Məhkəmə qərarları › İş №1(064)-76/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №1(064)-76/2024

25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-76/2024 25.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X4 və X2 iştirakları ilə, X3 X4 və X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında verdiyi şikayətə Füzuli Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X1 Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında verdiyi şikayətində X4 və X2 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə təqsirli bilinmələrini, barələrində ən ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in: - 49.2-ci maddəsinə əsasən müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir. - 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmamasına baxılır. - 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (... doğulduğu il, ... və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin ... harada, nə vaxt törədilməsi...); 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; - 302.1.3-ci maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. - 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə göstərilən cinayət-prosessual qanunvericilik normalarına əsaslanaraq, eləcə də, Azərbaycan Respublikası CPM-in 49.2-ci maddəsini xüsusi ittiham qaydasında verilmiş hazırki şikayətə qanunun analogiyası qaydasında tətbiq edərək hesab edir ki, X3 X4 və X6 barəsində Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında verdiyi şikayət sonuncular tərəfindən həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərinin birgə törədilməməsinin göstərildiyi halda, onlara qarşı vahid müraciət formasında, nəticədə vahid icraat qaydasında tərtib edildiyinə, şikayətdə X3 adı qarşısında “xüsusi ittiham qaydasında şikayət vermiş şəxs” əvəzinə “iddiaçı”, X4 və X2 adları qarşısında “barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər” əvəzinə, “cavabdeh” göstərildiyinə, X3 doğulduğu il, məşğuliyyət növü və vəzifəsi, X4 və X6 tərəfindən Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin harada və nə vaxt törədilməsi, X6 tərəfindən müvafiq cinayət əməllərinin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edilməsi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilmədiyinə görə şikayətin məhkəmə baxışının keçirilməsindən və icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 293.3, 299.3.3, 300.1.3, 302.1.3, 302.2.3, 384.1.7 və 385.1-ci maddələrini rəhbər tuturaq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası CPM-in 302.1.3 və 302.2.3-cü maddələrinə əsasən X3 X4 və X6 barəsində Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmə baxışının keçirilməsindən və icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar