Məhkəmə qərarları › İş №1(064)-6/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-6/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-6/2025 24.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X30, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə X16 Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X7 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi –Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və hazırda cəza çəkən, işsiz, barəsində bu iş üzrə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 310-cu maddələri ilə təqsirləndirilməsinə, xx xxxx 1995-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, məhkum edilməmiş, işsiz, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Füzuli rayonu, Böyükbəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 178.2.1, 178.2.4 və 32.5, 310-cu maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X12 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilir ondan ötrü ki, o, qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, qeyrisinin köməkçiliyi ilə özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək fiziki və hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “n” saylı Hərbi Hissəsindən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində həqiqi hərbi xidmətə köçürülməsində köməklik göstərilməsi ilə əlaqədar 2022-ci ilin may ayında özünə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə müraciət etmiş Zərərçəkmiş şəxs qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 məsləhət və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi yardımda ifadə olunan köməkçiliyi ilə özbaşına özünü vəzifəli şəxs, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edərək yaxın münasibətdə olduğu həmin Nazirliyin rəhbər vəzifəli şəxsinin vasitəsilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətli rəhbər vəzifəli şəxslərinin qərarlarına təsir göstərməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən Dövlət Təhlükəsizliyi Xidmətinə həqiqi hərbi xidmətə köçürülməsi imkanlarının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə, yəni Zərərçəkmiş şəxs Dövlət Təhlükəsizliyi Xidmətinə yerdəyişmə yolu ilə işə qəbul edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə birbaşa yolla maddi nemət olan 15.000 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət qismində verilməsinin zəruri olmasını 2022-ci ilin may ayında “Whatsapp” tətbiqi vasitəsilə aralarında olan yazışmalar zamanı aldatmaqla bildirib, Zərərçəkmiş şəxs razılığını almaqla sövdələşib, həmin niyyətlə Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində "xxxx" ASC-yə məxsus bankda olan hesabından cinayətdən xəbərsiz Şahid1 məxsus olmaqla qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 istifadəsində olan “Azərbaycan Beynəlxalq” bankına məxsus hesabına bağlı olan 4127 2081 1348 0122 nömrəli plastik kart hesabına 10.000 manat, 23 avqust 2022-ci il tarixdə qeyd edilən yerdə "xxxx" ASC-yə məxsus bankda olan hesabından həmin kart hesabına 5.000 manat pul vəsaitinin köçürülməsinə nail olub, həmin pul vəsaitlərinin qeyd edilən tarixlərdə ünvan 4ində yerləşən bankomatdan qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə nağdlaşdırmaqla qeyd edilən ərəfədə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus vahid niyyətlə xeyli miqdarda ümumilikdə 15.000 (on beş min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq yolu ilə ələ keçirmiş, Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4 və 32.5, 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilir ondan ötrü ki, o, qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, qeyrisinin özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək fiziki və hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsənilməsində köməkçi qismində iştirak etmişdir. Belə ki, o, tanışı X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “n” saylı Hərbi Hissəsindən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində həqiqi hərbi xidmətə köçürülməsində köməklik göstərilməsi ilə əlaqədar 2022-ci ilin may ayında özlərinə müraciət etmiş Zərərçəkmiş şəxs qabaqcadan əlbir olduğu Fizulu Qəhrəmanovun vəzifəli şəxs, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edərək yaxın münasibətdə olduğu həmin Nazirliyin rəhbər vəzifəli şəxsinin vasitəsilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətli rəhbər vəzifəli şəxslərinin qərarlarına təsir göstərməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən Dövlət Təhlükəsizliyi Xidmətinə həqiqi hərbi xidmətə köçürülməsi imkanlarının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə, yəni Zərərçəkmiş şəxs Dövlət Təhlükəsizliyi Xidmətinə yerdəyişmə yolu ilə işə qəbul edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə birbaşa yolla maddi nemət olan 15.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2022-ci ilin may ayında “Whatsapp” tətbiqi vasitəsilə aralarında olan yazışmalar zamanı aldatmaqla bildirib, Zərərçəkmiş şəxs razılığını almaqla sövdələşib, həmin niyyətlə Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində "xxxx" ASC-yə məxsus bankda olan hesabından cinayətdən xəbərsiz Şahid1 məxsus olmaqla özünün istifadəsində olan “Azərbaycan Beynəlxalq” bankına məxsus hesabına bağlı olan 4127 2081 1348 0122 nömrəli plastik kart hesabına 10.000 manat, 23 avqust 2022-ci il tarixdə qeyd edilən yerdə "xxxx" ASC-yə məxsus bankda olan hesabından həmin kart hesabına 5.000 manat pul vəsaitinin köçürülməsinə nail olub, həmin pul vəsaitlərinin qeyd edilən tarixlərdə ünvan 4ində yerləşən bankomatdan nağdlaşdırmaqla qeyd edilən ərəfədə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus vahid niyyətlə xeyli miqdarda ümumilikdə 15.000 (on beş min) manat məbləğində pul vəsaitini Fizuli Qəhrəmanovla qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq yolu ilə ələ keçirmiş, qabaqcadan əlbir olduğu Fizuli Qəhrəmanovun Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsənilməsində köməkçi qismində iştirak etmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs X12 ona Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4 və 310-cu maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2006- 2014-cü il tarixlərdə Azərbaycan Respulikası Silahlı Qüvvələrində zabit kimi xidmət etmiş, 2014-cü il tarixdə Naxçıvan MR-də xidməti vəzifəsinin icrası zamanı top mərmisi partlamış və nəticədə xəsarət alaraq ordu sıralarından xaric olunmuşdur. Təxris olunan zaman son vəzifəsi tağım komandiri olmuş, rütbəsi isə baş leytenant olmuşdur. Təxris olunduqdan sonra balıq satışı ilə məşğul olmuş, rəsmi olaraq heç yerdə işləməmişdir. Təxminən 3 il bundan öncə Müdafiə Nazirliyinin nəzdində olan Hərbi Hospitalın qarşısında Təqsirləndirilən şəxs2la tanış olmuşdur. Belə ki, hər ikisi həkim komissiyasından keçmək üçün ora getmiş və növbədə olan zaman söhbətləri tutduğu üçün aralarında tanışlıq yaranmışdır. Təxminən 1 ildən çox yoldaşlıq münasibəti olduqdan sonra günlərin birində İlkin ona müraciət edərək 15.000 manat qumar borcunun yarandığını, borc yiyələrinin ondan əl çəkmədiyini və həmin borcun bağlanması üçün köməklik etməyini xahiş etmişdir. O, İlkinə maddi imkanının çox aşağı olduğunu bildirmiş və ona maddi köməklik etmə imkanının olmadığını demişdir. Təxminən 2-3 gündən sonra İlkin istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək onunla vacib işinin olduğunu bildirmiş və onu hərbi hospitalın yanında görüşə çağırmışdır. Dəqiq xatırlamadığı tarixdə o, İlkinlə həmin yerdə görüşmüşdür. İlkin ona bir nəfər tanışının olduğunu, həmin şəxsin Dövlət Təhlükəsizliyi Xidmətinə təyinat almasında köməklik edəcəyini vəd edərək ondan aldığı pul vəsaiti ilə qumar borcunu bağlayacağını, işə qəbul ediləcəyini vəd etdiyi şəxsə təyinat məsələsini yüksək vəzifəli şəxsin köməkliyi ilə edəcəyini bildirdiyini və onu həmin şəxsə vəzifəli şəxs kimi təqdim edəcəyini demiş, bu işdə ona köməklik etməyini xahiş etmişdir. O, İlkindən birdən iş düzəlməsə nə olacağını soruşduqda İlkin ona özünün toy mərasimini edərək toydan yığdığı pulla həmin pul vəsaitini geri qaytaracağını bildirmişdir. İlkinlə yoldaşlıq münasibəti olduğu üçün sonuncu ilə razılaşmışdır. İlkin pul alaraq işə qəbul etdirəcəyini vəd etdiyi şəxsin adının Cavid olduğunu və onunla yaxın müddət ərzində görüş təşkil edəcəyini və onun da həmin görüşdə iştrak etməyini xahiş etmiş və bu barədə ona xəbər verəcəyini bildirmişdir. Təxminən 2022-ci ilin avqust ayında İlkin, o və Cavid “20 Yanvar” dairəsi yaxınlığında yerləşən adını xatırlamadığı iaşə obyektində görüşmüşlər. Görüş zamanı İlkinin əvvəlcədən onu təlimatlandırdığı qaydada Cavid adlı şəxsə sonuncunun işə qəbul olunması ilə bağlı hal-hazırda işlərin getdiyini, əmr verildikdən sonra 2-3 ay müddətinə təlim kursuna gedəcəyini, kurs zamanı da ona köməklik edəcəyini və özünün DTX-da işlədiyini bildirmişdir. O, bu sözləri Cavidə İlkinin xahişi ilə demişdir. Həmçinin İlkin ona bir neçə dəfə ***-***-**-** nömrəli mobil telefonu vermiş və Cavidin həmin nömrəyə zəng edəcəyini və Cavidlə təyinat barəsində danışmağını xahiş etmişdir. Həmin vaxtı İlkinlə o, bir yerdə olmuşdur. Görüşdən bir qədər sonra Cavid həmin nömrəyə zəng etmiş və o, İlkinin xahişi ilə həmin nömrəyə cavab verərək Cavidlə danışmışdır. Cavid adını demədiyi qardaşının onunla danışmaq istədiyini bildirmişdir. Bir qədər sonra həmin nömrəyə Cavidin qardaşı zəng etmiş və o, İlkinin göstərişi ilə həmin zəngə cavab verərək Cavidin qardaşı ilə danışmışdır. Cavidin qardaşı 10.000 manat pul vəsaitini hara göndərməyini soruşmuş, o, İlkinin Cavidə “Whatsapp” tətbiqi vasitəsilə şəklini göndərdiyi karta 10.000 manat pulu göndərməyini xahiş etmişdir. Daha sonra Cavidin qardaşı ondan işin nə yerdə olduğunu soruşmuş, o, Cavidin qardaşına narahat olmamağını, hər şeyin danışıldığını və Cavidin yaxın müddət ərzində DTX-ya əmrinin veriləcəyini bildirmişdir. Bir neçə aydan sonra İlkin ona müraciət edərək iş məsələsi ilə bağlı Cavidin onu narahat etdiyini və görüşməklərini xahiş etmişdir. O, İlkinlə görüşdüyü zaman İlkin ***-***-**-** mobil nömrə ilə işləyən mobil telefonu ona təqdim etmiş və Cavid zəng edəndə onun zənginə cavab verərək Cavidə narahat olmamağını və yaxın müddət ərzində təyinatının olacağını deməsini bildirmişdir. O, İlkinə köməklik üçün telefonu götürmüş, bir qədər sonra həmin nömrəyə “Whatsapp” tətbiqi vasitəsilə Cavid zəng etmişdir. O, Cavidlə danışmış və İlkinin onu əvvəlcədən təlimatlandırdığı qaydada Cavidə narahat olmamasını, yaxın müddət ərzində təyinat olacağını bildirmişdir. Həmin sözləri Cavidə deməyində məqsədi İlkinə köməklik etmək olmuşdur. Daha sonra o, İlkinə qısa müddət ərzində toy mərasimini etməsini və toydan yığılan pulla Caviddən aldığı pulu geri verməsini demişdir. Bundan sonra İlkin və Caviddən xəbəri olmamışdır. ***-***-**-** mobil nömrə İlkinin istifadəsində olmuş və həmin telefonda “Whatsapp” tətbiqi vasitəsilə yazışmalar İlkinlə Cavid arasında olmuşdur. Cavid ***-***-**-** mobil nömrəyə zəng etdiyi zaman Cavidlə danışmış və Cavidin DTX-ya işə düzəlməsi ilə bağlı sonuncu ilə söhbət etmişdir. Lakin həmin danışıq 2-3 dəfə olmuş və həmin danışığı İlkinin xahişi ilə etmişdir. Həmin zaman İlkin onun yanında olmuş və ***- ***-**-** mobil nömrə ilə Cavidi onunla danışdırmışdır. ***-***-**-** mobil nömrə həmişə İlkinin istifadəsində olmuş və “Whatsapp” tətbiqi vasitəsilə yazışmalar İlkinlə Cavid arasında baş vermişdir. İlkin ona Cavidin DTX-ya işə qəbul edilməsi ilə bağlı pul vəsaiti verməmiş, İlkin həmin pul vəsaitlərini Caviddən alaraq qumar borcunu ödəmişdir. O, İlkinə kömək etmək məqsədilə Cavidlə görüşüb ona özünü DTX-nın işçisi kimi təqdim edərək Cavidin həmin quruma təyinat alacağına vəd vermişdir. +**********99 və +**********5 mobil nömrələr onun istifadəsində olmamışdır. Həmin mobil nömrələrlə İlkin onu Cavidlə danışdırmışdır. İlkin onun yanında həmin mobil nömrəyə zəng edən şəxsin Cavid olduğunu bildirmiş və zəngə cavab verərək Cavidə narahat olmamağını, qısa müddətdə təyinatın olacağı barədə Cavidə məlumat verməyini ondan xahiş etmişdir. O, İlkinin təlimatı ilə Cavidlə danışaraq sonuncunu arxayın etmişdir. O, Cavidə sonuncunu DTX-ya təyin etdirəcəyini vəd etsə də həmin işi Ramil Səfərov vasitəsilə edəcəyini deməmiş və digər hər hansı bir şəxsin adını çəkməmişdir. Bir daha bildirir ki, özünü təqsirli bilmir, ona bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4 və 32.5, 310-cu maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2018- 2021-ci illərdə Müdafiə Nazirliyinin 706 saylı Hərbi Hissəsində müddətdən artıq hərbi qulluqçu kimi çavuş rütbəsində xidmət etmişdir. Xidməti zamanı zabit Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. 2019cu ildən başlayaraq pula ehtiyacı olduğu üçün bir neçə dəfə Caviddən öz adına kredit götürüb pulu ona verməsini xahiş etmişdir. Cavid də bankdan öz adına kredit götürərək ona vermişdir. O da hər ay Cavidin bankdan götürərək ona verdiyi kredit borcunu ödəmişdir. 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs onun adına bankdan götürdüyü vəsaiti, yəni 9.000 manatı ona geri qaytarmağını tələb etmişdir. Əsas kimi də xidmət yerini Bakı şəhərinə dəyişmək istədiyini, bu səbəbdən də pula ehtiyacı olduğunu qeyd etmişdir. O, Cavidə hazırda həmin vəsaiti bir dəfəyə qaytarmağa imkanının çatmadığını, qısa müddətdə hissə-hissə olmaqla pulu geri qaytaracağına söz vermişdir. Bununla yanaşı, o, Zərərçəkmiş şəxs qohumu Gəncəlinin tanışı Fizuli adlı şəxs vasitəsilə onun yerdəyişmə məsələsini həll edilməsinə köməklik göstərə biləcəyini demişdir. Həmçinin, X24 yaxın münasibətdə olduğunu bildirmişdir. Bu zaman Cavid ona xidmət yerini Dövlət Təhlükəsizliyi Xidmətinə dəyişmək istədiyini qeyd etmişdir. O da Gəncəli və Fizuli ilə bu barədə danışıb nəticəsi barədə məlumatı Cavidə çatdıracağını bildirmişdir. O, Təqsirləndirilən şəxs1 qohumu, hərbi hospitalda baş gizir rütbəsində xidmət edən Gəncəli vasitəsilə tanımışdır. Gəncəli Fizuli ilə onu təxminən 3 il bundan qabaq tanış etmişdir. Zərərçəkmiş şəxs xidməti yerinin dəyişdirilməsi ilə bağlı o, 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs1 zəng etmiş və Cavid barədə məlumat verərək sonuncunun xidmət yerini DTX-ya dəyişdirməyin mümkünlüyünü soruşmuşdur. Fizulidə də bunu həll edə biləcəyini qeyd etmişdir. Beləliklə, o, öz aralarında danışmaları üçün Fizulinin istifadəsindəki ***-***-**-** saylı nömrəni Cavidə vermiş, bundan sonra, Fizuli ilə Cavid özləri dəfələrlə danışmışlar. Danışıqlar zamanı Cavid ona Fizulinin ondan xidmət yerinin DTX-ya dəyişdirilməsi üçün 15.000 manat tələb etdiyini demişdir. Onların razılaşmasına görə 10.000 manat ilkin olaraq verilməli, 5.000 manat isə sonradan verilməli olmuşdur. Həmçinin Cavid ona Fizulinin bu işi guya Ramil Səfərov tərəfindən həll ediləcəyini bildirdiyini demişdir. Cavid ilkin olaraq tələb olunan 10.000 manatı hazır etdikdən sonra o, Fizuliyə pulu qəbul etməsi üçün bank kartını Cavidə göndərməsini demişdir. Fizuli də Cavidin həmin vəsaiti onun kartına göndərməsini, kartdan nağdlaşdıraraq Fizuliyə verməsini xahiş etmişdir. O, həmkəndlisi Şahid1 sonuncunun adına olan bankomat kartını müvəqqəti istifadə üçün ona verməsini xahiş edərək almışdır. Həmin kartın şəklini çəkərək Fizuliyə göndərmiş, Fizuli də həmin kartın şəklini Cavidə 10.000 manat pul vəsaitini kart vasitəsilə göndərə bilməsi üçün göndərmişdir. Lakin, Cavid həmin kartın onun tərəfindən Fizuliyə göndərildiyini bilməmişdir. Bununla da 15 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs qeyd etdiyi bank kartı vasitəsilə xidmət yerinin DTX-ya dəyişdirilməsi üçün Təqsirləndirilən şəxs1 10.000 manat göndərmişdir. O, 15 iyun 2022-ci il tarixdə ünvan 4ində yerləşən bankomatdan həmin bank kartı vasitəsilə 10.000 manat pul vəsaitini nağdılaşdıraraq ünvan 4inin yaxınlığındakı diaqnostika mərkəzinin qarşısında Təqsirləndirilən şəxs1 vermişdir. O, həmin pul vəsaitini taksidə əyləşdikdən sonra sayaraq Fizuliyə təqdim etmişdir. Taksi sürücüsü Mahir onun həmin pul vəsaitini Fizuliyə verməyinin şahidi olmuşdur. Daha sonra Fizuli işi həll edəcəyini bildirərək getmişdir. Bundan təxminən 20 gün sonra o, Cavid və Fizuli metronun “20 yanvar” stansiyasının yaxınlığında görüşmüşlər. Həmin görüşü Fizuli ilə Cavid təyin etmiş və görüşə az müddət qalmış Cavid ona zəng edərək həmin görüşə çağırmışdır. Görüş zamanı ümumi söhbət apardıqdan sonra Fizuli özünün də DTX-da xidmət etdiyini bildirmiş və Ramil Səfərovun köməkliyi ilə Cavidin DTX-ya yerdəyişmə məsələsini tez bir zamanda həll edəcəyini qeyd etmişdir. Bundan sonra, 2022-ci ilin avqust ayında Fizuli Cavidə işinin tez bir zamanda həll olunacağını qeyd edərək qalan 5.000 manatı göndərməsini tələb etmişdir. Fizulinin tələb ilə o, yenə də həmkəndlisi Şahid1 bank kartını müvəqqəti istifadə üçün götürmüş və kartın şəkilini çəkərək Fizuliyə atmışdır. Fizuli də həmin şəkili Cavidə ataraq pulu həmin karta göndərməsini tələb etmişdir. 23 avqust 2022ci il tarixdə Cavid 5.000 manatı Şahid1 məxsus bank kartına göndərmişdir. O, həmin vəsaiti 23 avqust 2022-ci il tarixdə Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən bankomatdan həmin bank kartı vasitəsilə nağdılaşdıraraq Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən “Nurcaz” adlı kafedə Təqsirləndirilən şəxs1 vermişdir. Bundan sonra, Fizuli dəfələrlə telefon vasitəsilə Zərərçəkmiş şəxsla iş barədə danışmış və yazışmışdır. Bir neçə dəfə Cavid Fizulini tapa bilmədiyi üçün ona müraciət etmişdir. O, qohumu Gəncəli vasitəsilə Fizulini tapıb Cavidlə əlaqələndirmişdir. Fizuli yuxarıda göstərdiyi qaydada Caviddən 15.000 manat pul almasına baxmayaraq bu günədək Cavidin xidmət yerinin DTX-ya dəyişdirilməsini həll edə bilməmişdir. ***-***-**-** saylı mobil nömrə Fizulinin istifadəsində olmuş və həmin nömrədə tətbiq edilmiş “Whatsapp” vasitəsilə Fizuli Cavidlə mesajlaşmış və danışıq aparmışdır. Qeyd olunan nömrə ilə o, Cavidlə danışmamış və mesajlaşmamışdır. Fizuli Qəhrəmanov öz üzərindən məsuliyyəti atmaq üçün yalan danışmışdır. Belə ki, Zərərçəkmiş şəxs xidmət yerinin DTX-ya dəyişdirilməsi məsələsinin həll edilməsi ilə bağlı bütün danışıqlar Fizuli ilə Cavid arasında olmuş, o cümlədən 15.000 manat pulu Caviddən Fizuli tələb etmişdir. Onun həmin danışıqlarda iştirakı olmamışdır. Fizuli ilə Cavid öz aralarında özləri danışıb razılığa gəlmişlər. Fizulinin 15.000 manat pul istəməsini Cavid ona demişdir. O, Fizuliyə qumar borcunun olduğunu və onu bağlamaq üçün sonuncuya özünü kiməsə DTX işçisi kimi təqdim etməsi və pul tələb etməsini xahiş etməmiş və bu barədə təlimat verməmişdir. +**********99 və +**********5 mobil nömrələri onun istifadəsində olmamış və o, həmin nömrələrlə heç kimi danışdırmamışdır. O, +**********99 və +**********5 mobil nömrələri ilk dəfədir ki, eşidir. Bir daha bildirir ki, özünü təqsirli bilmir, qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə əvvəlki məhkəmə iclaslarında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2018-ci ildə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində tağım komandiri kimi xidmətə başlamış, 2023-cü ilin yanvar ayından bəri N nömrəli hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün komandiri vəzifəsində xidmət edir. Həmin vaxt onun tabeliyində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əslən ünvan 4indən olan Təqsirləndirilən şəxs2 xidmət etmişdir. İlkinin bir problemi ilə əlaqədar o, bankdan 9.000 manat kredit götürərək İlkinə vermişdir. Lakin İlkin çox hallarda öz adına götürüb İlkinə verdiyi kreditin aylığını özü ödəmişdir. 2022-ci ilin may ayında o, İlkinə zəng edərək xidmət yerini Bakıya dəyişmək istədiyini, bunun üçün ona pul lazım olduğunu, bankdan götürüb ona verdiyi 9.000 manat vəsaiti tez bir zamanda bağlamasını bildirmişdir. Həmin vaxtı İlkin ona imkanı olmadığını, lakin onun xidmət yerini Bakıya dəyişmək üçün əmisi və Fizuli adlı qohumunun ona köməklik edə biləcəyini, sonuncuların Ramil Səfərovla ailəvi münasibətlərinin olduğunu bildirmişdir. O, qeyd olunan şəxslərin güvənilən adam olub-olmadıqlarını soruşduqda İlkin Fizuli adlı şəxsin ünvan 2 ünvanına qədər bildiyini, eləcə də əmisinin də Fizuli ilə dost olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Dövlət Təhlükəsizliyi Xidmətində xidmət etmək arzusu barədə danışmışdır. İlkin əmisi və Fizuli adlı şəxslə danışacağını, müsbət halda xərcin nə olacağı və işin gedişatı barədə məlumat öyrənib ona bildirəcəyini söyləmişdir. Həmin gün axşam saatlarında İlkin istifadəsində olan ***-***-**-** nömrəsindən ona məxsus ***-***-**-** saylı nömrəyə zəng vuraraq əmisinin və X24 bu barədə danışdıqlarını və müsbət cavab aldıqlarını bildirmişdir. İlkindən qeyd olunan şəxslərin bundan əvvəl DTX-ya xidmətə kimisə düzəldib-düzəltmədiyini soruşduqda İlkin ona Fizulinin R.Səfərov vasitəsilə bir çox adamı işə düzəltdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 onun nömrəsini Fizuli adlı şəxsə verəcəyini və sonuncunun onunla əlaqə yaradacağını bildirmişdir. Bundan sonra Fizuli adlı şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Whatsapp” mobil tətbiqi vasitəsilə onunla əlaqə saxlayaraq nömrənin İlkin tərəfindən verildiyini bildirmiş, daha sonra Fizuli ondan hara işə düzəlmək istədiyini soruşduqda o, DTX-da xidmət etmək arzusunun olduğunu bildirmişdir. O, Ramil Səfərovla gün ərzində görüşəcəyini və nəticəsi barədə ona məlumat verəcəyini demişdir. Növbəti gün Fizuli onunla əlaqə saxlayaraq R.Səfərovla danışdığını, 15.000 manat qarşılığında onu DTX-nın Bakı şəhərində yerləşən hərbi hissəsinə xidmətə düzələ biləcəyini bildirmişdir. O, pulun əvvəlcədən, yaxud sonradan verilməli olduğunu Fizulidən soruşmuş və mümkün olarsa, məbləği aşağı salmasını xahiş etmişdir. Fizuli ona “bura bazar deyil, müəllimlə bir dəfə danışmışam, qiymət 15.000 manatdır” sözlərini deyərək pulun əvvəlcədən verilməli olduğu söyləmişdir. O, pulu tam şəkildə əvvəlcədən ödəmək imkanın olmadığını bildirdikdə, Fizuli Təqsirləndirilən şəxs2la danışmağını, sonuncunun əmisinin razılıq verəcəyi təqdirdə məbləği hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. O, bu barədə İlkinlə danışmış, İlkin isə bir müddət sonra onunla əlaqə saxlayaraq əmisinin R.Səfərovla danışdığını, əvvəlcə 10.000 manat, işin yekununda isə 5000 manat verməli olduğunu bildirmişdir. O, bu təkliflə razılaşmış, bundan sonra Fizuli ilə əlaqə saxlamışdır. Fizuli DTX-da işə qəbulla bağlı onun barəsində yoxlama aparılmasının başlanılması üçün şəxsiyyət vəsiqəsi və vətən müharibəsində yaralanmağı barədə sənədi ona çatması üçün Bakı şəhərinə gətirməyini istəmişdir. O, Fizuliyə halhazırda işdən çıxıb Bakı şəhərinə gəlməyinin mümkün olmadığını bildirdikdə, Fizuli ona həmin sənədlərin kserosurətini “Whatsapp” mobil tətbiqi vasitəsilə ona göndərməyinin kifayət edəcəyini bildirmişdir. O, sənədləri Fizuliyə göndərdikdən sonra Fizuli ona üzərində “Şahid1” yazılan “Azərbaycan Beynəlxalq” bankına məxsus 4127- 2081-1348-0122 nömrəli kartın şəklini ataraq 10.000 manatı həmin karta göndərməyini istəmişdir. O, xx.xx.2022-ci il tarixdə qeyd olunan karta 10.000 manat köçürmə edərək qəbzin şəklini “Whatsapp” mobil tətbiqi vasitəsilə Fizuliyə göndərmişdir. Bundan təxminən 20 gün sonra o və İlkin Fizuli ilə Abşeron rayonu, Xırdalan şəhərində fəaliyyət göstərən kafelərin birində görüşərək işin gedişatı barədə söhbət etmişlər. Fizuli görüşə qara rəngli “Kia” markalı sedan avtomobillə gəlmişdir. Avtomobilin dövlət qeydiyyat nişanı xatırladığı qədərilə 99-XX- 064 (094 də ola bilər) olmuşdur. Həmin gün söhbət zamanı Fizuli ona işə qəbulla bağlı hal-hazırda işlərin getdiyini, qəbul olduqdan sonra 2-3 ay müddətinə təlim kurslarına gedəcəyini, kurs zamanı da ona köməklik edəcəyini, hətta özünün də DTX-da işlədiyini demişdir. Fizuli həmin görüşə qədər DTX-da işlədiyini ona deməmişdir. Lakin Fizuli özünün DTX-da işlədiyini bildirsə də həmin qurumda konkret olaraq hansı vəzifədə işlədiyini deməmişdir. 2022-ci ilin avqust ayında Fizuli onunla əlaqə saxlayaraq işin yekunlaşdığını və Müdafiə Nazirliyində ona məxsus olan sənədləri Ramil Səfərovun göstərişi ilə götürülərək DTX-ya aparacağını bildirmiş və qalan 5000 manat məbləği də təcili göndərməli olduğunu qeyd etmişdir. O, qalan məbləği işə düzəldikdən sonra verməli olduğu barədə danışığı Fizuliyə xatırlatmışdır. Fizuli buna görə Ramil Səfərovun üzrxahlıq etdiyini, həmin məbləğin başqa adama çatmalı olmasını bildirərək təcili olaraq ödənilməsini ondan xahiş etmişdir. 23 avqust 2022-ci il tarixdə qalan 5000 manatı da eyni karta göndərərək qəbzin şəklini Fizuliyə “Whatsapp” mobil tətbiqi vasitəsilə atmışdır. Pulu göndərdikdən 15-20 gün sonra Fizuliyə məxsus nömrə ilə əlaqə saxlamaq artıq mümkün olmamışdır. O, Təqsirləndirilən şəxs2la əlaqə saxlayaraq Fizulini tapa bilmədiyini demiş, İlkin əmisi vasitəsilə Fizulinin harada olduğunu öyrənəcəyini bildirmişdir. Sonra İlkin onunla əlaqə saxlayaraq Fizulinin Türkiyədə olduğunu, bu səbəbdən Fizuliyə zəng çatmadığını bildirmişdir. 2022-ci ilin noyabr ayında Fizuli onunla əlaqə saxlayaraq səhhətindəki problemlərlə əlaqədar bu müddət ərzində Türkiyədə olduğunu, hazırda Bakı şəhərinə qayıtdığını və axşam Ramil Səfərovla görüşərək işin nəticəsi barədə məlumat alacağını bildirmişdir. Fizuli sonradan onunla əlaqə saxlayaraq hər şeyin qaydasında olduğunu, onun təyinatını Bakı şəhərinə vermək istədikləri üçün işin gecikdiyini, onunla birgə müraciət edən şəxslərin hazırda rayonlarda işlədiklərini bildirmişdir. O, Fizuliyə harada işləməyinin fərqi olmadığını bildirərək əsas arzusunun DTX əməkdaşı olmaq olduğunu demişdir. Fizuli isə özünün də Bakı şəhərində DTX-da işlədiyini, Bakının daha rahat olduğunu ona bildirmişdir. Təxminən 2023-cü ilin yanvar ayınadək müxtəlif bəhanələrlə Fizuli işin həllini gecikdirmişdir. Bundan sonra onunla təxminən 3 ay əlaqə saxlaya bilməmişdir. Bu müddət ərzində Təqsirləndirilən şəxs2 Fizulini soruşduqda o, Fizulinin avtoqəza keçirdiyini, bunun üçün xarici ölkələrə getdiyini əsas gətirərək işi daha da uzatmışdır. Təxminən 3 ay sonra Fizuli onunla + **********99 və +**********5 saylı mobil nömrələr ilə əlaqə saxlayaraq birinci dəfə Naxçıvanda rəhbər heyətin dəyişikliyinə görə, digər vaxtlarda isə 1-2 ay ara ilə onunla əlaqə saxlayaraq işin gecikməsinə səbəb olaraq müxtəlif bəhanələr gətirməklə işin həll olunacağına onu inandırmağa çalışmışdır. Fizuli ilə sonuncu dəfə 2023-cü ilin oktyabr ayının ortalarında əlaqə saxlaya bilmiş, həmin zaman Fizuli ona 2024-cü ilin yanvar ayında artıq işə başlayacağını bildirmişdir. O, Fizuliyə sonuncu dəfə xəbərdarlıq etdiyini söyləyərək işin həll olunmayacağı təqdirdə müvafiq orqanlara şikayət edəcəyini söyləmişdir. 2023-cü ilin oktyabr ayından sonra Fizuli ilə əlaqə saxlaya bilməmişdir. Təqsirləndirilən şəxs2 isə Fizuliyə zəng çatmadığını, evinin yerini bilmədiyi üçün Fizulini tapa bilmədiyini bildirmişdir. Fizuli ona DTX-da işlədiyini bildirmiş, lakin konkret olaraq hansı vəzifədə işlədiyini deməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılan yazışmalar onunla Fizuli arasında aparılmışdır. Həmin yazışmalarda Fizulinin köməkliyi ilə onun DTX-ya təyin etdirilməyi və buna görə 15.000 manat pul verməyi barədə danışıqlar aparılmışdır.Ona vurulmuş maddi 15000 manat maddi ziyanın ödənilməsini və qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, uşaqlıq dövründən bəri Təqsirləndirilən şəxs2 ilə tanışlıq əlaqələri mövcuddur. O, Füzuli rayonu, Böyükbəhmənli kəndində fəaliyyət göstərən “Oba” marketdə adminstrator vəzifəsində işləyərkən təxminən 2022-ci ilin iyun ayında Təqsirləndirilən şəxs2 ona yaxınlaşaraq pul köçürülməsi ilə əlaqədar bank kartı lazım olduğunu, karta göndəriləcək pulu nağdlaşdırdıqdan sonra kartı geri qaytaracağını bildirmişdir. Əvvəllər də bank kartını İlkinə verdiyi üçün sonuncunun təklifinə razılıq verərək istifadəsində olan "xxxx" ASC-yə məxsus 4127 2081 1348 0122 nömrəli bank kartını İlkinə vermişdir. Daha sonra telefonunda olan həmin banka məxsus mobil proqram tətbiqini yoxladıqda bank kartına 15 iyun 2022-ci il tarixdə 10.000 (on min) manat məbləğində pul köçürüldüyünü görmüşdür. Dərhal bu barədə Təqsirləndirilən şəxs2 bildirərək həmin pulun kim tərəfindən və nə üçün köçürüldüyünü soruşmuşdur. İlkin isə cavabında həmin pulun hərbi xidmətdən tərxis olunması ilə əlaqədar ona ödənilməli olan paltar pulu, eləcə də digər ödənişlər üçün nəzərdə tutulmuş pul vəsaiti olduğunu demişdir. İlkin həmin pulu nağdlaşdırdıqdan sonra kartı geri qaytarmış və o, yenidən bir nəçə dəfə bank kartını istifadə etməsi üçün Təqsirləndirilən şəxs2 vermişdir.O, 5.000 (beş min) manat pul vəsaitinin bank kartına köçürülməsini xatırlamır. Yuxarıda qeyd etdiyi kimi Təqsirləndirilən şəxs2 10.000 (on min) manat pul vəsaitini nağdlaşdırdıqdan sonra daha bir neçə dəfə bank kartından istifadə etməsi üçün sonuncuya vermişdir. Yəqin ki, həmin pul vəsaiti də bank kartı Təqsirləndirilən şəxs2 istifadəsində olduğu dövrdə sonuncu tərəfindən nağdlaşdırılmışdır. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, adı Qalib olsa da hamı ona Mahir deyə müraciət edir. İşdən sonra müəyyən vaxtlarda taksi fəaliyyəti ilə məşğul olur. 15 iyun 2022-ci il tarixdə ünvan 4inin yaxınlığındakı Diaqnostika Mərkəzinin qarşısına Fizuli ilə görüşməyi üçün Təqsirləndirilən şəxs2 görüşə taksi kimi o, aparmışdır. Həmin vaxtı Fizuli ilə X8rşısında yerləşən “Çay Evi” adlı iaşə obyektində görüş təyin etmişdilər. Avtomobildə tək gözləməməyi üçün İlkin onu da həmin iaşə obyektində Fizuli ilə görüşə dəvət etmişdir. Onlar iaşə obyektinə daxil olaraq Fizuli ilə bir masada oturub çay içmişlər. Həmin görüşdə Fizuli adını xatırlamadığı şəxsin işə qəbul edilməsi ilə bağlı İlkinlə danışıq aparmışdır. Aradan uzun müddət keçdiyi üçün İlkin və Fizulinin kimi və hansı yolla işə qəbul edilməsi barədə danışdıqlarını xatırlamır. Həmçinin həmin məsələyə aidiyyatı olmadığı üçün ona maraqlı olmamışdır. Fizuli ilə İlkin bir qədər söhbət etdikdən sonra onlar masadan qalxaraq onun idarə etdiyi avtomobilə doğru getmişlər. O, sükanda, İlkin qabaq oturacaqda, Fizuli isə arxa sol oturacaqda əyləşmişdir. Bir qədər sonra İlkin 10.000 manat pul vəsaitini sayaraq Fizuliyə vermişdir. Bundan sonra Fizuli avtomobili tərk edərək getmişdir.Aradan uzun müddət keçdiyi üçün həmin vaxtı Fizuli Qəhrəmanovun üzərində nə rəngdə və hansı formada geyimin olmasını xatırlamır. İş üzrə şahid X22 ifadəsində göstərmişdir ki, ***-***-**-** mobil nömrəsi 22 avqust 2022-ci il tarixdə onun istifadəsində olmuş və hal-hazırda da onun istifadəsindədir. O, 22 avqust 2022-ci il tarixdə ***-***-**-** mobil nömrə ilə özünün istifadəsində olan ***-***-**-** mobil nömrə vasitəsilə Təqsirləndirilən şəxs2la danışıq aparmışdır. O, İlkinlə həmkəndlidir və sonuncu ilə əvvəllər münasibəti yaxşı olmuşdur. Onunla İlkin arasında qeyd olunan mobil nömrə vasitəsilə danışıq İlkinin ona olan borcunun ödənilməsi ilə bağlı olmuşdur. O, X9 tanımır və onunla hər hansı münasibəti və telefon danışığı olmamışdır. İş üzrə şahid X18 ifadəsində göstərmişdir ki, ***-***-**-** mobil nömrəsi əvvəllər onun istifadəsində olmuş və hal-hazırda da onun istifadəsindədir. İstifadəsində olan ***-***-**-** mobil nömrə ilə 06 avqust 2022-ci il tarixdə 223 saniyə, həmin tarixdə 72 saniyə,13 saniyə, 50 saniyə, 07 avqust 2022-ci il tarixdə 16 saniyə, 08 avqust 2022-ci il tarixdə 51 saniyə, 12 sentyabr 2022-ci il tarixdə 102 saniyə, 13 sentyabr 2022-ci il tarixdə 154 saniyə, 14 sentyabr 2022-ci il tarixdə 11 saniyə, həmin tarixdə 5 saniyə ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs2la danışıq aparmışdır. Təqsirləndirilən şəxs2 onun xalasının nəvəsidir. ***-***-**-** mobil nömrə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş və o, həmin mobil nömrəyə zəng edərək İlkinlə digər xalası nəvəsinin toy mərasimi barədə danışmışdır. Həmçinin İlkində həmin nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng etmiş və onlar danışmışlar. X9 tanımır və onunla hər hansı münasibəti və telefon danışığı olmamışdır. Məhkəmə iclasında cinayət işinin materialları təqdiq edilmişdir: Belə ki, aralarında keçirilmiş üzləşdirmə zamanı X1 İlkin Mübariz oğlunun üzünə qarşı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işə qəbul edilməsi ilə bağlı Təqsirləndirilən şəxs2 xahişi ilə özünü Zərərçəkmiş şəxs Dövlət Təhlükəsizliyi Ximdətinin yüksək vəzifəli şəxsi kimi təqdim etməyini, Zərərçəkmiş şəxs işə qəbul edilməsinin 15.000 manata başa gələcəyini Təqsirləndirilən şəxs2 xahişi ilə sonuncuya köməklik etmək məqsədilə bildirdiyini demiş, Zərərçəkmiş şəxs işə qəbul edilməsi ilə bağlı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs aldığı 15.000 manat pul vəsaitindən ona heç bir məbləğdə pul vermədiyini, həmin pul vəsaitini Təqsirləndirilən şəxs2 qumar borcunun ödənilməsi üçün istifadə etdiyini demiş, Təqsirləndirilən şəxs2 isə Fizuli Qəhrəmanovun dediklərini təkzib edərək Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul edilməsi ilə bağlı Fizuli Qəhrəmanovdan özünü Zərərçəkmiş şəxs DTX-nin vəzifəli şəxsi təqdim etməsi ilə bağlı hər hansı bir xahiş etmədiyini, Fizuli Qəhrəmanovun özbaşına özünü DTX-nın vəzifəli şəxsi kimi təqdim etdiyini, sadəcə olaraq Zərərçəkmiş şəxs işə qəbul edilməsi ilə bağlı sonuncunu Fizuli Qəhrəmanovla əlaqələndirdiyini və işə qəbul ilə bağlı Zərərçəkmiş şəxs ona Fizuli Qəhrəmanovun xahiş ilə göndərdiyi 15.000 manat pul vəsaitini bankomatdan nağdlaşdıraraq sonuncuya təqdim etdiyini, Fizuli Qəhrəmanovun xahişi ilə ***-***-**-** saylı mobil nömrəni tanışı X13 adına alaraq istifadə etmək üçün Fizuli Qəhrəmanova verdiyini, həmin nömrənin sonuncunun istifadəsində olduğunu və həmin nömrə ilə Zərərçəkmiş şəxsla, sonuncunun DTX-ya işə qəbul edilməsi ilə bağlı Fizuli Qəhrəmanovun danışıqlar apardığını və yazışdığını bildirmişdir. Aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid2 X7 üzünə qarşı 15 iyun 2022-ci il tarixdə Füzuli rayonu, Böyükbəhmənli kəndinin yaxınlığındakı Diaqnostika Mərkəzinin qarşısında onun istifadəsində olan taksidə Təqsirləndirilən şəxs2 10.000 manat pul vəsaitini sayaraq Fizuli Qəhrəmanova təqdim etdiyini demiş, Fizuli Qəhrəmanov isə Şahid2 dediklərini təkzib edərək Təqsirləndirilən şəxs2 ona heç bir məbləğdə pul təqdim etmədiyini, Şahid2 isə ümumiyyətlə tanımadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs istifadəsində olan “Redmi Note 12 S” markalı, ***- ***-**-** nömrəli mobil telefona tətbiq edilmiş “Whatsapp” çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul edilməsi ilə bağlı əmrin veriləcəyi barədə danışıqlar aparılır, bir müddət sonra Zərərçəkmiş şəxs əmrin verilmədiyini görüb işə qəbul edilməsi üçün verdiyi pul vəsaitini geri tələb edir, digər tərəf isə ona səbirli olmağı, qısa müddət ərzində işə qəbul edilməsi ilə bağlı əmrin veriləcəyini bildirib Zərərçəkmiş şəxs yayındıraraq pulu sonuncuya geri qaytarmır. Cinayət işinə əlavə edilmiş ödəniş qəbzinin sürətindən görünür ki, Zərərçəkmiş şəxs "xxxx" ASC-yə məxsus bankda olan **9185 nömrəli plastik kart hesabından Şahid1 “Azərbaycan Beynəlxalq” bankına məxsus hesabına bağlı olan 4127 ****** 0122 nömrəli plastik kart hesabına 10.000 manat pul vəsaiti onlayn qaydada köçürülmüşdür. Cinayət işinə əlavə edilmiş ödəniş qəbzinin sürətindən görünür ki, Zərərçəkmiş şəxs "xxxx" ASC-yə məxsus bankda olan **7014 nömrəli plastik kart hesabından Şahid1 “Azərbaycan Beynəlxalq” bankına məxsus hesabına bağlı olan 4127 ****** 0122 nömrəli plastik kart hesabına 5.000 manat pul vəsaiti onlayn qaydada köçürülmüşdür. Cinayət işinə əlavə edilmiş X6 Sistemindən çıxarış edilən sərhədkeçmə məlumatlarından görünür ki, X2 dəfə 2017-ci il tarixdə ölkə hüdüdlarını tərk edərək xx.xx.2017-ci il tarixdə ölkə ərazisinə daxil olmuşdur. "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş məlumatlar əsasında telefon danışıqlarına dair çıxarışlara baxış keçirilməsi barədə 04 iyun 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə 099722-22-94 mobil nömrəsindən X7 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Fizuli telefonu aç İlkindi” məzmununda sms göndərilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə ***- ***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “Ay Fizuli pul çatmalıdı, söz demişəm, biyabrçılıq olacaq” məzmununda sms göndərilmişdir. Həmçinin ***-***-**-** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdən başlayaraq Təqsirləndirilən şəxs2 adına kredit ödənişinin ödənilməsi ilə bağlı çoxlu sayda xəbərdarlıq smsləri göndərilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “İlkin hardasan, telefonu aç kişisən, 5 gündü məni dolamısan, utanmırsan heç” məzmundə sms göndərilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrədən X7 istifadəsində olan ***-***- **-** mobil nömrəyə “Qaqa pulu at, bankomatın yanındayam, zaprafka məni gözləyir, tezdən 5-də çıxmışam Bakıya” məzmunda sms göndərilmişdir. Bundan başqa ***-***-**-** mobil nömrəsinin anten dairəsi xx.xx.2022, xx.xx.2022, xx.xx.2022,xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə Fizuli rayonu, Böyükbəhmənli kəndində qeydə alınmışdır. Bundan başqa X7 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten dairəsi əsasən Sumqayıt şəhəri ərazisində qeydə alınmışdır. Bundan başqa ***-***-**-** saylı nömrənin X13 adına rəsmləşdirildiyi müəyyən edilmişdir. Bundan başqa ***-***-**-** mobil nömrə ilə X7 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və sonrakı tarixlərdə dəfələrlə zənglər olunaraq danışıqlar aparılmışdır. Bundan başqa 22 avqust 2022-ci il tarixdə ***-***-**-** mobil nömrə ilə X14 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq 236 saniya danışıq aparılmışdır. Bundan başqa ***-***-**-** mobil nömrə ilə X10 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 06 avqust 2022-ci il tarixdə 223 saniyə, həmin tarixdə 72 saniyə,13 saniyə, 50 saniyə, 07 avqust 2022-ci il tarixdə 16 saniyə, 08 avqust 2022-ci il tarixdə 51 saniyə, 12 sentyabr 2022-ci il tarixdə 102 saniyə, 13 sentyabr 2022-ci il tarixdə 154 saniyə, 14 sentyabr 2022-ci il tarixdə 11 saniyə, həmin tarixdə 5 saniyə danışıq aparılmışdır. Cinayət işinə əlavə edilmiş Ambulator məhkəmə psixiatrik ekspertizasının 23 may 2024-cü il tarixli 1497 saylı rəyindən görünür ki, X27 ittiham olunan əməl üzrə anlaqlı hesab olunmalıdır və onun məcburi müalicəyə ehtiyacı yoxdur. X12 hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətlidir, iş üzrə ifadə vermək və istintaq hərəkətlərində iştrak etmək iqtidarındadır. Cinayət işinə əlavə edilmiş Ambulator məhkəmə psixiatrik ekspertizasının 24 may 2024-cü il tarixli 1505 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ittiham olunan əməl üzrə anlaqlı hesab olunmalıdır və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətlidir, iş üzrə ifadə vermək və istintaq hərəkətlərində iştrak etmək iqtidarındadır. 20 may 2024-cü il tarixdə tərəfimdən qəbul olunmuş qərar əsasında Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs istifadəsində olan “Redmi Note 12 S” markalı, ***- ***-**-** nömrəli mobil telefona tətbiq edilmiş “Whatsapp” çıxarışları, 15 iyun 2022 və 23 avqust 2022-ci il tarixli ödəniş qəbzləri və "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd “CD” disk 06 iyun 2024-cü il tarixli qərar ilə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs X1 Cavid Lətif oğlunun Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul edilməsinin 15.000 manata başa gələcəyi barədə bildirməsini və özünü Zərərçəkmiş şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək vəzifəli şəxsi kimi təqdim etməsini Təqsirləndirilən şəxs2 xahişi ilə etdiyini, Zərərçəkmiş şəxs işə qəbul edilməsi ilə bağlı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs aldığı 15.000 manat pul vəsaitindən ona heç bir məbləğdə pul çatmadığını, həmin pul vəsaitini Təqsirləndirilən şəxs2 qumar borcunun ödənilməsi üçün istifadə etdiyini göstərərək öz müdafiəsi üçün dəlillər irəli sürsə də X25 Hüseynovla qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs qarşı dələduzluq edərək ona məxsus 15.000 manat pul vəsaitini ələ keçirib aralarında bölərək və Zərərçəkmiş şəxs özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4 və 310-cu maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, baxış protokolu, “Whatsapp” tətbiqindən çıxarışlar və ödəniş qəbzləri ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul edilməsi ilə bağlı Zərərçəkmiş şəxs aldığı 15.000 manat pul vəsaitini bankomatdan nağdlaşdıraraq X11 verdiyini, həmin pul vəsaitindən ona heç bir məbləğdə pul çatmadığını, X26 Hüseynova özünü Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək vəzifəli şəxsi kimi təqdim etməsi barədə xahiş etmədiyini, ***-***-**-** mobil nömrəsi Fizuli Qəhrəmanovun istifadəsində olduğunu və həmin nömrənin “Whatsapp” tətbiqi ilə Zərərçəkmiş şəxs işə qəbul edilməsi ilə bağlı sonuncu ilə Fizuli Qəhrəmanovun yazışdığını göstərərək öz müdafiəsi üçün dəlillər irəli sürsə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4 və 32.5, 310-cu maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, “Whatsapp” tətbiqindən çıxarışlar, ödəniş qəbzləri və "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd “CD” diskə baxış protokolu ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs sonuncunun Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul edilməsi ilə bağlı aldığı 15.000 manat pul vəsaitindən 10.000 manatını Fizuli Qəhrəmanova verməsini şahid qismində dindirilmiş Qaqil Şükürov təsdiq etsə də geridə qalan 5.000 manat pul vəsaitinin Təqsirləndirilən şəxs2 tərəfindən Fizuli Qəhrəmanova verilməsini təsdiq edən hər hansı bir dəlil yoxdur. Odur ki, cinayət işi materillarında olan sübutlarla İlkin X5baqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus 15.000 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirib öz şəxsi məqsədlərinə sərf etmələri tam sübut edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 ***-***-**-** mobil nömrəsinə tətbiq edilmiş “Whatsapp” proqramı vasitəsilə Zərərçəkmiş şəxs Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul edilməsi ilə bağlı sonuncu ilə Fizuli Qəhrəmanovun yazışdığını göstərsə də "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd “CD” diskə baxış protokolundan görünür ki, ***-***-**-** mobil nömrəsinə Təqsirləndirilən şəxs2 adına ünvanlanmış müraciət formasında smslər göndərilmişdir. X21 məxsus və sonuncunun istifadəsində olan ***-***-**-** mobil nömrə ilə ***-***-**-** mobil nömrə arasında dəfələrlə danışıqlar aparılmışdır. Həmçinin cinayət işi üzrə şahid qismində dindirilən şəxslər ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs2la danışıqlar apardıqlarını, sonuncunun tanışı olduqlarını və Fizuli Qəhrəmanovu tanımadıqlarını göstərmişlər. Burdan da aydın olur ki, ***-***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs2 istifadəsində olmuş və həmin nömrəyə tətbiq edilmiş “Whatsapp” proqramı vasitəsilə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs2 yazışmışdır. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 06 iyun 2024-cü il tarixli qərara əsasən müəyyən edilir ki, X12 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs məxsus xeyli miqdar təşkil edən 15.000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələri və Fizuli Qəhrəmanovun özbaşına özünün vəzifəli şəxs kimi təqdim ilə bağlı törədilən cinayət əməllərindən Şahid1 xəbərsiz olduğundan və cinayətin törədilməsində hər hansı bir iştirakı müəyyən edilmədiyindən Şahid1 barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Təqsirləndirilən şəxs X7 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş vəsatətə əsasən "xxxx" ASC-dən məlumatların götürülməsi barədə qərar qəbul olunmuş, həmin qərar icra olunaraq "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli, 1(064)-6/2025 saylı məktuba əsasən Şahid1 "xxxx" ASC-yə məxsus hesabına bağlı olan 4127 2081 1348 0122 nömrəli plastik kart hesabından xx.xx.2022xx.xx.2022 və xx.xx.2022-xx.xx.2022-ci il tarix aralıqlarında pul vəsaitlərinin hərəkəti ilə bağlı məlumatlar öz əksini tapmışdır. Bank tərəfindən təqdim edilmiş məlumatlar iş materialları ilə uyğunluq təşkil etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan başqa istintaq zamanı təqsirləndirilən şəxslərin şəxsiyyətini səciyyələndirən hallar araşdırılmışdır. Təqsirləndirilən şəxs X12 - xx xxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, subaydır, himayəsində iki övladı var, Azərbaycan Respublikası vətəndaşıdır, məhkumluğu yoxdur, işsizdir, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayır, hər hansı dövlət təltifi və ictimai vəzifəsi yoxdur. Təqsirləndirilən şəxs2 - xx xxxx 1995-ci il tarixdə Füzuli rayonunda anadan olmuşdur, subaydır, Azərbaycan Respublikası vətəndaşıdır, məhkumluğu olmayıb, işsizdir, Füzuli rayonu, Böyükbəhmənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayır, hər hansı dövlət təltifi və ictimai vəzifəsi yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və iş materiallarından görünür ki, X3 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət məsuliyyətindən azad edilərək məhkumluğu olmayan hesab edilmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Bakı şəhəri 1(103)- 2304/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası dəyişdirilərək ona 02 (iki) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 31 may 2024-cü il tarixdən 30 iyul 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 il 04 (dörd) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 06 noyabr 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə əməli 2022-ci ildə, yəni, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Bakı şəhəri 1(103)- 2304/2024 saylı qərarından əvvəl törədilmişdir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə görə, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs X7 himayəsində xx.xx.2012-ci il təvəllüdlü X15 adında bir övladının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs X7 cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 İİ Qarabağ müharibəsi Veteranı olmaqla, AR Prezidenti tərəfindən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, AR Baş Naziri tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalalrı ilə təltif edilmişdir.Sonuncu dəfə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərədə “Hərbi əməliyyatlar nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması.Baş beyin silkələnməsi . Ensefalopatiya tez-tez qıcolma tutmalar. (ayda 7-8 dəfə)”, postkontuzion sindrom” diaqnozu ilə stasionar müalicə almışdır. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal İİ Qarabağ müharibəsi Veteranı olmaqla, AR Prezidenti tərəfindən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, AR Baş Naziri tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalalrı ilə təltif edilməsi medalları ilə təltib edilməsidir.Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı X7 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4 və 310-cu maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4 və 32.5, 310-cu maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. İş üzrə təqsirləndirilən şəxs X12 24 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4 və 310-cu maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Həmçinin iş üzrə Təqsirləndirilən şəxs2 24 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4 və 310-cu maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs istifadəsində olan “Redmi Note 12 S” markalı, ***-***-**-** nömrəli mobil telefona tətbiq edilmiş “Whatsapp” çıxarışları, 15 iyun 2022 və 23 avqust 2022-ci il tarixli ödəniş qəbzləri və "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd “CD” disk 23 may 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə 15.000 (on beş min) manat ziyan vurulmuşdur. Həmin məbləğdən heç bir ödəniş edilməmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs, ona dəymiş 15.000 (on beş min) manat ziyanla əlaqədar məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur, xüsusi müsadirə təyin edilməsi üçün əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, HÖKM ETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-və 310-cu maddələri ilə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 1(103)-2304/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 5 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublası CM-nin 69.3-cü maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 1(103)-2304/2024 saylı qərarı ilə müəyyən edilmiş 02 ay müddət ona təyin edilmiş 5 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərarı ilə müəyyən edilmiş 06 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərarına əsasən hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyin Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 barəsində bu iş üzrə ibtidai istintaqda seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 32.5, 310-cu maddələri ilə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 32.5, 310-cu maddələri ilə qazancının 20 %-i dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 310-cu maddələri ilə təyin edilmiş 2 il müddətə islah işləri cəzasının hər iki günü bir gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4cü maddələri ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən tam toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4i ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. 23 may 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş- Zərərçəkmiş şəxs istifadəsində olan “Redmi Note 12 S” markalı, ***- ***-**-** nömrəli mobil telefona tətbiq edilmiş “Whatsapp” çıxarışları, 15 iyun 2022 və 23 avqust 2022-ci il tarixli ödəniş qəbzləri və "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar