Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-73/2025 10.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Füzuli rayonunda fərdi fəailyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1993-cü il tarixdə Sabirabad rayonu, Yolçubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Füzuli rayonu, Cuvarlı kəndində qeydiyyatda olmaqla hazırda Füzuli rayonu, 3-cü Zobucuq qəsəbəsi, ev 182-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-nin) 296.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 296.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir, ondan ötrü ki, o, bacısı Zərərçəkmiş şəxs2 və sonuncunun rəfiqəsi, özünün isə tanışı olan Zərərçəkmiş şəxs1 Həsən qızının ağır cinayət törətməkdə ittiham olunmaları ilə bağlı qəsdən təkrarən bilə-bilə yalan xəbərçilik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs2 və sonuncunun rəfiqəsi, özünün isə tanışı olan Zərərçəkmiş şəxs1 Həsən qızı ilə münasibətlərinin uzun müddət yaxşı olmaması səbəbindən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qisas almaq məqsədi ilə və sonuncuların onun qəsdən sağlamlığına ağır zərər vurulması, yəni ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı cinayət edilməsi haqqında qəsdən bilə-bilə yalan xəbərçilik etmək niyyəti ilə, 18 aprel 2025ci il tarixdə ünvan 1 ünvanında yerləşən evdə özü-özünün qarın nahiyəsinə bir dəfə mətbəxt bıçağı ilə zərbə vuraraq özünə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirdikdən sonra həmin gün, saat 14:14-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” xidməti-zəng mərkəzinə zəng edərək Zərərçəkmiş şəxs1 onu bıçaqlaması barədə bilə-bilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan baş verməyən ağır cinayətin edilməsi haqqında məlumat vermiş, daha sonra 19 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 296-cı maddəsi ilə xəbərdarlıq edilməsinə baxmayaraq təkrarən Füzuli rayon Polis şöbəsinə bacısı Zərərçəkmiş şəxs2 onu bıçaqlaması barədə bilə-bilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan baş verməyən ağır cinayətin edilməsi haqqında şikayət ərizəsi yazaraq və həmin məzmunda izahat verərək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 baş verməyən ağır cinayət törətməkdə ittiham etməklə qəsdən təkrarən bilə-bilə yalan xəbərçilik etmişdir. Qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 296.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsində və məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 296.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, bacısı Zərərçəkmiş şəxs2 və onun rəfiqəsi Zərərçəkmiş şəxs1 ilə uzun zamandır ki, münasibətləri pis olmuşdur. Belə ki, atası və anası rəhmətə getdiyindən özünü uzun zamandır ki, yalnız hiss edir. O, 12 ildən artıqdır ki, rəsmi nikahda olduğu Xankişi Rüstəmov və 2 övladı ilə birlikdə Sumqayıt şəhərində yaşayır. Bacısı Gülnisə onun yaşadığı evə demək olar ki, gəlib-getməmişdir. 2025-ci ilin aprel ayında övladlarını sünnət etdirmək istəmişdir. O, bu barədə Gülnisəyə demiş və onu Sumqayıt şəhərinə dəvət etmişdir. Gülnisə Füzuli şəhərində işləri olduğunu və Sumqayıt şəhərinə gələ bilməyəcəyini bildirmişdir. O, bundan çox qəzəblənmişdir. O, düşünmüşdür ki, Gülnisə ilə münasibətlərinin pis olmasında Gülnarənin də rolu var. Çünki Gülnarə uzaq qohum olsa da, Gülnisə ilə dostluq edir, onunla ümumiyyətlə münasibət saxlamamışdır. O, Gülnarə ilə Gülnisənin münasibətini qısqanmışdır. Həmin ərəfələrdə Gülnarə “Whatsapp” ani yazışma proqramında onu bloka salmışdır. Bundan sonra onun Gülnarəyə qarşı qəzəbi daha da artmışdır. Gülnarə onu bloka salanda əvvəllər tanıdığı Füzuli rayonundan olan Tural adlı şəxsə yazaraq Gülnarəni narahat etməyini tapşırmışdır. Tural sadəcə olaraq Gülnarəyə yazaraq onu narahat edəcəkmiş. Sonradan bildiyinə görə, X4 rayon Polis şöbəsinə şikayət etmiş və şöbədə bu barədə araşdırma aparılmışdır. 17 aprel 2025-ci il tarixdə o, taksi avtomobili ilə Füzuli rayonuna gəlmişdir. O, həmin gün Füzuli rayonu, Fin qəsəbəsində bacısı Almazgildə qalmışdır. 18 aprel 2025-ci il tarixdə, saat 13 radələrində o, Gülnisənin yaşadığı ata evinə getmişdir. Həmin ev ünvan 1-də yerləşir. O, evə mütəmadi olaraq gedib-gəlir. Çünki o, ev onun da ata evidir. Həmin gün o, sözügedən evə getmiş və darvaza açıq olduğundan evin həyətinə daxil olmuşdur. Evdə heç kim olmamışdır. Oraya Gülnisə ilə münasibətlərini aydınlaşdırmaqdan ötrü getmişdir. Evin giriş qapısı bağlı olmuşdur. O, evin həyətində Gülnisəyə zəng etmiş və onu evin həyətində gözlədiyini bildirmişdir. Gülnisə bir neçə dəqiqə sonra evə gələcəyini demişdir. Bundan sonra o, evin pəncərəsinə yaxınlaşmış və pəncərənin açıq olduğunu görmüşdür. Pəncərənin kənarında dəstəyi sarı rəngli balaca meyvə bıçağı olmuşdur. O, həmin meyvə bıçağını çantasının içərisinə atmışdır. Bunu niyə etdiyini hazırda xatırlamır. Bir neçə dəqiqə sonra Gülnisə qardaşı qızı Günellə birlikdə evə gəlmişlər. Onlar evin həyətində söhbət etməyə başlamışlar. O, Gülnisəyə Gülnarə ilə yaxın olmasının səbəbini soruşmuşdur. Eləcə də Gülnisəyə Gülnarə ilə yaxın olmasından qısqandığını demişdir. Həmin evə onun heç zaman iddiası olmamışdır. Çünki həmin evin yaxşı dəyəri də yoxdur. Gülnisə də cavabında onu çox istədiyini bildirmişdir. Onlar bu mövzuda xeyli müddət mübahisə etmişlər. Gülnisənin ona olan sevgisinə inanmadığından çantasında olan həmin bıçağı çıxarmış və əynindəki köynəyini qaldıraraq bıçağı qarın boşluğuna sancmışdır. Bundan məqsədi Gülnarə barəsində hüquq-mühafizə orqanlarına onu bıçaqlaması ilə bağlı məlumat vermək, Gülnarənin cinayət məsuliyyətinə cəlb olunmasını istəməyi olmuşdur. O, özünü bıçaqladıqdan sonra Gülnisə onu qucaqlayaraq ağlamağa başlamışdır. Həmçinin Günel də hadisənin təsirindən kənarda durub ağlamışdır. Bundan sonra qarnından çoxlu miqdarda qan axdığını görmüş və Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng edərək Gülnarənin onu bıçaqladığını demişdir. Halbuki o, həmin gün ümumiyyətlə Gülnarəni görməmiş, onunla danışmamışdır. Daha sonra o, təcili tibbi yardım xidmətinə də hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra təcili tibbi yardım xidmətinin əməkdaşları və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Onu təcili tibbi yardım avtomobili ilə Füzuli rayon Mərkəzi Xəstəxanasına aparmışlar. O, orada əməliyyat olunmuşdur. 19 aprel 2025-ci il tarixdə o, bu dəfə də bacısına qəzəbləndiyindən onun cinayət məsuliyyətinə cəlb olunmasından ötrü Füzuli rayon Polis şöbəsinə ərizə verərək onu Gülnarənin deyil, Gülnisənin bıçaqladığını göstərmişdir. Həmçinin eyni məzmunda rayon polis şöbəsinə izahat da vermişdir. Hər iki halda o, bilə-bilə yalan xəbərçilik etmək barədə Azərbaycan Respublikası CM-nin 296-cı maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin hazırda yenə də qeyd edir ki, onun rayon polis şöbəsinə verdiyi ərizədə, eləcə də izahatda qeyd etdikləri doğru deyildir. Həmçinin onun hadisə günü Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng xidmətinə verdiyi məlumat da doğru deyildir. O, sadəcə Gülnarə və Gülnisəyə qəzəbli olduğundan öz-özünü bıçaqlamış, sonuncuların cəzalanması üçün onlar barədə hüquq-mühafizə orqanlarına doğru olmayan məlumat vermişdir. Hazırda əməlindən peşmandır. Hadisə günü nə Gülnisə, nə də o, evin içərisinə daxil olmamışlar, eləcə də Gülnisəyə evi yandıracağını deməmişdir. Həmçinin hadisə günü onun Gülnisə ilə Tural barəsində söhbəti də olmamışdır. Gülnisə o, özünü bıçaqlayanda həddən artıq çox qorxmuşdur və çox həyəcanlı olmuşdur. Ola bilər ki, Gülnisə hadisənin təfərrüatlarını doğru xatırlamır. Həm özü son sözündə, həm də müdafiəçisi məhkəmə çıxışında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsinin nəzərə alınaraq, barəsində yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısıdır. Onunla uzun müddətdir ki, münasibəti yaxşı deyil. Buna səbəb hazırda yaşadığı evə onun iddiasıdır. Belə ki, Solmaz uzun müddətdir ki, onu həmin evdən çıxarıb özü yaşamaq istəyir. Bununla bağlı olaraq onunla aralarında dəfələrlə ciddi münaqişələr olmuşdur. Atası və anası rəhmətə getdikdən sonra, yəni 2019-cu ildən həmin evdə yaşayır. Həmçinin 2025-ci ilin aprel ayında Zobucuq-2 qəsəbə sakini Tural “Whatsapp” aniyazışma proqramı vasitəsi ilə ona yazaraq Füzuili rayonunda ehtiyatlı olmalı olduğunu bildirmişdir. Bundan başqa Tural ona bir neçə təhqiredici ifadələr də yazmışdır. O, bilirmiş ki, Tural ona Solmazın tapşırığı ilə yazır. Belə ki, Turalın Solmazla uzun müddətdir ki, sevgi münasibəti olmuşdur. xx.xx.2025-ci il tarixdə bacısı Almazgildə onun qızının ad günü mərasimində iştirak etmişdir. Belə ki, onların evi Füzuli rayonu, Fin qəsəbəsində yerləşir. Həmin gün saat 13 radələrində Solmaz ona zəng edərək Zobucuq-3 qəsəbəsində yerləşən yaşadığı evin qarşısında olduğunu və hazırda evi yandıracağını bildirmişdir. O, iki oğlunu bacısıgildə qoyub Güneli də götürərək taksi ilə təxminən 20 dəqiqəyə, saat 14 radələrində yaşadığı evə gəlmişdir. Ora çatdıqda Solmaz evin həyətində olmuşdur. Lakin ora çatana qədər evin pəncərəsini daşla sındıraraq pəncərədən evə daxil olmuş və mətbəxtdə olan qazı açıq qoymuşdur. O, özü qapını açarla açıb Günellə birlikdə evə daxil olmuşdur. Yataq otağında olan yatağın döşəyinin altında olan ona aid pulu götürüb həyətə çıxmışdır. Belə ki, o, bir neçə gün əvvəl özünə məxsus avtomobili satmışdır. Pul həmin avtomobilin satışından əldə etdiyi pul olmuşdur. O, həyətə çıxdıqda Solmaz ona yaxınlaşıb Turala qarşı rayon polis şöbəsinə verdiyi şikayətini geri götürüb-görürməməyini soruşmuşdur. O, şikayətini geri götürməyəciyini demişdir. Həqiqətən də o, Turalı ona yazmasına görə polis şöbəsinə şikayət etmişdir. Daha sonra Solmaz evdən çıxmağını, əks halda evi yandıracağını demişdir. O, evdən çıxmayağını bildirmişdir. Bundan sonra Solmaz çantasından dəstəyi sarı rəngli meyvə bıçağını çıxarmış və köynəyini qaldıraraq qarnına sancmışdır. Həmin vaxt saat 14 radələri olmuşdur. Həmin bıçağı yəqin ki, Solmaz yaşadığı evdən götürmüşdür. Çünki ona bənzər həmin evdə çoxlu sayda bıçaqları var. Solmaz bıçağı qarnına sancıb çıxarmamışdır. Solmaz bıçaq qarnında qala-qala polisə zəng etmiş və bacısı Lamiyənin baldızının baldızı olan, eyni zamanda da rəfiqəsi olan Gülnarənin onu bıçaqladığını bildirmişdir. Belə ki, Gülnarə Beyləqan rayonu, Daşburun qəsəbəsində yaşayır. O, oradakı evini təmir etdiyindən və onunla münasibəti yaxşı olduğundan arabir yaşadığı evə gəlmişdir. Gülnarə daha çox yaşadığı evə duş qəbul etmək üçün gəlmişdir. Solmaz da bunu bildiyindən qısqanclıq etmişdir. O, Solmazdan Gülnarəyə şər atmasının səbəbini soruşduqda cavabında onu Gülnarənin bıçaqladığını demişdir. Bütün olanların onunla birlikdə Günel də şahidi olmuşdur. Solmaz həmçinin təcili tibbi yardım xidmətinə də zəng eləmişdir. O, təcili tibbi yardım və polis əməkdaşlarının gəlməsini gözləmişdir. Çünki düşünmüşdür ki, hadisə yerindən uzaqlaşsa hadisə öhdəsində qalar. Təxminən 15 dəqiqə sonra təcili tibbi yardım və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Həmin vaxta qədər Solmaz onun ünvanına söyüşlər söyür, onu təhqir etmişdir. O isə demək olar ki, ona cavab verməmişdir. Təcili tibbi yardım xidmətinin əməkdaşları Solmazın qarnındakı bıçağı çıxarmışlar və onu rayon mərkəzi xəstəxanasına aparmışlar. O, Solmaza nifrət etdiyindən xəstəxanaya getməmişdir. Orada Solmaz əməliyyat olunmuşdur və hazırda vəziyyəti yaxşıdır. Solmaz hazırda Bakı şəhərində əri və övladları ilə birlikdə yaşayır. Sonradan o, öyrənmişdir ki, Solmaz rayon polis şöbəsinə verdiyi ərizəsində və izahatında özünü onun bıçaqladığını bildirmişdir. Lakin hadisə belə baş verməmişdir. Solmaz onun və Günelin gözünün qarşısında köynəyini qaldıraraq çantasından çıxardığı bıçağı qarnına sancmışdır. Solmaz ilk öncə 102 zəng xidmətinə zəng edib onu Gülnarənin bıçaqladığını demişdir. Halbuki Gülnarə hadisə vaxtı orada olmamışdır. Daha sonra isə ona qəzəbləndiyindən fikrini dəyişərək özünü onun bıçaqladığını deyib. Bu isə Solmazın yalan danışmasına dəlalət edir. Solmaz hadisə günü öz-özünü bıçaqlamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. O, bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, bir neçə aydır ki, arabir Bakı şəhərindən Beyləqan rayonuna gəlib 1-ci Şahsevən kəndində onlara məxsus evdə qalır. Təqsirləndirilən şəxs 2-3 ildir ki, rəfiqəsi Zərərçəkmiş şəxs2 bacısı kimi tanıyır. xx.xx.2025-ci il tarixdə, saat 09 radələrində Gülnisənin yaşadığı ünvan 1-də yerləşən evə duş qəbul etmək məqsədi ilə gəlmişdir. Həmin zaman evdə Zərərçəkmiş şəxs2 və sonuncunun qardaşı qızı Şahid1 olmuşdur. O, bir neçə aydır ki, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən evdə təmir-tikinti işləri aparır. Ona görə də evin hamam otağı tam hazır olmadığından duş qəbul etmək üçün Gülnisənin yaşadığı evinə getmişdir. O, həmin gün təxminən 15 dəqiqə ərzində həmin evdə olmuşdur. Daha sonra Solmazın Füzuli rayonunda olduğunu öyrənmişdir. Solmazın olduğu evə gələ biləcəyini düşünərək oranı tərk etmişdir. Buna səbəb bir gün əvvəl əvvəllər tanımadığı Tural adlı şəxsin “Whatsapp” sosial şəbəkəsində ona narahatedici mesajlar yazması olmuşdur. O, bununla əlaqədar Füzuli RPŞ-yə ərizə də yazmışdır. Sonra ona məlum olmuşdur ki, onun mobil nömrəsini Tural adlı şəxsə Solmaz vermişdir. Solmaz mobil nömrəsini başqa şəxsə verdiyi üçün onunla üz-üzə gəlmək, ünsiyyətdə olmaq istəmədiyindən həmin ünvanı tərk etmişdir. O, etibarnamə ilə idarə etdiyi **-ET-*** nömrə nişanlı, “Kia-Optima” markalı avtomobillə Gülnisə onun oğlu Yusif, qardaşı qızı Günel ilə birgə Füzuli rayonu, Fin qəsəbəsinə Gülnisənin bacısı Almazgilin evinə getmişdir. Orada təxminən 40 dəqiqə oturmuşlar, saat 12 radələrində oradan idarə etdiyi avtomobillə Füzuli rayonu, Horadiz şəhərində yerləşən polis şöbəsinə gəlmişdir. Şöbədən tanışı olan polis əməkdaşı Şahmarla birlikdə Füzuli rayonu, Horadiz şəhərində yerləşən “Türkiyəm” rostoranına gəlib dönər almışdır. O, dönəri avtomobildə yedikdən və Şahmarla biraz söhbət etdikdən sonra polis şöbəsinə qayıdıb Şahmarı düşürmüşdür. Daha sonra Horadiz şəhərində avtomobili ilə bir müddət gəzmişdir. Təxminən saat 14 radələrində Gülnisə ona zəng edərək Solmazın yaşadığı evə gəldiyini demişdir. O, bunun ona dəxli olmadığını deyib danışığı bitirmişdir. Bir qədər sonra Gülnisə yenidən ona zəng edərək Solmazın onun evində özünü bıçaqladığını demişdir. O, yenə də bunun ona dəxli olmadığını deyib eyni qaydada telefon danışığını bitirmişdir. Daha sonra o, Füzuli rayon Polis şöbəsinə dəvət olunmuşdur. Həmin vaxta qədər də o, Horadiz şəhərində olmuşdur. Solmazın DİN-in 102 zəngxidmətinə verdiyi sözügedən məlumat yalandır, Solmaz ona böhtan atır. xx.xx.2025-ci il tarixdə Solmazı ümumiyyətlə görməmiş və aralarında heç bir ünsiyyət olmamışdır. Hətta həmin gün Solmazla onun arasında telefon danışığı da olmamışdır. Onun fikrincə o, Gülnisə ilə rəfiqə olduğundan, eləcə də onun ata evinə arabir getdiyindən Solmazın ondan xoşu gəlmir. Çünki Solmaz həmin evdə Gülnisənin yaşamasını qəbul edə bilmir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. O, bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Yədulla oğlu ifadəsində göstərmişdir ki, 2019-cu ildən hazıradək Füzuli RPŞ-nin Uçot, qeydiyyat və statistika işləri qrupunun operatoru vəzifəsində işləyir, polis serjantı rütbəsindədir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 əvvəllər yaxından tanımamış, sadəcə onların adını eşitmişdir. Zərərçəkmiş şəxs1 isə tanışıdır. Belə ki, Gülnarə bir neçə dəfə müxtəlif məsələr barədə Füzuli RPŞ-yə müraciət etmişdir. Onun Gülnarə ilə tanışlığı belə yaranmışdır. O, Gülnarəyə hər hansı bir vətəndaş kimi yanaşmış, onunla arasında hər hansı qeyri-presessual münasibət olmamışdır. xx.xx.2025-ci il tarixdə nahar fasiləsi ərəfəsində Gülnarə ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Gülnarə özünə məxsus avtomobillə Füzuli RPŞ-yə gəlmiş və onunla birlikdə Horadiz şəhərində yerləşən “Türkiyəm” adlı restoranına getmişlər. O, həmin restorandan özləri üçün dönər almış və onlar dönəri Gülnarənin avtomobilində yemişlər. Təxminən yarım saat avtomobildə söhbət etdikdən sonra Gülnarə onu Horadiz şəhərində hazırda xatırlamadığı yerdə düşürmüş və getmişdir. Onunla söhbəti “Whatsapp” ani yazışma proqramında başqa şəxslər tərəfindən narahat edilməsi ilə bağlı olmuşdur. O, Gülnarəyə qanunun tələblərini izah etmişdir. Gülnarə onu düşürüb getdikdən bir neçə dəqiqə sonra zəng edərək Solmaz adlı tanışının özözünü bıçaqladığını demişdir. O, bu məsələnin onlara aidiyyətini olmadığını, eləcə də 102 zəng xidmətinə məlumat verməsini demişdir. Bundan sonra onunla Gülnarə arasında hər hansı bir danışıq olmamışdır. O, sonradan eşitmişdir ki, Solmaz 102 zəıng xidmətinə zəng edərək Gülnarənin onu bıçaqladığını demişdir. Halbuki bu mümkün deyildir. Çünki həmin ərəfələrdə Gülnarə onunla görüşmüş, həmçinin onu Horadiz şəhərində düşürdükdən bir neçə dəqiqə sonra ona zəng edərək Solmazın öz-özünü bıçaqladığını demişdir. Gülnarəyə də bu barədə məlumatı Gülnisə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ildən hazıradək Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində minaaxtaran vəzifəsində işləyir. Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs qəsəbə sakinləri kimi tanıyır. Gülnisə qəsəbədə yaşasa da, Solmaz bildiyi qədəri ilə arabir qəsəbəyə gəlir. Deyəsən Solmaz Sumqayıt şəhərində yaşayır. Onların heç biri ilə ədavəti və ya düşmənçiliyi olmamış, eləcə də heç biri ilə sevgi münasibəti olmamışdır. Onlara bir neçə dəfə taksi xidməti göstərmişdir. Təxminən 2025-ci ilin aprel ayında Solmaz “Whatsapp” ani yazışma proqramı vasitəsi ilə ona yazaraq rəfiqəsi Gülnarə və Gülnisəyə yazaraq onları narahat etməyini ona bildirmişdir. Həmin zaman sərxoş olduğundan əvvəldən tandığı Gülnarə və Gülnisəyə “Whatsapp” ani yazışma proqramı vasitəsi ilə bir neçə söz yazmışdır. Yazılarında hər hansı təhqir və ya nalayiq ifadələr olmamışdır. O, həmin zaman sərxoş olmasa, onlara yazmayacaqmış. Sonradan onlar onu Füzuli rayon Polis şöbəsinə şikayət etmişlər. Şöbədə bu barədə araşdırma getmiş və əməlində hər hansı cinayətin tərkib əlamətlərinin olmadığı müəyyən olunmuşdur. Həmin vaxtdan etibarən onların hər üçü ilə də əlaqəsi tamamilə kəsilmişdir. Ona görə də Solmazın bir neçə gün sonra özünü bıçaqlanmasının təfərrüatları barədə nəsə deyə bilmir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibdidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Gülnisənin anası illər öncə onu övladlığa götürmüşdür. Təqsirləndirilən şəxs bibisidir. Onun və bibisi Gülnisənin onunla uzun müddətdir ki, münasibəti yaxşı deyil. Buna səbəb hazırda yaşadığı evə onun iddiasıdır. Belə ki, Solmaz uzun müddətdir ki, onları həmin evdən çıxarıb özü yaşamaq istəyir. Bununla bağlı olaraq onunla bibisi Gülnisənin arasında dəfələrlə ciddi münaqişələr olmuşdur. Həmçinin 2025-ci ilin aprel ayında Zobucuq-2 qəsəbə sakini Tural “Whatsapp” aniyazışma proqramı vasitəsi ilə bibisi Gülnisəyə yazaraq Füzuil rayonunda ehtiyatlı olmalı olduğumu bildirmişdir. Bundan başqa Tural ona bir neçə təhqiredici ifadələr də yazmışdır. Bunu ona bibisi Gülnisə danışmışdır. Onlar bilirmişlər ki, Tural ona Solmazın tapşırığı ilə yazır. Belə ki, Turalın Solmazla uzun müddətdir ki, sevgi münasibəti vardır. xx.xx.2025-ci il tarixdə bibisi Almazgildə onun qızının ad günü mərasimində iştirak etmişlər. Belə ki, onların evi Füzuli rayonu, Fin qəsəbəsində yerləşir. Həmin gün saat 13 radələrində Solmaz Gülnisəyə zəng edərək Zobucuq-3 qəsəbəsində yerləşən yaşadığı evin qarşısında olduğunu və hazırda evi yandıracağını bildirmişdir. Gülnisə onu da götürərək taksi ilə təxminən 20 dəqiqəyə, saat 14 radələrində yaşadığı evə gəlmişlər. Onlar ora çatdıqda Solmaz evin həyətində olmuşdur. Lakin onlar ora çatana qədər, evin pəncərəsini daşla sındıraraq pəncərədən evə daxil olmuş və mətbəxtdə olan qazı açıq qoymuşdur. Onlar özü qapını açarla açıb evə daxil olmuşlar. Gülnisə yataq otağında olan yatağın döşəyinin altında olan özünə aid pulu götürüb həyətə çıxmışdır. Belə ki, Gülnisə bir neçə gün əvvəl özünə məxsus avtomobili satmışdır. Pul həmin avtomobilin satışından əldə etdiyi pul olmuşdur. Onlar həyətə çıxdıqda Solmaz Gülnisəyə yaxınlaşıb Turala qarşı rayon polis şöbəsinə verdiyi şikayətini geri götürüb-görürməməyini soruşmuşdur. O, şikayəti geri götürməyəciyini demişdir. Həqiqətən də Gülnisə Turalı ona yazmasına görə polis şöbəsinə şikayət etmişdir. Daha sonra Solmaz evdən çıxmalarını, əks halda evi yandıracağını demişdir. Gülnisə ona evdən çıxmayacağını bildirmişdir. Bundan sonra Solmaz çantasından dəstəyi sarı rəngli meyvə bıçağını çıxarmış və köynəyini qaldıraraq qamma sancmışdır. Həmin vaxt saat 14 radələri olmuşdur. Həmin bıçağı yəqin ki, Solmaz onların yaşadıqları evdən götürmüşdür. Çünki onların da ona bənzər həmin evdə çoxlu sayda bıçaqları var. Solmaz bıçağı qarnına sancıb çıxarmamışdır. O, bıçaq qarnında qala-qala polisə zəng etmiş və bibisi Lamiyənin baldızının baldızı olan, eyni zamanda da Gülnisəinin rəfiqəsi olan Gülnarənin onu bıçaqladığını bildirmişdir. Belə ki, Gülnarə Beyləqan rayonu, Daşbumn qəsəbəsində yaşayır. O, oradakı evini təmir etdiyindən və onlarıla münasibəti yaxşı olduğundan arabir yaşadıqları evə gəlir. O daha çox yaşadıqları evə duş qəbul etmək üçün gəlir. Solmaz da bunu bildiyindən qısqanclıq etmişdir. X3 şər atmasının səbəbini soruşduqda o cavabında onu Gülnarənin bıçaqladığını demişdir. Solmaz həmçinin təcili tibbi yardım xidmətinə də zəng eləmişdir. Onlar təcili tibbi yardım və polis əməkdaşlarının gəlməsini gözləmişlər. Çünki düşünmüşlər ki, o, hadisə yerindən uzaqlaşsam hadisə Gülnisənin öhdəsində qalar. Təxminən 15 dəqiqə sonra təcili tibbi yardım və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Həmin vaxta qədər Solmaz Gülnisənin ünvanına söyüşlər söyür, onu təhqir etmişdir. Gülnisə isə demək olar ki, ona cavab verməmişdir. Təcili tibbi yardım xidmətinin əməkdaşları Solmazın qarnındakı bıçağı çıxarmışlar və onu rayon mərkəzi xəstəxanasına aparmışlar. Onlar Solmaza nifrət etdiyindən xəstəxanaya getməmişlər. Orada Solmaz əməliyyat olunmuş və hazırda vəziyyəti yaxşıdır. Solmaz hazırda Bakı şəhərində əri və övladları ilə birlikdə yaşayır. Sonradan o, öyrənmişdir ki, Solmaz rayon polis şöbəsinə verdiyi ərizəsində və izahatında Gülnisəinin onu bıçaqladığını bildirmişdir. Lakin hadisə belə baş verməmişdir. Solmaz gözlərinin qarşısında köynəyini qaldıraraq çantasından çıxardığı bıçağı qarnına sancmışdır. Məhkəmə iclasında iş materialları tədqiq edilmişdir: - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında həmin cinayət işi Təqsirləndirilən şəxs tərəfindən bilə-bilə yalan xəbərçilik edilməsi faktına görə 29 iyul 2025-ci il tarixdə Füzuli rayon prokuroru, baş ədliyyə müşaviri Ramiz Əliyev tərəfindən Azərbaycan Respublikası CM-in 296.1-ci maddəsi ilə başlanmışdır. - Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 25 may 2025-ci il tarixli, 160/24 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ön qarın divarının periton boşluğuna keçərək böyük piyliyin və parietal periotun zədələnməsi ilə müşayiət olunan və hemoperitoneunla (qarın boşluğuna qan yığılması) ağırlaşan bir ədəd kəsilmiş-deşilmiş yara aşkar olunmuşdur. Qeyd olunan xəsarət kəsici-deşici əşyanın (alətin) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə ekspertizaya təqdim edilmiş bıçaqla və ya ona oxşar konstruksiyaya malik digər bıçaqlarla yetirilə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Qeyd olunan xəsarət lokalizasiyasına, morfoloji görünüşünə və əlyetərliyinə görə şəxsin özü tərəfindən, o cümlədən digər şəxs tərəfindən yetirilə bilərdi. -Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli raportlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:14-də DİN-ni 102 zəng xidmətinə zəng edərək Gülnarə adlı şəxs tərəfindən bıçaqlanması barədə məlumat vermişdir. -Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli digər raportlardan görünür ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasından Füzuli rayon Polis şöbəsinə Təqsirləndirilən şəxs deməsinə görə, Təqsirləndirilən şəxs bacısının rəfiqəsi Gülnarə adlı şəxs tərəfindən bıçaqlanması barədə məlumat daxil olmuşdur. -Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Füzuli rayon Polis şöbəsinə verdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Azərbaycan Respublikası CM-in 296-cı maddəsi ilə xəbərdarlıq edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs Füzuli rayon Polis şöbəsinə müraciət edərək Zərərçəkmiş şəxs2 onu bıçaqladığını göstərmişdir. -Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli Füzuli rayon Polis şöbəsinə verdiyi izahatdan görünür ki, Azərbaycan Respublikası CM-in 296-cı maddəsi ilə xəbərdarlıq edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 onu bıçaqladığını göstərmişdir. -Cinayət işinin materiallarına əlavə edilmiş götürmə və baxış aparılması haqqında protokoldan görünür ki, təqdim edilərək götürülmüş bıçaq sarı rəngli, plastik materialdan dəstəyə malikdir, bıçağın dəstəyi və tiyəsi üzərində qırmızı rəngli, qanabənzər ləkələr vardır. -Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 3/373/2-13025/25 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs bıçaq ilə özü-özünə xəsarət yetirmişdir, həmin şəxsin aldığı xəsarətdə digər şəxs və ya şəxslərin rolu və iştirakı olmamışdır. -13 avqust 2025-ci il tarixli qərarımla Zərərçəkmiş şəxs2, 25 avqust 2025-ci il tarixli qərarımla isə Zərərçəkmiş şəxs1 iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. -Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 12 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. -Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 16 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs2 məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. -Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 16 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs1 məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. -21 may 2025-ci il tarixli qərarımla Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsi faktında cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. -02 iyul 2025-ci il tarixli qərarımla Azərbaycan Respublikası CPM-nin 39.1.2-c maddəsinə əsasən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 barələrində Azərbaycan Respublikası CM-nin 126-cı maddəsi ilə cinayət işinn başlanması rədd edilmişdir. - Cinayət işinin materiallarına əlavə edilmiş Füzuli rayon İcra Hakimiyyəti Başçısının Füzuli rayonu Cuvarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. - Füzuli Rayon İcra Hakiyyətinin 3-cü Zobucuq qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 5-43-43/2-220 saylı, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cuvarlı kəndində daimi qeydiyyatda olan Təqsirləndirilən şəxs hazırda qardaşı X2 adına olan Füzuli rayonu, 3-cü Zobucuq qəsəbəsi, ev 182-də müvəqqəti qeydiyyatsız yaşayır. Cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edərək özünü müdafiə üçün hər hansı dəlil gətirməmişdir. Əməlindən səmimi peşman olması, yaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlilərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, yaşını və iş üzrə törətdiyi əməli etiraf edib onlardan səmimi peşman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 296.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının, konkret olaraq 02 (iki) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ittiham elan olunması üçün azadlığı faktiki olaraq 05 sentyabr 2025-ci il saat 13:40-dan məhdudlaşdırılmış, 06 sentyabr 2025-ci il saat 16:37-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq məhdudlaşdırıldığı 05 sentyabr 2025-ci il saat 13:40-dan müvəqqəti saxlama yerindən azad edildiyi 06 sentyabr 2025-ci il saat 16:37-dək olan 2 (iki) gün müddət cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cinayət işi üzrə maddi ziyan və mülki iddia yoxdu, eləcə də əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq məhdudlaşdırıldığı 05 sentyabr 2025-ci il saat 13:40-dan müvəqqəti saxlama yerindən azad edildiyi 06 sentyabr 2025-ci il saat 16:37-dək olan 2 (iki) gün müddət cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı Füzuli rayonu ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi Füzuli Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №1(064)-73/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-73/2025
10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver