Məhkəmə qərarları › İş №1(064)-90/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №1(064)-90/2025

16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-90/2025 16.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Biləsuvar rayonu, Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Qaraxanbəyli kəndində pasport qeydiyyatında olmaqla faktiki olaraq Füzuli rayonu, Bala Bəhmənli kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-nin) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir, ona görə ki, o, tanışı Füzuli rayonu, Əhmədbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə 600 (altı yüz) manat məbləğində pulunu ələ keçirib sonuncuya qarşı dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs daxili xidmət çavuşu rütbəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin Füzuli rayon X6 Hissəsinin yanğınsöndürəni vəzifəsində işləyərkən tanışı xx xxxxxxx 2003-cü il tarixdə Füzuli rayonu, Əhmədbəyli kəndində anadan olmuş, orta təhsilli, evli, məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində Müddətdən artıq xidmət edən hərbi qulluqçu, Füzuli rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin kənddə yaşayan Zərərçəkmiş şəxs Cəlilabad rayonu ərazisində məişət texnikalarının satışı ilə məşğul olan qohumunun olmasına inandırmaqla aldadıb 3000 (üç min manat) manat dəyərində məişət texnikalarının alınması üçün ilkin ödəniş qismində 600 manat pulun ödənilməli olduğunu bildirərək vahid niyyətlə 07 iyul 2025-ci il tarixdə 450 (dörd yüz əlli) manat pulu nağd şəkildə, 50 (əlli) manat pulu son dörd rəqəmi 2629 olan "xxxx" ASC-ə məxsus bank kartına, növbəti dəfə 11 iyul 2025-ci il tarixdə 100 (yüz) manat pulu son dörd rəqəmi 8776 olan "xxxx" ASC-ə məxsus bank kartına köçürməklə ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək aldatma yolu ilə 600 (altı yüz) manat pulunu vahid niyyətlə ələ keçirərək sonuncuya qarşı qəsdən tamah məqsədi ilə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, baxış aparılması haqqında protokol, rəsmi sənədlər və işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixədək Fövqəladə Hallar Nazirliyinin DYMX-nin Füzuli rayon şöbəsində yanğınsöndürən vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs atası Şahid1 onun iş yoldaşı olmuşdur. Zərərçəkmiş şəxs atası Şahid1 ilə birlikdə X6 Xidmətinin Füzuli rayon şöbəsində işləmişlər. O, Zərərçəkmiş şəxslə atası Şahid1 iş yerinə, yəni Fövqəladə Hallar Nazirliyinin DYMX-nin Füzuli rayon şöbəsinə gedib-gəldiyi zaman tanış olmuş və münasibətləri yaranmışdır. 2025-ci ilin may ayında Zərərçəkmiş şəxslə birlikdə onun taksi fəaliyyəti ilə məşğul olan iş yoldaşının maşını ilə İmişli rayonunda yerləşən “Kontakt Home” məişət mağazasına getmişlər. O, həmin vaxtlarda Füzuli rayonu, Bala Bəhmənli kəndinə yeni köçdüyü üçün özünə soyuducu almaq istəmişdir. Həmçinin Zərərçəkmiş şəxs də yeni ailə qurduğu üçün özünə məişət texnikası almaq istəmişdir. Buna görə də “Kontakt Home” məişət mağazasına getmişlər. Lakin heç biri heç nə almamışdır. Təxminən dörd ay əvvəl “Tik-Tok” sosial şəbəkəsində “elektronika_1” adlı səhifə qarşısına çıxmışdır. Həmin səhifə ilə istifadəsində olan “by_hüseynov” səhifəsi vasitəsilə əlaqə saxlayıb danışan zaman özünü Raul Əliyev kimi təqdim edən şəxs Cəlilabad rayonunda mağazası olduğunu, elektron malları ucuz və sərfəli şərtlərlə satdığını demişdir. 2025-ci ilin iyul ayının əvvəllərində Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən “Dörd yol” adlanan ərazidə, Zərərçəkmiş şəxs görüb yaxınlaşmış və onunla görüşmüşdür. Zərərçəkmiş şəxslə əvvəldən münasibətləri olduğu üçün ona Cəlilabad rayonunda ucuz qiymətə məişət texnikalarının kreditlə verildiyini demişdir. Zərərçəkmiş şəxs onunla razılaşaraq həmin şəxslə danışmağını demiş və onun yanında həmin şəxsə mesaj yazmışdır. Zərərçəkmiş şəxs ona kreditlə soyuducu, paltaryuyan və televizor kimi məişət texnikalarını istədiyini bildirmişdir. Raul Əliyev adlı şəxs bir ədəd soyuducu, bir ədəd paltaryuyan və bir ədəd televizora görə ilkin ödəniş olaraq 600 (altı yüz) manat pul istəmişdir. Bunu Natiqə demiş və Natiq bu qiymətlə razılaşmışdır. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxslə yenidən “Dörd yol” adlanan ərazidə görüşmüşlər və ona 450 (dörd yüz əlli) manat nağd pul vermişdir. Həmçinin 50 (əlli) manat puluda onun istifadəsində olan son dörd rəqəmi 2629 nömrəsi ilə bitən "xxxx" kart hesabına göndərmişdir. Qalan 100 (yüz) manat pulu isə Natiq xx.xx.2025-ci il tarixdə son dörd rəqəmi 8776 nömrəli "xxxx"-ə məxsus bank kartıma göndərmişdir. O da Zərərçəkmiş şəxs aldığı ümumilikdə 600 (altı yüz) manat pulu Raul Əliyev adlı şəxsə “M 10” vasitəsilə göndərmişdir. Raul Əliyev adlı şəxs ona 6 gün ərzində mebeli göndərəcəyini demişdir. O da bunu Zərərçəkmiş şəxs bildirmişdir. Lakin həmin vaxtdan Raul Əliyev adlı şəxs ona müxtəlif bəhanələr gətirərək mebeli gətirməkdən boyun qaçırmışdır. Bu zaman aralığında Zərərçəkmiş şəxs mebeli istəmədiyini, verdiyi 600 (altı yüz) manat pulu geri qaytarmağını demişdir. O da bunu Raula bildirmişdir. Lakin bir müddət sonra Raul Əliyev adlı şəxs ilə ümumiyyətlə əlaqə saxlaya bilməmişdir və onun istifadəsində olan “by_hüseynov” adlı səhifəni bloka atmışdır. Bu zaman Zərərçəkmiş şəxs Raulun onu aldatdığını, lakin ondan aldığı 600 (altı yüz) manat pulu öz cibindən ona qısa müddətdə qaytaracağını desə də onu gözləməmiş və barəsində şikayət etmişdir. Şikayət edənə kimi atası Şahid1 də ona dəfələrlə pulu qaytarmağını demişdir. Atasına da eyni qayda da ona müəyyən qədər vaxt verilməsini demişdir. Həmçinin bildirir ki, Raul Əliyev adlı şəxsi şəxsən tanımır, “Tik-Tok” sosial şəbəkəsində tapmışdır. Adı və harada yaşadığını dəqiq bilmir. Ona özünü belə təqdim etmişdir. Zərərçəkmiş şəxs tanışıdır. Ona kömək etmək istəmişdir. Hər hansı marağı olmamışdır. Özü bunu təşkil etmək istəmişdir. Bu səbəbdən pulunu alıb özü göndərmişdir. 600 (altı yüz) manat pulu Raul Əliyev adlı şəxsə “M 10” vasitəsilə göndərməyi ilə bağlı əlində heç bir sübut yoxdur. Həmin səhifə hazırda “Tik-Tok” sosial şəbəkəsindən silinmişdir. Zərərçəkmiş şəxs yanında göndərdiyi üçün ona göndərməyə ehtiyac bilməmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsdən şikayət və tələbinin olmadığını bildirib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində MAXE əsgər rütbəsində xidmət edir. Atası Babayev X3 Hallar Nazirliyinin DYMX-nin Füzuli rayon şöbəsində yanğınsöndürən vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs atası Şahid1 iş yoldaşı olmuşdur. Təxminən 2025-ci ilin iyul ayının əvvəllərində Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən “Dörd yol” adlanan ərazidə, işıqforun yanında olmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs onu görüb yaxınlaşmış və İsraillə görüşmüşdür. 2025-ci ilin may ayında Təqsirləndirilən şəxsla birlikdə onun taksi fəaliyyəti ilə məşğul olan adını dəqiq bilmədiyi şəxslə İmişli rayonunda yerləşən “Kontakt Home” məişət mağazasına getmişlər. Yeni ailə qurduğu üçün evə məişət məhsulları almalı olmuşdur. Buna görə də “Kontakt Home” məişət mağazasına getmişlər, Təqsirləndirilən şəxs da özü üçün məişət əşyalarını almaq üçün onunla gəlmişdir. Lakin heç biri heç nə almamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona qohumunun Cəlilabad rayonunda elektron məişət texnikaları satdığını və istəyən olarsa ona xəbər etməyini demişdir. O, özünə lazım olduğunu və hansı şərtlərlə və neçəyə satdığını soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs qohumu dediyi şəxsin özünə mobil telefonu vasitəsilə zəng edərək danışmağı üçün ona vermişdir. O, Təqsirləndirilən şəxs qohumuna kreditlə soyuducu, paltaryuyan və televizor kimi məişət texnikalarının ala biləcəyini soruşduqda, ona adına kredit düşmədiyini demişdir. Çünki bundan əvvəl kredit borcunun ödənməsində gecikmələr olmuşdur. Bunu deyəndən sonra zəngi yekunlaşdırmışdır. Bundan sonra onlar aralaşıb həmin ərazini tərk etmişlər. Bir qədər müddət keçəndən sonra Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” mobil nömrə ilə İsrailin istifadəsində olan “***-***-**-**” mobil nömrəyə zəng vurmuş və əgər kreditlə yuxarıda adıçəkilən məişət texnikalarını almaq mümkün deyilsə qalmasını demişdir. Təqsirləndirilən şəxs ona özünün qohumu ilə danışıb bu məsələni yoluna qoyacağını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin nömrə ilə ona zəng edib qohumunun ilkin ödəniş olaraq 600 (altı yüz) manat ödənilməli olduğunu İsrailə dediyini, həmçinin malların ümumilikdə 3000 (üç min) manat dəyərində olduğunu və “LG” firmasının malları olduğunu demişdir. O, Təqsirləndirilən şəxs ilə zəngdə razılaşmış və iki günə ona xəbər edəcəyini deyərək zəngi yekunlaşdırmışdır. Həmin günorta saatlarında Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” nömrə ilə əlaqə saxlayıb həmin şəxsin, yəni qohumunun nömrəsini istəmişdir. Təqsirləndirilən şəxs “WhatsApp” mobil tətbiqi vasitəsilə onun “***-***-**-**” mobil nömrəsinə qohumun nömrəsini atıb əlaqə saxlamağını demişdir. O, həmin nömrəyə zəng edib əlaqə saxladığı nömrənin təyin olunmadığını görmüşdür. Belə olduğu təqdirdə həmin nömrəyə “WhatsApp” mobil tətbiqindən “salam, necəsiniz?” məzmununda mesaj yazsa da qarşı tərəf mesajı oxumamış və nəticədə cavablandırmamışdır. Bu halda Təqsirləndirilən şəxs yenidən zəng edərək verdiyi nömrənin təyin olunmadığını, həmçinin “WhatsApp” mobil tətbiqi vasitəsilə göndərdiyi mesajların cavablanmadığını demişdir. Təqsirləndirilən şəxs ona bir qədər gözləmiyini demişdir. Lakin Təqsirləndirilən şəxs ona yenidən zəng etməmişdir. Bir gün sonra Təqsirləndirilən şəxs dəfələrlə zəng etsə də zəngini götürməmiş, bir müddət keçəndən sonra yanğında olduğunu sonradan özünün ona yığacağını demişdir. Həmin gün Təqsirləndirilən şəxs gecə saat 23 radələrində “WhatsApp” mobil tətbiqindən zəng etmişdir. O, Təqsirləndirilən şəxsla danışanda qohumunu qrup zəngə qoşmuş və pulu tam ödəyəndən sonra bir həftə ərzində məişət texnikalarını gətirəcəyini demişdir. Növbəti gün o Təqsirləndirilən şəxs zəng edərək harda olduğunu soruşmuş, o da cavabında işdən yeni çıxdığını, evə tərəf getdiyini demişdir. O, Təqsirləndirilən şəxs həmin gün görüşmək istədiyini demiş, o da razılaşmışdır. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən “Dörd yol” adlanan ərazidə “Nahid Elektronik” mağazasının yanında Təqsirləndirilən şəxsla görüşmüşlər. Bir qədər bu məsələni müzakirə edəndən sonra saat 16 radələrində “Asel Kredit” adında lombardda kreditini yeniləyərək ordan verilən kartdan 450 (dörd yüz əlli) manat pulu bankomatdan çıxartmış və Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu götürəndən sonra “Yaşıl Market”ə girmişdir. Marketdən çıxanda niyə girdiyini soruşmuş, cavabında qohumunun bank kartına verdiyi 450 (dörd yüz əlli) manat pulu terminal vasitəsilə atmaq üçün girdiyini demişdir. Bundan sonra qalıq 150 (yüz əlli) manat pulu iki günə karta atacağıı demişdir, İsrail də razılaşmışdır. Bununla da onlar həmin ərazini tərk etmişlər. Görüşdükləri gün axşam saat 17 radələrində Təqsirləndirilən şəxs yığaraq kart atmasını istəmiş, o da son dörd rəqəmi 2629 olan "xxxx" ASC-ə məxsus bank kartının tam şəkildə 16 rəqəmini göndərmişdir. O da həmin karta 50 (əlli) manat pul göndərmiş, qalan 100 (yüz) manat pulu isə üç gün sonra kartına atacağını demişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxsla əlaqə saxlayıb ona əvvəldən göndərdiyi son dörd rəqəmi 2629 olan "xxxx" ASC-ə məxsus bank kartına qalan 100 (yüz) manatı göndərmək istədiyini demişdir. Təqsirləndirilən şəxs ona həmin karta yox, son dörd rəqəmi 8776 olan "xxxx" ASC-ə məxsus bank kartına atmağını demişdir. O da sonuncu göndərdiyi son dörd rəqəmi 8776 olan "xxxx" ASC-ə məxsus bank kartına 100 (yüz) manat pulu göndərmişdir. İki gün sonra Təqsirləndirilən şəxsla telefon vasitəsilə əlaqə saxlayanda ona bir həftə gözləməyini demişdir. Bir həftə sonra bir daha zəng edəndə ona müştərilərin çox olduğunu, çatdıra bilmədiklərini və qısa müddətdə bütün razılaşdıqları məişət texnikalarını gətirəcəyini demişdir. Bundan sonra da dəfələrlə zəng edəndə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Sonda ona qohumunun da onu aldatdığını deyərək aralarında olan 600 (altı yüz) manat borcu özünün maaş gələndə verəcəyini demişdir. Lakin dəfələrlə maaşını alsa da ona olan 600 (altı yüz) manat pulu qaytarmamışdır. O, Təqsirləndirilən şəxsla yenidən danışanda “hara istəyirsən müraciət elə” deyərək telefonu söndürmüşdür. Artıq o, Təqsirləndirilən şəxs ona etdiyi etibardan sui-istifadə etdiyini, 600 (altı yüz) manat pulu qaytarmayacağını biləndən sonra Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Üç gün sonra Füzuli RPŞ-dən ona zəng gəlmiş və onu rayon Polis şöbəsinə çağırmışlar, lakin işindən dolayı növbəti gün gəlmiş və Təqsirləndirilən şəxs ona qarşı etdiyi dələduzluq əməli barəsində yazılı şəkildə ərizə vermişdir. Təqsirləndirilən şəxs hər dəfə ona müxtəlif bəhanələr gətirmiş, sonunda artıq öz dili ilə ona hara istəsə müraciət edə biləcəyini demişdir. Bu zaman artıq başa düşmüşdür ki, onun Təqsirləndirilən şəxs qarşı olan etibarından sui-istifadə edərək 600 (altı yüz) manat pulunu almışdır. Təqsirləndirilən şəxs ona qohumundan məişət texnikası alıb verəcəkmiş və ilkin ödəniş kimi həmin pulu ondan almışdır. Həmin vaxt orada ikisi olmuşlar. Füzuli RPŞ-ə izahat verdiyi zaman elektron qəbzlərin surətini təqdim etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmiş, Təqsirləndirilən şəxsla barışmış, ondan tələb və şikayəti yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs oğlunun onunla barışdığını, dəymiş ziyanı tamamilə ödədiyini, ondan heç bir şikayət və tələbinin olmamasını bildirdi. Ona görə də məhkəmədən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, yuxarıda göstərdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2006-ci il fevral ayından 2025-ci il yanvar ayınadək Fövqəladə Hallar Nazirliyinin DYMX-nin Füzuli rayon şöbəsində manqa komandiri vəzifəsində, baş çavuş hərbi rütbəsində işləmişdir. Hazırda heç bir yerdə işləmir, maddi dolanışığımı taksi fəaliyyəti ilə məşğul olmaqla təmin edir. Zərərçəkmiş şəxs atasıdır. Belə ki, Təqsirləndirilən şəxs onunla birlikdə təqribən iki müddətində Fövqəladə Hallar Nazirliyinin DYMX-nin Füzuli rayon şöbəsində işləmişdir. O, manqa komandiri, Təqsirləndirilən şəxs isə yanğınsöndürən vəzifəsində işləmişdir. Oğlu Zərərçəkmiş şəxs onun yanına işə gəlib-gedəndə Təqsirləndirilən şəxs tanımış və aralarında olan yaxın münasibət helə yaranmışdır. Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncudan 600 (altı yüz) manat pul aldığını, lakin söz verdiyi məişət texnikalarını gətirmədiyindən gec xəbəri olmuşdur. Məsələdən xəbər tutanda dərhal Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs aldığı 600 (altı yüz) manat pulu qaytarmasını demişdir. O da cavabında ən yaxın zamanda qaytaracağını demişdir. Lakin dediyi müddətdə pulu qaytarmamış, hər dəfəsində müxtəlif bəhanələrlə vaxtı ləngitməyə çalışmışdır. Sonda oğlu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs etibardan suiistifadə edərək ondan aldığı 600 (altı yüz) manat pulu qaytarmayacağına əmin olandan sonra Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Növbəti günlərdə Füzuli RPŞ-dən oğlu Zərərçəkmiş şəxs zəng gələrək rayon Polis şöbəsinə çağırılmışdır. Oğlu Zərərçəkmiş şəxs də Füzuli RPŞ-də ərizə ilə Təqsirləndirilən şəxs şikayət etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, yuxarıda göstərdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2018-ci il tarixdən hazıradək Fövqəladə Hallar Nazirliyinin DYMX-nin Füzuli rayon X6 Hissəsinin yanğınsöndürəni vəzifəsində, daxili xidmət çavuş rütbəsində xidmət edir. İfadəsinin müstəntiq tərəfindən kompüter vasitəsilə alınmasına etiraz etmir. Təqsirləndirilən şəxs onun iş yoldaşı olmuşdur. Onların münasibətləri birlikdə FHN-də xidmət edərkən başlamışdır. Belə ki, "xxxx" nömrəli Kapital bank ASC-ə məxsus 16 rəqəmli kart onun adınadır və o istifadə edir. xx.xx.2025-ci il tarixdə gönorta saatlarında Təqsirləndirilən şəxs ondan istifadəsində olan yuxarıda adıçəkilən bank kartını Füzuli rayonu ərazisində yerləşən “Dörd Yol” adlanan ərazidə müvəqqəti olaraq götürmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs yanında olmuşdur. Təqsirləndirilən şəxs ona öz kartının üstündə olmadığını əsas gətirmiş və ona göndəriləcək 50 manat pulu terminaldan həmin kart vasitəsilə çıxardıb qaytaracağını demişdir. Təqribən 1 saat sonra həmin ərazidə ona təşəkkür edərək kartını geri qaytarmışdır. Kartı geri qaytaranda Zərərçəkmiş şəxs İsrailin yanında olmamışdır. Kartı götürəndən sonra həmin ərazidən hər iksi uzaqlaşmışlar. Həmçinin, Təqsirləndirilən şəxs ona öz bank kartının yanında olmadığını, Təqsirləndirilən şəxs kiminsə atacağı 50 manatı onun kartı vasitəsilə terminaldan çıxardıb bank kartını geri qaytaracağını demişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan məsələdən Zərərçəkmiş şəxs Füzuli RPŞ-ə şikayət edəndən sonra onun xəbəri olmuşdur. O, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs həmin günü nağd şəkildə 450 manat pulu verərkən görməmişdir, çünki bank kartını verəndən sonra işindən dolayı həmin ərazidən uzaqlaşmışdır. Konkret olaraq Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyinin DYMX-nin Füzuli rayon X6 Hissəsində işləyən zaman dələduzluğa meyilli hərəkətlərini və ya əməllərini görməsə də sonradan iş yerində Təqsirləndirilən şəxs adıçəkilən əməlləri ilə bağlı söyləntilərini tez-tez eşitmişdir. Məhkəmə iclasında iş materialları tədqiq edilmişdir. Belə ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, № 5(64)-45/2025 nömrəli qərarı əsasında "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli, 25417 nömrəli məktubla rayon prokurorluğuna təqdim edilmiş, xx.xx.2025-ci il tarixli qərarımla maddi sübut hesab edilərək cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd CD-R diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, diskin üzərində “Verbatim 11931” yazıları vardır. Disk “HP” markalı kompüter vasitəsi ilə oxunduqda içərisində “11931.zip” adlı fayl vardır. Həmin fayla daxil olduqda içərisində “505871126_SMS.txt”, “**********26.txt”, “abuneciler.xls”, “antena.xls” və “internet antena.xls” adlı fayllar vardır. “505871126_SMS.txt” faylının içərisində 01 iyun 2025-ci il tarixdən 05 avqust 2025ci il tarixədək ***-***-**-** mobil nömrəsi ilə smslər göndərilmiş və smslər qəbul edilmişdir. “**********26.txt” faylına daxil olduqda 01 iyun 2025-ci il tarixdən 05 avqust 2025-ci il tarixədək olan müddət ərzində telefon nömrələrindən zənglər edilmiş, zənglər qəbul edilmiş, smslər göndərilmiş və smslər qəbul edilmişdir. “abuneciler.xls” faylına daxil olduqda 01 iyun 2025-ci il tarixdən 05 avqust 2025-ci il tarixədək olan müddət ərzində zənglər edilmiş, zənglər qəbul edilmiş, smslər göndərilmiş və smslər qəbul edilmiş telefon nömrələrinin sahibləri barədə məlumatlar qeyd edilmişdir. “antena.xls” faylına daxil olduqda 01 iyun 2025-ci il tarixdən 05 avqust 2025-ci il tarixədək olan müddət ərzində zənglər edilmiş və zənglər qəbul edilmiş telefon nömrələrinin anten dairələri üzrə məlumatları qeyd edilmişdir. “internet antena.xls” faylına daxil olduqda 01 iyun 2025-ci il tarixdən 05 avqust 2025-ci il tarixədək ***-***-**-** mobil nömrəsinin internet xətti ilə olan anten dairəsi üzrə məlumatları qeyd edilmişdir. “**********26.txt” faylının içərisində 10 aprel 1971-ci il təvəllüdlü Biləsuvar rayonu, Səmədabad kəndində qeydiyyatda olan Ülkər Abıyevanın adına rəsmiləşdirilmiş ********* mobil telefon nömrəsinin xx.xx.2025-ci il, saat 00:00:00 tarixdən xx.xx.2025-ci il, saat 23:59:59 tarixədək qədər olan izahlı qaimə hesabatı tərtib olunmuşdur. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Səfər oğlunun istifadə etdiyi ********* saylı telefon nömrəsi onun öz adına rəsmiləşdirilməmiş və həmin nömrənin anten dairəsi 07 iyul 2025-ci il və 11 iyul 2025-ci il tarixlərdə Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində qeydə alınmışdır. Bundan başqa müəyyən edilmişdir ki, 05 avqust 2025-ci il tarixdə, saat 13:23:06 saniyədə Təqsirləndirilən şəxs Səfər oğlu istifadəsində olan **********26 mobil telefon nömrəsindən **********61 telefon nömrəsinə “Meqbaytda bitdi vayfay gelende yazacam” məzmunlu SMS göndərmişdir. 12 noyabr 2025-ci il tarixli qərarımla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş elektron qəbzlərin surətləri əks olunmuş 01 vərəqdə fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs müvəqqəti istifadəsində olmuş Şahid2 məxsus "xxxx" nömrəli "xxxx" ASC-nin bank kartına xx.xx.2025-ci il tarixdə, saat 16:39-da 50 (əlli) manat pul göndərilmiş, Təqsirləndirilən şəxs özünə məxsus “5522 0993 7957 8776” nömrəli "xxxx" ASC-nin bank kartına xx.xx.2025-ci il tarixdə, saat 11:24-də 100 (yüz) manat pul göndərilmişdir. 13 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirlilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə tərtib etdiyim arayışdan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində “Tik-Tok” sosial şəbəkədə “elektronika_1” adlı səhifənin qarşısına çıxdığını və onunla “Tik-Tok” sosial şəbəkədə danışdığını göstərmişdir, lakin ifadəsində göstərdiyi sözügedən istifadəçi adının həqiqətən “Tik-Tok” sosial şəbəkədə mövcud olub-olmadığını müəyyən etmək məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 12:25-də “Samsung A 15” markalı telefon vasitəsilə “ser.hu3” istifadəçi adı ilə qeydiyyatdan keçmiş profildən “Tik-Tok” sosial şəbəkəsinə daxil olduğum zaman həmin sosial şəbəkənin axtarış bölməsinə “elektronika_1” istifadəçi adı yazdığımda müxtəlif adlarda hesabların mövcud olduğunu görsəm də həmin hesabların heç birisinin Təqsirləndirilən şəxs öz ifadəsində göstərdiyi “elektronika_1” hesabı olmadığını bildirmişdir. Odur ki, “Tik-Tok” sosial şəbəkədə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi “elektronika_1” adlı səhifə reallıqda mövcud olmamış, həmçinin çəkilmiş ekran çəkimi arayışla birlikdə cinayət işi materiallarına əlavə edilmişdir. 12 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirlilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə rayon prokurorluğuna müraciət edərək xx.xx.2025-ci il tarixdə son dörd rəqəmi 2629 nömrəsi ilə bitən "xxxx" kart hesabından 50 (əlli) manat, xx.xx.2025-ci il tarixdə son dörd rəqəmi 8776 nömrəli "xxxx"-ə məxsus bank kartından 100 (yüz) manat məbləğində, ümumilikdə hər iki kart hesabından 150 (yüz əlli) manat pulu çıxartdığını demiş, dediklərinin nəzərə alınmasını xahiş etmişdir. 12 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirlilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə rayon prokurorluğuna müraciət edərək istifadəsində olan “***-***-**-**” mobil nömrəsinin hadisə baş verən tarixlərdə qoşulduğu “Redmi 11” markalı mobil telefonunun ekranı qırıldığına görə yararsız hala düşdüyü üçün “WhatsApp” ani mesajlaşma tətbiqində olan yazışmaları, həmçinin edilmiş zəngləri təqdim edə bilmədiyini demiş, dediklərinin nəzərə alınmasını xahiş etmişdir. 26 avqust 2025-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə Füzuli Rayon Polis Şöbəsinə müraciət edərək 2025-ci ilin iyul ayında tanışı İsrailin ona məişət texnikası verəcəyi ilə bağlı ilkin ödəniş adı ilə onu aldadaraq 600 (altı yüz) manat pulunu ələ keçirməsi barədə məlumat vermiş, həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. 01 oktyabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə rayon prokurorluğuna müraciət edərək Təqsirləndirilən şəxs ona təqdim etdiyi telefon nömrəsi ilə “***-***-**-**” mobil nömrə vasitəsilə bir dəfə “WhatsApp” ani mesajlaşma tətbiqindən, bir dəfə də adi zənglə əlaqə saxlamağa çalışsa da həmin nömrəyə zəng çatmadığını, “***-***-**-**” nömrəsinin qoşulduğu mobil telefonu 2025-ci ilin iyul ayının əvvələrində tanımadığı şəxsə 30 manata satdığını, ona görə də “WhatsApp” ani mesajlaşma tətbiqindən olan yazışmaları təqdim edə bilmədiyini bildirmiş, İsrailin həmin şəxsin Cəlilabad rayonundan olan qohumu olduğunu və məişət avadanlıqlarının satışı ilə məşğul olduğunu demişdir. İsrail və həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Füzuli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsindən daxil olmuş xx.xx.2025ci il tarixli, 3/373/2-15854/2025 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki:

1. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 600 (altı yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir.

2. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Cəlilabad rayonunda tanışlarını, qohumlarını və dostlarını müəyyən etmək mümkün olmamışdır.

3. Təqsirləndirilən şəxs Füzuli rayonunda, həmçinin işlədiyi idarə və qurumlarda dələduz kimi xarakterizə olunub.

4. “Tik-Tok” sosial şəbəkəsində “elektronika_1” adlı səhifənin admini adlı hesab yoxdur.

5. Raul Əliyev adlı şəxs ilə Təqsirləndirilən şəxs arasında hər hansı məişət texnikalarının alışı və ya satışı ilə bağlı razılaşma olmamışdır, hər hansı bir halda olmasını müəyyən etmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs 29 oktyabr 2025-ci il tarixdə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əsasən müəyyən edilir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilmiş, lakin ifadəsində göstərdiyi Zərərçəkmiş şəxs tərəfindən məişət texnikaları hesab olunan bir ədəd soyuducu, bir ədəd paltaryuyan və bir ədəd televizora görə ilkin ödəniş qismində ona verdiyi 600 (altı yüz) manat pulu “Tik-Tok” sosial şəbəkədə “elektronika_1” səhifəsinin admini olaraq bildiyi Raul Əliyevə verməsi və Zərərçəkmiş şəxs qarşı dələduzluq etmək fikrində olmaması barədə hissəsi tərəfimdən vəsatət kimi qəbul edilib özünümüdafiə xarakterli dəlil olmaqla əsassız hesab edilərək rədd edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-18-4/2-1437/2025 nömrəli məktubdan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü daxili xidmət çavuşu Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin Füzuli rayon X6 hissəsinin yanğınsöndürəni vəzifəsinə xidmətə qəbul edilmişdir və xx.xx.2025-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin 2224/ş nömrəli xx.xx.2025-ci il tarixli əmri ilə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən və iş materiallarından görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi və onunla barışması Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 59.1.12, 59.1.3-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilmişdir, məhkəmə hesab edir ki onun həmin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibi vardır. Həmçinin məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir, zərərçəkmiş şəxs təqsirləndirlən şəxsdən şikayətçi deyildir və Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs üzr istəməklə ona dəymiş ziyanı tan olaraq ödəməklə onunla barışdığını, ona görə də cinayət məsuliyyətindən azad olunmaqla işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə görə, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Odur ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından cinayət məsuliyyətindən azad edilməli və barəsində başlanmış cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs 12 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə tərəfimdən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. "xxxx" MMC-dən 16 oktyabr 2025-ci il tarixli, 25417 nömrəli məktubla rayon prokurorluğuna daxil olmuş, 22 oktyabr 2025-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş 01 ədəd CD-R disk və Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, özünün müvəqqəti istifadəsində olmuş Şahid2 məxsus "xxxx" nömrəli "xxxx" ASC-nin bank kartına xx.xx.2025-ci il tarixdə, saat 16:39-da göndərilmiş 50 (əlli) manat pulun, Təqsirləndirilən şəxs özünə məxsus “5522 0993 7957 8776” nömrəli "xxxx" ASC-nin bank kartına xx.xx.2025-ci il tarixdə, saat 11:24-də göndərilmiş 100 (yüz) manat pulun elektron qəbzlərinin surətləri əks olunmuş, 12 noyabr 2025-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş 01 vərəqdə fotoşəkillər cinayət işi materiallarına əlavə edilmişdir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə olunması təklif edilən əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73-1.1, Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 321, 321.2.1, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə,

QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə (cinayət işi üzrə icraata) xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi materiallarına əlavə edilmiş-22 oktyabr 2025-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş 01 ədəd CD-R disk və Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, özünün müvəqqəti istifadəsində olmuş Şahid2 məxsus "xxxx" nömrəli "xxxx" ASCnin bank kartına xx.xx.2025-ci il tarixdə, saat 16:39-da göndərilmiş 50 (əlli) manat pulun, Təqsirləndirilən şəxs özünə məxsus “5522 0993 7957 8776” nömrəli "xxxx" ASC-nin bank kartına xx.xx.2025-ci il tarixdə, saat 11:24-də göndərilmiş 100 (yüz) manat pulun elektron qəbzlərinin surətləri əks olunmuş, 12 noyabr 2025-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş 01 vərəqdə fotoşəkillər cinayət işi materialalrında saxlanılsın. Qərardan, elan olunduğu andan 20 gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir.

Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar