Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-63/2025 23.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1990-cı ildə Tovuz rayonu, Düz Cırdaxan kəndində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Tovuz rayonu, Düz Cırdaxan kəndində qeydiyyatda olmaqla, Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 03 may 2025-ci il tarixdə saat 14 radələrində onunla Füzuli rayonunun Böyük Bəhmənli kəndində eyni həyətdə yaşadığı qayınanası Zərərçəkmiş şəxs fərdi yaşayış evinin yataq otağına daxil olub otaqdakı şkafın qapısından asılmış çantadan 1560 (min beş yüz altmış) manat nəğd pulu qəsdən gizli talamaqla oğurlayıb, şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs 1560 (min beş yüz altmış) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib etirafedici ifadəsində bildirmişdir ki, o, 18 noyabr 2017-ci il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini X3 ilə ailə həyatı qurmuş, 2018-ci ildən qayınanası Gülnarə Abdullayevanın yaşadığı Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən evin həyətində tikdirdiyi evdə yaşayır. Çiçəklə olan nikahlarından İlahə adlı bir qız övladları var. Daimi iş yeri olmadığından fəhləliklə məşğul olur. 03 may 2025-ci il tarixdə saat 14 radələrində yaşadığı evdə spirtli içki içərək sərxoş olmuş və öz ata-baba yurdu olan Tovuz rayonu üçün darıxdığı üçün eləcə də Tovuz rayonunda yaşayan dayısı oğlu Ceyhunun Gəncə şəhərində övladına sünnət toyuna dəvət olunduğu üçün oraya getmək qərarına gəlmişdir. Onun Gəncə şəhərində toy məclisinə getmək üçün yol pulu və nəmər yazdırmağa pulu olmadığına görə qonşuluqda yaşayan qaynanası Zərərçəkmiş şəxs evindən pul oğurlamaq qərarına gəlmişdir. O, qayınanası Gülnarənin yolda qoyun otardığını və heç kimin evdə olmadığını bildiyinə görə evin açıq qapısından qayınanasının yataq otağına daxil olaraq otaqdakı şkafın qapısından asılmış qadın çantasına baxdıqda çantada xeyli pul olduğunu görmüş, həmin vaxt baldızı qızı azyaşlı Əminənin evin eyvanına daxil olduğunu görüb pulun üzərindən 160 (yüz altmış) manat götürüb cibinə qoymuş, qalan pulu isə həmin otaqdakı şkafdan asılmış qara rəngli kişi pencəyinin sağ çöl yan cibinə qoyub dərhal otaqdan çölə çıxıb piyada yaşadığı kəndin üzərindən keçən magistral yola çıxıb oradan yol maşınları ilə Yevlax şəhərinə getmişdir. O, Yevlax şəhərindən Tovuz rayonu, Düz Cırdaxan kəndinə getmiş və gecəni ata evində qalmışdır. Ertəsi gün qayınanası Gülnarə istifadə etdiyi ***-***-**-** saylı nömrədən onun istiafdə etdiyi nömrəyə zəng edərək evindən 1560 (min beş yüz altmış) manat pul oğurlandığını bildirmişdir. O, qayvnanası Gülnarəyə onun çantasından 160 (yüz altmış) manat pul götürdüyünü qalan pulları evdə gizlətməsini evə qayıdanda həmin pulları ona verəcəyini demişdir. O, 07 may 2025-ci il tarixdə, axşam saatlarında yaşadığı Füzuli Rayonu, Böyük Bəhmənli kəndində yerləşən evinə qayıtmış və qayınanası Gülnarənin evinə gedərək pencəyin cibində olan pulları ona vermişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində yalayır. Qızı Şahid 2017-ci ildə Tovuz rayonu, Düz Cırdaxan kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, onların həmin nikahdan İlahə adlı bir azyaşlı uşaqları var. Qızı Çiçək və kürəkəni Ayaz onunla eyni həyətdə özlərinə məxsus evdə yaşayırlar. Kürəkəni Ayazın daimi iş yeri olmadığından fəhləliklə məşğul olur. 03 may 2025-ci il tarixdə, saat 15 radələrində yaşadığı evin yanından keçən dəmir yol xəttinin kənarında qoyun otararkən kürəkəni Təqsirləndirilən şəxs evdən yola çıxıb getməsini görmüş, onu çağırsada Ayaz onun səsini eşitməmişdir. O, təxminən bir saat sonra otardığı heyvanları gətirib həyətindəki ağıla salmış, ondan bir neçə dəqiqə sonra qızı Çiçək işlədiyi Marketdən evə gəlmiş, o, sonuncudan işdən qayıtmasının səbəbini soruşduqda Çiçək ona nahar zamanı əri Ayazın ona Gəncə şəhərində dayısı oğlunun toy məclisində iştirak etmək məqsədilə ondan pul istəməsini, ona pul vermədiyinə görə aralarında mübahisələrinin yarandığını Ayazın çıxıb Tovuz rayonuna getdiyini demişdir. O, yaşadığı evin yataq otağına daxil olmuş və şkafın qapısına asdığı qəhvəyi rəngli əl çantasının içərisinə baxdıqda çantada əvvəlcədən saxladığı 1560 (min beş yüz altmış) manat pulun olmadığını görüb pulun kürəkəni Ayaz tərəfindən oğurlanmasından şübhələnərək Ayazın istifadə etdiyi nömrəyə zəng etmiş, lakin onun nömrəsinə zəng çatmamışdır. Ona görə saat 17:35-də istifadə etdiyi ***-***-**-** saylı nömrədən Daxili işlər Nazirliyinin 102 zəng mərkəzinə qızının həyat yoldaşı Ayazın evindən 1560 (min beş yüz altmış) manat pul oğurlaması barədə məlumat vermişdir. Təxminən yarım saat sonra Füzuli rayon Polis şöbəsinin əməkdaşları yaşadığı evə gəlmiş, o, pullarını saxladığı çantanı təqdim edərək hadisə yerinin baxışında iştirak etmiş, hadisə ilə bağlı ərizə və izahat vermişdir. O, ertəsi gün saat 09 radələrində kürəkəni Ayazla telefonla əlaqə saxlayıb ona çantasından 1560 (min beş yüz altmış) manat pulun oğurlandığını demiş, Ayaz ona çantasından 160 (yüz altmış) manat pul götürdüyünü, qalan pulu isə evdə gizlətdiyini, həmçinin pulu götürərkən azyaşlı nəvəsi Əminənin evə daxil olduğuna görə pulları çantasına qoya bilmədiyini bildirmişdir. 07 may 2025-ci il tarixdə, kürəkəni Ayaz Tovuz rayonundan yaşadığı Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən evinə qayıtmış, mərhum kürəkəni Hafizə məxsus pencəyin cibindən 1500 (min beş yüz) manat pulu götürüb ona vermişdir. Ona məxsus 1560 (min beş yüz altmış) manat kürəkəni Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyindən ondan şikayəti və tələbi yoxdur və onunla barışmışdır. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, 18 noyabr 2017-ci il tarixdə Tovuz rayonu, Düz Cırdaxan kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və 14 avqust 2018-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Həmin vaxtdan əri Ayazla Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən ata evinin həyətində tikdirdikləri evdə yaşayırlar. Birgə nikahlarından 03 oktyabr 2016-cı ildə doğulmuş İlahə adlı bir qız övladları var. Əri Ayazın daimi iş yeri olmadığından fəhləliklə məşğul olur. O, yaşadığı kənddə marketdə satıcı işləyir. 03 may 2025-ci il tarixdə günorta saatlarında əri Ayazın xalası ona telefonla zəng edərək Ayazın Tovuz rayonuna gəlməsi üçün ona pul verməsini tapşırmış, o, hazırda evlərində pul olmadığını demişdir. Bundan sonra əri Təqsirləndirilən şəxs Tovuz rayonunda yaşayan dayısı oğlu Ceyhunun Gəncə şəhərində övladına sünnət toyuna dəvət edildiyini və həmin toy məclisində iştirak etmək istədiyini bildirərək ondan pul istəmiş, o, ona da pulunun olmadığını deməsinə görə əri ondan narazı qalmış və bu zəmində aralarında mübahisələri yaranmışdır. O. həmin gün günortadan sonra yaşadığı evə gəlmiş və əri Ayazı evdə görməmişdir. Bir neçə dəqiqə sonra anası Gülnarə ona öz yaşadığı evdə əl çantasında saxladığı 1560 (min beş yüz altmış) manat pulun yerində olmadığını, pulun oğurlandığını və az əvvəl Ayazın yaşadıqların evin həyətindən çıxıb getməsini gördüyünü bildirmişdir. Anası Gülnarə əri Ayaza zəng etsədə onun telefonuna zəng çatmadığından anası Gülnarə çantasında saxladığı 1560 (min beş yüz altmış) manat pulun Ayaz tərəfindən oğurlanması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat vermişdir. Təxminən yarım saat sonra Füzuli Rayon Polis şöbəsinin əməkdaşları onların həyətinə gəlmiş, anası Gülnarə hadisə yerinin baxışında iştirak edərək ərizə və izahat vermişdir. 07 may 2025-ci ildə əri Təqsirləndirilən şəxs Tovuz rayonundan yaşadığı evə qayıtmış, evdən cəmi 160 (yüz altmış) manat pul götürdyünü, qalan pulu isə evdəki kostyumun cibinə qoyduğunu bildirmişdir. O və anası Gülnarə hazırda Təqsirləndirilən şəxsla barışmış, anası Gülnarənin pulla bağlı əri Ayazdan şikayəti və tələbi yoxdur. Cinayət işinin 38-ci vərəqəsində olan Zərərçəkmiş şəxs 01 iyul 2025-ci ildə Füzuli Rayon Polis Şöbəsinə ünvanladığı ərizə əsasında müəyyən olunur ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir, 03 may 2025-ci ildə evindəki əl çantasından oğurlanmış 1560 (min beş yüz altmış) manat pulla bağlı ondan şikayət və tələbini yoxdur. Cinayət işinin 39-40-cı vərəqələrində olan xx.xx.2019-cu il tarixli, AZ İV 236410 №-li “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2018-ci ildə anadan olmuş İlahə Qasımova adlı, soyadlı bir qız övladı vardır. Cinayət işinin 37-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsidən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1990-cı ildə Tovuz rayonu, Düz Cırdaxan kəndində doğulmuş Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsinə əsasən 300 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu ildə cərimə cəzasını tam şəkildə ödəmişdir. Məhkəmə iş materialları əsasında müəyyən edir ki, istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilmiş və özünün müdafiəsi üçün dəlil gətirərək ifadəsində Zərərçəkmiş şəxs yataq otağındakı şkafın qapısından asılmış əl çantasından 1560 (min beş yüz altmış) manat deyil, 160 (yüz altmış) manat oğurladığını, qalan pulları oradakı pencəyin cibinə qoyduğunu göstərmişdir. Onun ifadəsinin həmin hissəsi 01 iyul 2025-ci il tarixdə sübutların qiymətləndirilməsi haqqında qərarda mötəbər sübut hesab edilməmiş və əsassız olduğundan rədd edilmişdir. Həmçinin Məhkəmə iş materialları əsasında müəyyən edir ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində bir azyaşı uşağı var, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur, məhkumluğu yoxdur. Füzuli rayon İcra Hakimiyyəti Başçısının Böyük Bəhmənli kənd ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnaməyə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, Cinayət işinin materiallarından, həmçinin məhkəmə iclası zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və şahid X2 verdiyi ifadələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğurluq cinayətini törətdikdən sonra telefonunu söndürmüş, qayınanası Gülnarə və arvadı Çiçəyin telefonuna bir neçə gün cavab verməmiş və oğurladığı pulların qalan hissəsinin yerini onlara deməmişdir. Bütün bunlar isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 160 (yüz altmış) manatını deyil, 1560 (min beş yüz altmış) manat pulunu oğurlamasına dəlalət edir. Ona görə də, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməsinə baxmayaraq, oğurlanmış pulun 160 manat olduğunu bildirsə də, bu ifadə işin faktiki halları ilə üst-üstə düşmür, Məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr hesab edilirək mötəbər sübut kimi qəbul edilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Qeyd olunanları nəzərə almaqla Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur, eləcə də əmlak üzərinə həbs qoyulmamışdır. Cinayət işi üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin pridmeti kimi istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəbdən dövlət nəfinə alına bilmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak tələbi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və Məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №1(064)-63/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-63/2025
23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver