Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-9/2025 04.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə X2 Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 28 avqust 1976-cı il tarixdə Füzuli rayonu, Əhmədalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 12,30 qram, yəni xeyli miqdar təşkil edən, narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı (bundan sonra - qurudulmuş marixuana) əldə etmiş, Füzuli rayonu, Əhmədalılar kəndində yaşadığı evə daşımış, cəmi iyirmi ədəd bükümlərə bölmüş, onların ayrı-ayrılıqda təmiz çəkiləri 0,44 qram, 0,46 qram, 0,49 qram, 0,51 qram, 0,52 qram, 0,52 qram, 0,54 qram, 0,54 qram, 0,58 qram, 0,58 qram, 0,61 qram, 0,62 qram, 0,63 qram, 0,65 qram, 0,66 qram, 0,75 qram, 0,76 qram və 0,85 qram təşkil edən cəmi on səkkiz ədəd bükümlərdəki hissələrini Füzuli rayonu, Əhmədalılar kəndində yaşadığı evin həyətyanı sahəsindəki tikilidə şüşə bankanın içərisində saxlamış, ayrı-ayrılıqda təmiz çəkiləri 0,35 qram və 1,24 qram təşkil edən qalan hissələrini isə əynindəki şalvarın sağ yan cibindəki siqaret qutusu və əlindəki rezin borunun içərisində saxlamış, 10 iyul 2024-cü il tarixdə Füzuli şəhəri ərazisinə daşımışdır. Göstərilən kütlələr Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdə saat 18:15-də Füzuli Rayon Polis Şöbəsinin (bundan sonra – Füzuli RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli şəhəri ərazisində saxlanılıb şübhəli şəxs qismində tutulmasından sonra üzərinə şəxsi axtarış keçirilərkən və yaşadığı evin həyətyanı sahəsindəki tikiliyə baxış keçirilərkən saxladığı göstərilmiş yerlərdən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş, həmçinin, ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, əvvəllər bir-iki gündənbir bir ədəd kiçik bükümdə qurudulmuş marixuanadan istifadə etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, iş üzrə tutulmamışdan təxminən bir ay əvvəl Zəngilan rayonu ərazisində aparılan tikinti işlərində Şahid6 (bundan sonra - Mübariz) ilə işləyərkən sonuncu ilə birlikdə yeyib-içmək üçün Zəngilan rayonu, Cahangirbəyli kəndində yerləşən bulağa getmiş, həmin vaxt orada meşə ərazisində yabanı halda bitmiş çətənə bitkilərindən bir ədədinin nəm halda olan başlıq hissəsini gələcəkdə şəxsi istifadəsinə hazırlamaq məqsədilə qırmış, üzərində yaşadığı Füzuli rayonu, Əhmədalılar kəndi ərazisinə gətirib sahibsiz yerdə gizlətmişdir. Mübariz onun bu hərəkətlərini görməmiş, o, da bu hərəkətləri barədə Mübarizə məlumat verməmişdir. 01 iyul 2024-cü il tarixdə həmin kütləni gizlətdiyi yerdən götürüb Füzuli rayonu, Əhmədalılar kəndində yaşadığı evin (bundan sonra – yaşadığı ev) yerləşdiyi həyətdəki tikiliyə gətirmiş, orada qurudub şəxsi istifadəsinə hazırlamaq məqsədilə iyirmi ədəd kiçik kağız bükümlərə bölmüş, şüşə bankanın içərisinə qoymuşdur. 09 iyul 2024-cü il tarixdə tanışları Şahid7 (bundan sonra – Niyaməddin) və Mübarizlə işğaldan azad edilmiş ərazilərə gəzmək məqsədilə getmək barədə razılığa gəldiklərinə görə 10 iyul 2024-cü il tarixdə yaşadığı evin həyətində yerləşən tikilidə saxladığı iki ədəd bükümlərdəki qurudulmuş marixuananın bir ədəd bükümünü üzərindəki siqaret qutusu, digər bir ədəd bükümünü isə əlindəki rezin borunun içərisinə qoyub özü ilə götürmüşdür. Həmin narkotik vasitələri özü ilə götürməkdə məqsədi gedəcəkləri yerdə bir ədəd bükümündən şəxsən istifadə etmək, digər bir ədəd bükümünü isə əvvəllər narkotik vasitələrdən istifadə etdiklərini bildiyi Niyaməddin və Mübarizə istifadə etmələri üçün vermək olmuşdur. Lakin əvvəllər Niyaməddin və ya Mübarizlə birlikdə narkotik vasitədən istifadə etməmişdir. 10 iyul 2024-cü il tarixdə Niyaməddin və Mübarizlə birlikdə sonuncunun idarə etdiyi avtomobildə Füzuli şəhəri istiqamətində gedərkən Niyaməddin və Mübarizə üzərində iki ədəd bükümlərdə qurudulmuş marixuana olduğunu demişdir. Buna görə də sonuncuların onun üzərində iki ədəd bükümlərdə qurudulmuş marixuana olmasından qabaqcadan deyil, yolda olanda məlumatları olmuşdur. Füzuli şəhəri ərazisində olarkən Füzuli RPŞ-nin əməkdaşları onları və olduqları avtomobili saxlayıb Füzuli RPŞ-yə gətirmişlər. Orada o, həmçinin müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindəki siqaret qutusu və əlindəki rezin borunun hər birinin içərisində bir ədəd bükümdə olmaqla, cəmi iki ədəd bükümlərdə ona məxsus olmuş qurudulmuş marixuananı təqdim etmiş, həmin kütlələr qablaşdırılıb götürülmüşdür. O, şübhəli şəxs qismində verdiyi ifadəsində yaşadığı evin həyətində yerləşən tikilidə narkotik vasitə saxladığını bildirdiyinə görə özünün yazılı razılığı ilə, həmçinin özünün və müdafiəçisinin iştirakları ilə, videoçəkiliş aparılmaqla polis əməkdaşları tərəfindən onun yaşadığı evin həyətindəki tikiliyə baxış keçirilərkən orada şüşə bankanın içərisindən on səkkiz ədəd bükümlərdə ona məxsus olmuş qurudulmuş marixuana aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. ***-***-**-** mobil nömrəsi yalnız onun istifadəsində olmuşdur. O, atasının yaşadıqları evdə meyvələrdən kustar üsulla çəkdiyi, spirtli içki olan araqdan (bundan sonra - araq) yalnız qohumlarına istədikləri halda pay kimi vermişdir. Buna görə də onun istifadəsində olmuş həmin mobil nömrəyə dair telefon danışıqları haqqında məlumatlara baxış keçirilərkən qohumu X3 istifadəsində olmuş ***-***-**-** mobil nömrədən 02 və 03 iyul 2024-cü il tarixlərdə daxil olması aşkar edilmiş mesajların məzmunu sonuncunun ondan narkotik vasitə deyil, göstərdiyi araqdan istəməsi ilə bağlı olmuşdur. Buna görə də o, həmin araqdan yalnız Anar Gözəlova bir neçə dəfə müəyyən məbləğdə pula satmışdır. O, həmin araqdan istəmiş digər qohumlarına pay kimi verdiyi halda, qohumu Anar Gözəlova bir neçə dəfə müəyyən məbləğdə pula satmasının səbəbini izah edə bilmir. İş üzrə polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilməmişdir. Törətdiyini etiraf etdiyi cinayət əməlindən səmimi peşimandır. Göstərdiklərinə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin əməliyyat müvəkkili Şahid1, PPXB-nin komandiri Şahid2 Mirzalı oğlu, bölük komandirinin müavini Şahid3 və tağım komandiri Şahid4 verdikləri ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmiş, işin Təqsirləndirilən şəxs Şahid7 və Şahid6 ilə birlikdə saxlanılıb Füzuli RPŞ-yə gətirilmələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və onun nəticəsinə aid olan faktiki halları barədə, Füzuli RPŞ-nin baş əməliyyat müvəkkili Şahid5, həmçinin Şahid1 Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tikiliyə baxış keçirilməsinin əsası və nəticəsinə aid olan faktiki halları barədə sonuncunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunda göstərmişlər. Məhkəmə istintaqı zamanı Şahid1, Şahid2 Mirzalı oğlu, Şahid3 və Şahid4 verdikləri ifadələrində əlavə olaraq göstərmişlər ki, 10 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə daxil olmuş əməliyyat məlumatı üzrə Şahid1 qəbul etdiyi qərar əsasında sonuncunun rəhbərliyi, Şahid2, Şahid3 və Şahid4 iştirakları ilə yaradılmış əməliyyat qrupunun keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı saat 18:15-də Nəvaini yanında olmuş Şahid6 və Şahid7 ilə birlikdə Füzuli şəhəri ərazisində olduqları avtomobildə saxlayıb Füzuli RPŞyə gətirmişlər. Orada onların, Şahid6, Şahid7 və müdafiəçinin iştirakları ilə, videoçəkiliş aparılmaqla Nəvainin üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əynindəki şalvarın sağ yan cibindəki siqaret qutusu və əlindəki rezin borunun hər birinin içərisində bir ədəd bükümdə olmaqla, cəmi iki ədəd bükümlərdə özünə məxsus olmuş qurudulmuş marixuananı təqdim etmiş, həmin kütlələr qablaşdırılıb götürülmüşdür. Füzuli RPŞ-yə Şahid6, Şahid7 üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmadığına görə sonuncuların üzərinə şəxsi axtarış keçirilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 verdiyi ifadəsində, həmçinin əlavə olaraq göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. İş üzrə əməliyyat məlumatı əvvəlcə ona daxil olmuş, o, da bu barədə Şahid1 müvafiq səlahiyyətli şəxs olduğuna görə məlumat vermişdir. Həmin əməliyyat məlumatında konkret dövlət qeydiyyat nişanlı avtomobildəki Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olması göstərilmiş, sonuncunun həmin kütləyə dair satış niyyətinin olması göstərilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 verdiyi ifadəsində, həmçinin əlavə olaraq göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətindəki tikilidən aşkar edilmiş cəmi iyirmi ədəd bükümlərdəki qurudulmuş marixuananı kimdən və haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid1, Şahid5 və Şahid4 Zabir oğlu verdikləri ifadələrində, həmçinin əlavə olaraq göstərmişlər ki, əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi ilə yanaşı, satışı ilə məşğul olan şəxs kimi tanımışlar. 2024-cü ilin təxminən fevral ayından başlayaraq onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, həmin məlumatlar üzrə sonuncunu ifşa etməyə nail ola bilməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 və Şahid6 verdikləri ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etmiş, işin 10 iyul 2024cü il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə işğaldan azad edilmiş ərazilərə getmələri, Füzuli şəhəri ərazisində saxlanılıb Füzuli RPŞ-yə gətirilmələri, orada sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi və onun nəticəsinə aid olan faktiki halları barədə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunda göstərmiş, əlavə olaraq göstərmişlər ki, onlar əvvəllər narkotik vasitələrdən istifadə etməmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi kimi tanımışlar. Sonuncu ilə aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində onları narkotik vasitələrdən istifadə edən şəxslər kimi tanıması barədə ifadə verməsinin səbəbini bilmirlər. 10 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onlara üzərində qurudulmuş marixuana olduğunu deməmiş, həmin narkotik vasitədən istifadə etməyi təklif etməmişdir. Həmin gün polis əməkdaşları onların üzərilərini saxlanıldıqları yerdə və Füzuli RPŞ-də olarkən yoxlamış, narkotik vasitə aşkar etməmişlər. Bu barədə protokol tərtib edildiyini və həmin protokola imza etdiklərini xatırlayırlar. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə iş üzrə tutulmasından təxminən bir ay əvvəl Zəngilan rayonu ərazisində aparılan tikinti işlərində işləyərkən Zəngilan rayonu, Cahangirbəyli kəndində və ya hər hansı yerdə yerləşən bulağa getməmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 10 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olması barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış və yaşadığı evin həyətindəki tikiliyə baxış keçirilməsi barədə olan protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, eləcə də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsi barədə protokol və yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyi barədə verdiyi ərizəsindən iş üzrə sonuncu barəsində əməliyyataxtarış tədbiri, şəxsi axtarış və yaşadığı evin həyətindəki tikiliyə baxışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş polis əməkdaşlarının verdikləri ifadələrində göstərilmiş məzmunda baş verdiyi müəyyən edilir (İ cild, səh. 7, 8, 29, 30, 34-40). - məhkəmə-bioloji ekspertizasının 11 iyul 2024-cü il tarixli, 3-16-16/2-18/655 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış zərfdəki iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,35 qram və 1,24 qram, üzərində “... Təqsirləndirilən şəxs yaşadığı həyətdə ...” sözləri yazılmış zərfdəki on səkkiz ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,44 qram, 0,46 qram, 0,49 qram, 0,51 qram, 0,52 qram, 0,52 qram, 0,54 qram, 0,54 qram, 0,58 qram, 0,58 qram, 0,61 qram, 0,62 qram, 0,63 qram, 0,65 qram, 0,66 qram, 0,75 qram, 0,76 qram və 0,85 qram olmaqla, ümumi təmiz çəkisi 12,30 qram təşkil edən bitki mənşəli kütlələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. Ekspert tədqiqatından sonra qurudulmuş marixuananın ümumi qalığı 10,30 qram təşkil edir. Ekspertiza xərci 31,95 manatdır (İ cild, səh. 48-50). - Füzuli Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 5(064)-62/2024 nömrəli qərarı əsasında "xxxx" MMC-nin 20 avqust 2024-cü il tarixli, 17743 nömrəli məktubu ilə təqdim edilmiş telefon danışıqları haqqında məlumatlar və onlara baxış keçirilməsi barədə tərtib edilmiş 23 avqust 2024-cü il tarixli protokoldan görünür ki, X3 istifadəsində olmuş ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə 02 iyul 2024-cü il tarixdə saat 22:45:11-də “Salam dayoqlu netersen qaqa mene bir litir araq vere bilersen qaqa menim sene 20m borcum olsun bala bawina donum baqrim cardiyir nolar anamanin maawind verim”, saat 22:45:16-da “qaqa ureyim cardiyir qaqa yarim litir ver qaqa”, 03 iyul 2024-cü il tarixdə saat 08:53-də “Qaqa evdeyem yarim litir de olsa araq qonaq ele qaqa Merdanin goru maawda verecem zulmatdayam”, saat 08:59-da “Vif baqlidi telinde ses yri iwdenir mecbur mesaj yaziram qaqa”, saat 09:00-da “Ya gel cay icek”, 04 iyul 2024-cü il tarixdə saat 14:51-də “Qaqa qapidayam”, 05 iyul 2024-cü il tarixdə saat 19:37-də “Qaqa ANAMA maawdar kÃcub gorusek pulu verim” məzmununda mesajlar göndərilmişdir (İ cild, səh. 130, 153-156). - məhkəmə-narkoloji ekspertizasının 08 avqust 2024-cü il tarixli, 5442 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar edilmiş, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 173, 174). Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrindən görünür ki, o, iş üzrə üzərindən və yaşadığı evin həyətindəki tikilidən aşkar edilmiş cəmi iyirmi ədəd bükümlərdəki qurudulmuş marixuananı tutulmasından təxminən bir ay əvvəl tanışı Şahid6 ilə Zəngilan rayonu, Cahangirbəyli kəndində yerləşən bulağa gedərkən meşə ərazisində yabanı halda bitmiş çətənə bitkilərindən bir ədədinin nəm halda olan başlıq hissəsindən qırıb qurutmaqla şəxsi istifadə məqsədilə əldə etdiyi, həmin kütlələrə dair satış niyyətinin olmadığı barədə özünü müdafiə etmək üçün dəlillər irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə, ibtidai istintaq orqanı tərəfindən sonuncuya qarşı irəli sürülmüş ittihama və onun həmin ittihamda göstərilmiş cinayət əməlinə görə təqsirli olub-olmamasına hüquqi qiymət verilməsi ilə əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmunu üzrə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qurudulmuş marixuana narkotik vasitə hesab edilir. Onun xeyli miqdarının aşağı həddi 5,0 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki,: - təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. - Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Məhkəmə yuxarıda 02-05 iyul 2024-cü il tarixlərdə X3 istifadəsində olmuş ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə göndərildiyi göstərilmiş mesajların ümumilikdə məzmunlarına, xususilə də Anar Gözəlovun 02 iyul 2024-cü il tarixdə göndərdiyi mesajda “baqrim cardiyir” və “ureyim cardiyir”, 03 iyul 2024-cü il tarixdə saat 08:53-də göndərdiyi mesajda “zulmatdayam” ifadələrini işlətməsinə, 03 iyul 2024-cü il tarixdə saat 08:59-da göndərdiyi mesajın “Vif baqlidi telinde ses yri iwdenir mecbur mesaj yaziram qaqa” məzmununda olmasının isə əslində sonuncunun istifadəsində olan mobil telefonda internet əlaqəsinin olmaması və səsin ötürülməsi üçün təyinatlı olan detalın işləməməsi səbəbindən Təqsirləndirilən şəxs mesajları onlar üçün daha təhlükəsiz olan “WhatsApp” proqramı vasitəsilə göndərə bilməməsini, nəticədə məcburiyyət qarşısında qalıb "xxxx" MMC-nin xidmətindən istifadə etməklə göndərməsini, buna görə də narkotik vasitəni “araq” sözü ilə pərdələdiyini aydın şəkildə ifadə etməsinə, Anar Gözəlovun iş üzrə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində (İ cild, səh. 157-160) əvvəllər qurudulmuş marixuanadan istifadə etdiyini bildirməsinə, eləcə də Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində yaşadığı evdə olan, meyvələrdən kustar üsulla çəkilmiş araqdan istəmiş digər qohumlarına pay kimi verdiyi halda, yalnız qohumu olan Anar Gözəlova bir neçə dəfə müəyyən məbləğdə pula satmasını qeyrisəmimi olaraq bildirməsinə və bunun səbəbini izah edə bilməməsinə əsaslanaraq, X6 Səfiyev arasında müvafiq olaraq narkotik vasitələrin alqı-satqısına dair olmuş niyyəti ifadə etdiyi barədə qənaətə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi baxımından 02-05 iyul 2024-cü il tarixlərdə X3 istifadəsində olmuş ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** mobil nömrəyə göndərildiyi göstərilmiş mesajların məzmunu və onlara məhkəmə tərəfindən verilmiş hüquqi qiymət, sonuncunun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində etiraf etdiyi kimi, ümumi təmiz çəkisi 12,30 qram təşkil edən qurudulmuş marixuananı əldə etdikdən sonra iyirmi ədəd kiçik bükümlərə bölməsi, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində etiraf etdiyi kimi, 10 iyul 2024-cü il tarixdə Şahid6 və Şahid7 ilə birlikdə işğaldan azad edilmiş ərazilərə getmək üçün yaşadığı evdən çıxarkən özü ilə iki ədəd bükümlərdə qurudulmuş marixuananı götürməkdə məqsədinin sonuncularla gedəcəkləri yerdə bir ədəd bükümündən şəxsən istifadə etmək, digər bir ədəd bükümünü isə əvvəllər narkotik vasitələrdən istifadə etdiklərini bildiyi Şahid6 və Şahid7 istifadə etmələri üçün vermək olması, hətta işğaldan azad edilmiş ərazilərə gedərkən sonunculara bu niyyəti və üzərində iki ədəd bükümlərdə qurudulmuş marixuananın olması barədə deməsi, beləliklə də, Təqsirləndirilən şəxs üzərində olmuş qurudulmuş marixuananın bir ədəd bükümünü bəxşiş şəklində Şahid6 və Şahid7 vermək niyyətində olmasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitənin qanunsuz yayılmasına yönələn ictimai zərərli maraqla şərtləndirilmiş motivasiya - “digər şəxsi maraq” yaratması, Şahid6 məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadəsinin Təqsirləndirilən şəxslə Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində yerləşən bulağa getmədikləri barədə olan hissəsi, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin əməkdaşları Şahid1, Şahid5 və Şahid4 Zabir oğlunun verdikləri ifadələrinin 2024-cü ilin təxminən fevral ayından başlayaraq onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatlarının daxil olması barədə olan hissələri ilə tam təkzib edilir. Məhkəmə göstərilənlərin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan hissələrini özünü Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət məsuliyyətindən yayındırmaq məqsədi daşıyan ifadələr kimi qiymətləndirib sübut kimi qəbul etmir, qalan hissələrini isə sübut kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizasının 08 avqust 2024-cü il tarixli, 5442 nömrəli rəyinə əsasən kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromundan əziyyət çəkdiyi müəyyən edilsə də, özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri təkzib etməsi ilə əlaqədar yuxarıda iş materialları əsasında iş üzrə müəyyən edildiyi göstərilmiş hallar üzərindən və yaşadığı evin həyətindəki tikilidən aşkar edilmiş cəmi iyirmi ədəd bükümlərdəki, ümumi təmiz çəkisi 12,30 qram təşkil edən qurudulmuş marixuanaya münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi qismən etirafedici ifadələrinin sübut kimi qiymətləndirilən hissələri, Şahid1, Şahid2 Mirzalı oğlu, Şahid3 və Şahid4 şahid qismində verdikləri ifadələri, 10 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evin həyətindəki tikiliyə baxış keçirilməsi barədə tərtib edilmiş protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, məhkəmə-bioloji ekspertizasının 11 iyul 2024-cü il tarixli, 3-16-16/2-18/655 nömrəli rəyi, "xxxx" MMC-nin 20 avqust 2024-cü il tarixli, 17743 nömrəli məktubu ilə təqdim edilmiş telefon danışıqları haqqında məlumatlar və onlara baxış keçirilməsi barədə tərtib edilmiş 23 avqust 2024-cü il tarixli protokol, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış qurudulmuş marixuananın ümumi qalığı ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 115). - Füzuli RİHB-nın Əhmədalılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 avqust 2024-cü il tarixli arayış və xasiyyətnamə, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, valideynləri, arvadı, bir nəfər yetkinlik yaşına çatmış və 29 iyun 2007-ci il təvəllüdlü olan bir nəfər yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə Füzuli rayonu, Əhmədalılar kəndində yaşamış, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (İ cild, səh. 133, 134). Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması və himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun iş üzrə törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, əvvəllər məhkum olunmaması və himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə hesab edir ki, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə yaxın olan 3 (üç) il 6 (altı) ay müddətə təyin edilməsi zəruridir. Məhkəmə, həmçinin hesab edir ki,: Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə, şübhəli şəxs qismində tutulduğu (İ cild, səh. 21) və Füzuli Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 4(064)-12/2024 nömrəli qərarı (İ cild, səh. 88-93) ilə həbs edilməsinin əvvəlinin hesablandığı 10 iyul 2024-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08 avqust 2024-cü il tarixli, 5442 nömrəli rəyinə əsasən Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə-bioloji ekspertizasının 11 iyul 2024-cü il tarixli, 3-16-16/2-18/655 nömrəli rəyi üzrə ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Füzuli RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 10,30 qram təşkil edən qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Onun barəsində 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbs edilməsinin əvvəlinin hesablandığı 10 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Məhkəmə-bioloji ekspertizasının 11 iyul 2024-cü il tarixli, 3-16-16/2-18/655 nömrəli rəyi üzrə ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 10,30 qram təşkil edən qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-9/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-9/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver