlanması, tələbnamələrin təsdiq olunması və s.-dir . xx.xx.2025- ci il tarixdə anbardar Şahid7la birlikdə 3 saylı anbardan 98 kisə qarğıdalı toxumunun (dəyəri 29400 manat) kəm olduğunu aşkar etmişlər. xx.xx.2025-ci il tarixdə şirkətin Füzuli rayonu, Qayıdış-5 və Qayıdış-6 qəsəbəsi ərazisində yerləşən anbarından talama edilməsinə dair DİN-nin 102 zəng xidmətinə Zərərçəkmiş şəxs2 MMC-nin işçiləri məlumat vermişlər. Bundan başqa şirkətdə 24 saat ərzində gözətçilər xidmət göstərirlər. Hər gün şirkətdə 3 gözətçi xidmət edir. Ona həmin malların kim və ya kimlər tərəfindən talanması məlum olmamışdır. Lakin sonradan məlum olmuş ki, mallar gözətçilər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən talanmışdır. Həmin şəxslərlə hər hansı ədavəti və ya düşmənçiliyi yoxdur. Konkret olaraq təftiş zamanı 23 kisə AS201 SERB, 16 kisə AS201, 10 kisə AS72, 10 kisə PİONER 1570, 26 kisə PİONER 2105, 4 kisə SY BAMBUS, 9 kisə SY GLADİUS çeşiddə qarğıdalı toxumları əksik olduğu müəyyən edilmişdir. Həmin malların şirkətə təhvil verilməsi, anbarlara təhvil verilməsinə təhvil-təslim aktları ilkin araşdırma zamanı istintaqa təqdim edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid7 Şahid1 ifadəsinə oxşar ifadə verdilər. İş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, o, 3 ildir ki, Füzuli rayonu, Qayıdış-5 qəsəbəsi ərazisində yerləşən Aqroparkda anbardar işləyir. Həmin aqroparkı Zərərçəkmiş şəxs1 MMC-nin törəmə müəssisəsi olan "xxxx" MMC idarə edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Onlar həmin aqroparkda gözətçi vəzifələrində işləyirlər. Onlarla dostluğu, qohumluğu və düşmənçiliyi yoxdur. Anbardar köməkçisi kimi əmək funksiyası anbara daxil olan malları qəbul etmək və təyinatı üzrə təhvil vermək işinə yardım etməkdən ibarətdir. xx.xx.2025- ci il tarixdə anbardar Şahid7la birlikdə 3 saylı anbardan 98 kisə qarğıdalı toxumunun (dəyəri 29400 manat) kəm olduğunu aşkar etmişlər. Bundan sonra onlar bu barədə təsərrüfat rəhbəri Famil müəllimə məlumat vermişlər. xx.xx.2025-ci il tarixdə Şirkətin Füzuli rayonu, Qayıdış-5 və Qayıdış-6 qəsəbəsi ərazisində yerləşən anbarından talama edilməsinə dair Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə Zərərçəkmiş şəxs2 MMC- nin işçiləri məlumat vermişlər. Daha sonra öyrənmişdir ki, həmin malları şirkətin gözətçiləri olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürmüşlər. Belə ki, anbarın açarları aqroparkda yerləşən tərəzi otağında olur. Onlar həmin açarları iş saatı 18:00-da bitib mən evdə gedəndə həmin otaqda çəkməcələrə qoyurlar. Həmçinin anbarların qapısının kilidində hər dəfə açılanda yeni blomp qoyulur. O, sonradan həmçinin eşitmişdir ki, həmin gözətçilər 2025-ci ilin mart ayı ərzində tərəzi otağının pəncərəsini dəmir xətkeşlə aralayıb tərəzi otağına daxil olub açarları götürərək 3 saylı anbara daxil olmuşlar. Həmçinin onlar işlərini bitirdikdən sonra açarları yerinə qoyub, eləcə də pəncərələri çöldən möhkəm bağlayıb getmişlər. Onun sözügedən prosesdə heç bir iştirakı və məlumatı olmamışdır. Tərəzi otağında anbara daxil olan və anbardan çıxan malların çəkilməsi üçün istifadə edilir. Həmin otaqda həmçinin onlardan başqa operator da oturur. Konkret olaraq təftiş zamanı 23 kisə AS201 SERB, 16 kisə AS201, 10 kisə AS72, 10 kisə PİONER 1570, 26 kisə PİONER 2105, 4 kisə SY BAMBUS, 9 kisə SY GLADİUS çeşiddə qarğıdalı toxumları əksik olduğu müəyyən edilmişdir. Həmin malların şirkətə təhvil verilməsi, anbarlara təhvil verilməsinə dair təhvil-təslim aktları ilkin araşdırma zamanı istintaqa təqdim edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid9 Şahid8 ifadəsinə oxşar ifadə verdi. Cinayət işinin materiallarının 15-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli təhviltəslim aktından görünür ki, xx.xx.2025-ci il tarixdə 74 və 45 kisə qarğıdalı toxumu Zərərçəkmiş şəxs2 MMC tərəfindən təhvil alınmışdır. Cinayət işinin materiallarının 16-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli təhviltəslim aktından görünür ki, xx.xx.2025-ci il tarixdə 69 kisə SY GLADİUS çeşidli, 30 kisə SY MİAMİ çeşidli qarğıdalı toxumu Zərərçəkmiş şəxs2 MMC tərəfindən təhvil alınmışdır. Cinayət işinin materiallarının 17-ci vərəqəsində olan 27 yanvar 2025-ci il tarixli alqısatqı müqaviləsinə dair təhvil-təslim aktından görünür ki, 70 kisə SY BAMBUS çeşidli, 1 kisə SY GLADİUS çeşidli qarğıdalı toxumu Zərərçəkmiş şəxs2 MMC tərəfindən təhvil alınmışdır. Cinayət işinin materiallarının 18-ci vərəqəsində olan 27 yanvar 2025-ci il tarixli alqısatqı müqaviləsinə dair təhvil-təslim aktından görünür ki, 170 kisə SY FREGAT çeşidli qarğıdalı toxumu Zərərçəkmiş şəxs2 MMC tərəfindən təhvil alınmışdır. Cinayət işinin materiallarının 19-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına cavab raportdan görünür ki, Füzuli rayonu, Qayıdış-5 və Qayıdış-6 qəsəbələri ərazisində yerləşən Zərərçəkmiş şəxs2 MMC-nin 3 saylı anbarından dəqiq bilinməyən tarixdə ümumilikdə 98 kisə qarğıdalı toxumunu şirkətdə gözətçi işləyən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən mənimsənilmişdir. Cinayət işinin materiallarının 186-cı vərəqəsində olan Azərbaycan Respublikası DİNin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 26 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarının 187-ci vərəqəsində olan Azərbaycan Respublikası DİNin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 26 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarının 116-117-ci vərəqələrində olan əlavə edilmiş Füzuli RMX X27 21 may 2025-ci il tarixli, 18-1-36/2-581/2025 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 Füzuli rayon X12-Əsəb və Dispanserində qeydiyyatda olmamışdır. Cinayət işinin materiallarının 195-196-cı vərəqələrində olan Füzuli RMX X27 18 iyun 2025-ci il tarixli, 18-1-36/2-673/2025 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 Füzuli rayon X12-Əsəb və Narkoloji Dispanserində qeydiyyatda olmamışdır. Cinayət işinin materiallarının 139-143-cü vərəqələrində olan əlavə edilmiş tam maddi məsuliyyət haqqında bağlanmış müqavilədən görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 MMC tərəfindən gözətçi kimi işə götürülmüşdür. Cinayət işinin materiallarının 144-148-ci vərəqələrində olan tam maddi məsuliyyət haqqında bağlanmış müqavilədən görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 MMC tərəfindən gözətçi kimi işə götürülmüşdür. Cinayət işinin materiallarının 231-ci vərəqəsində Zərərçəkmiş şəxs2 MMC-dən daxil olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ********* nömrəli cinayət işi üzrə Cəmiyyətə dəymiş zərərdən ümumilikdə 13153,80 manat məbləğində vəsait natura şəklində Cəmiyyətə ödənilmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs2 366 manat, Təqsirləndirilən şəxs1 411,12 manat məbləğində vəsait Cəmiyyətin nəfinə qismən tutulmuşdur. Yekun olaraq ödənilməmiş zərərin məbləği 12363,68 manat təşkil edir. Belə ki, cinayət işinin materiallarının 129-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, iş üzrə əvvəl edilən müraciətlərdə və verilən izahatlarda cinayət nəticəsində dəymiş ziyanın məbləği səhvən 29400 manat göstərilmiş, lakin sonradan daxili yoxlama nəticəsində dəymiş ziyanın 26294,60 manat olduğu müəyyən edilmişdir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, sayım barədə tərtib edilmiş sənəddə 272 manat dəyərində olan 23 kisə AS201 SERB, kisəsi 258 manat dəyərində olan 16 kisə AS201 (80000 Toxum), kisəsi 258 manat dəyərində olan 10 kisə AS72 (80000 Toxum), kisəsi 255 manat dəyərində olan 10 kisə PİONER 1570, kisəsi 255 manat dəyərində olan 26 kisə PİONER 2105, kisəsi 283,90 manat dəyərində olan 4 kisə SY BAMBUS, kisəsi 335 manat dəyərində olan 9 kisə SY GLADİUS çeşidli, ümumi dəyəri 26294,60 (iyirmi altı min iki yüz doxsan dörd manat altmış qəpik) manat məbləğində olan cəmi 98 kisə qarğıdalı toxumları əksikdir. Cinayət işinin materiallarına əlavə edilmiş Füzuli rayon İcra Hakimiyyəti Başçısının Qayıdış-1 qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 qəsəbə icra nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunur. Cinayətişinin materiallarına əlavə edilmiş Füzuli rayon İcra Hakimiyyət Başçısının Qayıdış-10 qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 qəsəbə icra nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Füzuli rayon icra Hakimiyyəti Başçısının Qayıdış-1 qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 18 iyun 2025-ci il tarixli, 5-43-46/2-89/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda həqiqətən də ünvan 3 ünvanında yaşayır. Onun ailə üzvləri atası X14 (xx.xx.1957), anası X4 (xx.xx.1961), həyat yoldaşı X13 (xx.xx.1991), qızı X7 (xx.xx.2018), qızı X2 (xx.xx.2022) ibarətdir. Cinayətişinin materiallarında olan mülki iddianın məzmunundan müəyyən olunur ki, cinayət işi üzrə mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 12363,68 (on iki min üç yüz altmış manat altmış səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş 127,09 manat dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə zərərçəkmiş şəxsin nümayəndəsi X8 “cinayət işinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması” barədə vəsatətinə münasibət bildirərək qeyd edir ki, vəsatət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, göstərilən vəsatət, yəni şahidlər Oqtay Muradzadə, Şahid5, Şahid6 əməllərində cinayət tərkibinin mövcudluğunun istintaq orqanı tərəfindən yenidən aydınlaşdırılması ibtidai istintaq zamanı verilmiş, lakin həmin şəxslərin əməllərində cinayət tərkibinin əlamətləri olmadığıdan vəsatət təmin edilməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı Oqtay Muradzadə, Şahid5, Şahid6 ifadələri alınan zaman vəsatətdə qeyd olunun xüsusatları təsdiq etmədilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə görə Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Qanunvericiliyin tələbindən də aydın olur ki, bu tələb imperativ xarakter daşımır. Göstərilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin nümayəndəsi X16 tərəfindən verilmiş vəsatət təmin edilməməlidir. Məhkəmə iş materialları əsasında müəyyən edir ki, istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilmiş və Azərbaycan Respublikası CPM-in 289.3.3-cü maddəsinə əsasən özünü müdafiə üçün heç bir dəlil gətirməmişdirlər. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən, zərərçəkmiş şəxsin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2-ci maddəsinə əsasən eyni əməllər: 179.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 179.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini və törətdikləri əməldən səmimi peşiman olmalarını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı 2 uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Qeyd olunanları nəzərə almaqla Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş 1(bir) 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş 1(bir) 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə saat 10:20-dən xx.xx.2025-ci il tarixdə saat 16:05-dək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət bir gün iki günə bərabər tutulmaqla hesablanıb ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, onun üzərinə qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Dövlət ittihamçısı çıxışı zamanı təqsirləndirilən şəxslərə əlavə caza kimi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün seçilməsi ilə bağlı təklifi təmin edilməməlidir. Belə ki, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Belə olan halda, Məhkəmə işin hallarını araşdıraraq bu qənaətə gəlir ki, təqsirləndirillən şəxslər barəsində əlavə cəzanın seçilməsi məqsədəmüvafiq hesab edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur, eləcə də əmlak üzərinə həbs qoyulmamışdır. Cinayət işi üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəbdən dövlət nəfinə alına bilmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak tələbi yoxdur. Məhkəmə verilmiş mülki iddia ilə bağlı araşdırma apararaq hesab edir ki, cinayət işi üzrə mülki iddiaçı, Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş mülki iddia təqsirləndirilən şəxslər tərəfindən mübahisələndirilmədiyindən və iş materialları ilə öz təsdiqini tapdığından təmin edilməli, cinayət işi üzrə mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 12363,68 (on iki min üç yüz altmış manat altmış səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş 127,09 manat dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə saat 10:20-dən xx.xx.2025-ci il tarixdə saat 16:05-dək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət bir gün iki günə bərabər tutulmaqla hesablanıb ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın. Onun üzərinə qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddiaçı, Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş mülki iddia təmin edilsin. Cinayət işi üzrə mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 12363,68 (on iki min üç yüz altmış manat altmış səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş 127,09 manat dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs2 MMC-yə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №1(064)-58/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-58/2025
04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver