Məhkəmə qərarları › İş №1(064)-88/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №1(064)-88/2025

24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-88/2025 24.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Füzuli rayonunda fərdi fəailyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Füzuli rayonu, Mahmudlu 2 kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsininin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Füzuli rayonu, Mahmudlu 2 kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, Qarabağ kəndində yaşayan, hazırda barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,91 qram, 7, 64 qram və 17,31 qram, təmiz çəkisi xeyli miqdarda 38,86 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən qanunsuz olaraq əldə edib istifadəsində olan “Mercedes Benz” markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq ayaqaltısında saxlamaqla Füzuli rayonu, Fin qəsəbəsi ərazisinə qədər qanunsuz olaraq daşımışdır. Füzuli rayon polis şöbəsinin əməkdaşları tərəfindən 14 avqust 2025-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Füzuli rayonu, Fin qəsəbəsi ərazisində özünü şübhəli aparması səbəbindən Füzuli rayonu, 1 saylı Qayıdış qəsəbəsi saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs avtomobilində baxış keçirilərkən istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda qəsdən şəxsi istifadəsi üçün əldə edərək qanunsuz olaraq “Mercedes Benz” markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq ayaqaltısında saxlayaraq daşıdığı 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,91 qram, 7, 64 qram və 17,31 qram, təmiz çəkisi xeyli miqdarda -38,86 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, o, təxminən 10 il əvvəldən nəşə adı ilə tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. Narkotik vasitəni Bakı şəhərindən tanımadığı şəxslərdən əldə edərək istifadə etmişdir. Xərçəng xəstəsi olduğuna görə narkotik vasitə olan travmadoldan istifadə edir, buna görə Füzuli rayon mərkəzi xəstəxanasında qeydiyyatdadır və travmadolu rəsmi olaraq xəstəxanadan alaraq istifadə edir. Özünə məxsus ***-***-**-** və 050 *** ** ** saylı mobil nömrəsi vardır, həmin mobil nörmə öz adına qeydiyyatdadır. Həmçinin onun özünə məxsus “Mercedes” markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobili vardır, avtomobili idarə etmək üçün etibarnamə vardır. 14 avqust 2025-ci il tarixdə günorta saatlarında yaşadığı Füzuli rayonu, Qarabağ kəndi ərazisindən keçən Zəfər yolunun “Vanna” dərəsi adlanan yerdə olarkən yolun kənarında üç ədəd büküm və bir ədəd list görmüş, həmin bükümləri açıb baxarkən bükümlərin içində nəşə adı ilə tanıdığı narkotik vasitə olmasını görmüş, listdə baxarkən listin üzərində “Metadon” sözləri yazılmasını, listin üzərində dərmanlardan ikisinin olmamasını, digər 8 ədədinin isə yerində olmasını görmüşdür. Həmin vaxt qeyd olunan nəşədən siqaretə doldurub biraz çəkmiş və qalan üç büküm nəşəni isə avtomobilinin qabaq ayaqaltısında ayaqaltı rezinin altına qoymuş, digər listi isə maşının bardoçokuna qoyaraq sonradan istifadə etmək üçün saxlamışdır. Bundan sonra maşını idarə edərək oradan çıxmışdır. Həmin gün saat 19 radələrində maşınla Füzuli rayonu, Fin qəsəbəsi ərazisində hərəkətdə olarkən tanımadığı maşın avtomobilini saxlamağı işarə etmiş və bundan sonra maşını saxlamayaraq avtomobili idarə edərək hərəkətinə davam etmişdir. Bundan sonra həmin şəxslərin polis əməkdaşı olmasını bilib maşını saxlamışdır. Həmin vaxt polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər və özü maşınını idarə etmiş, həmin vaxt yanında polis əməkdaşı əyləşmiş və maşını özü idarə edərək polis şöbəsinə gəlmişdir. Polis şöbəsində maşınının qapısını bağlamış və açarı özü ilə götürmüşdür. Bundan sonra vəkil təyin olunmuş və vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heç nə aşkar olunmamış və maşınına onun öz razılığı ilə baxış keçirilərkən Qarabağ kəndi ərazisindən taparaq maşınına qoyduğu 3 ədəd bükümdə nəşə adı ilə tanıdığım narkotik vasitə və bir ədəd listdə üzərində “Metadon” sözləri yazılmış dərmanlar aşkar olunaraq götürülmüşdür. Bundan sonra protokol tərtib olunmuş və həmin protokolu imzalamışdır. Avtomobilindən aşkar olunan həmin narkotik vasitələri tapdığı üçün şəxsi axtarış zamanı onun olmadığını demiş, lakin sonradan ona həmin narkotik vasitələri tapıb təhvil vermədiyi halda da məsuliyyət daşıması izah olunmuş, ona görə də törətdiyi əməli səmimi olaraq etiraf etmiş, yəni avtomobilindən aşkar olunan narkotik vasitə olan marixuananı özü istifadəsi üçün tapıb avtomobilinə qoymuşdur. Listdəki dərmandan istifadə etmədiyi üçün onu taparkən elə maşına atmışdır. Hər hansı şəxs narkotik vasitə satmamış və pay verməmişdir. Üzərində narkotik vasitə olmasından hər hansı şəxsin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona hər hansı fiziki və ya psixi zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən X4, 2023-cü ilin fevral ayından Füzuli Rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin rəisi vəzifəsində xidmət edir, polis mayoru xüsusi rütbəsindədir. Füzuli rayonu, Qarabağ kəndində yaşayan Təqsirləndirilən şəxs kimi narkotik vasitə istifadəçisi kimi tanımış, onunla əvvəldən arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, həmçinin hər hansı münasibəti də olmamışdır. 14 avqust 2025-ci il tarixdə saat 19 radələrində Füzuli rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkilləri Şahid6, Şahid4 və Şahid5 ilə Füzuli rayonu, Fin qəsəbəsi ərazisində xidmətdə olarkən Təqsirləndirilən şəxs özünə məxsus Mercedes Benz markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobildə olmasını və özünü şübhəli aparmasını görmüşdür. Həmin vaxt onun avtomobilinə yaxınlaşmaq istəyərkən Təqsirləndirilən şəxs avtomobili hərəkətə gətirib idarə etməyə başlamış, Təqsirləndirilən şəxs avtomobili saxlaması üçün işarə etsələr də Təqsirləndirilən şəxs avtomobili saxlamadan təhlükəli manevrlər edərək idarə etməyə davam etmiş, qarşıdan gələn avtomobillərə təhlükə yarada-yarada idarə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilini Füzuli rayonu, 1 saylı Qayıdış qəsəbəsi ərazisində saxlatmış və Ürfətin maşınına əyləşib onu Füzuli rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə çatdıqdan sonra Təqsirləndirilən şəxs avtomobildən düşmüş və avtomobilin qapısını kilidləyərək avtomobilin açarlarını özü ilə götürmüşdür. Şöbəyə daxil olduqdan sonra bu barədə polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmiş və Təqsirləndirilən şəxs təhqiqat bölməsinə təqdim edilmişdir. Təhqiqat bölməsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra polis şöbəsinin inzibati binasında üzərində ona təyin olunmuş vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan olunmuş hər hansı əşya və vasitə aşkar olunmamışdır. Bundan sonra həmin baxışın davamı olaraq Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq sürücü oturacağının ayaqaltısından 3 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş, daha sonra həmin baxış zamanı Təqsirləndirilən şəxs avtomobilinin bardaçokundan bir ədəd listdə, içində 8 (səkkiz) ədəd dərman həbi olan üzərində “methadone 40” yazısı olan dərman həblərinə bənzər həblər aşkar olunmuşdur. Bundan sonra həmin həblər təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və o, da həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs avtomobili saxlamasını işarə etdikdən sonra o avtomobili təhlükəli manevrə hərəkət etdirərkən onun başqa avtomobili vurmasını düşünmüş, lakin Təqsirləndirilən şəxs polis şöbəsinə gətirdikdən sonra raportla müraciət etmiş, sonradan Təqsirləndirilən şəxs hər hansı avtomobilə maddi zərər vurmaması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlayarkən və avtomobili polis şöbəsinə gətirərkən onun avtomobilinə kənar şəxslər yaxınlaşmamış, hətta Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra avtomobilindən düşən kimi avomobilin qapılarını kilidləmiş və avtomobilinin açarını özündə saxlamışdır. Baxış keçirilərkən isə o avtomobilinin qapılarını özü açmış, bundan sonra onun avtomobilinə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid5 işin əsas mahiyyəti üzrə yəni, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, onun ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. -14 avqust 2025-ci il tarixli “Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və idarə etdiyi “Mercedes Benz” markalı, **-LE-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində ağ rəngli qısaqol cibsiz köynək və qara cins şalvar, qara rəngli idman ayaqqabısı olmuş, sonuncu şalvarının sol cibindən 01(bir) ədəd “Samsung” marklı mobil telefon və avtomobil açarı, sağ cibindən pul vəsaitləri: 1 ədəd 1(bir) manat, 1 ədəd 5(beş) manat, 1 ədəd 10(on) manat və 1 ədəd 20(iyirmi) manatlı əskinası çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansısa narkotik və ya psixotrop maddənin olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs səhətində yaranan problemlərlə əlaqədar narkotik vasitə istifadə etdiyini, həmin maddələri müxtəlif vaxtlarda tanımadığı şəxslərdən əldə etdiyini, lakin hazırda üzərində heç bir narkotik və ya psixatrop maddə olmamasını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən hər hansısa narkotik və ya psixatrop maddə aşkar olunmamışdır. Şəxsi axtarış yekunlaşdıqdan dərhal sonra videoçəkilişə fasilə vermədən Füzuli rayon polis şöbəsinin inzibati binasının həyətində olan Təqsirləndirilən şəxs saxlanılarkən idarə etdiyi “Mercedes Benz” markalı, **-LE-*** dövlət nömrə nişanlı avtombilə baxış keçirilməsi üçün avtomobilin yanına gedilmişdir. Təqsirləndirilən şəxs avtomobili təqdim etməsi bildirilmiş və Təqsirləndirilən şəxs avtomobilin yük yerini, salonunu təqdim etmişdir. Baxış zamanı sürücü oturacağının ayaqaltısının alt hissəsindən 3 ədəd içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlələrin olduğu büküm, ön saxlanc yerindən isə “metadone-40” yazılı 1 listdə olan 8 ədəd həb aşkar edilmişdir. Təqsirləndirilən şəxs hər üç kütlənin, habelə 1 listdə olan 8 ədəd həbin ona məxsus olmadığını və kim tərəfindən, necə qoyulduğunu bilmədiyini demişdir. İçərisində yaşıl rəngli kütlə olan 3 ədəd büküm elektron tərəzidə çəkildikdə 1-ci bükümdə olan kütlənin təxminən çəkisi 7.6 qram, 2-ci bükümdə olan kütlənin təxminən çəkisi 25 qram, 3-cü bükümdə olan kütlənin təxminən çəkisi 18 qram olmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs məxsus “Mersedes Bnez” markalı, **-LE-*** dövlət nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş 3 ədəd içərisində yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər kütlələr və metadone-40 yazılı 1 listdə olan 8 ədəd həb təhqiqatçı tərəfindən qablaşdırılaraq Füzuli RPŞ-nin «Zərflər üçün 114» №-li möhürü ilə möhürlənərək götürülmüşdür. Avtomobildə olan digər əşyalar iş üçün maddi sübut əhəmiyyəti kəbs etmədiyindən götürülməmişdir. Şəxsi axtarış və baxışın keçirilməsi gecə saatlarında süni işıqlandırma ilə aparılmış, aşkar edilərək götürülmüş bükümlər və metadone-40 yazılı, içərisində 8 ədəd həb olan 1 listin foto şəkili çəkilərək protokola əlavə olunmuşdur. Şəxsi axtarış keçirilən zaman videokamera ilə qeydə alınmış videogörüntülər bir ədəd diskə köçürülmüş və həmin disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir. -“Məhkəmə-bioloji ekspertizası” ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparılan ekspertizanın 15 avqust 2025-ci il tarixli 18/595 nömrəli rəyində göstərilmişdir ki, 1) Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs məxsus.. avtomobilin içərisindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-13,91qr, 7,64qr, 17,31qr, ümumi çəkisi-38,86 qram olan bitki mənşəli kütlələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 5587 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Rrespublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. -Cinayət işinin materiallarında olan “Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və idarə etdiyi “Mercedes Benz” markalı, **-LE-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsi haqqında” protokolda Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinin 50,6 qram olması göstərilmiş, həmçinin həmin narkotik vasitə elektron tərəzidə çəkilmişdir. Məhkəmə bioloji ekspertizasının 15 avqust 2025-ci il tarixli 18/595 nömrəli rəyində isə Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunaraq götürülmüş narkotik vasitənin çəkisinin 38,86 qram olması müəyyən olunmuşdur. Göstərilənlərə əsasən ekspert rəyi daha dəqiq və düzgün olduğuna görə Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunan narkotik vasitənin çəkisinin ekspert rəyində göstərilən çəkidə olması qəbul edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş 30 sentyabr 2025-ci il tarixli tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 il 09 ay 09 gün müddətinə cəzadan vaxtından əvvəl azad edilmişdir.İş materiallarında olan Füzuli rayon İcra və Probasiya Şöbəsindən daxil olan 07 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Füzuli rayon İcra və Probasiya şöbəsində qeydiyyata götürülmüş, cəzasının sonu ilə əlaqədar xx.xx.2025-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Ona görə də iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməyən şəxsdir. -“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 adlı uşaqları vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda göstərilmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs orqanizmin funksiyalarının pozulması faizi 75 faiz təşkil etməklə, onda ikinci dərəcəli əlillik müəyyən edilir. (Qiymətləndirmə tarixi: xx.xx.2024, Təyinatın tarixi: xx.xx.2024, Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti: xx.xx.2026, Əlillik səbəbi: ümumi xəstəlik, Əmək zəmanəti: Fiziki güc və çox hərəkətlilik tələb olunmayan peşələr üzrə işləyə bilər) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmə iclasında verdiyi ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs əməli səmimi olaraq etiraf etdiyini, əməlindən peşman olduğunu, orqanizmin funksiyalarının pozulmasının faizi 75 faiz təşkil etməsini, himayəsində üç azyaşlı uşaqlarının olmasını nəzərə alaraq “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən barəsində CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi və bu barədə ərizə təqdim etdi. Məhkəmə baxışı iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə baxışı iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq olunaraq onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına (bundan sonra mətndə Qərar) əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri üzrə Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eləcə də Qərarın 1.15-ci bəndində (bu Qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər), 1.16-cı bəndində (öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan şəxslər) bəndində göstərilən şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (Qərarın 5.1-ci bəndi). Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır (Qərarın 24-cü hissəsi). Cinayət-prosessual qanunvericiliyin müddəalarına əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edə bilər (CPM-nin 300.1.7). Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır (CPM-nin 43.3). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əmələni səmini etraf etdiyini, əməlidən peşman olmasını, orqanizmin funksiyalarının pozulmasının faizi 75 faiz təşkil etməsini, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan üç övladının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1, 1.15, 1.16-cı bəndləri tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiqinə 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər müəyyən olunmamışdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilərək o, cinayət məsuliyyətindən azad edildiyindən onun barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 38,56 qram narkotik vasitə qurudulmuş marixuana və iş üzrə 8 ədəd dərman məhv edilməlidir. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəflərinə görə Təqsirləndirilən şəxs “məhkəmə-bioloji ekspertizası” üçün 31,95 (otuz bir manat doxsan beş qəpik) manat, əlavə məhkəmə-kimyəvi ekspertizası üçün isə 81 (səksən bir) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1,1.15, 1.16-cı bəndləri tətbiq edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə və cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 38,56 qram narkotik vasitə qurudulmuş marixuana və iş üzrə 8 ədəd dərman məhv edilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəflərinə görə Təqsirləndirilən şəxs “məhkəmə-bioloji ekspertizası” üçün 31,95 (otuz bir manat doxsan beş qəpik) manat, əlavə məhkəmə-kimyəvi ekspertizası üçün isə 81 (səksən bir) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərarda apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar