Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-68/2025 17.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Füzuli rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə Füzuli rayonu, Horadiz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Füzuli rayonu, Horadiz kəndində pasport qeydiyyatında olmaqla Füzuli rayonu, Qayıdış-1 qəsəbəsi, ev 16-da yaşayan, 04 avqust 2025-ci il tarixli qərarımla barəsində başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 307.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, qəsdən qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmişdir. Belə ki, o, əri Şahid2 29 oktyabr 2024-cü il tarixdə, saat 22 radələrində işçisi olduğu X13 ünvan 1 ünvanında yerləşən öz yaşadığı evdə özünə qarşı seksual xarakterli zorakılıq hərətləri etdiyini, eləcə də özü ilə zorla cinsi əlaqədə olmaq istədiyini görüb qəzəblənərək metal alətlə Yaşa İbişovun bədənin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr endirib sağda gicgah sümüyünün kəllə əsası sümüklərinə keçən açıq, xətti sınığı, baş beyin toxumasının əzilməsi, beyindaxili hematoma, sağ gicgah, sağ qaşüstü və alt çənə nahiyələrinin əzilmiş yaraları, alt çənə sümüyünün solda açıq, yerdəyişən sınığı, döş sümüyünün orta üçdə-birinin və solda İİİ- İV qabırğaların ön qoltuq xətti üzrə fraqmentlərin yerini dəyişmiş qapalı sınığı, dərəcəsinə görə həyat üçün təhlükəli olan və sağlamlığa ağır vurmaya aid edilən xəsarətləri yetirməklə Yaşa İbişovu qəsdən qısqanclıq zəminində öldürməsinə şahid olduğu halda Şahid2 Yaşa İbişovu qəsdən öldürməsindən sonra qabaqcadan vəd etmədən həmin gün gecə saatlarında sonuncunun meyitinin bükülü olduğu xalçanı traktorun malasının üzərinə yerləşdirməkdə Şahid2 yardım etməklə, bundan sonra 30 oktyabr 2024-cü il tarixdə, səhər saatlarında hadisənin törədildiyi evin qonaq otağında döşəmədə cinayətin izləri olan qan ləkələrini silib evin dəhlizində olan xalçanı qonaq otağında olan əvvəlki xalçanın yerinə sərməklə, Şahid2 hadisədən sonra qan izlərinin silinməsi üçün evin hamam otağında olan su ilə dolu vannanın içərisinə atdığı cinayətin aləti olan metal aləti oradan götürüb əvvəlki yerinə, yəni evə giriş qapısının sağ hissəsində döşəmənin üzərinə qoymaqla, eləcə də digər hərəkətlər etməklə qəsdən xüsusilə ağır cinayəti gizlətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdaki sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Qayıdış-1 qəsəbəsi, ev 166 ünvanında yerləşən yaşadığı evdə olan zaman axşam saat 20 radələrində Anarla Yaşar evə gəlmişlər. Anar uzun müddətdir ki, Yaşara məxsus fermada traktorçu işləyirmiş. Həmin vaxtdan etibarən Yaşar bir neçə dəfə yaşadıqları evə gəlmişdir. Anar ilə Yaşar evdə gəldikdə həmin vaxt evdə özü və uşaqları olmuşlar. Onların həyətdə nə isə söhbət edib-etmədiklərindən məlumatı olmamış, sadəcə olaraq içəri girdiklərini görmüşdür. Onlar evin içərisinə girəndə o, uşaqlarla yataq otağında olmuşdur. Onlar evə gələndə Yaşa içkili olmuş, pivə içmişdir. Yaşarın əynində olan paltarlardan sadəcə qara kurtkasını xatırlayır. Digər paltarlarına elə də diqqətlə fikir verməmişdir. Yaşar Anardan bıçaq istəyəndə o, Yaşarın səsinə otaqdan çıxmış, koridora gəlmişdir. Bu zaman Yaşarın əlində pivə olduğunu görmüşdür. Yaşar qardaşı Taryeli bıçaqlamaq üçün bıçaq istəmişdir. Anar ona bıçaq verməmiş, demiş ki, “bizdə bıçaq yoxdur”. Bundan sonra Yaşar Anarı söyməyə başlamışdır. Sonra onlar koridorda masanın arxasında əyləşmişlər. Yaşar taxtda, Anar isə stulda əyləşmişdir. Anar çay içir, Yaşar isə pivə içmişdir. Yaşarın əlində bir, ya da iki pivə olmuşdur. Onun hansı marka pivə içdiyini dəqiq görməmişdir. Yaşar Elviyyəni, Taryeli söyə-söyə, onların evini dağıtdıqılarını, talan etdiklərini demişdir. Anar da ona demişdir ki, “fikir vermə düzələcək, day boş ver getsin”. Anar Yaşara təsəlli vermişdir. O, həmin söhbətləri içəri otaqdan eşitmişdir. Bir müddət sonra onlar hər ikisi qonaq otağına keçmişlər. Anar onlara çay verməyi üçün çağırmışdır. Yaşar qonaq otağında divanda, Anar isə onunla üzbəüz stulda oturmuşdur. O, çayı gətirib Anarın qabağına qoymuşdur. Bundan sonra onlardan başqa nəsə istəyibistəmədiklərini soruşmuşdur. Onlar nəsə istəməmişlər. Yaşar başı aşağı vəziyyətdə divanda oturub siqaret çəkir və pivə içmişdir. Bundan sonra yataq otağına uşaqların yanına keçmişdir. Təxminən yarım saat sonra Anar onu çağırıb şirin çay istəmişdir. O, şirin çay və çörək gətirərək masanın üzərinə qoymuşdur. Bir az keçdikdən sonra yenə Anar onu çağırmışdır. Anar özünə və Yaşara yenidən çay istəmişdir. Çayı gətirib Yaşarın qarşısındakı stulun üstünə qoymuşdur. Onlar başqa nəsə istəməmişlər. Bir az keçdikdən sonra Anar onu çağırıb demişdir ki, “divanı düzəldək Yaşar müəllim burda yatsın”. Yaşar isə yatmayacağını, gedəcəyini demişdir. O, Yaşarın yerini düzəltmək istədikdə Yaşar onun qolundan tutaraq yanında oturmağını demişdir. Yaşar onun solunda divanın küncündə oturmuşdur. Anar da həmin vaxt otaqda olmuşdur. Anar Yaşar ilə üzbəüz stulda oturmuşdur. Saat təxminən 23-24 radələri olmuşdur. Uşaqlar yatmışdır. O, körpə uşağının ağlamaq səsinə ayağa qalxmışdır ki, gedib ona baxsın. İkinci dəfə də ayağa qalxmaq istəmiş, Yaşar yenə qolundan tutub onu divana otuzdurmuşdur. Üçüncü dəfə ayağa qalxmaq istədikdə o, yenə möhkəm qolundan tutmuş və o, döşəmənin üzərinə, başın pəncərəyə tərəf yerə yıxılmışdır. Anar istəmişdir ki, ona kömək edib ayağa qaldırsın. Yaşar Anarı itələyib demiş ki, “cəhənnəm ol otur yerində”. Yaşar onun üstünə gələndə Anar da çölə çıxmışdır. Anar otaqdan çıxdıqdan sonra koftası yuxarı qalxmışdır. Yaşar yaxınlaşıb şalvarını aşağı çəkmək istəmişdir. Lakin Yaşar şalvarını aşağı çəkə bilməmiş, çünki o, əli ilə şalvarını tutmuş və onu sinəsindən itələmişdir. Yaşar ona demiş ki, “farağat dur”. Yaşar onunla cinsi əlaqədə olmaq istəmişdir. Təxminən 2-3 dəqiqə ərzində ona müqavimət göstərib özündən aralamağa çalışmışdır. Daha sonra Anar qəfil içəri girmişdir. Anarın əlində nəsə olmuşdur. Anar Yaşara “oğraş, biqeyrət” deyərək onu söyməyə başlamışdır. Daha sonra Anar əlindəki ilə Yaşarın başına vurmuşdur. Zərbədən sonra Yaşar Anara demiş ki, “ə nağayrırsan”. Anar ona bir zərbə vurduqdan sonra o, ayağa durub çölə qaçmış, yataq otağına girmiş və körpə uşağını yedizdirməyə başlamışdır. Təxminən 10-15 dəqiqə sonra həmin otağa qayıtmışdır. Otağa girəndə Yaşarın səsi gəlməmiş, hərəkət etməmiş və Anar onu xalçaya bükmüşdür. Xalça qanlı olmuşdur. Yerdə isə heç nə olmamışdır. O, hadisənin təsirindən çox qorxmuşdur. Həmin vaxt körpə uşağı yenidən ağlamış və onu yedizdirmək üçün otaqdan çıxmışdır. Bir az sonra Anar çölə çıxaraq darvazanı açmışdır. Bir müddət sonra Anar traktoru gətirib arxa-arxaya həyətə verərək, evin giriş qapısının qarşısında saxlamışdır. Daha sonra Anar onu çağırmışdır. Anar ona demiş ki “kömək elə onun meyitini sürüyək gətirək çölə”. O, əvvəlcə qorxduğundan meyitə əl vurmaq istəməmişdir. Anar ona demiş ki, “bəs mən kimə deyim mənə kömək eləsin”. Yaşarın meyitini xalçaya bükülmüş vəziyyətdə qonaq otağından sürüdüb çölə çıxartmışlar, meyitin baş tərəfindən Anar, ayaq tərəfindən isə o, tutmuşdur. Anar traktorun arxasındakı malanı pilləkənlərə yaxınlaşdırdığından meyiti malanın üstünə qoymuşlar. Anar traktoru sürüb darvazadan çölə çıxmış və darvazanı bağlamışdır. Onun hansı istiqamətdə hərəkət etdiyini görə bilməmişdir. Təxminən 1 saat sonra Anar evə qayıtmışdır. Qayıdandan sonra Anar traktoru içəri salmamış, darvazanın qabağında saxlamışdır. O, Anardan soruşmuş ki, “meyiti hara atdın?”. Anar da demiş ki, “kanalın qırağına tulladım”. O, Anarın meyiti hansı kanala, kanalın hansı hissəsinə atdığını bilməmişdir. Anar evə gəldikdən sonra mətbəxtdən kibrit götürmüş və xalçanı həyətin arxasına apararaq yandırmışdır. Belə ki, onlar evin zibillərini həmişə evin arxasında yandırırmışlar. X17 içdiyi pivə butulkalarını xalçanı yandırdığı yerə atmışdır. Həmin zaman o, pəncərədən ora baxmışdır. Anar əynində olan alt paltarlarını isə dəyişməmişdir. O, Anarın Yaşarın konkret olaraq hansı bir alət və ya vasitə ilə vurduğunu görməmişdir. Anar xalçanı yandırdıqdan sonra onlar yataq otağına keçmişlər və yatmışlar. Anar səhər saatlarında yuxudan oyanan kimi hadisə zamanı əynində olan paltarları çıxararaq yuyulması üçün paltaryuyana atmışdır. Daha sonra Anar hamama girib çimmişdir. Anar çimib çıxdıqdan sonra demiş ki, “Yaşar day öldü getdi, canımız qurtardı”. Yaşar Anarı mütəmadi olaraq bezdirmiş, tez-tez söymüşdür. Yaşar ilə onun heç bir münasibəti olmamışdır. Yaşar əvvəllər heç vaxt ona qarşı cinsi zorakılıq etməmişdir. Yaşar ilə aralarında cinsi münasibət olmamışdır. Hadisədən sonra Yaşar İbişovun meyitini Şahid2la birlikdə traktora yerləşdirmiş, qan ləkələrini yuyub təmizləmiş, eləcə də digər hərəkətlər etmişdir. O, Anarın cinayət məsuliyyətinə cəlb olunacağından qorxduğundan həmin hərəkətləri etmiş, Anar hadisədən əvvəl cinayətin izlərinin gizlədilməsi ilə bağlı ona hər hansı tapşırıq, göstəriş verməmişdir. Hadisə baş verən gün evdə ondan, Anardan və Yaşardan başqa azyaşlı övladları olmuşdur. Lakin övladları yataq otağında yatdığından baş verən hadisədən xəbərdar olmamışlar. X23 meyitini xalçaya bükdükdən sonra öz sidiyini sonuncunun meyitinin olduğu xalçanın üzərinə ifraz etməyini görməmişdir. Həmçinin Anar da bu barədə ona nəsə deməmişdir. O, Anarın cinayət məsuliyyətinə cəlb olunacağını, övladlarının atasız qalacağından qorxduğu üçün hadisə barədə heç kimə, eləcə də hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Təqsirləndirilən şəxs himayəsində 5 nəfər azyaşlı uşaqlarının olmasını, əməlindən səmimi peşman olmasını bildirib məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Ruhiyyə qızı, Anar isə kürəkənidir. Ruhiyyə və Anar 10 ildən artıqdır ki, evlənmişlər. Onların birgə nikahından 5 övladları vardır. Anar mərhum X18 rayonu, Qayıdış-1 qəsəbəsində yerləşən fermasında traktorçu işləmişdir. Anarın Yaşar ilə münasibətlərinin yaxşı və ya pis olması barədə heç zaman məlumatı olmamışdır. Həmçinin o, Yaşarın itkin düşməsi barədə də məlumatlı olmamışdır. O, Yaşarın öldürülməsini 03 noyabr 2024-cü il tarixdə Anarın atası İsmayıldan öyrənmişdir. 07 noyabr 2024-cü il tarixdə öyrənmişdir ki, Yaşarı kürəkəni Anar öldürmüşdür. Həmin vaxtdan etibarən qızı Ruhiyyə və onun 5 övladı onun yaşadığı evə köçərək orada yaşayır. X15 öldürməsi, eləcə də həmin qətl hadisəsinin təfərrüatları barədə ona heç zaman nəsə deməmişdir. O, Yaşarın Anar tərəfindən öldürülməsini, 07 noyabr 2024-cü il tarixdə rayon camaatından eşitmişdir. Məhkəmə iclasında Şahid2 dindirilməsi videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən zaman o, arvadı olan təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı ifadənin verilməsindən ifadə vermək hüququndan istifadə edərək Təqsirləndirilən şəxs əleyhinə ifadə verməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, o, ifadəsində bildirmişdir ki, 29 oktyabr 2024-cü il tarixdə Yaşa İbişovu qətlə yetirdiyindən hazırda həbsdədir. Belə ki, 29 oktyabr 2024-cü il tarixdə o və Yaşa ünvan 1 ünvanında yerləşən yaşadığı evə gəlmişlər. Yaşa evə daxil olan kimi ondan bıçaq istəmiş və həmin bıçaqla Taryeli öldürəcəyini demişdir. O, birtəhər Yaşanı sakitləşdirmiş və ona bıçaq verməmişdir. O, Yaşaya demişdir ki, “Taryel sənin qardaşındır, sən onu öldürmək istəyirsənsə, gəl onun əvəzinə məni öldür”. Bundan sonra Yaşa onun qardaşı olduğunu demiş və başını çiyninə qoyaraq ağlamağa başlamışdır. Daha sonra Yaşa sağda yerləşən divanda oturmuş, o da divanda onun yanında oturmuşdur. Həyat yoldaşı Ruhiyyə onları qarşıladıqdan sonra uşaqların olduğu otağa keçmişdir. Ruhiyyə bir ara mətbəx otağına keçib su götürürək yenidən uşaqların olduğu otağa qayıtmışdır. Onlar evə daxil olanda saat 20 radələri olmuşdur. Yaşa evə daxil olub divanda oturan kimi gətirdikləri pivələrdən birini açıb içməyə başlamışdır. Yaşa dayanmadan Taryeli, Rzanı və digər ailə üzvlərini söymüşdür. Yaşa ailə üzvlərinin onun başına oyun açdığını, onun ailəsini dağıtdığını demişdir. Bir ara Yaşa Elviyyəyə zəng edərək onunla danışmışdır. Yaşa Elviyyəylə də telefon danışığı zamanı yenə də Taryeli, Rzanı və digər ailə üzvlərini söymüşdür. O, həmin telefon danışığı zamanı mətbəxdən su götürmək üçün gedib qayıdanda Elviyyənin Yaşanın mobil nömrəsini qara siyahıya, yəni bloka saldığını öyrənmişdir. Bundan sonra Yaşa daha da qəzəblənərək Elviyyəni və öz ailə üzvlərini söyməyə başlamışdır. Yaşa pivələrdən birini içdikdən sonra ayağa qalxıb giriş qapısından içəri daxil olduqda soldan birinci yerləşən otağa daxil olmuşdur. Yaşa otağa daxil olandan sonra otağın solunda yerləşən divanda əyləşmişdir. O isə divanla üzbəüz yerləşən masanın yanında stulda əyləşmişdir. Yaşa özü ilə dolu olan digər pivə butulkasını da özü ilə otağa gətirmişdir. Yaşa həmin pivə butulkasını divanda özü ilə üzbəüz qoyduğu stulun üzərinə qoyub içmişdir. Yaşa həmin otaqda da qardaşlarının, bacısının, anasının əleyhinə ağır söyüşlər işlətmişdir. Bir neçə dəqiqə sonra Yaşa çay istəmişdir. Yaşa bundan sonra qonşu otaqda olan Ruhiyyəni səsləmişdir. Ruhiyyə olduqları otağa daxil olduqda ona Yaşaya çay gətirməsini, özünə isə başım ağrıdığı üçün şirinçay gətirməsini demişdir. Təxminən 5 dəqiqə sonra Ruhiyyə Yaşa üçün çay, onun üçün isə şirin çay gətirmişdir. Ruhiyyə Yaşanın çayını sonuncunun pivəsini qoyduğu stulun üzərinə, onun çayını isə masanın üzərinə önünə qoymuşdur. Daha sonra Ruhiyyə otaqdan çıxmışdır. Yaşa daha sonra pivəsini stəkana süzüb içməyə davam etmişdir. Yaşa yenə də ailə üzvlərinin əleyhinə ağır söyüşlər söymüşdür. Bir neçə dəqiqə sonra o, Ruhiyyəni otağa çağırmış və onun üçün də adi çay gətirməsini istəmişdir. Ruhiyyə onun üçün də çay gətirib masanın üzərinə önünə qoymuşdur. Yaşa ayağa qalxaraq Ruhiyyənin əlindən öpərək onun anasının, bacısının, eləcə də hər şeyinin Ruhiyyə olduğunu demişdir. X12 xahiş etmiş ki, ayağının altından öpməyə icazə versin. Lakin onlar buna mane olmuşlar. Daha sonra Ruhiyyə otaqdan çıxırmış ki, Yaşa ondan divanda onun yanında oturmağını tələb etmişdir. Ruhiyyə Yaşadan qorxduğundan onun yanında divanda oturmuşdur. Təxminən saat 22 radələri olmuşdur. Həmin zaman Taryel adi zənglə ona zəng etmişdir. O, Taryellə telefonda danışmaq üçün otaqdan çıxmışdır. O, Taryelə Yaşanın spirtli içki içdiyini, onun ailə üzvlərini söydüyünü demişdir. Taryel ona “Yaşanı öldürə bilmirsənsə, göndər yanıma özüm öldürüm” demişdir. O, Taryellə telefonla danışa-danışa həmin otağın qapısını azca aralamış və içəri baxmışdır. Həmin zaman Yaşa dizlərini yerə qoyub divanın üzərində dayanmış Ruhiyyəni yerə dartmağa çalışmışdır. Ruhiyyə isə ona müqavimət göstərmişdir. Bunu gördükdən sonra qəzəblənərək Taryellə zəngi sonlandırmış və evə giriş qapısının yanında olan traktor təmin etməkdən ötrü istifadə etdiyi iki ədəd ucları olan dəmir aləti götürmüşdür. O, həmin dəmir aləti ilk öncə Yaşanı qorxutmaq məqsədi ilə götürmüşdür. O, Yaşa və Ruhiyyənin olduğu otağa tərəf irəliləmişdir ki, otaqdan möhkəm taqqıltı səsi gəldiyini eşitmişdir. Otağa daxil olduqda Yaşanın yerdə Ruhiyyənin üzərində uzanıb onunla zorla cinsi əlaqədə olmaq istədiyini görmüşdür. Həmin zaman saat 22 radələri olmuşdur. O, götürdüyü həmin aləti sağ əlində tutmuşdur. Yaşa yenə də yerdə Ruhiyyənin üzərində uzanıb onun şalvarını çıxarmağa çalışmış, Ruhiyyə isə ona müqavimət göstərmişdir. O, arxadan Yaşaya yaxınlaşıb ilk olaraq sol əli ilə ondan yapışıb onu Ruhiyyədən aralamaq istəmişdir. Yaşa geri dönərək onu geri itələmiş və yenidən öz eyni hərəkətlərinə davam etmişdir. O, yenidən eyni qaydada onu Ruhiyyədən aralamaq istəyəndə Yaşa onun əlindəki dəmir aləti görmüş və yenə də öz işinə davam etmişdir. O, daha sonra onu səsləyib əməllərinə son qoymasını tələb etmiş və əlindəki dəmir aləti göyə qaldıraraq onu vuracağını demişdir. Bundan sonra Yaşa başını yarı geri döndərib “biz qardaşıq” deyib onun üzərinə hücum edirmiş ki, Yaşanın Ruhiyyəyə qarşı etdiyi hərəkətlərə bərk qəzəbləndiyindən onu öldürmək qərarına gəlmiş və Yaşa yerdə olarkən, sağ əlində tutduğu dəmir aləti göyə qaldırıb onun başının arxa nahiyəsinə bir dəfə zərbə endirmişdir. Zərbənin təsirindən Yaşa arxası üstə yerə yıxılmışdır. Ruhiyyə bundan sonra şalvarını yuxarı çəkib qaçaraq otaqdan çıxmışdır. Yaşa yerə yıxıldıqdan az müddət sonra yenidən dikələrək üzərinə hücum etmək istədikdə sağ əlində tutduğu həmin alətlə onun boyun və sifət nahiyəsinə əlimdəki dəmir alətlə bir neçə dəfə də zərbə endirmişdir. Yaşa yenidən arxası üstə yerə uzanmışdır. Bundan sonra Yaşa yenidən dikəlib üzərimə gəlmək istəyəndə bu dəfə həmin dəmir alətlə onun sinə nahiyəsinə bir dəfə də zərbə endirmişdir. Bundan sonra Yaşa yenidən arxası üstə yerə yıxılmış və bir daha tərpənməmişdir. Onun öldüyünə əmin olduqdan sonra onun altında olan xalça ilə sonuncunu bükmüşdür. Həmin zaman Ruhiyyə otağa daxil olmuşdur. O, həyəcanlı olduğundan meyiti bükdükdən sonra həmin otaqda divanda oturmuşdur. O, Ruhiyyəyə Yaşanı öldürdüyünü, ona uşaqların olduğu otağa getməsini və oradan çıxmamasını demişdir. Ruhiyyə otaqdan çıxdıqdan sonra o da onun arxasıyca otaqdan çıxmışdır. Həmin zaman əlində olan dəmir aləti qana bulaşdığından hamam otağına keçərək su ilə dolu vannanın içərisinə atmışdır. Daha sonra qərara almış ki, fermada olan traktoru götürüb sürərək həyətə gəlsin və xalçaya bükdüyüm meyiti traktorun arxasına bağlanılan malaya yerləşdirərək aparıb kanala atsın. O, piyada təxminən yarım saat ərzində Yaşanın fermasına getmiş və traktoru götürərək darvazamızın önündə saxlamışdır. Traktordan aşağı düşüb darvazanı açdım. Daha sonra traktoru evin həyətinə saldım və onun arxasını giriş qapısının önündə olan daş pilləkanların qarşısında saxlamışdır. Daha sonra darvazanın qapısını bağlamışdır. Bundan sonra Yaşanın meyitinin olduğu otağa daxil olmuş və Ruhiyyəni otağa çağırmışdır. Ruhiyyə otağa daxil olduqda həyəcandan ağlamışdır. O, Ruhiyyəyə köməkli şəkildə xalçaya bükülmüş meyiti pilləkanların qarşısında dayanan traktora bağlı malaya yerləşdirməli olduqlarını demişdir. Ruhiyyə əvvəlcə qorxduğundan tərəddüt etmişdir. Lakin o, israr etdikdə Ruhiyyə razılaşmışdır. Beləliklə, o, meyitin baş tərəfindən, Ruhiyyə isə meyitin ayaq tərəfindən olmaqla xalçaya bükülmüş meyiti sürüyərək gətirib traktorun malasının qarşısına qoymuşlar. Daha sonra birlikdə meyitin bükülü olduğu xalçanı pilləkanların üzərindən malanın üstünə yumalamışlar. O, Ruhiyəyə demiş ki, “uşaqların yanına get, meyiti kanala atıb geri qayıdacam”. Həmin zaman saat təxminən gecə 02 radələri olmuşdur (30 oktyabr 2024-cü il). O, traktoru yenidən işə salmış və darvazanı açmışdır. O, darvazadan çıxdıqda traktoru sola döndərmiş və ferma istiqamətində sürmüşdür. Təxminən 1 saat traktoru sahələr arası ilə sürdükdən sonra Yaşanın fermasının yanında olan kanalın üstündən keçən körpüyə çatmışdır. O, traktorun mühərrikini söndürüb aşağı enmişdir. O, meyitin bükülü olduğu xalçanı malanın üzərindən yerə endirmiş və meyiti xalçanın içərisindən çıxartmışdır. Daha sonra meyiti itələyərək kanalın içərisinə atmışdır. Mən meyiti kanalın içərisinə atanda ayağı sürüşmüş və özünü kanala düşməmək üçün güclə saxlamışdır. Xalçanı yenidən malanın üzərinə qoyub təxminən 1 saat müddətində evə qayıtmışdır. O, meyiti atdığı yeri ona görə oranı seçmişdir ki, həmin yerlərdə kamera olmamışdır. O, traktoru darvazanın önündə saxlamışdır. Xalçanı malanın üzərindən götürüb darvazadan içəri qoymuş və qapını bağlamışdır. Yenidən traktoru sürərək fermaya gəlmişdir. O, malanın üzərində qan ləkəsi qala biləcəyini düşündüyündən malanı fermada olan sahədə işlətmiş, yəni yeri malalamışdır. Bunda məqsədi malanın üzərində qan ləkələri qaldığı təqdirdə qan ləkələrinin yox olmasıdır. Traktoru götürdüyü yerdə saxladıqdan sonra qaça-qaça evə qayıtmışdır. O, evə daxil olub Yaşanın içdiyi pivə butulkalarını, onu öldürdüyü otaqda divanın üzərinə qoyduğu “Samsung” markalı mobil telefonunu, qara ayaqqabılarını və qara rəngli gödəkcəsini, eləcə də evdən kibrit götürərək həyətə çıxmışdır. O, evdən götürdüyü Yaşaya məxsus mobil telefonu, 2 ədəd pivə butulkasını, eləcə də həyətdə olan xalçanı və paltarları götürüb evin yan tərəfində zibilləri yandırdıqları çalanın içərisinə yığıb yandırmışdır. Daha sonra yenidən evə daxil olmuşdur. O, hamamdan bir vedrə su götürərək Yaşanı öldürdüyü otağa tökmüş və Ruhiyyəyə səhər otağı silməyini tapşırmışdır. X5 meyitini kanala atdığımı demişdir. Daha sonra onlar yataq otağımıza keçmişlər. O, əynində olan qara rəngli gödəkcəni, göyümtül rəngli koftasını, boz rəngli idman şalvarını və hadisə vaxtı ayağında olan qara rəngli çəkələyi soyunub çarpayıda uzanmışdır. Eyni zamanda Ruhiyyə də çarpayıda yanımda uzanmışdır. O, Ruhiyyəyə Yaşanın onlara çəkdirdiyi iztirablardan qurtulduqlarını demişdir. O, yuxudan səhər saat 09 radələrində oyanmışdır. Yuxudan oyanan kimi hadisə zamanı əynində olan şalvarımı və koftamı paltaryuyana ataraq yumuşdur. Daha sonra o, hamama girib çimmişdir. Ruhiyyə artıq həmin dəmir aləti vannadan çıxarıb əvvəlki yerinə qoymuşdur. O, cinayəti törətdikdən sonra həmin dəmir aləti kanala atmamışdır ki, Yaşanın meyiti və dəmir alət tapılanda cinayəti onun törətdiyi bilinməsin. Çünki həmin dəmir alət traktor sürücülərində olur. Hadisə zamanı nə onun, nə də ki, Ruhiyyənin paltarlarına qan sıçramamışdır. 30 oktyabr 2024-cü il tarixdə, saat 10 radələrində o, ferma istiqamətində piyada getmişdir. O, evdən çıxmamışdan əvvəl Ruhiyyəyə tapşırmışdır ki, evdə giriş qapısında daxil olunan otaqda olan xalçanı qətli törətdiyi otağa sərsin. O, daha sonra evə qayıdanda Ruhiyyə artıq dediyini etmişdir. O, fermada piyada gedəndə yolda Taryelin arvadı Gülnarla rastlaşmışdır. O, salamlaşıb yoluna davam etmişdir. O, yolu yarıya qədər getdikdən sonra həmin qəsəbədən olan qonşu ferma sakini ilə rastlaşmışdır. O, həmin zaman onu özünə məxsus “Mercedes C klass” markalı, qeydiyyat nişanını xatırlamadığı avtomobili ilə götürmüşdür. Həmin şəxsi Mahirin qardaşı Kamil kimi tanıyır, adını isə hazırda xatırlamır. Onun avtomobilinin ön sərnişin oturacağında əyləmiş və o, Yaşanın fermasının yaxınlığına, orada yerləşən körpünün yanında düşürtmüşdür. Oradan isə piyada fermaya getmişdir. Fermaya çatdıqda tikiliyə daxil olmadan heyvanların saxlandığı yer istiqamətində gedərkən qoyunlar qarşısına çıxmışdır. Qoyunların saxlandığı yerə çatmışdır. Qoyunların qabağına ot ataraq fermada olan traktorun yanına getmişdir. Traktoru işə salıb gübrəsəpəni açmışdır. Traktorla qonşu fermanın yanında olan malanı götürmək üçün getmişdir. Malanı götürüb fermaya qayıtmışdır. O, fermada olan işlək vəziyyətdə olmayan “Qaz 53” markalı avtomobilin yanından ötərkən Taryel daim istifadəsində olan mobil nömrə ilə açıq zənglə ona zəng etmişdir. Taryel ondan traktonu təmir edib-etmədiyini soruşmuşdur. O isə hazırda fermada olduğunu və heyvanlara yem verdiyini demişdir. Yaşanın isə orada olan tikilidə yatdığını və onu oyatmaq istəmədiyini demişdir. Ozü ona elə demiş ki, ondan sübhələnməsin. Taryel isə düz etdiyini, təkidlə tikiliyə daxil olmamağını, eləcə də Yaşanı oyatmamağını və traktorunun təmirini yekunlaşdırmağını tapşırmışdır. O isə zəngi yekunlaşdırıb traktorla evinə gəlmişdir. O, təmirə davam etmişdir. Həmin gün, saat 19 radələrində qonşu ferma sakini Xocavənd rayonundan olan Hüseyn kişi ona zəng edərək Yaşanın fermasında heyvanların ac və susuz qaldığını, fermada isə heç kimin olmadığını demişdir. Yaşa ona zəng etməmiş o, fermaya getməmiş, Yaşa ona zəng edib çağırdığı təqdirdə fermaya getmişdir. Hüseyn kişi bu sözləri ona dedikdən sonra atasına məxsus “Vaz2107” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə fermaya getmişdir. Fermaya çatdıqda Hüseyn kişi ilə onun əmisi oğlunun orada olduğunu görmüşdür. Hüseyn həmin şəxsi ona əmisi oğlu kimi təqdim etmişdir. Hüseyn fermada cöngənin birinin öldüyünü demişdir. Saat təxminən 20 radələri olmuşdur. Onlar tikilinin içərisinə daxil olmuşlar. Onlar heç nəyə əl vurmadan bayıra çıxmışlar. Bundan sonra o, Taryelə zəng etmiş və baş verənləri ona danışmışdır. Taryel cavabında avtomobilini texniki baxışdan keçirmək üçün, eləcə də dövlət qeydiyyat nişanını dəyişməkdən ötrü Bakı şəhərində olduğunu, ölən cöngənin boş şey olduğunu dedi, cöngənin cəsədini itlərə atmağımı tapşırmışdır. O, Taryellə aparılan danışığı telefonu səs gücləndiriciyə qoyduğundan Hüseyn və onun əmisi oğlu da eşitmişdir. Bundan sonra o, Rzaya zəng etmiş və baş verənləri ona da danışmışdır. Rza cavabında Yaşanı tikilinin ətrafında axtarmağını tapşırmışdır. Həmçinin bildirmiş ki, Yaşa yəqin ki, spirtli içki içib haradasa yıxılıb yatmışdır. Onlar hamısı birlikdə tikilinin ətrafında Yaşanı axtarmışlar. O, özümü elə aparmış ki, guya həqiqətən Yaşanı axtarır. Daha sonra Hüseyn ona təklif etmişdir ki, qəsəbədə kafelərin birində balıq yesinlər. O, isə razılaşmayaraq atasıgilə getmişdir. Çünki fermaya atasının avtomobili ilə getmiş və avtomobili atasına qaytarmalı imiş. Həmin gün gecə saatlarında Hüseyn ona zəng edərək evə nahaq yerə getdiyini demişdir. O isə ona işi olduğunu, özgə vaxt rahat oturacaqlarını bildirmişdir. Həmçinin Hüseyn demiş ki, “hələdir Yaşadan xəbər yoxdur”. Bundan sonra sağollaşmışlar və öz evinə gəlmişdir. O, yerimdə uzanmışdır ki, Rza ona zəng edərək, Yaşadan bir xəbər çıxıb-çıxmadığını soruşmuşdur. O, isə xəbəri olmadığını, Yaşaya zəng çatmadığını demişdir. Həqiqətən də o, Yaşanı öldürdükdən sonra bir neçə dəfə açıq zənglə ona zəng etmişdir. Bundan məqsədi o olmuş ki, telefon danışıqlarında onun Yaşaya zəng etdiyi qeydə alınsın və onu axtardığı anlaşılsın. Rza ona demişdir ki, “məhləyə çıx, avtomobillə gəlib səni götürəcəm”. Həmin gün gecə saatlarında Rza “Vaz2107” markalı avtomobillə qəsəbə sakini, onun da “Ərəb” adı ilə tanıdığı bir nəfər şəxslə gəlib məni götürmüşdür. Avtomobili Ərəb adlı şəxs idarə etmişdir. Rza fermaya həmişə getdiyi yolla deyil, bənd üstü yolu ilə bizi fermadan təxminən 300 metr məsafədə olan motorxananın yanına aparmışdır. Yolda gedərkən Rza demiş ki, “Yaşa yəqin ki, motorxanada onu elektrik cərəyanı vurması nəticəsində ölərək kanala düşmüşdür”. Onlar Yaşanı motorxananın ətrafında da axtarmışlar. O, yenə də özümü elə aparmış ki, guya Yaşanı həqiqətən axtarır. Onlar Yaşanı telefonların fanarı ilə axtarmışlar. Rza isə Yaşanı kanalın içərisində axtarmışdır. Onlar daha sonra fermaya gəlmişlər. Onlar hamısı tikiliyə daxil olmuşlar. Daha sonra Rza ona qoyunların və heyvanların yerində olubolmadığını soruşmuşdur. O, qoyunların yerində olduğunu demişdir. Bundan sonra Rza Yaşanın kökəltmədə olan heyvanlarının yerində olub-olmadığını soruşmuşdur. O, isə cavabında həmin heyvanlara baxmağı təklif etmişdir. Bundan sonra həmin heyvanların saxlandığı yerə getmilər. Heyvanlara baxdıqda 4 heyvanın yerində olmadığını görmüşlər. Rza arxayın yatmağımı, həmin heyvanları Yaşanın sataraq pulu ilə yeyib-içdiyini demişdir. Bundan sonra həmin avtomobillə fermanı tərk etmişlər. Ərəb adlı şəxs onu evinə gətirmişdir. 31 oktyabr, 01 noyabr və 02 noyabr 2024-cü il tarixlərdə Taryel və Rza ona mütəmadi olaraq zəng edərək Yaşadan bir xəbər olubolmadığını soruşmuşlar. Onlar hər dəfə onunla danışan zaman gah Yaşanın elektrik cərəyanı vurması nəticəsində ölüb kanala düşdüyünü, gah Elviyyə ilə qoşulub qaçdığını və ya Elviyyənin onu öldürdüyü demişlər. 03 noyabr 2024-cü il tarixdə, saat 08 radələrində Rza ona zəng edərək Yaşanın meyitinin Qayıdış-5 qəsəbəsi ərazisindən keçən kanaldan tapıldığını demişdir. Həmin müddət ərzində Ruhiyyə cinayət barədə heç kimə, eləcə də hüquq mühafizə orqanlarına hər hansı formada məlumat verməmişdir. Həmçinin Ruhiyyə bundan sonra da 07 noyabr 2024-cü il tarixə qədər hüquq-mühafizə orqanlarına cinayət barədə məlumat verməmişdir. Onun arvadı Ruhiyyə ilə Yaşanı öldürmək barədə heç zaman aralarında hər hansı razılaşma və ya söhbət olmamışdır. X24 İbişovu öldürməmişdən qabaq ona qabaqcadan meyitin daşınmasına görə köməklik göstərmək, eləcə də maddi sübutları, cinayətin izlərinin məhv edilməsi ilə bağlı vəd verməmişdir. Belə ki, onun və Ruhiyyənin əvvəldən Yaşanı öldürmək fikri olmamışdır. Sadəcə hadisə günü Yaşanın Ruhiyyə ilə zorla cinsi əlaqədə olmaq istədiyinin şahidi olduğundan qəzəblənərək Yaşanı traktor təmir etməkdən ötrü istifadə etdiyi metal alətlə vuraraq öldürmüşdür. Hadisədən sonra cinayəti gizlətməsi üçün Ruhiyyəni o da tənbeh etmişdir. Ona görə də Ruhiyyə Yaşanı öldürməyi ilə bağlı rayon prokurorluğunda aparılan istintaq zamanı verdiyi ilkin ifadələrində yalan ifadələr verərək cinayəti gizlətmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş sənədlər: -xx.xx.2025-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 307.3-cü maddəsi ilə cinayət icraata qəbul edilmişdir. -03 noyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Baş Mil kanalının Füzuli rayonu, Qayıdış-5 qəsəbəsi ərazisindən keçən hissəsidir. Meyitin aşkar olunduğu yer Qayıdış-5 qəsəbəsi ərazisinə gedən asfalt yolla getdikdə yolun sağ kənarında yerləşən Baş Mil kanalının hissəsidir. Həmin yerə asfalt yol olmadığından yolun sağ kənarında yerləşən cığırla gedilib kanalın kənarına gəlindi. Həmin yer qəsəbə sakinlərinin istifadəsində olan torpaq sahəsindən keçən kanalın sağ yan hissəsidir. Hava qaranlıq olduğundan və kanalın kənarı qamış otları ilə örtüldüyündən meyitin kanalda görünməsi mümkün olmamışdır. Qamış otlarının qırılaraq kənara çəkilməsi və ərazinin işıqlandırılması ilə kişi cinsinə məxsus meyitin kanalın sağ kənarında, beton piltənin yaxınlığında olduğu müşahidə edilmişdir. Həmin kanalın eni 6 metr təşkil edir. Meyit polis əməkdaşlarının köməkliyi ilə kanala atılan ipin meyitin bədəninə keçirilib çəkilməsi yolu ilə kanaldan çıxarıldı. Meyit kanalın kənarında yerə uzadıldı. Meyitin əynində üzərində kəmər olan şalvar, uzunqol kofta və corab vardır. Meyit bundan sonra müayinə edilməsi üçün X6 Mərkəzinə aparıldı. - 07 noyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə baxış gündüz vaxtı, təbii işıqlandırma şəraitində keçirildi. Hadisə yeri ünvan 2 ünvanında yerləşən yaşayış evidir. Evin həyətinə yaşıl-boz rəngli darvazadan daxil olunur. Evin həyəti torpaq və çınqıl daşları ilə örtülüdür. Evin içərisə giriş həyətə daxil olub bir neçə metr irəlilədikdən sonra sol tərəfdə yerləşən dəmir qapıdandır. Evə daxil olduqda koridorda divan, stol, stullar və s məişət-təsərrüfat təyinatlı çoxlu əşyalar vardır. Evə daxil olduqda soldan 1-ci otaq qonaq otağıdır. Otaqda divan, stol, televizor, qaz peçi və s məişəttəsərrüfat təyinatlı çoxlu əşyalar vardır. Otaqda olan masanın üzərində olan süfrənin aşağı kənarında qanabənzər ləkələr vardır. Baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirdi ki, əri Şahid2 Yaşa İbişişovu həmin otaqda qətlə yetirmişdir, ola bilsin ki, həmin qanabənzər ləkələr Yaşa İbişova məxsusdur. İş üçün əhəmiyyətli ola biləcəyindən süfrənin qanabənzər ləkələrin olduğu hissəsi kəsilib götürülərək qablaşdırıldı. Evə daxil olduqda soldan 2-ci otaq yataq otağıdır. Həmin otaqda kravat və digər s məişət-təsərrüfat təyinatlı əşyalar vardır. Həmin otaqdan sağda digər yataq otağı yerləşir. Həmin otaqda da kravat, qaz peçi və məişəttəsərrüfat təyinatlı digər əşyalar vardır. Evə daxil olduqda sağdan 1-ci otaq təsərrüfat təyinatlı otaqdır. Həmin otaqda meyvələr, uşaq arabası, tikinti materialları və s məişət-təsərrüfat təyinatlı əşyalar vardır. Evə daxil olduqda sağdan 2-ci otaq da təsərrüfat təyinatlı otaqdır. Həmin otaqda da xeyli sayda məişət-təsərrüfat təyinatlı otaq vardır. Həmin otaq həmçinin mətbəxt kimi də istifadə olunur. Evə daxil olduqda üzbüəz hamam otağı yerləşir. Həmin otaqda vanna və duş qəbul etmək üçün nəzərdə tutulan bir sıra əşyalar vardır. - 03 noyabr 2024-cü il tarixli X7 meyitinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X7 meyitinin baxışı Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən Füzuli rayon Mərkəzi Xəstəxanası X22in təşrihxanasında aparıldı. Müayinəyə düzgün bədən quruluşlu, kafi qidalı, orta köklükdə boyu 1,80 m olan kişi cinsli meyit təqdim olunmuşdur. Meyitin əynində olan paltarları: 1)1 ədəd qara rəngli belində qara kəmər olan cins şalvar 2)1 ədəd yerliyi sarın rəngdə, ön hissədə tünd-qəhvəyi və açıq-qəhvəyi rəngdə naxışları olan uzunqol jaket 3) 1 ədəd ağ rəngli qısaqol köynək 4) 1 ədəd ağ rəngli mayka 4) 1 ədəd qara rəngli tuman 5) 1 cüt corab Meyitin əynində olan paltarlar nəmdir. Meyit soyumuşdur, digər hissələrdə isti haldır. Meyit qacıması aşağı ətraflarda qismən saxlanılmışdır. Meyit ləkələri arxa səthlərində yayılmış haldadır, bənövşəyimtil rəngdədir, təzyiq etdikdə rəngini dəyişmir. Meyitin boyun, döş qəfəsinin ön yuxarı və sağ yarısında venoz tünd-göy rəngli çürümə torları qeyd olunur. Boyun və döş qəfəsinin yuxarı hissəsində dərinin epidermis qatının hissəvi soyulması müşahidə olunur. Başının tük örtüyü çallaşmış haldadır. Alın-təpə nahiyələrində seyrəlmişdir, qismən keçəldir. Gözləri qapalıdır, sağ göz orbiti ödemli şişkindir. Bəbəkləri dairəvi və simmetrikdir. 0,4 sm diametr ölçüdədir. Konyuktiva qişaları solğundur. Xarici qulaq keçəcəkləri və burun dəlikləri sərbəstdir. Ağzı qapalıdır, dodaqları qurudur. Dişləri tam və təbiidir. Dili ağız boşluğunda sərbəstdir. Boynu bədənə mütənasibdir. Döş qəfəsi silindrik formadadır, simmetrikdir, elastikdir. Ön qarın divarı qabırğa qövsündən hündür səviyyədədir. Xarici cinsiyyət üzvləri kişi cinsli olub düzgün formalaşmışdır. Dəliyi ifrazatsızdır. Xayalar xaya kisəsindədir. Sonuncunun dərisi qəhvəyi rəngdə piqmentasiyalıdır, qırışlıdır. Arxa keçəcək dəliyi qapalıdır. Ətraf dəri örtüyü təmizdir. Meyitin bədən səthi üzərində aşkar olunan xəsarətlər: - Sağ gicgah nahiyəsində 6,5 x 0,2 və 9 x 0,3, sağ qaşüstü nahiyədə 1,5 x 0,2 sm ölçülərdə, alt çənə nahiyəsindən bir qədər solda 4 x 0,3 sm ölçülərdə konturları düzgün, ucları iti, yaralar vardır. Alt çənədəki yara proyeksiyasında çənə sümüyünün patoloji hərəkətliliyi qeyd olunur. Meyitin baxışı zamanı qeyd olunanlardan başqa hər hansı bir xəsarət aşkar edilmədi. Meyitin baxışı zamanı 1 ədəd qara rəngli belində qara kəmər olan cins şalvar, 1 ədəd yerliyi sarın rəngdə, ön hissədə tünd-qəhvəyi və açıq-qəhvəyi rəngdə naxışları olan uzunqol jaket, 1 ədəd ağ rəngli qısaqol köynək, 1 ədəd ağ rəngli mayka, 1 ədəd qara rəngli tuman, 1 cüt corab, 1 ədəd 10 ml şpirisdə qan nümunəsi, tük nümunələri və dırnaq nümunələri götürülərək müvafiq qaydada qablaşdırıldı. Baxış təbii işıqlandırma şəraitində keçirildi, “Realme” markalı mobil telefonla foto və video çəkiliş aparılaraq şəkillər çap edilməklə, videogörüntülər isə 1 ədəd diskə köçürülməklə protokola əlavə edildi. - 23 dekabr 2024-cü il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, traktor “Lovol 904” markalıdır, traktorun dövlət nömrə nişanı yoxdur. Traktor qara və göy rənglidir. Traktorun xarici görkəmi saz vəziyyətdədir. Traktorun arxasına dəmir mala birləşdirilmişdir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs traktorun arxasına birləşdirilmiş dəmir malanı göstərərək, əri Şahid2 Yaşa İbişovu öldürdükdən sonra sonuncunun meyitini həmin malanın üzərinə qoyduqlarını və Şahid2 meyiti həmin traktorun malasının üzərində apararaq kanala atdığını bildirdi. Traktorun malasının üzərində hər hansı maddənin izləri və ya əşya yoxdur. - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-271/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Şahid2 Azərbaycan Respublikası CM-in 120.1 və 245-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə ona Azərbaycan Respublikası CM-in 120.1 və 245-ci maddələri ilə ümumilikdə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. - Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 20 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Cinayət işi materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. - Füzuli rayon İcra Hakimiyyəti Başçısının Horadiz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 mart 2025-ci il tarixli, 5-43-13/2-44/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri əri 1989-cu il təvəllüdlü Şahid2, qızı 2013-cü il təvəllüdlü X9, qızı 2014-cü il təvəllüdlü X3, qızı 2015-ci il təvəllüdlü X8, oğlu 2017-ci il təvəllüdlü X10 və qızı 2024-cü il təvəllüdlü X2 ibarətdir. - Füzuli rayon İcra Hakimiyyəti Başçısının Horadiz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 mart 2025-ci il tarixli, 5-43-xx/xx/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonu, Qayıdış-1 qəsəbəsi, ev 16-da yaşayır. - Füzuli RMX X22 17 mart 2025-ci il tarixli, 18-1-36/2-331/2025 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Füzuli rayon X4-Əsəb və Narkoloji Dispanserində qeydiyyatda olmamışdır. - Cinayət işinin materiallarına əlavə edilmiş Füzuli rayon İcra Hakimiyyəti Başçısının Horadiz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün verdiyi ifadəsi ilə yanaşı, şahid ifadəsi və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, həmçinin himayəsində beş az yaşlı uşaqlarının olmasını, əməlini səmimi etraf etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında 13 dekabr 2010-cu il tarixli Qərarından görünür ki, “Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbı hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilık dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağıılaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, həmçinin himayəsində beş az yaşlı uşaqlarının olmasını, əməlini səmimi etraf etməsini, cəza çəkmədən islah olunmasını mümkün sayaraq, ədalət və humanizm prinsiplərinə uyğun olaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının həmin Məcəllənin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini qanunun tələblərinə uyğun sayır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd edilən əsaslar həmçinin, Azərbaycan Respublikası Prezidentinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-cı nil tarixli Sərəncamında da öz əksini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Qanunun bu tələbini nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi ziyan, maddi sübut və mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 03 (üç) il sınaq müddəti təyin olunsun. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət Füzuli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması, maddi sübütun olmaması, məhkəmə xərclərinin olmaması və mülki iddianın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №1(064)-68/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-68/2025
17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver