Məhkəmə qərarları › İş №1(064)-80/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-80/2025

01.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-80/2025 01.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Füzuli rayonu, Əhmədalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatında olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 oktyabr 2024-cü il tarixdə, saat 21 radələrində X4 mülkiyyətində olan və xx.xx.2026-cı il tarixədək qüvvədə olan ƏN-İİ 031070 nömrəli etibarnamə əsasında idarə etdiyi, 2006-cı il buraxılışlı, “Toyota Corolla minik” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu, Horadiz şəhərinin mərkəzindən çıxışı istiqamətində hərəkətdə olarkən hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, buna texniki cəhətdən imkanının olmasına baxmayaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməyərək həmin yolu soldan sağa keçmək istəyən piyada X10 hərəkətdə olduğu zolaqda avtomobilin sol qabaq hissəsi ilə vurmuş, nəticədə o, ehtiyatsızlıqdan piyada İlqar Məmmədovun ənsə sümüyünün kəllə əsası sümüklərinə keçən açıq, xətti, basılmış qəlpəli sınığı, baş beyin toxumasının əzilməsi və ödemi, beyin qişa və mədəciklərinə qansızıma, ənsə nahiyəsinin əzilmiş yarası, bədən səthinin çoxsaylı qançır və sıyrıqları xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik bədən xəsarətləri almasına, eləcə də İlqar Məmmədovun aldığı yuxarıda qeyd edilən xəsarətlərdən baş beyin toxumasının ağır dərəcəli əzilməsi və ödemi xarakterli bədən xəsarətlərindən həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 22:07-də müalicə olunduğu Füzuli Rayon Mərkəzi Xəstəxanasında ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etdiyini qeyd etdi. Onun “B C” kateqoriyalı sürücülük vəsiqəsi vardır, özünə məxsus “Toyota Corolla” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobili baş etibarnamə ilə idarə edir. X10 əvvəldən şəxsən tanımasa da, yəni yaxın münasibəti olmasa da onu Füzuli rayonu, Horadiz şəhər sakini kimi üzdən tanımış, lakin onunla hər hansı münasibəti olmamışdır. İlqar Məmmədovla da əvvəldən hər hansı ədavəti və düşmənçiliyi olmamış, həmçinin qohumluq əlaqəsi də olmamışdır. Həmin avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 20 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində Füzuli rayonu, Horadiz şəhərinin mərkəzində çayxanada oturmuş, bundan sonra maşına yanacaq vurmaq qərarına gələrək həmin vaxt maşını ilə Horadiz şəhəri ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə getmək üçün maşınına əyləşmişdir. Maşına əyləşdikdən sonra maşınla yanacaqdoldurma məntəqəsi istiqamətində hərəkətə başlamışdır. Təxminən 1 kilometr yol getdikdən sonra, avtomobilini 40-50 kilometr surətlə idarə edərkən hərəkətdə olduğu istiqamətdə sol tərəfdən həmin piyadaya çatmağa təxminən 3-4 metr qalmış piyada yəni, İlqar adlı şəxs maşını tərəfə iti yerişlə gəlmiş və maşına tormoz verib maşını sağa çəksə də, hadisənin qarşısını ala bilməmiş və avtomobilinin qarşı sol tərəfi ilə həmin piyadanı vurmuş, zərbənin təsirindən həmin piyadanın baş nahiyəsi maşının qabaq alın şüşəsinin sol küncünə dəymiş və daha sonra piyada yerə yıxılmışdır. Həmin anda elə maşın dayanmış və maşından yerə düşdükdə avtomobillə vurduğu şəxsin İlqar adlı şəxs olmasını görmüşdür. Həmin vaxt dərhal oraya yığışmış şəxslərin köməkliyi ilə İlqar adlı şəxsi xəstəxanaya aparmaq üçün onun maşınına mindirmişlər. Bundan sonra həyəcanlı olduğuna görə İmran adlı tanışı onun maşınını sürmüş, o, da maşında oturmuş və İlqarı Füzuli rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada İlqara tibbi yardım göstərilsə də, təxminən bir saat sonra İlqar xəstəxanada ölmüşdür. Hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmiş, ümumiyyətlə spirtli içki və ya narkotik vasitə qəbul etmir. Yol-nəqliyyat hadisəsi zamanı onun avtomobilində başqa heçkim olmamış, yəni maşında tək olmuşdur. Yol nəqliyyat hadisəsi zamanı özü heç bir bədən xəsarəti almamışdır. Həmin hadisə zamanı avtomobilində hər hansı texniki nasazlıq olmamış, avtomobilinin qarşı işıqları tam işlək vəziyyətdə olmuş, tormoz sistemi də işlək vəziyyətdə olmuşdur. Hava tam qaralmış, yəni qaranlıq olmuş, asfalt quru vəziyyətdə olmuş, yəni yağış yağmamışdır. Avtomobilinin işıqları saz vəziyyətdə olmuş, hadisə zamanı yaxın vuran işıqlardan istifadə etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barış əldə etdiyini və vu Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X13 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək bildirdi ki, mərhum X14 onun atasıdır. Təqsirləndirilən şəxs Füzuli rayonu, Horadiz şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olduğu üçün tanımış, onunla arasında hər hansı ədavət və düşmənçilik olmamış, həmçinin yaxın münasibət, eləcə də qohumluq əlaqəsi olmamışdır. 20 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində Füzuli rayonu, Horadiz şəhəri ərazisində olarkən kimliyini unutduğu şəxs onun istifadəsində olan mobil nömrəyə zəng edərək atası X16 rayonu, Horadiz şəhəri ərazisində avtomobilin vurmasını bildirmişdir. Həmin zəngdən dərhal sonra həmin yerə getmişdir. Yol nəqliyyat hadisəsi yerinə getdikdə atasını xəstəxanaya aparmalarını görmüşdür. Bundan sonra da Füzuli rayon Mərkəzi xəstəxanasına getdikdə atasının vəziyyətinin ağır olmasını görmüşdür. Xəstəxanada təxminən bir saat atası müayinə olduqdan sonra ölmüşdür. Həmçinin Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununa uyğun ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs hadisədən dərhal sonra mərhum X1 göstərmiş xəstəxanaya aparılmasını təmin etmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Füzuli rayonu, Horadiz şəhərinin mərkəzindən çıxışına doğru asfalt yolda yerləşir. Piyadanın vurulma yeri yolun sağ ehtiyyat hissəsindən yolun ortasına doğru 3 metr məsafədə yerləşir. (səh. 4-10). - “Meyitə baxış keçirilməsi haqqında” 20 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, müayinəyə düzgün bədən quruluşlu, kafi qidalı, boyu 160 sm olan, kişi cinsli meyit təqdim olunmuşdur. Meyitin əynində olan paltarları: 1. sarı rəngdə qoluqısa yay köynəyi,2. Ağ rəngdə mayka. 3.Qara rəngdə trusik. Mayka və köynək qana bulaşmış haldadır. Meyit periferik hissələrdə soyumuşdur. Başın tükləri açıq-qara rəngdədir, 0,5-1 sm uzunluqdadır, alın nahiyəsində keçəldir. Meyit kafi qidalıdır, gözləri qapalıdır. Xarici qulaq keçəcəklərində və burun dəliklərində qan axıntısı qeyd olunur, sifəti qanla bulaşmış haldadır, ağzı qapalıdır, dodaqları qurudur. Dişləri tamdır, təbiidir, dili ağız boşluğunda sərbəst yerləşmişdir. Döş qəfəsi silindrik formadadır, simmetrikdir. Ön qarın divarı qabırğa qövsindən aşağı səviyyədədir. Xəsarətləri: İ.Ənsə nahiyəsində və və ortada 8x0,2 sm ölçüdə boylama istiqamətlənmiş yara vardır, yara proyeksiyasında ənsə sümüyünün qəlpələnmiş, basılmış sınığı qeyd olunur.2. Hər iki üst göz qapaqları ödəmli şişkin olmaqla göyümtül rəngdədir(eynək sindromu).3. Sağ dirsək oynağının arxa səthində 2,5x2 sm və 1x1 sm, sağ saidin aşağı 3/1-nin arxa səthində 3,5x3 sm, sağ əlin dördüncü barmağının yan səthində 5x0,5 sm, sağ pəncənin üst səthində 0,7x0,5 sm, sağ sarğının yuxarı bayır kvadratında 2x3 sm, sağ budun orta 3/1-nin arxa səthində 1x0,8sm, sağ baldırın yuxarı 3/1 -nin bayır səthində 1,2x1 sm, sağ bayır topuq nahiyəsində 1x0,6 sm ölçülərdə sıyrıqlar vardır.4. Sağ budun orta 3/1 -nin arxa səthində 8x5 sm ölçüdə göyümtül rəngdə qançır vardır. Meyitə baxış zamanı başqa xəsarət və dəyişiklik aşkar olunmamışdır. (səh. 20-23) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X20 Beyləqan rayon Şöbəsindən verilmiş 20 oktyabr 2024- cü il tarixli, 19/24 nömrəli meyitin ekspertiza rəyindən görünür ki, X2 meyitinin müayinəsi zamanı ənsə sümüyünün kəllə əsası sümüklərinə keçən açıq, xətti, basılmış qəlpəli sınığı, baş beyin toxumasının əzilməsi və ödemi, beyin qişa və mədəciklərinə qansızma, ənsə nahiyəsinin əzilmiş yarası, bədən səthinin çoxsaylı qançır və sıyrıqları xəsarətləri aşkar olunmuşdur. X15 meyitində aşkar olunan xəsarətlər ətraf yumuşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən az əvvəl küt təsir mexanizminə malik əşyanın (əşyaların) təsiri nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni. xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X15 ölümünə səbəb baş beyin toxumasının ağır dərəcədə əzilməsi və ödemi olmuşdur. (səh. 91-95) - Cinayət işi üzrə təyin edilmiş əlavə ümumi sağlamlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 548 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan xəsarətlər-döş qəfəsinin sağ yan səthində, qarının ön divarında xəncərvari çıxıntıdan qasıq nahiyyəsinədək, sağ qaiça nahiyəsində, qarının sağ və sol yan şöbələrində çapıqlar müayinədən 1,5 il və daha çox manipulyasiya nəticəsində əmələ gəlməyə uyğundur. Tibbi manipulyasiya zamanı yetirilən xəsarətlərə ağırlıq dərəcəsi verilmir. (səh. 108-111) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X20dən verilmiş xx.xx.2024-cü il tarixli 3716/K nömrəli kimyəvi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenetiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabionid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. ( səh. 74-77) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yolnəqliyyat hadisələri ekspertizasından verilmiş 28 fevral 2025-ci il tarixli, 8/3113 nömrəli ekspert rəyindən görünür ki, “Toyota Corolla” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (səh. 96-99) - İstintaq zamanı Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 19 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (səh. 85-86) - Füzuli MRX-dan daxil olan 07 noyabr 2024-cü il tarixli 18-1-36/2-1177/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. (səh.72-73) - DİN BDYPİ İmişli RQİTBŞ tərəfindən Təqsirləndirilən şəxs adına xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixə kimi etibarlılıq müddəti olan “B, C” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. (səh. 31). - xx.xx.2024-cü il tarixli BD587168 nömrəli "nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “Toyota Corolla” markalı ** HJ *** qeydiyyat nişanlı avtomobil X5 məxsusdur (səh. 28). - ƏN-İİ 031070 nömrəli baş etibarnəmənin surətindən görünür ki, “Toyota Corolla” markalı ** HJ *** qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək Təqsirləndirilən şəxs etibar edilmişdir. (səh. 30) - Füzuli RPŞ-nin DYPB-dən daxil olan 05 noyabr 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs “Toyota Corolla” markalı ** HJ *** qeydiyyat nişanlı avtomobili idarə etmək üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək qüvvədə olan etibarnaməsi mövcuddur, həmçinin Təqsirləndirilən şəxs AE 812415 nömrəli sürücülük vəsiqəsi vardır və Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. Yolnəqliyyat hadisəsi baş vermiş ərazidə videokamera quraşdırılmamışdır.Hadisə yerində sürət həddi 50 km\saat olmuşdur. (səh. 70) - X2 hüquqi varisi X13 25 oktyabr 2025-ci il tarixdə ərizə ilə Füzuli rayon Polis şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbinin olmamasını bildirmişdir. (səh. 53, 69) - Təqsirləndirilən şəxs barədə verilmiş xaorta təhsillidi, işləmir, ailəlidir, əvvəllər məhkum olunmamışdı, yaşayış yerindən təqdim olunmuş xasiyyətnamə ilə müsbət xarakterizə edilir. (səh. 57-59) - İş materiallarında olan 14319531 nömrəli ambulator kitabçadan görünür ki, Təqsirləndirilən şəxs bağırsaq keçməzliyi xəstəliyi diaqnozu qoyulmuşdur. - İş materiallarında olan 14073044 nömrəli ambulator kitabçadan görünür ki, Təqsirləndirilən şəxs bağırsağın, peritonun və müsariqə limfa düyünlərinin vərəmi xəstəliyi diaqnozu qoyulmuşdur. - İş materiallarında olan 14236508 nömrəli ambulator kitabçadan görünür ki, Təqsirləndirilən şəxs digər və dəqiqləşdirilməmiş bağırsaq keçməzliyi xəstəliyi diaqnozu qoyulmuşdur. - İş materiallarında olan AR ƏƏSMN TSEK tərəfindən verilmiş 003443 nömrəli arayışdan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 3-cü dərəcəli müddətsiz əlilik statusu verilmişdir. - İş materiallarında olan Azərbaycan Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs talassemiya xəstəliyi diaqnozu qoyulmuşdur. - İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü Şəmil Həziyev adlı yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə çıxışı zamanı Təqsirləndirilən şəxs avtomobili idarə edərək ehtiyatsızlıqdan İlqar Məmmədovun ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətdiyinə görə əməlindən peşman olduğunu, vurulmuş zərəri ödədiyini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini bildirdi. Məhkəmədən daha yüngül cəza təyin etməsini xahiş etdi. Məhkəmə çıxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X13 Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 26 sentyabr 2024-cü il tarixli, 8/2587 nömrəli rəyində göstərilmiş qaydada və məhkəmənin müəyyən etdiyi məzmunda pozması, bu halın ehtiyatsızlıqdan X8 ölümü ilə nəticələnməsi onun əməlində Azərbaycan Respublikası CMin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsini, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun göstərilən müddəalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi X13, şahid qismində dindirilmiş Şahid verdiyi ifadələr, cinayət işi materiallarında olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 20 oktyabr 2024-cü il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi, məhkəmə-tibbi ekspertizasının 20 oktyabr 2024- cü il tarixli, 19/24 nömrəli rəyi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 28 fevral 2025-ci il tarixli, 8/3113 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə tanınmış maddi sübutlarla, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərlənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsin yaxın qohumu - oğlu olan hüquqi varisi X13 ilə barışıq əldə etməsini, əvvəllər məhkum olunmamasını, törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi X9 maddi və mənəvi dəstək olmasını, hadisədən dərhal sonra zərər çəkmiş şəxsə köməklik göstərməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, lll qrup əlil olmasını, talassemiya xəstəliyindən əziyyət çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, şəxsiyyətini, əvvəllər məhkum olunmaması, törətdiyi əməldən səmimi peşman olması, zərərçəkmiş şəxsin yaxın qohumu ilə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin hüquqi varisi X9 maddi və mənəvi dəstək olması, hadisədən dərhal sonra zərər çəkmiş şəxsə köməklik göstərməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsin, lll qrup əlil olması, talassemiya xəstəliyindən əziyyət çəkməsi, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasından ibarət cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, himayəsində övladlarının olmasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-in: - 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. - 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən göstərilən cinayət qanunu normalarına, eləcə də Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara nəzərə alındığı yuxarıda göstərilmiş halların, xüsusilə də yüngülləşdirici halların məcmusuna əsasən onun Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə yaxın, yəni 2 (iki) il 6 (altı) ayadək müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür. Buna görə də Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən həmin cəza 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, sınaq müddəti ərzində onun üzərinə həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının isə aşağı həddə yaxın, yəni 1 (bir) il 6 (altı) ay müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona azadlıqdan məhrum etmə və nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzalarının göstərilən həddən artıq müddətə təyin edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası CPM-in 353.4.12-ci maddəsinə əsasən “Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. Maddi sübut qismində tanınmış “Toyota Corolla” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işi üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin pridmeti kimi istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəbdən dövlət nəfinə alına bilmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak tələbi yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüquqlarından məhrumetmə cəzasının əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində onun üzərinə həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs cəmi 85 (səksən beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. Maddi sübut qismində tanınmış “Toyota Corolla” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar