Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-8/2025 31.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə X5 Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1974-cü il tarixdə ünvan 1 ünvanında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, İİ qrup əlil, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ondan ötrü ki, o, qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs baş nahiyəsində yumruqla, bel nahiyəsindən isə təpiklə vuraraq zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış, eləcə də davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, həmçinin ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq hərəkətləri edərək, 21 may 2024-cü il tarixdə, saat 19 radələrində Füzuli şəhəri ərazisində Şahid5 onun bacısı X11 ilə mübahisə edərək sonuncuya xəsarət yetirməsini bəhanə edərək Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib sonuncunun ünvanına nalayiq söyüşlər söyərək qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilk öncə yumruqla baş nahiyəsindən vuraraq təpə nahiyəsində yumşaq toxumaların şişkinlik halında əzilməsi, daha sonra isə təpiklə vuraraq bel nahiyəsində qançırla nəticələnən sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə Füzuli şəhəri ərazisində küçədə olan şəxslərin narahatçılığına səbəb olan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid5 bibisi oğludur, Əfruz Cəfərova isə bacısıdır. Şahid5 bacısının qızı Könül Quluzadənin həyat yoldaşıdır. 21 may 2024-cü il tarixdə, saat 20 radələrində yaşadığı binanın qarşısında olan zaman səsküy gəldiyi eşitmiş, lakin ilk öncə həmin səs-küyə məhəl qoymamış, daha sonra səs-küyün daha da yüksəldiyini eşitmiş və səs-küyün baş verdiyi yerdən yuxarıya doğru, yəni olduğu bina istiqamətində gələn şəxslərdən baş verən səs-küyün nə olduğunu soruşmuş, tanımadığı həmin şəxslər Şahid5 adlı şəxsin həyat yoldaşı və qayınanası ilə mübahisə etdiyini, əlində olan bıçaqla onun üzərinə hücum çəkdiyi demişlər. Bu vaxt həmin şəxsin qohumu Şahid5 olduğunu zənn etmiş, buna səbəb isə qohumu Şahid5 dəfələrlə belə səsküy saldığını, ictimai qaydanı pozduğunu bildiyi üçün Elməddin adını deyəndə ilk öncə qohumu Şahid5 olmağını düşünmüşdür. Dərhal səs-küyün yarandığı yerə getmiş və ora çatanda artıq polis əməkdaşları orada olmuş və Şahid5 nizam-intizama dəvət edərək sakitləşdirməyə çalışmışlar. Şahid5 anası Zərərçəkmiş şəxs və xalasının onun bacısı Əfruz Cəfərova ilə mübahisə etməsini görmüş və onlara yaxınlaşıb bacısından nə istədiklərini soruşmuş, bacısı müdaxilə etməməyini söyləmiş, bu zaman Şahid5 kənardan onu görüb, yüksək səslə ünvanına nalayiq ifadələr işlədərək üzərinə gəlmiş və bu vaxt polis əməkdaşları ilə ətrafda olan şəxslər Şahid5 qarşısını alıb kənarlaşdırmışlar. Lakin Şahid5 üzərinə hücum çəkən zaman əlində bıçaq olub-olmamasını görməmiş, sonradan ətrafda olan şəxslərin dediklərinə görə Şahid5 əlində bıçaq olmuş, bacısı üzərinə bıçaqla hücum çəkmiş, polis əməkdaşının avtomobilin təkərini əlindəki bıçaqla deşmişdir. Həmin vaxt bacısı vəziyyətinin yaxşı olmadığını görüb qohumuna məxsus 099- ***-**-** nömrəli mobil telefonla təcili tibbi yardımın qaynar xəttinə zəng edərək bacısı Əfruz Cəfərovanın vəziyyətinin yaxşı olmadığını, tibbi yardım göstərilməsini xahiş etmiş, bundan bir müddət sonra təcili tibbi yardım avtomobil oraya gələn zaman artıq bacısı və qızı Füzuli Rayon Polis Şöbəsinə getmək üçün oradan çıxmış və sonradan eşitdiyinə görə polis əməkdaşları Şahid5 rayon polis şöbəsinə aparan zaman Şahid5 anası Zərərçəkmiş şəxs özündən gedərək yerə yıxılmış, bacısı qızı Könül Quluzadə tibbi yardım göstərilməsi üçün çağırdığı tibbi yardım avtomobili Zərərçəkmiş şəxs Füzuli rayon mərkəzi Xəsətəxanasına aparmışdırlar. Həmçinin polis əməkdaşları Şahid5 aparan zaman sonuncu avtomobilin içərisində bacısı və qızına qışqıraraq polis şöbəsində çıxdıqdan sonra onları asacağını söyləmişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs döyməmiş və hər hansı bir xəsarət yetirməmiş, sadəcə olaraq Sürəyya Abbasovam isə bacısı ilə mübahisə etməmək üçün qolundan tutaraq kənara çəkmişdir. Mübahisə zamanı orada çoxlu adam olmuşdur. Təqsirləndirilən şəxs son sözündə bildirdi ki, Zərərçəkmiş şəxs döyməyib, sonuncuya bədən xəsarətləri yetirməyib və bəraətverici əsaslarla cinayət məsuliyyətindən azad olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, işğaldan azad olunmuş Füzuli şəhəri ərazisində oğlu Şahid5 və ailəsi ilə birlikdə yaşayır. Şahid5 həyat yoldaşı Könül Quluzadə onun qardaşı nəvəsidir. Şahid5 və Könül Quluzadə təxminən 9 ildir ki, ailə həyatı qurmuşdurlar və onların həmin nigahdan 3 azyaşlı övladları vardır. Təxminən 7 aydır ki, Füzuli şəhərinə köçüblər və yenə də bir evdə yaşayırlar. Təxminən bir aydır ki, Könül Quluzadə heç bir səbəb olmadan onun evdə yaşamağını istəmir və Şahid5 bu fikirlə razılaşdırmaq istəyir. 21 may 2024-cü il tarixdə təxminən saat 20 radələrində Füzuli şəhəri ərazisində oğlu Şahid5 Bakı şəhərindən Füzuli şəhərində yerləşən yaşadıqları evə gəlmiş, Könül Quluzadə ilə aralarında küsülülük olduğu üçün sonuncu ilə barışmaq istəmiş, lakin Könül Quluzadə barışmaq istəməmişdir. Şahid5 başqa qadınlarla danışdığını, ona xəyanət etdiyini və Bakı şəhərinə də bu məqsədlə getdiyini demiş, həmçinin Şahid5 evdən getmək istədiyini bildirmişdir. Bundan bir müddət sonra günorta saatlarında Könül Quluzadə uşaqları məktəbdən götürməyə getmiş, lakin bir müddət keçsə də o, geri qayıtmamışdır. Könül Quluzadənin nömrəsinə zəng etdikdə zənglərə cavab vermədiyi üçün qonşuluqda yaşayan böyük qızı Aynurənin evinə getdiyini ehtimal edib sonuncuya zəng etmiş, X4rda oldğunu söyləmiş və biraz sonra Şahid5 də çağırdığı üçün Şahid5 onların yaşadığı evə getmişdir. Təxminən bir saat sonra Şahid5 yenidən yaşadıqları evə qayıtmışdır. Elməddin X3 evdə qalmağını istəmədiyini deyib qonşuluqda olan qızı Şövkətin evində qalmağını xahiş etmişdir. X18 şərti olduğunu başa düşmüş və nəvələrinin, övladının xoşbəxtliyi üçün onunla razılaşmış, paltarlarını yığmağa başlamışdır. Şahid5 ona evdən birdəfəlik çıxmadığını və gəlib-gedəcəyini demiş, evdən qovmadığını və istədiyi vaxt evə gələ biləcəyini bildirmişdir. Əşyalarını hazırlayıb 31 -ci binada olan iş yerinə dərziyə getmiş, biraz sonra isə bacısı Sürəyya Abbasovanın yaşadığı evə gedərkən nəvəsi Orucu görmüşdür. Nəvəsi Oruc qudası Əfruz Cəfərovanın Bakı şəhərindən gəldiyini demiş, bu zaman ona evə getməsini deyib bacısı Sürəyya Abbasovanın yanına getmiş və bacısına baş verənləri danışmışdır. Bu vaxt Sürəyya Abbasova pəncərədən çölə baxan zaman Əfruz Cəfərovanın polis əməkdaşları ilə birlikdə yaşadıqları evə tərəf getdiyini, səs-küy olduğunu demişdir. Sürəyya Abbasova ilə birlikdə həmin yerə getdikdə Şahid5 Əfruza X8 və uşaqları hara apardığını demiş və bu zaman onların arasında mübahisə baş vermiş, X16 Quluzadənin üzərinə hücum edərək orada nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları Könül Quluzadəni və uşaqları öz şəxsi avtomobilinə əyləşdirmiş, bu zaman Şahid5 polis əməkdaşından Könül Quluzadənin və uşaqların yerə enməsini tələb etmiş və onun ailəsi olduğunu bildirmişdir. Lakin həmin vaxt Könül Quluzadə və nəvələri avtomobildən düşməmiş, bu vaxt orada yaranmış səsküyə ətraf binalarda yaşayan şəxslər toplaşmağa başlamışdır. Polis əməkdaşına məxsus Niva markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açıb uşaqları yerə endirmək istəmiş, lakin qapı bağlı olduğundan aça bilməmişdir. Avtomobilin ön oturacağında əyləşən Əfruz Cəfərova avtomobildən yerə endikdə ona Şahid5 sakitləşməsi üçün uşaqları yerə endirməsini demiş, bu zaman sonuncu bir əli ilə saçından tutub dartmış, digər əli ilə isə boğazından tutaraq boğmuşdur. Orada olan digər şəxslərin köməkliyi ilə Əfruza Cəfərovanın əlindən çıxmış, bu vaxt Könül Quluzadənin dayısı Təqsirləndirilən şəxs həmin yerə gəlib onun saçından tutub dartmış, bel və sol yan hissəsindən təpik zərbəsi ilə vurmuş, yerə yıxıldıqda isə bacısı Sürəyya Abbasovanın üzərinə hücum edib onu döymüşdür. Həmin vaxt Şahid5 yaxınlıqda olan ağacın dibinə bərkidilmiş armaturu götürərək Əfruz Cəfərovayla və Adil Quluzadə ilə mübahisə etdikləri yerə gələn zaman polis əməkdaşları və ətrafda olan şəxslər armaturu Şahid5 əlindən almışlar. Həmin vaxt Şahid5 qışqıraraq ailə üzvlərinin avtomobildən düşməsini desə də ailə üzvləri avtomobildən düşmədiyi üçün Şahid5 daha da əsəbləşərək yaşadığı evə gedib evdəki mətbəxdən çörək doğramaq üçün istifadə etdikləri bıçağı götürərək yenidən mübahisənin baş verdiyi yerə gəlmiş və polis əməkdaşına məxsus qara rəngli Niva markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq polis əməkdaşlarına və ailə üzvlərinə avtomobilin qapısını açmağı söyləmişdir. Lakin avtomobilin qapısını açmadıqları üçün avtomobilin qapısına təpik zərbəsi vurmuş və daha sonra əlindəki bıçaqla avtomobilin təkərlərini deşmişdir. Həmin vaxt avtomobilə yaxınlaşmış, nəvələrini vermədikləri təqdirdə Şahid5 sakitləşməyəcəyini demiş, bundan sonra gəlini Könül Quluzadə nəvələrini ona vermiş və Şahid5 üzərinə getmişdir ki, onu sakitləşdirsin ki, polis əməkdaşları onu aparsınlar. Şahid5 polis şöbəsinə gedəcəyini bildiyi üçün orada olan polis avtomobilinə tərəf getmişdir ki, polis əməkdaşları ilə birlikdə getsin. Lakin vəziyyəti pisləşdiyi üçün huşunu itirmiş və polis əməkdaşları Şahid5 pisləşdiyini demişlər. Şahid5 yanına gəlmiş və huşunu itirdiyi üçün ondan sonra olanları xatırlamadığını, özünə gələndə isə artıq Füzuli rayon Mərkəzi Xəstəxanasında olmuşdur. Mübahisə zamanı Adil adlı şəxs yumruqla onun baş nahiyəsindən, təpiklə bel və qarın nahiyəsindən vurmuş, sonra isə Əfruz onun saçından yolmuşdur. Onun bədən səthində olan xəsarətləri ona Adil yetirmişdir, çünki Əfruz saçından tutub saçını yolanda orada olan şəxslər imkan verməmiş, ona görə də Əfruz ona xəsarət yetirməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 istintaq zamanı verdiyi 23 may 2024-cü il tarixli ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə X12 ilə ailə həyatı qurmuş, həmin nigahdan 3 övladı dünyaya gəlmiş, son vaxtlar maddi vəziyyətinin yaxşı olmaması səbəbindən ailədaxili münaqişələri yaranmışdır. 21 may 2024-cü il tarixdə, saat 11 radələrində Füzuli şəhəri ərazisində yerləşən yaşadığı evə gəlmiş, həmin vaxt həyat yoldaşı övladları ilə birlikdə onunla qonşuluqda yaşayan bacısı Aynurənin yaşadığı evə getmişdir. Təxminən 1-2 saat yaşadığı evdə istirahət etdikdən sonra bacısının yaşadığı evə gedərək həyat yoldaşı və övladları ilə danışıqlar zamanı azyaşlı övladı nənəsinin, yəni qayınanası Əfruz Cəfərovanın onlara gələcəyini demiş, qayınanasını qarşılamaq üçün saat təxminən 17 radələrində yaşayış binaların qarşısına düşmüşdür. Bir müddət sonra bacısının yaşadığı bina istiqamətindən həyat yoldaşı Könülün və qayınanası Əfruzun onun olduğu yer istiqamətində gəldiyini, arxaları isə övladlarının qaçaraq gəldiyini görmüşdür. Qaynanasına yaxınlaşıb salam verdikdə, qayınanası Əfruz yüksək səslə ondan kənar durmağını demiş, həmin vaxt Xankişi və İlkin adlı ərazinin polis sahə rəisləri oraya yaxınlaşmış və qayınanasından polis əməkdaşlarını oraya kimin çağırdığını soruşmuş, qayınanası özünün və qızının, yəni həyat yoldaşının polisə məlumat verdiyini demişdir. Həmin vaxt oraya binalarda yaşayan sakinlər toplaşmağa başlamış və polis əməkdaşları sakinlərin orada olduğunu, ictimai yer olduğunu deyərək kənara çəkilmələrini, burada səsküy yaranmamasını bildirmişdir. Polis əməkdaşları ilə kənara çəkiləndə həyat yoldaşı və qayınanası aşağı istiqamətdə düşmüşlər və bir neçə dəqiqə sonra qayınanası anası Zərərçəkmiş şəxs və xalası Sürəyya Abbasova ilə münaqişə etdiyi, qayınanası və onun qardaşı Adilin anası və xalasını sillə, yumruq, təpiklə vurduğunu görüb, qaçaraq onların yanına gedib, düzgün etmədiklərini bildirmiş, əsəbləşdiyi üçün yaxınlıqda olan ağacın dibinə bastırılmış almaturu götürərək qayınanası və Adilin üzərinə gedən zaman polis əməkdaşları onu saxlayaraq almaturu onun əlindən almışlar və oradan uzaqlaşaraq öz yaşadığı evə gedib, yaşadığı binanın 2-ci mərtəbəsində eyvandan qışqıraraq orada olan şəxslərə övladlarının harada olduğunu soruşub, övladlarını onun yanına göndərməklərini demiş, həmin vaxt ətrafda olan şəxlərdən kimsə övladlarının Niva markalı avtomobildə olduğunu demiş və nə qədər eyvandan qışqıraraq övladlarını istəsədə qayınanası və həyat yoldaşı övladlarını onun yanına göndərməmişdir. Bundan sonra daha da əsəbləşərək yaşadığı evdə çörək kəsmək üçün istifadə etdikləri, qara əl tutacağı olan, balaca ölçülü bıçağı götürərək aşağı, yəni binanın qarşısına qara rəngli Niva markalı avtomobilin olduğu yerə yaxınlaşmış və qayınanasının Niva markalı avtomobildə ön oturacaqda, həyat yoldaşı və övladlarının isə arxa oturacaqda əyləşdiyini görüb, dəfələrcə onları düşmələrini söyləsədə onlar məhəl qoymamış, həmin vaxt Niva markalı avtomobilin sol, ön qapının şüşəsinə təpiklə vurmuş, daha sonra əlində olan bıçaqla həmin avtomobilin sol arxa və sol ön əkərlərini deşmişdir. Bu vaxt ətrafdakı şəxslər və polis əməkdaşları ona yaxınlaşanda bıçağı əlində tutaraq yaxınlaşmamalarını söyləmiş, daha sonra adını bilmədiyi azyaşlı uşaq ona yaxınlaşıb bıçağı onun əlindən almışdır. Həyat yoldaşı onun bu vəziyyətdə olduğumu görüb övladlarını ona vermişdir. Oradan uzaqlaşan zaman yenidən səs-küy yarandığını anasının yerdə uzanıqlı vəziyyətdə olduğunu görüb qaçaraq onun yanına yaxınlaşanda polis əməkdaşları ona polis avtomobilinə əyləşməsini söylədilər və o, da polis avtomobilinə əyləşmişdir. Təkərlərini deşdiyi avtomobil polis əməkdaşına məxsus olmasını sonradan öyrənmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2018ci ildən Daxili işlər orqanlarında, 2023-cü ildən isə Füzuli rayon X17 təhlükəsizlik bölməsinin polis sahə rəisi vəzifəsində xidmət edir, polis leytenantı xüsusi rütbəsindədir. 21 may 2024-cü il tarixdə saat 20 radələrində sahə rəisi olduğu üçün inzibati ərazisi olan işğaldan azad olunmuş Füzuli şəhəri ərazisində polis sahə rəisi Şahid2la xidmətdə olan zaman tanımadığı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng gəlmiş, zəngə cavab verdikdə telefonda danışan şəxs Füzuli şəhərində yaşayan Şahid5 qayınanası Əfruz Cəfərova olduğunu, kürəkəni Şahid5 onun qızı Könül Quluzadə ilə mübahisə etdiyini və nəvələri ilə birlikdə evdən qovduğunu, hazırda Füzuli şəhəri ərazisində yerləşən binaların qarşısında olduğu bildirərək ona yaxınlaşmalarını istəmiş, bundan qısa müddət ərzində onun olduğu yerə yaxınlaşacağını söyləmişdir. Şahid5 sahə rəisi olduğu inzibati ərazidə ictimai qaydanı pozan şəxs kimi tanıdığı və yenidən həmin yerdə səs-küy salaraq ictimai qaydanı pozmaması üçün dərhal olduqları yerdən polis sahə rəisi, Şahid2la onun idarə etdiyi, qara rəngli, Niva markalı, ** XN *** dövlət nömrə nişanlı avtomobillə Füzuli şəhərində yerləşən binaların qarşısına gedib Əfruz Cəfərova ilə əlaqə saxlayıb onunla görüşmüş, həmin vaxt Şahid5 həyat yoldaşı Könül Quluzadə və azyaşlı övladları orada olmuşdur. Əfruz Cəfərova kürəkəni Şahid5 onun qızının və nəvələrini yaşadıqları evdən qovduğunu, qızı ilə mütəmadi mübahisə etdiyini, hazırda çöldə qaldıqlarını bildirmiş, bu zaman onları inzibati ərazidə olan polis məntəqəsinə dəvət etmişlər. Onlarla birlikdə piyada binaların qarşısı ilə polis məntəqəsi istiqamətində gedən zaman Könül Quluzadənin həyat yoldaşı Şahid5 öz yaşadıqları binanın yan tərəfində qarşılarına çıxmış və həyat yoldaşı Könül Quluzadəyə yaşadıqları evə getməsini demiş, Könül Quluzadə evə getməyəcəyini söyləmiş və bu vaxt Şahid5 polis əməkdaşlarını orada görüb, qaynanası və həyat yoldaşının üzərinə qışqıraraq polisləri kimin çağırdığını soruşmuş, qayınanası Əfruz Cəfərova isə polisləri özünün çağırdığını demiş, Şahid5 yüksək səslə əsəbi vəziyyətdə danışdığından kənarda olan şəxslərin yavaş-yavaş oraya toplaşdığını görüb, Şahid5 yaxınlaşaraq səs-küy salmamağını, kənarda sakinlərin toplaşdığını deyərək kənar şəxslərin olmadığı yerə çəkilərək aralarında mübahisəni həll etmələrini söyləmişdir. Şahid5 cavab olaraq müdaxilə etməməyini, burada qan düşəcəyini deyib, ətrafda olan şəxslərə qışqıraraq nəyə baxdıqlarını, işsiz qaldıqlarını, onlarında özlərinin etiraz etmələrini demiş və bir neçə dəqiqə gözləyib anidən əsassız yerə əsəsbləşib qışqıraraq yaxınlıqdakı ağacların dibinə basdırılmış təxminən 2 metr uzunluqda olan armaturu götürərək qayınanası Əfruz Cəfərovanın üzərinə hücum etmiş, dərhal onların yanına gedərək Şahid5 əlindən armaturu almış, armaturla qayınanasına xəsarət yetirməsinə imkan verməmiş, lakin Şahid5 həmin vaxt Əfruz Cəfərovaya yumruq, təpik zərbələri endirmişdir. Həmin vaxt orada yaranmış səs-küyə yaxınlıqdakı binalarda yaşayan şəxslər toplaşmışdır. Lakin şəhər sakinlərinin bir çoxu Şahid5 problemli şəxs kimi tanıdıqları üçün müdaxilə etməmiş, sadəcə olaraq kənardan izləmişlər. Şahid5 dəfələrcə nizam-intizama dəvət etmiş, səs- küy yaratmamasım, hüquqazidd hərəkətlər etməməsini tələb etsələrdə Şahid5 heç kimə məhəl qoymayıb yüksək səslə polis əməkdaşlarının, qayınanası və həyat yoldaşının ünvanına nalayiq ifadələr işlədib, onları öldürməklə hədələmişdir. Həmin vaxt Şahid5 anası Leyla Quluzadə mübahisənin baş verdiyi yerə gələrək Əfruz Cəfərova ilə mübahisə etmiş, onları sakitləşdirmək üçün yaxınlaşan zaman Şahid5 yaşadıqları bina istiqamətində qaçmışdır. Polis sahə rəisi Şahid2la birlikdə orada baş vermiş mübahisəni yekunlaşdırmaq, Şahid5 qayınanası Əfruz Cəfərovaya və həyat yoldaşı Könül Quluzadəyə xəsarət yetirməməsi və ictimai təhlükəsizliyi təmin etmək üçün Əfruz Cəfərovanı, Könül Quluzadəni və övladlarını Şahid2 məxsus Niva markalı, ** XN *** dövlət nömrə nişanlı avtomobilə əyləşdirib, Şahid5 hara getməsinə, həmin yerdədə ictimai qaydanı pozmaması üçün onun yaşadığı bina istiqamətində getmişdir. Şahid5 binanın digər tərəfindən əlində bıçaqla yüksək səslə nalayiq ifadələr işlədib qayınanasının üzərinə qaçmış, həmin vaxt X23 Qafarova məxsus Niva markalı avtomobildə sağ ön sərnişin oturacağında əyləşmiş, Könül Quluzadə və övladları isə arxa oturacaqda əyləşmişdir. Şahid5 əlində bıçaqla Əfruz Cəfərovaya hücum edib, əlindəki bıçaqla onun sifət nahiyəsinə zərbə endirmiş, X16 Quluzadəni kənara itələyib avtomobilin qapısını bağlamışdır. Həmin vaxt kənarda binanın yanından qaçaraq onları olduğu yerə yaxınlaşmış, ətrafda olan şəxslər isə Şahid5 əlində olan bıçaqdan qorxduqları üçün ona yaxınlaşmamışlar. Şahid5 avtomobilin sol tərəfinə keçib sol qapınını şüşəsinə yumruq təpik zərbələri endirmiş, daha sonra əlindəki bıçaqla avtomobilin sol arxa və ön təkəri bıçaqla zərbə endirib cıraraq məhv etmişdir. Bu vaxt Şahid5 yanına çatmış, Şahid5 əlindəki bıçağı yelləyərək ona yaxınlaşan olsa öldürəcəyini demişdir. Şahid5 nizamintizama dəvət etsələrdə onun hüquqazidd hərəkətlərinin qarşısını almağa çalışmış, Şahid5 polisin qanuni tələbinə tabe olmayaraq yenidən sakinlərin toplaşdığı yerdə yüksək səslə nalayiq ifadələr işlədərək ailə üzvlərinin avtomobildən düşmədiyi təqdirdə onları öldürəcəyini söyləmişdir. Şahid5 əlindəki bıçaqla başqa şəxslərə xəsarət yetirməməyi üçün ona yaxınlaşaraq əlindəki bıçağı almaq istəyən zaman Şahid5 əlindəki bıçaqla üzərinə hücum etmiş, bu vaxt sahə rəisi Şahid2 Şahid5 arxa hissəsindən qucaqlayaraq əlindəki bıçağı almış, həmin vaxt orada olan şəhər sakinlərindəndə bir neçə nəfər Şahid5 əlindəki bıçağın alınmasında köməklik etmişdir. Şahid5 əlindən bıçağı alan zaman sonuncu əli ilə polis köynəyindən tutaraq dartmış və köynəyinin sinə hissəsində düymələri qırılmışdır. Bundan sonra Şahid5 sakitləşdirmək üçün onunla bir müddət profilaktiki söhbətlər etmiş, həmin yerə toplanmış şəxsləri oradan kənarlaşdırmış və saat təxminən 22 radələrində Şahid5 həmin yerə yaxınlaşmış post patrul avtomobilinə əyləşdirərək Füzuli Rayon Polis Şöbəsinə göndərmişdir. Daha sonra baş vermiş hadisə ilə bağlı Füzuli rayon Polis Şöbəsinin rəisinə raportla müraciət edərək məlumat vermiş, Şahid5 hadisə zamanı silah qismində istifadə etdiyi armatur hadisə yerində qalmış, onun avtomobilin təkərlərini cıraraq məhv etdiyi və Əfruz Cəfərovanın sifət nahiyəsinə zərbə endirdiyi bıçağı Füzuli rayon X15 bölməsinə təqdim etmişdir. Adil mübahisənin baş verdiyi yerə mübahisənin sonunda gəlmiş, lakin Adil həmin yerə gəldikdən sonra mübahisə yenidən başlamış və mübahisə zamanı Adil orada əli ilə Leylanın sinəsindən vurmuş və nəticədə Leyla yerə yıxılmış, həmçinin həmin vaxt dava dalaş zamanı Adil uca səslə qışqıraraq nalayiq ifadələr işlətmişdir. Adil oraya gəldikdən sonra mübahisə bir neçə dəqiqə də yəni təxminən 20-25 dəqiqə də davam etmiş, həmçinin Adilin dava-dalaş səsinə oraya əlavə şəxslər də yığışmış, yəni hadisə yerindən uzaqlaşdırdıqları şəxslər yenidən səs- küy olduğunu eşidib həmin yerə yığışmışlar.Bütün bunların səbəbi isə Adilin orada dava dalaş etməsi olmuşdur. X24 ilə əvvəldən mübahisə etməsini görmüş, lakin Əfruzun Leylanı vurmasını görməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid X10 ifadəsində göstərmişdir ki, Şahid5 bacısı oğlu, Təqsirləndirilən şəxs qardaşı oğlu, Əfruz Cəfərova qardaşı qızı, Zərərçəkmiş şəxs isə bacısıdır. Onlarla aralarında əvvəldən hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. 21 may 2024-cü il tarixdə saat 19 radələrində bacısı Zərərçəkmiş şəxs ilə ona məxsus evdə olarkən həmin vaxt pəncərədən çölə baxan zaman Şahid5 arvadı Könül Quluzadə və Əfruz Cəfərova iki nəfər polis geyimində olan şəxslə birlikdə gəlməsini görüb bu barədə Zərərçəkmiş şəxs məlumat vermişdir. Bundan sonra Leyla ilə birgə evdən aşağı düşmüş və həmin vaxt Şahid5 bir neçə nəfər şəxsin sakitləşdirmək istəməsini görmüş, belə ki, Könül Quluzadə və Əfruz Cəfərova polis əməkdaşına məxsus olan qara rəngli Niva markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobildə oturmuş, lakin Şahid5 isə onların avtomobildən düşməsini tələb edərək orada qışqırmış, kənarda olan şəxslər də onu sakitləşdirməyə çalışsalarda Şahid5 sakitləşməmişdir. Bundan sonra Şahid5 həmin vaxt öz yaşadığı evə çıxaraq sonradan geri qayıtmış, həmin vaxt onun nə isə götürmək üçün evə çıxmasını bilməmişdir. Bundan sonra Şahid5 polis əməkdaşının avtomobilinin təkərlərini bıçaqla cırmış, həmin vaxt Şahid5 əlində bıçaq olmasını görmüşdür. Həmin vaxta qədər Şahid5 əlində bıçaq olmasını bilməmişdir. Şahid5 polis əməkdaşının avtomobilinin təkərini bıçaqla cıran zaman orada polis formasında olan Şahid1 Şahid5 avtomobilin təkərlərini cırmasının qarşısını alan zaman Şahid5 həmin polis əməkdaşına bıçaqla hədə-qorxu gəlmiş və bıçağı həmin polis əməkdaşına tərəf atmış, lakin polis əməkdaşı Şahid1 geri çəkildiyi üçün bıçaq ona dəyməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin yerə gəlmiş və əlləri ilə onun baş, boyun və bel nahiyəsindən vuraraq döymüş, itələmiş, yerə yıxılarkən orada olan tanımadığı şəxslər yerə yıxılmağa qoymayaraq saxlamışlar. Bundan sonra isə Əfruz Cəfərova bacısı Zərərçəkmiş şəxsm döymüş, belə ki, X24 Abbasovanın saçın yolmuş, əli ilə üz nahiyəsinə, təpiklə isə qarın nahiyəsinə vuraraq döymüşdür. Bundan sonra orada olan polis əməkdaşları Şahid5 polis avtomobilinə əyləşdirərək oradan aparmışlar. Həmin vaxt bacısı Zərərçəkmiş şəxs ürəyi getmiş və huşunu itirmiş, daha sonra oraya təcili tibbi yardım əməkdaşları gəlmiş və Zərərçəkmiş şəxsm müayinə etmək üçün xəstəxanaya aparmışlar. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid5 onun qardaşıdır, Zərərçəkmiş şəxs onun anasıdır, Adil adlı şəxs dayısı oğlu, Əfruz isə dayısı qızıdır, Könül Quluzadə isə Elməddinin həyat yoldaşıdır. Qeyd olunan şəxslərlə arasında əvvəldən hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Elməddinin ailəsində uzun müddətdir ki, ailədaxili mübahisələr baş vermiş, mübahisələrə səbəb isə hər dəfəsində müxtəlif bəhanələr olmuş, yəni onların xasiyyətləri uyğun olmadığından mütəmadi olaraq mübahisələr baş vermişdir. 21 may 2024-cü il tarixdə saat 22 radələrində yaşadığı Abşeron rayonu Xırdalan qəsəbəsində yerləşən evində olarkən unutduğu qohumlarından bir nəfər ona zəng edərək Füzuli şəhərində Elməddinin dalaşması, həmçinin anası Leylanın Adil və Əfruz tərəfindən döyülməsini, həmçinin anasının xəstəxanada olmasını bildirmişdir. Həmin gecə avtomobillə yola çıxmış və həmin gün səhər saatlarında Füzuli şəhərinə anasının yaşadığı evə getmişdir. Anasının yanına çatdıqda nə baş verməsini soruşmuş, anası həmin vaxt Elməddinin dalaşmasını, həmin dava zamanı Adilin və Əfruzun onu döyməsini bildirmişdir. Bundan sonra anası ilə birlikdə Füzuli rayon Polis şöbəsinə gəlmiş və anasının döyülməsi barədə ərizə ilə müraciət etmişdir. Anasının deməsinə görə Əfuz anasının saçından tutaraq dartmış və əli ilə onu boğmuş, Adil isə həm saçından tutaraq dartmış, həmçinin təpiklə bel və sol yan hissəsinə vuraraq onu döymüşdür. İş materiallarında olan: - məhkəmə-tibbi ekspertizasının 23 may 2024-cü il tarixli 137/24 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs təpə nahiyəsində yumşaq toxumaların şişkinlik halında əzilməsi, bel nahiyəsində isə qançır aşkar olunmuş, həmin xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir (İ cild i.v.116-118); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 may 2024-cü il tarixli protokol və fotocədvəldən görünür ki, Şahid5, eləcə də Təqsirləndirilən şəxs mübahisə edərək dalaşdıqları yer Füzuli şəhərinin mərkəzi küçəsidir (İ cild i.v.50-58); - Zərərçəkmiş şəxs 22 may 2024-cü il tarixdə ərizə ilə müraciət edərək 21 may 2024cü il tarixdə axşam saatlarında yaşadığı Füzuli şəhərində yerləşən evin yaxınlığında Təqsirləndirilən şəxs və Əfruz Cəfərovanın onu döyərək bədən xəsarətləri yetirməsini bildirməklə həmin şəxslərin barəsində tədbir görülməsini xahiş etmişdir (İ cild i.v.46); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, X6 barəsində əməliyyat-sorğu kartotekasında hər hansı məlumat aşkar edilməmişdir (İ cild i.v.156-157); - 01 avqust 2024-cü il tarixli əməliyyat tapşırığının 09 avqust 2024-cü il tarixli, 3-13- 73/2-18351/24 nömrəli cavab raportundan görünür ki, 21 may 2024-cü il tarixdə Füzuli şəhəri ərazisində baş vermiş dava-dalaş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək ona bədən xəsarətləri yetirmiş, həmçinin X7 həmin dava-dalaş zamanı Zərərçəkmiş şəxs döyməsi təsdiqini tapmamışdır (İ cild i.v.181). Beləliklə, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolları, şahid ifadələri, həmçinin istintaq hərəkəti protokolları və həmin protokollara əlavələr, “məhkəmə-tibbi ekspertizasf’nın 23 may 2024cü il tarixli 137/24 nömrəli rəyi və digər sənədlərlə Təqsirləndirilən şəxs xuliqanlıq cinayət əməlini törətməsi istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddələrin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsin hadisələrin təsadüfü axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, müsbət xarakterizə olununmasını, evli və İİ qrup əlil olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Füzuli Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №1(064)-8/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-8/2025
31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver