Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-9/2024 22.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1999-cu il tarixdə Füzuli rayonu, Kürdmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs narkotik vasitələrə olan asılılığını təmin etmək məqsədi ilə tanışı X4 ilə əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan satış məqsədi olmadan qanunsuz olaraq özünün şəxsi istehlakı üçün narkotik vasitə olan qurudulmuş marixuana almaqdan ötrü 14 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən kənd icra nümayəndəliyinin inzibati binasının yaxınlığında Ümid Musayevlə görüşmüş, həmin vaxtda qeyd edilən yerdə Ümid Musayevdən satış məqsədi olmadan qanunsuz olaraq 4 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkisi 2,80 qram, 1,61 qram, 1,17 qram və 0,71 qram olmaqla, ümumi təmiz çəkisi 6,29 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda 40 manat pula almaqla qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, o, 14 sentyabr 2023-cü il tarixdə, saat 18 radələrində Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində xidmətdə olan Füzuli rayon Polis şöbəsinin əməkdaşlarını görüb qaçmaq istəyərkən polis əməkdaşları onu və Ümid Musayevi narkotik vasitələrin aludəçisi kimi tanıdıqlarından və onların üzərlərində narkotik vasitə olması şübhəsi olduğundan kənd icra nümayəndəliyinin inzibati binasının yaxınlığında saxlayıb hər ikisini Füzuli rayon X7 rayonu, Horadiz şəhəri, M.Ə.Rəsulzadə küçəsi 114 ünvanında yerləşən binasına gətirmiş, onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan Ümid Musayevdən 40 manat pula qanunsuz olaraq alıb əldə etməklə üzərində saxladığı 4 ədəd kağız bükümdə ayrı-ayrılıqda hər birinin təmiz çəkisi 2,80 qram, 1,61 qram, 1,17 qram və 0,71 qram olan, ümumilikdə isə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 6,29 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan ediliş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirdi ki, təxminən 6-7 aydır ki, narkotik vasitələrdən istifadə edir. 4 sentyabr 2023-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Ümid adlı şəxslə tanış olmuş, həmin şəxslə danışıqlar zamanı onların narkotik vasitə qəbul etmələri bir-birilərinə məlum olmuşdur. Ümid mobil telefon nömrəsini ona söyləyərək, narkotik vasitə lazım olduqda ona xəbər etməsini bildirmiş, o, da öz növbəsində onun mobil telefon nömrəsini götürmüşdür. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Kürdmahmudlu kəndi ərazisində olarkən narkotik vasitə olan marixuana qəbul etmək istəmiş və bu məqsədlə istifadəsində olan mobil telefonla Ümidin mobil nömrəsinə zəng edərək narkotik vasitə olan marixuana olub-olmadığını soruşmuşdur. Ümid hazırda üzərində narkotik vasitə olan marixuana olduğunu, almaq istəyirsə Böyük Bəhmənli kəndinə gəlməyini bildirmişdir. Bundan sonra, o, Kürmahmudlu kəndi ərazisindən tanımadığı yol avtomobili ilə Böyük Bəhmənli kəndinin yaxınlığına gedib həmin kəndin girişində düşmüşdür. Sonra başqa avtomobillə Böyük Bəhmənli kəndi ərazisində yerləşən “Böyük” marketin yaxınlığına gedərək Ümidlə görüşmüşdür. Ümidlə danışıqlar zamanı ona bir büküm marixuana lazım olduğunu söyləmiş, Ümid də ona cavab olaraq üzərində dörd büküm narkotik vasitə olduğunu, bir bükümünü 10 manata satdığını demişdir. Bundan sonra o, Ümid Musayevlə razılaşaraq ona verdiyi içərisində narkotik vasitə hesab edilən marixuana olan 4 bükümün qarşılığında Ümid Musayevə 40 manat pul vermişdir. Bu zaman anidən Ümid polislərin gəldiyini, tez qaçmalarını söyləmiş və onlar birlikdə oradan qaçmaq istəyən zaman tanımadığı polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları onları Füzuli rayon Polis Şöbəsinə aparmışlar. O, həmin vaxt polis əməkdaşlarına üzərində narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni Ümiddən aldığını bildirmiş, bundan sonra polis əməkdaşları onları rayon polis şöbəsinə gətirmişlər. Füzuli rayon Polis Şöbəsinin inzibati binasında videoçəkilişlə üzərində şəxsi axtarış aparılan zaman o, şalvarının sağ yan cibindəki içərisində narkotik vasitə hesab edilən marixuana olan 4 ədəd bükümü çıxararaq təqdim etmişdir. Onun üzərindən 4 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunsa da çəkisi 6,29 qramdan artıq olmamışdır. Lakin həmin narkotik vasitəni Ümiddən pul verib aldığını bir daha təsdiqləyir. İş üzrə ibtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə еlan edilmiş ittihamda özünü təqsirli bilərək hazırda məhkəmə iclasında verdiyi ifadəyə uyğun ifadə vermiş, həmçinin, məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq, üzərindən aşkar olunmuş 4 ədəd bükümdə narkotik vasitə olan 6,29 qram qurudulmuş marixuananın çəkisini mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş 4 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinin 6,29 qramdan az olması barədə bildirsə də, bu hal şahid qismində dindirilmiş şahidlər Füzuli RPŞ-nin əməkdaşlarının verdikləri ifadələri və məhkəmə-bioloji ekspertizasının rəyi ilə inkar olunur. Belə ki, məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ayrı-ayrılıqda hər birinin təmiz çəkisi 2,80 qram, 1,61 qram, 1,17 qram və 0,71 qram olan, ümumilikdə isə təmiz çəkisi 6,29 qram olan narkotik vasitə qurudulmuş marixuanadır. Cəmi tədqiqata sərf edildi - 0,08 qram, qalıq - 6,21 qramdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında səsləndirdiyi bu fikirlərini inandırıcı hesab etməyərək özünü müdafiə xarakteri kimi qiymətləndirir. Şahid (digər cinayət işi üzrə təqsirləndirilən şəxs) X4 bildirdi ki, 4 sentyabr 2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırıldıqdan sonra Xocavənd rayonu ərazisində təlimlərdə olan zaman Füzuli rayonu, Kürdmahmudlu kənd sakini İlkin adlı şəxslə tanış olmuş, həmin şəxslə Xocavənd rayonu ərazisində keçirilən təlimlərlə əlaqədar qaldıqları 5-6 gün müddətində münasibətləri yaranmış və İlkinlə danışıqlar zamanı narkotik vasitə istifadəçisi olmaları bir-birilərinə məlum olmuşdur. Onlar münasibətləri yarandığı üçün bir-birilərinin mobil telefon nömrələrini telefonlarında qeyd etmişlər ki, Füzuli rayonuna qayıdan zaman görüşsünlər. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə onun istifadəsində olan mobil nömrəsinə zəng edərək, haləhval tutduqdan sonra narkotik vasitə olan marixuana olub-olmadığını soruşmuşdur. O, da 4 büküm narkotik vasitə olan marixuana olduğunu demiş, bu zaman Təqsirləndirilən şəxs onunla görüşmək istədiyi üçün Füzuli rayonu, Böyük Bəhmənli kəndinə gələcəyini demişdir. Təxminən 1 saat sonra İlkin ona zəng edərək, Füzuli rayon, Böyük Bəhmənli kənd icra nümayəndəliyinin inzibati binasının yaxınlığında olduğunu demiş, o, da İlkinin ona tərif etdiyi yerə gedərək, İlkinlə görüşmüşdür. Bu zaman İlkin onda olan 4 büküm narkotik vasitəyə baxmaq istəmiş və o, cibində olan 4 ədəd kağız bükümdə narkotik vasitə olan marixuananı İlkinə göstərmişdir. Bundan sonra, İlkin ona polis əməkdaşlarının onlara yaxınlaşdığını dediyi üçün onlar birlikdə polis əməkdaşlarından uzaqlaşmaq üçün qaçan zaman polis əməkdaşları onları saxlayıb Füzuli rayon Polis Şöbəsinə gətirmişlər. O, İlkinə 2 büküm vermiş və İlkindən buna görə pul almamışdır. Lakin ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş X4 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə еlan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşayır. O, təxminən 8 ay bundan əvvəl narkotik vasitə olan qurudulmuş marixuana istifadə etməyə başlamışdır. 04 sentyabr 2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırıldıqdan sonra Xocavənd rayonu ərazisində təlimlərdə olan zaman Füzuli rayonu, Kürdmahmudlu kənd sakini İlkin adlı şəxslə tanış olmuş, həmin şəxslə Xocavənd rayonu ərazisində keçirilən təlimlərlə əlaqədar qaldıqları 5-6 gün müddətində münasibətləri yaranmış və İlkinlə danışıqlar zamanı narkotik vasitə istifadəçisi olmaları bir-birilərinə məlum olmuşdur. Onlar münasibətləri yarandığı üçün bir-birilərinin mobil telefon nömrələrini telefonlarında qeyd etmişlər və planlaşdırmışlar ki, Füzuli rayonuna qayıdan zaman görüşsünlər. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək, hal-əhval tutduqdan sonra narkotik vasitə olan marixuana olub-olmadığını soruşmuş, o, da cavab olaraq, 4 büküm narkotik vasitə olan marixuana olduğunu demiş, bu zaman Təqsirləndirilən şəxs onunla görüşmək istədiyi üçün Füzuli rayonu, Böyük Bəhmənli kəndinə gələcəyini demişdir. Təxminən 1 saat sonra İlkin ona zəng edərək, Füzuli rayon, Böyük Bəhmənli kənd icra nümayəndəliyinin inzibati binasının yaxınlığında olduğunu demiş, o, da İlkinin ona tərif etdiyi yerə gedərək, İlkinlə görüşmüşdür. Bu zaman İlkin onda olan 4 büküm narkotik vasitəyə baxmaq istəmiş və o, cibində olan 4 ədəd kağız bükümdə narkotik vasitə olan marixuananı İlkinə göstərmişdir. İlkin bükümləri açaraq içərisindəki narkotik vasitəyə baxdıqda bükümlərin balaca olduğunu demiş, o, İlkinə 2 bükümü bir dəfəyə istifadə etməyi təklif etmişdir. İlkin isə onunla birlikdə narkotik istifadə etməyə razılaşmamış, 4 bükümün qarşılığında 2 ədəd 20 manatlıq pul əskinasını ona vermiş, o, da həmin pulu cibinə qoymuşdur. Bundan sonra İlkin ona polis əməkdaşlarının onlara yaxınlaşdığını dediyi üçün onlar birlikdə polis əməkdaşlarından uzaqlaşmaq üçün qaçan zaman polis əməkdaşları onları saxlayıb Füzuli rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsinin inzibati binasında öz razılığı əsasında videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, həmin vaxt üzərindən narkotik vasitə aşkar edilməmişdir. O, həqiqətən də Təqsirləndirilən şəxs Füzuli rayonu, Böyük Bəhmənli kəndinə 40 manat pul qarşılığında 4 büküm narkotik vasitə olan marixuana satmış və Füzuli rayon Polis Şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar olunmuş 2 ədəd 20 manatlıq pul əskinasını Təqsirləndirilən şəxs aldığı narkotik vasitəninin qarşılığında ona vermişdir. O, həmin narkotik vasitəni Yevlax rayon sakini, özünü ona Fərid adlı ilə tanıdığı şəxsdən pulsuz olaraq almışdır. İfadə verməmişdən əvvəl və ifadə verərkən ona heç bir fiziki və ya psixoloji zor tətbiq olunmamışdır. Məhkəmə hesab edir ki, X2 işin halları ilə əlaqədar ibtidai istintaqda verdiyi yuxarıdakı ifadəsi daha inandırıcı olmaqla, işin halalrı ilə uyğun gəlir, odur ki, həmin ifadə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş hazırki ittiham üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Habelə, iş materialları ilə müəyyən edilir ki, X2 Təqsirləndirilən şəxs narkotik vasitə satması və Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunması faktına görə X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi hazırda Füzuli Rayon Məhkəməsinin icraatındadır. Şahid Füzuli RPŞ NMQ-nin əməliyyat müvəkkili Şahid2 bildirdi ki, 14 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Füzuli RPŞ CAB-ın əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid4 Rafayıl oğlu, Füzuli RPŞ NMQ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ilə birlikdə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində xidmətdə olan zaman həmin kəndin icra nümayəndəliyinin inzibati binasının yaxınlığında narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanıdıqları Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini X4 ilə narkotik vasitə aludəçisi kimi tanıdıqları Füzuli rayonu, Kürdmahmudlu kənd sakini Təqsirləndirilən şəxs bir yerdə söhbət etdiklərini görmüşlər. Həmin şəxslərin davranışlarından şübhələndikləri üçün onlara yaxınlaşmışlar. Bu zaman həmin şəxslərdən biri “polis” ifadəsini işlədib birlikdə qaçmaq istəyərkən onları tutub saxlamışlar. Həmin şəxsləri saxladıqdan sonra qaçmalarının səbəbini soruşduqda, həmin şəxslər bir-birilərinə zidd fikirlər söyləmişlər. Onların etdikləri bu şübhəli danışıqlara və hərəkətlərə görə onları Füzuli rayon Polis Şöbəsinə gətirərkən Təqsirləndirilən şəxs onu rayon Polis Şöbəsinə aparmamalarını, üzərində narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitə olan marixuananı yanında olan Ümid Musayevdən 40 manata aldığını bildirmişdir. Bundan sonra, Ümid Musayevi və Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirmişlər. Füzuli rayon Polis Şöbəsinin inzibati binasında Təhqiqat Bölməsinin təhqiqatçısı Əvəz Həsənli tərəfindən onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən digər əşyalarla birgə şalvarının sağ yan cibindən kağıza bükülü vəziyyətdə içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə olan 4 ədəd bükümü çıxardıb təqdim etdiyini görmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu, narkotik vasitəni Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Ümid adlı şəxsdən 40 manat pul qarşılığında aldığını deməsini eşitmişdir. Şahid Füzuli RPŞ CAB-ın əməliyyat müvəkkili Şahid4 Rafayıl oğlu şahid Füzuli RPŞ NMQ-nin əməliyyat müvəkkili Şahid2 ilə oxşar məzmunlu ifadə verdi. Cinayət işinə əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması haqqında 14 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs kimi tutulduqdan sonra həmin gün, saat 19:30 dəqiqədə Füzuli rayon X7 rayonu, Horadiz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 114 ünvanında yerləşən inzibati binasında müdafiəçisi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Beyləqan rayon Vəkillər Bürosunun direktoru X3 iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən “X9 6 pro” markalı mobil telefon, şalvarın sol yan cibindən “LD” markalı bir paket siqaret, şalvarın sağ arxa cibindən 2 ədəd 20 manatlıq pul əskinasını bir ədəd 10 qəpiklik pul, bir ədəd “Leo banka” məxsus plastik kart, bir ədəd şəxsiyyətini təsdiq edən sənəd və əynində olan şalvarının sağ yan cibindən 4 ədəd kağız bükümdə ayrıayrılıqda hər birinin çəkisi 2 qram, 1,2 qram, 2,1 qram və 1,6 qram olan, ümumilikdə çəkisi 6,9 qram narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək qablaşdırılıb götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı 40 manat pul qarşılığında Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini X1 aldığını bildirmişdir. ********* nömrəli cinayət işinin istintaqı zamanı 14 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış və həmin videoçəkiliş 1 ədəd diskə köçürülmüşdür. Füzuli rayon X5 Bölməsinin müstəntiqi, polis baş leytenantı Cehun Ağakişiyevin 05 dekabr 2023-cü il tarixli qərarı ilə həmin bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan Regional bölməsindən verilmiş 15 sentyabr 2023-cü il tarixli, 18/917 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 4 ədəd kağız bükümdə ayrı-ayrılıqda hər birinin təmiz çəkisi 2,80 qram, 1,61 qram, 1,17 qram və 0,71 qram olan, ümumilikdə isə təmiz çəkisi 6,29 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi çəkisi-6,29 qram, cəmi tədqiqata sərf edildi-0,08 qram (hər ob-0,02 qr), qalıq-6,21 qram. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31,95 manat təşkil edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 6,21 qram (ekspertin istifadə etdiyi nümunələr çıxıldıqdan sonra qalan) olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana Füzuli rayon X5 Bölməsinin müstəntiqi, polis baş leytenantı Cehun Ağakişiyevin 25 sentyabr 2023-cü il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Füzuli rayon Polis Şöbəsinə təhvil verilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2023-cü il tarixli, 7475 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 sentyabr 2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. Füzuli RPŞ İB-nin müstəntiqi polis baş leytenantı C.Ağakişiyevin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 25-ci bəndində qeyd etmişdir ki, «Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir». Məhkəmə Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində deyilir ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası deyil, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməklə etdiyi əməlindən səmimi peşmançılıq hisslərini biruzə verməsi məhkəməyə bunu deməyə əsas verir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, İlkin M.Məmmədova təqsirli bilindiyi AR CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza yuxarı həddə təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün müddət nəzərə alınmaqla təyin olunmuş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 93cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin olunmalı və o, ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 31,95 manat pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Füzuli rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut keçirilmiş ekspertizadan sonra qalıq qalmış 6,21 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmasını əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 14 sentyabr 2023-cü il tarixdən 16 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq dörd gün hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməsinə və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyətlər qoyulsun. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 31,95 manat pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE********************) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Füzuli rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut keçirilmiş ekspertizadan sonra qalıq qalmış 6,21 qram qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmasını əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №1(064)-9/2024
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-9/2024
22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver