Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-84/2025 10.03.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1999-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Füzuli rayonu, Babı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsində yaşayan, barəsində 15 oktyabr 2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə (təzə redaksiyada) təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, o, qəsdən tamah niyyəti ilə Füzuli rayonu, Babı kəndi ərazisində yerləşən əmisi Zərərçəkmiş şəxs yaşadığı evdən sonuncuya məxsus ümumilikdə 3000 (üç min) manat dəyərində qızıl-zinət əşyalarını qanunsuz və əvəzsiz olaraq gizli talamaqla ələ keçirib oğurlayaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq 30 iyun 2025-ci il tarixdə, saat 13 radələrində qonaq kimi qaldığı Füzuli rayonu, Babı kəndi ərazisində yerləşən əmisi Zərərçəkmiş şəxs yaşadığı evin yataq otağındakı dolabda olan sonuncuya məxsus 650 manat dəyərində 1 cüt qızıl sırğanı, 370 və 230 manat dəyərində 2 ədəd qızıl bilərziyi, 350 və 250 manat dəyərində 2 ədəd qızıl sepi, 900 və 250 manat dəyərində 2 ədəd qızıl üzüyü qəsdən gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə özünü təqsirli bilib, ifadəsində göstərmişdir ki, onun barəsində şikayət etmiş, Zərərçəkmiş şəxs onun əmisidir, onunla heç bir düşmənçilik və ya ədavəti yoxdur. 29 iyun 2025-ci il tarixdə, səhər saatlarında işi ilə əlaqədar olaraq Füzuli rayonuna gəlmiş və həmin gün yaşadığı evə qayıda bilməyəcəyi üçün Füzuli rayonu, Babı kəndinə gələrək həmin kənddə yaşayan əmisi Zərərçəkmiş şəxs yaşadığı evə getmiş, onlarda qalaraq növbəti günü yaşadığı evə getməyə qərar vermişdir. Həmin vaxt əmisinin ailə üzvləri öz valideynlərigilə, yəni Xaçmaz rayonuna getdikləri üçün evdə olmamışlar. O, tez-tez əmisigilə qonaq gələrək onlarda bir-iki gün qalırmış, həmin tarixdə o, əmisinin yaşadığı evin yataq otağında gecələmişdir. O, paltarını yataq otağındakı dolaba qoyan zaman dolabın üst hissəsində qızıl qabını və içərsində qızıl-zinət əşyaları olduğunu görmüş, lakin həmin vaxt oğurluq etmək niyyəti olmadığı üçün əhəmiyyət verməmişdir. Növbəti günü, yəni xx.xx.2025-ci il tarixdə, səhər saatlarında kənd ərazisinə çıxaraq orada spirtli içki qəbul etmiş və saat təxminən 13 radələrində o, sərxoş vəziyyətdə olduğu üçün əmisi Ramizə məxsus evdə olan və dolabda gördüyü qızıl-zinət əşyalarını oğurlayaraq satıb qarşılığında əldə etdiyi pula Bakı şəhərinə gedərək istirahət etmək qərarına gəlmiş, bu məqsədlə əmisinin yaşadığı evə getmiş, həmin vaxt əmisi işdə olmuş, o yataq otağına girərək yataq otağındakı dolabın üst hissəsində olan qızıl qabının içərisindəki qızıl-zinət əşyalarını götürmüşdür. Həmin vaxt o görmüşdür ki, qızıl qabının içərisində 1 cüt qızıl sırğa, 2 ədəd qızıl bilərzik, 2 ədəd qızıl sep və 2 ədəd qızıl üzük var və həmin qızılları cibinə qoyaraq kənd ərazisindən keçən bir avtomobillə Füzuli rayonu, Bala Bəhmənli kəndi “4 yol” adlanan yerə getmişdir. Orada qızıl alqı-satqısı ilə məşğul olan mağazaya girərək tanımadığı satıcıya özünə məxsus qızılları ehtiyacı olduğu üçün satmaq istədiyini demiş, həmin şəxsdə onun şəxsiyyət vəsiqəsini istəmiş və qeydiyyat apararaq 1 ədədi qırıq olmaqla 2 ədəd qızıl üzüyü, 2 ədəd qızıl sepi və 1 ədəd qızıl bilərziyi satacağı qarşılığında ona 950 manat pul verəcəyini demiş və o da həmin şəxslə razılaşaraq həmin qızılları ona sataraq 950 manat pulu almışdır. Lakin bir cüt qızıl sırğanın və 01 ədəd qızıl bilərziyin azyaşlı əmisi qızına məxsus olduğunu bildiyi üçün və onları geri qaytarmağı üçün satmayaraq özündə saxlamışdır. Bundan sonra 4 yol adlanan ərazidə tanımadığı taksi ilə Bakı şəhərinə getmək üçün avtomobilə minmiş, xatırladığı qədəri ilə Sabirabad rayonu ərazisində əmisi tanımadığı həmin taksi sürücüsünün mobil telefon nömrəsini taparaq ona zəng etmiş və telefonla danışdıqdan sonra sürücü telefonu ona vermiş, əmisi Ramiz onunla danışaraq oğurladığı qızılları geri qaytarmağını demiş və o da taksidən düşərək geri qayıtdığını deyərək avtomobildən düşmüş, daha sonra başqa bir tanımadığı taksi ilə Bakı şəhərinə gedərək oğurladığı qızıl-zinət əşyalarını satmağı qarşılığında əldə etdiyi 950 manat pulu öz əyləncəsinə xərcləmişdir. Sərxoş vəziyyətdə olduğu üçün satmadığı bir cüt qızıl sırğanı və 01 ədəd bilərziyi isə nə etdiyini xatırlamır, həmin qızıl-zinət əşyaları hazırda onda deyildir və ola bilsin ki, sərxoş vəziyyətdə olduğu üçün itirmişdir. O, qızıl-zinət əşyalarını oğurladığı ev onun əmisinə məxsusdur, o rayona gələn zaman tez-tez əmisigildə qalır, sonuncu dəfə də qızılları oğurlayan zaman onlarda gecələmiş və əmisi ona həmin otağda qalmağını demişdir, belə ki, o əmisinə məxsus evə istədiyi zaman giribçıxa bilir, əmisi özü ona icəzə vermişdir. Etdiyi əməldən peşimandır, sadəcə olaraq sərxoş vəziyyətdə olduğu üçün əmisinə məxsus evdən oğurluq etmişdir. O, oğurladığı həmin qızılzinət əşyalarının əlamət və xüsusiyyətlərini bilmir, xatırladığı qədəri ilə hamısı sarı rəngdə olmuşdur. Oğurluq edən zaman tək olmuş, onun oğurluq etdiyini heç kim görməyib və o bu barədə heç kimə məlumat verməmişdir.Hazırda zərərçəkmişlə barışmışdır, zərərçəkmişə dəymiş maddi ziyanı ödəmişdir, göstərilənləri nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Füzuli rayonu, Babı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdək olan müddətdə yaşadığı evdən qızıl-zinət əşyaları qardaşı oğlu Təqsirləndirilən şəxs oğurlamışdır. Onunla heç bir düşmənçilik və ya ədavəti olamışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə qardaşı övladı Təqsirləndirilən şəxs onların yaşadığı Füzuli rayon Babı kəndində yerləşən evinə qonaq kimi gəlmiş və onlar da qalmağa başlamışdır. xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində o, kənd sakinlərindən eşitmişdir ki, Sahil onda qızıl-zinət əşyalarının olduğunu tanımadığı şəxsə deyib. Sahildə qızıl-zinət əşyalarının olması onda şübhə doğurmuş və o dərhal yaşadığı evə gedərək yatağ otağındakı paltar dolabının üst gözünə qoyduğu 1 cüt qızıl sırğanın, 2 ədəd qızıl bilərziyin, 2 ədəd sepin və 2 ədəd qızıl üzüyün yerində olubolmadığına baxdıqda ona məxsus qızıl-zinət əşylarının həmin yerdə olmadığını görmüş və ona məlum olmuşdur ki, qardaşı oğlu həmin qızılları onun evindən oğurlayıb. Bundan sonra Sahilə nə qədər zəng etsə də Sahil zənglərə cavab verməmişdir. Daha sonra kənd ərazisinə çıxaraq kənd sakinlərindən Sahili görüb-görmədiklərini soruşmuş, həmin vaxt kənd sakinlərindən kimsə Sahilin taksi ilə Əhmədbəyli kəndi istiqamətində getdiyini gördüklərini demiş, bundan sonra o, həmin tanımadığı taksi sürücüsünün mobil telefon nömrəsini taparaq onunla əlaqə saxlayıb, Sahilin xarici əlamətlərini dedikdə sürücü Bakı şəhərinə getdiyini, həmin şəxsin, yəni Sahilin sərxoş vəziyyətdə yatdığını demiş, o, telefonu Sahilə verməsini xahiş etmiş, sürücü telefonu Sahilə verdikdə o, oğurladığı qızılları qaytarmasını demiş, Sahil də taksidən düşərək Füzuli rayonuna geri qayıdacağını demişdir. O, yenidən taksi sürücüsü ilə əlaqə saxladıqda sürücü həmin şəxsin, yəni Sahilin Sabirabad rayonu ərazisində Füzuli rayonuna geri qayıdacağını söyləyərək avtomobildən düşdüyünü demişdir. Lakin Sahil geri qayıtmamış və mobil telefonda danışan zaman ona məxsus oğurladığı qızıl-zinət əşyalarını Füzuli rayonu, Bala Bəhmənli kəndi, 4 yol adlanan ərazidə yerləşən “Ali” adlı qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan mağazaya satdığını demişdir. O, Sahilin ona məxsus qızıl-zinət əşyalarını oğurlaması ilə bağlı DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, bir neçə gün sonra həmin qızıl mağazasına gedərək orada olan satıcıya məsələni izah etdikdən sonra satıcı həmin şəxsdən 1 ədədi qırıq olmaqla 2 ədəd qızıl üzük, 2 ədəd qızıl sep və 1 ədəd qızıl bilərzik alması qarşılığında ona 950 manat pul verdiyini, həmçinin Sahilin şəxsiyyət vəsiqəsinin surətini götürərək qeydiyyat apardlğını bildirmişdir. Bundan sonra o, həmin satıcıya 950 manat pul verərək Sahilin satmış olduğu ona məxsus qızıl-zinət əşyalarını geri almışdır. Həmçinin, Zərərçəkmiş şəxs ifadəsində onu da göstərmişdir ki, oğurlanmış qızıl-zinət əşyaları ona məxsusdur, oğurluq nəticəsində maddi ziyan birbaşa ona dəymişdir. Belə ki, ona məxsus 650 manat dəyərində 1 cüt qızıl sırğanın, 370 və 230 manat dəyərində 2 ədəd qızıl bilərziyin, 350 və 250 manat dəyərində 2 ədəd qızıl sepin, 900 və 250 manat dəyərində 2 ədəd qızıl üzüyün oğurlanması nəticəsində ona ümumilikdə 3000(üç min) manat maddi ziyan dəymişdir. 1 ədədi qırıq olmaqla 2 ədəd qızıl üzüyü, 2 ədəd qızıl sepi və 1 ədəd qızıl bilərziyi satıcıdan 950 manat pul qarşılığında geri almış, lakin 650 manat dəyərində 1 cüt qızıl sırğa və 230 manat dəyərində 1 ədəd qızıl qolbaq Sahilin özündə qalmışdır. Həmin qızıllar sarı rəngli, Rusiya istehsalı imiş, lakin həmin qızıl-zinət əşyalarının qramını və əyyarını tam bilmir. O, həmin qızıl-zinət əşyalarını təxminən oğurluqdan 10 gün əvvəl qeyd etdiyi yerə qoymuş, Sahil onlarin yaşadığı evə xx.xx.2025ci il tarixdə, səhər saatlarında gəlmiş və xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində getmişdir, oğurluq hadisəsi də həmin müddət ərzində olmuşdur. Sahil onlara gələn vaxtdan yaşadığı evdə ondan başqa heç kim olmamışdır, belə ki oğurluqdan təxminən 1 həftə öncə həyat yoldaşı Xaçmaz rayonuna getmişdir və hadisədən təxminən 1 həftə sonra geri qayıtmışdır. Qardaşı oğlu Sahil Bakı-Füzuli rayonu arasında taksi fəaliyyəti ilə məşğul olan avtobusda işlədiyi üçün tez-tez onlarda qalırmış, ona evin hər hansı otağına girməsini qadağan etməmişdir, belə ki evdə sərbəst şəkildə digər otağlara daxil olmaq ixtiyarı vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tam ödədiyini, sonuncudan heç bir şikayət və tələbinin olmadığını, nəzərə alaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. O, bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Füzuli rayonu, Bala Bəhmənli kəndində qeydiyyatda olmaqla hazırda ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Qohumu Şahid1 məxsus Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində, “4 YOL” adlanan yerdə qızıl alışı və satışı aparılan “Ali” adlı mağaza vardır. 2025-ci il iyun-iyul aylarında Elçinin səhhətində yaranan narahatlıqlarla bağlı Bakı şəhərində müalicə aldığı üçün mağazada boş vaxtlarında o, olurmuş. xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində mağazada olan zaman bir nəfər tanımadığı şəxs mağazaya yaxınlaşaraq özünə məxsus qızıl zinət əşyalarını satmaq istədiyini demiş və bir ədəd 1.3 qram çəkisi olan qırıq vəziyyətdə sepi təqdim etmiş, o da həmin qızılı almaq qarşılığında 105 manat pul verəcəyini demiş, həmin şəxs onunla razılaşmış və bundan sonra biri qırıq olmaqla 2 ədəd qızıl üzük, 01 ədəd qızıl bilərzik və 01 ədəd qızıl sepi təqdim edərək həmin qızılları da satmaq istədiyini demişdir. O, həmin qızılları da çəkdikdə ümumilikdə 11 qram olması məlum olmuş, qızıl üzüyün üzərində olan 0.5 qram qaşa görə çəkidən çıxmış və ümumilikdə 10.5 qram qızılı ondan 845 manata alacağını demiş, həmin şəxs onunla razılaşmış və o, sonradan kimliyi məlum olan Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini alaraq mağazada olan qeydiyyat kitabında qeydiyyatını aparmış, 10.5 və 1.3 çəkidə qızıl-zinət əşyalarını almağı qarşılığında həmin şəxsə ümumilikdə 950 manat pul vermişdir. Həmin şəxs bundan sonra mağazadan çıxaraq uzaqlaşmışdır. Növbəti günü polis əməkdaşları mağzaya yaxınlaşaraq Təqsirləndirilən şəxs ona satmış olduğu qızıl-zinət əşyalarının oğurluq olduğunu, sonuncunun əmisinə məxsus evdən oğurladığını demişdirlər. Daha sonra ona məlum olmuşdur ki, həmin şəxs Zərərçəkmiş şəxsdur və həmin şəxs 950 manat pulu ödəməklə özünə məxsus qızıl-zinət əşyalarını geri almışdır. Təqsirləndirilən şəxs ona satmış olduğu qızıl-zinət əşyalarını cinayət nəticəsində əldə etməsindən məlumatı olmamış, həmin şəxs satacağı qızılların özünə məxsus olduğunu demiş, satmış olduğu qızılları normal bazar qiymətinə uyğun almış, həmçinin həmin vaxt diqqətini çəkən şübhəli məqam olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Füzuli rayonu, Bala Bəhmənli kəndində qeydiyyatda olmaqla hazırda ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Onun Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində “4 YOL” adlanan yerdə qızıl alışı və satışı aparılan “Ali” adlı mağazası vardır. Həmin mağazanın fəaliyyəti ilə bağlı lisenziyası vardır və vergi ödəyicisidir. 2025-ci ilin iyun-iyul aylarında o, səhhətində yaranan narahatlıqlarla bağlı Bakı şəhərində müalicə aldığı üçün mağazada qohumu Eltun olurmuş, iyul ayının əvvəlləri Füzuli rayon Polis Şöbəsininin əməkdaşları ona zəng edərək ona məxsus mağzaya oğurluq qızıl-zinət əşyaları satıldığını demişlər və o da bundan sonra Eltuna zəng edərək hər hansı şəxsdən qızıl-zinət əşyası alıb-almadığını soruşmuş, Eltun da cavab olaraq almış olduğu qızılların qeydiyyatını apardığını, qızılı almış olduğu şəxsin şəxsiyyət vəsiqəsinin surətini götürdüyünü demiş və o həmin polis əməkdaşına zəng edərək mağazada olan qeydiyyat kitabına baxaraq oğurluq qızıl-zinət əşyalarını satan şəxsi müəyyən edə biləcəklərini bildirdmişdir. Daha sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə əmisi Zərərçəkmiş şəxs məxsus oğurladıqları qızılları 950 manat pul qarşılığında ona məxsus mağazaya satmış və satcı lazımı qeydiyyatları apararaq həmin qızıl-zinət əşylarını ondan almışdır. Bundan sonra Füzuli rayon Babı kənd sakini Zərərçəkmiş şəxs mağazaya gələrək 950 manat pulu ödəməklə özünnə məxsus, yəni Təqsirləndirilən şəxs satmış olduğu qızılları geri almışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ifadəsində qeyd edilmişdir ki, o, Füzuli rayonu, Babı kəndində qeydiyyatda olmaqla hazırda ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdək olan müddətdə yaşadığı evdən oğurlanmış qızıl-zinət əşyalarını qayının oğlu Təqsirləndirilən şəxs oğurlamışdır. Onunla heç bir düşmənçilik və ya ədavəti olamışdır. Belə ki, o, 2025-ci ilin iyun ayının ortaları övladları ilə birgə valideyinlərinin evinə, yəni Xaçmaz rayonuna getmişdir. 2025-ci ilin iyul ayının əvvəlləri həyat yoldaşı Zərərçəkmiş şəxsla telefonda danışan zaman Ramiz qardaşı oğlu Sahilin onların evinə qonaq gəldiyini, həmin vaxt evlərində olan qızı-zinət əşyalarını oğurladığını, özünün isə daha sonra Sahilin oğurladığı qızıl-zinət əşyalarını satmış olduğu mağazadan pulunu verərək geri aldığını, lakin bir cüt qızıl sırğanı və 01 ədəd qızıl bilərziyi isə Sahilin özü ilə apardığını bildirmişdir. Bundan sonra o, yaşadığı evə qayıdan zaman 1 ədədi qırıq olmaqla 2 ədəd qızıl üzük, 2 ədəd qızıl sep və 1 ədəd qızıl bilərziyin yaşadıqları evdə olduğunu görmüşdür. 1 cüt qızıl sırğa və 1 ədəd qızıl bilərziyin yerində olmadığını görmüşdür. Həmin qızıllar sarı rəngli, Rusiya istehsalı olmuş, lakin həmin qızıl-zinət əşyalarının, qramını və əyyarını xatırlmır. Həmin qızıl-zinət əşyalarını həyat yoldaşı Ramiz almışdır, qiymətini özü bilir və oğurluq nəticəsində maddi ziyan ona dəymişdir. Belə ki, o, oğurluq baş verən zaman Xaçmaz rayonunda olduğu üçün Təqsirləndirilən şəxs yaşadıqları evdən qızıl-zinət əşyalarını hansı şəraitdə oğurlaması ilə bağlı qeyd etdiklərindən başqa heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs Bakı-Füzuli rayonu arasında taksi fəaliyyəti ilə məşğul olan avtobusda işlədiyi üçün tez-tez onların yaşadığı evdə qalırmış, ona evin hər hansı otağına girməsini qadağan etməmişlər, belə ki, evdə sərbəst şəkildə digər otağlara daxil olmaq ixtiyarı vermişdirlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli cinayət işinin balanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir. -xx.xx.2025-ci il tarixdə tərtib edilmiş “Baxış keçirilməsi və götürmə haqqında” prtokoldan görünür ki, Füzuli rayonu, Bala Bəhmənli kəndi, 4 yol adlanan ərazidə yerləşən “Ali” adlı qızıl alqı və satqısı ilə məşğul olan mağazadakı alınmış qızılların qeydiyyatının aparıldığı 01 ədəd göy rəngli, üzərində şəxsiyyət vəsiqəsi, qeydiyyat, qızıl alışı sözləri yazılmış 100 vərəqli dəftər vardır, həmin dəftərin içərisində “xx.xx.2025-ci il, 1. Lom qızıl aldım 1.5 qram qızıl sep-105 manat, 2. lom qızıl aldım11qram-0.5 qram qaş-10.5 qram(qırıq üzük, üzük-qolbaq-sep) 845 manat” sözləri yazılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarının satışı zamanı təqdim etdiyi xxxxxxx fin nömrəli şəxsiyyətini təsdiq edən sənədin surətinin üzərində ***-***-**-** mobil telefon nömrəsi yazılmışdır. Baxış zamanı qeyd olunanların fotoşəkilləri çəkilərək, bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. -xx.xx.2025-ci il tarixdə tərtib edilmiş “Baxış keçirilməsi haqqında” prtokoldan görünür ki, Zərərçəkmiş şəxs 950 manat pul qarşılığında Təqsirləndirilən şəxs satmış olduğu özünə məxsus qızıl-zinət əşyalarını Füzuli rayonu, Bala Bəhmənli kəndi, 4 yol adlanan ərazidə yerləşən “Ali” adlı qızıl alqı və satqısı ilə məşğul olan mağazadan geri almışdır. Zərərçəkmiş şəxs təqdim etdiyi qızıl zinət əşyaları, yəni 02 ədəd qızıl sep, 01 ədəd qızıl boyunbağı, bir ədədi qırıq olmaqla 02 ədəd qızıl üzük sarı rəngdədir, Rusiya istehsalıdır və ümumilikdə çəkisi 12,7 qramdır. Qızıl üzüyün bir ədədinin üzərində qara rəngli qaş vardır. Baxış zamanı qeyd olunanların fotoşəkilləri çəkilərək, bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. -“Füzuli rayon mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs rayon mərkəzi xəstəxanasının ruhi-əsəb və narkoloji kabinetlərində xəstə kimi qeydiyyatda yoxdur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. -Füzuli rayon İcra Hakimiyyəti Başçısının Arayatılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonu, Babı kəndində qeydiyyatda olmaqla, hazırda Sumqayıt şəhərində yaşayır. -sürücülük vəsiqəsi məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, məhəllə 14, internat 2 ünvanında yaşayır. -Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsində hazırda Təqsirləndirilən şəxsla barışdığını, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödədiyini, sonuncudan heç bir şikayət və tələbinin olmadığını qeyd edərək Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilmiş və Azərbaycan Respublikası CPM-in 289.3.3-cü maddəsinə əsasən özünü müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanı ödəməklə barışıq əldə etməsini CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurduğu maddi ziyanı tam ödəməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və əvvəllər məhkum olunmamasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu və cəzasını ağırlaşdıran halın olmadığını, ona təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, buna görə də barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılmalıdır. İstintaq zamanı Təqsirləndirilən şəxs oğurlamış olduğu qızıl-zinət əşyalarının satışı zamanı təqdim etdiyi xxxxxxx fin nömrəli özünə məxsus şəxsiyyətini təsdiq edən sənədin surəti maddi sübut kimi tanınmış və cinayət işinin materillarına əlavə edilməsi nəzərə alınmışdır. istintaq zamanı Zərərçəkmiş şəxs 950 manat pul qarşılığında Təqsirləndirilən şəxs satmış olduğu və Füzuli rayonu, Bala Bəhmənli kəndi, 4 yol adlanan ərazidə yerləşən “Ali” adlı qızıl alqı və satqısı ilə məşğul olan mağazadan geri aldığı ümumilikdə 12,7 qram çəkidə 02 ədəd qızıl sep, 01 ədəd qızıl boyunbağı, bir ədədi qırıq olmaqla 02 ədəd qızıl üzük maddi sübut kimi tanınmış və xx.xx.2025-ci il tarixli qəbzlə sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmışdır. ibtidai istintaq materiallarından görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ona məxsus 650 manat dəyərində 1 cüt qızıl sırğanın, 370 və 230 manat dəyərində 2 ədəd qızıl bilərziyin, 350 və 250 manat dəyərində 2 ədəd qızıl sepin, 900 və 250 manat dəyərində 2 ədəd qızıl üzüyün oğurlanması nəticəsində ona ümumilikdə 3000 (üç min) manat maddi ziyan dəymişdir. 1 ədədi qırıq olmaqla 2 ədəd qızıl üzüyü, 2 ədəd qızıl sepi və 1 ədəd qızıl bilərziyi satıcıdan 950 manat pul qarşılığında geri almış, lakin 650 manat dəyərində 1 cüt qızıl sırğa və 230 manat dəyərində 1 ədəd qızıl qolbaq Sahilin özündə qalmışdır. Buna görə də Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi məbləğ, yəni 3000 (üç min) manat dəyərində maddi ziyan dəyməsi əsas götürülmüşdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş ümumilikdə 3000(üç min) manat məbləğində maddi ziyanın tam şəkildə ödətdirilməsi kimi qəbul edilmişdir. iş materialları ilə müəyyən edilir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilmiş, lakin Azərbaycan Respublikası CPM-in 289.3.3-cü maddəsinə əsasən özünü müdafiəsi dəlil gətirərək təqsirləndirilən şəxs qismində ifadəsində əmisi Zərərçəkmiş şəxs məxsus 1 ədədi qırıq olmaqla 2 ədəd qızıl üzük, 2 ədəd qızıl sep və 02 ədəd qızıl bilərzik və bir cüt qızıl sırğanı oğurladığını, həmin qızıl-zinət əşyalarından 1 ədədi qırıq olmaqla 2 ədəd qızıl üzük, 2 ədəd qızıl sep və 1 ədəd qızıl bilərziyi Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən mağazaya satmasını etiraf etmiş, lakin yerdə qalan 01 ədəd qızıl bilərziyi, bir cüt qızıl sırğanı sərxoş vəziyyətdə olduğu üçün itirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs göstərdikləri xx.xx.2025-ci il tarixdə istintaq dövründə vəsatət kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs məxsus 1 ədədi 2 ədəd qızıl üzük, 2 ədəd qızıl sep, 02 ədəd qızıl bilərzik və bir cüt qızıl sırğanı oğurlaması Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş və şahid ifadələri, “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol, “Əşyaya baxış keçirilməsi və götürmə” haqqında xx.xx.2025-ci il tarixli protokol, “Əşyaya baxış keçirilməsi” haqqında xx.xx.2025ci il tarixli protokol, həmçinin digər istintaq hərəkəti protokolları və həmin protokollara əlavələr, eləcə də işdə olan digər istintaq materialları tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs vəsatəti əsassız hesab edilərək xx.xx.2025-ci il tarixli qərarla rədd edilmişdir. xx.xx.2025-ci il tarixli ittiham elan edilməli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2025-ci il tarixdə Füzuli rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 18:50 radələrində Sumqayıt şəhəri ərazisində saxlanılaraq xx.xx.2025-ci tarixdə, saat 00:40-da rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmiş və müstəntiqin eyni tarixli qərarı ilə iş üzrə dayandırılmış icraat təzələnərək istintaq davam etdirilmişdir. -xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2025-ci il tarixdə ona həmin ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək həmin tarixdə, saat 14:30-da Füzuli rayon polis X3 Yerindən azad edilmişdir. -xx.xx.2025-ci il tarixli tutulmuş şəxsin müvəqəti saxlama yerindən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqəti saxlama yerindən azad edilmişdir. Cinayət işi üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəbdən dövlət nəfinə alına bilmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak tələbi yoxdur. Zərəçəkmiş şəxs- Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş ümumilikdə 3000(üç min) manat məbləğində maddi ziyan tam şəkildə ödənilmiş, üzrə mülki iddia yoxdur, eləcə də əmlak üzərinə həbs qoyulmamışdır. İş üzrə ekspertiza xərci, mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinda nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 13 oktyabr 2025-ci il, saat 18.50 tarixdən 15 oktyabr 2025-ci il saat 14.30 tarixədək iş üzrə ittiham elan edilməli olan şəxs qismində tutulduğu cəmi 2 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. İstintaq zamanı maddi sübut kimi tanınmış və xx.xx.2025-ci il tarixli qəbzlə sahibi zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilmiş, 950 manat pul qarşılığında Təqsirləndirilən şəxs satmış olduğu və Füzuli rayonu, Bala Bəhmənli kəndi, 4 yol adlanan ərazidə yerləşən “Ali” adlı qızıl alqı və satqısı ilə məşğul olan mağazadan zərərçəkmiş Zərərçəkmiş şəxs geri aldığı ümumilikdə 12,7 qram çəkidə 02 ədəd qızıl sep, 01 ədəd qızıl boyunbağı, bir ədədi qırıq olmaqla 02 ədəd qızıl üzük zərərçəkmişin sahibliyinə qaytarılsın. İstintaq zamanı maddi sübut kimi tanınmış və cinayət işinin materillarına əlavə edilmiş, Təqsirləndirilən şəxs oğurlamış olduğu qızıl-zinət əşyalarının satışı zamanı təqdim etdiyi xxxxxxx fin nömrəli özünə məxsus şəxsiyyətini təsdiq edən sənədin surəti cinayət işinin materillarında saxlansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №1(064)-84/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-84/2025
10.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver