Məhkəmə qərarları › İş №1(064)-9/2023

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-9/2023

16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-9/2023 16.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Füzuli rayonu, Babı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Füzuli rayonu, Babı kəndində qeydiyyatda olmaqla tutulanadək orada yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini vəsatış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində qanunsuz olaraq saxlayıb, daşıyarkən 21 avqust 2022-ci il tarixdə, saat 19 radələrində Füzuli rayonu, Babı kəndi ərazisində sərnişin kimi mindiyi cinayətdən xəbərsiz Şahid3 idarə etdiyi “BMW” markalı, ** BF *** dövlət nömrə nişanlı avtomaşında saxlanılaraq ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilib orada müdafiəçisinin iştirakı iləonun üzərində şəxsi axtarışı aparılarkən əynində olan qara rəngli şalvarın sol cibində bir ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 3,69 qram çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, şalvarının sağ cibində bir ədəd gümüşü siqaret bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,368 qram dövriyyəsi Azərbaycan Respublikasıərazisində qadağan olunmuş küstar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Bundan başqa, həmin gün axşam saat 20:58-də onun yaşadığı Füzuli rayonu, Babı kəndində yerləşən evində axtarış aparılarkən satış məqsədilə qanunsuz olaraq əldə edib şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq saxladığı 48 (qırx səkkiz) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,51 qram, 0,57 qram, 0,39 qram, 0,46 qram, 0,48 qram, 0,41 qram, 0,50 qram, 0,62 qram, 0,34 qram, 0,41qram, 0,55 qram, 0,39 qram, 0,40 qram, 0,48 qram, 0,44 qram, 0,39 qram, 0,47 qram, 0,47 qram, 0,46 qram, 0,50 qram, 0,34 qram, 0,42 qram, 0,50 qram, 0,31 qram, 0,38 qram, 0,42 qram, 0,57 qram, 0,64 qram, 0,54 qram, 0,54 qram, 0,42 qram, 0,46 qram, 0,60 qram, 0,41 qram, 0,28 qram, 0,55 qram, 0,48 qram, 0,32 qram, 0,54 qram, 0,46 qram, 0,41 qram, 0,58 qram, 0,41 qram, 0,40 qram, 0,40 qram, 0,42 qram, 0,33 qram və 0,45 qram, ümumi çəkiləri 21,82 qram çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək və Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək bildirdi ki, tutulanadək ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Babı kəndində yaşamışdır. Bədənində olan ağrılarla bağlı təxminən 1 ildir ki, narkotik maddə olan marixuana və kakos adlanan narkotik maddələri Bakı şəhərindən tanımadığı şəxsin ona göndərdiyi plastik kart nömrəsinə pul köçürmüş, həmin şəxs pulu əldə etdikdən sonra ona çatası narkotik maddənin Bakı şəhərində müəyyən etdiyi yerə qoymuş və o, da gedib həmin narkotik vasitəni götürüb istifadə etmişdir. 20 avqust 2022-ci il tarixdə ona narkotik maddə lazım olduğu üçün həmin şəxsin ona verdiyi hesab nömrəsinə pul köçürmüş və həmin şəxs 21 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Masazır qəsəbəsi ərazisində narkotik vasitəni qoyduğu yeri ona demişdir. Həmin gün saat 12 radələrində həmin şəxsin dediyi yerə, yəni Masazır qəsəbəsinə gedib narkotik maddəni götürərək Füzuli rayonu, Mahmudlu-1 kəndi ərazisinə gəlməklə oradan yaşadığı kəndə getmək üçün dostu Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Şahid3 zəng vurub harada olması ilə bağlı maraqlanmış və onu Füzuli rayonu, Babı kəndinə aparmasını xahiş etmişdir. Şahid3 Füzuli rayonu, Əhmədbəyli kəndində olduğunu və bir neçə dəqiqəyə gəlib onu kəndə aparacağını bildirmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra saat 17 radələrində Şahid3 idarə etdiyi “BMW” markalı avtomobillə əvvəllərdən tanıdığı Xəyal adlı şəxslə birlikdə onun dayandığı yerə gəlmişdir. O, avtomobilə əyləşmiş və yaşadığı Babı kəndinə doğru gələrkən asfalt yoldan Babı kəndinə dönən yolda Mahir adlı polis əməkdaşı avtomaşını saxlatmışdır. Şahid3 avtomaşını saxladıqdan sonra Füzuli rayon Polis şöbəsinin digər əməkdaşları onlara yaxınlaşıb Şahid3 idarə etdiyi avtomaşını ilə onları birlikdə polis şöbəsinə gətirmişdir. Polis şöbəsində onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilərkən şalvarının sol cibindən bir ədəd kibrit qutusunda olan qurudulmuş narkotik maddə marixuana, sağ cibindən siqaretin gümüşü kağızına bükülmuş kakos maddəsi aşkar olunaraq götürülmüşdür. O, polislərə üzərindən aşkar olunan qeyd etdiyi narkotik vasitələri tapdığını demişdir. O, etiraf edir ki, üstündən aşkar edilərək götürülmüş narkotik maddələr ona məxsusdur və istifadə etmək üçün üstündə saxlamışdır. Lakin yaşadığı evində aşkar edilmiş narkotik vasitələr ona məxsus deyil və evdə necə aşkar edildiyini bilmir. İstintaq zamanı ona təzyiqlər olduğundan qorxusundan həmin narkotik vasitələrin də ona məxsus olduğunu bildirmişdir. İfadəsi elan edilmiş ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Babı kəndində yaşayır. İşin mahiyyəti üzrə bildirir ki, bədənində olan ağrılarla bağlı təxminən 1 ildir ki, narkotik maddə olan marixuana və kakos adlanan narkotik maddələri Bakı şəhərindən tanımadığı şəxsin ona göndərdiyi plastik kart nömrəsinə pul köçürmüş, həmin şəxs pulu əldə etdikdən sonra ona çatası narkotik maddənin Bakı şəhərində müəyyən etdiyi yerə qoymuş və o da gedib həmin narkotik vasitənə götrüb istifadə etmişdir. 20 avqust 2022-ci il tarixdə ona narkotik maddə lazım olduğu üçün həmin şəxsin ona verdiyi hesab nömrəsinə pul köçürmüş və həmin şəxs 21 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Masazır qəsəbəsi ərazisində narkotik vasitəni qoyduğu yeri ona demişdir. Həmin gün saat 12 radələrində həmin şəxsin dediyi yerə, yəni Masazır qəsəbəsinə gedib narkotik maddəni götürərək Füzuli rayonu, Mahmudlu-1 kəndi ərazisinə gəlməklə oradan yaşadığı kəndə getmək üçün dostu Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Şahid3 zəng vurub harada olması ilə bağlı maraqlanmış və onu Füzuli rayonu, Babı kəndinə aparmasını xahiş etmişdir. Şahid3 Füzuli rayonu, Əhmədbəyli kəndində olduğunu və bir neçə dəqiqəyə gəlib onu kəndə aparacağını bildirmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra saat 17 radələrində Şahid3 idarə etdiyi “BMW” markalı avtomobillə əvvəllərdən tanıdığı Xəyal adlı şəxslə birlikdə onun dayandığı yerə gəlmişdir. O, avtomobilə əyləşmiş və yaşadığı Babı kəndinə doğru gələrkən asfalt yoldan Babı kəndinə dönən yolda Mahir adlı polis əməkdaşı avtomaşını saxlatmışdır. Şahid3 avtomaşını saxladıqdan sonra Füzuli rayon Polis şöbəsinin digər əməkdaşları onlara yaxınlaşıb Şahid3 idarə etdiyi avtomaşını ilə onları birlikdə polis şöbəsinə gətirmişdir. Polis şöbəsində onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilərkən şalvarının sol cibindən bir ədəd kibrit qutusunda olan qurudulmuş narkotik maddə marixuana, sağ cibindən siqaretin gümüşü kağızına bükülmuş kakos maddəsi aşkar olunaraq götürülmüşdür. O, polislərə üzərindən aşkar olunan qeyd etdiyi narkotik vasitələri tapdığını demişdir. Bundan sonra, onun və müdafiəçinin iştirakı ilə yaşadığı Füzuli rayonu, Babı kəndində yerləşən fərdi yaşayış evində axtarış aparılmış, axtarış aparılarkən yaşadığı evin işlənməyən məişət əşyalarının yığıldığı otağın döşəməsinin üzərindən iki ədəd sellofan torbaya bükülmüş 48 (qırx səkkiz) ədəd qurudulmuş narkotik maddə olan marixuana olan kütlə aşkar olunaraq götürülmüşdür. Həmin qurudulmuş narkotik maddə olan marixuananı təxminən 4 ay bundan öncə Zəngilan rayonunda işlədiyi ərazidə tanımadığı yerdə bitib qurumuş halda olan çətənə bitkisinin yarpaq və toxumlarını görüb istifadə etmək üçün yığmış və evinə gətirib qablaşdırmışdır. Üzərindən və yaşadığı evdən aşkar olunmuş qurudulmuş narkotik maddə olan marixuananı özü istifadə etmək üçün saxlamışdır. Onun üzərində və yaşadığı evdə narkotik vasitə olmasından sürücü Şahid3 və Şahid1 xəbəri olmamışdır.O, əvvəllər Şahid3 və Şahid1 hər hansı bir narkotik vasitə satmamış və ya verməmişdir. Bakı şəhərində ona narkotik vasitə satan şəxslə internet vasitəsi ilə tanış olmuş, onu tanımır, həmçinin onun yaşadığı ünvanı bilmir və ona verdiyi kart hesab nömrəsini unutmuşdur. Ona narkotik vasitə almaq üçün “onlayn” şəkildə müxtəlif məbləğlərdə pul ödəmişdir. O, taksi sürücüsü Şahid3 və Şahid1 hər hansı bir narkotik vasitə satmamış və ya pay verməmişdir. Şahid Füzuli RPŞ CAB-ın rəisi X11 bildirdi ki, 21 avqust 2022-ci il tarixdə Füzuli rayon Polis şöbəsinə Füzuli rayonu, Babı kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə edib, üzərində saxladığı narkotik vasitəni qanunsuz olaraq daşıyacağı, həmçinin, Təqsirləndirilən şəxs satış məqsdilə qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni həmin kənddə yerləşən yaşadığı evin yardımçı tikilisində saxlaması barədə etibarlı mənbədən məlumat daxil olmuşdur. Bununla bağlı, 21 avqust 2022-ci il tarixdə onun rəhbərliyi altında yaradılmış əməliyyat qrupunun tərkibində CAB-in əməkdaşları X3, Şahid2, X8, X9 və X5 ilə birlikdə Füzuli rayonu, Babı kəndi ərazisində əməliyyat tədbirini həyata keçirməyə başlamışlar. Həmin tarixdə, saat 18:30-da Şahid3 idarə etdiyi “Mercedes” markalı ** BF *** dövlət nömrə nişanlı avtomobil onların tərəfindən Füzuli rayonu, Babı kəndindin ərazisində saxlanılmışdır. Avtomobildə sərnişin kimi minmiş Təqsirləndirilən şəxs üzərində bir ədəd kibrit qutusunda qablaşdırılmış narkotok vasitə olan qurudulmuş marixuana və bir bükümdə narkotik vasitə olan heroin olduğunu etiraf etmişdir. Buna görə də, həmin avtomobil və sərnişinləri Təqsirləndirilən şəxs və Şahid1 birlikdə Füzuli rayon Polis şöbəsinə gətirilmiş və bu barədə o, şöbə rəisinə müvafiq raportla məruzə etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışı müdafiçəçinin iştirakı ilə aparılmış və onun əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda ümumi çəkisi 0,679 qram narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr və şalvarın sağ yan cibindən 0,7 qram gümüşü rəngli siqaret kağızına bükülü vəziyyətdə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə tərtib edilmiş protokolu digər iştirakçılarla birlikdə o, da imzalamışdır. Həmçinin, əməliyyat aparatına etibarlı mənbədən daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı Füzuli rayonu, Babı kəndində yerləşən evində şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Hikmət Heydərovun iştirakı ilə təhqiqatçı tərəfindən aparılan axtarışda o, da iştirak etmiş və evin girişdən sağda yerləşən işlənməyən əşyaların yığıldığı otağın giriş qapısının arxa hissəsindəki döşəmə üzərində içərisində aşkar şəkildə görünən kağız bükümləri olan sellofan torba aşkar olunmuşdur. Həmin torba açılarkən iki ədəd sellofan bükümdə qablaşdırılmış və içərisində xeyli sayda ayrıca bükümlərdə içərisində yaşıl rəngli spesfik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr olmuşdur. Həmin sellofan bükümünün içərisində 13 ədəd, digərinin isə içərisində 35 ədəd kağız bükümlərində olmaqla cəmi 48 ədəd kağız bükümündə yaşıl rəngli bitki kütlələri aşkar olunaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs etiraf etmişdir ki, aşkar edilmiş narkotik vasitələr ona məxsusdur, lakin satmaq üçün deyil, özünün istifadə etməsi üçün saxlamışdır. Bu barədə müvafiq protokol tərtib edilməklə iştirakçılar tərəfindən imzalanmışdır. Digər şahidlər Füzuli RPŞ CAB-ın əməkdaşları X3, Şahid2 və X5 şahid Adil Səmədovla oxşar məzmunlu ifadə verdilər. Cinayət işinə əlavə edilmiş: xx.xx.2022-ci il tarixli şübhəli şəxs qismində tutmaq haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. Şəxsin üzərində axtarış aparılması haqqında 21 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Füzuli rayon Polis şöbəsinə gətirilib, orada onun üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sol cibində bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,69 qram çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, şalvarının sağ cibində bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,368 qram dövriyyəsi Azərbaycan Respublikası ərazisində qadağan olunmuş küstar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Axtarış və götürmə aparılması haqqında 21 avqust 2022-ci il tarixli protokoldan görünür ki, həmin gün axşam saat 20:58-də Təqsirləndirilən şəxs yaşadığı Füzuli rayonu, Babı kəndində yerləşən yaşadığı evin işləməyən məişət avadanlıqlarının yığıldığı otağın qapısının arxa tərəfindəki döşəmənin üzərindən sellofan torbanın içərisində iki ədəd, digər sellofan torbada qablaşdırılmış-bir torbada 13 ədəd, digər torbada isə 35 ədəd kağız bükümündə olmaqla, cəmi 48 (qırx səkkiz) ədəd kağız bükümündə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Füzuli Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərarından görünür ki, AR CM-in 234.1 və 234.2-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixindən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Məhkəmə X2 Regional bölməsindən verilmiş: xx.xx.2022-ci il tarixli 18/906 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evindən sözləri və imzalar olan kağız paketdə 48 (qırx səkkiz) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0.51 qr, 0.57 qr, 0.39 qr, 0.46 qr, 0.41 qr, 0.50 qr, 0.62 qr , 0.34 qr, 0.41 qr, 0.55 qr, 0.39 qr, 0.40 qr, 0.48 qr, 0.44 qr, 0.39 qr, 0.47 qr, 0.47 qr, 0.46 qr, 0.50 qr, 0.34 qr, 0.42 qr, 0.50 qr, 0.31 qr, 0.38 qr, 0.42 qr, 0.57 qr, 0.64 qr, 0.54 qr, 0.54 qr, 0.42 qr , 0.46 qr, 0.60 qr, 0.41 qr, 0.28 qr, 0.55 qr, 0.48 qr, 0.32 qr, 0.54 qr, 0.46 qr, 0.41 qr, 0.58 qr, 0.41 qr, 040 qr, 0.40 qr, 0.42 qr, 0.33 qr, 0.45 qr, ümumi çəkisi-21,82 qram olan kütlələr, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuanadan 0,96 qram ekspert tədqiqatı zamanı sərf olnmuş və 20,86 qram qalıq qalmışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31,95 manat təşkil edir. xx.xx.2022-ci il tarixli 18/907-908 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi-3,69 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 ədəd bükümdə təmiz çəkisi 0,369 qram olan qəhvəyimtil rəngli maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir.Həmin rəydə qeyd edilmişdir ki, qurudulmuş marixuanadan 0,02 qram ekspert tədqiqatı zamanı sərf olnmuş və 3,67 qram qalıq qalmış, eləcədə heroinin 0,05 qramı ekspert tədqiqatı zamanı sərf olnmuş və 0,318 qramı qalıq qalmışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 63,90 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 12 oktyabr 2022-ci il tarixli, 6022 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. AZ-İV № 247067 və AZ-İV № 247068 doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var: xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci və 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, CM-in 234.1-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək bildirmişdir ki, yaşadığı evində aşkar edilmiş narkotik vasitələr ona məxsus deyil və evdə necə aşkar edildiyini bilmir. İstintaq zamanı ona təzyiqlər olduğundan qorxusundan həmin narkotik vasitələrin də ona məxsus olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs S.Qurbanovun məhkəmə iclasında verdiyi qeyri-səmimi ifadə özünümüdafiə xarakterli olmaqla daha ağır cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirkar şəxs Təqsirləndirilən şəxs evində aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanannı çəkilib xırda bağlamalara bükülməsi onun narkotik vasitələri satmaq niyyətində olmasına dəlalət edir. Azərbaycan Respublikası CPM-in 25.3-cü maddəsində qeyd olunur ki, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham irəli sürülmüş AR CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində də cəzalandırılmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının: 8-ci bəndində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qəraın 9-cu bəndinə əsasən isə, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 25-ci bəndində qeyd etmişdir ki, «Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir». Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in: 66.2-ci maddəsinə görə, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 234.1-ci maddəsində deyilir ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.2.-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə, ….belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, ədalətli cəza təyin edilməsi üçün zəruri və həm də mühüm amillərdən biri təqsirkarın şəxsiyyətinin hərtərəfli təhqiq olunmasıdır. Məhz bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarındakı mövqeyinə isnad etməyi məqsədəmüvafiq hesab edir - cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən, eyni zamanda təqsirkarın həyat yolu, ailədə və məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2019-cu il tarixli Qərarında göstərmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə təqsirkar şəxs Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci və 234.2-ci maddələri ilə cəza təyin edərkən onun şəxsiyyətini, davranışını və törətdiyi cinayət əməllərinin sayını nəzərə almaqla ona hər iki maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını ədalətli sayır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs eyni anda iki cinayət əməlini törətməsi onda cinayət törədilməsinin vərdişə çevrilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da onun törətdiyi əməllərin ictimai təhlükəliliyinə və şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını da unutmayaraq ona ağır cəza növünün aşağı həddə təyin olunmasını əsaslı hesab edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv edilmədən) saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 95,85 manat pul Təqsirləndirilən şəxs tutularaq MEM-in hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin olunmalı və o, ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan şəxsin üzərində və evində axtarış aparılmasını özündə əks etdirən iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Füzuli rayon Polis Şöbəsində saxlanılan 24,53 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,318 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 95,85 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE********************) hesabına keçirilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan şəxsin üzərində və evində axtarış aparılmasını özündə əks etdirən iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Füzuli rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut 24,53 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,318 qram heroin məhv edilsin. Hökmdən elan olunduğu (surəti məhkuma verildiyi) andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar