Məhkəmə qərarları › İş №1(064)-71/2024

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-71/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-71/2024 03.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Heydərxan oğlunun iştirakı ilə, 22 sentyabr 1996-cı il tarixdə xx xxxxxx 1992-ci ildə Biləsuvar rayonu, Zəhmətabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Biləsuvar rayonu, Zəhmətabad kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilən və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir ondan ötrü ki, o, şəxsiyyəti istintaqa məlum olmayan mənbədən qəsdən satış məqsədi olmadan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı xeyli miqdarda qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,92 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib, qanunsuz olaraq üzərində saxlayaraq daşımışdır. 05 sentyabr 2024-cü il tarixdə, saat 01 radələrində Füzuli rayon X17 X21 əməkdaşları tərəfindən X4 Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində idarə etdiyi “Opel Astra” markalı, ** CO *** dövlət nömrə nişanlı avtomobilin ödənilməmiş cəriməsinin olması səbəbindən saxladılaraq Füzuli rayon Polis Şöbəsinin duracağına gətirilərkən avtomobildə sərnişin qismində əyləşmiş Təqsirləndirilən şəxs davranışları şübhə doğurduğundan o, həmin avtomobillə birlikdə ünvan 2 ünvanında yerləşən binasına gətirilmiş, həmin tarixdə, saat 03:09 dəqiqədə onun üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etməklə üzərində saxladığı 01 ədəd kibrit qutusunda təmiz çəkisi xeyli miqdarda, yəni 5,92 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət iş üzrə məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsində törətdiyi cinayət əməlini etiraf edərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Zəhmətabad kəndində yaşayır. Təxminən 5 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir, lakin psixotrop maddə qəbul etməmişdir. xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində Zəngilan rayonu, Ağalı kəndi ərazisindən işdən çıxıb tanışı İlham adlı şəxsin idarə etdiyi “Opel” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə işləri ilə əlaqədar olaraq Mincivan-Hacıqabul avtomobil yolu ilə Bakı şəhərinə gedən zaman Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində olan zaman Yol Patrul Xidməti əməkdaşları İlham adlı şəxsin idarə etdiyi nəqliyyat vasitəsinə saxla işarəsi verib, həmin nəqliyyat vasitəsini saxlatmışlar. Daha sonra polis əməkdaşları nəqliyyat vasitəsinə yaxınlaşıb avtomobilin üzərində olan cərimələrin ödənilməməsi və həbs tətbiq olunması səbəbi ilə nəqliyyat vasitəsinin Füzuli rayon Polis Şöbəsinə duracağına yerləşdirilməli olduğunu demişlər və onların müşayiəti ilə rayon polis şöbəsinə gətirilmişlər. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Rayon Polis Şöbəsinə çatdıqdan sonra o üzərində narkotik vasitə olduğu üçün qorxaraq həyəcanlanmağa başlamış, bu vaxt polis əməkdaşları üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələnib onu rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki şalvarın sağ yan cibindəki ona məxsus içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd kibrit qutusunu təqdim etmişdir. Məhkəmə iclasında verdiyi ifadəsində isə bildirmişdir ki, o, rayon polis şöbəsinə gətirildikdən sonra özü üzərində narkotik maddənin olması barədə polis əməkdaşlarına məlumat vermiş, bundan sonra onun üzərinə rayon polis şöbəsində şəxsi axtarış keçirilmişdir. Bunun məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində onu da göstərmişdir ki, üzərindən aşkar edilmiş kibrit qutusuna doldurulmuş narkotik vasitə olan qurudulmuş marixuananı 03 sentyabr 2024-cü il tarixdə işlədiyi Zəngilan rayonu ərzisində yabanı halda yetişən çətənə bitkisindən əldə etmiş və həmin vaxtdan şəxsi istifadəsi üçün götürüb üzərində saxlayaraq gəzdirmişdir. O, üzərində gəzdirdiyi narkotik vasitə olan marixuanadan tapdığı tarixdə bir qədərini istifadə etmiş, lakin heç kimə satmamış və pay verməmişdir. Füzuli rayonu ərazisində daxilində olduğu avtomobil polis əməkdaşları tərəfindən saxlanılan zaman həmin avtomobildə ondan başqa 3 nəfər olmuş, onlardan sadəcə olaraq sürücü İlham Qurbanovu tanıyır, digər 2 nəfər şəxsi tanımır və həmin şəxslərdən heç birinin onun üzərində narkotik vasitə olmasından məlumatları olmayıb, ümumiyyətlə üzərində narkotik vasitə olmağı ilə bağlı heç kimə məlumat verməmişdir. O, əvvəllər narkotik vasitəni mütamadi olaraq istifadə etməmiş, lakin istifadə etdiyi vaxtlarda ətraf rayonlardan tanımadığı şəxslərdən əldə etmişdir. İfadə verməmişdən əvvəl ona hər hansı fiziki və ya psixi zor tətbiq olunmamışdır. Hazırda əməlindən səmimi peşmandır, yüngül cəza təyin edilməsini xahiş edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilkin araşdırma zamanı şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadələr verərək törətdiyi cinayət əməlini etiraf etmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X29 X23 Xidmətinin inspektoru vəzifədə xidmət edir, polis baş serjantı xüsusi rütbəsindədir. 05 sentyabr 2024-cü il tarixdə, saat 01 radələrində Füzuli rayon X17 Yol Polis X23 Xidmətinin inspektoru polis baş serjantı Şahid2 ilə birlikdə Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində xidməti avtomobillə xidmətdə olan zaman həmin ərazidə olan “Opel Astra” markalı, ** CO *** dövlət nömrə nişanlı avtomobili texniki vasitə olan bort komputerlə yoxlayan zaman həmin avtomobilin ödənilməmiş cərimələrinin olması səbəbindən axtarışda olmasına görə həmin avtomobilin sürücü sonradan kimliyi ona məlum olan X6 özlərini təqdim edib, avtomobilin ödənilməmiş cərimələrinin olması səbəbindən axtarışda olmasını və buna görə də avtomobilin Füzuli rayon Polis Şöbəsinin duracağına təmin olunmasının zəruriliyini izah edib onu Füzuli rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt avtomobilin ön sərnişin oturacağında bir nəfər, arxa oturacağında isə iki nəfər sərnişin əyləşmişdir. Bundan sonra İlham Qurbanov sərnişinlərlə birlikdə avtomobili Füzuli rayon Polis Şöbəsi istiqamətində hərəkət etdirmiş və onlarda xidməti avtomobillə onu müşayiət etmişlər. Füzuli rayon Polis Şöbəsinin duracağına çatdıqda avtomobilin ön sərnişin oturacağında əyləşmiş şəxs şübhəli davranışlar göstərdiyi üçün onu rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər, bundan sonra onun şəxsiyyətini müəyyən edərkən onlara məlum olmuşdur ki, həmin şəxs Biləsuvar rayon sakini Təqsirləndirilən şəxsdur və əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Həmin şəxsin şübhəli davranışlar göstərməsi, yəni əlini şalvarını cibinə salaraq həyəcanlı şəkildə onlardan kənarlaşmaq istəməsi və əvvəllər CM-nin 234.1ci maddəsi ilə məhkum olunması onlarda daha da şübhə doğurduğu üçün bu barədə rayon polis şöbəsinin rəisinə raportla müraciət edərək məlumat vermişdirlər. Həmin raport əsasında toplanmış materialın icrası RPŞ-nin TB-nin təhqiqatçı, polis baş leytenantı Müşfiq Məmişova həvalə edilmiş, Təqsirləndirilən şəxs təhqiqatçı Müşfiq Məmişov tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra Müdafiəçi iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməyə başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud qanunla qadağan edilmiş digər əşya varsa, təqdim etməsi təklif olunmuş, həmin vaxt o, görmüşdür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ ön cibindən bir ədəd kibrit qutusu çıxarıb, içərisində qurudulmuş marixuana olduğunu demişdir. Həmçinin şalvarın sol ön cibindən “Keno” markalı siqaret qutusu və bir ədəd astma xəstəliyi üçün dərman, şalvarın sağ arxa cibindən 11 manat 50 qəpik pul, “Techno Spark” markalı mobil telefon, həmin mobil telefonun arxa hissəsində bir ədəd “Umiko” bank kartı, bir ədəd “ Birkart” bank kartını və şalvarın sol arxa cibindən şəxsiyyətini təsdiq edən sənədi çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilən zaman kibrit qutusu ilə birlikdə ümumi çəkisinin 9,0 qram olmasını görmüş, lakin həmin vaxt Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmş bir ədəd kibrit qutusu zərfə qoyularaq qablaşdırılmış və üzəri RPŞ-nin 114 saylı möhrü ilə möhürlənərək götürülmüş, həmin zərfin üzəri bütün iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfindən də imzalanmışdır. Təqsirləndirilən şəxs Füzuli rayon Polis Şöbəsinə gətirilən zaman ona hər hansı psixi və ya fiziki zor tədbiq edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı, hansı şəraitdə, nə vaxt və kimdən əldə etməsi barədə heç bir məlumatı yoxdur. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Polis şöbəsinə gətirilənə qədər və üzərinə şəxsi axtarışın keçirilməsinə qədər üzərində olan narkotik vasitəni təqdim etməmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X29 X23 Xidmətinin inspektoru vəzifədə xidmət edir, polis baş serjantı xüsusi rütbəsindədir. 05 sentyabr 2024-cü il tarixdə, saat 01 radələrində Füzuli rayon X17 Yol Polis X23 Xidmətinin inspektoru polis baş serjantı Şahid1 ilə birlikdə Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində xidməti avtomobillə xidmətdə olan zaman həmin ərazidə olan “Opel Astra” markalı, ** CO *** dövlət nömrə nişanlı avtomobili texniki vasitə olan bort komputerlə yoxlayan zaman həmin avtomobilin ödənilməmiş cərimələrinin olması səbəbindən axtarışda olmasına görə həmin avtomobilin sürücü sonradan kimliyi ona məlum olan X6 özlərini təqdim edib, avtomobilin ödənilməmiş cərimələrinin olması səbəbindən axtarışda olmasını və buna görə də avtomobilin Füzuli rayon Polis Şöbəsinin duracağına təmin olunmasının zəruriliyini izah edib onu Füzuli rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt avtomobilin ön sərnişin oturacağında bir nəfər, arxa oturacağında isə iki nəfər sərnişin əyləşmişdir. Bundan sonra İlham Qurbanov sərnişinlərlə birlikdə avtomobili Füzuli rayon Polis Şöbəsi istiqamətində hərəkət etdirmiş və onlarda xidməti avtomobillə onu müşayiət etmişlər. Füzuli rayon Polis Şöbəsinin duracağına çatdıqda avtomobilin ön sərnişin oturacağında əyləşmiş şəxs şübhəli davranışlar göstərdiyi üçün onu rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər, bundan sonra onun şəxsiyyətini müəyyən edərkən onlara məlum olmuşdur ki, həmin şəxs Biləsuvar rayon sakini Təqsirləndirilən şəxsdur və əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Həmin şəxsin şübhəli davranışlar göstərməsi, yəni əlini şalvarını cibinə salaraq həyəcanlı şəkildə onlardan kənarlaşmaq istəməsi və əvvəllər CM-nin 234.1ci maddəsi ilə məhkum olunması onlarda daha da şübhə doğurduğu üçün bu barədə rayon polis şöbəsinin rəisinə raportla müraciət edərək məlumat vermişlər. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, xidməti zərurətlə əlaqədar olaraq iştirak edə bilməmiş, lakin sonradan eşitmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs Füzuli rayon Polis Şöbəsinə gətirilən zaman ona hər hansı psixi və ya fiziki zor tədbiq edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı hansı şəraitdə, nə vaxt və kimdən əldə etməsi barədə heç bir məlumatı yoxdur. Həmin şəxsi əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ya ədavəti, həmçinin qohumluq münasibəti yoxdur. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Polis şöbəsinə gətirilənə qədər və üzərinə şəxsi axtarışın keçirilməsinə qədər üzərində olan narkotik vasitəni təqdim etməmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Füzuli rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis kiçik leytenantı vəzifəsindədir. 05 sentyabr 2024-cü il tarixdə sonradan kimliyi ona məlum olan Təqsirləndirilən şəxs Füzuli rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən rayon polis şöbəsinə gətirilməsində o, iştirak etməmişdir. O, sadəcə olaraq, Füzuli rayon Polis Şöbəsinin inzibati binasında Təhqiqat Bölməsinin təhqiqatçısı polis baş leytenantı Müşfiq Məmişov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman şəxsi axtarışın keçirilməsində iştirak etmişdir. Həmin vaxt o görmüşdür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ ön cibindən bir ədəd kibrit qutusu çıxarıb, içərisində qurudulmuş marixuana olduğunu demişdir. Həmçinin şalvarın sol ön cibindən “Keno” markalı siqaret qutusunu və bir ədəd astma xəstəliyi üçün dərmanı, şalvarın sağ arxa cibindən 11 manat 50 qəpik pulu, “Techno Spark” markalı mobil telefonu, həmin mobil telefonun arxa hissəsində bir ədəd “Umico” bank kartını, bir ədəd “Birkart” bank kartını və sol arxa cibindən şəxsiyyətini təsdiq edən sənədi çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilən zaman kibrit qutusu ilə birlikdə ümumi çəkisinin 9.0 qram olmasını görmüş, lakin həmin vaxt Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusu zərfə qoyularaq qablaşdırılmış və üzəri RPŞnin 114 saylı möhrü ilə möhürlənərək götürülmüş, həmin zərfin üzəri bütün iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfindən də imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı hansı şəraitdə, nə vaxt və kimdən əldə etməsi barədə əməliyyat məlumatı əldə etmək mümkün olmamışdır. Buna baxmayaraq bu istiqamətdə əməliyyat tədbirləri davam edir və əldə edilmiş məlumatlar barədə istintaqa əlavə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ya ədavəti yoxdur. Füzuli RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Müşfiq Məmişov tərəfindən tərtib edilmiş 05 sentyabr 2024-cü il tarixli «Şəxsi axtarış keçirilməsi haqqında» protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya oxşar kütlə qablaşdırması ilə birlikdə elektron tərəzidə çəkilərək ümumlikdə çəkisinin 9,0 (doqquz) qram olması məlum olmuşdur. Lakin iş üzrə təyin edilərək keçirilmiş məhkəmə-bioloji ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X10 Bölməsinin 05 sentyabr 2024-cü il tarixli 3-1616/2-18/783 nömrəli rəyində göstərilmişdir ki, 1) Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız pakedəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi-5,92 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 05 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş – 01 (bir) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 5,92 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananın tədqiqatdan sonrakı -5,90 qram çəkidə qalığı, 21 sentyabr 2024-cü il tarixli qərarımla cinayət işi üzrə maddi sübut hesab edilmiş və Füzuli RPŞ-nin saxlancına təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs məxsus 1(bir) ədəd mobil telefona 06 sentyabr 2024-cü il tarixdə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus 1(bir) ədəd mobil telefonun “Tecno Spark” markalı, smartfon tipli mobil telefon olmaqla üzərində ***-***-**-** "xxxx" mobil operatoruna aid nömrə olduğu müəyyən olunmuş, Təqsirləndirilən şəxs məxsus “Tecno Spark” markalı telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlar (SMS-lər) bölməsinə və “WhatsApp” proqramına baxış keçirilmiş, lakin baxış zamanı yaddaş kitabçasında, zənglər siyahısında iş üçün əhəmiyyət kəsb edə biləcək telefon nömrələri, həmçinin mesajlar (SMS-lər) bölməsində və “WhatsApp” proqramında iş üçün əhəmiyyət kəsb edə biləcək mesaj (SMS) aşkar olunmamışdır. Beləliklə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs məxsus “Tecno Spark” markalı telefonda gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcək mobil telefon nömrəsi, həmçinin mesaj (SMS) və ya hər hansı bir məlumat aşkar olunaraq götürülməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar edilib götürülmüş “Keno” markalı siqaret, bir ədəd astma xəstəliyi üçün dərman və 11 manat 50 qəpik pul qəbzlə ona təhvil verilmişdir. İstintaq zərurəti ilə əlaqədar olaraq, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə aparılan danışıqlara və mesajlara dair məlumatların "xxxx" mobil operatorundan götürülmüşdür. Həmin qərar əsasında "xxxx" Telekom MMC-nin 21 oktyabr 2024-cü il tarixli, 22811 nömrəli məktubda "xxxx" Telekom MMC-də, digər operatorlara məxsus nömrələrdən, qısa nömrələrdən, xidməti nömrələrdən (internet üzərindən) göndərilən SMS mətnlərinin qeydiyyatı aparılmadığı göstərilmiş, eyni zamanda həmin məktubla göndərilmiş bir ədəd CD diskində olan məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**- ** mobil nömrə ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi aparılan danışıqlara dair məlumatlar göndərilmiş, lakin qeyd olunmuş tarixlərdə həmin nömrədən göndərilən və həmin nömrəyə daxil olan SMS mətnləri qeydə alınmadığı müəyyən olunmuşdur. Beləliklə baxış zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrə ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi aparılan danışıqlara dair məlumatlar gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcək mobil telefon nömrəsi, həmçinin mesaj (SMS) mətni və ya hər hansı bir məlumat aşkar olunaraq götürülməmiş, lakin "xxxx" Telekom MMC-dən 22 may 2024-cü il tarixli 10652 nömrəli məktub ilə daxil olmuş Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrə ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi aparılan danışıqlara dair məlumatlar əks edilən bir ədəd CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur. Həmçinin “2024.xlsx” adlı fayla baxış keçirilən zaman Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdə, saat 22:30 radələrində Füzuli rayonu ərazisində olması müəyyən olunmuş və protokol üçün əhəmiyyət kəsb edən məlumatlar diskdə götürülərək protokola əlavə edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 6236 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və opioidlərin birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş üzrə verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” X24 şəxs Beyləqan rayon Şöbəsinin 06 sentyabr 2024-cü il tarixli, 284/24 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Cinayət işinə əlavə edilmiş “Biləsuvar rayon mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 19 oktyabr 2024-cü il tarixli, 18-1-30/3-2595/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs rayon mərkəzi xəstəxanasının Ruhi-Əsəb Dispanserində qeydiyyatda yoxdur. Lakin narkoloji xəstəliklər üzrə “Narkaman” diaqnozu ilə qeydiyyatdadır. Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Zəhmətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-39-5/2-/494/2024 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Zəhmətabad kəndində yaşayır və icra nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş AZ-İİ 074351 nömrəli nikah haqqında şəhadətnamənin surətindən surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildə X8 ilə nikah bağlamışdır. İş materiallarına əlavə edilmiş AA ******* və AA5349329 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladıxx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X9 vardır. Həmçinin “Biləsuvar rayon mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-30/3- 2143/2024 nömrəli arayışıdan görünür ki, X8 18-19 həftəlik hamilədir. İstintaq zamanı Füzuli rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsindən daxil olmuş raportda göstərilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə istintaqı aparılan cinayət işi ilə bağlı yaranmış istintaq zərurəti ilə əlaqədar bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 5.92 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı sonuncunun haradan, nə vaxt və hansı şəraitdə əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs ilə eyni avtomobildə Füzuli rayon Polis Şöbəsinə gələn Salyan rayon, Qarabağlı kənd sakini X3 və Salyan rayonu, Şəkərli kənd sakini X12 hazırda olduqları yer müəyyən etmək mümkün olmamış, Saatlı rayonu, Sarıcalılar kənd sakini X13 isə ölkə hüdudlarından kənardadı. Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir, gələcəkdə hər hansı şəxsin barəsində məlumat əldə olunarsa bu barədə əlavə olaraq bildiriləcəkdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə baxışında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilmiş və məhkəmə iclasında özünün müdafiəsi üçün onun Füzuli Rayon Polis şöbəsinə gətirildikdən sonra üzərində narkotik maddənin olması barədə polis əməkdaşlarına özünün məlumat verməsi barədə dəlili gətirmişdir. Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi dəlil polis əməkdaşlarının ifadələri və onun üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş videogörüntü ilə təkzib olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 25-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah olunsun ki, CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndində narkotik vasitələri, psixotrop maddələri və prekursorları, habelə 240-cı maddəsinin qeydinin 2-ci bəndində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri könüllü surətdə təhvil vermə dedikdə, həmin vasitələrə (maddələrə) real surətdə istədiyi kimi sərəncam vermə imkanına malik olan şəxsin bu vasitələri (maddələri) hakimiyyət nümayəndəsinə hər hansı motivlə olursaolsun, lakin öz iradəsinə uyğun olaraq təhvil verməsi başa düşülməlidir. Şəxsin tutulan zaman, habelə narkotik vasitənin və psixotrop maddənin aşkar edilib götürülməsi məqsədilə istintaq hərəkətləri aparılarkan bu hərəkətləri aparan müvafiq vəzifəli şəxsin təklifi ilə və artıq bu hərəkətlərlə əlaqədar narkotik vasitələrə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində özündə olan və ya istintaq hərəkətinin aparıldığı məkanda saxlanılan narkotik vasitəni (psixotrop maddəni, prekursoru, narkotik vasitələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddəni) təhvil verməsi təqsirkarın barəsində CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin və ya CMin 240-cı maddəsinin qeydinin 2-ci bəndinin tətbiq edilməsinə əsas vermir. Belə ki, həmin ifadələrdən və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş videogörüntülərlə müəyyən olunur ki, o, narkotik vasitəni polis şöbəsinə gətirilənə qədər, həmçinin üzərinə şəxsi axtarış keçirilənə qədər polis əməkdaşlarına təqdim etməmişdir. Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi bu dəlil könüllü surətdə təhvil vermə kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Biləsuvar Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmü ilə 7 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına, bundan başqa, CM-nin 234.1 və 66.5-ci maddələri ilə təqsirli bilinərək Biləsuvar Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmü ilə təqsirli bilinib, CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə 2 il 2 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 66.5-ci maddələri ilə təqsirli bilinən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən ona xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.4-cü maddəsinə əsasən, əməlini etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi olması cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində göstərilən qaydaları nəzərə alır. Məhkəmə yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə qeyd edir ki, Səfərli X5 Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 7 ay, 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin məhkəmənin 17 iyun 2021-ci il tarixli hökmü ilə yenə də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli və 17 iyun 2021-ci il tarixli hökmləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib müvafiq olaraq 7 ay 27 gün və 2 il 2 ay 28 gün azadlıqdan məhrum etmə cəzalarına məhkum olunması hazırki iş üzrə əməlində cinayətlərin sadə residivinin olması belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs gstərilən məhkəm hökmləri ilə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarından nəticə çıxarmamış, həmin cəzaların islahedici təsiri yetərli olmamışdır. Bu səbəbdən hazırki iş üzrə ona təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasının müddəti Biləsuvar Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmü ilə onun barəsində qəti olaraq təyin edilmiş 2 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən az ola bilməz. Buna görə də Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi zəruridir. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin istintaq zamanı Füzuli rayon X16 bölməsinin təhqiqatçısı, polis baş leytenantı X7 05 sentyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs iş üzrə şübhəli şəxs qismində tutulmuş, 06 sentyabr 2024-cü il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində Füzuli Rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə maddi sübutlar – 05 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş – 01 (bir) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 5,92 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananın tədqiqatdan sonrakı -5,90 qram çəkidə qalığı, 21 sentyabr 2024-cü il tarixli qərarımla cinayət işi üzrə maddi sübut hesab edilmiş və Füzuli RPŞ-də saxlanılır. Cinayət işi üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak tələbi yoxdur. İş üzrə məhkəmə xərci – məhkəməbioloji ekspertizası üçün 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur, əmlak üzərində həbs qoyulmamışdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Onun barəsində 02 (iki) 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 05 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Füzuli Rayon Polis Şöbəsində maddi sübut kimi saxlanılan qalıq çəkisi 5,90 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar