Məhkəmə qərarları › İş №1(064)-69/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №1(064)-69/2024

02.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-69/2024 02.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1989-cu ildə Füzuli rayonu, Araz Dilağarda kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Füzuli rayonu, Araz Dilağarda kəndində pasport qeydiyyatında olmaqla həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 avqust 2024-cü il tarixdə, saat 13 radələrində bir neçə gün əvvəl aralarında ailə məişət zəminində baş vermiş münaqişə ilə bağlı onunla birlikdə yaşayan valideynlərinin Füzuli rayonu, Araz Dilağarda kəndində yerləşən evinə gəlib onlarla yaşayan bacısı Şahid3 və uşaqlarını yaşadığı Bakı şəhərinə aparmaq istəyən kürəkəni Zərərçəkmiş şəxs çıxıb getməsini bildirərək sonuncu ilə bu zəmində yaşadığı evin həyətində yerləşən çardağın altında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Nicat Fərzəliyevin ağız və burun nahiyələrinə qəsdən yumruqla bir neçə zərbələr vuraraq ona alın nahiyəsinin, burun qanadının sağ yarısının və burun ucunun sıyrıqları, üst çənədə sağdan İİİ dişin diş yatağında olmaması ilə müşayiət olunan, üst dodaq nahiyəsinin şişkinliyi və hematoması, üst dodaq nahiyyəsinin selikli qişasının çapıq toxuması xarakterli olmaqla, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Araz Dilağarda kəndində yaşayır. X8 2010-cu ildə İmişli rayonu, Xubyarlı kənd sakini X4 ilə evlənərək ailə həyatı qurmuş, onların həmin nikahdan Rəvan, Zəhra və Nurlan adlı uşaqları vardır. Təxminən 2-3 ildir ki, onlar Bakı şəhəri, Yasamal rayonunda bilmədiyi ünvanda kirayədə yaşayırlar. O, heç vaxt bacısı Səbinənin kirayədə yaşadıqları evdə olmamış, kürəkəni Nicat və bacısı Səbinə ilə yalnız telefonla hal-əhval tutmuşdur. O, arabir bacısı Səbinə ilə yeznəsi Nicat arasında ailə münaqişəsi zəmnində söz-söhbət olduğunu eşitmişdir. Təxminən 10 avqust 2024-cü ildə bacısı Səbinə 3 azyaşlı uşaqları ilə onun yaşadığı evə gələrək əri Nicatla dalaşdıqlarını, sonuncunun onu yaşadıqları evdən çölə atdığını, ondan boşanacağını bildirmişdir. O, valideynləri ilə birlikdə Səbinəyə boşanma məsələsinə özünün qərar verməsini demişdir. 12 avqust 2024-cü il tarixdə, saat 13 radələrində yaşadığı evə gəlmiş və yeznəsi Nicatı yaşadığı evin həyətində çardağın altında görmüşdür. Nicat anası Gülaçarla və uşaqları ilə söhbət etmiş, o, Nicatı görən kimi ona əsəbləşərək ona “çıxıb getməsini” demişdir. Nicat ona arvad- uşağını aparmağa gəldiyini bildirmiş, o, isə bacısı Səbinənin onunla getməyəcəyini və ondan boşanmaq istəməsini bildirmişdir. O, otaqların birinə daxil olub uzanmışdır. Həmin vaxt atası Ataman işdə, arvadı Hürü isə Xocavənd rayonunda anasının yas mərasimində olmuşdur. O, bir neçə dəqiqə sonra evin qarşısındakı çardağın altında səs-küy eşidib çölə çıxdıqda bacısı Səbinənin özündən getdiyini görmüş, bacısı Səbinənin əri Nicatla mübahisə edərək özündən getməsini bilib Nicata az əvvəl çıxıb getməsini dediyini xatırlatmışdır. Nicat ona uşaqlarını aparmaq məqsədi ilə gəldiyini bildirdikdə o, ona uşaqların onunla getmək istəmədiyini, getmək istədikləri halda apara biləcəyini demişdir. Bacısı Səbinə və uşaqları onunla getməkdən imtina etdiyini bildirmişlər. Bundan sonra Nicat onunla mübahisə etmiş, o, yerdən ağac parçası götürüb Nicatın başına vurarkən anası Gülaçar əlini ağacın qabağına vermiş ağac Nicatın başına yüngül dəymiş, anası ağacı alıb kənara tullamışdır. Onlar həyətdə bir-birindən yapışaraq əlbəyaxa olmuş, o, yumruqla Nicatın döş qəfəsinə və ağız nahiyəsinə bir neçə zərbə vuraraq ona bədən xəsarətləri yetirmişdir. Anası Gülaçar onları aralamış, Nicat həyətdən çıxıb getmişdir. Həmin əməlindən səmimi peşmandır. Nicat onunla barışmış, hazırki cinayət işi üzrə Nicata vurduğu ziyanı tamamilə ödəmişdir. Buna görə də hazırki cinayət işi üzrə icraata barəsində bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək, işin faktiki halları barədə Təqsirləndirilən şəxs ilə eyni məzmunda ifadə vermiş, sonuncu ilə barışdığını, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs vurduğu ziyanı tamamilə ödədiyini bildirmiş, onun barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hazırki cinayət işində olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş,: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 Füzuli regional MTE bölməsindən verilmiş 14 avqust 2024-cü il tarixli, canlı şəxsin ekspertizasına dair 1403 nömrəli ekspert rəyindən görünür ki, X3 almış oluğu xəsarətlər: Alın nahiyəsinin, burun qanadının sağ yarısının və burun ucunun sıyrıqları. Üst çənədə sağdan İİİ dişin diş yatağında olmaması ilə müşayiət olunan, üst dodaq nahiyəsinin şişkinliyi və hematoması, üst dodaq nahiyəsinin selikli qişasının çapıq toxuması-bərk küt əşyanın (əşyaların) zərbəvi təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiyi müddətdə (xx.xx.2024) tarixdə və şəraitdə yetirilmələri inkar olunmur, dərəcələrinə görə isə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Füzuli rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş 30 oktyabr 2024-cü il tarixli, 18-1 -36/2- 1137/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon X6-Əsəb və Narkoloji kabinetində xəstə kimi qeydiyyatda yoxdur. . İş materiallarına əsasən müəyyən edilir ki, həmin cinayət işi 13 sentyabr 2024-cü il tarixdə fakta görə Füzuli rayon prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış, 01 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsidən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və iş materiallarından görünür ki, xx.xx.1989-cu ildə Füzuli rayonu, Araz Dilağarda kəndində doğulmuş Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və özünün müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsində sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən göstərilən əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkəti törətməsi, əməlində Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, hazırki materiallarda olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri və məhkəmə istintaqı zamanı verdikləri ifadəsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 Füzuli regional MTE bölməsindən verilmiş 14 avqust 2024-cü il tarixli, canlı şəxsin ekspertizasına dair 1403 nömrəli ekspert rəyi və digər sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Azərbaycan Respublikası CM-in: - 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. - 72-ci maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-in: - 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsində nəzərdə tutulmuş hal müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. - 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuş hal olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə yuxarıda göstərilən işin faktiki və prosessual hallarına, cinayət və cinayətprosessual qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə iclasında verdikləri ifadələri, eləcə də məhkəməyə yazılı qaydada təqdim etdikləri yazılı ərizələri əsasında Təqsirləndirilən şəxs Nicat Fərzəlıyevlə barışması, sonuncunun hazırki cinayət işi üzrə Nicat Fərzəliyevə vurduğu ziyanı tamamilə ödəməsi və icraata barəsində bəraətverici əsaslar olmadan xitam verilməsi ilə razı olması müəyyən edildiyinə görə hazırki cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Hazırki cinayət işi üzrə maddi sübut və ekspertiza xərci yoxdur, xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CM-in 73.2-ci, Azərbaycan Respublikası CPM-in 43.1.2, 321.2.1, 356 və 384-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar