Məhkəmə qərarları › İş №1(064)-65/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №1(064)-65/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-65/2024 19.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 iştirakları ilə, X2 X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında verdiyi şikayətə Füzuli Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X1 Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında verdiyi şikayətində X5 barəsində Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasını və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in: - 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmamasına baxılır. - 293.3.1 və 293.3.6-cı maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə müvafiq olaraq şikayət vermiş şəxs haqqında məlumatlar (o cümlədən, doğulduğu il) və şikayətin verildiyi tarix (il, ay və gün), yer göstərilir. - 299.8-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. - 302.1.3 və 302.1.8-ci maddələrinə əsasən müvafiq olaraq şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və şikayəti vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. - 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə göstərilən cinayət-prosessual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, X2 X5 barəsində Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında verdiyi şikayət mətnində X2 doğulduğu il, eləcə də, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilmədiyinə, sonuncu məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyinə görə şikayətin məhkəmə baxışının keçirilməsindən və icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 293.3, 299.3.3, 299.8, 300.1.3, 302.1.3, 302.1.8, 302.2.3, 384.1.7 və 385.1-ci maddələrini rəhbər tuturaq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası CPM-in 302.1.3, 302.1.8 və 302.2.3-cü maddələrinə əsasən X2 X5 barəsində Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmə baxışının keçirilməsindən və icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar