Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-7/2024 08.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 2001-ci il tarixdə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Horadiz şəhərində qeydiyyatda olan, Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsi, 500 nömrəli evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 177.2.1 və 177.2.3-cü maddələri, xx xxxx 2000-ci il tarixdə Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndində qeydiyyatda olan, Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsi, 402 nömrəli evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbə sakini Zərərçəkmiş şəxs həmin qəsəbə ərazisində yerləşən ərzaq mağazasındakı əmlakını gizli olaraq talamaq barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra, bu məqsədlə 24 avqust 2023-cü il tarixdə saat 01 radələrində saxlanc yeri hesab edilən həmin mağazaya birlikdə dəmir barmaqlıqlarını dartıb qopardıqları pəncərəsindən qanunsuz daxil olub, bir qutusunun dəyəri 2,90 manat olmaqla, ümumi dəyəri 725 manat təşkil edən cəmi 250 qutu “X7” markalı və bir qutusunun dəyəri 2,90 manat olmaqla, ümumi dəyəri 725 manat təşkil edən cəmi 250 qutu "Palİ Mali” markalı siqaretlər, bir ədədinin dəyəri 1 manat olmaqla, ümumi dəyəri 24 manat təşkil edən 24 ədəd “Bizon” markalı enerji içkiləri, bir ədədinin dəyəri 1,50 manat olmaqla, ümumi dəyəri 36 manat təşkil edən 24 ədəd "GO” markalı spirtli içkilər, ümumi dəyəri 400 manat təşkil edən, “Azercell” mobil operatoruna aid 400 ədəd 1 manatlıq konturlar və 2200 manat məbləğində pulu gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 4110 (dörd min yüz on) manat məbləğində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurlamışlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində ibtidai istintaq orqanı tərəfindən onlara qarşı irəli sürülmüş ittiham üzrə özlərini Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli, zərərçəkmiş şəxsə vurduqları maddi ziyanın məbləğinə münasibətdə isə qismən təqsirli bilərək göstərmişlər ki, 24 avqust 2023-cü il tarixə keçən gecə yaşadıqları Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbə sakini Zərərçəkmiş şəxs həmin qəsəbə ərazisində yerləşən ərzaq mağazasındakı əmlakını oğurlamaq barədə razılaşdıqdan sonra saat 01 radələrində birlikdə həmin mağazaya dəmir barmaqlıqlarını dartıb qopardıqları pəncərəsindən qanunsuz daxil olmuş, oradan yalnız 20 qutu “X7” markalı və 20 qutu “Pall Mall” markalı siqaretlər, 2 ədəd "GO” markalı spirtli içkilər, “Azercell” mobil operatoruna aid 16 ədəd 1 manatlıq konturlar və 133 manat məbləğində pul oğurlamışlar. Şübhəli şəxs qismində dindirilərkən bu barədə ifadələr versələr də, sonradan iş üzrə ibtidai istintaq aparmış müstəntiqin onları müdafiəçilərinin yanlarında olmadığı şəraitdə, əgər zərərçəkmiş şəxslə eyni məzmunda ifadələr verməzlərsə, barələrində həbs qətimkan tədbirinin seçilməsi üçün tədbirlər görüləcəyi ilə hədələməsinə görə müdafiəçilərinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən və ifadələri yerində yoxlanılarkən verdikləri ifadələrində Zərərçəkmiş şəxs məxsus mağazadan guya 250 qutu “X7” markalı və 250 qutu "Palİ Mali” markalı siqaretlər, 24 ədəd “Bizon” markalı enerji içkiləri, 24 ədəd "GO” markalı spirtli içkilər, “Azercell” mobil operatoruna aid 400 ədəd 1 manatlıq konturlar və 2200 manat məbləğində pulu oğurladıqlarını göstərmişlər. Lakin müstəntiq və ya hər hansı polis əməkdaşı onlara bu barədə ifadə vermələri ilə bağlı zor tətbiq etməmişdir. Müstəntiqin onlara psixi zorakılıq etməsi ilə bağlı müdafiəçilərinə və səlahiyyətli dövlət orqanlarına müraciət etməmiş, eləcə də məhkəmə nəzarəti qaydasında şikayət verməmişlər. Bunun səbəbini izah edə bilmirlər. Oğurladıqları predmetlərdən 24 avqust 2023-cü il tarixdə müstəntiqə Təqsirləndirilən şəxs1 70 manat məbləğində pul, 12 qutu “X7” markalı və 7 qutu “Pall Mall” markalı siqaretlər, “Azercell” mobil operatoruna aid 3 ədəd 1 manatlıq konturlar, Təqsirləndirilən şəxs2 isə cəmi 58 manat məbləğində pul, 8 qutu “X7” markalı və 8 qutu “Pall Mall” markalı siqaretlər, “Azercell” mobil operatoruna aid 3 ədəd 1 manatlıq konturları könüllü olaraq təqdim etmişlər. İş üzrə zərərçəkmiş şəxsə vurduqları maddi ziyanı hər biri ayrı-ayrılıqda 350 manat olmaqla, cəmi 700 manat məbləğində pul verməklə, tam ödəmişlər. Buna görə də zərərçəkmiş şəxslə barışıq əldə etmişlər. Törətdikləri əməldən səmimi peşimandırlar. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişlər. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş üzrə ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakları ilə təqsirləndirilən şəxs qismində dindirilərkən və ifadələri yerində yoxlanılarkən verdikləri ifadələrində onlara qarşı irəli sürülmüş ittiham üzrə özlərini Zərərçəkmiş şəxs vurduqları maddi ziyanın məbləği də daxil olmaqla tam təqsirli bilərək, 24 avqust 2023-cü il tarixdə saat 01 radələrində Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsində yerləşən, sonuncuya məxsus ərzaq mağazasından 250 qutu “X7” markalı və 250 qutu "Palİ Mali” markalı siqaretlər, 24 ədəd “Bizon” markalı enerji içkiləri, 24 ədəd "GO” markalı spirtli içkilər, “Azercell” mobil operatoruna aid 400 ədəd 1 manatlıq konturlar və 2200 manat məbləğində pul oğurladıqları, həmin predmetlərin əksər hissələrini tanımadıqları şəxsə cəmi 650 manat məbləğində pula satıb şəxsi ehtiyaclarına xərclədikləri, həmin predmetlərin az hissələrini isə öz istifadələri üçün saxladıqlarını qeyd etmiş, ifadələrinin yerində yoxlanılması zamanı həmin mağazadan oğurladıqları bütün əmlakları götürdükləri yerləri də göstərmişlər (İ cild, səh. 177-188). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 23 avqust 2023-cü il tarixdə saat 22 radələrində Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsində yerləşən, özünə məxsus ərzaq mağazasından çıxanda qapı və pəncərələrini bağlamışdır. 24 avqust 2023-cü il tarixdə saat 07 radələrində həmin mağazanın qapısını açanda pəncərənin üzərində olmuş dəmir barmaqlığın bir hissəsinin çıxarıldığını və mağazanın içərisindəki əşyaların dağıdıldığını gördüyünə görə mağazadan oğruluq edildiyini başa düşmüş, sonuncu dəfə mağazada olmuş 250 qutu “X7” markalı və 250 qutu "Palİ Mali” markalı siqaretlər, 24 ədəd “Bizon” markalı enerji içkiləri, 24 ədəd "GO” markalı spirtli içkilər, “Azercell” mobil operatoruna aid 400 ədəd 1 manatlıq konturlar və 2200 manat məbləğində pulun oğurlandığını müəyyən etmişdir. Buna görə də dərhal sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə mobil telefon vasitəsilə, Füzuli RPŞ-yə isə yazılı qaydada məlumatlar vermişdir. Sonradan mağazasından oğurluq cinayətinin onunla eyni qəsəbədə yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədildiyini bilmişdir. Hər iki təqsirləndirilən şəxslər ona iş üzrə törətdikləri cinayət əməli nəticəsində vurduqları cəmi 4110 manat məbləğində maddi ziyanın 700 manat hissəsini ödəsələr də, o, hər iki təqsirləndirilən şəxslərin cavan olmasını nəzərə alaraq, həm məhkəməyə, həm də ibtidai istintaq orqanına təqdim etdiyi ərizələrində hər iki təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyanın tamamilə ödənildiyini göstərmişdir. Buna görə də hər iki təqsirləndirilən şəxslərlə barışmışdır. Sonunculara qarşı şikayət və tələbi yoxdur. Hər iki təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Cinayət işi materiallarından görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə və ibtidai istintaq orqanına təqdim etdiyi yazılı ərizələrində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş maddi ziyanın tamamilə ödənildiyini, buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbinin olmadığını, sonuncularla barışdığını göstərmiş, hər iki təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir (İ cild, səh. 176). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin cinayət-axtarış bölməsinin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 və KTQ-nin kriminalist köməkçisi vəsifəsində işləyən Şahid2 verdikləri ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq edərək göstərmişlər ki, 24 avqust 2023-cü il tarixdə səhər saatlarında Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasına keçirilmiş baxışda iştirak edərkən mağazanın pəncərəsi üzərində olmuş dəmir barmaqlığın bir hissəsinin çıxarıldığını və mağazanın içərisindəki əşyaların dağıdıldığını görmüşlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Zərərçəkmiş şəxs Füzuli RPŞ-yə ünvanladığı 24 avqust 2023-cü il tarixli yazılı ərizəsindən görünür ki, o, 24 avqust 2023-cü il tarixə keçən gecə Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsində yerləşən, özünə məxsus ərzaq mağazasından 250 qutu “X7” markalı və 250 qutu "Palİ Mali” markalı siqaretlər, 24 ədəd 0,5 litrlik “Bizon” markalı enerji içkiləri, 24 ədəd 0,5 litrlik "GO” markalı spirtli içkilər, “Azercell” mobil operatoruna aid 400 ədəd 1 manatlıq konturlar və 2200 manat məbləğində pulun oğurlandığı barədə məlumat vermiş, həmin əməli törətmiş şəxs(lər) barəsində müvafiq tədbirin görülməsini xahiş etmişdir (İ cild, səh. 4). - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 avqust 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə hadisə yeri Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasında olmuş, baxış zamanı mağazanın pəncərəsi üzərində olmuş dəmir barmaqlığın bir hissəsinin çıxarıldığı və mağazanın içərisindəki əşyaların dağıdıldığı müəyyən edilmişdir (İ cild, səh. 5-11). - “Baxış keçirilməsi haqqında” 24 avqust 2023-cü il tarixli iki ədəd protokollar və onlara əlavə edilmiş iki ədəd disklərin yaddaşına yazılmış videogörüntülərdən görünür ki, həmin tarixdə ibtidai istintaq orqanına Təqsirləndirilən şəxs1 70 manat məbləğində pul, 12 qutu “X7” markalı və 7 qutu “Pall Mall” markalı siqaretlər, “Azercell” mobil operatoruna aid 3 ədəd 1 manatlıq konturlar, Təqsirləndirilən şəxs2 isə cəmi 58 manat məbləğində pul, 8 qutu “X7” markalı və 8 qutu “Pall Mall” markalı siqaretlər, “Azercell” mobil operatoruna aid 3 ədəd 1 manatlıq konturları könüllü olaraq təqdim etmişlər. Həmin əmlaklar qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 17, 18, 22, 23). - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 noyabr 2023-cü il tarixli, 9/7688 nömrəli rəyində göstərilmişdir ki, “Pall Mall” markalı siqaretin bir qutusunun qiyməti 2,90 manat olmaqla, cəmi 250 qutusunun qiyməti 725 manat, “X8” markalı siqaretin bir qutusunun qiyməti 2,90 manat olmaqla, cəmi 250 qutusunun qiyməti 725 manat, 0,5 litrlik “Bizon” markalı enerji içkisinin bir ədədinin qiyməti 1 manat olmaqla, cəmi 24 ədədinin qiyməti 24 manat, 0,5 litrlik “GO” markalı spirtli içkinin bir ədədinin qiyməti 1,50 manat olmaqla, cəmi 24 ədədinin qiyməti 36 manat təşkil edir. Buna görə də göstərilən malların 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 1510 manat müəyyən olunur. Ekspertiza xərci 50 manat təşkil edir (İ cild, səh. 191-193). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla oğurluq əməlinin törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən və ifadələri yerində yoxlanılarkən verdikləri ifadələrində, eləcə də cinayət işi materialları ilə tanış olarkən özlərini müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmiş, məhkəmə istintaqı zamanı verdikləri ifadələrində isə ibtidai istintaq orqanı tərəfindən onlara qarşı irəli sürülmüş ittiham üzrə özlərini Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilsələr də, zərərçəkmiş şəxsə məxsus mağazadan onlara qarşı irəli sürülmüş ittihamda göstərilmiş həcmdə olan əmlakları deyil, yalnız 20 qutu “X7” markalı və 20 qutu “Pall Mall” markalı siqaretlər, 2 ədəd "GO” markalı spirtli içkilər, “Azercell” mobil operatoruna aid 16 ədəd 1 manatlıq konturlar və 133 manat məbləğində pulu oğurladıqları, müstəntiqin onları müdafiəçilərinin yanlarında olmadığı şəraitdə barələrində həbs qətimkan tədbirinin seçilməsi üçün tədbirlər görüləcəyi ilə hədələməsinə görə müdafiəçilərinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən və ifadələri yerində yoxlanılarkən tam etirafedici, amma həqiqətə uyğun olmayan məzmunda ifadələr vermələri barədə özlərini və biri-birilərini müdafiə etmək üçün dəlillər irəli sürmüşlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki,: - təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPMin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. - CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. - Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinə əsaslanıb, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə verdikləri ifadələrini məhkəmə istintaqı zamanı dəyişdirmələrinin səbəblərini, eləcə də ibtidai istintaq zamanı müstəntiq tərəfindən onlara qarşı psixi formada qanunsuz təsir göstərilməsi səbəbindən təqsirləndirilən şəxs qismində tam etirafedici ifadələr vermələri barədə məhkəmə istintaqı zamanı verdikləri ifadələrini cinayət işi materialları əsasında araşdıraraq qeyd edir ki, təqsirləndirilən şəxslərin hər ikisi ibtidai istintaq zamanı müdafiəçilərinin (xüsusilə də, Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçisi eyni şəxs olmuşdur) iştirakı ilə dindirilərkən ifadələrində müstəntiq tərəfindən onlara qarşı psixi zorakılıq edilməsini göstərməmiş, bununla bağlı sərbəst qaydada müraciət etmək imkanları olduğu halda, müdafiəçilərinə və səlahiyyətli dövlət orqanlarına müraciət etməmiş, məhkəmə nəzarəti qaydasında şikayət verməmiş, eləcə də, onların müdafiəçiləri və ya yaxın qohumları səlahiyyətli dövlət orqanlarına müraciət etməmiş, məhkəmə nəzarəti qaydasında şikayət verməmişlər. Xüsusilə də, təqsirləndirilən şəxslərin hər ikisi və müdafiəçiləri cinayət işi materialları ilə tanış olma mərhələsində də təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlarla bağlı hər hansı vəsatət verməməklə həmin ittihamları və müstəntiq tərəfindən təqsirləndirilən şəxslərə qarşı psixi zorakılıq edilməsini mübahisələndirməmişlər. Beləliklə də, təqsirləndirilən şəxslərin hər ikisi özlərini və biri-birilərini müdafiə etmək üçün məhkəmə istintaqı zamanı ifadələrində göstərdikləri dəlilləri iş üzrə məhkəməyədək icraat dövründə irəli sürməmişlər. Həmçinin, təqsirləndirilən şəxslərin hər ikisi və onların müdafiəçiləri məhkəməyə təqsirləndirilən şəxslərə qarşı müstəntiq tərəfindən psixi zorakılığın tətbiq edilməsi ilə bağlı hər hansı sübut növü təqdim etməmişlər. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, məhkəmə baxışında təqsirləndirilən şəxslərin hər ikisinin irəli sürdüyü, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddiaları özü-özlüyündə psixi zorakılığın tətbiq olunmasına dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bu səbəbdən məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin hər ikisinin ibtidai istintaq zamanı müstəntiq tərəfindən onlara tam etirafedici ifadələr vermələri ilə bağlı psixi zorakılığın tətbiq edilməsi barədə özlərini və biri-birilərini müdafiə etmək üçün irəli sürdükləri dəlillər əsassızdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən və ifadələri yerində yoxlanılarkən verdikləri, yuxarıda məhkəmə istintaqı zamanı elan edildiyi göstərilmiş ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirmələrinə, həmin ifadələrin işin faktiki hallarına uyğun olmasına və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilməsinə görə, həmçinin onlarla ziddiyyət təşkil etməyən hissələrdə məhkəmə istintaqı zamanı verdikləri ifadələrini iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxslərin hər ikisinin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin özlərini və biri-birilərini müdafiə etmək üçün irəli sürdükləri dəlillərlə bağlı olan hissələrini sübut kimi nəzərə almır. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmənin müəyyən etdiyi ictimai təhlükəli hərəkətləri törətmələri onların müvafiq əməllərində Azərbaycan Respublikası CMin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri məhkəmə istintaqı və ibtidai istintaq zamanı özlərinin verdikləri ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 şahid qismində verdikləri ifadələri, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 avqust 2023-cü il tarixli protokol, “Baxış keçirilməsi haqqında” 24 avqust 2023-cü il tarixli iki ədəd protokollar və onlara əlavə edilmiş iki ədəd disklərin yaddaşına yazılmış videogörüntülər, məhkəməəmtəəşünaslıq ekspertizasının 01 noyabr 2023-cü il tarixli, 9/7688 nömrəli rəyi, digər sənədlər və istintaq hərəkəti protokolları, yuxarıda iş üzrə təqsirləndirilən şəxslər tərəfindən ibtidai istintaq orqanına könüllü olaraq təhvil verildiyi göstərilmiş və maddi sübut qismində tanınmış əmlaklar, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən təqsirləndirilən şəxslərin hər ikisinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də onlar Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidirlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (İ cild, səh. 171, 172). - Füzuli RİHB-nın 2-ci Zobucuq qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli arayışlar və xasiyyətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 subaydırlar, məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsində yaşayırlar, yaşayış yeri üzrə normal xarakterizə edilmişlər (İ cild, səh. 159-162). Zərərçəkmiş şəxs məhkəməyə və ibtidai istintaq orqanına təqdim etdiyi yazılı ərizələrində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş maddi ziyanın tamamilə ödənildiyini göstərsə də, məhkəmə zərərçəkmiş şəxs və təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri əsasında təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə deyil, 700 manat hissədə, yəni qismən ödənildiyini müəyyən edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə barışıq əldə etmələri və sonuncuya vurduqları maddi ziyanı qismən ödəmələrini Azərbaycan Respublikası CM-in müvafiq olaraq 59.1.12 və 59.1.14-cü maddələrinə, törətdikləri cinayət əməlindən səmimi peşiman olmaları və əvvəllər məhkum olunmamalarını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onların törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, yaşayış yeri üzrə normal xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, zərərçəkmiş şəxslə barışıq əldə etmələri, sonuncuya vurduqları maddi ziyanı qismən ödəmələri, törətdikləri cinayət əməlindən səmimi peşiman olmaları və əvvəllər məhkum olunmamalarından ibarət cəzalarını yüngülləşdirən halların olduğunu və cəzalarını ağırlaşdıran halın olmadığını, onlara təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Onlara həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının ən yuxarı həddə, konkret olaraq 3 (üç) müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarından görünür ki, 24 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş üzrə şübhəli şəxs qismində tutulmuş, 26 avqust 2023-cü il tarixdə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildikdən sonra Füzuli RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişlər (İ cild, səh. 36, 37, 60, 61, 90, 91, 95, 96, 114, 115, 119, 120). Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 24 avqust 2023-cü il tarixdən 26 avqust 2023-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduqları 2 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə barələrində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəkləri müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onların davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmi 50 (əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. Cinayət işi materiallarından görünür ki, yuxarıda iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ibtidai istintaq orqanına könüllü olaraq təhvil verildiyi göstərilmiş və iş üzrə 27 sentyabr 2023-cü il tarixli qərarla (İ cild, səh. 155, 156) maddi sübut qismində tanınmış əmlaklar 27 sentyabr 2023-cü il tarixli qəbzlə (İ cild, səh. 157) ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılmışdır. Bu hal maddi sübutlarla bağlı məsələnin həll edilməsi zamanı nəzərə alınmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 24 avqust 2023-cü il tarixdən 26 avqust 2023-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 24 avqust 2023-cü il tarixdən 26 avqust 2023-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmi 50 (əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-7/2024
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-7/2024
08.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver