Məhkəmə qərarları › İş №1(064)-69/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-69/2025

07.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-69/2025 07.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1983-cü il tarixdə Füzuli rayonu Horadiz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, ANAMA-nın Zəngilan rayon bazasında sürücü işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, hazırda barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda qəsdən satış məqsədi olmadan şəxsi istifadəsi üçün əldə etdiyi xeyli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq öz üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq 01 ədəd kibrit qutusunda və 01 ədəd sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 4,20 qram və 3,57 qram ümumi çəkisi-7,77 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən qanunsuz olaraq əldə edib əynində olan şalvarın arxa cibində qanunsuz olaraq saxlamaqla Füzuli rayonu, Horadiz şəhəri ərazisində qanunsuz olaraq daşımışdır. Füzuli rayon polis şöbəsinin əməkdaşları tərəfindən 27 may 2025-ci il tarixdə saat 22 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etdiyi 01 ədəd kibrit qutusunda və 01 ədəd sellofan bükümündə ayrıayrılıqda təmiz çəkiləri 4,20 qram və 3,57 qram ümumi çəkisi-7,77 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən qanunsuz olaraq əldə edib əynində olan şalvarın arxa cibində qanunsuz olaraq saxlamaqla Füzuli rayonu, Horadiz şəhəri ərazisində daşıyan zaman saxlanılmış və həmin yerdə saat 22:55-də üzərində baxış keçirilən zaman Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün əynində olan şalvarın arxa cibində saxladığı xeyli miqdarda, 01 ədəd kibrit qutusunda və 01 ədəd sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 4,20 qram və 3,57 qram ümumi çəkisi-7,77 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o, təxminən 10 ildir ki, nəşə adı ilə tanıdığı narkotik vasitə marixuanadan istifadə edir, narkotik vasitəni siqaretə dolduraraq qəbul edir. İstifadəsində 050 ***-**-** saylı mobil nömrəsi vardır, həmin mobil nömrə öz adına qeydiyyatdadır. Narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən əldə edərək istifadə etmişdir. Təxminən 4 il əvvəl özünü İran vətəndaşı kimi təqdim edən Həsən adlı şəxslə tanış olmuş və həmin şəxslə münasibəti yaranmışdır. Onunla “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlayaraq danışmışdır. Əvvəllər də Həsən adlı şəxsdən narkotik vasitə qurudulmuş marixuana almışdır. Belə ki, yaşadığı Füzuli rayonu ərazisində müəyyən yerlərə qoymuş və gedib götürməsini bildirmişdir. Təxminən 1 ay əvvəldə Füzuli rayonu, Əhmədalılar kəndi ərazisində boş sahəyə marixuananı qoyduğu yeri demiş və o, da gedib həmin narkotik vasitəni götürmüşdür. Arabir həmin vasitədən götürüb özü üçün istifadə etmişdir. Həmin narkotik vasitədən çoxunu özü istifadə etmiş, həmin narkotik vasitədən bir ədəd kibrit qutusunda, bir ədəd isə sellofan bükümündə qalmışdır. Həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşımışdır. 27 may 2025-ci il tarixdə, saat 22 radələrində yaşadığı evin yerləşdiyi Füzuli rayonu, Horadiz şəhəri, Fransa Respublikası küçəsində olmuş və həmin vaxt marixuanadan qalan bir kibrit qutusu və bir ədəd ağ rəngli şəffaf sellafonun içərisində olan marixuanada üzərində olmuşdur. Küçədə yaxınlıqda yaşayan Ruslan və Elmiri görüb onlarla görüşmüş və həmin şəxslərlə söhbət etmişdir. Bu vaxt polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə olub-olmamasını soruşduqda, o polis əməkdaşlarına etiraf edərək üzırində narkotik vasitə olmasını bildirmişdir. Videoçəkiliş ilə içərisində marixuana olan həmin kibrit qutusu və ağ rəngli şəffaf sellafonu təqdim etmişdir. Həmin vaxt üzərinə videoçəkilişlə baxış keçirmiş və üzərində olan narkotik vasitə qablaşdırılıb götürülmüşdür. Bundan sonra həmin bağlama birlikdə polis şöbəsinə aparılmış, polis şöbəsində dövlət hesaına vəkil təyin olunmuş və bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitəyə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən yanında olan Elmir və Ruslan adlı şəxslər narkotik vasitə istifadə etməmiş, həmçinin onun üzərində narkotik vasitə olduğundan hər hansı məlumatları olmamışdır. Hər hansı şəxsə narkotik vasitə satmamış, yalnız öz istifadəsi üçün narkotik vasitə əldə edib saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona heç bir fiziki və ya psixi zor tətbiq olunmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, Həm özü son sözündə, həm də müdafiəçisi məhkəmə çıxışında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsinin nəzərə alınaraq, barəsində yüngül cəzasının təyin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən daxili işlər orqanlarında və hazırda tutduğu vəzifədə yəni, Füzuli Rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində isə 2025-ci ildən yəni xidmət edir, polis kapitanı xüsusi rütbəsindədir. Füzuli rayonu, Horadiz şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi kimi tanımışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi barədə 27 may 2025-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən əməliyyataxtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra həmin tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və qərarı rayon polis şöbəsinin rəisi təsdiq etmişdir. Bundan sonra Füzuli rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 və Füzuli rayon Polis şöbəsinin əməliyyat rabitə qrupunun kiçik inspektoru polis serjantı Şahid3 iştirakı ilə əməliyyat tədbirinin keçirilməsinə başlanılmışdır. 27 may 2025-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürülmüş və Təqsirləndirilən şəxs Füzuli rayonu, Horadiz şəhəri ərazisində Şahid4 və Şahid5 adlı şəxslərlə birlikdə söhbət edərkən onlar tərəfindən saxlanılmışdır. Bundan sonra Füzuli rayon polis şöbəsinin kriminalistik Tədqiqatlar qrupunun kriminalisti polis mayoru Kamran Əliyev tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində baxış keçirtmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən bir ədəd kibrit qutusunda və bir ədəd şəffaf sellofan bükümündə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş, həmin vaxt qeyd olunan kütlə elektron tərəzidə çəkildikdə kibrit qutusundakı kütlənin çəkisi 7,1 qram, şəffaf sellofan bükümündəki kütlənin çəkisi isə 3,8 qram olmuşdur. Bundan sonra həmin kütlələr onlar tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edərək gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkilişlə onun üzərindən çıxan narkotik vasitəyə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmuş, o da protokola imza etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 işin əsas mahiyyəti üzrə yəni, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, onun ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişlər. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Füzuli rayonu, Horadiz şəhər sakini kimi tanımış, onunla münasibəti normal olmuşdur, hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Həmçinin Şahid5 da Füzuli rayonu, Horadiz şəhər sakini kimi tanımış, onunla da münasibəti normal olmuşdur, hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Əvvəllər bir neçə dəfə “nəşə” adı ilə tanıdığı narkotik vasitədən istifadə etmiş, uzun müddətdir ki, istifadə etməmişdir. Narkotiki tanımadığı şəxslərdən əldə edərək istifadə etmişdir. 27 may 2025-ci il tarixdə saat 22 radələrində Füzuli rayonu, Horadiz şəhəri ərazisində piyada gəzərkən ilk öncə tanışı Ruslanla rastlaşmış, Ruslanla söhbət edərkən bir neçə dəqiqə sonra Bəhruz da onların yanına gəlmiş və birlikdə söhbət etməyə başlamışlar. Onlar söhbət edərkən mülki geyimdə bir neçə nəfər şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirib Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar və Bəhruz üzərində narkotik vasitə olmasını bildirmişdir. Polis əməkdaşları həmin vaxt videoçəkilişlə Bəhruzun üzərində baxış aparmışlar. Baxış zamanı Bəhruzun şalvarının arxa cibindən bir ədəd kibrit qutusunda və bir ədəd sellofan bükümündə narkotik vasitəyə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Bundan sonra polis şöbəsinə dəvət olunduqlarına görə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində bu barədə protokol tərtib olunmuş, həmin protokolu imzalamışdır. Bundan sonra polis şöbəsində izahat vermiş və daha sonra sərbəst buraxılaraq yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından hər hansı məlumatı olmamışdır. Həmçinin Bəhruzdan hər hansı narkotik vasitə almamış, Bəhruzun narkotik vasitə istifadə etməsini bilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 işin əsas mahiyyəti üzrə yəni, Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, onun ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: Cinayət işinin materiallarına əlavə edilmiş Füzuli rayon Polis şöbəsinin Cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən tərtib olunmuş 27 may 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üzərinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 27 may 2025-ci il tarixdə saat 22:56-da baxış keçirilmiş və baxış zamanı üzərindən bir ədəd İphone 11 pro markalı mobil telefon, bir ədəd kibrit qutusunda çəkisi 7,1 qram və bir ədəd sellofan bükümündə çəkisi 3,8 qram narkotik vasitəyə bənzər kütlələr,enerji ötürücü naqil və ümumilikdə 58 manat məbləğində pul aşkar edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən narkotik vasitəyə bənzər kütlələr və mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilən zaman videokamera ilə qeydə alınmış videogörüntülər bir ədəd diskə köçürülmüş və həmin disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir. İbtidai istintaq zamanı Füzuli rayon X8 bölməsinin təhqiqatçısı, polis baş leytenantı Sabir Hüseynov tərəfindən tərtib edilmiş 28 may 2025-ci il tarixli “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılaraq götürülmüş bir ədəd bağlamaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunun və bir ədəd ağ rəngli sellafon bükümün olduğu bir ədəd bağlamaya baxıl keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı bir müddət əvvəl tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bağlamaya baxış keçirilərkən bağlamada bir ədəd kibrit qutusu ilə birlikdə təxmini çəkisi-5.6 qram, bir ədəd ağ rəngli şəffaf sellafon bükümdə təxmini çəkisi-3.9 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmişdir. Hər iki kütlə bir bağlamada qablaşdırılaraq Füzuli RPŞ-nin «Zərflər üçün 114» №-li möhürü ilə möhürlənərək götürülmüşdür. Müdafiəçi Fəxri Rüstəmov şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşlarının ona hər hansı fziki və ya psixi zor tətbiq edib-etmədiklərini soruşmuş, Təqsirləndirilən şəxs isə ona zor tətbiq olunmadığını, səmimi olaraq üzərində narkotik vasitə olduğunu etiraf edib kütlələri təqdim etdiyini bildirmişdir. İş üzrə təyin edilərək keçirilmiş “Məhkəmə-bioloji ekspertizası” ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparılan ekspertizanın 28 may 2025-ci il tarixli 18/415 nömrəli rəyində göstərilmişdir ki, 1) Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi-4,20qram, 01 ədəd bükümdə təmiz çəkisi- 3,57qram, ümumi çəkisi-7,77qram olan bitki mənşəli kütlələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 27 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumilikdə bir ədəd kibrit qutusunda və bir ədəd sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkisi-4,20 qram, 3,57 qram, ümumi çəkisi-7,77 qram bitki mənşəli kütlələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 05 iyun 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınması və ekspert tədqiqatından sonra qalıq qalmış 7,73 qram narkotik vasitə qurudulmuş marixuananın Füzuli rayon Polis Şöbəsinin saxlancına təhvil verilməsi nəzərə alınmalıdır. Metamfetamin-28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” daxildir (İ siyahı). Beləliklə, Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsi, eyni zamanda şahid ifadələri, istintaq hərəkəti protokolları və həmin protokollara əlavələr ilə, “məhkəmə- ekspertizası”nın, “Ambulator məhkəmə-narkoloji ekspertizası”nın rəyləri və digər istintaq materialları ilə, Təqsirləndirilən şəxs xeyli miqdarda, şəxsi istifadəsi üçün qanunsuz olaraq 01 ədəd kibrit qutusunda və 01 ədəd sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 4,20 qram və 3,57 qram ümumi çəkisi-7,77 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətməsi ilə kifayət qədər subuta yetirilmişdir. Təqsirləndirilən şəxs, ANAMA-da sürcü işləyir, evlidir, əvvəllər məhkum olunmamışdır, yaşayış yerindən təqdim olunmuş xasiyyətnamə ilə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması (xx.xx.2012-ci il təvəllüdlü X4,xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X5) cəzasını yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 az yaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, törətdiyi əməldən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, himayəsində 3 azyaşlı uşağının olmasını və iş üzrə törətdiyi əməli etiraf edib onlardan səmimi peşman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq, eləcə də dövlət ittihamçısının cəza təyini ilə bağlı təklifini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının, konkret olaraq 1 (bir) il 4 (dörd) ay müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs 28 may 2025-ci il tarixdə, saat 00:30-da təhqiqatçı Sabir Hüseynov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, faktiki azadlığı isə polis əməkdaşları tərəfindən saxlanıldığı 27 may 2025-ci il tarix, saat 22:40-dan məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs 29 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində həmin tarixli qərarla “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, həmin tarixdə Füzuli Rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerindən tutulmadan azad edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 29 may 2025-ci il tarixli qərarla elan olunmuş ittiham 17 avqust 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarımla qüvvədə saxlanılmış və “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Cinayət işi üzrə maddi sübut – 27 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumilikdə bir ədəd kibrit qutusunda və bir ədəd sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkisi-4,20 qram, 3,57 qram, ümumi çəkisi-7,77 qram bitki mənşəli kütlələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 05 iyun 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınması və ekspert tədqiqatından sonra qalıq qalmış 7,73 qram narkotik vasitə qurudulmuş marixuananın Füzuli rayon Polis Şöbəsinin saxlancına təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işi üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəbdən dövlət nəfinə alına bilmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak tələbi yoxdur. Cinayət işi üzrə maddi ziyan və mülki iddia yoxdu, eləcə də əmlak üzərinə həbs qoyulmamışdır. İş üzrə məhkəmə xərci – “məhkəmə-bioloji ekspertizası” üçün 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən daxil olmuş 25 aprel 2024-cü il tarixli tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Ambulator məhkəmə-narkoloji ekspertizasının 28 iyun 2024-cü il tarixli 4458 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixosimulyatorların qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Füzuli rayon mərkəzi xəstəxanası Publik hüquqi şəxsindən daxil olmuş 05 iyul 2024-cü il tarixli 18-1- 36/2-728/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyata alınmışdır, bu hal narkomaniyadan məcburi müalicə təyin edilərkən nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 1 (iki) il 4 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 may 2025-ci il tarixdən (saat 22:40-dan) 29 may 2025-ci il tarixədək (saat 15:40-dək) iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 2 (iki) gün müddət ona təyin edilmiş 1 (iki) il 4 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəflərinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 7,73 qram təşkil edən marixuana məhv edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar