Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-61/2025 16.03.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü il tarixdə Xocavənd rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Füzuli rayonu, Saracıq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(064)- 27/2025 saylı hökmü ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən silah qismində istifadə etdiyi avtomobillə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə təkrarən xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06 aprel 2025-ci il tarixdə saat 19 radələrində ictimai yer hesab olunan Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti ərazisində yerləşən “Köndələn” yeməkxanasının yanında hər hansı əsaslı səbəb olmadan Füzuli rayonu, Horadiz şəhər sakini olan Zərərçəkmiş şəxs1 ilə mübahisə edərək qəsdən ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış, eləcə də davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, həmçinin ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq hərəkətləri edərək yumruqla Zərərçəkmiş şəxs1 sol gözaltı nahiyəsindən vuraraq sonuncuya dərəcəsi təyin olunmayan sol gözaltı nahiyəsində qançır bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan sonra, o, 06 aprel 2025-ci il tarixdə, saat 19 radələrində, yəni ilkin hərəkətlərindən 5-10 dəqiqə sonra ictimai yer hesab olunan Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti ərazisində yerləşən “Oba" marketin yaxınlığında asfalt yolda təkrarən öz xuliqanlıq hərəkətlərini davam etdirərək etibarnamə ilə idarə etdiyi “VAZ 21214" markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobildən qəsdən silah qismində istifadə edərək təkrarən ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış, eləcə də davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, həmçinin ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq hərəkətləri edərək avtomobili qəsdən Zərərçəkmiş şəxs1 üzərinə sürmüş, lakin sonuncu kənara çəkildiyindən avtomobil ona dəyməmiş, bundan sonra avtomobili Zərərçəkmiş şəxs1 məxsus “Changan Uni T” markalı, ** JO *** dövlət qeydiyyat nişanlı avtomobilə qəsdən vurmuş və daha sonra “Changan UNİ T” markalı, ** JO *** dövlət qeydiyyat nişanlı avtomobil zərbənin təsirindən orada dayanmış halda olan Zərərçəkmiş şəxs2 məxsus olan “VAZ 21154” markalı ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş və nəticədə Zərərçəkmiş şəxs1 4641 manat, digər Zərərçəkmiş şəxs2 540 manat məbləğində maddi ziyan vurmaqla silah qismində istifadə olunan əşyadan istifadə etməklə təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 Füzuli rayonu Horadiz şəhər sakini kimi tanıyır, belə ki, Zərərçəkmiş şəxs1 onun yaşadığı Füzuli rayonu, Horadiz şəhəri ərazisində yerləşən evinin qonşuluğunda ferması vardır. Onunla əvvəldən münasibəti yaxşı olmamışdır. Təxminən 2023-cü ildən onunla arasında ədavəti olmuşdur, həmin vaxtdan onunla münasibəti pis olmuş, bir neçə dəfə aralarında dava-dalaş olmuşdur. Hazırki vaxta qədər də münasibəti pis olmuşdur. Özünə məxsus “Niva” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobili vardır, etibarnamə ilə idarə edir. 06 aprel 2025-ci il tarixdə saat 19 radələrində Füzuli rayonu, Horadiz şəhəri ərazisində yerləşən “Köndələn” adlı kafenin yaxınlığında Nihat adlı şəxslə söhbət edən zaman Zərərçəkmiş şəxs1 piyada onun yanından keçərkən ona tərs-tərs baxmış, həmin vaxt Səlimə "Səlim qaqa mənimlə nəsə işin var?”, Səlim isə ona “Yox heç nə işim yoxdur” sözlərini deyərək ondan uzaqlaşaraq getmişdir. Səlim ondan aralandıqdan təxminən 5 dəqiqə sonra geri qayıdıb ona “bəri gəl, səninlə işim var” sözlərini demiş, onun yanına getmiş və “Köndələn” kafesinin girişinə doğru getmişdir. Həmin vaxt qəflətən Səlim onun sifət nahiyəsindən bir neçə dəfə yumruq vurmuş, qarşılığında Səlimə yumruq zərbələri vurmuşdur. Əlbəyaxa olan zaman Səlimin anası Gülü adlı qadın onları aralamış və Səlim ondan aralanaraq piyada “Oba” market istiqamətində getmişdir. Bundan sonra özünə məxsus “Niva” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobilinə minərək maşını əsəbi halda sürüb oradan getmək istəmiş və həmin vaxt əsəbi olduğuna görə maşını yüksək sürətlə idarə etmiş, maşının tormozu tutmadığı üçün maşın həmin yerdə dayanmış halda olan Səlimə məxsus avtomobilə dəymişdir. Bundan sonra Səlim orada olan ət mağazasına girərək oradan balta götürüb balta ilə bir dəfə maşınının ön alın şüşəsinə zərbə vurmuş, zərbənin təsirindən balta avtomobilinin ön alın şüşəsindən avtomobilin salonuna düşmüşdür. Daha sonra Səlimin atası Vəli adlı şəxs avtomobildə ola-ola avtomobilinə yaxınlaşıb ona bir neçə yumruq zərbəsi vurmuşdur. Bundan sonra Səlimin avtomobilinin alın şüşəsindən avtomobilinə atdığı baltanı götürüb avtomobilindən yerə düşmüşdür. Avtomobildən yerə düşdükdən sonra əlində baltanı götürməkdə məqsədi üstünə kimsə gələcəyi halda özünü müdafiə etmək olmuşdur. Lakin əlində balta olan zaman heç kim onun üstünə gəlməmiş və daha sonra yenə də baltanı maşınına atmışdır. Baltanı maşına atdıqdan sonra Səlimin qardaşı Qulu adlı şəxs onun üzərinə gəlmiş və ona yumruq zərbəsi atmış, lakin çəkildiyi üçün yumruq zərbəsi ona dəyməmiş və ona görə Qulu özü yerə yıxılmışdır. Bundan sonra Səlim yumruq zərbəsi ilə onun qulaq nahiyəsindən bir dəfə vurmuş, daha sonra Vəli, Qulu və Səlim hər üçü onun üzərinə düşərək onu vurmuşlar, həmin vaxt özünü müdafiə etmək üçün bir dəfə təpik zərbəsi ilə Vəlinin qarın nahiyəsindən vurmuş və Vəli yerə yıxılmışdır. Bundan sonra oraya gələn polislər həmin şəxsləri ondan aralamışlar və bundan sonra polis şöbəsinə gəlmişlər. Səlim ilk öncə dalaşan zaman sifət nahiyəsindən bir neçə dəfə yumruq zərbəsi vuraraq ona xəsarət yetirmiş, yəni, Səlim burun, baş və qulaq nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Həmçinin Səlimin atası Vəli adlı şəxs və Qardaşı Qulu adlı şəxs də onun sifət nahiyəsindən vurmuşlar. Həmçinin Səlim balta ilə avtomobilinin ön alın şüşəsindən vuraraq avtomobilinin şüşəsini yararsız hala salmışdır. Zərərçəkmiş şəxs1 onu öldürəcəyini deməmiş, avtomobili həmin vaxt əsəbiləşdiyinə görə Səlimin üzərinə sürmüş, lakin Səlim kənara çəkildiyinə görə maşın ona dəyməmiş və həmçinin avtomobili onun ayağının üzərindən keçməmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs məxsus fermer təsərrüfatı ilə ona məxsus fermer təsərrüfatı yan-yana yerləşir və təxminən 3-4 ildir ki, həmin şəxs onunla mübahisə edərək ədavət aparır. Hacıqabul-Mincivan avtomobil yolunun Füzuli rayonu, Horadiz şəhəri ərazisindən keçən hissəsində yolun sağ tərəfində ailə üzvlərinə məxsus ərzaq mağazası vardır, həmçinin eyni istiqamətdə həmin yolun sol tərəfində olan ət dükanında işləyir. 06 aprel 2025-ci il tarixdə, saat 17 radələrində işlədiyi ət mağazasından çıxaraq ət dükanı ilə üzbəüz yerləşən onlara məxsus ərzaq mağazasına gedən zaman, Təqsirləndirilən şəxs ərzaq mağazasının yaxınlığında olmuş və heç bir səbəb olmadan Fuad ona “sözlü adama oxşadığını”, ona niyə qəribə baxdığını demiş, cavab olaraq mübahisənin uzanmaması üçün ona baxmadığını deyərək ərzaq mağazasına daxil olmuşdur. Bir neçə dəqiqə sonra mağazadan çıxıb, işlədiyi ət mağazasına gedən zaman Təqsirləndirilən şəxs onun arxasınca gəlmiş, birlikdə həmin yerə yaxın ərazidə yerləşən “Köndələn” adlı yeməkxananın həyətinə daxil olmuş, həmin vaxt Fuad onun üzərinə gələrək ünvanına nalayiq ifadə işlədib, ilk olaraq yumruqla onun sinə nahiyəsinə daha sonra isə sol gözaltı nahiyəsinə bir dəfə zərbə vurmuş və əlini belinə tərəf atan zaman Fuadın mütəmadi olaraq üzərində bıçaq gəzdirdiyini bildiyindən ondan kənarlaşması üçün yumruqla onun sinə nahiyəsinə bir zərbə vurmuşdur. Bu vaxt ətrafda olan tanımadığı şəxslər, həmçinin valideynləri oraya gələrək onları sakitləşdirmişdir. Bundan sonra avtomobil yolunu keçərək işlədiyi ət dükanına gedib, ət dükanının qarşısına çatan zaman Təqsirləndirilən şəxs özünə məxsus qara rəngli, “Niva” markalı avtomobili idarə edərək ona tərəf sürmüş, həmin vaxt kənara çəkilmiş və avtomobil həmin vaxt ona dəyməmişdir. Həmçinin, həmin şəxs qəsdən idarə etdiyi avtomobilin ön hissəsini işlədiyi ət dükanının qarşısında hərəkətsiz vəziyyətdə dayanmış ona məxsus “Changan UNİ-T” markalı, **-JO- *** dövlət nömrə nişanlı avtomobilin arxa tərəfindən vurmuşdur. Bu vaxt ət mağazasına daxil olaraq orada ət doğramaq üçün istifadə etdiyi baltanı götürüb balta ilə Fuadın içərisinə olduğu “Niva” markalı avtomobilin ön hissəsinə zərbə vurmuş və baltanın taxtadan olan sapı qırılaraq onun əlində qalmış, sapının digər hissəsi tiyəsi ilə birlikdə maşının içinə düşmüşdür. Həmin anda Fuad maşınını arxaya sürmək istəyəndə maşının qabaq sağ təkəri ayağının üzərindən keçərək ayağını əzmiş, daha sonra yenidən ət mağazasının içinə keçmişdir. Bundan sonra atası Şahid2 kənardan olanları görüb, tez həmin yerə gələrək Fuad avtomobilin içərisində olan zaman sillə ilə 2 dəfə Fuada zərbə vurmuş, həmçinin həmin vaxt orada olan Fuadın oğlu Orxan yumruqla atasının boyun nahiyəsinə zərbə vurmuşdur. Bu zaman Fuad maşınından balta götürərək ət mağazasının qarşısında atası ilə mübahisə etmiş, mağazada olarkən polisə zəng edərək məlumat vermişdir. Həmin anda Fuad əlindəki baltanı özünə məxsus Niva markalı avtomobilin salonuna, yəni qabaq sağ ayaqaltına atmışdır. Bundan sonra polis əməkdaşları həmin yerə gəlmişlər. Polislər gəldikdən bir neçə dəqiqə sonra qardaşı Şahid1 da özünə məxsus VAZ 2104 markalı avtomobillə həmin yerə gələrək ondan nə baş verməsini soruşduqda ona Fuadın maşınla ona məxsus maşını vurmasını demişdir. Bundan sonra Fuad qardaşı Qulunun ünvanına söyüş söyməyə başlamışdır. Fuad qardaşına söyüş söydükdən sonra yenidən onunla arasında dava-dalaş başlamış, həmin vaxt orada çoxlu adam olduğuna görə orada kim-kimi vurmasını konkret olaraq xatırlamamışdır. Bundan sonra polis əməkdaşları Fuadı polis maşınına mindirərək oradan aparmış, daha sonra isə öz maşını ilə polis şöbəsinə gəlmişdir. Mübahisə ilk öncə Fuadla onun arasında Füzuli rayonu, Horadiz şəhərində yerləşən “Köndələn” adlı yeməkxananın həyətində təxminən 5 dəqiqə, daha sonra isə həmin əraziyə yaxın yerdə yerləşən işlədiyi ət mağazasının qarşısında 5- 10 dəqiqə müddətinə davam etmişdir. Həmin vaxt oraya kimliyini tanımadığı, təxminən 100 nəfərə yaxın şəxs toplanmışdır, adlarını qeyd etdiyi şəxslərdən başqa həmin vaxt orada tanıdıqlarından qəssab Şahin Qaçay oğlu və orada yerləşən “Oba” marketin və “Al” marketin işçiləri baş vermiş mübahisə zamanı oraya gəlmişdirlər. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmiş və hər hansı tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Füzuli rayonu, Horadiz şəhər sakini kimi tanıyır, belə ki, Təqsirləndirilən şəxs onun fermasının qonşuluğunda yaşayır. Bir neçə il əvvəldən Təqsirləndirilən şəxsla onun və övladları arasında mübahisələr baş vermişdir. Həmin vaxtdan sonra onunla münasibəti pisləşmiş, mütəmadi olaraq mübahisələr olmuşdur. Zərərçəkmiş şəxs1 və Şahid1 onun övladlarıdır. 06 aprel 2025-ci il tarixdə saat 19 radələrində Füzuli rayonu, Horadiz şəhəri ərazisində yerləşən “Köndələn” kafesinin yaxınlığında olarkən Təqsirləndirilən şəxs oğlum Səlimə “nəsə sözlü adama oxşayırsan” sözünü demişdir. Bundan sonra Səlimə Fuada cavab verməməsini demiş və Səlim Fuaddan kənarlaşmışdır. Bundan bir neçə dəqiqə sonra Səlim geri qayıdıb Fuadın yanından keçəndə Fuad Səlimin qarşısına keçib ona yenə “sözlü adama oxşayırsan” sözlərini demiş, bundan sonra onlar arasında dava-dalaş baş vermiş və həmin vaxt onlardan biraz kənarda olmuşdur. Onlara çatanda Səlimlə Fuad əlbəyaxa olmuşdur. Bundan sonra həyat yoldaşı Gülyanə ilə birlikdə onları aralamışlar. Səlim piyada asfalt yolla hərəkət edərək “Oba” market istiqamətində hərəkətə başlamışdır. Bundan sonra Fuad oradan kənarlaşaraq özünə məxsus “Niva” markalı avtomobilə minib maşını Səlimin üstünə sürmüş, lakin Səlim kənara çəkildiyinə görə Fuad maşınla Səlimi vura bilməmiş və daha sonra Fuad maşınını Səlimə məxsus olan “Changan” markalı avtomobilin arxa tərəfindən vurmuşdur. Bundan sonra qaçaraq Fuadın maşınına yaxınlaşmış və əsəbiləşdiyinə görə Fuad maşında olarkən ona bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Bundan sonra Fuadın oğlu Orxan adlı şəxs oraya gəlib yumruqla onun baş nahiyəsindən bir neçə zərbə vurmuşdur. Daha sonra orada olan şəxslər Orxanı aralamış və daha sonra Fuad maşından balta götürərək yerə düşmüşdür. Fuadın əlində balta gördüyü üçün ondan kənarlaşmışdır. Kənarlaşdıqdan sonra Fuad əlində balta götürüb nalayiq sözlərlə camaat içində onların ünvanına söyüşlər söymüşdür. Bundan bir neçə dəqiqə sonra oraya polis əməkdaşları gəlmişlər və polislər gələndə Fuad əlindəki baltanı maşınına qoymuşdur. Polislər gəldikdən 2- 3 dəqiqə sonra digər oğlu Qulu da oraya gəlmişdir. Qulu oraya gəldikdən sonra əsəbiləşərək Fuadın üstünə getmiş və onu orada olan şəxslər aralamaq istəyirdilər. Həmin anda Fuad təpiklə onun qarın nahiyəsindən bir dəfə zərbə vurmuş və zərbənin təsirindən yerə yıxılmışdır. Daha sonra ayağa qalxmış və bundan sonra Qulu yumruqla Fuada zərbə vurmuş və orada olan şəxslər Qulunu Səlimdən aralamışlar. Bundan sonra da onlar kənarlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs məxsus fermer təsərrüfatı ilə onlara məxsus fermer təsərrüfatı yanyana yerləşir və təxminən 3-4 ildir ki, həmin şəxsin onun qardaşı Səlimlə münasibəti pis olmuşdur. Yəni onlar arasında mütəmadi olaraq mübahisələr baş verir. Füzuli rayonu, Horadiz şəhəri ərazisində yəni, Horadiz şəhərinin girişindən yolun sağ hissəsində “Uğur” Fitnes zalını işlədir. Həmin yer bir qədər hündürdə yerləşdiyindən oradan baxdıqda Horadiz şəhərinin girişində yerləşən “Oba” marketin qarşısı görünür. Həmçinin “Oba” marketin qarşısında onlara məxsus “Ət” satılan mağaza vardır. 06 aprel 2025-ci il tarixdə, saat 19 radələrində idman zalında olarkən “Oba” marketin və ət mağazasının qarşısında maşın toqquşması səsi eşitmiş və idman zalından oraya baxdıqda orada çoxlu adamların yığışdığını görmüş, lakin məsafə uzaq olduğuna görə konkret olaraq nə baş verməsini bilməmişdir. Lakin orada “Niva” markalı avtomobilin qardaşı Səlimə məxsus “Changan” markalı avtomobilin arxasına dirənməsini görüb nə baş verməsini öyrənmək üçün özünə məxsus olan “VAZ 2104” markalı avtomobillə həmin yerə getmişdir. Həmin yerə gedib çatdıqda Təqsirləndirilən şəxs Niva markalı avtomobillə qardaşına məxsus “Changan” markalı avtomobili vurmasını görmüşdür. Maşından düşüb Səlimə yaxınlaşıb nə baş verməsini soruşduqda Səlim Fuadla dalaşmasını və daha sonra Fuadın maşını onun üstünə sürməsini bildirmişdir. Bundan sonra əsəbiləşərək Fuadın üzərinə getmiş, Fuadın üzərinə getdikdən sonra onunla dalaşmış, lakin orada nə baş verməsini konkret olaraq xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasıdır. Zərərçəkmiş şəxs1 Füzuli rayonu Horadiz şəhər sakini kimi tanıyır, belə ki, Səlimin onların yaşadığı evin qonşuluğunda ferması vardır, Səlimlə münasibətləri yaxşı olmamışdır,bir neçə ildir ki, münasibəti pisdir, belə ki, atası Fuadla onun arasında əvvəllər dava-dalaş baş vermişdir, həmin vaxtdan aralarında olan münasibətlər pozulmuşdur. 06 aprel 2025-ci il tarixdə saat 19 radələrində Füzuli rayonu, Horadiz şəhər ərazisində yerləşən “Oba" marketin arxa tərəfində tanışları ilə söhbət edən zaman “Oba” marketin qarşısında maşın toqquşması səsi eşidib nə baş verməsini öyrənmək üçün həmin yerə gəldikdə atasına məxsus Niva markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Səlimə məxsus “Changan” markalı avtomobilin arxa tərəfindən dəyməsini və atasının maşında sükan arxasında oturulu halda olmasını, Səlimin balta ilə atasının maşının qabaq alın şüşəsinə vuraraq nalayiq söyüşlər söyməsini görmüşdür. Həmin vaxt Səlimin atası Vəli sükan arxasında olarkən atasına bir neçə dəfə yumruq zərbələri vurmasını görmüşdür. Vəlinin atasını vurmasını görüb Vəlini atasından aralamaq məqsədilə Vəlini vurmuşdur. Daha sonra atası maşından Səlimin istifadə etdiyi baltanı götürüb maşından yerə düşmüş, lakin həmin vaxt orada dava baş verməmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlmiş və polislər gəldikdən dərhal sonra Səlimin qardaşı Qulu adlı şəxs də özünə məxsus VAZ 2104 markalı avtomobillə oraya gəlmişdir. Qulu maşından düşdükdən sonra yenidən atası ilə mübahisə etməyə başlamış, həmin vaxt Qulu, Səlim və Səlimin atası Vəli atası ilə əlbəyaxa olaraq dalaşmışlar. Bundan sonra onları aralamağa çalışmış, polis əməkdaşlarının köməkliyi ilə onları aralamış və atasını polis şöbəsinə aparmışlar. İş üzrə Şahid5 və Şahid4 xx.xx.2026-cı il tarixli ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdikləri ifadəni təsdiq etdiklərini bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması haqqında 07 aprel 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır (İ cild i.v. 1-2). - şübhəli şəxsin tutulması haqqında 06 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i.v. 18). - videogörüntüyə baxış keçirilməsi haqqında 07 aprel 2025-ci il tarixli qərardan görünür ki, videoçəkiliş 6 dəqiqə 48 saniyədən ibarətdir. Videoçəkilişin əvvəlində Zərərçəkmiş şəxs1 piyada Füzuli rayonu, Horadiz şəhərinin girişində yerləşən “Oba” marketə doğru hərəkətdə olmuş və həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi qara rəngli, “Niva” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs1 üstünə sürətlə sürərək Zərərçəkmiş şəxs1 vurmaq istəmiş, lakin Zərərçəkmiş şəxs1 kənara çəkildiyi üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 avtomobillə vura bilməmiş, daha sonra Təqsirləndirilən şəxs avtomobili ilə “Oba” marketin qarşısında dayanmış halda olan Zərərçəkmiş şəxs1 məxsus “Changan” markalı ** JO *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ tərəfinə vurmuş, nəticədə Zərərçəkmiş şəxs1 avtomobili orada dayanmış halda olan qara rəngli, dövlət qeydiyyat nişanı videoçəkilişdə düşməyən “VAZ 21154” markalı avtomobilin arxa sağ tərərfinə dəymişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 orada olan ət mağazasına daxil olub oradan ət baltası götürərək həmin ət baltası ilə Təqsirləndirilən şəxs avtomobilinin qarşı ön alın şüşəsinə bir dəfə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs1 vurduğu zərbənin təsirindən baltanın sapının bir hissəsi Zərərçəkmiş şəxs1 əlində qalmış, baltanın sapının digər hissəsi tiyəsi ilə birlikdə Təqsirləndirilən şəxs avtomobilinin salonuna düşmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs1 atası Şahid2 Təqsirləndirilən şəxs avtomobilinin qarşı sol qapısına yaxınlaşaraq avtomobilin qapısının açıq vəziyyətdə olan pəncərəsindən Təqsirləndirilən şəxs bir dəfə yumruq zərbəsi vurmuş, bundan sonra Təqsirləndirilən şəxs oğlu Şahid6 Şahid2 yaxınlaşaraq onu aralamaq istəmiş və bu zaman da Şahid2 avtomobildən düşmək istəyən Təqsirləndirilən şəxs bir dəfə təpik zərbəsi vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilinə düşmüş olan sapı qırılmış halda olan baltanı götürərək atomobildən yerə düşmüşdür. Təqsirləndirilən şəxs avtomobildən düşdükdən sonra əlində balta ilə orada aqressiv hərəkətlər etmiş, lakin orada olan çoxsaylı şəxslər Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışdır. Bundan sonra Füzuli rayon polis şöbəsinin X4 Bölməsinin əməkdaşları oraya gəlib çatan anda Təqsirləndirilən şəxs əlində olan baltanı özünə məxsus Niva markalı avtomobilin salonuna atmışdır. Təqsirləndirilən şəxs baltanı avtomobilin salonuna atdıqdan bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs1 qardaşı Şahid1 idarə etdiyi “VAZ 2104” markalı dövlət qeydiyyat nişanı videoçəkilişdə düşməyən avtomobillə həmin yerə gələrək avtomobili “Oba” marketin qarşısında saxladıqdan sonra avtomobildən düşüb Zərərçəkmiş şəxs1 yaxınlaşmış və daha sonra isə aqressiv hərəkətlər edərək Təqsirləndirilən şəxs üzərinə gedib onu vurmaq istəyərkən orada olan şəxslər və Təqsirləndirilən şəxs oğlu Şahid6 onu aralamağa çalışmışdır. Həmin anda Zərərçəkmiş şəxs1 atası Şahid2 Təqsirləndirilən şəxs təpik zərbəsi atmış və Şahid6 sonuncunu aralamaq istəyərkən Zərərçəkmiş şəxs1 təpiklə Orxan Həsənovu vurmuş və Orxan Həsənov aralanmışdır. Bundan sonra Şahid1 öz aqressiv hərəkətlərini davam etdirərək Təqsirləndirilən şəxs üzərinə hücum edərək təpiklə sonuncunu vurmaq istəyərkən təpik Təqsirləndirilən şəxs dəymiş və nəticədə Şahid1 yerə yıxılmışdır. Həmin anda Şahid2 Şahid6 yumruq zərbəsi vurmuş və zərbənin təsirindən Şahid6 yerə yıxılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 və Şahid1 Təqsirləndirilən şəxs bir neçə dəfə yumruq zərbələri vuraraq sonuncunu döymüşlər. Bundan sonra Şahid1 araldıqdan sonra Şahid1 Təqsirləndirilən şəxs məxsus avtomobilin sol arxa qanadından bir dəfə təpiklə zərbə vurmuşdur. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs xidməti polis avtomobilinə əyləşdirərək oradan uzaqlaşdırmışlar (İ cild i.v. 71-73). - Füzuli rayonu, Horadiz şəhərinin girişində yerləşən Təhlükəsizlik şəhər kameralarından götürülmüş videogörüntülər qeydə alınmış CD disk tədqiq edilən zaman müəyyən olunmuşdur ki, videoçəkiliş xx.xx.2025-ci il tarixdə saat 19:20-dəqiqədən başlayır. Həmin videoçəkiliş 6 dəqiqə 56 saniyədən ibarətdir. Videoçəkilişin əvvəlində Zərərçəkmiş şəxs1 piyada Füzuli rayonu, Horadiz şəhərinin girişində yerləşən “Oba” marketə doğru hərəkətdə olmuş və həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi qara rəngli, “Niva” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs1 üstünə sürətlə sürərək Zərərçəkmiş şəxs1 vurmaq istəmiş, lakin Zərərçəkmiş şəxs1 kənara çəkildiyi üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 avtomobillə vura bilməmiş, daha sonra Təqsirləndirilən şəxs avtomobili ilə “Oba” marketin qarşısında dayanmış halda olan Zərərçəkmiş şəxs1 məxsus “Changan” markalı ** JO *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ tərəfinə vurmuş, nəticədə Zərərçəkmiş şəxs1 avtomobili orada dayanmış halda olan qara rəngli, dövlət qeydiyyat nişanı videoçəkilişdə düşməyən “VAZ 21154” markalı avtomobilin arxa sağ tərərfinə dəymişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 orada olan ət mağazasına daxil olub oradan ət baltası götürərək həmin ət baltası ilə Təqsirləndirilən şəxs avtomobilinin qarşı ön alın şüşəsinə bir dəfə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs1 vurduğu zərbənin təsirindən baltanın sapının bir hissəsi Zərərçəkmiş şəxs1 əlində qalmış, baltanın sapının digər hissəsi tiyəsi ilə birlikdə Təqsirləndirilən şəxs avtomobilinin salonuna düşmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs1 atası Şahid2 Təqsirləndirilən şəxs avtomobilinin qarşı sol qapısına yaxınlaşaraq avtomobilin qapısının açıq vəziyyətdə olan pəncərəsindən Təqsirləndirilən şəxs bir dəfə yumruq zərbəsi vurmuş, bundan sonrra Təqsirləndirilən şəxs oğlu Şahid6 Şahid2 yaxınlaşaraq onu aralamaq istəmiş və bu zaman da Şahid2 avtomobildən düşmək istəyən Təqsirləndirilən şəxs bir dəfə təpik zərbəsi vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilinə düşmüş olan sapı qırılmış halda olan baltanı götürərək avtomobildən yerə düşmüşdür. Təqsirləndirilən şəxs avtomobildən düşdükdən sonra əlində balta ilə orada aqressiv hərəkətlər etmiş, lakin orada olan çoxsaylı şəxslər Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışdır. Bundan sonra Füzuli rayon polis şöbəsinin X4 Bölməsinin əməkdaşları oraya gəlib çatan anda Təqsirləndirilən şəxs əlində olan baltanı özünə məxsus Niva markalı avtomobilin salonuna atmışdır. Təqsirləndirilən şəxs baltanı avtomobilin salonuna atdıqdan bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs1 qardaşı Şahid1 idarə etdiyi “VAZ 2104” markalı dövlət qeydiyyat nişanı videoçəkilişdə düşməyən avtomobillə həmin yerə gələrək avtomobili “Oba” marketin qarşısında saxladıqdan sonra avtomobildən düşüb Zərərçəkmiş şəxs1 yaxınlaşmış və daha sonra isə aqressiv hərəkətlər edərək Təqsirləndirilən şəxs üzərinə gedib onu vurmaq istəyərkən orada olan şəxslər və Təqsirləndirilən şəxs oğlu Şahid6 onu aralamağa çalışmışdır. Həmin anda Zərərçəkmiş şəxs1 atası Şahid2 Təqsirləndirilən şəxs təpik zərbəsi atmış və Şahid6 sonuncunu aralamaq istəyərkən Zərərçəkmiş şəxs1 təpiklə Orxan Həsənovu vurmuş və Orxan Həsənov aralanmışdır. Bundan sonra Şahid1 öz aqressiv hərəkətlərini davam etdirərək Təqsirləndirilən şəxs üzərinə hücum edərək təpiklə sonuncunu vurmaq istəyərkən təpik Təqsirləndirilən şəxs dəymiş və nəticədə Şahid1 yerə yıxılmışdır. Həmin anda Şahid2 Şahid6 yumruq zərbəsi vurmuş və zərbənin təsirindən Şahid6 yerə yıxılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 və Şahid1 Təqsirləndirilən şəxs bir neçə dəfə yumruq zərbələri vuraraq sonuncunu döymüşlər. Bundan sonra Şahid1 araldıqdan sonra Şahid1 Təqsirləndirilən şəxs məxsus avtomobilin sol arxa qanadından bir dəfə təpiklə zərbə vurmuşdur. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs xidməti polis avtomobilinə əyləşdirərək oradan uzaqlaşdırmışlar. (İ cild i.v. 52-57). - Məhkəmə-tibbi ekspertizasının 07 aprel 2025-ci il tarixli 89/25 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol gözaltı nahiyəsində qançır, sağ ayaq pəncəsinin üst səthində isə yumşaq toxumaların əzilməsi aşkar olunmuş, həmin xəsarətlər bərk, küt əşyanın(əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir (İ cild i.v. 93-95). - Cinayət işinin materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 aprel 2025-ci il tarixli protokol və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə dalaşdığı “Köndələn” kafesi Füzuli rayonu, Horadiz şəhəri ərazisində yerləşir və ictimai yerdir. Bundan başqa Təqsirləndirilən şəxs avtomobillə Zərərçəkmiş şəxs1 avtomobilini vurduğu yer də Füzuli rayonu, Horadiz şəhəri ərazisində yerləşən ictimai yerdir (İ cild i.v. 65-70). - Zərərçəkmiş şəxs2 məxsus olan “VAZ 21154” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə dair protokol tədqiq edilən zaman müəyyən olunu ki, həmin avtomobilin sağ arxa qapısında əzik və arxa buferinin sağ hissəsində əzik aşkar olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 həmin zədələrin 06 aprel 2025-ci il tarixdə Füzuli rayonu, Horadiz şəhəri ərazisində Təqsirləndirilən şəxs avtomobillə Zərərçəkmiş şəxs1 məxsus “Changan Uni-T" markalı avtomobili vurması və daha sonra həmin avtomobilin ona məxsus təqdim etdiyi avtomobilə dəyməsi nəticəsində əmələ gəlməsini bildirmişdir. Baxışdan sonra avtomobil sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir (İ cild i.v. 63-64). - Zərərçəkmiş şəxs2 məxsus olan “VAZ 21154” markalı ** TT *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmışdır (İİ cild i.v. 52-69). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 08 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (İ cild i.v. 117-118). - xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ifadə verərək bildirmişdir ki, özünə məxsus “Niva” markalı ** BX *** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobilinə minərək maşını Səlimi vurmaq üçün maşını onun üzərinə sürmüş, lakin Səlim maşının qabağından çəkilərək yolun kənarına çıxmış və maşınla Səlimi vura bilməmiş, bundan sonra maşını saxlaya bilməmiş və maşınla Səlimə məxsus “Changan” markalı avtomobilə dəymişdir. - Füzuli Rayon Məhkəməsinin 4(064)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs 3 ay müddətinə həbs edilmişdir. - maddi sübut kimi tanıma və maddi sübutun saxlanılması üçün təhvil verilməsi haqqında 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, “VAZ 21214” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsinin duracağına təhvil verilmişdir (İ cild i.v. 197-198). - zərərçəkmiş şəxs qismində tanınma barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İİ cild i.v. 5-6). - zərərçəkmiş şəxs qismində tanınma barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İİ cild i.v. 37-38). - təqsirləndirilən şəxsin yenidən cəlb edilməsi haqqında 21 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən ittiham elan edilmişdir (İİ cild i.v. 71-72). - Zərərçəkmiş şəxs1 məxsus olan “Changan Uni-T” markalı ** JO *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə dair protokol tədqiq edilən zaman müəyyən olunu ki, həmin avtomobilin arxa kapotu, arxa buferi, arxa sağ qanadı, arxa faralarının əzilməsi, həmçinin qarşı sol qanadının üzərində sürtünmə izlərinin olması aşkar olunmuşdur (İ cild i.v. 180-183). - Zərərçəkmiş şəxs1 istifadəsində olan “Changan Uni-T” markalı ** JO *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün 12 aprel 2025-ci il tarixli qəbzlə saxlanılması üçün Şahid1 təhvil verilməsi nəzərə alınmışdır (İ cild i.v.196, İİ cild i.v.52-69). - Təqsirləndirilən şəxs məxsus olan “VAZ 21214” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə dair protokol tədqiqi edilən zaman müəyyən olunu ki, həmin avtomobilin ön alın şüşəsinin ağ küncündə balta ilə yetirilməyə xarakterik bir ədəd sındırma izi, həmçinin avtomobilin qarşı sol qanadı, qarşı sol farası, qarşı kapotu, radiator barmaqlığı və digər ehtiyat hissələri əzilmişdir (İ cild i.v. 197-199, 201-203). - Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə şərti sınaq müddəti təyin edilmişdir. Füzuli RİŞ xx.xx.2017-ci il tarixli 13/2017 saylı arayışına əsasən cəzasını tam çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs Füzuli rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-niN 73.2-ci maddəsinə əsasən barəsində CM-nin 128-ci maddəsilə olan cinayət işinin icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxs Füzuli rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və xx.xx.2023cü il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs Füzuli RPŞ tərəfindən Azərbaycan Respunlikası CM-nin 221.1 və 221.3-cü maddələri ilə ********* təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin cinayət işi xx.xx.2025-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxs Füzuli RPŞ tərəfindən Azərbaycan Respunlikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və cinayət işi hazırda icraatdadır. - Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Yəni Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməyə nisbətən yüngül cəzaya, yəni azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Həmçinin iş materiallarından o da görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, yəni xx.xx.2025-ci il tarixdə cəzasını çəkib qurtardığı gündən, yəni xx.xx.2023cü il tarixdən 01 il 05 ay 26 gün müddət keçmişdir. Ona görə də hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs hesab olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də Təqsirləndirilən şəxs cinayəti residiv formasında törətməməsi nəzərə alınmışdır (İİ cild i.v. 22-24; 52-59). - “Sərxan” Avtomotoservis və Ticarət firmasından təqdim edilmiş 07 aprel 2025-ci il tarixli 046 nömrəli ziyan aktından görünür ki, Zərərçəkmiş şəxs2 məxsus olan “VAZ 21154” markalı. ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilə hadsə nəticəsində 540 (beş yüz qırx) manat məbləğində maddi ziyan dəymişdir (İ cild i.v. 91-92). - Azərbaycan Avtomobil Evindən təqdim edilmiş ziyan aktından görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “Changan UNİ-T” markalı, ** JO *** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində 4641 (dörd min altı yüz qırx bir) manat məbləğində maddi ziyan dəymişdir (İİ cild i.v. 16-18). - Təqsirləndirilən şəxs orta təhsillidir, işləmir, məhkumluğu yoxdur, evlidir, yaşayış yerindən təqdim olunmuş xasiyyətnamə ilə kafi xarakterizə edilir. - Füzuli Rayon Məhkəməsinin 1(064)-27/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Zərərçəkmiş şəxs2 məhkəməyə teleqramla müraciət edərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı hər hansı tələbi və şikayəti yoxdur. Məhkəmə verilmiş ittihamla bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilir ki, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarda göstərilmişdir ki, “xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. İş üzrə toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı tərəfdə heç bir aqressiya yaratmayan, yəni mübahisəyə əsas verməyən davranışlarını bəhanə edərək, açıq-aşkar aqressiv və cəmiyyət üçün təhlükəli davranış nümayiş etdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs Füzuli rayonu, Horadiz şəhəri ərazisində, ictimai yer hesab olunan, insanların intensiv istifadə etdiyi ərazidə heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsə yaxınlaşaraq süni və əsassız bəhanə ilə mübahisə yaratmışdır. Zərərçəkmiş şəxsin münaqişədən yayınmaq cəhdlərinə baxmayaraq Təqsirləndirilən şəxs israrlı şəkildə onu təqib etmiş, “Köndələn” adlı yeməkxananın həyətində açıq-aşkar nalayiq ifadələr işlədərək ilk olaraq fiziki zor tətbiq etmiş və zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Bununla kifayətlənməyən Təqsirləndirilən şəxs öz davranışını daha da təhlükəli mərhələyə keçirmiş, idarə etdiyi “Niva” markalı avtomobili yüksək sürətlə qəsdən zərərçəkmiş şəxsin üzərinə sürərək onun həyat və sağlamlığı üçün real təhlükə yaratmışdır. Yalnız zərərçəkmiş şəxsin vaxtında kənara çəkilməsi nəticəsində daha ağır nəticələrin baş verməsinin qarşısı alınmışdır. Eyni zamanda o, idarə etdiyi nəqliyyat vasitəsi ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus avtomobili vuraraq əmlaklarına da ziyan vurmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs hərəkətləri ətrafda olan çoxsaylı şəxslərin gözü qarşısında baş vermiş, bu isə onun davranışının ictimai qaydanı kobud şəkildə pozmaqla yanaşı, cəmiyyətə açıq hörmətsizlik ifadə etdiyini, insanların təhlükəsizlik hissinə ciddi xələl gətirdiyini təsdiq edir. Məhkəmə xüsusilə qeyd edir ki, baş vermiş münaqişənin əsasında duran hallar – zərərçəkmiş şəxsin guya “qəribə baxması”, “sözlü adama oxşaması” kimi iddialar – obyektiv baxımdan tamamilə əsassız və əhəmiyyətsiz olub, bu cür təhlükəli və aqressiv davranışı heç bir halda əsaslandıra bilməz. Əksinə Təqsirləndirilən şəxs mövcud vəziyyəti qəsdən gərginləşdirmiş, cüzi və uydurma səbəbdən istifadə etməklə açıq zorakılıq törətmişdir. Həmçinin videogörüntüdən də görünür ki, hadisə bir çox şəxsin gözü qarşısında ictimai qaydanın kobud sürətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi ilə baş vermişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, qeydə alınmış videogörüntülər və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl CM-nin 221.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Həmin qərarın 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.12, CM- 59.1.13), törətdiyi əməldən səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il Konstitusiya Məhkəməsinin Plenum Qərarında cinayət işi üzrə hökm çıxarıldıqdan sonra cəzanı çəkib qurtarmış şəxsin hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu təqdirdə cəzanın təyin edilməsi məsələsi ilə bağlı qeyd edilir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi təsbit edilmişdir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair qəbul edilmiş Qərarında “hökm çıxarılmazdan əvvəl”, “hökm çıxarıldıqdan sonra”, “məhkum” ifadələrinin mənası açıqlanaraq, həmin maddədə qanuni qüvvəyə minmiş hökmün nəzərdə tutulduğu qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(064)-27/2025 saylı hökmü ilə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixindən etibarən həbsdədir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21214” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21154” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Changan Uni-T” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(064)-27/2025 saylı hökmü ilə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla qəti olaraq üzərində 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixindən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21214” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21154” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış “Changan Uni-T” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №1(064)-61/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-61/2025
16.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver