Məhkəmə qərarları › İş №1(064)-66/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-66/2025

13.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-66/2025 13.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə X3 Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, barəsində böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılan şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.2001-ci il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Füzuli rayonu, Yağlıvənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs və Şahid1 xx.xx.2025-ci il tarixdə, saat 21:00 radələrində Füzuli rayonu, 10 saylı Qayıdış qəsəbəsində yerləşən yaşadıqları evin həyətində olarkən Zərərçəkmiş şəxs gəlib Şahid1la mübahisə edərək nəyə görə onun övladını pis vərdişlərə sövq etdiyini soruşmuş, mübahisə zamanı Zərərçəkmiş şəxs Şahid1 sağ sifət nahiyəsinə sillə zərbəsi ilə vuraraq ona fiziki ağrı yetirmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs üst dodaq nahiyəsinə yumruq zərbəsi ilə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib etirafedici ifadəsində bildirmişdir ki, Tərlan əmisidir və onunla hər hansı düşmənçilik və ya ədavəti yoxdur. Onlar onunla eyni küçədə yaşayırlar. xx.xx.2025-ci il tarixdə, axşam saatlarında qardaşı Elmanla birlikdə fermadan evə gəlib həyətdə əyləşərək çay içdikləri zaman əmiləri Tərlan və İmran gəlmişlər, Tərlan Elmana onun oğlunu pozduğunu deyib nalayiq ifadələr işlədərək üzərinə getdikdə o qaçaraq uzaqlaşmış, arxasınca düşüb tutaraq sağ sifətindən sillə zərbəsi ilə və başından yumruq zərbəsi ilə vurmuş, Tərlanı tutub sakitləşdirmək istədikdə onu əli ilə itələmiş, ona, anası Azadəyə və qardaşı Elmana qarşı nalayiq ifadələr işlətməyə başlamış, Tərlanın ağız nahiyəsinə sillə zərbəsi ilə vurub sakit dayanmasını demiş, İmran da onu sakitləşdirib aparmışdır. Həmçinin onu da bildirdi ki, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Kamran və Elman qardaşı Fidayyanın oğullarıdır və onlarla düşmənçilik və ya ədavəti yoxdur. Elman oğlu Kənanı pis hərəkətlərə sövq etməyə çalışdığı üçün Kənanı danlayıb uzaq durmasını demiş, lakin Elman ondan əl çəkmədiyi üçün xx.xx.2025-ci il tarixdə, axşam saatlarında onların yaşadığı evin həyətinə getmiş, Elman və Kamranın həyətdə oturduqlarını görüb onlara tərəf getmiş, Elmana yaxınlaşıb onun sifətinə sillə zərbəsi ilə bir dəfə vurub iradını bildirərək pis vərdişlərdən uzaqlaşmasını və oğlu Kənanı da çağırmamasını demiş, Elman ona qarşı nalayiq ifadələr işlədərək həyətdə olan dəryazı götürüb üzərinə getmiş, İmran araya girib onun əlindən dəryazı alaraq yerə atmış, Elmana onun böyüyü, yəni əmisi olduğunu deyib hörmətsizlik etməməsini bildirdikdə Kamran yumruq zərbəsi ilə ağız nahiyəsinə vurub onlara ağsaqqal lazım olmadığını və özünün bunu bacardığını demiş, ondan yaşca kiçik olması səbəbi ilə əhəmiyyət verməyib yaşadığı evə geri qayıtmış, nəvbəti gün bununla bağlı Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermişdir. Həmçinin onu da bildirdi ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və heç bir şikayəti yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1, Şahid3 və X5 ifadə verərək ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Füzuli regional MTE bölməsində tibbi müayinədən keçirilmiş, ekspertizanın rəisi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli, 781/25 nömrəli ekspert rəyindəndən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı üst dodaq nahiyəsinin hematoması ilə müşayiət olunan üst dodağın selikli qişasının çapılmış yaraları-bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsindən göstərilən və şəxsin məhkəmə-tibbi eksertizası zamanı özünün göstərdiyi müddətdə (xx.xx.2025) və şəraitdə yetirilmələri inkar olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olduğu göstərilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 29, 177.2.1, 29, 177.2.3, 85.2 maddələri ilə 200 manat cərimə edilmiş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3 və Azərbayca Respublikası CM-nin 73.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası CM-nin 128 maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. - Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizə əsasında müəyyən olunur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və heç bir şikayəti yoxdur. Məhkəmə iş materialları əsasında müəyyən edir ki, istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilmiş və Azərbaycan Respublikası CPM-in 289.3.3-cü maddəsinə əsasən özünü müdafiə üçün heç bir dəlil gətirməmişdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsi və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin "Qeyd" hissəsinin 1-ci bəndində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarıda olan tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Füzuli rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 29, 177.2.1, 29, 177.2.3, 85.2 maddələri ilə 200 manat cərimə edilmiş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3 və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası CM-nin 128 maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. Buna görə də, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 73.2-ci maddəsinin tələbləri tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar