Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-7/2025 10.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 05 avqust 1977-ci il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmuş və ödənilmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq yeddi ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,94 qram, 0,97 qram, 0,98 qram, 1,05 qram, 1,06 qram, 1,16 qram və 1,32 qram olmaqla, ümumi təmiz çəkisi 7,48 qram, yəni xeyli miqdar təşkil edən, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı (bundan sonra - qurudulmuş marixuana) əldə etmiş, əynində olmuş gödəkçənin sağ yan cibində saxlamış, 06 aprel 2024-cü il tarixdə saat 19 radələrində Füzuli rayonu, Horadiz şəhərində yerləşən “Köhnə bazar” adlanan əraziyə daşımışdır. Göstərilən kütlələr Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə saat 19:45-də Füzuli Rayon Polis Şöbəsinin (bundan sonra – Füzuli RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonu, Horadiz şəhərində yerləşən “Köhnə bazar” adlanan ərazidə saxlanılıb şübhəli şəxs qismində tutulmasından sonra üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş və qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verdiyi ifadələrində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ifadə vermişdir ki, onun "xxxx" MMC-yə məxsus olan 051 *** ** ** saylı mobil nömrəsi vardır, həmin mobil nömrə öz adınadır və təxminən 2014-2015-ci illərdən istifadə edir. Təxminən 1995-ci ildən nəşə adı ilə tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir, narkotik vasitəni müxtəlif yerlərdən əldə edərək istifadə etmişdir. Əvvəllər Şirvan şəhərində yaşadığı üçün oraya teztez gedib gəlmiş, 05 aprel 2024-cü il tarixdə Şirvan şəhərinə getmişdir. Şirvan şəhərində olarkən oradan tanımadığı şəxsdən özünün istifadəsi üçün 60 manata 7 ədəd bükümdə narkotik vasitə olan marixuana almış və həmin gün tanımadığı şəxsə məxsus avtobusla yaşadığı Füzuli rayonu, Horadiz şəhərinə gəlmişdir. Həmin narkotik vasitəni istifadə etməsi üçün özünə məxsus olan gödəkcənin cibində saxlamışdır. 06 aprel 2024-cü il tarixdə saat 18-19 radələrində yaşadığı Füzuli rayonu, Horadiz şəhəri ərazisində “Köhnə bazar” adlanan ərazidə olarkən əvvəldən tanımadığı polis əməkdaşları onu gördükdə üzərində narkotik vasitə olduğu üçün özünü itirmiş və daha sonra polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçi təyin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra öz razılığı ilə üzərində şəxsi axtarış aparılmış və üzərindən Şirvan şəhərindən tanımadığı şəxsdən aldığı 7 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş və həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, tərəzidə çəkilərkən narkotik vasitənin çəkisi 3,9 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitə qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışdır. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona hər hansı psixi və ya fiziki zor tətbiq olunmamışdır. O, narkotik istifadəçisi olduğunu etiraf etsə də, satışı ilə məşğul olmadığını bildirdi. İş üzrə şahid qismində dindirilmiş cinayət axtarış bölməsinin rəisi, polis mayoru Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında polis şöbəsinin əməkdaşları olan Şahid3 və Şahid2 iştirakı ilə əməliyyat axtarış tədbiri keçirərək 06 aprel 2024-cü il tarixdə saat 18:45 radələrində Təqsirləndirilən şəxs onlar tərəfindən Füzuli rayonu Horadiz şəhəri ərazisində “Köhnə bazar” adlanan yerdə saxlanılaraq Füzuli rayon Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış və baxış aparılarkən onun əynində olan gödəkcənin sağ yan cibindən yeddi ədəd kağız bükümündə narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlələr aşkar olunaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq etmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: Füzuli rayon X7 bölməsinin təhqiqatçısı, polis baş leytenantı Toğrul Əliyev tərəfindən tərtib edilmiş 06 aprel 2024-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qış gödəkcəsinin sağ yan cibindən yeddi ədəd ağ kağıza doldurulmuş bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunaraq götürülmüş, həmin kütlələr elektron tərəzidə çəkilmiş və ümumi təmiz çəkisi 3,9 qram olmuş, şəxsi axtarış keçirilən zaman videokamera ilə qeydə alınmış videogörüntülər bir ədəd diskə köçürülmüş və həmin disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir (İ cild i.v.29-34). İş üzrə təyin edilərək keçirilmiş “Məhkəmə-bioloji ekspertizası” ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparılan ekspertizanın 07 aprel 2024-cü il tarixli, 3-16-16/2-18/386 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs üzərindən...’’ sözləri yazılmış və imzalar olan kağız paketdə 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,97qr, 1,16qr, 1,05qr, 1,06qr, 1,32qr, 0,94qr, 0,98qr, ümumi çəkisi 7,48 qram olan bitki mənşəli kütlələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin narkotik vasitə olan qurudulmuş marixuanadan 0,35 qram ekspert tədqiqatına sərf olunduqdan sonra 7,13 qram narkotik vasitə olan qurudulmuş marixuana qalmışdır (İ cild i.v.39-42). İş üzrə təyin edilərək keçirilmiş “Məhkəmə mühəndis-texniki ekspertizası” ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparılan ekspertizanın 24 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2816 nömrəli rəyində göstərilmişdir ki, aparılmış tədqiqatla elektron tərəzinin işlək vəziyyətdə olmaqla təyinatı üzrə istismara yararsız olduğu müəyyən edildi. Bununla belə, tərəzinin göstəricisinin tam dəqiq olubolmaması Azərbaycan Respublikasının Antiinhisar və İstehlak bazarına X4 (bundan sonra- Dövlət Agentliyi) müvafiq çəki etalonları vasitəsi ilə müəyyən edilə bilər (ləğv edilmiş Azərbaycan Respublikasının Standartlaşdırma, metrologiya və Patent üzrə Dövlət Komitəsinin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri bu quruma verilmişdir) (İ cild i.v.54-57). 09 may 2024-cü il tarixli qərardan görünür ki, 07 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,97qr, 1,16qr, 1,05qr, 1,06qr, 1,32qr, 0,94qr, 0,98qr, ümumi çəkisi 7,48 qram bitki mənşəli kütlələrdən 0,35 qram ekspert tədqiqatına sərf olunmuş və qalan 7,13 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınması və Füzuli rayon Polis Şöbəsinin saxlancına təhvil verilməsi qərara alınmışdır (İ cild i.v.94-97). 09 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin çəkildiyi elektron tərəzinin maddi sübut kimi tanınması və Füzuli rayon Polis Şöbəsinin saxlancına təhvil verilməsi qərara alınmışdır (İ cild i.v.90-93). Ambulator məhkəmə-narkoloji ekspertizasının 30 iyul 2024-cü il tarixli, 5205 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild i.v.144-146). Füzuli rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 5(064)-36/2024 nömrəli qərarından müəyyən olunur ki, istintaq zərurəti ilə əlaqədar olaraq, Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 *** ** ** saylı mobil nömrəsindən 01 aprel 2024-cü il tarixdən 07 aprel 2024-cü il tarixədək olan müddət ərzində daxil olan, həmin nömrədən xaric olan zənglərin nömrəsi, anten dairələri, qəbul edilən və ötürülən mesajların mətni, həmçinin həmin nömrələrin sahiblərinin adı, soyadı, atasının adı və ünvanı barədə məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdir. Həmin qərar əsasında Füzuli RPŞ-yə daxil olmuş "xxxx" MMC-nin 24 may 2024-cü il tarixli, 10970 nömrəli məktubunda Təqsirləndirilən şəxs istifadəsində olan 051 *** ** ** saylı mobil nömrədəki məlumatlar 1 (bir) ədəd CD diskdə göndərilmişdir. Həmin diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 051 *** ** ** saylı mobil nömrənin anten dairəsinə görə sonuncunun 05 aprel 2024-cü il tarixdə Şirvan şəhəri ərazisində olmaması müəyyən olunmuşdur. Həmçinin həmin mobil nömrə vasitəsilə 05 aprel 2024-cü il tarixdə telefon daşıqlarının aparılması da müəyyən edilmişdir. "xxxx" MMC-nin 24 may 2024-cü il tarixli, 10970 nömrəli məktubla göndərilmiş təsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələri ilə aparılan danışıqlara dair məlumatlar, SMS-lər siyahısı, SMS mətnləri, əhatə dairəsi və abunəçilərə dair məlumatlar əks olunan bir ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (İ cild i.v. 108-110,150-158). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş sorğu kartotekasında aşağıdakı məlumatlar aşkar edilmişdir: -Təqsirləndirilən şəxs Bakı Qarnizonu hərbi məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241-ci maddəsinin “V” bəndi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hökmün icrası hərbi əməliyyatlar bitənədək təxirə salınmışdır. -Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarı ilə cəzanı çəkməkdən azad edilmişdir. Bakı Qarnizonu hərbi məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241-ci maddəsinin “V” bəndi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Bakı Qarnizonu Hərbi məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarı ilə cəzanı çəkməkdən azad edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir (İ cild i.v.106). Füzuli rayon mərkəzi xəstəxanası Publik hüquqi şəxsindən daxil olmuş 09 iyul 2024cü il tarixli, 18-1-36/2-725/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur (İ cild i.v.123-124). 19 may 2024-cü il tarixli əməliyyat tapşırığının 01 iyun 2024-cü il tarixli, 3-13-73/2- 5235 nömrəli cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi şəxs və ya şəxslərin kim olmasını müəyyən etmək mümkün olmamış, həmçinin Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədilə üzərində saxlayaraq daşıması, 7,48 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana təxminən 25 dəfə üçün nəzərdə tutulması, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitəni əldə edərkən əvvəlcə bir qutu şəklində olması, sonradan isə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış üçün hazır vəziyyətə gətirilməsinə görə bükümlərə bölməsi müəyyən olunmuşdur (İ cild i.v. 111). Təqsirləndirilən şəxs orta təhsillidir, işləmir, məhkumluğu olmayan, evlidir, himayəsində 2 (iki) azyaşlı (xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5) övladı vardır, yaşayış yerindən təqdim olunmuş xasiyyətnamə ilə müsbət xarakterizə edilir (İ cild i.v. 73-75, 140-143). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə düzgün tövsif edilmişdir. Beləki, Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyindən çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs gün ərzində istifadə üçün ona bir bükümün bəs etməsi fikri, lakin buna baxmayaraq narkotik vasitələri çəkilib 7 ədəd xırda bağlamalara bükülmüş halda, eyni zamanda əhalinin sıx olduğu, Horadiz şəhərinin gediş-gəlişli hissəsi hesab olunan “Köhnə bazar” adlanan ərazidə üzərində gəzdirərək daşıması, polis əməkdaşları tərəfindən saxlanıldığı günədək üzərində gəzdirdiyi narkotik vasitələri başqa yerdə saxlayaraq gizlətməsi üçün kifayət qədər vaxtın olmasına baxmayaraq həmin kütlələri üzərində daşıması, əvvəl verdiyi ifadələrlə məhkəmə istintaqı zamanı verdiyi ifadələrin üstüstə düşməməsi və beləliklə də, onun məsuliyyətdən yayınmaq cəhdi, əməliyyat tapşırığına əsasən verilmiş cavab raportunda göstərilən “Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədilə üzərində saxlayaraq daşıması, 7,48 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana təxminən 25 dəfə üçün nəzərdə tutulması, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitəni əldə edərkən əvvəlcə bir qutu şəklində olması, sonradan isə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış üçün hazır vəziyyətə gətirilməsinə görə bükümlərə bölməsi” barədə məlumatın mövcudluğu o qənatə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq yeddi ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,94 qram, 0,97 qram, 0,98 qram, 1,05 qram, 1,06 qram, 1,16 qram və 1,32 qram olmaqla, ümumi təmiz çəkisi 7,48 qram, yəni xeyli miqdar təşkil edən, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, əynində olmuş gödəkçənin sağ yan cibində saxlamış, 06 aprel 2024-cü il tarixdə saat 19 radələrində Füzuli rayonu, Horadiz şəhərində yerləşən “Köhnə bazar” adlanan əraziyə daşımışdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi kimi qiymətləndirir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, təqsirləndirilən şəxsin ziddiyyət dolu ifadələri, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün bir-birinə zidd olan qeyri-səmimi ifadələr vermişdir. Belə ki, O, ibtidai istintaq zamanı şübhəli şəxs qismində dindirilərkən 8 bükümü 80 manata aldığını və bir bükümünü isə çəkdiyini bildirsə də, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cəmi 60 manata 7 ədəd bükümdə narkotik vasitə aldığını bildirmişdir. Həmçinin “aparılmış istintaq hərəkətləri əsasında müəyyən edilmişdir ki, siz 05 aprel 2024-cü il tarixdə Şirvan şəhərində olmamısınız” fikrinə cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, telefon xarab olduğu üçün telefonu Şirvan şəhərinə aparmamışdır. Halbuki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 10970 nömrəli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan 051 *** ** ** saylı mobil nömrə ilə həmin tarixdə müxtəlif vaxtlarda çoxsaylı telefon danışıqları aparılmışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı bir ifadəsində narkotik vasitələri gizlətmək üçün yaşadığı evdən yola düşdüyünü bildirsə də, digər bir ifadəsində həmin narkotik vasitələri gizlətmək üçün işlədiyi yerdən yola düşdüyünü bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verdiyi bu kimi qeyri-səmimi, həqiqəti əks etdirmiyən ziddiyyətli ifadələri onun məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin tərəzidə çəkilərkən narkotik vasitənin çəkisinin 3,9 qram olması, sonradan zərfin açılaraq narkotik vasitənin çəkisinin artırılması ilə bağlı ifadəsinə münasibət bildirərək qeyd edir ki, 06 aprel 2024-cü il tarixli “Şəxsin üzərində axtarış aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan yeddi ədəd ağ kağıza doldurulmuş bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və ümumi təmiz çəkisi 3,9 qram olmuş və həmin kütlələr təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq, onların imzaları ilə təsdiqlənərək Füzuli Rayon Polis Şöbəsinin “Zərflər üçün nömrə 114” dairəvi möhürü ilə möhürlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 07 aprel 2024-cü il tarixli, 3-16-16/2-18/386 nömrəli ekspert rəyinin “tədqiqat obyektlərinin göndərilmə şəklinə dair məlumat” hissəsində göstərilmişdir ki, tədqiqat obyekti “Azərbaycan Respublikası DİN Zərflər üçün nömrə 114” dairəvi möhür əksi ilə möhürlənmiş vəziyyətdə 01 ədəd kağız paketdə möhürlənmiş vəziyyətdə daxil olmuşdur. Qablaşdırmanın tamlığının pozulması əlamətləri müəyyən edilmədi. Göründüyü kimi, aşkar olunmuş narkotik vasitə müəyyən edilmiş qaydalara uyğun olaraq qablaşdırılaraq götürülmüş və qablaşdırmanın tamlığı pozulmadan ekpertizaya təqdim edilmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin sonradan zərfin açılaraq narkotik vasitənin çəkisinin artırılması ilə bağlı ifadəsi həqiqəti əks etdirməyən məsuliyyətdən yayınma cəhdidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı (xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5) övladının olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini tamah məqsədilə törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almasına münasibət bildirərək qeyd edir ki, cinayət əməlinin tamah məqsədilə törədilməsi həmin əməlin dispozisiyasının tərkib əlaməti kimi müəyyən edildiyindən əməlin tamah məqsədilə törətməsi cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Həmçinin, Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 3 (üç) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət bir günə bir gün hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 30 iyul 2024-cü il tarixli, 5205 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Füzuli Rayon Polis Şöbəsində saxlanılan 07 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,97qr, 1,16qr, 1,05qr, 1,06qr, 1,32qr, 0,94qr, 0,98qr, ümumi çəkisi 7,48 qram bitki mənşəli kütlələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin Məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 131 (yüz otuz bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət bir günə bir gün hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 10 fevral 2025-ci il tarixdən, saat 13:08-dən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclasında dərhal həbsə alınsın. Hökmün bu hissədə icrası Füzuli Rayon Polis Şöbəsi, Ağcəbədi Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yeri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Cinayət işi üzrə 131 (yüz otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,97qr, 1,16qr, 1,05qr, 1,06qr, 1,32qr, 0,94qr, 0,98qr, ümumi çəkisi 7,48 qram bitki mənşəli kütlələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elmir İsmayılov
Məhkəmə qərarları › İş №1(064)-7/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-7/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver